Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Jan Pol Sartr
§ ÜÇÜNCÜ DALĞA
S.Hantinqton Portuqaliya inqilabını Üçüncü dalğanın baş- lanğıc nöqtəsi adlandırır. Amerika politoloqu F.Şmitter də bu fikirdədir. Portuqaliyada yarım əsr mövcud olmuş hərbi reji- min yıxılması üçün cəmi bircə gün vaxt lazım gəldi. 1974-cü il aprelin 25-də, cümə axşamı günü saat 12.25 dəqiqədə radio ilə səslənən mahnı üsyançılara işarə oldu. Kapitan Salquera de Maya Lissabondan 50 mil məsafədə yerləşən Santarim hərbi bazasından səkkiz zirehli maşını və piyadalarla dolu on yük maşınını çıxararaq, paytaxta tərəf hərəkət etdi. Silahlı Qüvvələr Hərəkatının (SQH) – Radikal əhval-ruhiyyəli orta pillə zabitlər təşkilatının təsiri altında olan bəzi digər bölmələr də çıxış etdilər. 5-ci piyada alayı paytaxt radiostansiyasını tutdu, radiostansiya saat 17.30 dəqiqədə SQH-nin ilk rəsmi məlumatını verdi. Bu, polisə və orduya kazarmalarda qalmaq barədə müraciət idi. Baş nazir Martsello Kaetano hələ respublika milli qvar- diyası hissələrinin, rejimin pretorianlarının yerləşdikləri Kar- mo kazarmalarında gizlənməyə cəhd göstərirdi. Üsyançı böl- mələr Karmoya gedən yolda briqadir Raysın komandanlıq et- diyi 7-ci əlahiddə diviziyanın tankları ilə qarşılaşdılar. Aza- cıq çaşqınlıqdan sonra Raysın adamları üsyançıların tərəfinə keçdilər. Minlərlə fəhlə və gənc küçələrə axışdı. Baş Qərar- gah tutulmuş, hava limanları bağlanmış, əsas nazirlər həbs edilmişdilər. Qoşunlar Lissabona gedən yolu kəsmiş və əhə- miyyətinə görə ikinci şəhər olan Portunu qoruyurdular. Üs- yançılara yalnız hamının nifrət etdiyi məxfi polis müqavimət göstərirdi, hiddətlənmiş kütlə onun iqamətgahını mühasirəyə almışdı. Üsyana qalxan xalqa mənasız müqavimət cəhdi za- manı məxfi polisin agentləri bir neçə adamı güllələmişdilər.
110 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Saat 20:00-da SQH rejimin devrildiyini elan edir. General rütbəsindən aşağı rütbədə kiməsə təslim olmaqdan imtina edən Kaetano hakimiyyəti general Antonio de Spinolaya təh- vil verir və Ameriko Tomba ilə birlikdə Madeyraya qaçır. Bir ay sonra Braziliyanın hərbi diktaturası onlara siyasi sığı- nacaq verəcəkdi. Lissabonun küçələri camaatla dolu idi. Heç kim gənc za- bitlərin nə edəcəklərini, – əslinə qalsa, onların uzunmüddətli fəaliyyət planı da yox idi, – bilməsə də, hamı hiss edirdi ki, totalitarizm boyunduruğu atılmışdır. Demək olar, qansız- qadasız baş tutan çevriliş Avropada ən uzunsürən diktaturanı ləğv etdi və bu, əsl bayram idi. SQH-nin zirehli maşınları se- vincdən vəcdə gələn izdihamın içində itib-batmışdı. Minlərlə məktəbli şəhərin mərkəzi küçələrindən keçib gedir və bir ağızdan deyirdi: “Rədd olsun faşizm!”. Hər yerdə – insanla- rın əllərində, tüfənglərin lülələrində baş tutan inqilabın rəm- zinə çevrilən al qərənfillər görünürdü. Bu, “xoşbəxt inqilab”, “güllər inqilabı” idi. Kaetano rejimi ictimai dəstəyi artıq çoxdan itirmişdi. Por- tuqaliyada diktatura 1930-cu illərin əvvəllərində Antonio Sa- lazar tərəfindən qurulmuşdu. Bundan əvvəl iyirmi il ərzində- ki sosial və siyasi sarsıntılar, habelə bütün dünyada tüğyan edən iqtisadi tənəzzül Salazarın sabitlik yaratmaq barədə vədlərini cəmiyyətin bəzi təbəqələri üçün, ilk növbədə, torpaq sahibləri, kolonistlər və orta sinfin bir hissəsi üçün cəlbedici edirdi. Kaetano hakimiyyəti irsən 1968-ci ildə gəlmişdi. O vaxt ölkədə “korporativ respublika” deyilən respublika qurulmuş- du, bir neçə varlı ailə proteksionist qanunların müdafiəsindən yararlanaraq, maliyyə və sənaye birliklərinə nəzarət edirdi.
111 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Dövlət faşist partiyası özünün gənclər bölməsi istisna ol- maqla, icazə verilmiş yeganə siyasi təşkilat idi. Yarımhərbi təşkilatlar solçu fəalları və həmkarlar ittifaqlarını qorxu için- də saxlayırdı. Müstəqil həmkarlar ittifaqları və tətillər qa- dağan olunmuşdu. Gizli polis geniş agentlər və ştatdankənar xəbərçilər şəbəkəsi təşkil etmişdi. İşgəncələr adi hal sayılırdı. İnqilab gizli polisin zirzəmi və arxivlərinin qapılarını açdıqda silahlar, sadistcəsinə işgəncə vermək alətləri, qeyri-insani vəhşiliklərə dair təlimatlar, bu vəhşiliklərin əks olunduğu fotoşəkillər və xəbərçilərin şəxsi işləri tapılmışdı. “Üçüncü demokratik dalğa” beləcə başladı və o, “zəfər yürüşü” ilə və transformasiya edərək, XXI əsrin əvvəlində özünün “müdaxilə” məkanını Orta Asiya ölkələrinə qədər genişləndirdi. 1970-ci illərin ortalarından, demokratikləşməyə yeni nəfəs gəldiyi vaxtlardan etibarən, növbəti tranzit cərəyanlarında fəal rol oynamağa başlayan heç də təkcə siyasi dairələr deyildi. Demokratikləşmə prosesinin uğurla getməsində ruhanilərin, xüsusən, Roma Papası II İoann Pavelin və koreyalı kardinal Kimin rolu az olmamışdır. Lakin II İoann Pavelin güclü fəaliyyətindən əvvəl katolik kilsəsi bir sıra transformasiyalara məruz qaldı. İkinci Vatikan kilsə məclisindən sonra (1962- 1965-ci illər) katolisizm dünya məkanında insan hüquqları və azadlıqlarının müdafiəsinə münasibətini dəyişdirərək, “ictimai həyat üçün daha ədalətli şərait yaradılmasını, ümumi sülhün möhkəm bərqərar olmasını” 1 təbliğ etməyə başladı. 1950-ci illərin ikinci yarısında xristian-demokrat partiya- larının coşğunluğu səngidi, onların çoxu isə böhrana düşdü.
1
Документы Второго Ватиканского собора. Декрет об экуменизме. Пункт 23, 4 декабря 1963 г.
112 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Fransa Xristian-Demokrat Partiyası parçalandı, İtaliya Xristian-Demokrat Partiyası isə sosialistlərlə birləşməyə məcbur oldu. Ümumiyyətlə, xristian demokratiyasında müşahidə olunan ideologiyasızlaşma onun getdikcə kilsədən ayrılması demək idi. Bu partiyalar vətəndaş mənafelərini açıq şəkildə təmsil edən təşkilatlara çevrildilər. Dinin rolu isə, müvafiq surətdə arxa plana keçrilirdi. Elə o vaxt Papa XXIII İoann (1958-1963) kilsənin dünya ilə əlaqələrini artıq xristian partiyalarının vasitəsilə deyil, mənəvi-dini fəaliy- yətin köməyi ilə təzələməyi qərara aldı. Bunun nəticəsində o, həmin partiyalara münasibətdə bitərəf mövqe tuturdu. Papa XXIII İoannın 1961-ci il mayın 15-də irəli sürdüyü “Mater et magistra” (“Ana və mürəbbiyə”) sosial ensiklikası – müraciəti katolik kilsəsinin artıq yeni ruhunu əks etdirirdi. Əslində, əvvəlki ensiklika kimi, bu da eyni problemləri – kilsənin sinifləri və sinfi mübarizəni tanımasından irəli gələn vəzifələrini həll etməyə çalışırdı. Əvvəllər dünyanın demokratiyaya və sosializmə doğru getdiyi şəraitdə bu problemlərin həllinə dair təkliflər kilsə üçün məqbul deyildi. Əgər Papa XXIII İoannın sələfləri sosial məsələlərdən danışarkən fəhlə hərəkatının pislənməsini birinci yerə çıxarır və sosial proqramı isə yalnız ikinci növbədə irəli sürürdülərsə, XXIII İoannın dövründə əsas diqqət daha humanist ictimai və iqtisadi sistem hazırlanmasına yönəldilmişdi. Lakin sosial ziddiyyətlərin həllinə dair yeni nəzəriyyə ancaq metodlar, necə deyərlər, intonasiya baxımından yeni idi. Belə bir tezis əsas olaraq qalırdı ki, kilsə və dövlət müdrikliklə qarşılıqlı fəaliyyət göstərərək, əməklə kapital arasındakı ziddiyyətləri addımbaddım aradan qaldırmalıdır. Elə həmin vaxt Papa XXIII İoann paternalizmlə əlaqəni kəsdi, çünki sinfi müba-
113 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru rizənin mövcudluğunu və fəhlələrin öz hüquqları, müdafiəsi uğrunda mübarizəsinin qanunauyğunluğunu, o cümlədən öz təşkilatlarına malik olmaq hüququnu ardıcıl surətdə tanıyırdı. O, fəhlələrin sosial ədalət uğrunda mübarizəsinə kilsə tərəfindən dəstəklənən obyekt kimi baxırdı. Acornamento (müasir neotomizmin ekzistensializm, fəlsə- fi antropologiya, germenevtika, fenomenologiya, habelə dil- çilik fəlsəfəsi, neopozitivizm və qismən kantçılığın və koqni- tiv psixologiyanın ən yeni fəlsəfi ideyalarının katolik teolo- giyası tərəfindən assimilyasiyasına yönəlmiş inkişaf təmayülü. Termin, neotomizmin müasir mədəniyyətin müd- dəalarına adaptasiyasının geniş proqramını qəbul edən İkinci Vatikan kilsə məclisi tərəfindən tətbiq edilmişdir) sosial məsələlərdə xüsusi mülkiyyətin tanınması problemi barədə kilsənin ənənəvi mövqeyinə toxunmurdu. Kilsə xüsusi
mülkiyyətin tanınması prinsiplərinə tərəfdar olaraq qalmaqda idi. Mülkiyyətə teoloji baxışlara uyğun olaraq, yer üzündə olan nemətlər, əşyalar insana xidmət etmək üçündür, yəni onlara malik olmaq lazımdır. Kilsənin fikrincə, (mülkiyyət məsələsində) insanlar arasında ifrat əmlak ziddiyyətləri ola bilməz; burada tarazlıq yaratmaq lazımdır. Xüsusi mülkiyyət hüququ təbiət qanunlarına uyğun olaraq insanın siqlətindən irəli gəlir və yalnız istifadə və istehlak üçün olan nemətlərə deyil, həm də istehsal vasitələrinə şamil edilir. Xüsusi mülkiyyətdə olan nemətlərdən istifadə yeganə nemətdir və burada sərhədləri ictimai fayda təyin edir. Papa XXIII İoannın dünyada baş verən dəyişiklikləri qə- bul etməsi onun sonuncu “Pacem in Terris” (“Dünyada sülh”) adlı ensiklikasında – müraciətində (9 aprel 1963-cü il) özünün daha aydın ifadəsini tapmışdır. Ensiklika həm də o cəhətdən yeni idi ki, ekumenizm ruhunda o, artıq təkcə din
114 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
xadimlərinə deyil, ümumiyyətlə katoliklərə, hətta bütün dindarlara ünvanlanmışdı. Ekumenizm müxtəlif xristian təriqətləri arasında yaxınlaşma və əməkdaşlıq kimi yeni məna qazandı. Papa nəzərə aldı ki, dünyanın bir hissəsi kapitalizm quruluşundan imtina etmişdir və bununla bağlı kilsənin vəziyyəti xeyli dərəcədə dəyişmişdir. Sosialist ölkələrini de-fakto tanımaqdan başqa, o, daxili çəkişmələrin həll edilməsi təklifini beynəlxalq müstəviyə çıxardı: kapitalizm və sosializmlə münasibətdə yeganə düzgün yol – Allahın dövləti (Civctas Dei) yolunu tutmaqdır ki, bunun vasitəsilə birgə yaşayış və sülhü qoruyub saxlamaq mümkündür. Papa XXIII İoann bu ensiklikada bəyan etdi ki, ateizm ideoloji baxımdan xristianlar üçün qəbuledilməz olsa da, sülh uğrunda mübarizə aparan hər hərəkatla, o cümlədən kommunizmlə də əməkdaşlıq nəinki mümkündür, hətta vacibdir. Bununla da XXIII İoann sosializm ideyasının yarandığı vaxtdan sələflərinin kilsə ətrafında çəkdikləri sərhədi adlamış oldu. “Pacem in Terris” ensiklikası Vatikan üçün sosialist ölkələri ilə təmas və əlaqə, marksistərlə dialoq axtarışlarını mümkün etdi 1 . 1978-ci ildə Roma katolik kilsəsinin başçısı özünə II İoann Pavel adını götürmüş polyak Karol Voytıla seçildi. O, Papa pontifikatının tarixində yalnız katolik kilsəsinin başçısı olan ilk slavyan kimi deyil, həm də demokratik proseslərin, vətəndaşların hüquq və azadlıqlarının ən qızğın müdafiəçisi kimi qaldı. Onun papalıq dövrünün əvvəli “üçüncü demokratik dalğa”nın başlanması ilə üst-üstə düşdü və təbii ki, o vaxt Şərqi Avropa və Latın Amerikası ölkələrini, xeyli dərəcədə xristian dövlətlərini bürümüş olan proseslər İkinci
1
popes/gergey/ch11.htm
115 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
Vatikan məclisindən sonra siyasətə münasibətini dəyişmiş kilsəni narahat etməyə bilməzdi. Karol Voytıla papa seçiləndən sonra elə ilk çıxışında kardinallara müraciət edərək bəyan etdi: “Biz ürəkdən gələn itaətkarlıqla sülhə, tərəqqiyə və millətlər arasında ədalətə xidmət etməyə çalışmalıyıq… Biz bəşər cəmiyyətinin bünöv- rəsini təşkil etməli olan mənəvi əsasları möhkəmləndir- məliyik. Biz hiss edirik ki, bu vəzifə təxirəsalınmazdır, çünki dünyanın bir çox yerlərində mübarizə və toqquşmalar üçün zəmin yaradan dağıntı və ziddiyyətlər davam edir və bunlar daha qorxulu və dəhşətli bəla və bədbəxt- liklərə doğru aparır”. II İoann Pavel papalığının bütün dövrü ərzində dəfələrlə əməyin humanistləşməsi, fəhlələrin hüquqlarının müdafiəsini dəstəkləmiş, “gerçəkləşmiş sosializm”də təşəkkül tapan partiyalı dövlətin diktatura strukturunu, bu sistemdə fəhlə sinfinin və məhsuldar əməyin asılı rolunu tənqid etmişdir. Eyni zamanda, papa dünyanın iqtisadi durumunun qarşıya çıxardığı problemlər haqqında da fikir söyləməyə başlamışdı, çünki sabit maddi təminat olmadan insanın mənəvi inkişafının nə dərəcədə məhdud olduğunu görürdü. Papalıq daha geniş yayılmış siyasi teologiyaya – “qurtuluş teologiası”na qarşı da çıxış etdi, çünki Latın Amerikası gerçək- liyi özlərini xalqla eyniləşdirən katolik ruhanilərinin ədalətsiz rejimləri devirmək üçün ictimai və siyasi mübarizəyə qoşulma- larına səbəb olmuşdu. “Tərəqqi teologiyası”, “qurtuluş teolo- giyası”, “inqilab teologiyası” və s. məhz orada yaranmışdı.
116 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Papa deyirdi ki, kilsə ictimai ədalətsizliyi pisləməlidir, lakin onunla siyasi metodlarla deyil, insanı mənəvi cəhətdən kamilləşdirməklə mübarizə aparmalıdır, çünki “pisliyin” kökü yalnız nəticə olan ictimai quruluşun özündə yox, insanın dindən uzaqlaşmağındadır. Ədalətsiz ictimai sistem- də günah, şəxsi günah, məhz bu yolla ictimai miqyas alır. Din Məsələləri Konqreqasiyasının keçmiş prefekti kardinal Yozef Ratsinger (indiki papa XIV Benedikt) bildirirdi ki, dar mənada “qurtuluş teologiyası” onun xristianlığa yad olan marksist mövqeyi qəbul etməsi ilə səciyyələnir. “Qurtuluş teologiyası” insanlar qarşısında xristianlıqdan bilavasitə istifadə etməklə dünyanı konkret şəkildə dəyişmək vəzifəsini qoyurdu. Beləliklə, xristianlıq dövrümüzün bütün mütərəqqi qüvvələri ilə birləşə bilərdi. Xristianlığın əsaslarından istifadə edən “Üçüncü demokratik dalğa”nın dünya məkanında özünü sosial-siyasi transformasiyaların əks-sədası və ötən əsrin 70-ci illərinin sonunda xüsusi vüsət almış maliyyə inteqrasiyası proseslərinə cavab oldu. Lakin demokratikləşmə təkcə siyasi amil deyildi, həm də mənəvi boşluğun doğurduğu siyasi böhran və iqtisadi tənəzzül müasir dünyanın mənəvi-əxlaqi komponentinə çevrilmişdir. Portuqaliyanın demokratikləşməsinin ardınca, Papalıq in- san hüquqları və azadlıqlarının qorunması sahəsində yeni addımlar atmağa başlayanda Yunanıstanda hərbi rejim süqut etdi. 1967-ci ildə hakimiyyəti zəbt etmiş “qara polkovniklər” 1973-cü ildə kütləvi tələbə nümayişləri ilə üzləşdilər. Bu nümayişlər qəddarcasına yatırıldı, iştirakçıların bir çoxu təqiblərə məruz qaldı. Hərbi xunta 1974-cü ildə devrildi və 1975-ci ildə hakimiyyət vətəndaş idarəçiliyinin əlinə keçdi.
117 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru 1975-ci ildə Fransisko Franko vəfat etdi. İkinci Dünya müharibəsi dövründə İspaniyanın Hitleri və Mussolinini dəstəkləməməsinə baxmayaraq, Qərb dünyası Frankonu əlaqələr qurmaq mümkün olan tərəfdaş kimi heç də tezliklə qəbul etmədi. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill deyirdi: “General Frankonun siyasəti bütün müharibə illə- rində öz xeyrini güdən və soyuqqanlı siyasət olaraq qalırdı. O, yalnız İspaniya və İspaniyanın maraqları haqqında düşü- nürdü. Göstərdikləri köməyə görə Hitlerə və Mussoliniyə minnətdarlıq etmək ona yad idi. O, yalnız zəifləmiş xalqının yeni müharibədə iştirakdan yaxa qurtara bilməsi haqqında düşünürdü”. Hətta Yunanıstanın Saloniki şəhərində hərbi düşərgəyə göndərilən 5000 yəhudini rəsmi olaraq İspaniya vətəndaşı elan edib (yunan yəhudiləri İspaniyadan olan sefardlar idi) xilas etməsi də müharibədən sonra ona qarşı münasibəti dəyişə bilmədi. Hər cür siyasi və iqtisadi dəstəkdən məhrum olmuş Franko ölkəni böyük çətinliklə ayağa qaldırırdı. Təbii ki, Frankonun dövründə “falanqa”dan başqa bütün siyasi təşkilatlar qadağan olunmuşdu, kom- munistlər və anarxistlər isə həbsxanaya salınmışdılar. Buna baxmayaraq, diktatorun ölümü ərəfəsində İspaniya Avropanın inkişaf etmiş dövlətlərindən biri idi. Ölkədə əldə edilmiş bütün sosial nailiyyətlərin əsası, sabit iş yerləri, pulsuz təhsil, pulsuz səhiyyə xidməti, dövlət büdcəsinin əsas gəlir maddəsi olan turizmin inkişafı hələ Frankonun hakimiyyəti dövründə qoyulmuşdu. Ölümündən sonra hakimiyyətin indiki krala – ispaniyalıların böyük məhəbbət bəslədiyi I Xuan Karlosa verilməsini də o, vəsiyyət etmişdi. 1977-ci ildə Ekvadorda, 1980-ci ildə Peruda, 1982-ci ildə Bo- liviyada, 1984-cü ildə Uruqvayda demokratiya bərqərar oldu.
118 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Asiya da dünya məkanının müxtəlif guşələrinə sürətlə yayılan ümumi demokratikləşmə prosesindən kənarda qalmırdı. 1977-ci ildə qısamüddətli fövqəladə vəziyyət dövründən sonra Hindistan demokratik idarə üsuluna qayıtmağa başladı. Məlum olduğu kimi, İndira Qandi başda olmaqla konqresçilər hökuməti 1975-1977-ci illərdə ölkə parlamentinin və ştatların legislaturalarının fəaliyyətinə tam nəzarəti öz üzərinə götürdü. 1975-1977-ci illərdəki fövqəladə rejimin son dərəcə qeyri-populyarlığı, hakimiyyətdən çox sui-istifadə olunması, (nəinki şəxsi azadlığın, həm də həyatın özünün müdafiəsinə zəmanət verən Konstitusiyanın 21-ci maddəsinin icrası dayandırılmışdı; qabaqlayıcı həbslərin ic- rası haqqında qərarların qəbul edilməsi məhkəmənin nəza- rətindən çıxarılmışdı) HMK-nın (Hindistan Milli Konqre- sinin) 1977-ci il seçkilərində məğlubiyyəti və “Canata Partiya”nın hakimiyyətə gəlməsi ilə nəticələndi. 1980-ci ildə Türkiyədə hakimiyyətə yenidən hərbçilər gəldilər. Bu, Türkiyə cəmiyyətində indinin özündə də kifayət qədər nüfuza malik dini yönümlü siyasi qrupların mövqe- yinin güclənməsinə qarşı reaksiya idi. Atatürk ideyalarının (dünyəviliyin) qoruyucusu olan hərbçilər hakimiyyəti islamçı siyasi qüvvələrin təsirindən qoruyaraq, dəfələrlə hökuməti devirmişlər. Türkiyədə hərbi çevrilişlər pantürkizmin əsas ideoloqları olan hərbçilərin mövqelərinin zəiflədiyi hallarda da labüd olmuşdur. Doğrudur, sonra onlar hakimiyyəti mülki nümayəndələrə verirdilər, lakin Türkiyədə demokratik pro- seslərə nəzarət həmişə Atatürk ideyalarına sadiq olan silahlı qüvvələrin himayəsi altındadır. 1981-ci ildə hərbi rejim yeni konstitusiyanın layihəsini hazırlamaq üçün Məşvərət məclisi yaratdı və o, 1982-ci ildə yeni konstitusiyanı bəyəndi. Konstitusiya ümumxalq referen-
119 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru dumunda qəbul olunandan sonra 1982-ci ilin noyabrında qüvvəyə mindi. Konstitusiyaya “milli təhlükəsizliyin”, “döv- lətin birliyinin” və “ictimai mənəviyyatın” qorunmasına zə- rurət olduğu hallarda məhdudlaşdırıla bilən vətəndaş azad- lıqlarının və siyasi azadlıqların uzun bir siyahısı daxil idi. Hökumətə isə fövqəladə və ya mühasirə (hərbi) vəziyyəti elan etmək ixtiyarı verilirdi. 1983-cü ildə Türkiyədə cərəyan edən demokratik pro- seslər yeni nəfəs aldı. 1983-cü ilin parlament seçkilərində yalnız üç partiya rəqabət aparırdı: hərbçilərin dəstəyini qa- zanmış Milli Demokrat Partiyası (MDP), mötədil-sol Xalqçı Partiya (XP) və mühafizəkar, həm də özəl sahibkarlığa arxalanan Ana Vətən Partiyası (AVP). Səsvermənin nəticə- lərinə görə MDP üçüncü oldu, AVP isə Böyük Millət Məclisində tam üstünlük qazandı. Partiyanın lideri, ixtisasca iqtisadçı olan, hərbçilərin hakimiyyəti dövründə ilk 21 ay ərzində baş nazirin iqtisadi məsələlər üzrə müavini vəzifəsini tutmuş Turqut Özal 1983-cü ilin dekabrında yeni hökumətə başçılıq etdi. Filippində demokratik dəyişikliklər keçən əsrin 80-ci illə- rinin ortasından başladı. 1965-ci ildə prezident seçkilərində qalib gəlmiş Ferdinand Markos islahatlar apararaq iqtisadi yüksəlişə nail oldu. Lakin sonradan ölkədə sosial gərginlik artdı, kommunistlərin və radikal-müsəlmanların rəhbərliyi altında daim qiyamlar baş verirdi. 1972-ci ildə Markos Konstitusiyanın icrasını dayandıraraq, ölkədə hərbi vəziyyət elan etdi. Hərbi vəziyyət 1981-ci ilə qədər davam etdi. Markos prezident seçiləndən sonra elə həmin il ölkəni onun rejimindən narazılıq dalğası bürüdü. Bu narazılıq 1983-cü ilin avqustunda müxalifət lideri Beninyo Akinonun qətlə yetirilməsindən sonra özünün zirvəsinə çatdı. 1986-cı ildə
120 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
ABŞ-ın təzyiqi altında Markos hər halda prezident seçkiləri keçirdi və özünü yenidən qalib elan etdi. 1983-cü ildə Markos şahmat turnirində iştirak etmək üçün Filippinə gələn Anatoli Karpovdan soruşmuşdu: “Siyasət şahmata bənzəyir. Qalib gəlmək üçün mənə nə məsləhət gö- rərdiniz?” Karpov demişdi ki, şahın xanımını qurban vermək lazımdır (o vaxt dövlət xəzinəsindən külli miqdarda vəsaitin israf edilməsinin, xidmətçilərlə qeyri-insani münasibətin və ali dövlət hakimiyyətinin məsuliyyətsizliyinin rəmzinə çevrilmiş İmelda Markos nəzərdə tutulurdu), ancaq yaşlı prezident özünü qurban verər, arvadından keçməzdi. Kütləvi saxtakarlıqların doğurduğu vətəndaş itaətsizliyi kampaniyası, qan tökülmədən başa gələn, bellərinə gül-çiçək çələngi dolamış insanların prezidentə sadiq olan dəniz piyadala- rını qiyamçılara yaxın buraxmayan “gülüşlər inqilabı”, habelə Markosun rəqibi Beninyo Akinonun dul qalmış arvadı Korason Akinonun kilsə və ordu tərəfindən dəstəklənməsi Ferdinand Markosu ölkədən Havay adalarına qaçmağa vadar etdi. Ferdinand Markos diktaturasının devrilməsindən on iki il sonra, 1998-ci ildə Markosun tərəfdarı Cozef Estrada ölkənin prezidenti oldu. Keçmiş prezidentin arvadı və dostlarının dəstəyi, həmçinin məzlumları dəstəkləmək kimi populist şüarlar hesabına iqtidara gələn yeni prezident hakimiyyəti Markosun adamlarına qaytarmağa, onun qələbəsinə kömək edənlərə vəzifə və əmlak paylamağa başladı. O vaxta qədər Cənub-Şərqi Asiyada ən demokratik ölkələrdən biri sayılan Filippində qısa müddət ərzində korrupsiya və qohumbazlıq sistemi, əsas dövlət məsələlərinin prezidentin dostları tərəfindən həll olunduğu “gecə kabineti” yarandı. İlk həyəcanı məqalələrindən birində prezidenti “ölkənin xaç
121 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
atası” adlandırmış ən populyar ingilisdilli qəzetlərdən olan “Manila tayms”ın jurnalistləri qaldırdılar. Tezliklə qəzet sahibini “Manila tayms”ı prezidentin əlaltılarından birinə satmağa vadar etdilər və ölkədə müstəqil mətbuatın susdurulması kampaniyası başlandı. Ölkədə ümumi daxili məhsul istehsalı 35 faiz, pesonun məzənnəsi 50 faiz aşağı düşmüş, işsizlik 30 faizdən çox artmışdı. Əgər parlament azlığının lideri Teofisto Quinqona- nın 2000-ci il oktyabrın 5-də prezidenti korrupsiyada və digər cinayətlərdə ittiham edən çıxışı olmasaydı, və- ziyyətin necə inkişaf edə- cəyini təsəvvürə gətirmək çətindir. Dörd gündən son- ra prezidentin silahdaşı Luis Sinqson prezidentin ondan 10 milyon məbləğində rüşvət tələb etməsi və alması barədə ifadə verdi. Prezidentin gizli hesabları barədə məlumatlar ortaya çıxdı. Prezidentin korrupsiyada əli olması barədə xəbər ölkəni təlatümə gətirdi. İlk olaraq nümayişlərə nüfuzlu katolik kollec və universitetlərinin tələbə və müəllimləri çıxdılar və bu, prezidentin istefaya getməsinə qədər davam etdi. Sonra onlara dövlət institutlarının tələbələri, iş adamları, həmkarlar ittifaqlarının və ictimai təşkilatların, sol və sağ partiyaların üzvləri, minlərlə sadə filippinli qoşuldu. Kilsə prezidentə qarşı ictimai hərəkatı dəstəklədi, onun rəhbərlərindən biri – kardinal Sin müxalifətin başında durdu. Prezidentə tabe olan parlamentin ona etimadsızlıq göstərilməsi proseduruna başla- maqdan imtina etməsi paytaxtın və digər böyük şəhərlərin küçələrində etiraz nümayişlərinə çıxan adamların sayını yal- nız artırdı. Müxalifət hakimiyyətə qarşı beşgünlük müqavi-
122 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mət aksiyasının keçirilməsini elan etdi. Bu hadisənin şahid- lərindən biri yazırdı ki, “mənim bütün qonşularım küçələrdə idi, maşınlardan “Prezident günahkardır!” ritmində siqnallar verir, qazan və tavaları taqqıldadırdılar…, çoxları ailəliklə gəlmişdi”. Manila küçələrində əyninə eyni cür paltar geymiş prezident əleyhdarlarının sayı milyona çatmışdı, özü də onların arasında həm tələbələr və cavan peşəkarlar (bunlar çoxluq təşkil edirdi), həm də orta sinfin nümayəndələri, yaşlı adamlar və yoxsullar var idi. Müxalifəti gözdən salmağa çalışan prezident Estrada bir neçə min məhbusu azad etdi, onlar hakimiyyəti dəstəkləyən nü- mayişlər təşkil etməli, müxalifətlə silahlı toqquşmalar yaratmalı idilər, o, həmçinin ordunu kütləvi nümayişləri dağıtmağa ça- ğırdı. Lakin polis və ordu rəhbərləri prezidenti dəstəkləməyib müxalifətin tərəfini tutdular. Ölkənin ali məhkəməsi prezidentin istefasını bəyan etdi. Qloriya Makapagal-Arroyo Filippinin yeni prezidenti, Teofisto Quinqona vitse-prezident oldu. Qeyd etmək lazımdır ki, bu ölkədə demokratiyaya sülh yolu ilə keçid cəmiyyətin ən fəal hissəsi olan tələbələrin və iş adamlarının və sonradan onlara qoşulan digər ictimai qrupların iştirakı olmadan mümkün ola bilməzdi. Prezidentin əmrlərini yerinə yetirməkdən imtina edərək, öz xalqına atəş açmayan polis və hərbçilərin mövqeyi də mühüm rol oynamışdır. Küçələrə çıxmağa cəsarət etmiş adamlara iflasa uğramış rejim üzərində özlərinin mənəvi üstünlüklərini dərk etməkdə kilsə rəhbərləri və sıravi din xadimləri də kömək göstərmişdilər. Demokratik ideyalar ölkədə ictimai tərəqqinin əsas carçısına çevrilmişdi Pakistanda hadisələr daha mürəkkəb şəkildə cərəyan edirdi. 1977-ci ildə ölkədə hərbi çevriliş nəticəsində general
123 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Ziya ül-Həqq hakimiyyətə gəldi. Baş nazir Zülfüqar Bhutto həbs edildi və tezliklə edam olundu. Onun arvadı və uşaqları ölkədən sürgün olundular. Lakin, məlum olduğu kimi, tarix sürprizlərlə doludur. 1986-cı ildə Zülfüqar Bhuttonun qızı Bənəzir Bhutto ölkəyə qayıdaraq, Xalq Partiyasına başçılıq etdi. Qadın oppo- nentinin gücləndiyini görən Ziya ül-Həqq, 1988-ci ildə parlamenti buraxdı, azad seçkilər təyin etdi və… islamı ölkənin ali qanunu elan etdi. Bu hal qadının seçilməsinin qarşısını almalı idi. Ancaq avqust ayında Ziya ül-Həqq gözlənilmədən təyyarə qəzasında həlak oldu, Bənəzir Bhutto isə seçkilərdə qalib gələrək ölkənin Baş naziri vəzifəsini tutdu.
Bənəzir Bhutto əvvəlcə kabinetə iki il müddətində, sonra isə yenidən – 1993-cü ildən 1996-cı ilədək başçılıq etdi. Ancaq bu müddət Bhuttonun diplomatik istedadı sayəsində Pakistanın beynəlxalq aləmdə regional siyasətin güclü və müstəqil faktoru kimi tanınması üçün kifayət etdi. Bhuttoun ikinci istefasından üç il sonra, 1999-cu ilin oktyabrında Pakistanda baş verən “məxməri” çevriliş cə- miyyətdə elə bir həyəcan doğurmadı. Ölkə üçün bu, artıq adi hal idi, çünki son əlli ildə 17 baş nazir və 9 prezident dəyişilmişdi. Pakistanı iyirmi beş ilə yaxın hərbçilər idarə etmişdi. Ona görə də əhali əlli altı yaşlı general Pərviz Müşərrəfin hakimiyyətə gəlməsini nisbətən sakit qarşıladı. Bunun daha ciddi səbəbləri də vardı. 1997-ci ilin fevralında hakimiyyətə gəlmiş əvvəlki Baş nazir Nəvaz Şərif ölkədə bir o qədər də populyar deyildi. Hökumətin iqtisadiyyatda uğursuzluqları və bunun nəticəsi kimi qiymətlərin artması, hakimiyyətin yüksək pillələrindəki
124 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
korrupsiya və Nəvaz Şərifin diktatorluq meyilləri xalqın hökumətə rəğbətini artırmırdı. P.Müşərrəf 1998-ci ilin oktyabrından Qərargah rəislərinin birləşmiş komitəsi sədrinin səlahiyyətlərini icra edirdi. Ancaq iki həftə keçməmiş, Nəvaz Şərif səbəbini izah etmədən Müşərrəfin istefasını elan etdi. Müşərrəf bu barədə mətbuat səhifələrindən xəbər tutdu. Hərbi çevrilişdən sonra Pərviz Müşərrəf yüksək rütbəli hərbçilərin və bir neçə mülki məmurun daxil olduğu Müdafiə və Milli Təhlükəsizlik Şurasının başında duraraq, özünü öl- kənin bir nömrəli vəzifəli şəxsi elan etdi. Prezident Rafiq Tarar da daxil olmaqla, ölkənin bütün vəzifəli şəxsləri bu rəhbər orqanın təlimatlarına tabe olmalı idilər. General ölkə- nin xilas olunmasına dair öz proqramını elan etdi, iqtisadi və siyasi islahatlar keçirməyi, korrupsiyaya qarşı fəal mübarizə aparmağı, mövcud olan idarəetmə təsisatlarını yaxşılaşdır- mağı və yenilərini, daha səmərəlilərini yaratmağı, səhiyyə və təhsil sahəsində hökumət proqramları həyata keçirməyi və s. vəd etdi. O, təcili həllini gözləyən ciddi məsələlər sırasında dağılmaq həddinə çatmış “milli iqtisadiyyatın bərpa olun- masını” prioritet problem kimi vurğuladı. Pakistanda demokratiyanın tarixi qısadır. Çoxsaylı etnik və dini sektalara bölünmüş bu ölkə demokratik cəmiyyət qurmaq istiqamətində yalnız indi ilk addımlarını atır. Hər halda, problemin geosiyasi baxımdan tədqiqi göstərir ki, bu regionda demokratik dövlət qurmaq əsrlərdən bəri mürəkkəb məsələ olub. Daxili münaqişələr, tayfa maraqlarının toqquşması, müxtəlif dini qavrayış, Kəşmirlə bağlı qonşu Hindistanla qarşıdurma, nəhayət, radikal islam qruplarının Pakistanı daim “kafirlərlə” müharibə yoluna çıxarmaq cəhdləri demokratik cəmiyyət ideallarını arxa plana keçirir.
125 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Geosiyasət dünyanın müxtəlif guşələrində demokratik maraqların müəyyən edilməsində hər zaman xüsusi rol oyna- mışdır. Demokratiyanın yayılması XX əsrin ikinci yarısından başlayaraq “təfəkkürün müdaxiləsi” və qərb dövlətlərinin çoxgedişli geosiyasi kombinasiyalarının şərtləndirdiyi yeni strateji konsepsiya formasını almışdır. Ser Uinston Çörçillin Fultonda söylədiyi nitqində “kommunist partiyaları və onla- rın beşinci dəstələri bütün ölkələrdə xristian sivilizasiyası üçün böyük və əfsus ki, getdikcə artan təhlükə törədir” 1
teji maraqları totalitar Sovet İttifaqının dağılmasına və Vankuverdən Urala qədər heç bir təhlükə törətməyən demokratik dövlətlər qurşağı yaradılmasına yönəlmişdi. Vaxt keçdikcə bu ideyanın həyata keçirilməsi yolları tək- milləşdirilir, başqa metodlara transformasiya olur, lakin məq- sədi hər zaman dəyişməz olaraq qaldı. Məsələn, “birincisi, hər hansı ölkənin vətəndaşlarının öz ölkələrinin hökumətini seçmək və gizli səsvermə yolu ilə azad, maneəsiz seçkilər keçirərək, yaşadıqları hakimiyyətin xarakterini və ya forma- sını dəyişmək hüququ vardır və bu hüquq həmin ölkənin konstitusiya normaları ilə təmin olunmalıdır; ikincisi, hər hansı ölkədə fikir və söz azadlığı hakim olmalıdır və üçüncü- sü, məhkəmələr icra hakimiyyətindən asılı olmamalı, hər hansı bir partiyanın təsirindən azad olmalı, həyata keçirdiklə- ri ədalət mühakiməsi isə bu ölkənin geniş əhali təbəqəsi tərə- findən bəyənilən, və ya zamanın imtahanından çıxmış, yaxud ölkənin ənənələrinə uyğun qəbul edilən qanunlara əsaslanmalıdır” 2 .
1 Речь Уинстона Черчилля в Вестминстерском колледже, г. Фултон, штат Миссури, США, 5 марта 1946 г. 2 Yenə orada.
126 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
“Üçüncü demokratik dalğa” özünün “Şərqə hücumu”nu müəyyən ərazidən keçən tufan kimi başladı. Demokratiyanın belə məqsədyönlü yayılması onunla bağlıdır ki, demok- ratikləşmə prosesləri: bir-birinin ardınca həyata keçirilirdi, bu da öz növ- bəsində demokratiyanın donorları olan Qərb dövlətlərinin yeni sıçrayış üçün maliyyələrini və qüvvələrini uğurla səfərbər etməsinə şərait yaradırdı; müəyyən əraziləri başdan-başa bürüyən dalğaya bənzəyirdi; demokratikləşdirilən cəmiyyətin siyasi, iqtisadi və sosiomədəni təsisatlarını bütünlüklə transformasiyaya uğradan qlobal dalğa şəklində idi. “Demokratik sıçrayış” mövcud rejimin qərb demokratiya- larına geosiyasi münasibətinin xarakteri ilə müəyyənləşirdi. “Dalğa” bunun əsasında ərazinin iqtisadi imkansızlığı üzündən Qərb dövlətlərinin maraqlarının həyata keçməsinə uyğun gəlməyən rejimin dəyişdirilməsi üçün ərazi seçirdi. Əbəs yerə deyil ki, diktator Ferdinand Markos hakimiyyətdən kənarlaşdırılandan sonra ABŞ-ın köməyi ilə Havay adalarına qaçmışdı, İran inqilabı zamanı şahı dəstəkləməkdən imtina etmək haqqında qərar isə 1978-ci ildə “Böyük yeddiliyin” görüşündən sonra qəbul olunmuşdu. Demokratiya və geosiyasət həmişə qoşa addımlayıbdır. XX əsrin ikinci yarısında “demokratiyanın yayılması” anlayışına daha bir termin – geoiqtisadiyyat da əlavə olundu. Yeni nəqliyyat arteriyaları, qlobal maliyyə əməliyyatlarının iqtisadi üstünlükləri, yeni ərazilərin öyrənilməmiş təbii ehtiyatları, inkişaf etməkdə olan ölkələrin ucuz işçi qüvvəsi və yeni müstəqil dövlətlərin
127 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
təsərrüfat-sənaye kompleksinin geridə qalması “demokratik dalğanın” genişlənməsinə və birinin digəri üzərində ucdan- tutma üstünlük qazanmasına əlverişli şərait yaradırdı. Demokratik meyillər ayrıca götürülmüş ərazi və regionlar üzərində iqtisadi üstünlüyə əhəmiyyətli dərəcədə uduzan bir şəkil almağa başlayırdı. Sosiumun həyat fəaliyyətinin siyasi, iqtisadi və sosiomə- dəni aspektlərini “həzm etmiş” ümumdünya inteqrasiyası aparıcı dövlətlərin xarici siyasət prioritetlərinin müəyyən edilməsində birinciliyi, əsa- sən, “Böyük yeddiliyin” maraqlarını əhatə edən və investisiya qoyuluşunun vahid iyerarxiyası konqlo- meratından ibarət olan
maliyyə məsələlərinə verdi. Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling