Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
§ DEMOKRATİYA GEOSİYASƏTİ
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Reynhold Nibur
- İmmanuil Kant
§ DEMOKRATİYA GEOSİYASƏTİ
1985-ci il dünyanın siyasi strukturunda daha dərin trans- formasiyalar dövrü oldu. On illərlə davam edən “soyuq mü- haribə”dən sonra Qərb üçün daha açıq olan bir adamın – M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə beynəlxalq siya- sətdə demokratik dəyişikliklərin ilk əlamətləri göründü. Sov.İKP MK Baş katibinin Böyük Britaniyanın Baş naziri M.Tetçer ilə görüşləri, sonra isə ABŞ Prezidenti Reyqan ilə üçtərəfli görüşü, Moskva və Vaşinqtona qarşılıqlı səfərlər düşmən ideologiyaların münasibətindəki buzu əritdi. Beynəlxalq münasibətlərin “Soyuq müharibə”nin bit- məsi, Berlin divarının sökülməsi, Qarşılıqlı İqtisadi Yar- dım Şurasının dağılması, sovet respublikalarında xalq
128 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
hərəkatının vüsət alması və beynəlxalq münasibətlərin on beş müstəqil subyektinin meydana gəlməsi ilə nəticələnən yeni dövrü başlandı. Yer kürəsinin geosiyasi və geoiqtisadi strukturlarının transformasiyaları, hər yerdə neoliberal modelin yayılması və kapitalist beynəlmiləlləşdirilməsinin qlobal xarakteri keçmiş kommunist Şərqinə münasibətdə ABŞ-ın yeni strategiyasını müəyyən etdi. Müvafiq olaraq, “üçüncü demokratik dalğa” başqa istiqamət və başqa sürət alırdı. 1980-cı illərin sonunda Şərqi Avropada və SSRİ-də baş verən çevik proseslər Bretton-Vud sazişinin (1945-ci il, Bey- nəlxalq Valyuta Fondunun – BVF-nin yaradılması) və Şima- li Atlantika müqaviləsinin təməlini qoyanların ideologiyasına əsaslanın neoliberalizm modelinin yayılmasını sürətləndirdi. Dünya nizamının yeni modelinin sərhədləri qısa vaxt ərzində Sovet İttifaqının qərb hüdudlarına çatdı. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı süqut etdi. Dünyanın quru ərazisinin 1/6-ni tutan və qərb həyat tərzinin əsas antaqonisti olan nəhəng imperiya çökdü. Bu ölkədə sistemin özü dünyanın inkişaf meyillərinə müqavimət göstərirdi, çünki ölkə özlüyündə avtarkiya idi. Lakin bu tədqiqat işinin məqsədi Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonra cərəyan edən hadisələrin xronologiyasının təhlili və tədqiqi deyildir. Bizim məqsədimiz – demokra- tikləşmə dalğasının tranzit cəmiyyətlərdə, o cümlədən Azər- baycanda nə ilə nəticələndiyini izah etməkdir. Lakin əvvəlcə öz müşahidələrimizlə bölüşmək istərdik. Fikrimizcə, “üçüncü demokratik dalğa”nın güclənməsinə və demokratik dövlətlər qurşağının yaranmasına gətirib çı- xaran bir sıra səbəb mövcuddur. SSRİ-nin dağılması ilə
129 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru demokratik dalğa Şərqi Avropa ölkələrini bürüdü. Şərqi Avropa ölkələrində bu, demokratik dəyişikliklərin artıq ikinci dalğası idi. İlk demokratik transformasiyaların 1956- cı ilin faciəli Macarıstan hadisələri və “insan sifətli sosializm” qurmağa çalışan 1968-ci il “Praqa baharı”nın kədərli yekunları ilə nəticələnən rüşeymləri çoxlarının yadındadır. Hələ 1980-ci ildə Polşada qdansklı fəhlə Lex Valensa tərəfindən yaradılmış “Solidarnost” azadlıq və yenilik tələb edən siyasətin başında durdu. 1978-ci ildə Roma katolik kilsəsinin başçısı seçilən keçmiş Krakov kardinalı Karol Voytılanın bir ildən sonra (1979-cu ildə) Polşaya pastor səfəri də buna kömək etdi. Onunla görüşlərdə milyonlarla insan nəinki dini saflaşma duyğuları keçirir, bu insanlar həm də özlərini vətəndaş kimi dərk edir, böyük ictimai qüvvə kimi hiss edirdilər. Şərqi Avropa ictimai inkişafın demokratikləşdirilməsi əhval-ruhiyyəsindən qidalanan köklü transformasiyalara hazır idi. Macarıstanda demokratikləşmə bir qədər ağrılı başladı. 1987-ci ildə Yanoş Kadar 75 illik yubileyini qeyd etdi. Macarıstan cəmiyyətinin həm yuxarı, həm də aşağı təbəqələrində başa düşürdülər ki, ölkənin siyasi rəhbərliyini dəyişmək vaxtı çatmışdır, lakin onlar buna hazır deyildilər. Nəhayət, cəmiyyət içərisində Yanoş Kadarın vəzifədən gö- türülməsi və təcili olaraq sosial müqavilə barədə danışıqların başlanması fikri möhkəmləndi. Həmin andan ara verməyən böhranlar Macarıstanı lərzəyə gətirdi. Yeni elita hakimiyyətə yalnız 1990-cı illərin əvvəlində gələ bildi. Lakin onların nə cəmiyyətin aşağı hissəsinin tələblərini tez bir zamanda ödə- məyə, nə də ki, yubanmadan demokratik seçkilər keçirmək üçün təşkilatlanmağa resurs və iradələri çatdı.
130 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
S.Hantinqtonun yazdığı kimi, Şərqi Avropada demokratik təcrübənin ümumi akselerasiyası – sürətlənməsi prosesi ge- dirdi. Məsələn, Polşanın demokratik tranziti üçün 10 il, Macarıstanda 10 ay, Şərqi Almaniya və Çexoslovakiyada 10 gün, Rumıniyada isə 10 saat lazım oldu. İndi aydındır: keçən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində sosialist ölkələrində baş verən hadisələr qanunauyğun tarixi proses idi. Bu proseslər yeni transformasiyalarda təzahür etdi və nəticədə özünü siyasi, iqtisadi və sosial-mədəni mühitdəki dəyişikliklərdə göstərdi. Bəs “üçüncü demokratik dalğa”nın ikinci mərhələsinin güclənməsinə, onun Şərqi Avropaya, sonra bütün postsovet məkanına ekspansiyasına, nəhayət, demokratik rejimlərin birləşməsinə səbəb nə oldu? Fikrimizcə, postsosialist məkanın demokratikləşməsinin yeni mərhələsinə aşağıdakı ardıcıllıqla düzülən amillər səbəb olmuşdur: 1. SSRİ-dəki dürğunluq və tənəzzül, Afrika, Yaxın Şərq, Şərqi Avropa və nəhayət, sovet respublikaları üzərində nəzarətin itirilməsi və bunun nəticəsində bir sıra etnomilli münaqişələrin, xalq və milli azadlıq hərəkatlarının meydana gəlməsi onların, Mərkəz tərəfindən amansızlıqla yatırılması və bu səbəbdən amortizasiya əks-reaksiyası doğurması. 2. Sovet İttifaqı tərəfindən təklif edilən inkişaf modelinin Şərqi Avropa ölkələri üçün iqtisadi cəhətdən cəlbedici olmaması, planlı təsərrüfatın tam iflası və bazar təsər- rüfatının vüsət alması. 3. ABŞ-ın iqtisadi və hərbi-siyasi baxımdan güclənməsi, dünyada üstünlüyü ələ almaq cəhdləri.
131 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru 4. Katolik kilsəsinin avtoritar rejimlərə və totalitar döv- lətlərə qarşı mübarizədə yeni strategiyası. Onun həyata keçirilməsində Roma Papasının mühüm şəxsi rolu ol- muşdur. 5. Yeni ərazilər, təbii sərvətlər və ucuz işçi qüvvəsi tələb edən qlobal maliyyə müdaxiləsinin başlanması. 6. Qərb bloku ölkələri əhalisinin iqtisadi rifahının inkişa- fının davamlılığını təmin etmək və keyfiyyətcə yaxşı- laşdırmaq üçün “Böyük yeddilik” ölkələri tərəfindən yeni nəqliyyat yollarının axtarışı. 7. Vahid hərbi-siyasi aksiyalar və demokratik ölkələr qurşağının təhlükəsizliyini təmin etmək üçün yeni amortizasiya şəraiti yaradılmasının zəruriliyi. 8. Dünya birliyinin bütün ölkələri üçün vətəndaşların öz iradəsini bildirməsini, insan hüquqları və azadlıqlarını, dövlət idarə etməsinin və ictimai inkişafın əsasları sayılan hakimiyyət orqanlarının seçkili olmasını təmin edən vahid siyasi preferensiyaların (imtiyazların) mühümlüyü. 9. Təhlükəsizliyin təmin olunması və yeni məkanların sabitlik və təhlükəsizlik qövsünə daxil edilməsi zərurətindən irəli gələn Pax Americana zonasının genişlənməsi. 10. İkiqütblü dünya nizamından monosentrik dünya niza- mına keçid, ABŞ-ın xeyirxah hökmranlığı, dünyanın strateji cəhətdən mühüm rayonlarında kəskin qeyri- sabitliklə bağlı alarizm (ingiliscə alarm – təhlükə sözündəndir).
132 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Bu amillər XXI əsrin əvvəlləri üçün demokratikləşmənin yeni fenomen – geosiyasi təsirin, neoliberal siyasəti və iqtisadi modelinin zonasının genişlənməsinin determinantı xarakteri alan sürətinin xeyli dərəcədə artmasını irəlicədən müəyyən etmişdi. S.Hantinqton vurğulayır ki, bütün zəngin ölkələr demokratikdir və demək olar ki, bütün demokrati- yalar zəngindir. Deməli, bu zənginliyi nəinki qorumaq, sabit inkişaf və mütəmadi artımı təmin etmək üçün imkan da- xilində onu çoxaltmaq lazımdır. Ötən əsrin sonu, yeni əsrin əvvəlində baş verən demokratik transformasiyaların mahiy- yəti xeyli dərəcədə yeni dünya nizamını quranların iqtisadi və siyasi iddialarının həyata keçməsi ilə bağlıdır. Qabriel Almondun yazdığı kimi, “sosial və beynəlxalq dəyişikliklər uzun dövr ərzində davam edə bilər və əyri xətdə, yaxud xətlərdə yalnız hansısa qısamüddətli ilgəyə, yaxud bir sıra ilməyə çatandan sonra siyasi sistemdə dəyişikliklərə təhrik etməyə başlaya bilər” 1 .
ları haqqında dəlil bəzən tarixi təhlil qarşısında aciz qalır. Eləcə də bazar iqtisadiyyatının guya demokratiyanın ayrıl- maz hissəsi olması fikri. Çünki Yaponiya da, Almaniya da heç vaxt Amerika tipli liberal bazar iqtisadiyyatına malik ölkələr olmamışdır. Qlobal qarşılıqlı asılılığın xilasedici rolu barədə dəlili də tənqid etməyə dəyməz, çünki Birinci dünya müharibəsi ərəfəsində dünya ölkələri son dərəcə bir-birindən asılı idi, lakin bu hal Avropanın yenidən bölüşdürülməsinin ortaya atılmasına mane ola bilmədi.
1
G.A.Almond. Approach to Developmental Causation // Crisis, Choice and Change: Historical Studies of Political Development / Ed. by G.A.Almond, S.C.Flanagan, R.J.Mundt. Boston: Little, Brown, 1973, p. 28.
133 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Yaxud da ABŞ Prezidenti oğul Buş İraqda müharibənin yalançı zəmin əsasında başlanması ilə razılaşanda, müstəqil dövlətin işğalı isə demokratik rejim yaradılmasına cəhd kimi təqdim ediləndə, üstəlik, hər gün orada yüzlərlə dinc sakin həlak olanda istər-istəməz müasir demokratiyanın dəyəri barədə sual doğur. Elə buna görə də müasir sosiologiyanın əsas problemi “yeni demokratiya nədir?” sualına verilən cavabdan ibarətdir. XXI əsrin əvvəllərinə yaxın Pax Americana-nın təsir dairəsini Şimali Koreya və İran hüdudlarına qədər geniş- ləndirən “demokratikləşmənin üçüncü dalğası”nın nəticələri nədən ibarətdir? Yeni ərazilərin demokratikləşdirilməsi nə deməkdir: qərbləşmə dünyada güclülərin geosiyasi üstün- lüyü, yoxsa daha əlverişli dövlət idarəetmə rejiminin real şəkildə qurulması? Aşağıda biz demokratik tranzit pərdəsi altında gizlənən demokratik reallıqlar və əsl demokratik transformasiyalar arasında sərhədi göstərməyə çalışacağıq. § DÜNYADA ÜSTÜNLÜK QAZANMAQ STRATEGİYASI
İqtisadi inkişaf, sənayeləşdirmə, urbanizasiya, burjuazi- yanın və orta sinfin meydana gəlməsi, fəhlə sinfinin və onun ilkin təşkilatlarının yaranması, iqtisadi bərabərsizliyin tədri- cən aradan götürülməsi XIX əsrdə Şimali Avropa ölkələri- nin demokratiyaya doğru hərəkətində öz rolunu oynamışdır. O dövrün demokratiya dalğasının hərəkətverici qüvvəsi təd- ricən formalaşan kapitalist cəmiyyətini bürüyən intensiv iqtisadi artımdan ibarət idi. Lokk, Monteskyö, Russo, de Tokvil kimi filosofların təsiri də yeni tip kütləvi düşüncənin
134 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
formalaşmasına mühüm təsirini göstərir, bərabərlik, insan hüquqları və azadlıqları, azad rəqabət və xüsusi mülkiyyət hüququ ideyaları ictimai inkişafın əsasını təşkil edirdi. Bununla yanaşı, S.Hantinqtonun qeyd etdiyi kimi, XIX əsrin sonu – XX əsrin əvvəlində demokratik inkişafa pro- testantlıq kömək etmişdi, çünki 1900-cü il üçün demokratik təsisatların yarandığı ölkələrin üçdə ikisi dini tərkibinə görə protestant ölkələri idi. Eyni zamanda, kommunikasiyaların intensiv inkişafı, maliyyə vəsaitlərinin köçürmə sahəsinin genişlənməsi, nəqliyyat vasitələrinin sürətli inkişafı və təh- silin tədricən beynəlmiləlləşməsi bir-biri ilə möhkəm qarşı- lıqlı asılılıq telləri ilə bağlı olan qərb cəmiyyətlərinin labüd surətdə demokratikləşməsinə doğru aparırdı. XIX əsrin axırı, xüsusilə də XX əsrin əvvəlində dünyanın əksər ölkələrində ictimai həyat getdikcə özünü daha aydın büruzə verən qlobal xarakter alırdı. Bu və ya digər dövlət- lərin əhalisi üçün səciyyəvi olan, adət edilmiş həyat tərzinə başqa cəmiyyətlərdə yaranmış beynəlmiləl elementlər, maddi və mədəni dəyərlər labüd surətdə daxil olurdu. Milli təsər- rüfatların və siyasi sistemlərin daxilində xarici təmsiçilərin və təsisatların iştirakı genişlənirdi. İntellektual elita və hakim sinif get-gedə daha kosmopolit olurdu, geniş insan kütlələri isə dünya sivilizasiyasının təsirini öz üzərində hiss edirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərindəki demokratik trans- formasiyaların səbəb-nəticə əlaqəsi iqtisadiyyatın və qitələr arasında kommunikasiya əlaqələrinin inkişafı ilə bağlı idi. Sa- bit iqtisadi inkişaf və beynəlxalq münasibətlərdəki nisbətən mü- naqişəsiz zaman kəsiyi bir çox hakim rejimlərdə tranzitə imkan yaratdı. Beləliklə, S.Hantinqtonun qeyd etdiyi kimi, iqtisadi zə- mini qloballaşmanın birinci dalğasının əsası hesab etmək olar.
135 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
İkinci dalğa Qərb dövlətlərinin İkinci dünya müharibəsin- dəki qələbəsinin hərbi-siyasi aspektləri ilə bağlı idi. S.Han- tinqtonun fikrincə, bunun ardınca meydana gələn demokra- tikləşmə təkcə tanınmış demokratiyaların müharibədə qələ- bəsinin və bu ölkələr tərəfindən müstəmləkələrin ləğv olun- masının deyil, həm də Qərb həyat tərzini, düşüncəsini və dövlət quruluşu formasını Şərqi Avropadakı sosializmə qarşı qoymaq cəhdlərinin nəticəsi idi. Məlumdur ki, iqtisadi geri- liyinə baxmayaraq, nüvə dövləti kimi SSRİ beynəlxalq siyasətdə müəyyən üstün- lüklərini saxlayırdı. Sovet rəhbərliyi ərəb ölkələrində kommunist partiyalarını dəstəkləmək üçün vəsaiti əsirgəmirdi, əmtəə idxalı hesabına Şərqi Avropa öl- kələri iqtisadiyyatının artımına əhəmiyyətli dərəcədə yardım göstərirdi, iqtisadiyyatın durğunluğu sonradan həm də inflyasiya ilə müşayiət olunan səviyyəsində isə bu ölkələrə “dost rejimləri dəstəkləmək” məqsədi ilə qoşun yeridirdi. Ötən əsrin ikinci yarısında demokratiyanın yayılmasına həm də sonradan qərbləşmə, yəni düşüncə tərzi və forması- nın “qərbləşməsi” (termin A.Zinovyevindir) adı almış so- siomədəni fenomen kimi də baxmaq olar. Vurğulayıram ki, qərb cəmiyyətlərinə xas olan demokratik ənənələr və bu ənənələrin müxtəlif formalarının ilk əlamətləri müstəsna ola- raq qərb sivilizasiyasının yetirməsidir. Lakin onların təkmil- ləşdirilməsi və ictimai inkişafın nəzəri əsası kimi təsəvvür edilən ayrı-ayrı fəlsəfi nəzəriyyələrə transformasiyası qeyri- qərb məkanında demokratik baxışların assimilyasiyasının başlanmasına gətirib çıxardı. Belə assimilyasiya çox vaxt de-
136 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mokratik idarəetmənin hibrid formalarını, bəzən isə əslində avtoritar idarəetmə, lakin içində demokratik təsisatların ele- mentlərinin nəzərə çarpdığı yalançı demokratik rejimlər ya- radırdı. Demokratik ənənələrin bu və ya digər məkanda “kök salması” və məqbulluğunun səbəb əlaqələrini çox vaxt əvvəl- ki sosiomədəni mühitdə axtarmaq lazımdır. Yeni ənənələri qəbuledən qeyri-qərb cəmiyyətində əvvəllər mövcud olmuş protodemokratik və ya protototalitar determinantlardan asılı- dır. Qərb tərəfindən gətirilən ənənələr məcrasında qeyri-qərb cəmiyyətinin gələcək inkişaf strategiyası məhz bundan asılıdır. 1974-cü ilin Portuqaliya hadisələri və Üçüncü dalğanın yürüşündən sonra geosiyasi vəziyyət kökündən dəyişdi. Demokratik tranzitlərin yeni dalğası törəmə geosiyasi dəyişikliklərə transformasiya oldu və XX əsrin 90-cı illərinin əvvəlinə yaxın tamamilə başqa strateji inkişaf yoluna çıxdı. Dünya xəritəsində istənilən məkanın tarixi inkişafını dəyişə bilən bir fövqəldövlət qaldı. Buna görə də “demokratikləş- mənin üçüncü dalğasını” ikimərhələli struktur formasında təsəvvür etmək yerinə düşər. 1974-1985-ci illəri əhatə edən birinci mərhələdə – əsas tranzitlər baş vermiş və əsas eti- barilə Sov.İKP MK-nın Baş katibi M.Qorbaçovun nüvə sınaqlarının qadağan edilməsi və nüvə silahına ümumi qadağa qoyulması barədə təşəbbüsləri nəticəsində beynəlxalq siyasətdə müəyyən sakitlik yaranmışdı. 1985-ci ildə Brazili- yada hərbçilərin 20 il sürən idarəetmə dövrü başa çatdı. Elə həmin il Nigeriyada hərbçilər hakimiyyətə gəldilər. 1988-ci ildən indiyə qədər “demokratikləşmənin üçüncü dalğasının” ikinci mərhələsi yaşanır. Bu təkcə demokratik təsisatların təşəkkülünü yox, həm də dünyanın monosentrik nizamının da formalaşmasını şərtləndirmişdir. Aydın oldu ki,
137 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Birləşmiş Ştatlar nəinki dünya nizamı strukturunda hakim mövqe tutmağa, hətta onun meyillərini müəyyənləşdirməyə, habelə ayrı-ayrı dövlətlərin davranış strategiyasını qurmağa qadirdir. Bu, ABŞ-ın üzərinə xarici siyasət məsələlərinə ikili yanaşmaya səbəb olan xüsusi missiya qoydu. Birinci missiya ondan ibarətdir ki, “Amerika öz evində demokratiyanı təkmilləşdirərək, özünə xas dəyərləri ən yaxşı şəkildə təsbit edir və bu səbəbdən də bəşəriyyətin qalan hissəsi üçün yol göstərən mayak rolunu oynayır; ikinci missiyanın mahiyyəti isə ondan ibarətdir ki, bu dəyərlərin özü Amerikanın üzərinə onların dünya miqyasında bərqərar olması üçün mübarizə aparmaq vəzifəsi qoyur” 1 . ABŞ-ın demokratik təsirinin coğrafiyası yeni regionları əhatə etməyə başladı. Corc Kennanın dünyanın üç regionu- nun: Birləşmiş Krallığın, Reyn vadisinin və Yaponiya ada- larının rusların əlinə keçməsinin yolverilməzliyi haqqında düşüncələri 2 onilliklər keçəndən sonra tutarsız görünür, çünki “Qədim Roma dövründən bəri ayrıca götürülmüş bir ölkə heç vaxt beynəlxalq nizam üzərində bu qədər həlledici üstünlük əldə edə bilməmişdi” 3 . “Xeyirxah hegemonluğu” genişləndi- rərkən ABŞ yeni ideologiyanı “yeni demokratiya” forması ilə pərdələnən və siyasi, iqtisadi sosiomədəni məkana müda- xiləni reallaşdıran demokratiya geosiyasəti vasitəsilə bərqə- rar etməyə çalışırdı. İsrail və Yaxın Şərqin Tədqiqi İnstitu- tunun baş eksperti Andrey Fedorçenkonun yazdığı kimi, “ABŞ-ın həm hərbi qüvvə, həm də sülh yolu ilə Yaxın Şərqi “demokratikləşdirmək” cəhdləri son nəticədə dünyanın bu
1
2
W.Odom. Russia’s several seats at the table // International Affairs, 1998, № 4, p. 809-810.
3 Ch.W.Maynes. Principled Hegemony // World Policy Journal, 1998, p.31.
138 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
hissəsində Amerika şirkətləri üçün investisiya və xarici tica- rət mühitinin yaxşılaşdırılması məqsədi daşıyır” 1 . Fransanın xarici işlər naziri Yuber Vedrin 1999-cu il no- yabrın 3-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitu- tunda (IFRI) konfransın açılışında söylədiyi nitqdə müasir dünyada ABŞ-ın rolunu belə səciyyələndirmişdi: “Hazırda Amerikanın üstünlüyü iqtisadiyyatda, maliyyə sahəsində, texnoloji və hərbi sahədə, eynilə həyat tərzində, dildə və küt- ləvi mədəniyyətdə, düşüncə tərzinin formalaşmasında və hətta Birləşmiş Ştatların düşmənləri üçün də cəlbedici olan obrazın yaradılmasında hiss olunur… Amerika liderləri və mütəfəkkirlərinin çoxu son iki yüz il ərzində öz baxışlarını özlərinə və bütün dünyaya sübut edərək, Amerika Birləşmiş Ştatlarının İlahi qüvvə tərəfindən “əvəzolunmaz” millət kimi seçilməsinə və bəşəriyyətin rifahı naminə bu cür də qalmalı olduğuna bir an belə şübhə etməmişlər… Amerikalılar şübhə etmirlər və daha açıq danı- şaraq bizə xatırlatmağa çalışırlar ki, müasir dünya XX əsrin birinci yarısında Avropanın özünün və dünyanın problem- lərinin həlli yolunda düçar olduğu tam məğlubiyyətin birbaşa nəticəsidir” 2 . Digər ölkələrdə insan hüquq və azadlıqlarının, demokra- tiyanın müdafiəsi sahəsində Amerikanın siyasəti ötən əsrin 70-ci illərinin ortasından, 1975-ci ildə Helsinki aktının qəbul olunmasından və ATƏM-in yaranmasından sonra dəyişməyə başladı. Ötən əsrin 60-cı illərinin sonunda baş vermiş qalma- qaldan sonra aydın olanda ki, Mərkəzi Kəşfiyyat İdarəsi
1
http://base.ijc.ru/basesite.aspx?SECTIONID=104063&IID=104069 2
Г.Киссинджер. Нужна ли Америке внешняя политика. М., 2002, стр. 37.
139 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
Avropa KİV-lərində və siyasi partiyalarında olan öz adamları vasitəsilə fəal surətdə “ideya döyüşləri” aparır, Lindon Con- son hökuməti “casus” demokratiyası əvəzinə, onun tamamilə leqal “açıq qeyri-rəsmi mexanizmini” yaratmaq qərarına gəldi. Bu istiqamətdə Cimmi Karter hökumətinin, habelə bir sıra konqresmenlərin (Dante Farsel və Donald Frezer və b.) ciddi fəallığına baxmayaraq, insan hüquqları və azadlıqları- nın qlobal müdafiəsi sahəsində ilk addımlar atıldı. 1974-cü ilin əvvəlində Minnesota ştatından olan demokrat konqresmen, “Demokratik konfrans”ın və “Amerikalılar demokra- tik fəaliyyət uğrunda” cə- miyyətinin sədri, “Üçtərəfli komissiyanın” üzvü Donald M.Frezerin başçılıq etdiyi alt komissiyanın məruzəsi hazırlandı. Məruzəçi ABŞ-ın “insan hüquqlarının müdafiəsini öz xarici siyasətinin əsas vəzifəsi saymasında təkid edir” və “bu vəzifənin yerinə yetirilməsi üçün müxtəlif tədbirlərin görülməsini tövsiyə edirdi” 1 . Cimmi Karterin prezidentliyi dövründə Amerika hökumə- tinin insan hüquqlarına və demokratiyaya, – o cümlədən də SSRİ-də, – münasibəti əhəmiyyətli dərəcədə fəallaşdı. Onun hökuməti sovet məkanında insan hüquqları probleminə xü- susi səylə yanaşırdı və məhz 1974-cü ildə ABŞ Konqresi tərəfindən SSRİ-yə qarşı məşhur Cekson-Venik düzəlişi tətbiq olundu. Qeyd edək ki, bu düzəliş ABŞ-ın ticarət haq- qında qanununa yəhudilərlə bağlı sovet mühacirət siyasətinə qarşı etiraz edən yəhudi icmalarının təşəbbüsü ilə əlavə edil-
1
2003, стр. 104.
140 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mişdi. Düzəlişə əsasən, keçmiş İttifaqın ABŞ-a ixrac etdiyi mallara vergi və tariflər baxımından ayrı-seçkilik qoyulurdu. 1977-ci ilin yanvarında məşhur sovet dissidenti Andrey Saxarov ABŞ Prezidenti C.Karterə SSRİ-də və Şərqi Avro- pada insan haqlarının vəziyyəti barədə məktub göndərir və bir neçə gündən sonra cavab alır. Andrey Saxarovun memuarlarını gözdən keçirərkən, mən o məktubla bağlı epizodu tapdım və deməliyəm ki, həmin təşəbbüsün heç də dissidentin özünə məxsus olmadığını görəndə təəccübləndim. Məktub müəllifi bu epizodu belə təsvir edir: “Təxminən yanvarın 16-da, səhər yeməyinə əylə- şəndə, gözləmədiyimiz halda bizə gələn oldu. O, özünü amerikalı vəkil kimi təqdim etdi (soyadı yadımda deyil) və azadlığa buraxılmaları uğrunda mübarizədə səyləri cəmləş- dirmək lazım olan təxminən on nəfər siyasi məhbusun siyahısını Karter üçün yazmaq barədə xahişi təqdim etdi (xahişin kimin tərəfindən olması aydın deyildi, bəlkə də ozünün təşəbbüsü idi, ancaq o vaxt mən elə başa düşdüm ki, yeni hökumətin xahişidir). Qonağı aşağıda maşın gözləyirdi və iki saatdan sonra o, ABŞ-a uçmalı idi. Lyusya qonağa qayğanaq bişirənə qədər (qonaq ac olduğundan yemək təklifindən imtina etmədi) mən Karterə bir səhifəlik məktub yazdım və 16 nəfərin azad olunmasını xahiş etdim (10 nəfəri heç cür müəyyən edə bilmirdim), həm də yeni seçilmiş prezidentin diqqətini o məsələyə yönəltdim ki, Moskva met- rosundakı partlayış ola bilsin ki, təxribat məqsədi daşıyır və yaxud bu məqsəd üçün istifadə ediləcəkdir”. Praktik olaraq, eyni vaxtda Şərqi Avropa ölkələrində və SSRİ respublikalarında Helsinki sazişlərinin həyata keçiril- məsinə nəzarət etməli olan Helsinki qrupları yaradılmağa
141 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru başlandı. 1976-cı il noyabrın 9-da Ukrayna Helsinki qrupu, noyabrın 25-də Litva, 1977-ci il yanvarın 14-də Gürcüstan Helsinki qrupları və s. Bütün bu qruplar əsas etibarilə müvafiq milli hərəkatların iştirakçılarından ibarət idi. Ukrayna və Litvada Helsinki qrupları ilk açıq ictimai assosiasiyalar idi. 1976-cı ilin sentyabrında Polşada Fəhlələri Müdafiə Ko- mitəsi yarandı, 1977-cı ildə o, İctimai Müdafiə Komitəsinə çevrildi. 1977-ci il yanvarın 1-də Çexoslovakiyada “Xartiya-77” yarandı. Bunlar özlərini “Helsinki assosia- siyaları” adlandırmırdı, lakin SSRİ-də olan Helsinki qrupları kimi, onlar da hüquq müdafiəsi mövqelərində dayanır, öz ölkələrinin konstitusiyalarına və hökumətlərinin qəbul etdiyi insan haqlarına dair beynəlxalq paktlara əsaslanırdılar. “Xartiya-77” tərəfindən qəbul olunmuş sənəddə “hakimiy- yətdən asılı olmayan məhkəmə hüququ, yerdəyişmə azadlığı, əqidə və onun ifadə olunması azadlığı, öz professional maraqlarını müdafiə etmək azadlığının dövlətin maraqlarını sarsıtması yox, onu möhkəmlətməsi (əgər dövlət ayrıca şəxs- lər qrupu ilə eyniləşdirilmirsə) kimi elementar hüquqlardan” söhbət gedirdi”. Macarıstanda, Rumıniyada, ADR-də eyni tələblər səslən- di. ABŞ-da Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ko- missiya yaradıldı (Helsinki komissiyası). Ona 6 konqresmen, 6 senator, Dövlət Departamenti, Müdafiə Departamenti və Ticarət Nazirliyinin hərəsindən məşvərətçi səs hüququ ilə bir nümayəndə daxil idi. Dissidentlik fəaliyyətinə görə SSRİ hüdudlarından çıxa- rılmış Vladimir Bukovskini 1977-ci ilin martında Ağ evdə əvvəlcə vitse-prezident, sonra Prezident Karter qəbul etdi. O
142 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
vaxt bu barədə xəbər verən SİTA-nın sitatları yada düşür. Onlardan biri: “(Vaşinqton, 2 mart). Dünən ABŞ Prezidenti C.Karter dissidentlik fəaliyyətinə görə Sovet İttifaqının hüdudlarından çıxarılmış”, “həm də sovet-Amerika münasi- bətlərinin fəal əleyhdarı kimi tanınan Bukovskini – cinayətkarı qəbul etmişdir”. SİTA-nın bu qəbildən olan informasiyaları indi bir çoxlarında gülüş doğurur, lakin Sovet İttifaqı dövründə ictimai şüur bu xəbərləri reallıq kimi qavrayırdı, çünki avtarkiya sistemi heç bir digər düşüncə tərzinə yol vermirdi. Beləliklə, ABŞ 80-ci illərin əvvəlinə yaxın Vilsonun təc- ridçilik siyasətindən tamamilə uzaqlaşdı və Yer kürəsinin müxtəlif guşələrində hərbi-siyasi iştirakla yanaşı, yeni ideoloji konseptlərin yeridilməsi istiqamətində fəaliyyətini genişləndirməyə başladı. SSRİ-yə qarşı ideoloji müharibənin “bəhrələri” yalnız Ronald Reyqanın neokonservativ komandasının 1980-ci ildə Ağ evə gəlməsindən sonra özünü göstərməyə başladı. Trotskizm təsirinə yad olmayan (neokonservatizmin banisi sayılan Maks Şaxtman Lev Trotskinin silahdaşı və so- sializmin Stalin variantının barışmaz düşməni idi) neokon- servatorlar SSRİ-yə qarşı xüsusi, siyasi tarixdə dərin kökləri olan “məhəbbətin” varisləri idi. Reyqana məxsus məşhur “bəla imperiyası” ifadəsi də buradandır. Ola bilsin ki, 1980- ci ilin əvvəlində ABŞ-da mövcud olan məhz belə əhval- ruhiyyə staxanovçuluq sürəti ilə The National Endowment for Democracu (NED) və onun dörd müttəfiqindən ibarət olan, – respublikaçıların The International Republican Institute (IRI), demokratların The National Democratic Institute for International Affairs (NDI), habelə The Center for international Private Enterprise (CIPE) və The Free Trade
143 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Union Institute (FTUI), – özünəməxsus pul şəklində geniş qeyri-hökumət təşkilatları şəbəkəsinin yaranmasına gətirib çıxardı. Yeni “silah” 15 il bundan qabaq Mərkəzi Avropa meydanlarında “məxməri” inqilablar zamanı uğurla sınaqdan keçdikdən sonra, onun artıq postsovet məkanında ideoloji mübarizədə tətbiq edilməsi mümkün oldu və bu da uğurla baş tutdu. İnsan hüquqlarının qlobal şəkildə müdafiəsi işinə böyük həcmdə maliyyə vəsaiti, kütləvi informasiya vasitələri, ABŞ- ın digər ölkələrdəki səfirləri, iqtisadi təzyiq və sanksiyalar, müxalifətçi demokratik qüvvələrin həvəsləndirilməsi və dəstəklənməsi, çoxtərəfli diplomatiya və hərbi aksiyalar cəlb olunmuşdu. Ötən əsrin ikinci yarısında ABŞ-ın beynəlxalq aləmdəki təsiri və gücü insan hüquqları anlayışının və de- mokratik proseslərin sənədləşdirilmiş kağızlardan real siyasət alətinə transformasiyasını və neoliberal modelin bütün dünyada zəfər çalması naminə mübarizə meydanına yönəl- dilməsini təmin etdi. 1983-cü ilin əvvəlində ABŞ Prezidenti preambulasında Birləşmiş Ştatlar “ideallar və mənəvi dəyərlər sahəsində So- vet İttifaqı ilə daha fəal yarışmalıdır” fikri bəyan edilən “Demokratiya” layihəsini qəbul etdi. Bu layihə “bütün dünya ölkələrində demokratiyanın dəstəklənməsinə” yönəlmiş təd- birlər kompleksini inkişaf etdirir və tamamlayırdı. “Demokratiya” layihəsi demokratiya dəyərlərinin və sosial quruluşun müvafiq modellərinin bərqərar olmasının fəal hücum məqsədlərinin qlobal miqyasda reallaşmasını nəzərdə tuturdu. Həmin dəyərlərin bərqərar olması üçün mümkün qədər geniş vasitələrdən istifadə edilməsi təklif olunurdu. Bu layihənin həyata keçirilməsi çərçivəsində ABŞ
144 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
dövlət katibi C.Şults xarici siyasət təbliğatı və təşviqatını fəallaşdırmağa, “siyasi, iqtisadi və sosial konsepsiya və hadisələrin obyektiv işıqlandırılmasını Sovet İttifaqı və Şərqi Avropa xalqları üçün əlçatan etməyə” çağırdı. Beləliklə, “Demokratiya” layihəsi həyata keçirilərkən qarşıya qoyulan məqsədlərə çatmaq üçün, adətən, böhran vəziyyətlərində tətbiq edilən hərbi-siyasi vasitələrə deyil, əsasən, siyasi- diplomatik, iqtisadi, humanitar və mədəni-ideoloji vasitələrə arxalanmaq nəzərdə tutulurdu. Lakin hadisələri qabaqlamaq istəməsək də, hər halda, özgə mədəniyyətlə qarşılaşarkən Qərbin çox vaxt iki cür hərəkət etdiyini düşünən bəzi sosioloqların mülahizələrini xatırladaq. Məhz bu yol monosentrik dünya nizamının yaranmasına və hegemon dəyərlər sistemini rəsmiləşdirmək səylərinə gətirib çıxardı. Bir tərəfdən, keçmiş sosial qaydanın yerli liderləri, xalqın mənəvi dəyərlər sistemi, təhlükəsizlik strukturu gözdən salınır. Digər tərəfdən isə, qərbləşmə mis- sionerlərin, sərmayəçilərin, ticarətçilərin, alimlərin fəaliyyəti vasitəsilə həyata keçirilir. Nə qədər təəccüblü olsa da, Qərb mədəniyyəti, onun humanitar aspektləri bu metodları o dərə- cədə reallaşdırır ki, əhalinin savadlı təbəqəsi öz intellektual və mənəvi müstəqilliyini itirir. Dünyaya açılmış yerli iqtisadiyyat dərhal Qərb sənayesi, mədəniyyəti və elmindən asılı vəziyyətə düşür. Belə ucdantutma hücum qeyri-qərb mədəniyyətlərinin sanki geri çəkilməsinə, marginallaşmasına səbəb olur. 1990-cı illərin əvvəllərində beynəlxalq münasibətlərin əsas seqmentlərinin dəyişməsi, habelə ABŞ-ın gündəlik mə- sələlərini öz istəyinə uyğun müəyyənləşdirmək imkanı bey- nəlxalq səhnədə “proqramlaşdırıcı liderlik” adı almış yeni postbipolyar davranış formasına gətirib çıxardı.
145 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru “Proqramlaşdırıcı liderlik” strategiyasını həyata keçirmək üçün ABŞ-ın xarici siyasət məqsədlərinin müttəfiqlərin niy- yətlərindən üstün olması, ideal vəziyyətdə isə eyni olması vacibdir. Məqsədlərin belə konvergensiyası postbipolyar dövrdə bəzi sahələrdə ABŞ-ın və Qərbi Avropanın maraq- larının üst-üstə düşməsinin davam etməsi sayəsində müm- kündür. Buna aşağıdakı vasitələrlə nail olunur: ABŞ-ın qabaqlayıcı xarici siyasət planlaşdırması və həyata keçməsi Birləşmiş Ştatların məqsədlərinə cavab verən ideya və konsepsiyaların siyasi diskursa çıxa- rılması; Amerika diplomatiyasının müttəfiqlərə ənənəvi təsir metodları; Realpolitik ruhda olsa belə, birgə fəaliyyətin dürüst ifadə olunmasında, müttəfiqlərlə ümumi dəyərlərə (de- mokratiya, siyasi plüralizm, bazar iqtisadiyyatı, insan hüquqları və s.) arxalanmaq; müttəfiqlərə maddi resurs (silah, hərbi infrastruktur, yüksək texnologiyalar), habelə informasiya təqdim edilməsi. Bill Klintonun prezidentliyinin birinci müddətində hazır- lanmış və ikinci müddətində həyata keçirilmiş “proqram- laşdırıcı liderlik” strategiyası amerikalılara aşağıdakı imkan- ları verir: 1) öz xarici və daxili siyasət məqsədlərinə çatmaq üçün maddi resursları artırmağa; 2) müttəfiqlərin sərbəst- ləşən enerjisini beynəlxalq münasibətlərin digər subyektləri- nin arzuolunmaz davranış ssenarisinə yol verməyərək özü üçün əlverişli olan istiqamətə yönəltməyə; 3) müttəfiq ölkələrin xarici, hərbi və iqtisadi siyasətlərinin formalaşması- na nəzarət etmək və ya güclü təsir göstərməyə.
146 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
“Proqramlaşdırıcı liderliyin” əsasını amerikalılar özlərinin “başqalarının oyununa” və ya başqalarının məqsədlərinə nail olunmaq prosesinə cəlb edilməsinə imkan verməyən ideya və strategiyaların irəli sürülməsi təşkil edirdi. Gündəliyə çıxarılan vəzifə ABŞ-ın aparıcı dövlət rolunu, bərabərlər arasında birinci olmasını möhkəmlətmək idi. Siyasətini müəyyənləşdirməyənlərə və potensial rəqiblərə münasibətdə isə strategiya daha sərt şəkil alır: xüsusilə də Amerika bayrağı altında koalisiya yaratmaq şübhəlidirsə, sırınan problem potensial rəqiblərin fəallığını məhdudlaşdırmalı və resurslarını neytrallaşdırmalıdır. Bu halda birgə gündəliyin formalaşması məqsədlərin daha aşkar təzyiqlə qəbul etdirilməsi və başlıca olaraq Amerika resurslarından istifadə edilməsi yolu ilə baş verir. Başqa sözlə, cəlbolunma qabağını almaqla uzlaşdırılır. “Proqramlaşdırıcı liderliyin” strategiyası keçmiş sovet satellitlərinin qərb təsisatlar sisteminə qəbul olunmağa can atdıqları vaxtdan yaranmağa başlamışdır. Transatlantik münasibətlərin gündəliyinə “demokratiya zonasının geniş- ləndirilməsi” ideyası və ya enlargement and engagement prinsipi əlavə olundu ki, bunun da praktik təcəssümü NATO- nun Şərqə doğru genişlənməsidir. “Demokratiya zonasının genişləndirilməsi” konsepsiyası- nın ideoloji bünövrəsi Klintonun prezidentliyinin birinci döv- ründə qoyuldu, praktik təcəssümünü və gələcək inkişafını isə onun prezidentliyinin ikinci müddətində, Madlen Olbrayt dövlət katibi olarkən tapdı. Transatlantik gündəliyə müstəqil dövlətlərin daxilində insan hüquqları və milli azlıqların hüquqlarının qorunması problemi daxil edildi. Bütövlükdə “demokratiya zonasının genişləndirilməsi” qərbi avropalı- ların müstəqil hərbi-siyasi fəallıq “barıtını” Alyansın
147 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
genişlənməsinə tərəf yönəldərək, hərbi-siyasi Alyansın işti- rakçılarının xarici siyasət təşəbbüslərini vahid məqsədə isti- qamətləndirməyə imkan verdi. Bununla da, Alyansın mövcudluğu yeni postqarşıdurma mənası aldı: “Mən genişlənirəm, deməli, mən varam”. Bill Klinton 1995-ci il oktyabrın 20-də Birləşmiş Qərargah Rəisləri Komitə- sinin iclasında çıxışı zama- nı xarici siyasət fəaliyyəti- nin aşağıdakı əsas istiqa- mətlərini bəyan etdi: “Rusiyanın bizim Yuqoslaviyada təşkil etdiyimiz şə- kildə regionlararası müharibələr yolu ilə xırda döv- lətlərə parçalanması; Rusiyanın hərbi-sənaye kompleksinin və ordusunun tamamilə dağılması; Rusiyadan qopmuş bizə lazım olan respublikalarda re- jimlərin kənar edilməsi”. Ata C.Buşun respublikaçılar komandasının hakimiyyətə gəldiyi vaxt ABŞ dünyada demokratik dəyişikliklərin müj- dəçisinə və inteqratoruna çevrilmişdi. Beləliklə, Karterin, Reyqanın və ata Buşun dövründə yeni Üçüncü dalğa ABŞ si- yasətinin təcəssümü oldu. Birləşmiş Ştatlar öz təsir dai- rəsində olan demokratik hökumətlərin devrilməsinə yol ver- mir, eyni zamanda, özünün təsir dairəsindən kənardakı döv- lətlərdə inqilab və çevrilişlər həyata keçirirdi. Nəticədə yeni demokratik cərəyanların təsiri altında gələcək dəyişikliklərin mahiyyət və istiqamətini irəlicədən müəyyən edən iqtisadi və sosiomədəni mühit formalaşırdı.
148 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Tamamilə təbiidir ki, ABŞ qlobal demokratik tranzitlər prosesində əsas rol oynayırdı. ABŞ-ın köməyi olmadan Filip- pində Markosun devrilməsindən, 1975-ci ildə Portuqaliyada sosialistlərin, Polşada “Solidarnost”un qələbəsindən, Cənubi Koreyanın demokratikləşməsindən söhbət gedə bilməz. Bu siyahıya Dominikan Respublikasını, Qvatemalanı, Perunu, Ekvadoru, Çilini, Şərqi Avropa dövlətlərini və s. də əlavə etmək olar. Bu siyasət ABŞ-ın milli təhlükəsizlik strategiya- sında öz əksini tapmışdır. Həmin strategiya təkcə öz qitəsin- də deyil, ondan kənarda da Birləşmiş Ştatların rolunu müəy- yənləşdirir ki, bu da ona dünyanın ən qüdrətli dövləti sta- tusunu qoruyub saxlamağı təmin edir. 2001-ci ilin sentyabrında Nyu-Yorkdakı Ticarət mərkə- zinə və Pentaqona dəhşətli hücumlardan sonra ABŞ-ın siya- səti daha intensiv yönüm aldı. Prezident oğul C.Buş proqram bəyannaməsi ilə çıxış edərək dünyaya alternativ təklif etdi: “Kim bizimlə deyilsə, o, bizim əleyhimizədir”. Amerika siyasətinin həmin formulu Monro doktrinasının qəbulundan keçən iki yüz il ərzində dəfələrlə təkrar olunmuşdur. Xatırladım ki, bu doktrina ABŞ Prezidenti C.Monronun Konqresə göndərdiyi 1823-cü il 2 dekabr tarixli məktubunda qeyd olunmuş ABŞ xarici siyasətinin prinsipləri bəyannamə- sində müəyyən edilmişdir, mahiyyəti isə “Amerika ameri- kalılar üçündür” prinsipindən ibarətdir. Müasir dövrdə Buşun ifadəsi faktik olaraq, Amerika maraqlarının yeni zonalarını elan edirdi. ABŞ kütləvi informasiya vasitələri “uzun əllər” yurisdik- siyasının (eonq arm jurisdiction) həyata keçirilməsindən da- nışmağa başlamışdır. Bunun mahiyyəti xarici dövlətlərə Amerika hüquq normaları ilə hərəkət etmək göstərişi veri- ləndə ABŞ milli qanunvericiliyinin beynəlxalq münasibətlər
149 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru sahəsinə yayılmasından ibarətdir. İndi yeni maliyyə subsidiyalarının əsas alıcısı hərbi idarə oldu: Pentaqonun büdcəsi 400 milyard dolları keçdi ki, bu da NATO dövlət- lərinin hərbi xərclərinin cəmindən çox idi. Hərbi qüvvələrin ən yeni “ağıllı silah” (smart weapons) növləri ilə təchiz edilməsinə başlandı. Bu silahlar “nöqtə zərbələri”, fəal “qa- baqlayıcı addımlar”, ən müasir informasiya texnologiyaları- nın köməyi ilə hərbi əməliyyatların idarə olunmasının tək- milləşdirilməsi hesabına ABŞ silahlı qüvvələrinin itkilərini azaltmağa yönəldilmişdir. Pentaqon “Birgə baxış-2020” proqramını qəbul etdi. Bu- nun mahiyyətini dünyanın beş hərbi zonaya bölünməsi (hər birinin əlahiddə idarə və komandanlıq strukturu olan dairələr), keçmiş SSRİ-ni sıx halqaya alan 350 hərbi bazanın müasirləşdirilməsi, Dünya okeanının bütün əsas zonaların- dakı 12 hərbi dəniz birləşmələrinin maddi-texniki və tele- kommunikasiya imkanlarının möhkəmləndirilməsi təşkil edir. Xaricdə daimi xidmət etmək üçün 500 min nəfərin hazırlanması nəzərdə tutulurdu. “Birgə baxış-2020” faktik olaraq, dünyada hərbi hökmranlıq proqramı oldu. Bu hökmranlığın aşağıdakı mühüm xüsusiyyətləri elan edilmişdir: sülh dövründə inandırıcılıq; müharibə zamanı qətiyyət; münaqişəni istənilən formasında qabaqlama. Qlobal “demokratikləşmə” kontekstində “Nyu-York tayms” qəzetinin 2004-cü il 25 yanvar tarixli nömrəsindəki məqalədən gətirilən sitat maraq doğurur: “Əgər Nyu-York- dakı Ticarət mərkəzinə və Pentaqona hücum olmasaydı, kiçik Corc Buş onu fikirləşib tapmalı olacaqdı”.
150 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling