Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


§. POSTMODERN DEMOKRATİYASI


Download 5.08 Mb.
Pdf ko'rish
bet11/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
§. POSTMODERN DEMOKRATİYASI 

 

Tarixi analogiyalar heç də həmişə səmərəli olmur. Tarixi 



hadisələrin zahiri oxşarlığı təhlükəli ola bilər. 

Cəmiyyətin tarixi və iqtisadi inkişaf qanunlarının 

sarsılmazlığı yalnız onu göstərir ki, tarixin bütün 

qüvvələrinin təsirinin cəmi qanunauyğun nəticəyə  gətirib 

çıxarır. Lakin bu qüvvələ-

rin heç də hamısı öz tarixi 

vəzifəsini ardıcıl  şəkildə 

yerinə yetirə bilmir. Bu 

proses böyük bir böcəyi yu-

vasına aparan qarışqaların 

işini xatırladır: qarışqalar 

həddən artıq vurnuxur, bə-

ziləri böcəyi yuvaya tərəf aparır, digərləri buna mane olur

üçüncülər isə ümumiyyətlə, boş-boşuna vurnuxur. Bununla 

belə, nəticədə böcək qarışqa yuvasının girəcəyinə get-gedə 

yaxınlaşır. 

Tarixdə  həmişə elə insanlar olur ki, onlar öz istedadı  və 

sosial statusu sayəsində dövlətin taleyini həll edirlər. Ən yeni 

dövrün siyasi xadimi dövlətin rifahı, xalqın rifahı anlayışlarını 

rəhbər tutur və bu rifahı şəxsən özünün nə dərəcədə anlama-

sına uyğun olaraq hərəkət edir. Orta əsrlərdə hökmdar heç də 

həmişə xalqın firavanlığından danışmazdı. Firavanlıq barədə 

söhbətlər sülaləyə, nəsilə, kilsəyə və başqa səviyyələrə aid idi. 

Monarxlar güclənir, yeni sülalələr, nəsil ittifaqları yaradır, 

müharibələri başlayır və qurtarır, öz ərazilərini genişləndirir, 

torpaqları və kəndliləri satırdılar. Bir sözlə, onlar əsasən, öz 



 

 

204 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

kefi üçün yaşayırdılar. O vaxtdan əsrlər ötmüş, yeni-yeni 



dövlətlər yaradılmış  və  məhv olmuş, tarixin gedişi isə in-

sanların şüurunu dəyişmiş, onları inkişaf etdirmiş və nəhayət, 

hər bir insanın öz iradəsinə uyğun olaraq azadlıqlarından 

istifadə etmək hüququ vermişdir.  Ən yeni dövrdə  fərdlərin 

təfəkkürü təkmilləşmiş, köləlik, dövlətin rifahı ilə sülalənin 

rifahı arasındakı uyğunsuzluq onlara yabançı olmuş,  əra-

zilərini genişləndirmək və yeni torpaqlar ələ keçirmək kimi 

monarxlara xas olan stimullar aradan qalxmışdır. 

Müasir dünyanın inkişafı  şəxsiyyətin hüquq və azad-

lıqlarının yeni anlamını doğurmuşdur.  İndi aşkardır ki, yaxın 

gələcək üçün sosiumun təkmilləşdirilməsinin ən optimal yolu 

liberal cəmiyyət və bazar iqtisadiyyatıdır. Demokratiya pla-

netdə dövlətin və cəmiyyətin inkişafının seytnotu vəziyyətinə 

düşür. Dünya müharibələri nəticəsində  dəfələrlə bu işdən 

yayındırılmış  bəşəriyyət dönə-dönə demokratik dövlət və 

vətəndaş cəmiyyəti quruculuğuna qayıtmışdır. Açıq və sivili-

zasiyalı  cəmiyyət ideyaları dünya tarixinin gedişini dəyişdir-

miş siyasətçilərin fəaliyyətinə həmişə xas olmuşdur. Dünyada 

inkişaf prosesləri dünyəvi və liberal inkişaf strategiyasının 

formalaşdırılması yolu ilə irəliləməyə çalışır. Təxminən on il 

bundan  əvvəl Frensis Fukuyama Qərbin və  qərb ideyalarının 

zəfər yürüşü barədə yazır və liberalizmin hər yerdə  bərqərar 

olması və həyat qabiliyyətli alternativlərin yoxluğu bunu sübut 

edirdisə, indi cəsarətlə konkretləşdirmək və “üçüncü demo-

kratik dalğa”nın zəfər yürüşündən danışmaq olar. 

Bəşəriyyətin bütün tarixi boyu dövlət quruculuğunun daha 

yaxşı formasına doğru “yürüş”  əziyyətli, mürəkkəb və eyni 

zamanda, ziddiyyətli proseslərlə müşahidə olumuşdur.  İcti-

mai fikrin bu cür transformasiyaya hazır olmaması, daha 

sonra mürəkkəb ictimai-siyasi proseslər, müharibələr, im-



 

 

205



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

periyaların yeni məkanları  fəth etmək istəyi demokratiya 



ideyalarının reallaşdırılmasına imkan vermirdi. Demokratiya 

istiqamətində müəyyən irəliləyiş yarananda daha sabit 

qaydaların bərqərar olması yeni geosiyasi transformasiyalara 

səbəb olmuş neodemokratikləşmənin başlanğıcı olmuşdur. 

Lakin demokratiyanın uğur və  zəfər qazanması  təkcə 

geosiyasətlə bağlı deyildir. Müasir demokratik tranzitlərin 

əsasını demokratiyanın sosial arxetip, “təkamül zərurəti” 

kimi təsəvvür olunduğu inkişaf etmiş, postindustrial ölkələrin 

səviyyəsinə çatmaq istəyi təşkil edir. 

Ötən əsrin 70-ci illərinin əvvəllərində bəzi publisistlər və 

alimlər insan həyatının “elmiləşdirilməsindən”, əks-mədəniy-

yətin – mənəvi-etik və  əxlaqi dəyərlər sisteminin, mərkə-

zində istehlakın səviyyəsinin və iqtisadi səmərəliliyin deyil, 

insanın dayanmalı olduğu sistemin köməyi ilə texnokratiya 

buxovlarından və insanı əzən “urban-sənayeçilikdən” imtina 

etməyə çağırırdılar. Tanınmış Amerika sosioloqu Teodor 

Rozak yazırdı ki, bu halda “biz həqiqi postindustrial cəmiy-

yətə keçməyə hazır olacağıq”. 

Postindustrial cəmiyyət köklü sosial, iqtisadi, texnoloji və 

mənəvi inqilab deməkdir. Onun özəyini insanın yeni sosial 

tipinin və ictimai münasibətlərin yeni xarakterinin forma-

laşdırılması təşkil edir. Bu sosial tipə zəngin fərd, “çoxölçülü 

insan” kimi tərif vermək olar. Əgər  əvvəllər insan ətraf 

mühitdən asılı idisə  və onun həyat yolu, ilk növbədə, hansı 

sinifə və ya sosial dairəyə mənsub olması ilə və yalnız ikinci 

növbədə onun şəxsi qabiliyyətləri ilə müəyyən edilirdisə, 

indi “çoxölçülü insanın” real şəraitdə muzdlu əməklə  şəxsi 

biznes arasında, özünüifadənin müxtəlif üsulları ilə maddi 

uğurlar arasında seçim etmək imkanı vardır. Sənaye kapi-

talizmi dövründəkindən fərqli olaraq, yeni cəmiyyətdə  şəx-

siyyət üzərində ictimai təzyiq hökmranlıq etmir. 


 

 

206 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Sovet ideoloqları  və  cəmiyyətşünasları postindustrial nə-



zəriyyəsini yalançı elmi nəzəriyyə, bəlkə  də  əsassız 

nəzəriyyə hesab edirdilər. Onlar bildirirdilər ki, bu nəzə-

riyyənin elmi əsası yoxdur, tarixi-formasiya bazisindən və 

sosial-siyasi zəmindən məhrumdur. Bütün bunlara baxma-

yaraq, məlumdur ki, sovet müəllifləri tərəfindən qərb nə-

zəriyyələrinin tənqid edilməsi siyasi məqsədlər güdürdü. 

V.İnozemtsev kinayə ilə yazır ki, bu gün postindustrial cə-

miyyət nəzəriyyəsi “qərb sosioloji ənənələrinin tam həcmdə 

qəbul edə biləcəyi yeganə sosial metanəzəriyyədir”. 

Qəribə  də olsa, postindustrial cəmiyyət nəzəriyyəsi mark-

sizmlə konstruktiv dialoq aparılmasına tərəfdar olan az sayda 

qərb nəzəriyyələrindən biridir. Bu nəzəriyyənin təkamül yolu 

ilə inkişaf etməsi müasir sosioloji fikirdə onun haqlı olaraq 

son dərəcə geniş yayılmasını  təmin etmişdir. Postindustrial 

cəmiyyətin nəzəriyyəsi tarixin dövrlərə bölünməsi, müasir 

qərb cəmiyyətlərinin strukturunun, xarakterinin və tarixi ye-

rinin müəyyən edilməsi məsələlərini əhatə edir. Bu nəzəriyyə 

lap  əvvəldən cəmiyyətlərin “kommunist” və “sosialist” 

cəmiyyətlərinə bölünməsini kəskin tənqid edərək göstərirdi ki, 

bu cür bölgü kifayət qədər əsaslı deyildir. Mahiyyət etibarilə 

postindustrial cəmiyyət nəzəriyyəsi sosioloji təhlildə bir sıra 

yeni istiqamətləri özündə birləşdirmək, eləcə  də öz əsas 

metodoloji postulatlarını zaman keçdikcə yaranan meyillərin 

və proseslərin qiymətləndirilməsinə  tətbiq edilməsinə 

əsaslanan çoxsaylı yeni yanaşmalar yaratmaq qabiliyyətini 

nümayiş etdirmişdir. Məhz buna görə indi postindustrial 

cəmiyyəti nəzəriyyəsinin müxalifəti yoxdur, bu isə özlüyündə 

dünya sosiologiya elmində kifayət qədər nadir faktdır. 

Postindustrial cəmiyyət təkcə iqtisadi prioritetlərin 

dəyişməsi demək deyildir. O, cəmiyyətin sosial həyatının çox 

geniş spektrini əhatə edir. 


 

 

207



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Bütün bu aspektlər qlobal transformasiyalar dövründə 



fərdin azad inkişafını  nəzərdə tutan yeni ictimai və sosial 

prioritetlərin, siyasi və iqtisadi təriflərin formalaşmasına 

əhəmiyyətli dərəcədə təsir göstərir. 

E.Tofflerin fikrincə, dünya tarixi üç mərhələyə, üç 

dalğaya bölünür (aqrar, sənaye və postindustrial dalğalar). 

Dəyişikliklərin birinci dalğası bizim eradan təxminən 8 min 

il  əvvəl, kənd təsərrüfatının inkişaf etməsi ilə  əlaqədar 

yaranmış  və  təxminən bizim eranın 1650-1750-ci illərinə 

qədər davam etmişdir.  İkinci dalğa sənaye inqilabı ilə 

bağlıdır. Sənaye sivilizasiyası planetimizdə 1955-ci ilədək, 

“ağ yaxalıqlı”ların və xidmət sahəsi işçilərinin sayı ilk dəfə 

olaraq “göy yaxalıqlı” işçilərin sayından artıq olana qədər 

üstünlük təşkil etmişdir

1

. Nəhayət, indiyə qədər davam edən 



üçüncü dalğa. Tofflerin fikrincə, yeni yaranmaqda olan 

sivilizasiya  ənənəvi sənaye sivilizasiyası strukturuna ziddir, 

çünki o, həm yüksək texnoloji, həm də antisənaye 

sivilizasiyasıdır. Onun fikrincə, yüksək texnologiyalara 

malik olan dövlətlərin  əksəriyyəti üçüncü dalğa ilə ikinci 

dalğanın köhnəlmiş  təsisatları arasında kolliziyaya məruz 

qalır. Toffler yazır: “Bunun dərk edilməsi öz ətrafımızda 

müşahidə etdiyimiz çoxsaylı siyasi və sosial münaqişələrə 

məna verən açardır”

2



Bəşəriyyətin bütün tarixi boyu iki dalğa arasında müna-

qişələr fərdin sosial və ictimai prioritetlərinin formalaşma-

sına təsir göstərmişdir. Birinci dalğa dövründə insanın bütün 

həyatı yalnız torpaqla bağlı idi, iqtisadiyyat mərkəzsiz-

ləşdirilmişdi, ailə  həyatı  qəbilə  və qohumluq telləri ilə  tən-

zimlənirdi. 

                                                 

1

 Э.Тоффлер. Третья волна. М., 1999, стр.40.



 

2

 



Yenə orada. 

 


 

 

208 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

İkinci dalğa siyasi, iqtisadi və sosial strukturlara əsaslı 



dəyişikliklər etdi. Bu dövrdə istehsalın və onun miqyasının 

mövcud anlayışı ailə münasibətləri strukturunu tamamilə 

aradan qaldırdı, cəmiyyətin üzvünün tərbiyəsinə fabrik 

obrazı daxil edildi, sosial gerçəkliyin qavranılmasının və 

mədəniyyətin yeni tipi yarandı. 

Eyni zamanda, İkinci dalğa yeni siyasi təsisatların və 

iqtisadi prioritetlərin formalaşmasını  şərtləndirdi.  İkinci 

dalğanın lap əvvəlində başlanan burjua inqilabları bütün 

dünyanı sarsıtdı  və  fərdə keyfiyyətcə yeni münasibətin 

təməlini qoydu. Böyük Fransa inqilabı (1789-cu il) mahiyyət 

etibarilə  vətəndaşın  əsas hüquq və azadlıqları anlayışlarını 

dünya praktikasına daxil etmiş ikinci dalğanın təntənəsinin 

təcəssümü oldu. Onun ardınca Avropada baş vermiş 

inqilablar, Napoleon müharibələri, bir sıra başqa münaqişələr 

və ictimai kataklizmlər  İkinci dalğanın təsir dairəsini 

genişləndirmək cəhdindən daha çox onun həyat qabiliyyəti 

üçün zəruri olan yeni məkanların fəth edilməsinə yönəlmiş 

obyektiv təzyiqin nəticəsi idi. 

Üçüncü dalğa “dünya iqtisadiyyatının strukturunu dəyiş-

məyə başladı.  İqtisadçıları  tənqid etməyə başladılar ki, onlar 

əslində  nələr baş verdiyini izah edə bilmirlər. Belə  təsəvvür 

yaranır ki, onların ən mükəmməl alətləri, o cümlədən kompyu-

terləşdirilmiş modellər və matrislər iqtisadiyyatın əslində necə 

işləməsi barədə bizə get-gedə daha az məlumat verir. 

Doğrudan da, iqtisadçıların çoxu bu qənaətə gəlmişdir ki, istər 

ənənəvi qərb iqtisadiyyatı, istərsə  də marksist iqtisadiyyatı 

sürətlə dəyişməkdə olan gerçəkliyə tətbiq edilə bilməz”

1



Toffler göstərir ki, parlamentlər və hökumətlər  İkinci 

dalğanın kəşfidir. Üçüncü dalğa yeni qayda – “bizim 

                                                 

1

 



Э.Тоффлер. Третья волна. М., 1999, стр.452.

 


 

 

209



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Əgər insanlar və mənəviyyat 

dəyişmirsə, idarəetməni dəyişməyin 

xeyri yoxdur. 

 

Buast 

nümayəndələrdən asılı vəziyyətdən özümüz-özümüzü təmsil 

etməyə keçid”

1

 prosesini nəzərdə tutan dolayı demokratiya 



doğurur. “Elektron demokratiya” tədricən bu meyillərin 

həyata keçirilməsi üçün zəmin yaradır. 

Postsənaye dövlətlərində hökumətlər daha açıqdır və 

milli problemlərin həllində bütün vətəndaşların iştirak et-

məsini loyal qəbul edirlər. Toffler nümunə kimi İsveçi 

göstərir. Bu ölkənin hökuməti milli energetika proqramının 

işlənib hazırlanması üçün 

əhalinin köməyinə müra-

ciət etmişdir. Bununla bə-

rabər, hökumət bilirdi ki, 

ölkə  əhalisinin heç də ha-

mısı enerji məsələlərindən 

yaxşı baş çıxara bilməz. Bununla əlaqədar, vətəndaşlar üçün 

10 saatlıq kurslar təşkil olunmuşdu. Hər bir vətəndaş bu 

kursu bitirəndən sonra həmin proqram barədə öz təkliflərini 

hökumətə göndərmək imkanına malık idi. Kurslarda 10 min 

nəfərin təhsil alacağı gözlənildiyi halda, müdavimlərin sayı 

80.000-ə yaxın idi. Bu, vətəndaşların milli inkişaf prob-

lemlərinə maraq göstərməsini sübut edirdi. 

Üçüncü dalğanın gücü  demokratiyanın  əhali tərəfindən 

başa düşülməsinə  yeni  çalarlar  gətirir; onlar “azlığın bölün-

müş hakimiyyətini bəyənirlər”; onlar “daha birbaşa demokra-

tiya ilə eksperiment keçirməyə hazırdırlar; onlar transna-

sionalizmi və hakimiyyətin fundamental şəkildə verilməsini 

alqışlayırlar. Onlar nəhəng bürokratiyanı dağıtmağa çağırır-

lar. Onlar yeniləşmiş və daha az mərkəzləşdirilmiş energeti-

ka sistemi yaradılmasını  tələb edirlər. Onlar nuklear ailəni 

seçim predmeti kimi qanuniləşdirmək istəyirlər. Onlar mək-

                                                 

1

 



Э.Тоффлер. Третья волна. М., 1999, стр. 672.

 


 

 

210 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

təblərdə standartlaşdırmanın azalması, fərdiləşdirmənin art-



ması  uğrunda mübarizə aparırlar. Onlar ekoloji problemləri 

prioritet hesab edirlər. Onlar dünya iqtisadiyyatının struk-

turunun daha çox tarazlaşdırılmış  və  ədalətli  əsasda 

dəyişdirilməsinin zəruri olduğunu etiraf edirlər”

1



Postmodern dünyasında seçicilərin  əksəriyyətini təmsil 



edən siyasi aktorların yeni konfiqurasiyası formalaşır. Bu 

halda səs verən vətəndaşların faiz tərkibinin hər yerdə azal-

ması müşahidə olunur. Yeni dövrün siyasi aktorları öz fikrini 

ifadə etmək azadlığını, hüquqi dövləti və alternativ seçkilərin 

zəruri olmasını qəbul edirlər. Bununla bərabər, onlar ictimai 

rəyin və seçkilərdə xalqın iştirakını proqnozlaşdırıla bilmə-

yən təhlükə kimi təsəvvür edir və bildirirlər ki, bu təhlükənin 

qarşısını institusional məhdudiyyətlərin və qətiyyətli “rəhbər-

liyin” köməyi ilə almaq lazımdır

2



Norveç politoloqu Steyn Ringen müasir Norveçdə demok-

ratiyanı uzun illər boyu təhlil edərək bu qənaətə  gəlmişdir: 

“Hökumətin seçicilərin nəzarəti altında olması ilə nəticələnmiş 

demokratik idarəetmə  zənciri qırılmışdır. Xalqın öz iradəsini 

ifadə etməsinə əsaslanan dövlət gözlərimizin qarşısında məhv 

olur. Bu zəncirdə nəinki zəif həlqələr tapılmışdır, hətta vaxtilə 

möhkəm olan bu zəncir özü yox olub gedir”. 

S.Ringen yazır ki, postmoderndə siyasi iştirakın  ənənəvi 

formalarından kənarlaşma baş verir, adi formalardan fərqli 

olan iştirak formaları yaranır.  Ənənəvi siyasi iştirak – 

tənəzzül dövrünü yaşayan səsvermə  vətəndaşların birbaşa 

hərəkətləri, petisiyalar, nümayişlər, xüsusən yerli səviyyədə 

siyasi tədbirlər və açıq diskussiyalar ilə  əvəz edilir. Əla-

                                                 

1

 

Э.Тоффлер. Третья волна. М., 1999, стр.689. 



 

2

 



П.Г.Лощилов. Демократия постмодерна: истоки ипроявления. Журнал 

“Власть”. www.transpress.ru

 


 

 

211



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

mətdar haldır ki, bu yeni formaların iştirakçılarının keyfiyyət 



tərkibində orta sinfin və  gənclərin üstünlük təşkil etməsi 

müşahidə olunur. Fəhlələr, cavanlar və immiqrantlar, xüsu-

sən qadınlar hər yerdə siyasi partiyalarla qarşılıqlı  əlaqələr-

dən imtina edirlər. 1990-cı ildən bəri Avropada siyasi par-

tiyaların üzvlərinin sayı iki dəfə azalmışdır

1

.  



Rusiyalı tədqiqatçı A.Neklessa postdemokratiya sosiumun-

dan bəhs edərək yazır: “Postmüasir demokratiya bəsitləş-

dirilmiş ellik suveren şəxsiyyətin ondan ayrıldığı ellik kimi 

səciyyələndirilə bilər. Bu baxımdan həmin ellik idarə edilə 

bilən icmanı, ona xas olan traybalist instinktləri və  mənasız 

ritualları xatırladır”

2



Baş verən dəyişiklikləri informasiya inqilabı, texnotron in-



qilab, idarəçilərin inqilabı, knowledge-value revalyution kimi 

və başqa terminlərlə ifadə etmək olar. Ümumiyyətlə, bu adlar 

şərti xarakter daşıyır və insan idrakının inkişafında yeni döv-

rün rəmzidir. Bu dövr elmin və texnologiyaların inkişafında 

əks olunmaqla yanaşı, insanların davranışına, onların ictimai 

şüuruna, sosial gerçəkliyi dərk etmələrinə, insanın özünü onun 

milli mənliyi və dini ilə eyniləşdirməsinə də təsir göstərir. Bu, 

Qərb cəmiyyətlərində baş verən, öz təcrübəsini yeni müstəqil 

məkanlara get-gedə sürətlə translyasiya edən real inkişaf 

prosesidir. Vaxtilə K.Marks və F.Engels tərəfindən kommu-

nizm barəsində deyilmiş sözlərdən istifadə etsək, qeyd edə bi-

lərik ki, postindustrializm müəyyən edilməli olan model deyil-

dir, gerçəkliyin uyğunlaşdırılmalı olduğu ideal deyildir. Post-

industrializm, yaxud Üçüncü dalğa dedikdə, müasir vəziyyəti 

məhv edən real hərəkəti başa düşmək olar. Ona görə də inkişaf 

                                                 

1

 

П.Г.Лощилов.  Демократия  постмодерна:  истоки  и  проявления. 



Журнал “Власть”. www.transpress.ru

 

2



 

А.Неклесса. 

Глобальный 

Град: 


творение 

и 

разрушение. 



www. Intelros.ru

 


 

 

212 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

etmiş  və yeni müstəqil dövlətlərə transformasiya edən cə-



miyyətlərdə baş verən prosesləri nəzərdən keçirərkən, tarixin 

yeni dövrəsinin başlanmasından danışmağa üstünlük veririk. 



 

§ ANLAMANI TRANSFORMASİYA 

EDƏRKƏN 

 

Çox da uzaq olmayan və mənim də işlədiyim keçmiş kom-



munist sistemində onun qüsurları barədə mülahizə söyləməyə 

icazə verilmirdi. İnsanlar sanki ingilis yazıçısı  və jurnalisti, 

Corc Oruell adı ilə daha çox tanınmış Erik Artur Bleyrin 

“1984” kitabında təsvir edilmiş sosiumda yaşayırdılar. Bu 

cəmiyyətdə Böyük Qardaş və onun hər şeyi görən iti gözləri 

var. Corc Oruellin təsvir etdiyi gələcək sistemdə  hər  şeyə 

Ədalət Nazirliyi və Məhəbbət Nazirliyi nəzarət edəcəkdir. Bu-

rada ictimai inkişafın  əsasını üç partiya şüarı  təşkil edir: 

“Müharibə – sülhdür, azadlıq – köləlikdir, bilməmək – güc de-

məkdir”. Bu, öncəgörməyə baxmayaraq, 1984-cü il tamam 

başqa hadisələrlə  əlamətdar olmuş, ondan sonrakı 1985-ci il 

isə yer kürəsinin  quru ərazisinin 1/6 hissəsinə yenidənqurma 

xarakterli tektonik dəyişikliklər gətirmişdir. “Sovet mədəniy-

yəti, sovet elmi və sovet təfəkkür forması” kimi keyfiyyətlərə 

malik olan vətəndaş obrazı yeni, demokratik təşəbbüslərin 

təzyiqi altında devalvasiyaya məruz qalmışdır. “Yeni-

dənqurma” və ondan sonra keçmiş  İttifaq ölkələrindəki xalq 

hərəkatları  və milli azadlıq hərəkatları totalitar kommunizm 

quruculuğunun tənəzzülü və dünyanın siyasi xəritəsində 15 

suveren dövlətin yaranması ilə nəticələndi. 

Sovet İttifaqı dağılanda çoxları bunu aksioma kimi qəbul 

etmişdi. Çünki sovet cəmiyyətinin siyasi, iqtisadi və 

sosiomədəni baxımdan təcrid olunması iyirmi il müddətində 

yetişməkdə olan endogen böhranın xarakterini şərtləndir-



 

 

213



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiya onun seçicilərinin təşkil 

edildiyi insan materialının 

səviyyəsindən yuxarı ola bilməz. 

 

Bernard  Şou 

mişdi. Bütövlükdə isə belə böyük imperiyanın parçalanması 

İkinci və Üçüncü dalğaların, sənaye və postindustrial 

cəmiyyətlərinin aşkar kolliziyasının, Kondratyev dalğaları 

arasındakı ziddiyyətlərin təzahürü idi. Bu ziddiyyətləri təhlil 

etdikdə, postmodernitiyə doğru sürətlə irəliləyən Qərb 

dünyasından SSRİ-nin nə  qədər geri qalması  məlum olur. 

Nəticədə “elə bir məqam yetişdi ki, dünyanı bütöv halda 

saxlayan hakimiyyətin vahid strukturu dezinteqrasiya etməyə 

başlayır. Hakimiyyətin strukturu tamam başqa forma kəsb 

edir. Bunlar bəşər cə-

miyyətinin bütün səviyyə-

lərində baş verir. Hakimiy-

yətin köhnə cizgiləri ofisdə, 

supermarketdə, bankda, kil-

sədə, xəstəxanada, mək-

təbdə  və evdə  qəribə yeni xətlər  şəklində  əks olunur. 

Berlindən başlamış Romaya, Taybeyə  qədər bütün 

universitetlərdə partlayışa hazır olan ehtiraslar coşur. İrqi və 

etnik zəmində münaqişələr çoxalır. Hakimiyyət korporativ 

həyatın zirvəsində sadəcə olaraq yerini dəyişmir.  İdarəçilər 

get-gedə daha tez-tez başa düşürlər ki, onların işçiləri indi 

əmrləri  əvvəlki kimi kor-koranə yerinə yetirmirlər.  İşçilər 

suallar verir və bunlara cavab tələb edirlər. Zabitlər də öz 

qoşunlarında eyni vəziyyəti görürlər. Polis şefləri ilə  sıravi 

polis işçiləri arasında münasibətlər də belədir. Müəllimlərin 

tələbələrdən bu cür suallar eşitməsi və onlara cavab vermək 

tələbləri get-gedə artır. Biznesdə və adi həyatda hakimiyyətin 

və nüfuzun köhnə stilinin bu cür dəyişməsi qlo-

bal hakimiyyət strukturlarının dezinteqrasiyaya uğramasının 

başlandığı andan çoxalır”

1



                                                 

1

 



Э.Тоффлер. Эра смещения власти. http://www.dafaforce.net/metuniv/ 

consor/title.htm

 


 

 

214 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Lakin yeni transformasiyanın subyektləri təkcə siyasi 



determinantlar və iqtisadiyyat deyil, həm də üstünlük verilən 

sosiomədəni dəyərlər və kütləvi şüurdur. Aşkardır ki, müasir 

dünya yeniliyin insanın hüquq və azadlıqlarının insanın 

varlığının  əsasını  təşkil etdiyi postmoderniti demokratiya-

sının anlaşılmasına doğru inamla addımlayır. 

“Amerika iqtisadi qlobalizmi” (F.Fukuyama) postmodernin 

və onda demokratik baxışların yerinin yeni qavrayışını forma-

laşdırır. Üçüncü sivilizasiya inqilabının doğurduğu postin-

dustrial dünya öz təşəkkülünün yalnız başlanğıc mərhələsin-

dədir. Postindustrial cəmiyyətin aparıcı əlamətləri – inkişaf et-

miş demokratiya və sosialyönümlü bazar iqtisadiyyatı ilə 

seçilən cəmiyyətlər yalnız barmaqla sayılacaq qədər az 

dövlətdə  bərqərar olmuşdur. Hərçənd, postindustrial cəmiy-

yətini dünyada inkişafın səviyyəsinə təsiri coğrafi mənada qat-

qat genişdir və qlobal miqyaslıdır. Gercək dünyamızda baş 

verən pərakəndə və ziddiyyətli hadisələrdə, əsasən, XX əsrin 

ikinci yarısında təzahür etmiş bir neçə ümumi xarakteristika 

xüsusilə  fərqlənir. Bəşər tarixində ilk dəfə olaraq, həqiqətən 

vahid sivilizasiya yaranmaqdadır. Elmi-texniki inkişafın nəti-

cəsi olan müasir dünya infrastrukturu və telekom-

munikasiyalar mahiyyət etibarilə insanın zaman və  məkana 

sahib olmasına imkan vermişdir, onlar bütün qitələrin 

ölkələrini və xalqlarını fiziki mənada bir-birinə yaxınlaşdır-

mışdır. İnsan peyk televiziyasının köməyi ilə bir neçə min ki-

lometr məsafədə baş verən hadisələrin gündəlik iştirakçısına 

çevrilmişdir. Bizim gözümüzün qabağında və bizim iştira-

kımızla bütün sivilizasiya üçün səciyyəvi olan sistemyaradıcı 

dəyərlərin və normaların yeni kompleksi meydana çıxır.

   


 

 

215



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

 



 

 

 



   

 

 



 

 

 



 

E PLURİBUS UNUM –   

   VƏHDƏT FORMULU


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling