Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


YENİ DÖVRÜN DEMOKRATİYASININ


Download 5.08 Mb.
Pdf ko'rish
bet3/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   2   3   4   5   6   7   8   9   ...   41
§ YENİ DÖVRÜN DEMOKRATİYASININ   

   FƏLSƏFƏSİ 

 

İntibah dövrü Platon və Aristotelin siyasi irsinin yenidən 



dərk edilməsi üçün perspektivlər açdı. Bununla yanaşı, 

İntibah dövrünün ideyaları və onun mühitinin özü memarlığı, 

rəssamlığı, mədəniyyəti,  ədəbiyyatı, elmi, təbabəti və kilsə-

nin yaradıcı inkişafa imkan vermədiyi bir çox digər sahələri 

də xeyli zənginləşdirdi. Fərdin varlığa və  ətrafdakı gerçək-

liyə olan baxışı dərinləşdi. İntibah dövrü Leonardo da Vinçi 

və Makiavelli kimi böyük şəxsiyyətlər yetirdi. “Mona Liza” 

və “Hökmdar” bir sıra nəsillərin təxəyyülünə  və  zəkasına 

yüzillərlə öncədən hakim kəsildi. “İntibah elə bir mənəvi ab-

hava yaratdı ki, burada ellinizmin nailiyyətləri ilə  rəqabət 

aparmaq yenidən mümkün oldu və  fərdi düha İsgəndərin 

dövründən bəri məlum olmayan azadlıq əldə edə bildi”

1



İntibah dövründə yaradıcı  şəxsiyyətin, alimlərin və 



mütəfəkkirlərin nüfuzu ən yüksək səviyyəyə çatdı. 

Hökmdarın yanında hakimiyyəti  şöhrətləndirən yazıçının və 

ya papaları, qiyamçı knyazları masqaraya qoyan şairin 

olması dövrün təbii və mühüm atributuna çevrilir. İntibah 

heç bir görkəmli filosof-nəzəriyyəçini yetirmədi, görkəmli 

mütəfəkkir Nikkolo Makiavellinin irsini gələcək nəsillərə 

saxladı. Onun “Düşüncələr”, “Knyaz” və “Hökmdar” əsərləri 

müasir dövrdə makiavellizm adlandırılan siyasi davranış 

tərzinin formal əsaslarını qoydu. Əksəriyyətin fikrincə, 

Makiavelli öz əsərlərində  ənənəvi mənəviyyat normalarına 

məhəl qoymayan siyasət metodlarını  məharətlə  əsaslandır-

mışdır. Lakin makiavellizmi dövlət mənafeləri naminə qar-

                                                 

1

 



Б.Рассель. История западной философии, книга 3, часть 1, глава 2.

 


 

 

49



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

şıya qoyulan məqsədə çatmağa  əsaslanan ancaq bir siyasət 



kimi nəzərdən keçirmək lazımdır. Bununla əlaqədar məşhur: 

“Xaçlar yanır, xaçlar yanır, 

Bunlar Çarmıxa çəkilmiş İsanın irsidir. 

Yezuitlər deyirlər ki, 

Məqsəd, ona çatmaq vasitəsini doğruldur” 

şeiri siyasi realizmə  əsaslanan makiavellizm fəlsəfəsini iro-

nik tərzdə ifadə edir. B.Rassel yazır: “Əsrimizə Makiavellini 

daha yaxşı qiymətləndirmək imkanı yenidən verilmişdir, 

çünki zəmanəmizin ən mühüm uğurlarından bəziləri rəzilliyi-

nə görə İntibah dövrü İtaliyasında tətbiq edilmiş metodlardan 

geri qalmayan metodlarla qazanılmışdır. Dövlət sənətinin də-

rin bilicisi olan Makiavelli Hitlerin Reyxstaqı yandırması,  

1934-cü ildə partiya sıralarında təmizləmə aparması  və 

Münxen sazişindən sonrakı  xəyanətkarlığı kimi əməllərini 

alqışlayardı”

1



Təbii ki, Makiavellinin əsərlərinin Avropanın demokratik 

inkişafına birbaşa dəxli yoxdur. Lakin onun hökmdarlara 

öyüd-nəsihət kimi qoyub getdiyi irs incə siyasi davranış tər-

zinin nümunəsinin nümayişidir. Halbuki, Makiavellinin “Dü-

şüncələr”ində müəyyən liberal baxışlar aydın nəzərə çarpır, 

nəzarət və tarazlıq nəzəriyyəsi formalaşdırılmışdır. 

Daha sonrakı dövrün filosoflarından fərqli olaraq, Ma-

kiavelli problemin şərhində heç vaxt ilahiyyat haqqında ümu-

mi təsəvvürlərə əsaslanmamışdır. O hesab edirdi ki, hakimiy-

yət ona can atanlara və azad yarışda ona layiq olanlara nəsib 

olur. Makiavellinin xalq hökumətinə verdiyi üstünlük “hü-

quqlar” ideyasına əsaslanmırdı, belə müşahidələrdən irəli gə-

lirdi ki, xalq hökumətləri istibdadlara nisbətən daha az 

                                                 

1

 

Б.Рассель. История западной философии, книга 3, часть 1, глава 2.



 

 

 

50 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

qəddar, prinsipsiz və  səbatsızdır. Makiavellinin fikrincə, 



uğurlu, yəni yaxşı tarazlaşdırılmış  konstitusiya böyük siyasi 

rifahdır. Hüquqları hökmdar, əyanlar və xalq arasında onların 

real çəkisinə  və nüfuzuna mütənasib surətdə bölən 

konstitusiya belə rifaha çevrilir, çünki bu cür konstitusiya 

olduqda çevrilişlər və inqilablar etmək çətindir və ona görə 

də daha sabit qaydanın mövcud olması mümkündür. Lakin 

dövlətin sabit fəaliyyətinin son dərəcə mühüm cəhəti olan 

davamlı qaydanın qorunub saxlanmasının vacibliyi olmasay-

dı, onda xalqa daha çox hakimiyyət verilməsi ağıllı iş olardı. 

Makiavelliyə görə, siyasi hakimiyyətin müvəffəqiyyəti 

gücdə, habelə bu gücü lazımi məqsədlər üçün tətbiq etmək 

bacarığı  və imkanlarındadır. Həqiqi hakimiyyət gücə malik 

olmalıdır, bu, onu istənilən fövqəladə hallarda sarsılmaz edir, 

xarici və daxili düşmənlərin qəsdlərindən qoruyur. Lakin 

Makiavelliyə görə, güc heç də təkcə müdafiə və hücum vasi-

tələri deyildir. Makiavelli hakimiyyətin gücünü onun xeyir-

xahlığın təcəssümü ola bilməsində görür, bu isə yalnız icti-

mai rəyi formalaşdıran təbliğat üzərində  nəzarət olduqda 

mümkündür. Başqa sözlə,  əgər haqlı saydığınız tərəf qalib 

gəlirsə, bu, ona görə baş verir ki, gücdə üstünlük onun 

tərəfindədir. 

Makiavellinin yaşadığı tarixi dövrün reallıqları onun 

siyasi baxışlarına xeyli dərəcədə təsir göstərmişdir. Bu, ipə-

sapa yatmayan əclafların uğurlar qazandıqları; fayda verməsi 

naminə hər şeyi və hamını bağışlamağa sövq edən riyakarlı-

ğın baş alıb getdiyi; şəhər əhalisinə xas cahillik və prinsipsiz 

eqoizm dövrləri idi – Makiavellinin müasirlərinin həyatı bax, 

belə pərdə arxasında cərəyan edirdi. Lakin filosofun özünün 

də dediyi kimi, hətta belə  zəmanələrdə  də cahil xalq qarşı-

sında xeyirxah libasında çıxış etmək arzuolunandır. Belə-



 

 

51



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

liklə, makiavellizm hakimiyyətin hərəkətverici qüvvəsini və 



mexanizmini üzə  çıxararaq, baş verən hadisələri müstəqil 

şəkildə qavramağa təhrik edirdi. 

Müasir dünyada, istər daxili, istərsə də xarici proseslərdə 

fəziləti müəyyənləşdirmək və ya onun meyarlarından istifadə 

etmək bəzən çətindir. Hazırda beynəlxalq münasibətlərin 

qavranılmasını bir çox cəhətdən  Pax Americana dövründə 

qloballaşma layihəsinin təsiri altında inkişaf edən yeni 

demokratik prosesin “iç üzü” formalaşdırır. Həmin layihə isə 

aşağıdakılarda ifadəsini tapan özünəməxsus siyasi dualizm 

doğurur: (1) öz dəyərlərinin təsdiqində  və öz evində de-

mokratiyanın təkmilləşdirilməsində; (2) demokratiyanın bü-

tün dünyada yayılması  uğrunda mübarizə aparmaq 

öhdəliyində. Beləliklə, demokratiyanın, yaxud da, nüfuzlu 

Amerika politoloqu S.Hantinqtonun təbirincə, “üçüncü 

demokratik dalğa”nın genişlənməsi getdikcə yeni məkanları 

gizli  şəkildə bürüyür, keçmiş sovet respublikalarını da öz 

təsiri altına alır.  Ənənəvi olaraq, qloballaşma dedikdə, 

inkişaf etməkdə olan dövlətlərdə transmilli korporasiyaların 

iqtisadi üstünlüyünü başa düşürdülər. Lakin yeni dünya 

nizamının başlanması ilə aydın oldu ki, demokratik təsisatlar 

və sosiomədəni fonla dəstəklənməyən iqtisadi üstünlüklər 

tranzit və inkişaf etməkdə olan cəmiyyətlərdə  Qərb dəyər-

lərinin hökmranlığını, bu cəmiyyətlərdə qərbləşmiş davranış 

nümunələrinin təşəkkülünü təmin etməyə qadir deyildir. 

“Rəngli” inqilablar postsovet məkanında qlobal transformasi-

yalara təkan verən mexanizm kimi seçilmişdir. Kommunist 

rejimlərinin yetişdirdiyi “uzunömürlü” liderlərin “vaxtsız 

vəfatı” üçün səbəbi də həmin inqilablar yaratmışdır. 

Bəşəriyyət özünün, əslində, bütün tarixi ərzində bu cür 

yanaşmaya məruz qalmışdır, öz növbəsində, bəşər övladı 



 

 

52 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Monarxiya quruluşunda ədalət 



mühakiməsini kral həyata keçirir. 

Respublika quruluşunda isə onu xalq 

həyata keçirməlidir. 

Viktor Hüqo 

xarici və daxili təhlükələrin səviyyəsinə daim nəzarət etməyə 

çalışmışdır.  İngilis dövlət xadimi və filosofu Tomas Hobbs 

(1588-1679) hələ XVII əsrdə “Leviafan, yaxud Materiya, 

kilsə dövlətinin və mülki dövlətin forma və hakimiyyəti” 

(1651-ci il) əsərində yazırdı: “Qarşılıqlı etimadsızlıq  şə-

raitində insanın öz həyatını  təmin etməsi üçün qabaqlayıcı 

tədbirlər görməkdən, yəni onun üçün təhlükəli olan kifayət 

qədər sanballı digər bir qüvvənin yoxluğunu yəqin etməyin-

cə, gücü çatanların hamısını zorakılıqla və ya hiyləgərliklə 

itaətdə saxlamaqdan başqa ayrı, daha ağıllı bir üsul yoxdur”

1



T.Hobbsa görə, insanın 

təbiətində müharibənin baş-

lanmasına təhrik edən üç 

əsas səbəb mövcuddur: bi-

rincisi – rəqabət, ikincisi – 

etimadsızlıq, üçüncüsü – 

şan-şöhrət hərisliyidir. La-

kin dövlətin gücü onun təhlükəsizliyi ilə  təmin edilir, yəni 

sərhədləri necə müdafiə olunursa, iqtisadi baxımdan onun 

daxili və xarici düşmənlərə qarşı tab gətirmək qabiliyyəti nə 

qədər böyükdürsə, dövlət bir o qədər güclüdür. 

Hobbsun əsərləri belə deməyə əsas verir ki, o, güclü haki-

miyyətin müdafiəçisidir, lakin, eyni zamanda, dövlətin da-

vamlılığının  əsasını ümumi hakimiyyətdə görən demokratik 

idarəetmə  tərəfdarıdır. Rəqabət, paxıllıq və nifrət, ucalmaq 

niyyəti, eqoizm – bunlar insanlar arasında münaqişələri qa-

çılmaz edir. Bununla belə, Hobbs göstərir ki, Aristotelin ic-

timai quruculuqları kimi, heç bir daimi, təbiət tərəfindən şərt-

ləndirilmiş  həmrəylik yoxdur. Ona görə  də yalnız insanları 

                                                 

1

  Т.Гоббс.  Левиафан,  или  Материя,  форма  и  власть  государства 



церковного и гражданского, 1651 г., часть 1, глава 13. 

 

 

53



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

vahimədə saxlayan və onların fəaliyyətini ümumi rifaha isti-



qamətləndirən ümumi hakimiyyət sayəsində adamlar arasın-

da müəyyən bir uzunmüddətli saziş yaranır və dəstəklənir. 

Ümumi hakimiyyət bir nəfərin, yaxud nümayəndəlik 

funksiyalarını icra edəcək insanların yığıncağının təyin olun-

ması ilə yaradılır. Hobbs yazır: “Bu, hər bir insanın digər hər 

bir insanla bağladığı saziş vasitəsilə bir şəxsin simasında 

təcəssüm olunmuş elə real birlikdir ki, hər bir adam digərinə 

desin: mən bu adamı  və ya şəxslərin bu yığıncağını  vəkil 

edirəm və ona özünü idarə etməyin başqa bir hüququnu bir 

şərtlə verirəm ki, sən də eyni qaydada öz hüququnu ona 

verirsən və onun bütün hərəkətlərinə icazə verirsən”

1



Müasir dünyada demokratik idarəetmənin nümunəsi kimi 

qavranılan dövləti Hobbs “qanunlara əsaslanan dövlət” ad-

landırır. Öz hüquqlarını suverenə verən belə dövlətdə xalq 

haqq-ədalətə  qəsd etməməli, suverenə qarşı  çıxmamalı  və 

onun hərəkətlərini pisləməməlidir.  Əgər suvereni çoxluq 

seçirsə, onda azlıq tabe olmağa borcludur. Suveren isə im-

munitetə  və  təbəələrinin adından hərəkət etmək hüququna 

malik olan hansısa bir ali qüvvədir. 

Hobbsun demokratik dövlətində suverenin hüquqları ol-

duqca genişdir və bəzən onların prioriteti qəsdən artırılır. O, 

hətta suverenin səhv hərəkətlərinin mümkünlüyünü şübhə 

altına alaraq göstərir ki, “sıxışdırılmaqdan  şikayət edənlər 

nəzərə almırlar ki, insanın vəziyyəti həmişə bu və ya digər 

rahatsızlıqla bağlıdır, bu və ya digər idarəçilik formasında 

xalqın bəzən məruz qala biləcəyi  ən böyük sıxıntılar və-

təndaş müharibələrinin doğurduğu müsibətlərlə  və  dəhşətli 

                                                 

1

 



Т.Гоббс. Левиафан, или Материя, форма и власть государства цер-

ковного и гражданского, 1651 г., часть 2, глава 17.

 


 

 

54 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

bədbəxtliklərlə müqayisədə, yaxud hakimiyyətsizliyin azğın-



pozğun vəziyyəti ilə, insanların qanunlara tabe olmadıqları 

və onları soyğunçuluqdan və intiqamlardan qoruyan heç bir 

məcburi hakimiyyəti tanımadıqları vəziyyətlə müqayisədə az 

hissolunandır”

1



Bu kontekstdə tamamilə aydındır ki, Hobbs “Leviafan” 



əsərini XVII əsrin ortalarında  İngiltərəni bürüyən vətəndaş 

müharibəsinin təsiri altında yazmışdır. Bu, onun dövlətdə 

suverenin və təbəənin yeri barədə baxışlarında aydın sezilir. 

Məlum olduğu kimi, həmin müharibə İngiltərə, Şotlandiya və 

İrlandiyanı qəti şəkildə birləşdirərək, Birləşmiş Krallığın for-

malaşmasını başa çatdırdı. Aradan çox keçməmiş İngiltərəni 

Stüartlar sülaləsinin bərpa olunması gözləyirdi. Hobbs güclü 

dövlətçiliyin  əsasını  həmrəylikdə, təhlükəsizlikdə görür və 

hesab edir ki, bunların naminə təbəələr labüd olan qurbanlara 

getməlidirlər. 

Hobbs dövlətin idarə olunmasında iştirak etmək istəyənlə-

rin hamısının yığıncağını demokratiyaya, istibdadı və oliqar-

xiyanı isə monarxiyanın digər növlərinə aid edir. 

N.Makiavellidən fərqli olaraq, Tomas Hobbs öz mühaki-

mələrində ilahiyyat konseptlərinə tez-tez müraciət edir. Mə-

sələn, yazır ki, Moiseyin tarixinə görə, Müqəddəs kitab həm 

monarxın mütləq hakimiyyətini, həm də ona məxsus olan 

qanunverici hakimiyyəti təsdiqləyir

2

. Hobbsa görə, azadlıq 



Allah tərəfindən verilmişdir və o, “Allahın istədiyindən nə 

çox, nə  də az etməmək”

3

 kimi qaçılmaz zərurətlə müşayiət 



olunur. Hətta insanların fəaliyyətinə görə məsuliyyətin olma-

                                                 

1

 

Т.Гоббс. Левиафан, или Материя, форма и власть государства цер-



ковного и гражданского, 1651 г., часть 2, глава 18.

 

2



 

Yenə orada, fəsil 21.

 

3

 



Yenə orada.

 


 

 

55



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

ması, – çünki insanlar fəaliyyətin həyata keçirilməsində 



azaddırlar, – fərdləri “Tanrının hökmü” ilə səbəbiyyət əlaqə-

sindən kənarda törədilən  əməllərdən azad etmir. Beləliklə, 

iradənin azad şəkildə ifadə olunması haqqında Hobbsun tə-

səvvürlərinin  əsasını insanın Tanrı  tərəfindən müəyyənləş-

dirilmiş davranışına  əsaslanan konseptual fatalist yanaşma 

təşkil edir. Bu cür baxışların formalaşmasına katolisizm 

mühüm təsir göstərmişdir. 

Hobbsa görə, azadlıq fərdə öz iradəsinə müvafiq surətdə 

hərəkət etməyə təminat verən geniş fəlsəfi anlayışdır. Bunun-

la yanaşı, yuxarıda deyildiyi kimi, şəxsiyyətin istəyi, meyli 

və iradəsi azad deyildir, çünki özlüyündə insan yalnız onları 

istədiyi kimi təzahür etdirməkdə maneələrlə qarşılaşmadıqda 

azaddır. Deməli, ümumiyyətlə, iradə azadlığı barədə danış-

maq əzəldən səhvdir. 

Dövlət çərçivəsində isə insan qorxu və azadlığı uzlaşdırır, 

çünki onun qanundan qorxaraq etdiyi bütün hərəkətlər elə 

hərəkətlərdir ki, onları törədən  şəxsin bu hərəkətlərdən 

çəkinmək azadlığı var. Hobbsda azadlıq və zərurət bir-biri ilə 

qarşılıqlı surətdə bu cür bağlıdır, ona görə ki, əgər “könüllü 

hərəkətlər insanların iradəsindən doğursa, onlar azadlıqdan 

irəli gəlir, lakin insan iradəsinin istənilən aktı, hər cür istək 

və meyil hər hansı bir səbəbdən, bu səbəb isə fasiləsiz 

silsilədə digər səbəbdən irəli gəldiyinə görə, həmin akt, istək 

və meyil zərurətdən doğur”

1



Hobbs dövlətin süqutunu ədalətli qanunlar yaratmağa 



qadir olmayan insanların “düşüncəsiz yanaşma”sının doğur-

duğu daxili xəstəliklərin nəticəsi hesab edir. Ədalətli qanun-

                                                 

1

 



Т.Гоббс. Левиафан, или Материя, форма и власть государства цер-

ковного и гражданского, 1651 г., часть 2, глава 29.

 


 

 

56 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ların olmaması ona gətirib çıxarır ki, amanabənd bina tikilir 



və o, “öz inşaatçılarından bir az çox qalaraq, onların nəsillə-

rinin başlarına labüdən uçacaqdır”

1

. Hobbs deyir ki, dövlətin 



süqutu mütləq hakimiyyətin çatışmazlığı ilə  şərtlənir və bu, 

heç də hökmən idarəetmənin monarxiya formasının nəticəsi 

deyildir. Məlum olduğu kimi, Qədim Romada cəmiyyətin 

devizi “Senat və Roma xalqı” idi, amma nə xalqın, nə  də 

senatın tam hakimiyyəti vardı ki, bu da çoxsaylı qiyamlara, 

müharibələrə, sonra isə demokratiyanın da məhvinə  gətirib 

çıxarmışdı. Odur ki, mütləq monarx və ya çoxluğun yığın-

cağının mənafelərini ifadə edən hansısa bir sima olan 

suveren öz əlindəki bütün hakimiyyətdən istifadə etməlidir. 

“Dövləti nəyin zəiflətdiyi və ya dövləti nəyin parçalan-

maya doğru apardığı barədə” Hobbsun tezisləri arasında mə-

nim diqqətimi müasir qərbləşməyə oxşar çox maraqlı bir mə-

qam cəlb etdi. Məsələn,  Şərqi Avropa və MDB ölkələrində 

dəyişikliklər Qərbi Avropa ölkələrindəki dövlət quruculuğu 

təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Bu da təbiidir. 

Manufakturalar və buxar mühərriki hələ meydana gəlməzdən 

əvvəl Hobbs yazırdı ki, “qonşu xalqlardakı idarəetmənin 

müxtəlif formalarının nümunələri çox vaxt adamları müəy-

yən olunmuş idarəetmə formasını dəyişdirməyə sövq edir”

2



Hobbs öz ölkəsinin tarixinə müraciət edərək, Niderlandda 

idarəetmə formasını  dəyişdirmiş burjua inqilabını misal 

çəkir. Məlum olduğu kimi, Şimali Niderlandda burjua 

inqilabının qələbəsi heç də yerli qaydanın təzahürü olaraq 

qalmamışdır. O, XVII əsrin birinci yarısında bütün Avropa-

nın iqtisadi və siyasi sahələrində qüvvələr nisbətini qəti  şə-

                                                 

1

 



Т.Гоббс. Левиафан, или Материя, форма и власть государства цер-

ковного и гражданского, 1651 г., часть 2, глава 29.

 

2

 



Yenə orada. 

 


 

 

57



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

kildə dəyişdirmişdir. Beləliklə, Hobbs sosial məkanların öz-



gələrin, ola bilsin, həmişə uğurlu olmayan təcrübəsini tətbiq 

etməyə meyil göstərdiyini vurğulayır.  

İngilis filosofu, liberalizmin banisi Con Lokk (1632-

1704) təbii hüquq, ictimai müqavilə, xalq suverenliyi, şəxsiy-

yətin məhrum edilə bilməyən azadlıqları, hakimiyyətlərin 

tarazlılığı, müstəbidə qarşı üsyanın qanuniliyi ideyalarına 

tam şərik çıxırdı. C.Lokk bu ideyaları inkişaf etdirdi, şəklini 

dəyişdirdi, yeniləri ilə  təkmilləşdirdi və bütöv siyasi-hüquqi 

təlimə – erkən burjua liberalizmi doktrinasına daxil etdi. O, 

öz siyasi-hüquqi təliminin  şərhini “İdarəetmə haqqında iki 

traktat” əsərində vermişdir. 

Lokk yazır ki, insana xas olan azadlıq vəziyyəti heç də 

özbaşınalıq vəziyyəti deyil və insan qeyri-məhdud azadlığa 

malik olsa da, bu azadlığın çərçivəsi, ən azı, özünümühafizə 

qanunu ilə müəyyənləşdirilmiş  hədlərdən kənara çıxmır.  

Hobbs kimi, Lokk da ilahiyyat konseptlərinə müraciət edir. 

O yazır: “Təbii vəziyyət təbiət qanununa malikdir. Təbii və-

ziyyət bu qanunla idarə olunur və o, hər bir kəs üçün icba-

ridir; bu qanunu təşkil edən zəka onunla hesablaşmaq 

istəyən bütün insanları öyrədir, bütün insanlar bərabər və 

müstəqil olduğuna görə, onların heç biri başqasının həya-

tına, sağlamlığına, azadlığına və ya mülkiyyətinə zərər vur-

mamalıdır; çünki bütün insanlar tək bir Tanrı  və  hədsiz 

dərəcədə müdrik Yaradan tərəfindən xəlq olunmuşdur; 

onların hamısı bir olan Rəbbin bəndəsidir, dünyaya Onun 

əmri və  işi ilə göndərilmişdir; bütün insanlar onları  xəlq 

edənin ixtiyarındadır və onların varlığı özlərinin deyil, 

Onun istədiyi qədər davam etməlidir”

1



                                                 



1

 

Дж. Локк. Два трактата о правлении, книга 2, глава 2.



 

 

 

58 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

İnkişaf və  tərəqqi insana doğulduğu gündən təbiət 



tərəfindən verilmiş öz təbii hüquqlarını başa düşmək üçün 

əlverişli zəmin yaradır. Lakin insan avtarkiya vəziyyətində, 

onu  əhatə edən hər  şeydən təcrid olunmuş halda yaşaya 

bilməz. Sosial gerçəklik fərdi ittifaqlara və cəmiyyətlərə cəlb 

edir və burada o, fasiləsiz fəaliyyət göstərən dünya 

sisteminin bir hissəsinə çevrilir. Təbiətin özünün yaratdığı bu 

konstruksiyada insan ümumi prosesin yalnız bir hissəciyidir 

və  hətta onun tərkib hissəsi olsa da, qərarların qəbul 

edilməsində və öz hərəkətlərində azaddır. 

Lokk yazır ki, insan özünün ilk cəmiyyətini nikah ittifaqı 

vasitəsilə yaratmışdır. Sonralar o, ailə  cəmiyyətinin bir 

hissəsinə çevrilmiş və valideynlərin münasibətlərinin tabeliyi 

altına düşmüşdür.  İnsanın yeri və rolu tədricən dəyişmişdir: 

o, hansısa cəmiyyətlərdə özünün azad xəlq edilmiş 

üstünlüyünü saxlamış, digərlərində isə münasibətlərin yeni 

tipinə – qulluqçu – ağa tipinə daxil olaraq, qeyri-azad fərdə 

çevrilmişdir. Azad olmaq hüququ ilə doğulan insan tarix 

boyu öz varlığının müxtəlif sosial formalarında təzahür edir. 

Lokka görə, siyasi cəmiyyət elə bir məkanda mümkündür 

ki, burada həmin cəmiyyətin nümayəndələri öz təbii haki-

miyyətindən imtina edir və beləliklə, onu qeyd-şərtsiz olaraq 

cəmiyyətin ixtiyarına verirlər. Deməli, birgə yaşayışın daimi 

və  qərəzsiz qaydalarını müəyyənləşdirən münsif məhz 

cəmiyyət olur. Vahid qaydalar əsasında birləşənlər, ümumi 

qanuna və ortaya çıxan mübahisələri həll etmək və 

cinayətkarları  cəzalandırmaq məqsədi ilə müraciət etmək 

mümkün olan məhkəmə müəssisəsinə malik şəxslər vətəndaş 

cəmiyyətini əmələ gətirirlər. C.Lokk yazır: “Hər hansı sayda 

insanlar bir cəmiyyətdə birləşərkən, onlardan hər biri təbiətin 

qanunu ilə ona xas öz icra hakimiyyətindən imtina edərək, 



 

 

59



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Güc olmayanda ədalət köməksizdir; 

ədalət olmayanda isə

 

güc

 

zülmkardır

Blez Paskal 

onu cəmiyyətə verdikdə, siyasi cəmiyyət və ya vətəndaş 

cəmiyyəti meydana gəlir”

1



Lokk hesab edir ki, təbiətən azad olan insan öz razılığı ol-

madan siyasi hakimiyyətə tabe edilə bilməz. Fərd özünü və-

təndaş  cəmiyyəti ilə yalnız o halda bağlayır ki, o, özü kimi 

təhlükəsiz və firavan həyatın qorunub saxlanılması məqsədi ilə 

birləşmiş insanların birliyində yaşamaq istəyir. Belə birliklər 

yaratmaqla insanlar vahid siyasi orqanizmi təşkil edirlər ki, 

burada da əksəriyyətin yerdə qalanların hamısının  əvəzinə 

hərəkət etməyə, qərar qəbul etməyə ixtiyarı var. 

Tamamilə aydındır ki, 

çoxluğun tam vahid kimi 

çıxış etməyə qadir olmadığı 

cəmiyyətlər tezliklə süquta 

məhkumdur. Müvafiq su-

rətdə, bərabər insanların ittifaqı ilə yaradılan qurumlar ola-

raq, dövlətlər o çoxluğun mənafelərini ifadə edir ki, bu siyasi 

orqanizm onun könüllü ittifaqı ilə formalaşmışdır. Deməli, 

insanın ixtiyarındakı mülkiyyətdən təbii vəziyyətdə istifadə 

etmək təhlükəsiz olmadığına görə, o, təhlükəsizliyi və həya-

tının saxlanması, azadlığı  və mülkiyyəti naminə öz azad-

lığından  əl çəkməyə  və  cəmiyyətin bir hissəsinə çevrilməyə 

hazırdır. Lokkun bu mülahizələri fərdin azadlığı barədə 

Hobbsun mövqeyini müəyyən dərəcədə təkrarlayır. 

Lokk dövlət idarəçiliyi formasını qanunverici hakimiyyət-

dən asılı olan, yəni ali hakimiyyəti öz əlində cəmləşdirənlər 

tərəfindən müəyyən olunmuş forma hesab edir. Dövlət for-

ması – demokratik, oliqarxik və monarxiya, habelə seçkili 

monarxiya forması məhz bundan asılı idi. 

                                                 

1

 

Дж.Локк. Два трактата о правлении, книга 2, глава 7.



 

 

 

60 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Ali hakimiyyət olaraq, qanunverici hakimiyyət xalqın hə-



yatı və sərvətinə münasibətdə despotik ola bilməz. O, ictimai 

rifahla məhdudlaşdırılıb və ancaq cəmiyyətin firavanlığının 

təmin edilməsinə yönəldilmişdir. Lokk yazır ki, “mütləq 

despotik hakimiyyət və ya müəyyən edilmiş daimi qanun-

larsız idarəetmə cəmiyyətin və hökumətin məqsədlərinə heç 

cür uyğun ola bilməz, çünki insanlar yalnız öz həyatını, 

azadlığını  və  əmlakını qoruyub saxlamaq üçün, hüquq və 

mülkiyyət haqqında müəyyən olunmuş qanunların köməyi ilə 

öz əmin-amanlığını və dincliyini təmin etmək üçün cəmiyyət 

və hökumət naminə təbii vəziyyət azadlığından imtina etmiş 

və özlərini müvafiq tellərlə bağlamışlar”

1



Lokk insanların yaratdıqları, tanıdıqları  və müxtəlif kol-

liziyaların həlli üçün xeyirxahlıq və  cəza tədbirləri kimi 

tətbiq edilməyə özlərinin ümumi razılığı ilə icazə verilmiş 

ümumi qanunu dövlətin məzmununu təşkil edən ilk əlamət 

sayırdı. Sözün əsl mənasında, Qanun, ümumən, vətəndaş cə-

miyyətindən və ya insanların təsis etdikləri qanunverici 

orqandan irəli gələn hansısa bir təlimat deyildir. Yalnız o 

aktın qanuni titulu var ki, o, şüurlu varlığa onun öz mənafe-

lərinə uyğun olan və ümumi rifaha xidmət edən davranış 

qaydasını göstərir.  Əgər təlimatda belə norma yoxdursa, o, 

qanun sayılmır. 

Bundan başqa, ali hakimiyyət insanı onun mülkiyyətinin 

bir hissəsindən və ya hamısından məhrum edə bilməz. Xü-

susi mülkiyyət şəxsiyyətin həyat fəaliyyətinin imtiyazlı sahə-

sidir: hökumət onun qorunmasına və təhlükəsizliyinə təminat 

verməlidir. Eyni zamanda, dövlətdə hansı hakimiyyət olursa-

olsun, onun öz təbəələrinin razılığı olmadan əmlakından isti-

fadə etməyə ixtiyarı yoxdur, çünki bu, dövlətin bütün niyyə-

                                                 

1

 



Дж.Локк. Два трактата о правлении, книга 2, глава 11.

 


 

 

61



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

tinin həyata keçirilməsinə, yəni, onun vətəndaşlarının mül-



kiyyətinin təhlükəsizliyinin təmin edilməsinə maneə törədir. 

Əgər kiminsə ağlına gələn vaxtda başqasının mülkiyyətindən 

istifadə etməyə ixtiyarı varsa, onda hansı mülkiyyət hüqu-

qundan söhbət gedə bilər. Sonralar liberalizmin əsas prinsip-

lərindən birinə çevrilən xüsusi mülkiyyət hüququ müasir 

dünyada demokratik cəmiyyətin bazisidir. 

 Lokk hakimiyyətin qanunverici və icra qollarının bölgü-

sünün tərəfdarıdır. Belə ki, onun fikrincə, “hakimiyyətdən 

yapışıb qalmağa meyilli olduğuna görə, tamah həddindən 

çox ola bilər, bu halda, qanunlar yaratmaq səlahiyyəti olan 

şəxslər həmin qanunların icrası hüququnu da öz əllərində 

cəmləşdirmək istəyərlər ki, qanundan həm o, yaradılarkən, 

həm də onun icrası zamanı öz şəxsi faydası üçün istifadə 

etsinlər”

1

. Lokk qanunverici hakimiyyəti ali hakimiyyət 



hesab edir, çünki “başqaları üçün qanunlar yarada bilən 

onlardan üstün olmalıdır”

2



Lokkun dövlət və hüquq haqqında təlimi özünün bütün 



güclü və  zəif tərəfləri ilə birlikdə erkən burjua inqilabları 

ideologiyasının klassik ifadəsi idi. Bu təlim XVII əsrin 

siyasi-hüquqi biliyinin və qabaqcıl elmi fikrinin bir çox 

nailiyyətlərini  əxz etmişdi. Lokk bu nailiyyətləri sadəcə, 

toplamaqla kifayətlənməmiş, həm də  İngiltərədə inqilabın 

verdiyi tarixi təcrübəni nəzərə almaqla dərinləşdirmiş  və 

yenidən işləmişdir. Beləliklə, onlar sonrakı, XVIII yüzilliyin 

– Maarifçilik əsrinin və yeni dövrün iki ən böyük inqilabının 

– Fransa və Amerika inqilablarının siyasi-hüquqi həyatının 

yüksək praktik və  nəzəri sorğularına cavab vermək üçün 

yararlı olmuşdur.

 

                                                 



1

 

Дж.Локк. Два трактата о правлении, книга 2, глава 11.



 

2

 



Yenə orada, fəsil 13. 

 

 

62 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 




Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling