Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5,08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Demokratiyanın modelləri
§ DEMOKRATİK TRANZİTLƏR
VƏ REJİMLƏR
Müasir siyasi elm demokratik tranzitlər və demokratik rejimlərin tipologiyası sahəsində bəşəriyyətə külli miqdarda tədqiqatlar və elmi araşdırmalar təqdim etmişdir. Demokratik rejimlərin tiplərinin ilk dəfə kim tərəfindən müəyyən edil- məsini söyləmək çətindir, lakin tamamilə aydındır ki, onların sayı və müxtəlifliyi bəzən yeni nəticələr və elmi tədqiqatlar üçün yer qoymur. Hər necə olsa da, yeni dövlətlərin meydana gəlməsi, hakimiyyətdaxili münasibətlərin əvəzlənməsi və sosiomədəni seqmentlərin yekcins olmaması daim demokra- tik rejimlərin yeni modellərini ortaya çıxarır ki, onlar da öz növbəsində araşdırılıb təhlil oluna bilər. Elmi fənn kimi demokratiya son dərəcə geniş sahəni əhatə edir, buna görə də biz bu kitabda demokratik rejimlərin yal- nız məşhur müəlliflər tərəfindən irəli sürülmüş tipologiyala- rını təhlil edəcəyik. Bu təsnifatlardan çıxış edərək isə, ölkə- mizdə demokratik dəyişikliklərin mahiyyətini əyani şəkildə izah etmək üçün Azərbaycanın dünya düzənində yerini göstərməyə çalışacağıq. Biz son iki əsr yarımda təklif edilən və özlüyündə geniş materialdan ibarət olan bütün modelləri nümayiş etdirməyi qarşımıza məqsəd qoymuruq. Siyasi məkanın mövcud və mümkün olan müsbət və mənfi inkişaf ssenarilərini təhlil etmək üçün yalnız tranzit cəmiyyətlərə və onlardakı siyasi idarəetmə modellərinə toxunacağıq. Aşağıda təqdim edilən modellər nüfuzlu alimlərin çoxillik araş- dırmalarının məhsuludur və onları nəzərdən keçirmək son dərəcə maraqlı olardı.
151 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru Demokratiyanın müasir modellərinin tipologiyasını müəy- yənləşdirməyə ilk cəhd edənlərdən biri Kanada politoloqu K.Makferson olmuş, sonradan bu tipologiya D.Held tərəfin- dən tamamlanmış və genişləndirilmişdir. Makferson və Held aşağıdakı demokratik modelləri fərqləndirmişlər: klassik demokratiya, yəni antik demokratiya; respublikaçılıq, yəni Qədim Romada respublika idarəetmə forması; protektik (qoruyucu) demokratiya; inkişafda olan demokratiya; dövlətin ölüb getməsi nəzəriyyəsi (K.Marks); bəhsləşən elitizm; plüralist demokratiya; nümayəndəli demokratiya nəzəriyyəsi; leqal demokratiya modeli. Biz klassik demokratiya və respublikaçılığı nəzərdən ke- çirməyəcəyik, çünki kitabın əvvəlində buna bənzər model- lərin əsas cəhətlərinə toxunmuş, habelə o dövrün mütəfək- kirlərinin problemə baxışlarını aydınlaşdırmışıq. XVII-XVIII əsrlərə aid demokratiya modelləri bizim üçün daha böyük maraq doğurur. K.Makferson və D.Heldin tədqiqatlarında liberal de- mokratiyanın protektiv (protektive) və inkişafda olan (developmental) modelləri fərqləndirilir. Birinci istiqaməti C.Lokk, Ş.L.Monteskyö, İ.Bentam, Ceyms Mill, ikincini isə A.de Tokvil, C.S.Mill, C.Dyui,
152 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
L.T.Hobkaus və başqaları təmsil edirlər. Hər iki model üçün ümumi cəhət vətəndaş cəmiyyətinin dövlət qarşısında üstün- lüyü, təmsilçilik üsul-idarəsində özünü göstərən xalq su- verenliyi, şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasıdır 1 . Marksizmin siyasi-hüquqi nəzəriyyəsində kommunizm cəmiyyətində dövlətin siyasi hakimiyyətinin ölüb gedəcəyi, antaqonist maraqları olan siniflərin olmayacağı ideyası irəli sürülür. Bu fikir gələcək cəmiyyətdə dövləti “cəhrə və bü- rünc balta ilə yanaşı qədim əşyalar muzeyinə” təhvil verməyi qarşısına məqsəd qoymuş proletariata miras qalmış dövləti bəla adlandıran Engels tərəfindən xüsusilə fəal müdafiə olunurdu. Fəhlələrin Beynəlxalq Cəmiyyətində anarxistlərlə və Al- maniya fəhlə hərəkatında lassalçılarla amansız diskussiyala- rın əsas mövzusu siyasi inqilab və proletar diktaturası ideyası idi. Marksizmi anarxistlərlə dövlətin ölüb getməsi ideyası ya- xınlaşdırırdı, lakin anarxistlər siyasi mübarizəni və proletar dövlətini inkar edirdilər. Siyasi fəaliyyətin zəruriliyinin qəbul edilməsində, xüsusilə də seçki hüququ uğrunda mübarizə məsələsində isə lassalçılarla mövqe ümumi idi, lakin lassal- çılar zorakı siyasi inqilabların və diktaturanın əleyhinə idilər. Demokratiyanın digər forması – sosial demokratiya ideo- logiyası XIX əsrin birinci yarısının ideya və meyillərindən yaranmışdır. Zəhmətkeşlərə ciddi ictimai çevriliş etməyə kömək edən dövlət ideyası məhz o vaxt meydana gəlmişdir. Bu çevrilişə nail olmaq üçün həmin dövlət demokratik olmalı, ümumi seçki hüququ verməli, heç bir əmlak senzi qoymamalıdır. Nəzərdə tutulurdu ki, belə dövlət burjuaziyanı
1
М.Н.Грачев, А.С.Мадатов. Демократия: методология исследования, анализ перспектив. М., Алкигамма, 2004.
153 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
tədricən iqtisadi fəaliyyətin bütün sahələrindən sıxışdırıb çıxaracaq istehsalat emalatxanaları, kooperasiyalar, birliklər təşkil etməkdə muzdlu işçilərə kömək edəcədir. Sosial demokratiya ideyasının yayılmasında həmin ideya tərəfdarlarının zor gücünə, məcburi yolla sosializm quruluşu yaratmağın mümkünlüyünə inanmamaqları böyük rol oyna- mışdır.
XIX əsrin ikinci yarı- sında sosial demokratiyanın ən parlaq nəzəriyyəçilərin- dən biri publisist və vəkil Ferdinand Lassal (1825- 1864) olmuşdur. Yalnız Marksın deyil, həm də Hegel ideyalarının tərəfdarı olan Lassal dövləti fərdiyyətçiliyə və sosial eqoizmə qarşı duran kütləvi marağın təcəssümü hesab edirdi. O, “İşçilərin proqramı” kitabında yazırdı ki, dövlətin mənəvi təbiəti, onun əsl və yüksək amalı bəşər övladının azadlıq istiqamətində inkişafından ibarətdir. Bəşər tarixi tə- biətlə, səfalətlə, nadanlıqla, yoxsulluqla, hər cür əsarətlə mü- barizə tarixidir. O yazırdı: “Azadlığın inkişafı bu zəifliyin tədricən aradan qaldırılmasıdır”. Lassal vurğulayırdı ki, dövlət cəmiyyətin təşkilati və birləşdirici əsasıdır. Lakin müasir cəmiyyətdə dövlət öz ideal mahiyyətinə uyğun gəlmir, çünki burjuaziya dövləti “pulun kobud materiyasına” tabe edir. Əmlak senzinin köməyi ilə burjuaziya dövləti öz xidmətçisinə, mühafizəçisinə, “gecə gözətçisi”nə çevirir. “Dövlət gecə gözətçisidir” tərifi publisistikada uzun illər klassik liberalizm doktrinasına uyğun olaraq, heç bir sosial funksiya daşımayıb yalnız qoruyucu funksiyalar icra edən liberal dövlətə şamil edilmişdir.
154 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Lassal burjuaziyanın eqoist hökmranlığından azad olmaq və dövlətin əsl, ideal mahiyyətini bərpa etmək üçün mövcud əmlak senzinin ləğvini və ümumi seçki hüququnun müəyyən olunmasını zəruri hesab edirdi. O, israr edirdi ki, bu, “fəhlə zümrəsinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün yeganə vasitədir”. Ümumi seçki hüququna əsaslanan dövlət, fəhlə sinfinə maddi ehtiyacdan və kapitalist istismarından qurtulmağa yardım edəcək xalq dövləti olacaqdır. O, “gecə gözətçisi” olan dövlətdən fəhlələrə məhdudiyyətsiz kredit vasitəsilə istehsalat şirkətləri yaratmağa kömək edən “sosial dövlətə” çevriləcəkdir. XX əsrin əvvəli demokratiyanın protektiv və inkişafda olan modelləri arasında sərhəd qoyulması ilə əlamətdar ol- muşdur. Bu da inkişafda olan demokratiya konsepsiyasından nəzəri qolun – sosial liberalizmin ayrılmasına gətirib çıxar- mışdır. Sosial liberalizmin əsasları Lucjo Brentano, Leonardo Trelauni Hobhaus, Tomas Hill Qrin, Con Meynard Keyns, Bertil Oxlin və Con Dyuinin əsərlərində irəli sürül- müşdür. Sosial liberalizm radikal kapitalizmi və sosializm məktəbinin inqilabi elementlərini rədd edərək, müsbət azad- lığa xüsusi diqqət yetirirdi. “Bəhsləşən elitizmin” baniləri demokratiyaya sırf texniki əhəmiyyət verən Yozef Şumpeter və Maks Veber (xüsusilə Y.Şumpeter) olmuşlar. Demokratiyanın bu forması həmçinin reprezentativ və ya nümayəndəli demokratiya adlandırılır. Onun müəllifləri hesab edirdilər ki, həm qanunvericilik, həm də inzibatçılıq məsuliyyətini öz üzərinə götürə bilən ən istedadlı və səriştəli hakimiyyət elitasının seçilməsi metodu mühüm şərtdir. Bundan başqa, onların fikrincə, demokratiya
155 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru elitanın daxilində hər hansı bir qrupun bütün hakimiyyəti öz əllərinə keçirməsinə imkan vermir. Əvvəlki modeldən fərqli olaraq, bu model institusional baxımdan daha diqqətlə işlənib hazırlanmışdır. O, güclü icra hakimiyyətinin, hakim parti- yanın parlament üzərində kifayət qədər sərt nəzarətinin, siyasi rəhbərlikdən asılı olmayan səriştəli bürokratiyanın mövcudluğunu nəzərdə tutur. Bu model kütlələrə ən əhəmiyyətsiz rol ayırır: “küçə adamı”nın əlindən gələn yeganə iş seçkilərdə iştirak etməkdir. Elita öz hərəkətlərində kütlələrin yalnız avtoritarizmə gətirib çıxara bilən dəyişkən əhval-ruhiyyəsi və maraqlarından tamamilə azad olmalıdır. “Bəhsləşən elitizm” real liberal demokratiyanın bir çox xüsu- siyyətlərini əks etdirir. Məsələ yalnız bu xüsusiyyətlərin yaxşı və ya pis olmasındadır. Tədqiqatçıların xeyli hissəsi “bəhsləşən elitizm”in “demokratiya modeli” adlandırılma- sına etiraz edir, çünki onu ruhən açıq-aşkar antidemokratik hesab edir. Reprezentativ demokratiya nümunəsi ali hakimiyyətin qa- nunverici hakimiyyətə məxsus olan, hökumətə isə qanun- vericilik təşəbbüsü verilən Böyük Britaniyadır. “Bəhsləşən elitizmin” bir növü də M.Veberin plebisit de- mokratiyası olmuşdur. M.Veberin konsepsiyasında demokra- tiya özlüyündə məqsəd kimi yox, üsul və vasitə kimi çıxış edir. M.Veberə görə demokratiya həm liderlərin seçilməsi üsulu və onların hakimiyyətinin qanuni şəklə salınması, həm də əhalinin böyük hissəsinin millətin siyasi işlərinə cəlb olunması üçün vasitədir. Buna baxmayaraq, M.Veberin fikrincə, demokratiya adi siyasi məsələləri həll etmək üçün yararlı vasitə deyil, belə hallarda, çox güman ki, səsvermə ilə deyil, danışıqlar yolu ilə kompromislər lazımdır. Buna görə də alim məqsədləri bir insanın digəri üzərində hökmranlığını
156 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
istisna edən “xalq suvereniteti” nəzəriyyəsini, o cümlədən “xalqın iradəsi”, “xalqın müdrikliyi” və s. kimi anlayışları utopik hesab edirdi. Veber hesab edirdi ki, müasir şəraitdə buna nail olmaq mümkün deyil, çünki birbaşa demokratiya və qeyri-peşəkar siyasətçilərdən ibarət hökumət ərazisi və əhalisinin sayı məhdud olan xırda şəhər-dövlətlərin hüdudlarından kənarda prinsip etibarilə mümkün deyildir. Veberə görə, müasir bö- yük cəmiyyətlərdə və dövlətlərdə insanlar arasında qarşılıqlı münasibətlərin istənilən şəkildə səmərəliləşməsi və yaxud formallaşması hökmən avtoritarizmə gətirib çıxarır. Ona görə də təsadüfi deyil ki, əksər tədqiqatçıların daha uğurlu de- mokratiya kimi baxdıqları məhz ingilis parlament demokra- tiyasının təhlili Veberə bu hakimiyyət institutunun fəaliyyə- tinin demokratik xarakter daşımasına şübhələnməyə əsas vermişdir. Veberin gəldiyi nəticələr bürokratiyanın təşkili və fəaliyyəti prinsiplərinin və istənilən təşkilat çərçivəsində fəaliyyət göstərən “oliqarxiyanın dəmir qanunu”nun təhlilinə əsaslanır. Veber anqlsaks siyasi ənənələrinə qarşı plebisitar de- mokratiya nəzəriyyəsini təklif edir ki, bu da onun fikrincə, bürokratların zülmündən yaxa qurtarmağa kömək edə bilərdi. Həmin nəzəriyyə çərçivəsində xalqa və ayrı-ayrı fərdlərə siyasi proseslərin passiv iştirakçısı rolu ayrılır. Kütlələr üçün siyasi iştirakın yeganə forması seçkilər və səsvermə hüququnun reallaşdırılmasıdır. Veberin nəzəriyyəsində əsas fiqur bütün xalq tərəfindən birbaşa seçilmiş və onun qarşısında məsuliyyət daşıyan xarizmatik liderdir. Belə lider formal olaraq, leqal şəkildə
157 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru seçilən bürokratik administrasiyadan yüksəkdə dayanır. Xarizmatik liderin legitimlik səviyyəsi onun uğurlarının miqyası ilə müəyyən olunur. Veberə görə kütlələrin siyasi prosesdə rolu yalnız xarizmatik liderin seçilməsində iştirak etməklə məhdudlaşdığı üçün, əslində, onlara bürokratiya üzərində aşağıdan nəzarət etmək hüququ verilmir. Vətən- daşlar bu funksiyaları bürokratiyanın fəaliyyətinə yuxarıdan nəzarət edən xarizmatik liderə verirlər; onun əsas vəzifə- lərindən biri oliqarxik idarəetmə prinsiplərini aradan qaldır- maq üçün zəruri olan bürokratiya ilə mübarizədir. Veber bürokratiyanın “ideal tip”ini işləyib hazırlayarkən nəzərdə tuturdu ki, bürokratiya tərkib hissələrinə parçalanmış idarəetmə prosesində ədalətli texniki icraçı rolunda çıxış edəcəkdir. O hesab edirdi ki, ideal rəhbər öz aparatına quru rəsmiyyətçi kimi, qəzəbsiz və tərəfkeşliksiz rəhbərlik edir. Veberin fikrincə, idarəetmənin başqa formaları ilə müqayi- sədə bürokratiyanın “ideal tipi” öz səmərəliliyinə görə, qeyri- mexaniki istehsal növləri ilə müqayisədə maşına bənzəyir. Lakin bürokratiyanın fəaliyyətinin təhlili Veberi belə bir nəticəyə gətirmişdir ki, bürokratiyanın təşkilində mövcud olan qayda və təlimatlar sistemi, eləcə də iyerarxiya strukturu öz daxilində demokratiyanın tamamilə dəyişməsinə aparıb çıxaran qorxulu toxumlar gizləyir. Məhz bu toxumlar istənilən bü- rokratik təşkilatın səmərəli işləməsinə əngəl ola bilər. Bilik- lərinin müəyyən qaydada tətbiq olunmasına, məlum ətalətə və şablona adət etmiş bürokratlar sosial həyatın real, əvvəlcədən müəyyən olunmuş məlum qayda və standartlar əsasında həll oluna bilməyən problemləri ilə üzləşəndə aciz qalırlar. İctimai təsisatların bürokratik durğunluqdan xilas edilməsi məsələsinin həllinə çalışan Veber ömrünün son illərində
158 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
təşkilat çərçivəsində lider probleminə və lider, bürokratiya və kütlə arasındakı münasibətlərin incəlikləri ilə bağlı məsə- lələrə xüsusi diqqət ayırırdı. Veberin plebisitar nəzəriyyəsi, əslində, siyasi sistemin təş- kilinin hansısa onun dinamizmini təmin edən zəruri ele- mentlərə malik ideal modelini tapmaq cəhdi idi. Veberin fikrincə, siniflərdən, statuslardan və boşboğaz siyasətdən kənarda olan xarizmatik lider öz hakimiyyəti üçün bürokratiyadan asılı olmayan legitimlik mənbəyinə malik olduqda və bürokratik struktura çox da güclü inteqrasiya edil- mədikdə, milləti öz ətrafında birləşdirə və fərdi bürokratiyanın hücumlarından və “sosialist kollektivçiliyindən” qoruya bilər. Veber üçün plebesitin əsas mənası xalqın səsvermədə birbaşa iştirakı nəticəsində xarizmatik nüfuz yaratmaqdan ibarətdir. Müəllifləri Devid Trumen və Robert Dal olan model “plüralist demokratiya” adlanır. Bu model çoxlu hakimiyyət mərkəzlərinin və buna müvafiq olaraq qərarlar qəbul edən mərkəzlərin olmasını vacib sayır. Bu modelin müəllifləri de- mokratiyanın əsas məqsədini azlıqların hüquqlarının qorun- masında görürlər. Hesab edirlər ki, azadlığı yalnız bu yolla qoruyub saxlamaq mümkündür: axı, cəmiyyət nəticə etibarilə hər biri öz maraqlarını düşunən saysız-hesabsız kiçik qrupların məcmusundan ibarətdir. Ona görə də hər hansı bir kompakt elitanın bütün cəmiyyətin maraqlarını təmsil etmək iddiasında olması tamamilə əsassızdır. Liberal demokratiyanın əsas institusional xüsusiyyətləri ilə razılaşan “plüralizm”, marağı olan və hər biri qərarların qəbul edilməsi prosesinə təsir göstərməyə çalışan çoxsaylı qrupların mövcudluğuna xüsusi əhəmiyyət verir. Hökumət bu qrupların mürəkkəb qarşılıqlı əlaqələri prosesində vasitəçi qismində çı-
159 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
xış edir. Kütlələr hesab edir ki, siyasətə qarışmaq ixtiyarları vardır və bunu tez-tez edirlər, lakin bəzən şüurlu şəkildə fəal- lıqdan çəkinir, hökumətə və marağı olan qrupların liderlərinə problemlərin özlərinin həll etməsinə imkan yaradırlar. Hazırda “plüralist” demokratiya modeli çox populyardır. Düzdür, onun başlıca qüsurunu onda görürlər ki, o, mütəşək- kil qruplara həddindən artıq əhəmiyyət verir və hakimiyyətin onlardan daha güclü olanın əlində cəmləşməsinin mümkün- lüyünü (“korporativizm”) lazımınca qiymətləndirmir. Robert Dal 1953-cü ildə çapdan çıxmış “Siyasət, iq- tisadiyyat və rifah” əsərin- də poliarxiyanı bir “proses” kimi nəzərdən keçirərək yazır ki, bəzi cəmiyyətlərdə demokratik məqsədlər hələ də aydın deyil və qeyri-liderlərin liderlər üzərində nisbətən güclü nəzarət həyata keçirməsi baxımından olduqca təxminidir. Dal bunu mümkün edə biləcək sosial proseslər sistemini “poliarxiya” adlandırmış- dır. Dal poliarxiyanın beş interpretasiyasını təklif edir: a) müxalifətə və hökumətin fəaliyyətinə müqavimət göstərənlərə qarşı dözümlülük səviyyəsi nisbətən yüksək olan, həmçinin hökumətin hərəkətlərinə və hətta müxtəlif rəsmi şəxslərin dinc yolla kənarlaşdırılmasına geniş təsir im- kanlarının olduğu rejim tipi. Aşağıda biz, R.Dalın fikrincə, “poliarxiyanın” fəaliyyəti üçün real zəmin yaradan yeddi təsisatı göstərəcəyik. b) “tarixi və ya inkişafda olan, mühüm təkamül yolu keçmiş, – o cümlədən millətin siyasi təsisatları olan dövlət- ləri demokratikləşdirmək və liberallaşdırmaq cəhdlərinin
160 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
təsiri altında, – müəyyən təsisatlar sırası kimi dərk edilə bilən demokratikləşmə məhsulu 1 . c) siyasi təsisatların demokratik prosesə uyğunluğun təmin edilməsinə istiqamətləndirilmiş yönümü kimi özünü göstərən demokratik prosesin zəruriliyi; ç) siyasi elitaların rəqabət mübarizəsinə siyasi nəzarəti şərtləndirən səlahiyyətin yoxlanılması sistemi; d) adi hüquqlara institusional qaydada təminat verildiyi və onların qorunduğu hüquq sistemi. Dal demokratiyanın nəzəriyyə və modellərinin hərtərəfli öyrənilməsi əsasında poliarxiyanın əvvəlcə altı, sonra isə mövcud modellərin daha adekvat təhlilinə imkan yaradan yeddi əlamətini fərqləndirmişdir: 1) hakimiyyət orqanlarının konstitusiya ilə təminat verilən seçkililiyi; seçkilərin köməyi ilə hökumətin qərarları üzərində nəzarət həyata keçirilir; 2) məcburiyyət mexanizminin olmadığı azad və ədalətli seçkilərin müntəzəm və vaxtaşırı keçirilməsi; 3) praktik olaraq bütün yaşlı əhaliyə seçkilərdə iştirak etmək hüququ verən ümumi seçki hüququ; 4) hakimiyyət orqanına seçilmək hüququ: bu hüquq praktik olaraq bütün yaşlı əhaliyə verilir, baxmayaraq ki, seçilmək hüququ verən yaş senzi seçkilərdə iştirak etmək hüququndan yuxarı ola bilər; 5) özünüifadə azadlığı: vətəndaşlar cəzaya məruz qal- maqdan çəkinməyərək, hakimiyyət orqanlarının, hökumətin,
1
Р.Даль. Полиархия, плюрализм и пространство. http://kant.narod.ru /dahl. htm
161 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru rejimin, sosial-iqtisadi quruluşun və hakim ideologiyanın tənqidi də daxil olmaqla, siyasi problemlərin geniş dairəsi barədə öz fikirlərini söyləmək azadlığı hüququna malikdirlər; 6) alternativ informasiya: vətəndaşların alternativ infor- masiya mənbəyi əldə etmək hüququ vardır, üstəlik bu alternativ informasiya mənbələri real şəkildə mövcuddur və qanunlarla qorunur; 7) assosiasiyaların muxtariyyəti; yuxarıda sadalananlar da daxil olmaqla, müxtəlif hüquqlarını həyata keçirmək üçün vətəndaşlar müstəqil partiyalar və maraqlar üzrə qruplar da əhatə edilməklə, nisbətən müstəqil assosiasiya və təşkilatlar yaratmaq hüququna malikdirlər 1 . F.Şmitter və T.K.Linn bu yeddi əlamətə daha ikisinin əlavə olunmasını təklif edirlər: 8) xalq tərəfindən seçilmiş rəsmi şəxslərin seçilməmiş rəsmi şəxslər tərəfindən müqavimətə məruz qalmadan özlə- rinin konstitusion səlahiyyətlərini yerinə yetirmək imkanları olmalıdır. Əgər hərbçilər, yaxud dövlət müəssisələri və ya idarələrinin əməkdaşları seçkili rəhbərlərdən asılı olmayaraq fəaliyyət göstərmək, xüsusilə də xalq tərəfindən seçilənlərin qərarlarına veto qoymaq imkanına malikdirlərsə, demokra- tiya təhlükə qarşısında qalır; 9) dövlət suveren olmalıdır və daha yüksək siyasi sistem- lərdən asılı olmadan fəaliyyət göstərməlidir. Yəni, seçkili rəhbərlər kənarda razılaşdırılmadan hamı üçün məcburi olan qərarlar qəbul etməyə qadir deyilsə, onda sistemin demok- ratikliyi sual altındadır.
1
анализ перспектив. М., Алкигамма, 2004./Democracy and its Critics/ – New Haven; London, 1989, p.221.
162 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Fridrix Hayek və Robert Nozikin “leqal” demokratiyası bir çox cəhətdən “protektiv” demokratiyaya qayıdışdan iba- rətdir. Ümumiyyətlə, demokratiya azadlığı müdafiə etmək üçün lazımdır və bu, çoxluğun hakimiyyəti prinsipini doğrul- dur. Lakin müdrik və ədalətli idarəetməni təmin etmək üçün bu prinsipin fəaliyyətinə məhdudiyyət qoymaq lazımdır. Başlıca məhdudiyyət isə qanunun xalqın iradəsindən üstün olmasıdır. “Leqal” demokratiya nəzəriyyəçiləri məhz bu cəhəti anqlsaks konstitusiya quruluşuna aid edirlər. Beləliklə, “hüquqi dövlət” anlayışı əsas məsələyə çevrilir. “Protektiv” demokratiya kimi, leqal demokratiya da dövlətin vətəndaş cəmiyyətindən ayrılmasını nəzərdə tutur. Bürokratik tənzim- ləmə (ələlxüsus iqtisadiyyatda) minimuma endirilməli, iqti- sadiyyatda kök salmış marağı olan qrupların fəaliyyəti isə sərt şəkildə məhdudlaşdırılmalıdır. Bu, ilk növbədə, siya- sətdən tamamilə kənarlaşdırılmalı olan həmkarlar ittifaqla- rına aiddir. Demokratiya üçün əsas təhlükəni kollektivçi tə- mayüllər təşkil edir ki, məhz onların təsiri altında xalqlar “köləlik yoluna” düşürlər 1 .
hücum oldu. Siyasət aləmindəki dəlillərdən istifadə edərək, o, kitabı bilərəkdən adi oxucuya ünvanlamışdı. Hayek israr edirdi ki, gəlirin bərabər bölüşdürülməsi kimi sosialist məqsədlərini və qiymətlər üzərində nəzarət qoyulması kimi bazar iqtisadiyyatına müdaxilənin sosialist taktikasını qəbul edən demokratik hökumətlər hökmən totalitar rejimlərə çevrilir. Eynilə totalitar dövlətlərdə rəqabətli bazar tətbiq etməyə göstərilən hər bir cəhd son nəticədə siyasi sarsıntılar törədəcək, çünki bazar münasibətlərinin əsasında duran seçim azadlığı avtokratik məqsədlərlə bir araya sığmır. “Ola bilsin ki, iyirmi beş il öncə
1
Ф.Хайек .Дорога к рабству (The Road to Serfdom), 1944.
163 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru “planlı cəmiyyət əvəz etdiyi liberal rəqabətli cəmiyyətdən daha çox azad ola bilər” kimi sadəlövh inam üçün hansısa üzrlü səbəblər hələ mövcud idi” 1 .
Lakin bu fikirlərin yoxlanılması və yenidən yoxlanılmasının iyirmi beş illik təcrübəsindən sonra bunu təkrar etmək, özü də əldə silah bu ideologiyanın yaratdığı sistemə qarşı mübarizə apardığımız bir vaxtda təkrar etmək həqiqətən faciəli yanılmaqdır 2 . “Leqal” demokratiya modeli “yeni sağlar” deyilən siyasi ideologiyaya daxil olur. İqtisadi planda o, “azad rəqabətə” və bazar qüvvələrinin hüdudsuz hökmranlığına qayıtmağı təkid edən neoliberal model tərəfdarlarının mühakimələri ilə əlaqələnir. İngilis sözü olan “participation” iştirak etmək mənasını verir. Həm də qismən demokratiya adlanan məhz bu nəzəriy- yədə müəlliflər (Nikos Pulantsas, Kerol Peytmen, Bencamin Barber) səriştəli, bütün cəmiyyətin problemlərini həll et- məkdə maraqlı olan və fərdiyyətçilik hisslərini kollektiv- çiliklə birləşdirən yeni tip vətəndaş formalaşdırmaq üçün bir vasitə görürlər. Nəzəriyyə demokratiyaya dövlət həyatının və ictimai münasibətlərin bütün sahələrinin təşkil olunmasının universal prinsipi kimi baxır. “Partisipator” demokratiyada mahiyyət etibarilə sosial in- qilabdan söhbət gedir, lakin bu inqilab hakimiyyətin hansısa ictimai qrup tərəfindən qəsb edilməsi ilə yox (Marksda ol- duğu kimi), demokratikləşdirmə ilə bağlı olmalıdır. Bu məqsədə nail olmaq üçün yerlərdə (o cümlədən istehsalatda)
1
tional Executive of the British Labor Party on the Problems of Reconstruction, p. 12,16.
2
Ф.Хайек. Дорога к рабству. http://www.Libertarium.ru/ Libertarium/ İ_Lib_roard_xııı)
164 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
özünüidarə özəkləri yaratmaq, siyasi partiyaları daxili de- mokratik strukturu olan kütləvi hərəkatlara çevirmək, par- lamentləri xalqın üzünə daha açıq etmək lazımdır. Bu model qanunun aliliyinə elə böyük əhəmiyyət vermir. Əksinə, insti- tusional sistem daimi dəyişikliklərə, siyasi formalar üzərində eksperimentlərə hazır olmalıdır. Bu model yalnız bürokra- tiyanın sərt tənqidi və onun rolunun azaldılmasına cəhd göstərilməsi baxımından əvvəlki model ilə üst-üstə düşür. “Partisipator” demokratiya XX əsrin 60-70-ci illərində reprezentativ demokratiyanın tənqid edilməsinin təsiri altında təşəkkül tapmış, “yeni solların” əlində bayraq olmuşdu və indi də Qərbdə alternativ siyasi qüvvələrin diqqətini cəlb etməkdədir. Elə bu səbəbdən də o, liberal elita arasında çox da populyar deyildir. Eyni zamanda, o, həddindən çox vacib məsələləri cavabsız qoyur. Elitar demokratiyadan fərqli olaraq, partisipator demokra- tiya bunu əsas tutur ki, insan ictimai rifahın nə olduğunu anlayan rasional məxluqdur, ona görə də ağıllı qərarlar qəbul edə bilir. Bu konsepsiyanın tərəfdarları hesab edirlər ki, siyasi sahədə insanların irrasionallığı və passivliyinin səbəbi onların savadlarının çatışmaması və siyasətdə iştirak üçün bərabər imkanların olmamasındadır. Buna görə də cəmiyyət hər bir fərdin fəal siyasi sosiallaşması üçün hər cür şərait yaratmalıdır. Bunun üçün isə, ilk növbədə, vətəndaşların siyasi prosesdə iştirakı üçün maksimum imkan təmin edilməlidir. Demokratiyanın bu modelinin üstünlüyü qərarların qəbul edilməsində geniş kütlələrin iştirakı sayəsində, həmin qərarların intellektual baxımdan yüksək səviyyədə əsaslan- dırılmasındadır.
165 1‐ci fəsil
Əzablı yollarla ulduzlara doğru
(cədvəl-sxem) 1
Qeyri-liberal demokratiya Elit demokratiya (Joseph Schumpeter) Download 5,08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling