Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet103/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   99   100   101   102   103   104   105   106   ...   183

QIZDIRMA  XƏSTƏLĐYĐNƏ  MEYLLĐ 

RAYONLARDA 

SƏMƏRƏLĐ 

PRO-

FĐLAKTĐKA  VASĐTƏLƏRĐNDƏN  ĐSTĐ-

FADƏ  EDƏN  VƏ  MALYARĐYADAN 

MÜALĐCƏ  OLUNAN  ƏHALĐNĐN  SAYI 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən) 



qızdırmanın 

profilaktika  səviyyəsi  insektisid  preparatlarından 

emal  edilmiş  mığmığa  əleyhinə  torda  yatan  5 

yaşadək  uşaqların  faizlə  sayı  kimi  ölçülür. 

Qızdırmadan  müalicə  göstəricisi  müayinənin 

aparılmasından əvvəlki iki həftə ərzində xəstəliyin 

qızdırmalı  vəziyyətində  olan  5  yaşadək  uşaqların 

sayının  qızdırma  əleyhinə  müvafiq  dərman 

preparatları 

qəbul 


etmiş 

uşaqların 

sayına 

bölünməsi ilə müəyyən edilir.  



Qızdırma  profilaktikası  sahəsindəki  göstərici 

keçən  gecəni  insektisid  preparatları  ilə  emal 

edilmiş  mığmığa  əleyhinə  torda  keçirmişlərlə, 

müayinə  ilə  əhatə  olunmuş  5  yaşadək  uşaqların 

faiz payı kimi hesablanır. 

 

QIZDIRMA  XƏSTƏLĐYĐNƏ  TUTULMA 



VƏ  ONDAN  ÖLMƏ  SƏVĐYYƏSĐ 

(Minil-

liyin  bəyannaməsində  əks  olunmuş  inkişaf 

göstəricilərindən) - hər 100 000 nəfərə hesabında 

malyariya  xəstəliyinə  tutulanların  sayını  əks 



 

394 


etdirir.  Qızdırmadan  ölmə  əmsalı  hər  100  000 

nəfərə  hesabında  qızdırma  nəticəsində  ölənlərin 

sayını əks etdirir.  

Əgər qızdırmanın yayılması haqqında məlumatlar 

yalnız  müvafiq  tibbi  xidmətlərin  göstərilməsinə 

dair  materiallar  əsasında  əldə  edilirsə,  belə 

məlumatlar  hər  100  000  nəfərə  hesablanır, 

bununla  belə,  məxrəc  qismində  əhalinin  sayı 

haqqında  qiymətləndirici  məlumatlardan  istifadə 

edilir.  

Əgər  5  yaşadək  uşaqlara  aid  olan  müvafiq 

məlumatlar 

ev 

təsərrüfatları 



müayinələrinin 

materiallarından  əldə  edirərsə,  bu  məlumatlar  5 

yaşadək  uşaqlar  arasında  son  iki  həftə  ərzində 

qızdırma müşahidə edilən uşaqların faizlə miqdarı 

kimi 

hesablana 



bilər. 

100 


000 

nəfərə 


hesablamaqla  əmsalı  almaq  üçün  bu  məlumatları 

1000-ə vurmaq olar. 

Ümumdünya  Səhiyyə  Təşkilatı  müvafiq  modellər 

əsasında  məhz  malyariyadan  ölənlər  haqqında 

məlumatların qiymətləndirilməsini aparır. 

 

QIZIL



 – ənənə üzrə ehtiyat vasitə və tezavrasiya 

(banka  və  ya  əmanət  kassasına  qoymayıb,  evdə 

saxlama)  obyekti  kimi  çıxış  edən  qiymətli 

metaldır.  

Azərbaycan  Respublikasının  qızıl  ehtiyatı  affinaj 

edilmiş 


qızıl 

külçələrdən 

ibarətdir, 

dövlət 


mülkiyyətidir 

və 


dövlətin 

qızıl-valyuta 

ehtiyatlarının  tərkib  hissəsidir.  Qızıl  ehtiyatı 

dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və 

Azərbaycan  Respublikasının  fövqəladə  hallarda 

yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir. 

Azərbaycan  Respublikasının  qızıl  ehtiyatının  bir 

hissəsi  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankına  verilir  və  “Azərbaycan  Respublikasının 

Mərkəzi 


Bankı 

haqqında” 

Azərbaycan 

Respublikası  Qanununa  uyğun  olaraq  beynəlxalq 

qızıl-valyuta  ehtiyatları  kimi  saxlanılır  və  idarə 

olunur. 


Azərbaycan 

Respublikasının 

qızıl 

ehtiyatının digər hissəsi müvafiq icra hakimiyyəti 



orqanının  müəyyən  etdiyi  qaydada  saxlanılır  və 

istifadə olunur. 

 

QIZIL  HƏDLƏR

  –  beynəlxalq  qızıl  standart 

sistemləri 

şəraitində 

konkret 



valyutanın 

mübadilə  kurslarının  son  həddidir;  bu  həddən 

kənara  çıxmaq  –  müvafiq  olaraq  yuxarı  və  ya 

aşağı – özü ilə ödəmə vasitəsi kimi qızılın, uyğun 

olaraq  ya  idxalına  (gətirilməsinə)  və  yaxud  da 

ixracına  (göndərilməsinə)  səbəb  olur.  Beynəlxalq 

hesablaşmalar  qızılın  yerdəyişməsi  vasitəsilə  və 

ya 


valyutada 

rəsmiləşdirilmiş 

köçürmə 

veksellərinin  köməyi  ilə  həyata  keçirilir.  Valyuta 

bazarında  köçürmə  vekselinin  qiyməti  qızılın 

göndərilmə  qiymətindən  yüksək  olduqda,  borclu 

kreditorla  öz  Mərkəzi  Bankından  əldə  etdiyi 

qızılla  hesablaşmağa  üstünlük  verir.  Başqa  sözlə, 

qızılın  göndərilmə  həddinə  o  zaman  nail  olunur 

ki,  digər  ödəmə  formalarına  nisbətən  qızılla 

ödəmə daha ucuz  başa gəlsin. Bu qızıl hədd qızıl 

sikkələrin  daşınması  üzrə  xərclərin  kəmiyyəti 

qədər  artırılmış    milli  valyutanın  nominalına 

bərabərdir.  Əksinə,  qızılın  gətirilməsi  həddinə  o 

vaxt  nail  olunur  ki,  köçürmə  veksellərinin 

səviyyəsi 

kreditorların 

gəlirlərinin 

aşağı 

səviyyəsini  təmin  etsin  ki,  bunun  nəticəsində  də 



kreditorlar  xarici  borclulardan  daşınmaya  görə 

onların  öz  öhdələrinə  götürdükləri  ödəmənin 

qızılla  aparılmasını  tələb  edə  bilsinlər.    Beləliklə, 

qızılın gətirilmə həddi pulların köçürülmə xərcləri 

çıxılmaqla nominala bərabərdir. 

 

QIZIL 



KÜLÇƏ 

STANDARTI

 

– 

pul 

dövriyyəsi  qızıl  külçələrinə  konversiya  olunan 

bank  biletlərindən  (banknotlarından)  ibarət  olan 



qızıl  standartı  rejimidir.  Metala  qənaət  etmək 

məqsədilə,  belə  rejimdə  qızıl  dövriyyədən  yox 

olur.  Mərkəzi  banklar  əhaliyə  sikkələr  deyil, 

ehtiyat  kimi  mümkün  qədər  daha  çox  qızıl 

ehtiyatının 

yaradılması 

məqsədilə 

müəyyən  

olunan,  yüksəldilmiş  ədəd  hesabı  qiyməti  üzrə 

ödəmələrdə 

külçələrə 

konversiya 

edilən 

banknotlar  verir.  



 

“QIZIL SƏHM”

 – 1) öz sahibinə səhmdarların 

ümumi  yığıncağında  bir  sıra  məsələlər  üzrə, 

xüsusən cəmiyyətin Nizamnaməsinə dəyişiklik və 

əlavələr  edilməsi,  istənilən  formada  əmlakın 

özgəninkiləşdirilməsi 

haqqında, 

digər 

müəssisələrdə iştirak etməyə dair, cəmiyyətin ləğv 



edilməsi  haqqında  qərarların  qəbul  edilməsində 

“veto” hüququ verən adi səhmdir; 2) öz sahibinə - 

dövlətə  bütün  digər  səhmdarlarla  müqayisədə 

özəlləşdirilməli 

olan 

müəssisələrə 



 

dövlət 


nəzarətini  həyata  keçirmək  məqsədi  ilə  xüsusi 

hüquqlar verən xüsusi səhm növüdür. 

 

QIZIL  SĐKKƏ  STANDARTI

  –  pul  tədavülü  

qızıl  sikkələrdən  və  qızıla  konversiya  edilən 

banknotlardan  ibarət  olan  qızıl  standartlar 

sistemidir.  Qızıl  sikkə  standartı  rejimi  qızıl 

külçələrdən 

metal 


sikkələrin 

kəsilməsi  ilə 

xarakterizə olunur. Kəsilmə sərbəst və demək olar 

ki,  pulsuzdur,  sikkələr  isə  pul  kütləsinin  üstün 

(çox)  hissəsini  təşkil  edir.  Banknotlar  da 

sikkələrlə  eyni  hüquqda  dövr  edir  və  bütövlükdə 

qızıla  konversiya  olunur,  emissiyanın  səviyyəsi 

isə  bu  konversiyanın  təmin  olunma  dərəcəsi  ilə 

məhdudlaşır. 

 

QIZIL  STANDART



  –  metalın  etalonu  kimi 

qızıla  əsaslanan  pul  sistemidir.  Đlkin  olaraq  qızıl-

etalon 

qeyri-məhdud 



miqdarda 

konversiya 



 

395


edilmişdir  və  yalnız  sonradan  bu  terminlə  pul 

sistemi  qızılın  məhdud,  qismən  konversiyası  ilə 

ifadə  edilmişdir.  Pul  sistemində  qızıl  ekvivalent 

rolunu oynayır, tədavüldə isə qızıl sikkələr, yaxud 

qızıla dəyişdirilən pul nişanları işlədilir. 

 

QIZIL  VALYUTA  STANDARTI



  –  qızıldan 

əmələ gəlmiş, qızıl standartı kimi qızıla əsaslanan 



pul  sistemidir.  Bu  sistemdə  pulun  qızıla  daxili 

dönməsi  (qayıtması)  təmin  edilmir.  Xarici 

valyutaya  gəldikdə  isə,  pul  hakimiyyəti  onu 

mübadilə  vasitəsi  ehtiyatı  kimi  saxlaya  bilər. 

Sistem  Breton-Vudsda  qəbul  edilmişdir  (BVF-yə 

bax). 


 

QOCALAR

  (demoqrafiya)  –  qoca  və  ahıl 

insanlardır. 

Demoqrafik 

tədqiqatlarda 

bu 

anlayışdan  əhalinin  yaş  strukturunun  təkamülünü 



öyrənmək  üçün,  həmçinin  əhalinin  qocalmasının 

demoqrafik, 

sosial 

və 


iqtisadi 

nəticələrini 

xarakterizə 

etmək 


üçün 

istifadə 

olunur. 

(“Demoqrafik  qocalma”ya  bax).  Tədqiqatın 

məqsəd və vəzifələrindən asılı olaraq, əhalinin bu 

kateqoriyasının  aşağı  yaş  həddi  60-dan  75-dək 

dəyişə  bilər.  Qocalar  qrupundan  uzunömürlüləri 

ayırmaq olar. 

 

QOCALIQ

  –  insan  ömrünün  yaş  dövrü,  onun 

son  fazasıdır,  onun  başlanma  xarakteri  və  vaxtı 

orqanizmin 

fizioloji 

qocalması 

prosesi 


ilə 

şərtlənir.  Qocalıq  –  təkcə  biopsixoloji  deyil,  həm 

də  sosial-tarixi  anlayışdır.  Onun  vaxt  çərçivələri 

şərtidir  və  müxtəlif  insan  cəmiyyətlərində  və 

sosial 

qruplarda, 



insan 

tarixinin 

müxtəlif 

mərhələlərində 

xeyli 

dəyişir. 



Fərdi 

xüsusiyyətlərdən və həyat tərzindən asılıdır. 

 

QOHUMLUQ

  –  insanlar  arasında  əlaqədir; 

nikah  münasibətləri  və  törəmə  əsasında  yaranan 

mənşəyini  ümumiliyi  ilə  şərtlənir.  Đki  növ 

qohumluq  mövcuddur.  Birinci  –  təbii,  yaxud 

bioloji  qohumluq  insanlar  arasında  genetik 

yaxınlıqla  müəyyən  edilir.  Bioloji  qohumluq  – 

açıq  strukturdur,  qohumluq  dərəcəsindən  və 

şəcərəsindən  asılı  olmayaraq,  bütün  qohumlar 

bura  daxil  ola  bilər.  Đkinci  növ  –  sosial 

qohumluqdur  (yaxud  qohumluq  sistemidir)  – 

sosial  cəhətdən  təsdiq  edilmiş  və  cəmiyyətin 

təşkili  xüsusiyyətləri  ilə  şərtlənən  qohumluq 

münasibətlərinin  qruplaşma  sistemidir.  Müəyyən 

etnososial  orqanizmdə  işləməklə,  qohumluq 

sistemi  açıq  strukturdan  hər  hansı  bir  qohumluq 

münasibətlərinin  məcmusunu  çıxarır,  ondan 

kənar,  hətta  bioloji  yaxın  qohumlar  da  bu  sıraya 

daxil  edilir.  Qohumluq  sistemi  həmişə  bağlı 

struktur olub və eqosentrik xarakter daşıyır: onun 

mərkəzi 

həmin 


insandır 

(eqo), 


qohumluq 

terminləri ilə onunla bu və ya digər qohum (alter) 

arasında sistemdə mövcud olan münasibətlər ifadə 

olunur.  

Qohumluq  sistemlərinin  elmi  öyrənilməsinin 

başlanğıcı  XIX  əsrin  ikinci  yarısında  Amerika 

etnoqrafı L.Q.Morqan tərəfindən qoyulmuşdur. O, 

“Qohumluq 

sistemləri 

və 


insan 

ailəsinin 

xüsusiyyətləri”  (1870)  və  “Qədim  cəmiyyət…” 

(1877)  kitablarında  dünya  xalqlarının  qohumluq 

sistemlərini şərh etmişdir. 

Dünya  xalqlarının  çoxlu  qohumluq  sistemlərində 

dörd əsas tarixi tipləri ayırmaq olar. 

Birinci  –  Avstraliya,  yaxud  bifurkativ  (təzə  lat. 



bifurcatio  –  haçalanma,  şaxələnmə)  tipi,  burada 

qohumların  ata  xətti  və  ana  xətti  ilə  ayrılması 

prinsipi 

ardıcıl 


aparılır, 

qan 


qohumluğu 

münasibətlərinin  və  xassələrinin  qarşıqoyulması 

yoxdur.  Bifurkativ  tipli  qohumluq  sistemlərində 

qohumluq  dərəcələri  fərqləndirilir  və  fərdi 

qohumluq 

deyil, 


qohum 

qrupları 

arasında 

münasibətləri ifadə edirlər. 

Tarixən  daha  gec  ailə  təşkili  forması  –  böyük 

ailənin  və  onun  əsasında  qəbilənin  yaranması 

ikinci  tip  –  ərəb,  yaxud  bifurkativ  –  xətti 

qohumluq  sistemini  törədir.  Bu  tip  sistemin 

xüsusiyyəti  ondadır  ki,  onlarda  həm  bifurkasiya, 

həm də xəttilik (qohumların düz və ya xətlər üzrə 

ayrılması)  bərabər  reallaşır.  Cəmiyyət  bu  inkişaf 

mərhələsində belə bir şəraitdə qalırdı ki, qəbilənin 

normal, ekzoqam forması mümkün olmurdu və bu 

hallarda qəbilə təşkilinin endoqam variantı yaranır 

və onun əsasında qohumluq sisteminin üçüncü tipi 

–  Havaya,  yaxud  generasiya  tipi  yaranırdı. 

Onlarda  qohumların  həm  bifurkasiya,  həm  də 

xəttilik prinsipi üzrə ayrılma yox idi.  

Cəmiyyət təkamül etdikcə, vacib sosial özək kimi 

kiçik  ailənin  meydana  gəlməsi  ilə  qohumluq 

sisteminin dördüncü tipi – ingilis, yaxud xətti tipi 

yaranır.  Bu  tip  qohumluq  sistemlərində  qohumlar 

ata  xətti  və  ana  xətti  ilə  fərqləndirilir,  düz 

qohumluq xətti yan xətlərə qarşı qoyulur.  

 

QOHUMLUQ  DƏRƏCƏSĐ

  –  iki  qohum 

arasında  geneoloji  məsafəni  hesablamaq  üçün 

elementar  vahiddir.  Qohumluq  dərəcəsi  öz 

məcmusunda qohumluq sistemi ilə əlaqələndirilir, 

lakin ona analoji olmayan müəyyən sistemi təşkil 

edir.  Qohumluq  sistemi  cəmiyyətin  sosial 

strukturu  ilə  törəyir,  qohumluq  dərəcəsi  sistemi 

isə  qohumların  müəyyən  kateqoriyalarının  sosial 

cəhətdən  təsdiq  olunmuş  qarşılıqlı  hüquq  və 

vəzifələrini  birbaşa  əks  etdirir.  Qohumluq 

dərəcəsi  hüquqda,  xüsusən  vərəsəlik  hüququnda 

nəzərə alınır. 

Soy  quruluşunu  əks  etdirən  bifurkativ  tipli 

qohumluq 

təsnifat 

sistemlərində 

qohumluq 

dərəcəsi  tamamilə  yox  idi.  Sonralar  qohumluq 


 

396 


dərəcəsinin ayrılması prinsipləri mühüm təkamülə 

məruz qalmış və sonradan özünün bu və ya digər 

tarixi  formasında  müasir  hüquq  normalarında 

modifikasiya olunmuşdur. 

Roma  hüququnda  qohumluq  dərəcəsi  “genealoji 

addımların”  cəminə  bərabərdir,  onlardan  hər  biri  

bir 

törəmədədir. 



Ata 

birinci 


qohumluq 

dərəcəsinin, qardaş – ikinci; atanın qardaşı (əmi) – 

üçüncü  qohumluq  dərəcəsinin  qohumudur  və  s. 

Digər 


ölkələrdə  başqa 

qohumluq 

dərəcəsi 

sistemləri yaranırdı. 

 

QOHUMLUQ  XƏTTĐ

  –  öz  arasında  törəmə 

münasibətləri 

ilə 


bağlı 

olan 


qohumların 

ardıcıllığıdır.  Adətən,  bilavasitə  və  yandan 

qohumluq xətti fərqləndirilir. Bilavasitə qohumluq 

xətti ilə bir-birindən əmələ gələn şəxslər bağlıdır; 

yüksələn  (gələcək  nəsildən  əcdadlara)  və  azalan 

(əcdadlardan  gələcək  nəslə)  qohumluq  xətti 

fərqlənir.  Yandan  qohumluq  xətti  ümumi  əcdadı 

olan  qohumlar  yaradır  (ata  və  oğul  –  düz 

qohumluq  xətti,  dayı  (əmi)  və  dayı  (əmi)  oğlu 

qohumluq xəttinə mənsubdur, onlardan hər birinə 

digər  qohumun  bilavasitə  qohumluq  xəttinə 

nisbətdə  yandan  qohumluq  xətti  kimi  baxılır). 

Bilavasitə və yandan qohumluq xətti ayrılması ilk 

dəfə  qəbilə  təşkilini  əks  etdirən  qohumluq 

sistemlərində 

yaranmışdı; 

bu, 

dual-qəbilə 



quruluşu 

ilə 


törədilən 

qohumluq 

təsnifat 

sistemlərində  yox  idi.  Bilavasitə  və  yandan 

qohumluq  xətti,  başqa  ata  və  anaya  görə 

qohumluq  xətti  də  fərqlənir,  onların  biri-birinə 

qarşı qoyulması ekzoqam təşkil olunması (qəbilə) 

ilə  şərtlənən  qohumluq  sistemlərində  mövcuddur. 

Buna  görə  də,  müasir  Avropa  qohumluq 

sistemlərinin 

əksəriyyətində 

ata 


terminoloji 

cəhətdən  öz  qardaşlarından  fərqlənir,  ata  və 

ananın qardaşları isə eyni terminlə ifadə olunur. 

 

QORUQLAR



 – təbii kompleksin ekoloji etalon 

kimi  saxlanması  və  öyrənilməsi  üçün,    həmçinin 

qiymətli heyvan və bitkilərin bərpa edilməsi üçün 

təsərrüfat  istifadəsindən  çıxarılmış,  unikal  və 

yaxud daha tipik konkret coğrafi ərazi zonalarıdır. 

Statistika  qoruqların  sayını  və  sahələrini,  onların 

hər  birində  mövcud  olan  nadir  və  itməkdə  (yox 

olmaqda)  olan  heyvan  və  bitki  növlərini, 

biotexniki  tədbirlərin  aparılmasını,  həmçinin  

müxtəlif  dəyər  xarakteristikalarını  (saxlanılmaya 

xərcləri) və digər göstəriciləri öyrənir.  

Həmçinin müvafiq ekoloji monitorinq (müşahidə) 

aparılan,  qlobal  (dövlətlərarası  və  regionlararası) 

əhəmiyyətə 

malik 

olan 


biosfera 

qoruqları 

mövcuddur. 

Qoruq-ovçuluq 

təsərrüfatları 

(təsərrüfatın 

özgəninkiləşdirilməsi  və  mühafizə  səviyyəsinin 

ekoloji status üzrə qoruqlara yaxın olması) – vəhşi 

heyvan  və  quşların  qorunması,  öyrənilməsi  və 

bərpa  edilməsi  üçün  təsərrüfat  istifadəsindən 

çıxarılmış ərazi sahəsidir. Ayrı-ayrı hallarda ciddi 

tənzimlənən  tutma  və  ov  etməyə  imkan  verilir. 

Qoruq-ovçuluq  təsərrüfatlarının  uçot  qaydaları 

qoruqların statistik uçot qaydaları ilə eynidir. 

Qoruqların  və  qoruq-ovçuluq  təsərrüfatlarının 

tərkibinə müvəqqəti qoruqlar – ayrı-ayrı bir neçə 

təbiət 

komponentlərinin 



qorunması, 

təkrar 


istehsalı və bərpa edilməsi üçün nəzərdə tutulmuş 

ərazi  sahələri  daxil  edilmir.  Müvəqqəti  qoruqlar   

bir  qayda  olaraq  təsərrüfat  fəaliyyətindən  tam  

çıxarılmır,  ancaq  təbiətdən  xüsusi  müəyyən 

edilmiş məhdudlaşdırılmış istifadə rejiminə malik 

olurlar. 

 

QOŞA  KORRELYASĐYA  ƏMSALI

  –  iki 

təsadüfi  kəmiyyətin  qarşılıqlı  əlaqəsini,  onların 

xətti asılılıq dərəcəsini ifadə edən kəmiyyətdir.  

Çoxölçülü hallarda, X=(X

1

, X



2

, ..., X


k

)

t



 ifadəsində 

k  -  ölçülü  vektordursa,  qoşa  korrelyasiya  əmsalı 

iki  təsadüfi  kəmiyyət  arasındakı  xətti  asılılığın 

dərəcəsini xarakterizə edir. Məsələn, qalan (k-2)-x 

kəmiyyətinin 

təsiri 


şəraitində 

X

1



 

və 


X

kəmiyyətləri arasında 



12

ρ

 olur. 



Qoşa  korrelyasiya  əmsalı  -1  və  +1  aralığında 

(

1



1

+



ρ



dəyişir. 

Məsələn, 

0

12



=

ρ

 



olduqda,  bu  zaman  X

1

  və  X



2

  kəmiyyətləri 

korrelyasiya  olunmamış  olur  və  bir-birindən  xətti 

asılı  olmurlar. 

1

±

=



ρ

  olduqda,  kəmiyyətlər 

arasında funksional asılılıq baş verir. Seçmə qoşa 

korrelyasiya  əmsalı  olan  r  ikiölçülü  təsadüfi 

kəmiyyətlərin  seçmə  müşahidəsi  nəticəsində 

hesablanır  və 

ρ

-un  nöqtəli  qiyməti  hesab  edilir. 



ρ

  kimi  r  kəmiyyəti  də  kəmiyyətlər  arasındakı 

(

1

1



+



ρ

) xətti asılılığı ölçür. 



 

QOŞALANMIŞ  YÜK  ƏMƏLĐYYATLARI 

ƏMSALI

  –  stansiyada  bir  yerli  vaqonla  orta 

hesabla  yerinə  yetirilən  yük  əməliyyatlarının 

sayıdır.  Yük  əməliyyatlarının  sayının  stansiyada 

bir və ya ikiqat əməliyyat aparan yerli vaqonların 

sayına olan nisbəti kimi hesablanır.  

 

QRAFĐK  METODLAR



  (demoqrafiyada)  –  

əhalinin 

inkişafı 

və 


yerləşməsi 

qanunauyğunluqlarının,  demoqrafik  proseslərlə 

strukturlar  arasında  asılılığın  təsviri  üsullarının 

məcmusudur,  şəkillərin  (həndəsi  şəkil,  kontur 

fiqurları,  nöqtələr,  xətt  kəsikləri,  səthlər,  şərti 

işarə-simvollar)  köməyi  ilə  edilir.  Cəbr  (analitik) 

və  rəqəmli  modellərə  nisbətən  qrafik  metodlar 

demoqrafik 

hadisələrin 

strukturunun 

elementlərinin  əyani  sinoptik  təsvirini  verir. 

Qrafik  metodların  demoqrafiyada  tətbiqi  onların 



 

397


istifadə  məqsədləri,  “məna  yükünün”  hüdudları, 

məqbul 


nisbətin, 

əyaniliyin 

və 

dəqiqliyin 



qiymətləndirilməsi ilə şərtlənir. Qrafik metodların 

demoqrafiyada  tətbiqinə  XIX  əsrdə  başlanıb  və 

alman  statistikləri  Q.Knapp,  K.Bekker,  V.Leksis, 

Q.Mayr və s. adları ilə bağlıdır.  

Demoqrafik  strukturların  təsviri  zamanı  qrafik 

metodların  geniş  sinfi  tətbiq  olunur.  Ən  çox 

yayılmış  yaş  piramidasıdır.  Üçbucaq  diaqram  da 

tətbiq  edilir  və  bu  zaman  o  imkan  verir  ki, 

üçbucaq  sxemdə  əhalinin  üçkomponentli  yaş 

strukturunu  (uşaqlar,  böyüklər,  qocalar)  nöqtə  ilə 

göstərməyə imkan verir.  

 

QREŞEM  QANUNU



  –  “pis  (keyfiyyətsiz) 

pulların  yaxşı  (keyfiyyətli)  pulları  sıxışdırıb 

aradan 

çıxarmasına” 



dair 

pul 


dövriyyəsi 

qanunudur. 

Đngilis 

kralı 


VII 

Eduardın 

məsləhətçisi, 

Tomas 


Qreşem 

(1519-1579) 

tərəfindən  formalaşdırılmışdır  və  bildirir:  nə  vaxt 

ki, tədavüldə (dövriyyədə) müxtəlif dəyərli pullar 

olur,  daha  çox  “çəkili,  bahalı,  dəyərli”  pullar 

tədavüldən çıxarılır və beləliklə,  tədavüldə yalnız 

“pis 

(keyfiyyətsiz) 



pullar” 

qalır. 


Qreşem 

qanununun təzahürünün şərtləri aşağıdakılardır:  

- dövriyyədə eyni metaldan olan müxtəlif sikkələr 

mövcuddur,  ancaq  onlardan  bəziləri  şübhə 

doğurur  (tərkibində  metal-etalon  azdır,  daha  az 

əyarlıdır və s.); 



-  bimetallizm  şəraitində  (müxtəlif  metallardan 

kəsilmiş  sikkələr  müxtəlif  dəyərlərə  malik 

olduqda); 

-  konvertasiya  edilməmiş  əsginas  valyutalarla 

yanaşı, metal pullar da tədavüldə olur. 

Konkret  vəziyyətdən  asılı  olaraq,  Qreşem 

qanununun 

pul 


tədavülünə 

mənfi 


təsirini 

tezavrasiya (pulunu banka və ya əmanət kassasına 

qoymayıb  evdə  saxlama),  dövlət  (xəzinədarlıq) 

tərəfindən  unifikasiyalaşdırma,  yaxud    “yaxşı 

(keyfiyyətli)” pulları tələb edən xarici kreditorlara 

verilməsi ilə aradan qaldırmaq olar. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   99   100   101   102   103   104   105   106   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling