Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
§ “DEMOKRATİYA DALĞALARI”
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Bertran Rassel
- Henri Luis Menken
§ “DEMOKRATİYA DALĞALARI”
Dünya təcrübəsi göstərmişdir ki, Avropa mütəfəkkirlərinin sosial tərəqqinin əsas istiqaməti kimi bərabərlik və azadlıq ba- rədə baxışlarının yayılması mövcud siyasi və iqtisadi qaydanın dəyişməsi əlaməti altında inkişaf etməyə başlamış Avropa ölkə- lərinin ictimai-siyasi həyatında transformasiyaya təsir etmişdir. Demokratik ideyalar, daha dəqiq desək, hər bir fərdin hüquqla- rının bərabərliyinə əsaslanan açıq və sivilizasiyalı cəmiyyət qur- maq istəyi hər cür dəyişikliklərin bazisi kimi qəbul edilməyə başlanmışdır. Avropanın XVII əsrin axırlarında qarşılaşdığı so- sial transformasiyalar və ictimai-siyasi deformasiyalar, əslində, demokratik ideyaların bir-birini əvəzləyən, bəzən genişmiqyaslı işğalçılıq yürüşləri və iki dünya müharibəsi ilə kəsilən qabarma və çəkilmələrini xatırladırdı. Niderland və İngiltərədə inqilablar, ABŞ-ın müstəqilliyinin elan edilməsi və Fransada burjua inqilabı qlobal demokratik qa- barmanın başlanğıcı olmuşdur ki, bu da sonralar Avropada Napoleonun istilaçı yürüşləri ilə dayandırılmışdır. Lakin böyük müharibələr millətlərin demokratik və sabit məkan qurmaq meylini ancaq gücləndirirdi. Hər belə yarımçıq dalğadan və bər-
1
Всемирная энциклопедия. Философия. М; 2001, стр. 446.
87 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru qərar olan dünya qaydasına növbəti postmünaqişə uyğunlaşma- sından sonra demokratik meyillər Avropa əhalisinin əksər hissə- sinin zehninə yenidən hakim kəsilmiş, ictimai-siyasi prosesin prioritet təmayülünə çevrilmişdir. Demokratiyanın dövlət və cəmiyyətin inkişafının əsas isti- qaməti kimi irəli sürüldüyü indiki vaxtda monarxiya prinsipləri və kral ailələrinin qohumluğu əsasında formalaşmış Avropa dövlətlərinin (təkcə onların deyil) qarşılaşdıqları tarixi transfor- masiyaların bütün mürəkkəbliyini real surətdə dərk etmək və qiymətləndirmək bəzən çətindir. Onlar cəmiyyətdə bərabərhüquqlu münasibətlər yaranması naminə quldarlıqdan, təhkimçilik hüququndan və təkbaşına idarəetmədən imtina etməli, habelə yeni baxışların təntənəsini etiraf etməli olmuşlar. Lakin unutmaq olmaz ki, mütəfəkkirlərin qələmindən çıxan demokratiya ideyaları bütün bəşəriyyətin zəkasında real təcəssüm edənə qədər uzun və əzablı yol keçərək ictimai şüurda rəğbət qazanmışdır. Təbii ki, müasir dünyada demokratiya anlamından çox vaxt xarici siyasət dialoqunda ancaq atribut kimi istifadə edilir. Lakin əsas etibarilə, demokratiya suveren dövlətin tamdəyərli inkişafının həmişə mühüm, hətta deyərdik, təməl amili olmuşdur. “Demokratiya” anlayışının tərifi olduqca çoxdur. O, siyasi elmin görkəmli tədqiqatçılarının əsərlərində bu və ya digər formada açıqlanmışdır. Demokratiyanın bəzi, daha məşhur təriflərini xatırlatmaq istərdik. Ralf Darendorff: “Azad cəmiyyət öz təsisat və qruplarındakı fərqləri həqiqətən fikir ayrılıqlarını təmin edən səviyyəyədək dəstəkləyir; münaqişə azadlığın həyati əhəmiyyətli nəfəsidir”. Adam Pşevorski: “Demokratiya siyasi hakimiyyətin elə təş- kilidir ki, ... o, müxtəlif qrupların öz səciyyəvi maraqlarını gerçəkləşdirmək qabiliyyətini müəyyən edir”.
88 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Arendt Leypxart: “Demokratiya nəinki xalq vasitəsilə idarə- etmə kimi, həm də, Prezident Avraam Linkolnun məşhur müd- dəasına uyğun olaraq, xalqın bəyəndiyinə müvafiq surətdə ida- rəetmə kimi müəyyən edilə bilər... Demokratik rejimlər məsu- liyyətin mütləq deyil, yüksək dərəcəsi ilə xarakterizə olunur: onların hərəkətləri uzun zaman kəsiyi ərzində vətəndaşların nisbi çoxluğunun istəklərinə xeyli dərəcədə uyğun gəlir”. Roy Makridis: “Dövlət və cəmiyyət arasında qarşılıqlı asılı- lığın artmasına, habelə dövlətin fəaliyyətinin (xüsusən iqtisadiy- yatda) getdikcə genişlənməsinə baxmayaraq, liberal demokrati- yadan tutmuş sosialist demokratiyasınadək bütün növlərində demokratiya dövlətlə cəmiyyətin fəaliyyət sahələrinin bölgüsünə xüsusi diqqət yetirir”. Xuan Lints: “Demokratiya... birləşmək azadlığı, söz azadlığı hüququnun və şəxsiyyətin digər başlıca siyasi hüquqlarının olduğu siyasi alternativləri formalaşdırmaq və müdafiə etmək üçün qanuni hüquqdur; cəmiyyət liderlərinin cəmiyyətin idarə olunmasına iradları vaxtaşırı qiymətləndirilməklə, onların azad və qeyri-zorakı surətdə yarışıdır; bütün səmərəli siyasi təsisatların demokratik prosesə qoşulmasıdır; siyasi mövqelərindən asılı olmayaraq, siyasi birliyin bütün üzvləri üçün siyasi fəallıq şəraitinin təmin edilməsidir... Demokratiya hakim partiyaların hökmən dəyişdirilməsini tələb etmir, lakin belə dəyişmə imkanı olmalıdır, çünki belə dəyişikliklər faktının özü rejimin demokratik xarakter daşıdığının əsas sübutudur”. Xuan Lints “Dövlətçilik, millətçilik və demokratikləşdirmə” əsərində yazır: “Demokratiya müasir dövləti idarə etmək formasıdır... Dövlət olmadan heç bir müasir demokratiya mümkün deyildir” 1 . Çünki “qanunvericilik vasitəsilə dəyişən inzibati qaydaya və hüquq qaydasına yalnız dövlət malikdir, bu
1 “Polis” jurnalı, 1997-ci il, № 5, səh.10.
89 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru qaydaya uyğun olaraq, inzibati heyətin qanunla tənzimlənən mütəşəkkil korporativ fəaliyyəti həyata keçirilir. Bu qayda sistemi təkcə dövlətin üzvləri, əksəriyyətinin doğulduğu gündən üzvlüyə malik olan vətəndaşlar üzərində deyil, həm də hakimiyyətin tabeliyindəki ərazidə baş verən bütün hərəkətlər üzərində çox böyük dərəcədə məcburi hakimiyyət iddiasındadır. Beləliklə, bu, ərazi əsası olan məcburi assosiasiyadır. Üstəlik, hazırda zorakılığın tətbiqi o vaxt legitim sayılır ki, ona yalnız dövlət tərəfindən yol verilmiş, yaxud dövlət onu tələb etmiş olsun... Müasir dövlətin zorakılığın tətbiqi inhisarına malik olmaq iddiası onun üçün məcburi yurisdiksiya və təşkilin fasiləsizliyi xüsusiyyətləri kimi eyni dərəcədə vacibdir” 1 . Filipp K.Şmitter və Terri Linn Karlın qeyd etdikləri kimi, “müasir siyasi demokratiya elə bir idarəetmə sistemidir ki, bura- da hakimiyyətlər ictimai sahədə öz hərəkətlərinə görə vətəndaş- lar qarşısında cavab verirlər, vətəndaşlar isə maraqlarını öz seçkili nümayəndələrinin rəqabəti və qarşılıqlı əlaqəsi vasitəsilə həyata keçirirlər”. Xalq hakimiyyəti kimi, demokratiya anlayışı artıq özünün meydana gəldiyi dövrdə qədim Yunanıstanda və erkən Roma respublikasında şəhər-dövlətin – polisin sadə və anlaşıqlı birba- şa demokratiyasından, əslində, istənilən hakimiyyətin nümayən- dələrinin müraciət etdikləri çox mürəkkəb kateqoriyaya kifayət qədər tez təkamül etmişdir. Sirr deyil ki, yeni dünya nizamında bəzi dövlətlər siyasi, iqtisadi və sosiomədəni maraqlarının gerçəkləşdirilməsi üçün demokratiyanın məna yükündən istifadə edirlər. Belə “şahmat oyunları”nın pərdəsi altında çox vaxt neoliberal transformasi- yalar və onlarla əlaqədar olan geostrateji mənafelər gizlənir.
1
Theory Social and Economic Organization. N.Y., 1964, p.156.
90 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Demokratiya bizi layiq olduğumuzdan daha yaxşı idarə etməyəcəklərinə təminat verən bir quruluşdur. Bernard Şou Son onilliklər ərzində biz ideyaların və gücün bisentrik siyasi rəqabətinin kifayət qədər tez-tez şahidləri, bəzən də iştirakçıları olmuşuq. Yeni minillikdə demokratiyadan konkret məqsədləri həyata keçirmək üçün istifadə edilir, həmin məq- sədlərin də mahiyyəti Pax Americana-nın, yəni yeni ideyaların hegemon olduğu dünyanın təsir dairəsini genişləndirmək və yeganə fövqəl dövlətin dünya siyasətində hərbi-siyasi qüdrətini gücləndirməkdən ibarətdir. Bununla bərabər, neoliberalizm xa- rici siyasi niyyətlərin gerçəkləşdirilməsi üçün yarlık kimi tətbiq edilir, beynəlxalq münasi- bətlər isə demokratik rejim- lərin müəyyənləşdirilməsin- də və dəstəklənməsində hər cür kazusların nümayiş et- dirilməsi ilə müşayiət olu- nur. Məsələn, İran və Liviyada demokratiya vaxtilə ABŞ-ın dəstəklədiyi taliblərdəkindən heç də az deyildi. Bundan başqa, etnomilli münaqişə zamanı əsas hüquq və azadlıqların pozulması, eyni zamanda, cəmiyyətin demokratikləşdirilməsi ilə bağlı daxili problemlərin üzə çıxarılması (siyasi və psixoloji təzyiq amili kimi) demokratik ideyaların yanlış yozulmasına səbəb olur. Demokratiya prinsipləri çox vaxt monosentrik nümunələr xarakteri alır ki, onlar da bəzi dövlətlərə üstünlüklər verir, digərlərinin üzərinə isə məhdudiyyətlər qoyur. Ortaya belə bir sual çıxır: doğrudanmı, Qərb ideyaları bütün bəşəriyyət üçün universaldır və müasir dünya quruculuğu üçün bu qədər zəruridir? Bəşəriyyət onları vahid dünya nizamının əsası kimi qəbul etməlidirmi? Qərb dünyasının universalizm iddiasında olan standartlarında siyasi, iqtisadi və mədəni uyğunsuzluğun olması mümkündürmü? Ötən minilliyin tarixinin göstərdiyi kimi, demokratiya heç də təkcə bərabərlik, azadlıq və xalq hakimiyyəti ideyası olma-
91 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru mışdır. Mücərrəd anlayış olan idarəetmə sistemi və ya istənilən sosiumun həyatının təşkili kimi hakimiyyətin, əslində, meydana gəldiyi andan reallığı və tarixi formaları şübhə altına alınan demokratiya öz imkanlarını getdikcə daha çox açır və hü- dudlarının olmadığını nümayiş etdirir. Hazırda elə bir ictimai- siyasi quruluş tapmaq çətindir ki, onda hətta avtoritar və ya totalitar idarəçilik olsa da, o, özünü demokratik (idarə olunan, yaxud nümayəndəli) quruluşla eyniləşdirməyə çalışmasın. İctimai-siyasi passivliyin kök atdığı, sosial tənəzzülə məruz qalan ənənəvi anlamlı dövlətlərdə də çox vaxt demokratiyanı milli inkişafın əsas vektoru və ictimai şüurun mühüm elementi kimi nümayiş etdirmək istəyirlər. Mahiyyətcə avtarkiya olan Sovet İttifaqının varlığı dövründə hakimiyyətin qanunverici orqanlarına “seçkilər” müntəzəm keçirilirdi, – bu, dünya ictimaiyyətində o vaxtkı partiya rəhbər- liyinin demokratik xətt yürütdüyü barədə təsəvvür yaratmalı idi, – idarəetmə forması isə “sosialist demokratiyası” adlandırılırdı, halbuki o, satellit ölkələrdə “xalq demokratiyası” adını daşıyır- dı. Lakin aydın idi ki, bu cəmiyyətlərdə demokratiyadan və han- sısa müsbət dəyişikliklərdən danışmağa dəyməzdi. Əvəzində, kommunist ideologiyası Qərb siyasi strukturunu demokratiya şüarları ilə pərdələnən “burjuaziya diktaturası” hesab edirdi. Demokratiyanın vahid standartı olmadığı kimi, onun mücər- rəd forması da yoxdur. Əgər demokratik ideyalar xalqın tarixi- nin, milli mənlik şüurunun, mentalitet və ənənələrinin xüsusiy- yətləri və reallıqları ilə uyğun gəlirsə, daha uğurla assimilyasiya olur. Çünki yad mühitdə “yetişdirilmiş” ideologiya “yad orqa- nizm”ə həmişə və dərhal uyğunlaşa bilmir. F.Şmitter və T.L.Karlın yazdıqları kimi “konkret ölkədə demokratiyanın konkret forması sosial-iqtisadi şəraitdən, dövlətin ənənəvi strukturundan və qəbul olunmuş siyasi praktikadan asılıdır”. Ona görə də yeni məkanlarda demokratiya naməlum, amma
92 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
vaxt keçdikcə nail oluna bilən məqsəddir və ona cəhd gös- tərilməsi elə bir qayda yaradılmasını şərtləndirir ki, burada fərd formal surətdə nəinki ümuminin bir hissəsinə çevrilir, həm də ümumi rifah naminə real olaraq ümuminin bir hissəsidir. Bununla yanaşı, demokratiya cəmiyyətin az sivilizasiyalı sosial qaydadan daha sivilizasiyalıya ictimai-siyasi transfor- masiyasının təkcə təsdiqi demək deyildir. İctimai şüurda müsbət dəyişikliklərlə yanaşı, demokratik baxışlar bir siyasi və iqtisadi sistemdən digərinə keçidə təkan verir. Demokratiya in- dustrializmin inkişafını təşviq etmişdir, çünki liberalizm azad sahibkarlıq üçün ilkin zəmin yaratmış, xüsusi mülkiyyətin təhlükəsizliyinə və toxunulmazlığına təminat vermiş, fərdi onun həyatına kənar müdaxilədən qoruyaraq, privacy (şəxsi – privat həyatın toxunulmazlığı hüququnu) təmin etmişdir. Sənayeləş- dirmənin inkişafı qanunauyğun olaraq, növbəti – postindustrial eranın meydana gəlməsinə gətirib çıxarmışdır ki, bu erada da fərdin azadlığı şəksiz fakt sayılır, ictimai rifahın yeni istiqa- mətləri isə təhtəlşüur sosiomədəni arxetipdə təsbit edilmişdir. Postindustrial cəmiyyətin insanı özünün təhlükəsizliyi, şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı sarıdan narahatlığı olmayan, azadlığı və bərabərliyi vətəndaşlara verilmiş dövlət borcunun bir hissəsi kimi deyil, insana ancaq Allah və ya Təbiət tərəfindən verilmiş müstəsna hüquq kimi dərk edən azad vətəndaşdır. Bir çox yüzilliklər ərzində bəşəriyyət buna doğru irəliləmişdir ki, hər bir fərd demokratiyanın və ona verilmiş hüquq və azadlıqların mahiyyətini bütün varlığı ilə hiss etsin. Sənayeləşdirmə insana azadlığın yalnız bir hissəsini ver- mişdir. Bəli, o, insanı azad etmişdir, lakin bir epoxadan digərinə keçidin problemlərinin, habelə industrial eranın xüsusiy- yətlərinin doğurduğu çətinliklərlə qarşılaşan insanın təfəkkürü şəxsiyyətin ancaq qismən azad olmasına imkan vermişdir. Əgər sənayeləşdirmə epoxasında insanın azadlığı siyasi və iqtisadi
93 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru cəhətlərlə müəyyən olunurdusa, postindustrializm bu anla- yışlara öz düzəlişlərini etmişdir. İndi biotexnologiyalar, biotəbabət, gen mühəndisliyi və klonlaşdırma sahəsində yeni nailiyyətlər insanların hüquqlarını, azadlığını və bərabərliyini prinsipcə başqa müstəviyə keçirir. Elə məsələlər meydana çıxır ki, əlli ildən çox bundan əvvəl bəşəriyyət onları qaldırmağı heç ağlına da gətirmirdi, çünki belə problemlərin aydın sərhədlərini görmürdü. Məsələn, insanın koital (F.Fukuyama – hamılıqla qəbul edilmiş) vasitələrlə artmasının məhdudlaşdırılmış və ya məhdudlaşdırılmamış azad- lığı haqqında məsələnin müzakirəsi müasir dünyada zərurətə çevrilmişdir. Liberal cəmiyyət üçün baza prinsipləri olan “etik fərdiyyətçilik” prinsipləri gen mühəndisliyi haqqında ümum- dünya diskussiyasının əsasını təşkil etmişdir. Postindustrial dünyada insana bəxş edilmiş azadlıqlar cəmiyyətin elmi-texniki inkişafı artdıqca meydana gələn hüquqlarla ziddiyyətə girir. Lakin postindustrializm reallığında bir-biri ilə rəqabət aparan heç də təkcə hüquqlar deyildir. Nobel mükafatı laureatı, DNT strukturunu kəşf edən Ceyms Uotson yazır ki, tələbata və maraqlara əsaslanan utilitar yanaşma mövcuddur. Lakin postindustrial eranın hüquq və azadlıqları nə qədər cəlb- edici olsa da, sosial gerçəkliyin qavranılmasının başlıca dayağı maraqlar və tələbat deyil, yalnız bərabərlik və ədalətdir. Amerika demokratiyasının atası Tomas Cefferson vaxtilə yazmışdır: “Biz aşağıdakı həqiqətləri özlüyündə məlum olan həqiqətlər hesab edirik: bütün insanlar bərabər yaranmışlar, Tanrı onlara müəyyən ayrılmaz hüquqlar vermişdir, bunların arasında yaşamaq, azadlıq və xoşbəxtliyə qovuşmağa çalışmaq hüququ da var”. Məşhur Amerika politoloqu Frensis Fukuyamanın “Bizim postbəşəri gələcəyimiz” əsərində həmin fikri əsaslandıran gözəl misal var: “Mühüm vəzifə tutan ictimai liderə sərxoşluğu ucbatından yeni qaraciyər gərəkdir, yoxsul və ictimai xəstə-
94 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
xanada ölümcül xəstə olan mən isə borularla və aparatlarla yaşayıram, amma qaraciyərim sağlamdır. İnsan tələbatının maksimum ödənilməsinə nail olmağı qarşısına məqsəd qoyan istənilən sadə utilitar yanaşma deyər ki, məni aparatlardan məcburi qaydada ayırmaq və mühüm lider və ondan asılı olan adamlar naminə qaraciyərimi çıxarmaq lazımdır. Heç bir liberal cəmiyyətin bunu rəva görməyəcəyi isə belə bir nöqteyi-nəzəri əks etdirir ki, bu cür hərəkətlərlə ödənilən tələbat nə qədər zəruri olsa da, heç bir günahı olmayan insanın həyatdan məc- buri məhrum edilməyə məruz qalmamaq hüququ var” 1 . Postindustrializm insan azadlığı anlamına öz düzəlişlərini etmişdir. Mahiyyət etibarilə, mənəvi və etik baxımlardan post- industrializm insan həyatında mənəvi cəhətlərin rolunu əhəmiy- yətli dərəcədə qabardaraq insanı ucaltmışdır. Bununla yanaşı, o, industrial azadlıqla postindustrial azadlığı arasında > yaxud < (“çox” və ya “az”) işarəsi qoymuşdur. Bu və ya digər epoxanın üstünlüyü məhz azadlığın mahiyyətindən irəli gəlir. İrəlidə biz postmodern insanının məhz hansı azadlığa qovuşmağa çalışmalı olduğunu və onu qlobal dəyişikliklər və yeni kəşflər baxımından hansı problemlər gözlədiyini müəyyənləşdirmək üçün həmin məsələ üzərində daha ətraflı dayanacağıq. Lakin bütün bu dəyişikliklər və transformasiyalar heç də təkcə qlobal iqtisadi qarşılıqlı asılılıq və yeni eraya sıçrayış sayəsində mümkün olmamışdır. İctimai-siyasi sistemin dəyişməsinin doğur- duğu demokratik dəyişikliklər homo sapiens üçün yeni imkan və bacarıqlar açmışdır. Demokratiyanın dəyişilən dalğaları bəşəriy- yətin hərtərəfli inkişafı üçün zəmin yaratmışdır, çünki istibdad idarə üsulunda xüsusən fərdin və ümumən cəmiyyətin keyfiyyətli və səmərəli inkişafından danışmaq mümkün deyildir. Deməli, de- mokratik idarəetmə sayəsində bəşəriyyət müasir dünyada malik olduğu elmi-texniki zirvələrə çatmışdır.
1
95 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Lakin əgər hətta demokratik baxışlar bəşəriyyətin hərtərəfli inkişafı üçün şərait yaratmış olsa da, beynəlxalq münasibətlərdə vasitə kimi demokratiyadan tez-tez istifadə edilməsi açıq cə- miyyətin və vətəndaş cəmiyyətinin qurulmasına dair irəli sü- rülən reseptlərin mahiyyəti barədə birmənalı olmayan müna- sibət doğurur. Belə yanaşma bir çox yeni müstəqil dövlətlər üçün xeyli dərəcədə sovet keçmişini və Oruellin Böyük qardaş əlaməti altında meydana gəlmiş vahid siyasi və iqtisadi hege- monluq ideyasını xatırladır. Demokratikləşmə proseslərinin tarixi təcrübəsinin öyrənil- məsi avtokratiyadan demokratik rejimə keçidin müxtəlif yolları- nı fərqləndirmək üçün nəzəri maraq doğurur. Məsələn, Amerika politoloqu S.Lakof demokratik quruluşun təşəkkülünün aşağı- dakı tarixi modellərini göstərmişdir: 1. İnqilab yolu ilə. XVIII əsr İngiltərə burjua inqilabı, Böyük Fransa inqilabı və Şimali Amerikanın Birləşmiş Ştatlarında müstəqillik uğrunda müharibə bu modelin klassik nümunəsidir. XX əsrin reallıqlarına uyğun olaraq, Rusiyada 1917-ci il Fevral inqilabını (bəzən onu çevriliş adlandırırlar) və Portuqaliyada 1974-cü il Aprel inqilabını bu modelə aid etmək olar. Mərkəzi və Şərqi Avropa ölkələrində 1989-cu ildə baş vermiş inqilabi hadisələr də buraya daxildir. 2. Təkamül yolu ilə. Bu model XVII əsr ərzində – XX əsrin birinci yarısında mütləq monarxiyadan və ya oliqarxiya idarə üsulundan demokratik quruluşun müasir variantının təşəkkülü- nədək uzun siyasi təkamül keçən bir sıra Avropa ölkələri üçün xarakterikdir. Təkamül yolu Latın Amerikası və Asiyanın bir sıra dövlətləri üçün də xarakterikdir. 3. Kənar təsir nəticəsində və ya kənardan bir növ qəbul etdirilmiş model. Burada İkinci Dünya müharibəsindən sonra Almaniyada, İtaliya və Yaponiyada demokratik siyasi sistemin
96 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Demokratiyada səfehlərin səs vermək, diktaturada isə idarə etmək hüququ vardır. Bertran Rassel təşəkkülündən söhbət gedir. Bu ölkələrdə faşist və militarist re- jimlərin darmadağın edilməsi, onların ərazilərində işğalçı müt- təfiq qoşunlarının yerləşdirilməsi orada demokratik siyasi reji- min təşəkkülü və sonralar möhkəmlənməsi üçün şərt olmuşdur. 4. Yuxarıdan həyata keçirilən demokratik transformasiya. Bu variant demokratiyanın inkişafının təkamül yolu ilə sıx çulğaşır. Həmin model hakim siyasi elitanın cəmiyyətdə böhran təhlükəsini dərk edərək və bu böhranı sovuşdurmağa çalışaraq, demokratik müxalifətlə danı- şıqlara gedən və siyasi sis- temdə nəticə etibarilə de- mokratik rejimin təşəkkü- lünə doğru aparan islahatın həyata keçirilməsinə (bu və ya digər dərəcədə ardıcıllıqla) başlayan ölkələr üçün xarakterikdir. Bu model, məsələn, 1970-ci illərin axırları – 80-ci illərin əvvəllərində Frankodan sonrakı İspaniya, habelə Braziliya üçün səciyyəvidir. 5. Qarışıq model. O, əvvəlki variantların hamısını və ya ço- xunu əhatə edir, çünki ölkələrin əksəriyyətində (xüsusən də müasir, Üçüncü dalğa ölkələrində) demokratikləşmənin yuxarı- da göstərilən modelləri olduğu kimi təzahür etməmişdir. Məsə- lən, əgər Portuqaliyada demokratikləşmə üçün ilkin təkan 1974-cü il inqilabı olmuşdusa, ayrı-ayrı dövrlərdə kəskin siyasi mübarizə şəraitində cərəyan etmiş sonrakı proses demokratik- ləşmənin dəstəklənməsi uğrunda kütləvi hərəkatlarla, daha sonralar isə hakim elitanın rəhbərliyi altında rejimin nisbətən dinc təkamülü ilə müşayiət olunmuşdur. Oxşar qarışıq model keçmiş SSRİ respublikaları üçün də, Şərqi Avropanın bir çox postsosialist ölkələri üçün də xarakterikdir. S.Hantinqton demokratiyaya keçidin bir qədər başqa, amma ümumən, oxşar təfsirinə tərəfdardır və o da aşağıda sadalanan dörd tipi fərqləndirir:
97 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru 1. Vahid səbəb. Bir neçə dövlət üçün demokratiyanın bər- qərar edilməsinə gətirib çıxaran vahid səbəb olmalıdır. Bu isə böyük müharibə, yaxud bir çox cəmiyyətləri əhatə etmiş digər mühüm hadisə ola bilər. 2. Paralel inkişaf. Bir neçə ölkədə oxşar proseslər baş verir ki, onlar da, hansı ölkədə cərəyan etməsindən asılı olmayaraq, eyni dəyişikliklərə səbəb olur. Məsələn, tədqiqatçılar bildirirlər ki, ölkə iqtisadi inkişafın müəyyən hüdudlarından yan keçərək, adambaşına düşən ümumi milli məhsulun konkret səviyyəsinə və ya savadlılığın müəyyən səviyyəsinə nail olaraq, demokrati- yaya keçidə hazırlaşır. Bu halda hər bir ölkədə demokratikləşmə həmin ölkə üçün səciyyəvi xüsusiyyətlərlə şərtlənir, amma bü- tün ölkələrdə oxşar nəticələr doğurur. 3. Qar topası hadisələrin bir ölkədən digərinə sürətlə keçidi nəticəsində əmələ gəlir. İnformasiya texnologiyaları dövründə bir ölkədə baş vermiş proseslər digərlərində müqayisə edilə bilən hadisələrə təkan verə bilər, öz növbəsində, onlar isə daha hansısa ölkələrə təsir göstərə bilər və s. 4. Ən sevilən çarə müxtəlif ölkələrdə baş verən və buna bax- mayaraq, zamanın ruhuna uyğun gələn “dəbdə olan dər- man”dan, bütün dərdlərin ən təsirli dərmanından ibarət olan vahid reaksiyalarda təzahür edir. Məsələn, ölkələrdən birində inflyasiya, digərində qanunların rolunun aşağı düşməsi, üçüncü- sündə hərbi məğlubiyyət və sair ölkələrin ayrıca götürülmüş bir qrupunda demokratik dəyişikliklərə səbəb ola bilər. Yəni, baş- lanğıc dəyişikliklərdəki fərqlərə baxmayaraq, tamamlayıcı dəyi- şikliklər əsas etibarilə oxşardır. 1990-cı illərin əvvəllərində siyasi elmə yeni anlayış – demo- kratikləşmə dalğaları anlayışı daxil oldu. Bu anlayış ölkələrarası məkanı – demokratik prosesin vaxtını əks etdirir. Demokratik dalğalar nəzəriyyəsinin hazırlanmasında və onun müasir dal-
98 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
ğasının təhlilində məşhur Amerika politoloqu, Harvard Universitetinin Strateji Tədqiqatlar İnstitutunun direktoru Səmyuel Hantinqtonun böyük xidməti var. O, 1991-ci ildə çapdan çıxan “Üçüncü dalğa. XX əsrin sonlarında demokratikləşmə” monoqrafiyasında müasir dünya- da baş verən dəyişikliklərin geniş və bütöv mənzərəsini canlan- dırmış, totalitarizm və avtoritarizmdən demokratiyaya keçidin müqəddəm şərtlərini, gedişini və perspektivlərini təhlil etmişdir. Hantinqton yazır ki, “demokratikləşmə dalğası qeyri-demo- kratik rejimlərdən demokratik rejimlərə müəyyən zaman döv- ründə baş verən keçidlər qrupudur ki, onların da miqdarı həmin dövrdə əks istiqamətdə gedən keçidlərin miqdarından xeyli çoxdur”
1 . Amerika politoloqu F.Şmitter qlobal miqyasda demokra- tikləşməni dörd dövrə ayırır. Zənnimcə, bu dünyada baş verən demokratik tranzitlərin mənzərəsini tam şəkildə əks etdirir: birinci dalğa – şərti olaraq, 1848-ci il inqilabından başlanan dövrdür, lakin bu inqilabdan sonra, 1852-ci ilədək bir çox ölkələr (xüsusən, Fransa, Almaniya, Avstriya-Macarıstan) ida- rəetmənin avtokratiya formalarına qayıtdılar; ikinci dalğa – Birinci Dünya müharibəsindən sonrakı dövr- dür. Həmin dövrdə Almaniyanın məğlubiyyəti, habelə Rusiya və Avstriya-Macarıstan imperiyalarının süqutu nəticəsində Şər- qi və Mərkəzi Avropada yeni dövlətlər meydana gəlir, onların çoxunda ilk vaxt idarəetmənin demokratik formaları bərqərar edilir;
üçüncü dalğa – İkinci Dünya müharibəsindən sonrakı dövrdür;
1
С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М., 2003, стр.26.
99 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru dördüncü dalğa – Portuqaliyada 1974-cü il hərbi çevrili- şindən başlanır 1 . Hantinqtona görə, müasir dünyada demokratikləşmənin üç dalğası və geriçəkilmənin iki dalğası baş vermişdir. Yəni, demokratikləşmənin hər bir dalğası sonra geriçəkilmə ilə – demokratik idarəetmədən uzaqlaşma ilə müşayiət edilmişdir ki, bu da nəticədə totalitar, yaxud avtoritar rejim qurulmasına gətirib çıxarmışdır. S.Hantinqton yazır ki, demokratikləşmənin birinci, ən uzun- sürən dalğası 1828-ci ildə Amerika Birləşmiş Ştatlarında baş- lanmışdır. O vaxt köhnə ştatlarda əmlak senzi ləğv edilmiş və bütün yaşlı kişilərə seçki hüququ verilən yeni ştatlar birləş- dirilmişdi. Yaşlı kişilərə seçki hüququ verilməsi 1828-ci il seçkilərində həqiqətən səs vermiş ağdərili kişilərin sayını 50 faizə çatdır- mağa kömək etmişdi. S.Hantinqton həmin məsələdə Conatan Sanşaynın təsnifatından istifadə etmişdir. Sanşayn demokratik minimumun iki sanballı meyarını irəli sürmüşdür: 1) yaşlı kişi əhalinin 50 faizi səs hüququna malikdir; 2) icra hakimiyyətinin məsul başçısı ya seçkili parlamentdə əksəriyyətin dəstəyini özündə saxlamalı, yaxud da vaxtaşırı ümumxalq seçkilərində seçilməlidir. Birinci demokratik dalğanın məhz ABŞ-da, yalnız ağdərili kişi əhali səs verdiyi ölkədə başlandığı barədə Hantinqtonun irəli sürdüyü ideya həmin məsələyə bir qədər ehtiyatla yanaşmağı tələb edir, çünki demokratiya bir cəmiyyətin bütün üzvlərinin onun ictimai-siyasi həyatında lazımınca iştirak etməsini nəzərdə tutur. ABŞ-da isə bu məsələ uzun müddət həll edilməmiş qalmışdır.
1
и консолидации демократии // Полис. 1966, № 5.
100 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Demokratikləşmənin birinci dalğası Qərbi və Şərqi Avropanın, Latın Amerikasının bir çox dövlətlərini bürümüş və əslində, ötən əsrin, 20-30-cu illərinədək davam etmişdir. Həmin dövr ərzində bu dalğa geniş məkanları əhatə edərək İsveçrə, Fransa, Böyük Britaniya, İtaliya, Argentina, Çili, İspaniya, Portuqaliya, Yunanıstan, Litva, Latviya, Estoniya, Polşa, Braziliya, Uruqvay və hətta Yaponiyada rejimləri dəyişmişdir. Demokratikləşmənin ən uzunsürən dalğasının geri çəkilmə- sinin başlanğıcı Benito Mussolininin 1922-ci ildə İtaliyada hakimiyyətə gəlişi ilə qoyulmuş, nəticədə zəif və korrupsiyalı İtaliya demokratiyası süquta uğramışdır. 1926-cı ildə Portuqali- yada hakimiyyət Antonio de Salazarın əlinə keçdi. 1930-cu ildə o, faşist “Milli İttifaq” partiyasını yaratdı. Bu partiya “unitar korporativ respublika” tərəfdarı idi, 1933-cü il konstitusiyasının (habelə ona əlavənin – “müstəmləkə aktı”nın) hazırlanmasında iştirak etmiş və korporativ faşist dövləti yaradılmasını başa çatdırmışdır. Üç ildən sonra, 1933-cü ildə Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya və Avstriya demokratiyalarının tarixi başa çatdı ki, bu da Avropada və ümumən dünyada ən böyük siyasi kataklizmlərin əsasını qoydu. Bütün bu proseslərdə SSRİ-yə eyni əhəmiyyətli rol verilirdi, hərçənd, Hantinqton bəzi dövlətlərdə demokratiyaların süqutu- nun bütün səbəblərini tam göstərmir. Lakin məsələn, İspaniya- nın timsalında bu ölkədə demokratiyanın süqutunda Moskvanın rolu barədə mühakimə yürütmək olar. Məlum olduğu kimi, 1938-ci ildə sovet hökuməti respublika- çılara hərbi yardımı kəskin surətdə azaltmışdı. İspaniyaya gələn sovet könüllülərinin tərkibi də dəyişmişdi. Əgər 1936-cı ildə – 1937-ci ilin birinci yarısında buraya zəngin hərbi təcrübəsi olan və akademiyaları bitirən yüksək ixtisaslı mütəxəssislər gəlirdisə, Qızıl Ordunun ali komanda heyətinə divan tutulduq- dan sonra İspaniyaya orta və kiçik rütbəli komandirlər göndə-
101 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru rilməyə başlandı, korpus və diviziyalara isə baş leytenant və kapitanlar müşavir təyin edilirdilər 1 . 1938-ci ilin dekabrında Franko qoşunları Kataloniyaya geniş hücuma keçdilər, bunun nəticəsində respublikaçıların hərbi his- sələri başıpozuq halda Fransa sərhədinə doğru geri çəkilməyə başladılar. 1939-cu ilin fevralında İngiltərə və Fransa respub- likaçılar hökuməti ilə diplomatik münasibətləri kəsdiklərini və Franko rejimini tanıdıqlarını bəyan etdilər. 1939-cu il martın 23-də isə Madrid süqut etdi. SSRİ-də uzun illər İspaniyada vətəndaş müharibəsi tarixinin Stalin dövründə qəbul edilmiş versiyası mövcud olmuşdur. Stalinçilərin cinayətləri haqqında bütün sübutlar cidd-сəhdlə gizlədilirdi. Məsələn, Amerika yazıçısı, Nobel mükafatı laureatı (1954-cü il) Ernest Heminqueyin “Zənglər kimin üçün çalınır” romanının nəşrinə qadağanın 1968-ci ilədək qüvvədə qalması, sonra isə bu əsərin çoxsaylı ixtisarlarla qısaldılmış şəkildə buraxılması məhz bununla izah edilir. İspaniyanı Sovet İttifaqında kommunist, Qərbdə isə de- mokratik ölkə kimi görmək istəyirdilər, halbuki ispaniyalıların özləri Frankoya üstünlük verdilər. L.Trotski dəfələrlə vurğu- lamışdır ki, İspaniya inqilabının qələbəsi sosialist inqilabının digər ölkələrə də yayılmasına yol açardı, lakin onun məğlu- biyyəti mütləq dünya müharibəsinin başlanğıcı olardı. Əgər İspaniya inqilabı qələbə çalsaydı, o, Fransada və Avropanın digər ölkələrində inqilabi hərəkata güclü təkan verərdi. İnqilabi hərəkat dünya müharibəsinin qarşısını alar, onu gərəksiz və mümkünsüz edərdi. Ancaq Stalin və Xalq Cəbhəsi liderlərinin koalisiyası İspaniyanın sosialist proletariatını o, hələ Franko tərəfindən qəti olaraq darmadağın edilməzdən əvvəl boğmuşdu.
1
ственная история”, 1993, № 3, стр.90.
102 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
“İspaniya inqilabının məğlubiyyəti Avropada inqilabi perspekti- vi uzaqlaşdırır və imperialist müharibəsi perspektivini yaxın- laşdırır. Bunu yalnız korlar görməyə bilərlər!” 1 .
müharibəsini qaçılmaz hesab edirdi, çünki bu məğlubiyyət dünya fəhlə hərəkatının – faşistlərin planlarını poza biləcək yeganə qüvvənin daha çox ruhdan düşməsini şərtləndirdi. O yazırdı: “İspaniyanın faciəli təcrübəsi dəhşətli xəbərdarlıq, bəlkə də, daha böyük hadisələr ərəfəsində son xəbərdarlıqdır” 2 . Sonra demokratiyadan geriçəkilmə özlərində tam mənada demokratik təsisatlar qurmağa macal tapmayan digər dövlətləri bürüdü. Bolqarıstan, Yuqoslaviya, Litva, Latviya, Estoniya, Polşa, Yunanıstan, Uruqvay, İspaniya və başqa ölkələr bu və ya digər tarixi səbəblərə görə demokratik idarəetmə formasından uzaqlaşdılar. 1940-cı ildə Köhnə Dünyada – Avropada demokratik idarəetmə formasını saxlamış olan cəmi dörd dövlət vardı – Böyük Britaniya, İrlandiya, İsveçrə və İsveç. Beləliklə, birinci dalğa təkcə kommunist, faşist və militarist ideologiyaların təsiri altında deyil, həm də bolşevik Rusiyasının (Litva, Latviya və Estoniyanın işğalı) və XX əsrin əvvəllərində dünya siyasətinin əsas aktorları olan İngiltərə və Fransanın simasında Qərb dünyasının öz aralarında apardıqları böyük geosiyasi oyunlar nəticəsində geri çəkildi. İkinci Dünya müharibəsi qurtardıqdan sonra beynəlxalq və- ziyyət və demokratik dövlətlərin (SSRİ istisna olmaqla) dünya siyasətində hökmranlığı demokratikləşmənin ikinci dalğasının başlanması üçün əlverişli şərait yaratdı. Müttəfiqlərin işğalı, ha- belə müharibənin dağıtdığı Avropanın bərpasına yönəldilmiş Marşall planı, Trumen doktrinası demokratiyanın güclənməsinə
1
Бюллетень оппозиции, 1939, № 75-76, стр., 5.
2 Yenə orada, 1937, № 62-63, səh.14.
103 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
və universal dəyərlərin təsirinin genişlənməsinə təkan verirdi. ABŞ-la müttəfiqlik münasibətləri olan dövlətlər nəinki yüksək sürətlə dirçəlməyə, həm də qonşularından – Varşava Müqaviləsi Təşkilatının üzvlərindən fərqli olaraq, real demokratik təsisatlar qurmağa, habelə vətəndaş cəmiyyətləri yaratmağa başlamışdı- lar. “Sovet doktrinası” əsasında yatırılan Macarıstan (1956-cı il) və Çexoslovakiya (1968-ci il) hadisələri göstərdi ki, SSRİ öz müttəfiqlərini idarəetmənin totalitar normalarından uzaqlaşma- ğa qoymayacaqdır. Demokratiya 1988-ci ildə Berlin divarı uçurulana qədər Şərqi Avropa üçün bağlı səhifə olaraq qaldı. Qərbi Avropa dövlətləri- nin iştirakı ilə NATO, Avropa İttifaqı və Avropa Şurasının yaradılması vahid universal dəyərlərin himayəsi altında məkanın genişlənməsində də az rol oynamadı. 1940-cı illərin axırları – 50-ci illərin əvvəllərində meydana gələn regional təşkilatlar, əsasən, “kommu- nist basqını”na qarşı bufer zonası yaradılmasını, demokratik döv- lətlərin hərbi-siyasi və iqtisadi sahələrdə, habelə insan hüquqları və azadlıqlarının qorunması sahəsində sıx əməkdaşlığı üçün onların sabit və təhlükəsiz məkanını formalaşdırmağı nəzərdə tuturdu. “Demokratiyalar bir-birilə vuruşmurlar” tezisi real vəziyyəti əks etdirir, vaxtilə Russonun söylədiyi fikirlə polemikaya girir- di. Russo hesab edirdi ki, daxili və xarici münaqişələrə məhz demokratiyalar daha meyillidir. Türkiyə və Yunanıstanda de- mokratik rejimlərin bərqərar olması onların münasibətlərində gərginliyin azalmasına kömək etmişdir ki, bu da hər iki ölkəyə NATO-ya daxil olmağa imkan vermişdir. Müharibədən sonrakı dövrdə Latın Amerikası da demokra- tikləşmənin ikinci dalğasının təsiri altına düşmüşdür. Kolum-
104 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
biya, Venesuela, Argentina, Peru, Braziliya, Kosta-Rika və Uruqvay kimi bir sıra dövlətlər demokratiya və ya məh- dudlaşdırılmış demokratiya prinsiplərinə qayıtdı. Cənub-Şərqi Asiya dövlətləri də demokratiyaya doğru keçid etdi, Hindistan, Şri-Lanka, Malayziya və Pakistan kimi ölkələr özlərində de- mokratik rejimlərə bənzər rejimlər formalaşdırdı. 1960-cı ildə Afrikanın ən iri dövləti – Nigeriya demokratik inkişaf yoluna qədəm qoydu. İsrailin demokratik dövlət kimi təşəkkülü də həmin dövrə aiddir. Lakin demokratikləşmənin birinci dalğası kimi, ikinci dal- ğası da geriçəkilməyə məhkum idi. Buna isə heç də demokratik rejimlərin zəifliyi səbəb olmamışdır. Dünyanın bir çox dövlət- lərində demokratiyanın süqutunda əsas rolu geostrateji və coğ- rafi-iqtisadi reallıqlar oynamışdır ki, bunların da mahiyyəti ma- liyyə imkanları və yeni iqtisadi üstünlüklər uğrunda müba- rizədən ibarət idi. Məlum olduğu kimi, iqtisadi və siyasi nüfuzun qlobal amili olan neft erası XX əsrin 50-ci illərində başlanmışdır. O illəri iri neftçıxarma şirkətlərinin – Amerika və Avropanın biznes aləmi- nə mənsub olan və həmin dövrdə çox böyük hakimiyyətə yiyələnmiş və ağlasığmaz məbləğdə izafi mənfəət qazanmış ilk cığıraçan qansoranlar epoxası adlandırmaq olar. 1960-cı illər ucuz neft və “qara qızıl”ı ucuz qiymətə və getdikcə artan qeyri- məhdud miqdarda alan istehlakçılar epoxası kimi yadda qalmışdır. Həmin onillikdə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) meydana gəldi və möhkəmləndi, hasilatçılarla isteh- lakçılar, hasilatçılarla şirkətlər arasında gərgin qarşıdurma ya- randı. Elə həmin vaxt bədnam “yeddi bacı” (Qərbin yeddi ən iri neft şirkəti) Amerika ictimaiyyətinin nəzərində, sözün əsl mənasında, rüsvay oldu.
105 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru 1970-ci illər OPEK-in istehlakçı ölkələrlə və onların iri şirkətləri ilə birbaşa qarşıdurmasında qalib gələn neft hasil edən ölkələrin təntənəsi onilliyinə çevrildi. Nəticədə yaranan böhran neftin qiymətlərini qaldırdı və bu qiymətlər 1973-1974-cü illər üçün dörd dəfə artdı. 1950-ci illərin əvvəllərində ser Hans Siqler və Raul Prebiş (Argentina iqtisadçısı) belə bir tezis irəli sürdülər ki, inkişaf etməkdə olan ölkələrin real mübadilə şərtlərinin göstəricisi – term of trade (ticarət şərtləri) bir sıra səbəblər üzündən daim pisləşir, ona görə də bu ölkələr idxalın müəyyən həcmini sax- lamaq üçün öz məhsulunu daha çox ixrac etməyə məcburdur. Belə çıxır ki, onlar getdikcə daha çox məhsul istehsal edir, lakin bu, rifahı yüksəltməyən, “yoxsulluq doğuran” artımdır. Bu, dünyada baş verən sosial-iqtisadi proseslər üzərində çox mü- hüm müşahidə, siyasətçilər və dövlət başçılarına gələcək üçün nəticələr çıxarmağa imkan verən müşahidə idi. Lakin alimlərin üzə çıxardıqları və sosial fəlakətlərə səbəb ola biləcək qanuna- uyğunluq aradan qaldırılmadı. Bütün bunlar bəzi ölkələrdə siyasi qruplaşmaların dövlətin təbii sərvətlərindən məqsəddənkənar istifadə hesabına şəxsi varlanmaq üçün birinciliyə nail olmaq niyyətinə əhəmiyyətli dərəcədə təsir göstərirdi. Bununla yanaşı, kapitalın müstəqil artımının əvvəlki mexanizminin imkanlarının tükənməsi ilə əla- qədar istehsalı optimallaşdırmaq yollarının axtarışında, habelə iqtisadi həyatın tənzimlənməsinə dair keynsçi reseptlərin böh- ranında öz ifadəsini tapan 1970-80-ci illərin dünya iqtisadi böhranı belə bir məsələ üzərində düşünməyə vadar etmişdi: böhranların tez-tez baş verməsində, kütləvi işsizlikdə və inflyasiya proseslərinin sürətlənməsində özünü büruzə verən dünya iqtisadiyyatının pozulması, ümumiyyətlə, iqtisadi sistemə daxilən xas olan uzunmüddətli dövri dəyişmələrin təzahürü de- yilmi? Bütün bunlar Böyük Britaniya və Fransanın keçmiş müs-
106 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
təmləkələrində, habelə demokratik rejimlərin hələ formalaş- madığı dövlətlərdə siyasi proseslərə təsir göstərməyə bilməzdi. 1960-cı illərdə hətta Böyük Britaniyada dövlətin iqtisadi siyasətinin məqsədlərindən heç birinin həyata keçirilmədiyi və- ziyyət yaranmışdı; son dərəcə qeyri-adi vəziyyət və olduqca pis iqtisadi mövqe əmələ gəlmişdi. İqtisadiyyat süst inkişaf edirdi, canlanma isə müşahidə olunmur və gözlənilmirdi. İqtisadiyyatı irəlilədə biləcək innovasiyalar meydana gəlmirdi. Eyni zamanda, inflyasiya tüğyan edirdi. Odur ki, ölkə yeni iqtisadi fenomenlə – staqflyasiya ilə tanış olmuşdu ki, bu da iqtisadi durğunluğun (staqnasiyanın) qiymətlərin yüksək sürətlə artımı ilə birləşməsi deməkdir. İnflyasiyanın inkişafı hakimiyyət orqanlarının və həmkarlar ittifaqlarının nominal əmək haqqı barədə apardıqları və tətillər nəticəsində tez-tez dayandırılan sərt danışıqlarla müşayiət olunurdu. 1975-ci ilədək 38 ölkədə dövlət çevrilişləri baş verdi, 1958- ci ildən fəaliyyət göstərən 32 demokratik rejimin üçdəbiri 1970- ci ilin ortalarınadək avtoritar rejimlərə çevrildi 1 . 1960-cı ildə qonşu Türkiyədə hərbi çevriliş oldu. 1950-ci illərdə, Demokratik Partiyanın hakimiyyəti dövründə Türkiyədə hərbçilərin sosial vəziyyəti çox pisləşmişdi və bu, 1960-cı il dövlət çevrilişinin səbəblərindən biri idi. Çevrilişdən sonra orduda əmək haqqı artırıldı və bir sıra güzəştlər tətbiq edildi. Milli Birlik Komitəsi Adnan Menderes hökumətini devirdi və o, sonra edam olundu. 1967-ci ildə Yunanıstanda “qara polkovniklər”in təzyiqi nəticəsində demokratiya süquta uğradı. 60-cı illərin ortalarında orada ciddi hakimiyyət böhranı müşahidə olunurdu ki, buna da aramsız hökumət dəyişmələri, hər cür sosialist və kommunist
1
2003, стр.31.
107 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
çıxışlarının yatırılmasına yönəldilmiş terror siyasəti, ölkədə aparılan iqtisadi siyasətdən cəmiyyətin narazılığının artması və bunun nəticəsi kimi əməkçilər tərəfindən daim mitinq və tətillər keçirilməsi təkan verirdi. 1966-cı ilin yanvarında Yunanıstanda eyni vaxtda 80 mindən çox fəhlə və qulluqçu tətil edirdi ki, bu da ölkənin istehsal potensialının dörddəbirinə bərabər idi; 1966- cı ilin iyununda 20 min bank qulluqçusu tətil etdi: 6 mindən çox poçt işçisi 48 saatlıq tətil elan etdi; həmin ilin avqustunda Afinanın 150 min dövlət qulluqçusu tətilə başladı, oktyabrda isə bütün Yunanıstanda artıq 180 min tikinti fəhləsi tətil edirdi. 1967-ci il aprelin 21-də Afinanın küçələri ilə hərəkət edən tankların səsi şəhər sakinlərini yuxudan oyatdı, radio isə polkovnik Papado- pulosun yunan xalqına mü- raciətini verirdi. O, müra- ciətdə bildirirdi ki, ölkədə inqilab baş vermişdir. Lakin bu, dövlət çevrilişi idi. Papadopulos başda olmaqla hərbi hökumət hakimiyyətə gəldi və ölkəni 1974-cü ilədək idarə etdi. Hərbçilərin özləri çevrilişi “ölkəni qarmaqarışıqlıq və dağıntı vəziyyətindən çıxarmalı olan 21 aprel inqilabı” adlandırırdılar. Yunanıstan tarixinin bu mərhələsi xarici tarixşünaslıqda hərbi diktatura yaradılması kimi şərh edilirdi, çünki 1967-ci ilin dekabrında rəsmən istefaya çıxan hərbçilərin hakimiyyətinin yeddi ili ərzində heç bir demokratik təsisat fəaliyyət göstərmə- mişdir. Parlament seçkiləri ərəfəsində hakimiyyətə gələn yeni hökumət seçkiləri keçirmədi, bütün siyasi partiyalar qadağan edilmişdi, kütləvi həbslər aparılmışdı, müxalifətçilər həbs dü- şərgələrinə salınmışdı. 1967-ci ilin dekabrında uğursuzluqla nə- ticələnən çevriliş cəhdindən sonra kral Konstantin İtaliyaya sür-
108 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
gün olundu, bütün mətbuat sərt senzura altında idi, hər hansı yadfikirlilik təzahürü dərhal yatırılırdı. Ötən əsrin 60-cı illərində demokratiyadan qlobal şəkildə uzaqlaşma Latın Amerikasının Çili, Uruqvay, Venesuela, Kolumbiya kimi dövlətlərindən də yan keçmədi. Asiyanın ölkə- lərindən Hindistan (qismən), Pakistan, Filippin, İndoneziya və Koreyada demokratiyalar məğlub oldu. 1966-cı ildə Nigeriyada Afrika demokratiyası süquta uğradı. Demokratik proseslərin donorları olan iri dövlətləri tədricən bürümüş siyasi və iqtisadi böhranlar nəticəsində demokra- tikləşmənin ikinci dalğası öz tarixi irəliləyişini başa çatdırdı. Avropa ölkələri daxili iqtisadi problemlərə cəlb olunmuşdu və Keynsçilik sisteminin səmərəsizliyi ilə əlaqədar bunlar gündən- günə artırdı. ABŞ Vyetnam müharibəsinə cəlb olunmuşdu, ona xeyli miqdarda maliyyə vəsaiti, resurslar və qüvvələr sərf edilmişdi. Bu müharibə iki dünyanın – kommunist və kapitalist dünyala- rının real qarşıdurması kimi qiymətləndirilirdi. SSRİ o vaxt Nasir rejiminin təsir dairəsinin genişləndirilməsi vasitəsilə Yaxın Şərqdə öz mövqelərini gücləndirməyə çalışırdı ki, bunda da məqsəd, ABŞ-a əks olaraq, ta İsrailədək “kommunist” zolağını gücləndirmək və beləliklə, ərəb dünyasına öz təsirini saxlamaq idi. O dövrdə Fransa və Almaniya beynəlxalq siya- sətdə müstəqil rol oynamır və ümumdünya işlərində öz şərtləri- ni qəbul etdirə bilmirdi, buna görə də demokratiyanın geniş- ləndirilməsinə dair qlobal layihələrdə onların iştirakı çox cüzi idi. ABŞ izolyasionizm siyasətindən imtina etdikdən sonra Böyük Britaniya satellit rolu ilə razılaşdı. Demokratikləşmənin ikinci dalğası bir müddətdən sonra təzədən və yeni qüvvə ilə başlanmaq üçün sona yetdi.
|
ma'muriyatiga murojaat qiling