Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet105/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   101   102   103   104   105   106   107   108   ...   183

LƏĞVETMƏ  QALIĞI

  –  ləğv  edilməli  olan 

müəssisələrin, 

bankın 


bütün 

aktivlərinin 

satışından, 

borclarının 

ödənilməsindən 

və 

səhmdarlarla 



hesablaşmalardan 

sonra 


qalan 

məbləğdir.  Adətən,  əsasnamədə  xüsusi  şərtlər 

olmadığı  halda,  ləğvetmə  qalığı  səhmdarların 

mülkiyyəti sayılır və onlar arasında bölüşdürülür. 

 

LƏNGĐDĐLMĐŞ  AMORTĐZASĐYA

  –  əsas 

kapitalın 

təkrar 

istehsalını 



göstərən 

parametrlərdən 

kənarlaşmağa, 

amortizasiya 

ayırmalarının  səviyyəsini  azaltmağa  və  uyğun 

olaraq  məhsulun  (xidmətin)  maya  dəyərinin 

azaldılmasına,  normativlərlə  müqayisədə  əsas 

kapitalın  xidmət  müddətini  artırmaqla  onların 

əvəz  edilməsinin  ləngidilməsinə  imkan  verən 

metoddur. 

Əsas 


kapitalın 

amortizasiyasının 

ləngidilməsi  (silinməsi)  hüququ  və  onun  həyata 

keçirilməsi 

qaydaları 

qanunvericiliklə 

müəyyənləşdirilir. 

Amortizasiyanın 

ləngidilməsinə 

uyğun 


olaraq, 

amortizasiya 

ayırmalarının  və  əsas  kapitalın  aşınmasına 

hesablanan 

əlavələrin 

miqdarı 


da 

azalır. 


Ləngidilmiş  amortizasiya  əsasında  əsas  kapitalın 

amortizasiyası  haqqında  müəssisələr  tərəfindən 

hesablanmış  məlumatlar,  bir  qayda  olaraq,  MHS 

tələblərinə cavab vermədiyinə görə (MHS-də əsas 

kapitalın  bərpa  dəyəri  ilə  qiymətləndirilməlidir), 

əsas 


kapitalın 

istehlakının 

hesablanmasında 

istifadə  edilə  bilməz.  Bundan  əlavə,  ləngidilmiş 

amortizasiya 

metodundan 

01.01.2006-cı 

il 


tarixindən  Azərbaycan  Respublikasında  istifadə 

edilmir. 

 

LĐBERALLAŞMA

  –  iqtisadiyyatın,  qiymətin 

təsərrüfat 

subyektlərinin 

iqtisadi 

fəaliyyət 

azadlığının  genişləndirilməsi,  iqtisadi  fəaliyyətə 

məhdudiyyətlərin  ləğv  edilməsi,  sahibkarlığın 

azad  edilməsidir.  Dövlət  tərəfindən  təyin  olunan 

qiymətlərdən  (dövlət  qiymətəmələgəlməsi)  azad 

bazar  qiymətləri  (bazar  qiymətəmələgəlməsi) 

sisteminə keçid qiymətlərin liberallaşdırılmasını 

adlandırılır.    

 

LĐBOR



    (London  Đnterbank  Offer  Rate)  – 

London  banklararası  bazarda  müəyyən  edilmiş, 

London  bankları  tərəfindən,  adətən  3-6  aya 

verilən  qısamüddətli  kredit  (borc)  üzrə  faiz 

dərəcəsidir.  Ayrı-ayrı  hallarda  kreditin  (borcun) 

vaxtı  bir  gecədən  5  ilə  kimi  də  dəyişə  bilir.  Tez-

tez  hər  bir  bank  tərəfindən  özünün  kredit 

faizlərinin uçot dərəcələrini müəyyən etmək üçün 

baza dərəcəsi əsas istiqamət kimi istifadə edilir. 

 



LĐDZ-END-LEQZ

  –  1)  borc  tələbnaməsinin 

irəli  sürülməsi  və  borcun  ödənilməsi  arasında 

ehtiyat  yaranması  ilə  beynəlxalq  hesablaşmaların 

ahəngliliyinin  dəyişməsidir.  Bu  zaman  bir 

əməliyyat sürətlənir, digəri isə gecikir. Razılaşma 

bağlanan  anı  ödəniş  aparılan  andan  ayıran  vaxt 



 

402 


əməliyyatın  xarakterindən  asılı  olaraq  dəyişir  və 

valyuta  bazarında  tələb  və  təklifin  səviyyəsinin 

dəyişməsinə  təsir  göstərir.  Kapitaldan  istifadənin 

belə  metodu  təkcə  aktiv  və  passivlər  arasındakı 

nisbətin  kifayət  qədər  çevik  idarə  olunmasına 

şərait  yaratmır,  həm  də  xarici  valyutaların 



paritetliyinin  dəyişməsindən  gəlir  əldə  etməyə 

imkan  verir;  2)  sahibkarlar,  firmalar  tərəfindən 

xarici  iqtisadi,  valyuta  əməliyyatlarının  aparılma 

üsuludur, mahiyyəti maliyyə səmərəsi əldə etmək 

məqsədilə 

pul 


hesablaşmalarının 

aparılması 

müddətlərində 

manipulyasiyadan, 

manevr 

etməkdən ibarətdir. 



 

LĐKVĐDLĐK

  –  1)  a)  biznes  terminologiyasında 

firmanın  aktivlərinin,  qiymətlilərinin  nağd  pula 

çevrilməsi  qabiliyyəti,  aktivlərin  sürətlə  hərəkət 

etmə qabiliyyətidir; 

b) borcalanın öz borc öhdəliklərini vaxtlı-vaxtında 

yerinə 

yetirmək 



qabiliyyətidir; 

ödəmə 


qabiliyyətidir 

c) bazarın qiymətli kağızları udmaq qabiliyyətidir; 

mövcud  qiymətlər  səviyyəsi  şəraitində  onların 

əsaslı 


dəyişdirilməsi 

baş 


vermədən, 

satış 


tədbirləridir; 

ç) sözün geniş mənasında səmərəlilik, aktivlikdir.     



2

)  təqdim  edilmiş  öhdəlik  və  qanuni  tələbləri 

ödəmək üçün müəssisələrin, bankların aktivlərinin 

tez  bir  zamanda  pula  dəyişdirilməsinə  imkan 

verən  çeviklik  xüsusiyyətidir.  Likvid  aktivlərə 

aiddir:  fond  bazarında  tələblə  istifadə  edilən 

dövlət  qiymətli  kağızları,  səhmlər,  istiqrazlar; 

banklar  tərəfindən  maneəsiz  (sərbəst)  uçota  və 

təkrar uçota qəbul edilən müddətli veksellər; qızıl 

və 

qiymətli 



metallar; 

sənaye 


və 

ticarət 


müəssisələrində  tez  satıla  bilən  mal-material 

qiymətliləri və s. 

 

LĐKVĐDLĐK 

“SPAZM”ASI

 

– 

bazarın 


konyunkturasının və bir sıra digər daxili amillərin 

qəflətən  pisləşməsi  ilə  əlaqədar  olaraq,  pul 

vəsaitlərinin müvəqqəti çatışmamasıdır. 

 

LĐMANDA  YÜKLƏRĐN  MÖVCUDLUĞU



 

(qalığı) - yükləmək və ya boşaltmaq üçün limana 

gətirilmiş,  lakin  hesabat  dövrünün  sonuna  qədər 

müxtəlif  səbəblərdən  yükləmə  boşaltma  işləri 

aparılmamış (göndərilməmiş) idxal, ixrac, kabotaj 

və tranzit yüklərin qalığıdır. Dənizlə göndərilməsi 

nəzərdə  tutulan  yüklər  dedikdə  gəmilər  vasitəsilə 

göndərilməli  olan  qalıq  yüklərin  həcmi  hesab 

olunur.  Dəmir  yolu  ilə  göndərilməsi  nəzərdə 

tutulan 

yüklər 


dedikdə 

dəmir 


yolu 

ilə  


göndərilməli  olan  beynəlxalq  tranzit  yüklərin  və 

idxal  yüklərin  həcmi  başa  düşülür.  Digər 

nəqliyyat  vasitələri  ilə  göndərilməsi  nəzərdə 

tutulan  yüklər  isə  avtomobil  və  boru  kəməri  ilə 

göndərilməli olan qalıq yüklərdir.  

 

LĐMANIN  BURAXILIŞ  QABĐLĐYYƏTĐ



  - 

naviqasiyanın  müəyyən  davamiyyəti  müddətində, 

əmək  məhsuldarlığının  verilmiş  normalarında  və 

yükləmə 


işlərinin 

qabaqcıl 

texnologiyası 

şəraitində  il  ərzində  limanın  gəmilərə  yükləyə  və 

boşalda biləcəyi müəyyən kateqoriyalı yüklərin ən 

böyük  miqdarıdır. Limanın buraxılış qabiliyyətini 

müəyyən  etmək  üçün  hesablanmış  kəmiyyət, 

körpünün  sutka  ərzində  yük  buraxma  qabiliyyəti 

hesab  edilir  ki,  bu  da  yükləmə  maşınlarının 

sayından, onların  məhsuldarlığından,   normalarda 

nəzərdə  tutulmayan  köməkçi  işlərə  və  texnoloji 

əməliyyatlara  vaxt  sərfini  və  meteoroloji  şəraiti 

nəzərə 

almaqla 


işin 

gündəlik 

davamiyyət 

müddətindən  asılıdır.  Buraxılış  qabiliyyəti  sahil 

və 

reyd 


körpülərinin 

illik 


buraxılış 

qabiliyyətlərinin cəmi kimi müəyyən olunur.  

 

LĐMANIN  YÜK  DÖVRĐYYƏSĐ

  –  gəminin 

mənsubiyyətindən  (bayrağından)  asılı  olmayaraq, 

bütün gəmilər vasitəsilə müəyyən vaxt ərzində bir 

limandan  göndərilmiş  və  limana  daxil  olmuş 

yüklərin 

tonla 


həcmidir. 

Limanın 


yük 

dövriyyəsinə  liman  körpüsündən  keçən  yüklərin 

həcmi,  reyddə  bir  gəmidən  digərinə  yüklənən-

boşaldılan,  həmçinin  müştərilərin  körpülərində 

yüklənən-boşaldılan yüklərin  həcmi daxil edilir. 

 

LĐSENZĐYA



  (“licentia”  latın  sözü  olub 

hüquq,  icazə  mənasını  daşıyır)  –  (I)  -  1)  xarici 

ticarət 


əməliyyatlarının 

aparılması 

üçün 

səlahiyyətli  dövlət  orqanları  tərəfindən  verilən 



icazədir;  2)  hər  hansı  fəaliyyət  növü  və  yaxud 

ayrı-ayrı  əməliyyatlar,  məsələn,  fərdi  tibbi  iş, 

balıq tutulması, heyvanların vurulması və s. üçün 

səlahiyyətli 

dövlət 

orqanları 



və 

müstəsna 

mülkiyyət  hüququna  malik  olan  sahibkarlar 

tərəfindən 

verilən 

icazədir; 

3) 

lisenziyalı-



sahibkara  bu  və  ya  digər  sənaye  mülkiyyətindən 

(ixtira,  əmtəə  nişanı,  sənaye  nümunəsi  və  s.)  və 

yaxud  nou-haudan  istifadə  üçün  maraqlı  şəxsə 

(lisenziya 

alana) 

müəyyən 


şərtlər 

və 


razılaşdırılmış 

ödənişlər 

əsasında 

müstəsna 

hüquqların  verilməsidir.  Hüquqların  verilməsi 

lisenziya  müqaviləsi  ilə  rəsmiləşdirilir.  Sənaye 



mülkiyyəti  obyekti  və  nou-hau  müqavilənin 

mövzusu olur.   

Lisenziya  alana  verilən  hüququn  xarakteri  və 

həcminə  görə,  tam,  müstəsna,  fərdi  və  qeyri-

müstəsna olmayan lisenziyalar fərqləndirilir. Tam 

lisenziya-əsasən,  patentlidir  (haqqı  ödəniləndir). 

Müqaviləyə uyğun olaraq, lisenziya verən (patent 

sahibi)  lisenziya  alana  mühafizə  sənədinin  qalan 

bütün  fəaliyyət  müddətində  ixtiradan  tam  istifadə 



 

403


olunmasına  dair  mövcud  olan  bütün  hüquqları 

verir.  Patentin  satılmasından  fərqli  olaraq,  tam 

lisenziya  verilən  halda  patentə  sahiblik  hüququ 

lisenziya verənə məxsus olur. Patent satılan halda 

isə,  patentə  sahiblik  və  onun  üzərindəki  bütün 

hüquqlar  patent  alana  keçir.  Müstəsna  lisenziya 

lisenziya  alana  müəyyənləşdirilmiş  vaxt  ərzində, 

müəyyən  bazarda  ona  verilmiş  icazəyə  uyğun 

gələn  hüquq  çərçivəsində  fəaliyyət  göstərməyə 

imkan  verir.  Bununla  yanaşı,  lisenziya  verən 

mövcud  ərazidə  və  verilmiş  vaxtda  lisenziya 

mövzusundan istifadə etmək, həmçinin lisenziyanı 

başqasına  vermək  hüququna  malik  olmur.  Fərdi 

lisenziya  hallarında  müəyyən  ərazidə  lisenziya 

yalnız  bir  lisenziya  alana  verilir  və  bu  halda 

lisenziya  verən  ixtira  və  digər  elmi-texniki 

nailiyyət 

və 

xidmətlərdən 



istifadə 

etmək 


hüququnu  özündə  saxlayır.  Qeyri  -  müstəsna 

(sadə)  lisenziya  hallarında  lisenziya  alana  adi 

istifadə hüququ verilir və bu, üçüncü şəxsin iştirak 

etmək hüququnu istisna etmir. 

Lisenziya 

mövzusunun 

hüquqi 

mühafizəsi 



baxımından  lisenziyanın  iki  növü  vardır:  patentli 

lisenziya  -  onun  vasitəsilə  patentlə  mühafizə 

edilən  sənaye  mülkiyyəti  obyektlərinin  istifadə 

hüququnun  verilməsi  təmin  edilir  və  pulsuz 

lisenziya - nou-haudan istifadə hüququ verilir. 

Verilmə  üsuluna  və  istifadə  şərtlərinə  görə, 

lisenziyalar  xalis,  əlavə,  qaytarılan,  çarpazlaşan 

(qarşılıqlı),  məcburi,  açıq,  vacib  və  sublisenziya 

formalarına 

bölünür. 

Əgər 

kommersiya 



sövdələşmələrinin  məqsədi  ticarət  sövdələşmələri 

ilə 


deyil, 

müstəqil 

lisenziya 

müqaviləsi 

çərçivəsində  hesab  edilirsə,  sənaye  mülkiyyətli 

obyektlərindən  istifadə  hüququ  verən  digər 

lisenziya  xalis  hesab  edilir.  Xalis  lisenziya  ilə 

ticarət  çox  vaxt  lisenziyanın  tətbiqi  və  istifadə 

edilməsi 

üçün 


zəruri 

olan 


avadanlıq, 

komplektləşdirici 

hissələr, 

xammal 


və 

materialların göndərilməsi ilə müşahidə olunur.  



Əlavə 

lisenziya 

sənaye 


mülkiyyətli 

obyektlərindən  istifadə  hüququnun  lisenziya 

formasında 

verilməsini 

digər 

kommersiya 



(komplektləşdirici  avadanlıqların  göndərilməsi, 

podrat  işləri,  mühəndis  xidmətləri,  texniki 

yardımların  göstərilməsi, istehsal  kooperasiyaları, 

birgə 


müəssisələrin 

yaradılması 

və 

s.) 


sövdələşmələrinin  tərkibində  nəzərdə  tutur.  Belə 

razılaşmalarda  lisenziyanın  mövzusu  köməkçi, 

əlavə  rol  oynayır,  onların  verilməsi  ya  əsas 

lisenziya  sövdələşməsinə  əlavə  hesab  edilən 

lisenziya  müqaviləsi  çərçivəsində,  yaxud  da  bu 

sövdələşmələr 

üzrə 

müqavilələrin 



ayrı-ayrı 

bölmələri  şəklində  həyata  keçirilir.  Qaytarılan 



lisenziya 

lisenziya 

verənə 

əsas 


lisenziya 

müqaviləsi  üzrə  lisenziya  alan  tərəfindən  alınmış 

ilkin  biliklər  əsasında  işlənmiş  texnika  və 

texnologiya  obyektlərindən  istifadə  hüquqlarının 

verilməsini  nəzərdə  tutur.  Çarpaz  (qarşılıqlı) 

lisenziya 

(kross-lisenziya) 

müxtəlif 

patent 


sahibləri  tərəfindən  patent  hüququnun  bir-birinə 

qarşılıqlı  verilməsini  göstərir.  Bu,  onların  bir-

birinin  hüququnu  pozmadan  istehsal  və  ya 

kommersiya 

fəaliyyətini 

həyata 


keçirə 

bilmədikləri  vaxt  baş  verir.  Məcburi  lisenziya 

patent  sahibləri  tərəfindən  öz  işləməsini  uzun 

müddət  istifadə  etmədiyi  və  yaxud  kifayət  qədər 

istifadə  etmədiyi,  habelə  lisenziyanı  satmaqdan 

imtina 


etdiyi 

hallarda, 

səlahiyyətli 

dövlət 


orqanları 

tərəfindən 

maraqlı 

şəxslərə 

patentləşdirilmiş ixtiralardan, faydalı modellərdən 

və  yaxud  sənaye  nümunələrindən  istifadə  etməyə 

hüquq  verən  icazədir.  Bu  orqanlar  tərəfindən 

patentdən  istifadə  şərtləri  və  lisenziyanın  bazar 

qiymətlərindən  az  olmamaqla,  lisenziya  haqqının 

ödənilməsi  müəyyənləşdirilir.  Açıq  lisenziya 

vasitəsilə 

patent 


sahibi 

tərəfindən 

patent 

təşkilatına  lisenziyanı  istənilən  maraqlı  şəxsə 



satmağa  hazır  olduğu  barədə  verilən  rəsmi  ərizə 

əsasında  sənaye  mülkiyyəti  obyektindən  istifadə 

hüququ  verilir.  Vacib  lisenziya  vasitəsilə  ölkənin 

müdafiəsi  və  milli  təhlükəsizliyini  təmin  etmək 

məqsədilə,  patent  sahibinin  razılığı  olmadan, 

hökumətin 

qərarı 

ilə 


sənaye 

mülkiyyəti 

obyektlərdən 

istifadəyə 

hüquq 

verilir. 



Sublisenziya  vasitəsilə  lisenziya  verənin  razılığı 

əsasında 

lisenziya 

alan 


tərəfindən 

sənaye 


mülkiyyətli  obyektlərindən  istifadə  hüququnun 

üçüncü  şəxsə  verilməsi  həyata  keçirilir.  Bu 

məsələnin  həlli  lisenziya  verənlə  lisenziya  alan 

arasında  imzalanmış  əsas  müqavilədə  öz  əksini 

tapmalıdır.  

Mövzunun  işlənmə  və  istehsalat  mənimsənilməsi 

(istifadəsi) 

səviyyəsində 

aşağıdakı  lisenziya 

formaları  fərqləndirilir:  layihə,  sxem,  elmi 

hesabat, metodika, düstur və s. şəklində verilməsi 

mümkün 


olan 

nəzəri 


işləmələr, 

ideyalar, 

laboratoriya tədqiqatlarının nəticələri; konstruktor 

sənədləri,  nümunələr,  modellər  və  s.  şəklində 

verilən  hər  hansı  bir  yeniliyin  texniki  həlli; 

düzəldilmiş  (sazlanmış)  texnoloji  prosesi  nəzərdə 

tutan  və  lisenziya  alana  qısa  müddət  ərzində 

lisenziya  mövzusunun  tətbiqini  və  zəruri  texniki-

iqtisadi  göstəricilərin  əldə  olunmasını  təmin  edən 

istehsalatda mənimsənilmiş yeniliklər. 

Statistika 

sənaye 


mülkiyyəti 

obyektlərinin 

mübadiləsi  üçün  lisenziyanın  kəmiyyət  və 

keyfiyyət 

xüsusiyyətlərini 

öyrənir. 

Dəyər 

göstəriciləri  lisenziyaya  görə  müxtəlif  növ 



ödənişləri,  o  cümlədən  royaltini  (hazır  məhsul 

buraxılışına  başlanan  vaxtdan,  ya  satışdan  daxil 

olan məbləğdən faiz formasında ayırmalar kimi və 

lisenziya  üzrə  istehsal  olunan  məhsul  vahidinə 

görə  yığım  formasında  lisenziya  müqaviləsinin 


 

404 


fəaliyyət  göstərdiyi  müddətdə  lisenziya  haqqının 

ödənilməsi),  pauşal  (ümumi)  ödənişi  (əvvəlcədən 

müəyyən  edilmiş  məbləğdə  birdəfəlik  və  yaxud 

hissə-hissə  ödənilən  lisenziya  haqqı)  və  s. 

birləşdirir. 

(II) 

– 

konsessiyalara, 

patentlərə, 

ticarət 


nişanlarına 

və 


oxşar 

hüquqlara 

ümumi 

investisiyadır. 



 

LĐSENZĐYALAŞDIRMA

  –  1)  xarici  ticarət 

əməliyyatlarında 

sahibkarlıq 

və 


peşəkar 

fəaliyyətin  tənzimlənməsi  alətlərindən  biridir. 

Əmtəələrin  ixracı  və  idxalına  dair  müəyyən  növ 

fəaliyyətin 

həyata 

keçirilməsi 



haqqında 

səlahiyyətli  rəsmi  orqanlar  tərəfindən  icazə 

verilməsini  nəzərdə  tutur;  2)  müəyyən  şərt 

daxilində 

müəyyən 

əməliyyatların 

həyata 

keçirilməsi  hüququ  verən  icazənin  verilməsidir; 



bir  şəxs  tərəfindən  digər  şəxsə  qonorar  və  ya 

lisenziya  ödəməsi  əvəzində  hüquq  verilməsidir. 

Lisenziyalaşdırma, 

lisenziyaların 

verilməsi, 

lisenziyaların  olduğunu  təsdiq  edən  sənədlərin 

yenidən 

rəsmiləşdirilməsi, 

lisenziyaların 

fəaliyyətinin  dayandırılması  və  ya  ləğv  edilməsi 

ilə əlaqədar həyata keçirilən tədbirlərdir. 

 

LĐSTĐNQ



 

– 

ticarət 

birjalarına 

qiymətli 

kağızların seçilməsi və buraxılışının fond birjaları 

tərəfindən 

tənzimlənməsi 

üsuludur. 

Əgər 

buraxılmış qiymətli kağızlar birjada qeydiyyatdan 



keçmişdirsə,  onların  alqı-satqı  əməliyyatlarını 

keçirmək  mümkün olur. Listinqə daxil edilməmiş 

səhmlər  “piştaxtalarda”,  “küçə”  bazarlarında 

satılır. 

 

LĐZĐNQ

 

(ingiliscə 

“leazing” 

sözü 


icarə 

deməkdir)  -  (I)  –  mülkiyyət  hüququ  icarəyə 

verəndə  saxlanılmaqla,  lizinq  alanlar  tərəfindən 

istehsal 

məqsədləri 

üçün 


istifadə 

edilən 


avadanlığın,  texnikanın,  nəqliyyat  vasitələrinin, 

istehsal  təyinatlı  tikililərin  orta  və  uzun  müddətə 

icarəyə  götürülməsidir.  Lizinq  ənənəvi  bank 

kreditləşdirməsinə 

və 

fərdi 


maliyyə 

ehtiyatlarından  istifadəyə  alternativ  olan,  kapital 

qoyuluşunun 

maliyyələşdirilməsinin 

xüsusi 

formasıdır.  Lizinq  əsasında  icarə  həm  bahalı 



avadanlıqlara 

(neftçıxarma 

avadanlıqlarına, 

nəqliyyat vasitələrinə və s.), həm də nisbətən ucuz 

olan  idarə  avadanlıqlarına  və  mürəkkəb  olmayan 

texniki 


vasitələrə 

münasibətdə 

əlverişlidir. 

Lizinqin  əsas  formaları  -  maliyyə  və  əməliyyat 

lizinqlərdir.  Maliyyə  lizinqi  icarə  dövrü  ərzində 

icarə 


haqqının, 

avadanlıqların 

amortizasiya 

məbləğinin  və  icarə  verənin  gəlirinin  maksimum 

ödənməsini  nəzərdə  tutan  razılaşmadır.  Belə 

razılaşma  başa  çatdıqdan  sonra  icarəyə  götürən 

icarə  götürdüyü  obyekti  icarəyə  verənə  qaytara 

bilər,  bu  avadanlığın  icarəyə  götürülməsinə  dair 

yeni  razılaşma  bağlaya  bilər,  lizinq  obyektini 

qalıq  dəyəri  ilə  satın  ala  bilər.  Əməliyyat 

lizinqində  razılaşma  müddəti  lizinq  obyektinin 

amortizasiya  müddətindən  qısadır.  Đcarə  vaxtı 

qurtardıqdan  sonra  lizinq  obyekti  sahibinə 

qaytarıla  və  yenidən  icarəyə  verilə  bilər. 

Ölkədaxili  lizinqlə  yanaşı,  müxtəlif  formalarda 

sürətlə  inkişaf  edən  beynəlxalq  lizinqlər  də 

mövcuddur: 

məsələn, 

xarici 

icarədarlara 



mürəkkəb  avadanlıqların,  gəmilərin,  təyyarələrin 

icarəyə  verilməsi;  xaricdən  alınmış  bahalı  maşın 

və  avadanlıqların  ölkə  daxilindəki  firmalara 

icarəyə verilməsi. 

Maşın  və  avadanlıqların  ixracının  icarə  forması 

hər iki tərəf üçün iqtisadi fayda (mənfəət) yaradır: 

icarəyə  götürən  böyük  məbləğdə  ilkin  kapital 

qoymadan  bahalı  texnikadan  istifadə  etmək 

imkanı əldə edir və icarə haqqını icarə götürdüyü 

maşın  və  avadanlıqların  istismarından  əldə  etdiyi 

gəlirə  uyğun  olaraq  ödəyir;  sifarişçilərinin ödəmə 

qabiliyyəti  olmadıqda,  icarəyə  verən  ehtimal 

olunan  itki  riskini  nisbətən  azaltmaqla  satışını 

genişləndirir.  Lizinq  çox  mürəkkəb  əməliyyat 

sayılır.  Onun  tətbiqi  texniki  xidmət  bazasının 

yaradılmasını,  yerli  kadrların  hazırlanmasına 

kapital qoyuluşunu, həmçinin kreditlər verilməsini 

tələb  edir.  Lizinqlə  həm  istehsalçı-firmalar,  həm 

də ixtisaslaşmış firmalar məşğul olurlar; həmçinin 

lizinq  bankları  da  bu  əməliyyatlarda  fəal  iştirak 

edirlər. 

Lizinq  müqavilələrində  çox  vaxt  icarə  müddəti 

başa  çatdıqdan  sonra,  icarə  edənin  icarə  etdiyi 

maşın  və  avadanlıqları  satın  almasına  dair  hüquq 

və  vəzifələri  nəzərdə  tutulur;  icarəyə  verilmiş 

mallara  (maşın  və  avadanlıqlara)  mülkiyyət 

hüququnun  saxlanması,  tərəflərin  texniki  xidmət, 

istismar  və  s.  üzrə  vəzifələri  qeyd  edilir.  Baza 

dövrünün  müəyyən  edilməsi  müqavilələrin  şərti 

sayılır  ki,  bu  müddət  ərzində  də  tərəflərin 

müqaviləni pozmaq hüquqları olmur. 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   101   102   103   104   105   106   107   108   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling