Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet101/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   97   98   99   100   101   102   103   104   ...   183

Geoloji tədqiqat, digər institusional vahidlərlə bu 

tədqiqatların 

xeyrinə 

olaraq 


bağlanmış 

müqavilələr  üzrə  ödənmiş,  toplanmış  dəyər 

əsasında  və  ya  təsərrüfat  üsulu  ilə  aparılmış 

tədqiqatlara 

çəkilmiş 

xərclər 


əsasında 

qiymətləndirilməlidir.  Hesabdan  tam  silinməyən, 

tədqiqatların 

keçmişdə 

aparılmış 

dəyərinin 

hissəsini cari dövrdəki qiymətlərlə və ya xərclərin 

dəyəri ilə yenidən qiymətləndirmək lazımdır.     



Kompüter  proqram  təminatı  alıcıların  bazarda 

ödədiyi  qiymətlər  əsasında,  şəxsi  qüvvə  ilə 

istehsal  edildiyi  vaxt  şərti  hesablanmış  qiymətlər 

əsasında və ya belə qiymətlər əldə etmək mümkün 

olmadıqda, 

istehsal 

xərcləri 

əsasında 

qiymətləndirilməlidir. Əvvəlki illərdə əldə edilmiş 

və  tam  olaraq  hesabdan  silinməmiş  proqram 

təminatı  cari  qiymətlərlə  və  ya  xərclərin  dəyəri 

(bunlar ilkin qiymətlərdən və ya xərclərdən az ola 

bilər) ilə yenidən qiymətləndirilməlidir. 

Ədəbi  və  bədii  əsərlərin  orijinalları  və  digər 

qeyri-maddi  əsas  fondlar  bu  qeyri-maddi 

aktivlərin 

faktiki 

olaraq 


bazarda 

satıldığı 

qiymətlərlə  qiymətləndirilməlidir.  Qeyri-maddi 

aktivlərin  təsərrüfat  üsulu  ilə  istehsal  edildiyi 

hallarda  isə  cari  dövrün  qiymətləri  ilə  və  aşınma 

təshih 


edilməklə 

onları 


yenidən 

qiymətləndirməklə  öz  istehsal  xərcləri  əsasında 

qiymətləndirmək lazımdır. Digər hallarda isə belə 

aktivlərin mülkiyyətçiləri tərəfindən əldə edilməli 

olan, 

gələcəkdə 



gözlənilən 

gəlirlərinin 

qiymətləndirilməsindən istifadə etmək olar. 

 

QEYRĐ-MADDĐ  ƏSAS  VASĐTƏLƏRƏ 



KAPĐTAL  QOYULUŞLAR

I 

– 

“Qeyri-

material aktivlərə investisiyalar” a bax. 

 

QEYRĐ-MADDĐ  ĐQTĐSADĐ  AKTĐVLƏR



  – 

maddi-əşya  formasına  malikdir,  ancaq  onların 

dəyərləri  aktivlərin  digər  xüsusiyyətləri  ilə  -  bu 

aktivlərlə  bağlı  məlumatlarla  və  hüquqlarla 

müəyyənləşdirilir. 

 

QEYRĐ-MALĐYYƏ AKTĐVLƏRĐ



 – maliyyə 

aktivlərinə  daxil  edilməyən  iqtisadi  aktivlərdir. 

Qeyri-maliyyə  aktivlərinə  istehsal  edilən  aktivlər 

(əsas  fondlar,  maddi  dövriyyə  vəsaitləri  və 

qiymətlilərin  ehtiyatları)  və  istehsal  edilməyən 

aktivlər (maddi və qeyri-maddi) daxildir. 

 

QEYRĐ-MALĐYYƏ  AKTĐVLƏRĐNƏ  ĐN-



VESTĐSĐYALAR

  –  istehsal  aktivlərinə  (əsas 

kapitala, 

maddi 

dövriyyə 



vasitələrinin 

ehtiyatlarına,  qiymətlilərə)    və  qeyri-maliyyə 

aktivlərinə 

(torpağa, 

təbiətdən 

istifadə 

obyektlərinə,  istehsal  olunmayan  qeyri-maddi 

aktivlərə) 

investisiyaların 

məbləği 


kimi 

müəyyənləşdirilir. 

 

QEYRĐ-MALĐYYƏ  DÖVLƏT  KORPO-

RASĐYALARI 

–  fəaliyyətinə  dövlət  tərəfindən 

nəzarət  olunan  qeyri-maliyyə  korporasiyalarının 

və 

kvazikorporasiyaların–rezidentlərin 



məcmusudur.  Korporasiyalar  üzərində  nəzarətə 

dövlətin  iqtisadi  siyasətinin  müəyyənləşdirilməsi 

imkanı kimi baxılır. 

 

QEYRĐ-MALĐYYƏ  KORPORASĐYALA-



RI  (CƏMĐYYƏTLƏRĐ)

  -  əsas  fəaliyyət  növü 



 

387


maliyyə  vasitəçiliyi  və  ya  maliyyə  vasitəçiliyinə 

münasibət  üzrə  köməkçi  fəaliyyəti  olmayan 

korporasiyalar və ya kvazikorporasiyalardır.  

 

QEYRĐ-MALĐYYƏ  KORPORASĐYALA-



RI BÖLMƏSĐ (SEKTORU)

 - gəlir əldə etmək 

məqsədi  ilə  əmtəə  və  xidmət  istehsal  edən  qeyri-

maliyyə 


korporasiyalarının, 

qeyri-maliyyə 

kvazikorporasiyalarının  və  məhsul  və  qeyri-

maliyyə  xidmətlərinin,  bazar  istehsalı  ilə  məşğul 

olan  qeyri-kommersiya  təşkilatlarının  (QKT) 

məcmusudur.

 

Korporasiyalara  nəzarətin  kim 



tərəfindən  həyata  keçirilməsindən  asılı  olaraq, 

qeyri-maliyyə  korporasiyalarının  üç  alt  bölməsi 

fərqləndirilir:

 

dövlət 



qeyri-maliyyə 

korporasiyaları; xüsusi (şəxsi) milli qeyri-maliyyə 

korporasiyaları; 

xarici 


qeyri-maliyyə 

korporasiyaları.

 

Qeyri-maliyyə  korporasiyaları 



bölməsi  ÜDM-in  istehsalına  ən  çox  gəlir  gətirir, 

lakin son istehlakda iştirak etmir. 

 

QEYRĐ-MATERĐAL  AKTĐVLƏRƏ  ĐN-

VESTĐSĐYALAR

 – (I) - maddi aktivlərə və ya 

qiymətli  kağızlara  qoyulan  investisiyalara  daxil 

edilməyən  investisiyalardır;  onlara  patentlərin, 

ticarət 


nişanlarının, 

modellərin, 

müəlliflik 

hüquqlarının,  həmçinin  yer  və  onun  təkinin 

konsessiyasına  və  s.  hüquqların  yaradılması  və 

alınmasına xərclər aid edilir. 



(II)  -  şirkətin  hesablarında  həm  qudvillər, 

konsessiyalar, 

patentlər, 

lisenziyalar, 

əmtəə 

nişanları 



maddələrində 

(bu 


maddələr 

əsas 


fondların  bir  hissəsini  təşkil  edir),  həm  də  elmi-

tədqiqat  və  təcrübə-konstruktor  işlərinə  çəkilən 

xərclər,  marketinq  xərcləri  (bu  maddələr  belə 

işlərin  şəxsi  və  qeyri-şəxsi  istifadə  üçün 

aparılmasını ehtimal edə bilər və bir çox hallarda 

onlar  istehsaldan  gələn  cari  gəlirlərin  bir  hissəsi 

hesab edilir) kimi əks oluna bilər. 

Həqiqətən də, qeyri-maddi aktivlərə investisiyalar 

kapital  xərcləri  nəticəsində  (yəni  patent  və 

lisenziyaların 

alınması) 

və 


ya 

şirkətlərin 

birləşməsi  (qudvilin  artması),  yaxud  da  istehsal 

xərcləri  hesabına  həyata  keçirilə  bilər.  Sonuncu,  

məsələn,  proqram  təminatına  çəkilən  xərclər 

halında daha xarakterikdir. 



 

QEYRĐ-METAL 

STANDARTI

 

– 



pul 

ekvivalenti rolunu yerinə yetirən, tərkibindəki hər 

hansı  metalın  çəki  təminatı  ilə  pul  vahidinin 

əlaqəsini müəyyən etməyən pul sistemidir. Qeyri-

metalizm  qeyri-konvertasiya  banknotları  tətbiq 

edən,  demək  olar  ki,  dünyanın  bütün  ölkələrində 

müasir  pul  sistemlərinə  məxsusdur.  Beynəlxalq 

pul  rejimi  də  həmçinin  o  dərəcədə  qeyri-metal 

hesab edilir ki, qızıla döndərmə (çevirmə), yalnız 

pul  vahidi  ilə  onların  qızıl  tərkibinin  birbaşa 

əlaqəsini  nəzərdə  tutmayan  köməkçi  vasitə  hesab 

edilir. 


Qeyri-metal 

standart 

sikkələrin 

pul 


kütləsinin  hissəsi  olmadığını  ifadə  etmir.  Onlar 

müxtəlif  ərintilərdən  hazırlanır  ki,  onların  da 

xüsusi 

dəyərləri 



sikkələrin 

dəyərlərini 

müəyyənləşdirmək üçün əsas kimi xidmət etmir. 

 

QEYRĐ-PARAMETRĐK  STATĐSTĐK  ME-

TODLAR

  –  paylanmadan  azad  metodlardır, 

paylanmanın naməlum funksional formasında baş 

məcmunun  tədqiqatı  üçün  tətbiq  edilir.  Belə  ki, 

rəqəmsiz məlumatların təhlilində dərəcəyə (ranq), 

sıra  statistikasına,  seçmə  hissəsinə,  məlumatların 

rəqəmləşdirilməsinə  əsaslanan  metodlardan  geniş 

istifadə edilir. 

 

QEYRĐ-REZĐDENTLƏR

  –  ölkə  ərazisində 

yerləşən 

xarici 

ölkələrin 



dövlət  idarəetmə 

orqanları, beynəlxalq təşkilatlar, həmçinin onların 

nümayəndəlikləri  və  ofisləri,  xarici  səfirliklərdir. 

Bundan  əlavə,  qeyri-rezidentlərə  mövcud  ölkənin 

mülkiyyətində  olan,  onun  sərhədindən  kənarda 

yerləşən  xarici  müəssisələr,  adətən,  xaricdə 

yaşayan,  o  cümlədən  mövcud  ölkədə  olan  fərdi 

şəxslər aid edilir. 



 

QEYRĐ-REZĐDENTLƏR  TƏRƏFĐNDƏN 

XĐDMƏT  SAHƏSĐ  MÜƏSSĐSƏLƏRĐNƏ 

NƏZARƏT

 - əgər B ölkəsinin bir və ya bir neçə 

hüquqi  və  ya  fiziki  şəxsi  A  ölkəsindəki  xidmət 

sahəsi  müəssisəsinin  kapitalının  50  faizinə 

malikdirsə  və  ya  onun  rəhbərliyinin  əksəriyyətini 

təyin etmə hüququna malikdirsə, onda B ölkəsinin 

rezidentləri  tərəfindən  A  ölkəsinin  xidmət  sahəsi 

müəssisəsinə nəzarət edilə bilər.  

 

QEYRĐ-RƏSMĐ 

(QEYRĐ-FORMAL) 

BÖLMƏ  (SEKTOR)

  -  onda  iştirak  edən 

şəxslərin  iş  və  gəlirlə  təmin  edilməsi  məqsədi  ilə 

mal və xidmətlərin istehsalı ilə məşğul olan və ev 

təsərrüfatı müəssisələrinin xarakterik əlamətlərinə 

malik  olan  vahidlərin  məcmusudur.  (Əmək 

statistiklərinin  15-ci  beynəlxalq  konfransının 

qətnaməsi ilə müəyyənləşdirilmişdir). 

Qeyri-rəsmi bölmənin istehsal vahidləri aşağıdakı 

xüsusiyyətlərə malikdir:  

-  təşkil  etmənin  aşağı  səviyyəsi  və  fəaliyyətin 

kiçik miqyası; 

- istehsal vahidləri ev təsərrüfatlarından və yaxud 

onun  üzvlərindən  ayrılıqda  yaradılmış  sərbəst 

hüquqi törəmə sayılmır; 

- əsas fondlar və digər aktivlər istehsal vahidlərinə 

deyil, onların sahiblərinə məxsusdur; 

-  vahidlər  digər  vahidlərlə  saziş  və  yaxud  digər 

müqavilə  münasibətlərinə  girişə  və  öz  şəxsi 

adlarından özlərinə öhdəlik götürə bilməzlər; 



 

388 


-  sahibkarlar  istehsal  fəaliyyətini  öz  risklərinə 

təşkil  edirlər  və  şəxsən  istehsal  prosesi  ilə  bağlı 

istənilən  öhdəlik  üzrə  qeyri-məhdud  dərəcədə 

cavabdehdirlər; 

- əmək münasibətləri (əgər belə hal mövcuddursa) 

təminata 

(zəmanətə) 

formal 


riayət 

edilmə 


müqavilələri  deyil,  təsadüfi  məşğulluğa  və  yaxud 

qohumluq və şəxsi münasibətlərə əsaslanır; 

- sahibkarlıq fəaliyyəti ayrı-ayrı şəxslər tərəfindən 

və  yaxud  ailənin  haqqı  ödənilməyən  üzvlərinin 

köməyi  ilə  və  yaxud  bir  və  ya  bir  neçə  muzdlu 

işçinin cəlb edilməsi ilə həyata keçirilir; 

-  əsas  fondlardan  adətən  həm  istehsal,  həm  də 

şəxsi məqsədlər üçün istifadə edilir; 

-  mütəşəkkil  bazarlara,  kredit  müəssisələrinə, 

müasir  texnologiyaya,  peşəkar  təhsilə  və  s.  malik 

olmama (az malik olma);   

-  fəaliyyət  adətən  daimi  bina  olmadan  və  yaxud 

sahibkarın evində həyata keçirilir; 

-  vəziyyət  bəzən  qanun  çərçivəsindən  kənara 

çıxmağa 

vadar 


edir 

(məsələn, 

vergi 

ödənilməsində,  sosial fondlara ayırmalarda,  əmək 



qanunvericiliyində); 

 

QEYRĐ-ÜMUMĐ  MÜŞAHĐDƏ



  –  statistik 

müşahidə  ilə  öyrənilən  obyektlərin  vahidlərinin 

bir  hissəsinin  müşahidəsidir.  Müşahidə  üçün 

vahidlərin seçilməsinin xarakterindən asılı olaraq, 

qeyri-ümumi  müşahidənin  növləri  fərqlənir:  əsas 

kütlə  metodu,  seçmə  müşahidə,  monoqrafik 

tədqiqatlar. 

 

QƏRARIN 

QƏBUL 

OLUNMASINDA 

SƏRBƏSTLĐK

  –  iqtisadi  vahidlərin  özlərinin 

funksiyalarına  dair  qərarın  qəbul  edilməsi 

haqqında  danışmaq  üçün  nəzərə  almaq  lazımdır 

ki, onlara özləri tərəfindən qəbul edilmiş qərarlara 

və işə başlamağa  görə cavabdehlik verilmişdir və 

onları təmin etmək üçün iqtisadi vahidlər müvafiq 

uçot sisteminə malikdirlər. 

 

QƏZA  HALLARI



  –  nəqliyyat  hadisələrini, 

onlarda  ölən  və  yaralanan  adamların,  korlanmış 

nəqliyyat  vasitələrinin  sayı  göstəricilərini  özündə 

birləşdirir. 

Avtomobil  nəqliyyatında  yol-nəqliyyat  hadisəsi  - 

yollarda, 

küçələrdə, 

meydanlarda, 

dəmiryol 

keçidlərində  nəqliyyat  vasitələrinin  hərəkəti 

prosesində baş verən və adamların həlak olmasına 

və  ya  müxtəlif  dərəcəli  bədən  xəsarəti  almasına, 

heyvanların 

və 


ya 

hərəkətsiz 

maneənin 

vurulmasına,  nəqliyyat  vasitələrinin,  yolların, 

qurğuların zədələnməsinə və ya başqa maddi zərər 

dəyməsinə səbəb olan hadisədir. 

 

QISA  ÖLÜM  CƏDVƏLLƏRĐ 

–  5-illik, 

yaxud  (nadir  hallarda)  10-illik  yaş  intervalları 

üçün  hesablanmış  ölüm  cədvəlləridir.  Tam  ölüm 



cədvəllərindən 

fərqli 


olaraq, 

qısa 


ölüm 

cədvəllərinin  hesablanması  üçün  ölənlərin  və 

yaşayanların sayı haqda 1-illik yox, 5-illik, yaxud 

hətta  10-illik  yaş  intervalları  üzrə  məlumatlardan 

istifadə  olunur.  Qısa  ölüm  cədvəlləri  əsasında 

onun  göstəricilərindən  birinin  interpolyasiyası 

köməyi  ilə  1-illik  intervallar  üzrə  ölüm  cədvəlini 

almaq  olar.  Xeyli  yaş  akkumulyasiyası  və  çıxış 

məlumatlarında digər qüsurlar olduqda, bu, 1-illik 

yaş  intervalları  üzrə  məlumatlar  əsasında  tam 

ölüm  cədvəllərini  birbaşa  almaqdan  daha  üstün 

ola bilər. Qısa ölüm cədvəlləri tez-tez rast gəlinən 

tam 

cədvəllərin 



qısaldılmış 

nəşrləri 

ilə 

qarışdırılmamalıdır,  onlarda  göstəricilər  “bütöv” 



yaşlar  üçün,  məsələn,  beşə  bölünənlər  kimi 

göstərilir.  Qısa  ölüm  cədvəlləri  tam  cədvəllərə 

nisbətən  daha  çox  ölkələrarası  müqayisələrdə  və 

beynəlxalq nəşrlərdə istifadə olunur.  

 

QISAMÜDDƏTLĐ  DÖVLƏT  ĐSTĐQRAZ  

VƏRƏQƏSĐ

  –  Azərbaycan  Respublikasında 

müvafiq  icra  hakimiyyəti  orqanı  (emitent) 

tərəfindən buraxılan və istiqraz vərəqəsi sahibinin 

müəyyən 


edilmiş 

dövrdən 


sonra 

istiqraz 

vərəqəsinin  nominal  dəyərini  emitentdən  almaq 

hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.  

Qısamüddətli  istiqraz  vərəqəsi  ilə  birjanın  üzvləri 

Bakı 


Fond 

Birjası 


vasitəsilə 

(“Hərrac 

iştirakçıları”)  öz  adlarından  və  öz  hesablarına  və 

ya  öz  adlarından  müştərilərinin  (“investor”) 

hesabına  və  onların  tapşırığı  ilə  əldə  edilə  bilər. 

Đstiqraz 

vərəqələrinin 

sahibi 


Azərbaycan 

Respublikasının  rezidentləri  və  qeyri-rezidentlər 

ola bilərlər.  

Đstiqraz  vərəqələrinin  müddəti    bir  ildən  çox 

olmamaq  şərti  ilə,  ayrı-ayrı  buraxılışlarla, 

adlı,  sənədləşdirilməmiş  formada  buraxılır. 

Đstiqraz  vərəqələrinin  nominal  dəyəri  emitent 

tərəfindən  müəyyən  edilir.  Đstiqraz  vərəqələri 

üzrə  gəlir  istiqraz  vərəqələrinin  nominal 

dəyəri  ilə  satış  qiyməti  arasındakı  fərqdən 

ibarətdir. 

 

QISAMÜDDƏTLĐ  STATĐSTĐKA    - 

biznes 

statistikasına  dair  məlumatların  aylıq  və  rüblük 



dövrilikdə 

hazırlanmasıdır. 

Qısamüddətli 

statistika göstəriciləri AĐ-nin statistikaya dair əsas 

tələblərindən  sayılır  və  iqtisadiyyatın  sənaye, 

tikinti,  nəqliyyat,  rabitə,  ticarət  və  bazar 

xidmətləri sektorlarını əhatə edir. Sənaye istehsalı 

indeksi,  sənaye  dövriyyəsi  indeksi,  yeni  sifarişlər 

üzrə  indeks,  məhsulların  istehsalçı  qiymətləri, 

sənaye  məhsullarının



 

idxalı  indeksi,  əmək,  tikinti 

məhsulu,  pərakəndə  ticarət  dövriyyəsi  və  s.  kimi 

əsas göstəricilərin toplanması nəzərdə tutulur.   



 

389


 

QISAMÜDDƏTLĐ  KAĞIZLAR

  –  1  il 

müddətinə buraxılan qiymətli kağızlardır.  

 

QĐSMƏN  STABĐL  ƏHALĐ

  –  vaxta  görə 

daimi  yaş  bölgüsü  olan  nəzəri  əhalidir.  Bu 

termindən  ilk  dəfə  1966-cı  ildə  BMT-nin 

nəşrlərində istifadə olunmuşdur. Onun nəzəriyyəsi 

əsasən J.Burjua-Pişanın əsərlərində işlənmişdi. O, 

göstərmişdi  ki,  qismən  sabit  əhali  istənilən  vaxt 

anında  stabil  əhali  ilə  üst-üstə  düşür  və  bu  əhali 

müəyyən vaxt dövründə doğum rejiminə və nəslin 

kəsilməsi ardıcıllığına cavab verməlidir. Xassələri 

empirik  müşahidələr  və  hesablamalar  əsasında 

öyrənilən  kvazistabil  əhalidən  fərqli  olaraq, 

qismən  sabit  əhali  nəzəriyyəsi  ciddi  riyazi, 

deduktiv 

xarakter 

daşıyır. 

Məsələn, 

sübut 


olunmuşdur  ki,  ölümün  yaş  intensivliyi  bütün 

yaşlarda  bərabər  aşağı  düşən  əhali  qismən  sabit 

əhalidir.  

 

QĐYMƏT



  –  (I)  -  1)  əmtəənin  dəyərinin  pulla 

ifadəsidir. 

Qiymətin 

köməyi 


ilə 

iqtisadi  

mütənasiblik,  istehsalın  səmərəliliyi,  istehsalçı  və 

istehlakçı  üçün  məhsulun  faydalılığı  təhlil  edilir 

və 

proqnozlaşdırılır. 



Onunla 

mübadilənin 

ekvivalentliyi  ölçülür,  əhalinin  həyat  səviyyəsi 

müəyyənləşdirilir.  Beləliklə,  onda  cəmiyyətin 

iqtisadi və sosial problemləri öz əksini tapır.  

Qiymət  əmtəənin  dəyər  ölçüsü  hesab  edilir. 

Qiymətə  qiymət  statistikasının  öyrənmə  obyekti 

kimi  makro  və  mikroiqtisadi  mövqedən  baxmaq 

lazımdır. Makroiqtisadi nöqteyi-nəzərdən qiymətə 

sahə nisbətləri, milli gəlirin bölüşdürülməsi, vergi 

qoyma  və  kreditləşdirmə  sistemləri,  məsrəflərin 

formalaşdırılması  qaydaları  sistemləri  və  s.  təsir 

göstərir. Mikroiqtisadi mövqedən qiymətə konkret 

müəssisə,  firma  səviyyəsində  fəaliyyət  göstərən 

mexanizm  kimi  baxılır  ki,  onun  köməyi  ilə  də 

mənfəəti təmin etmək olur. 

Qiymətin  aşağıdakı  funksiyaları  fərqləndirilir: 

uçot,  həvəsləndirici  və  bölüşdürücü.  Qiymətin 



uçot  funksiyasında  məhsulun  istehsalı  və  satışına 

zəruri  ictimai  əmək  sərfi  əks  etdirilir,  həmçinin 

istehsalın  xərcləri  və  nəticələri  qiymətləndirilir. 

Qiymətin  həvəsləndirici  funksiyasından  elmi-

texniki  tərəqqinin  inkişaf  etdirilməsi,  ehtiyatlara 

qənaət 


edilməsi, 

istehsalın 

səmərəliliyinin 

yüksəldilməsi, 

məhsulların 

keyfiyyətinin 

yaxşılaşdırılması 

üçün 


istifadə 

edilir. 


Bölüşdürücü 

funksiya 

əmtəələrin 

ayrı-ayrı 

qrupları  və  növlərinə  aksizlərin,  əlavə  dəyərə 

vergilərin  və  ölkə  və  yerli  büdcəyə  daxil  olan 

mərkəzləşdirilmiş  xalis  gəlirin  digər  formalarının 

qiymətlərlə uçotunu nəzərdə tutur. Bu funksiyanın 

köməyi  ilə  sosial  vəzifələr  həll  edilir.  Qiymət 

təklif  və  tələbin  uçotu  funksiyasını  reallaşdırır, 

istehsalçının  keyfiyyətin  yüksəldilməsində  və 

təklif  nəzərə  alınmaqla,  əmtəələrin  çeşidlərinin 

genişləndirilməsində 

marağını 

artırır. 

Bazar 

iqtisadiyyatına  keçid  dövründə  sərbəst  (bazar)  və 



dövlət  qiymətləri  tətbiq  edilir.  Pul  tədavülü 

stabilləşdikcə,  iqtisadiyyatda  bazar  strukturu 

yaradıldıqca  və  istehsal  inhisarsızlaşdıqca  sərbəst 

qiymətlərin  tətbiqi  sahəsi  genişlənir,  dövlət 

qiymətinin  tətbiqi  sahəsi  isə  təbii  inhisar  və 

müdafiə 


müəssisələrinin 

məhsulları 

ilə 

məhdudlaşır;  2)  mülki  hüquqa  görə,  əmtəə 



dəyərinin  pul  ilə  ifadəsidir.  Qiymət  əmtəə 

istehsalına  sərf  olunmuş  ictimai  zəruri  iş  vaxtı 

miqdarının  dolayı  ölçülməsinə  xidmət  edən 

kateqoriyadır.  Qiymətdən  həmçinin  müqavilənin 

məbləğinin  və  ya  tərəflərin  pul  öhdəliklərinin 

müəyyən edilməsi üçün istifadə olunur. 



(II) 

şirkətin 



xarici 

əməliyyatlarının 

xarakteristikası  üçün  istifadə  edilən  anlayışdır: 

alıcının  qiymətidir,  satış  qiymətidir.  Qiymət 

anlayışı nəticənin əldə edilməsini nəzərdə tutur. 

 

QĐYMƏT  FAS

  –  yükü  göndərənin  yükü 

körpüyədək 

daşıma 

ilə 


nəqliyyat-ekspeditor 

xərclərini məhdudlaşdıran qiymətdir. 

 

QĐYMƏT  FOB

  –  satıcının  daşıma  və  sığorta 

üzrə  xərclərinin  yalnız  bir  hissəsini  (o  cümlədən 

malın  ancaq  gəminin  bortuna  daşınması  anınadək 

olan xərcləri) ödədiyini nəzərdə tutan qiymətdir.   

 

QĐYMƏT  ĐNDEKSĐ

  –  müəyyən  dövr  ərzində 

qiymətlərin  nisbi  dəyişməsini,  qalxmasını  və  ya 

enməsini  əks  etdirən  göstəricidir.  Fərdi  qiymət 

indeksi  müəyyən  əmtəənin  hesabat  ilindəki 

qiymətinin  baza  dövründəki  qiymətinə  olan 

nisbətidir.  Ümumi  indeks  hesabat  dövründə 

satılmış  əmtəələr  qrupunun  faktiki  qiymətlərlə  və 

baza  dövrü  qiymətlərilə  ölçülmüş  dəyərləri 

arasındakı nisbətinə bərabərdir.    

 

QĐYMƏT ĐNDEKSLƏRĐ SĐSTEMĐ

 – dövlət 

statistika  orqanları  tərəfindən  hesablanan  və 

aşağıdakı  qiymət  indekslərini  özündə  birləşdirən 

sistemdir: 



istehsalçı-müəssisələrin 

sənaye 

məhsulları;  kənd  təsərrüfatı  məhsulları;  tikinti  

üzrə;  rabitə  xidmətləri  üzrə;  ixrac  və  idxal  orta 

qiymətləri; eyni zamanda istehlak qiyməti indeksi 

və  yüklərin  daşımasına  tariflər.  Bu  indekslər 

təmsilçi-malların 

qiymətləri 

üzərində 

müşahidələrin 

nəticələri 

üzrə 

hesablanır. 



Beynəlxalq  standartlara  əsaslanan  və  ölkənin 

iqtisadi  inkişafının  xüsusiyyətlərini  nəzərə  alan 

belə  hesablama,  qiymət  dinamikası  haqqında 

məlumat  alınmasında  əsas  üsuldur.  Qiymət 

indeksləri 

fəaliyyət 

növü, 

yerləşdiyi 



yer, 

məhsulun 

həcmi, 

əmtəə 


dövriyyəsi 

kimi 


 

390 


xarakterik  xüsusiyyətlərə  malik  qruplar  üzrə 

təmsilçi  malların  seçmədən  nümunə  metodu  ilə 

hazırlanır.  Metodun  tətbiq  edildiyi  ümumi  cəmdə 

onların  payının  hesablanması  ilə  müəyyən  edilən 

mühüm mal qrupları təmsilçi-mallar dəstinə daxil 

edilir. Qiymət indeksinin əsasında baza ağırlığı və 

daha  seyrək  hesabat  dövrləri  dayanır.  Çəkilərin 

seçilmiş  strukturundan  asılı  olaraq,  standart 

düsturlardan istifadə edilir. 

Hesabat  dövrünün  çəkiləri  əsasında  qurulmuş 

düstur (Paaşe düsturu): 

I

p

=

,



/

(

/



(

1

1



1

1

0



1

1

1



1

1

1



0

1

1







=

=

p



i

q

p

q

p

q

p

q

p

q

p

q

p

q

p

 

(1) 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   97   98   99   100   101   102   103   104   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling