Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet45/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   41   42   43   44   45   46   47   48   ...   183

ƏDƏD  FORMATI

  –  elektron  hesablanma 



maşınlarının  yaddaşında  rəqəmlərin  təşkilini 

müəyyənləşdirən parametrlər çoxluğudur. 



 

ƏDLĐYYƏ NAZĐRLĐYĐNĐN QEYDĐYYAT 

ŞÖBƏLƏRĐ

  (Azərbaycan  Respublikasında)  

fəaliyyəti  ölkənin  Ailə  Məcəlləsi  və  ona  uyğun 

qəbul  edilmiş  qanunlarla,  vətəndaşlıq  vəziyyəti 

aktlarının 

qeydiyyatı 

qaydası 

haqqında 

təlimatlarla, 

vətəndaşlıq 

vəziyyəti 

aktları 


qeydiyyatının 

dəyişdirilməsi, 

bərpası 

və 


pozulması  qaydalarını  müəyyən  edən  müddəalar, 

akt  kitablarının  və  digər  normativ  aktların 

saxlanmasının müddət və qaydaları ilə nizamlanır. 

Şəhərlərdə  və  rayon  mərkəzlərində  qeydiyyat 

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 

aparılır. 

Bu 

orqanlar 



doğumun, 

nikahın 

bağlanmasının,  onun  pozulmasının,  övladlığa 

götürmənin, 

atalığın 

müəyyənləşdirilməsinin, 

ölümün,  adın,  soyadın  və  atasının  adının 

düzəldilməsinin,  dəyişdirilməsinin  qeydiyyatını 

aparır,  itirilmiş  qeydiyyatları  bərpa  edir,  akt 

kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər. 

Qəsəbələrdə və kənd yaşayış yerlərində doğumun, 

nikahın 

bağlanmasının, 

onun 

pozulmasının, 



atalığın 

müəyyənləşdirilməsinin 

və 

ölümün 


qeydiyyatını yerli inzibati orqanlar aparır. 

 

ƏHALĐ



  (demoqrafiya  statistikasında)  –  yer 

kürəsində,  qitələrdə,  ölkələrdə,  onun  ərazisində, 

ayrı-ayrı  hissələrində  və  regionlarda,  eləcə  də 

yaşayış 


məntəqələrində 

yaşayan 


insanların 

cəmidir. 

Ayrılıqda  hər  bir  ölkədə  dövlət  statistika  xidməti 

tərəfindən  aparılan  əhalinin  siyahıyaalınması 



daimi  əhalini,  yaxud  mövcud  əhalini  və  eyni 

zamanda  hər  iki  əhali  kateqoriyasını  əhatə  edir. 

Đnsanlar 

yaşayış 


binalarında 

(evlərində) 

qeydiyyata  alındıqlarından,  siyahıyaalma  zamanı 

həmin  ərazi  daxilində  yolda  olanlar  və  qeyri-

yaşayış  tikintilərində  yaşayanlar  üçün  xüsusi 

qeydiyyat  qaydaları  nəzərdə  tutulur.  Ölkənin 

əhalisinə  siyahıyaalmanın  kritik  anında  ölkənin 

ərazisində 

olan, 

onun 


bütün 

vətəndaşları, 

həmçinin  onun  hüdudlarından  kənarda  yaşayan 

diplomatlar,  onların  ailə  üzvləri  və  dənizçilər  də 

daxil 

olmaqla, 



hərbi 

qulluqçular, 

ticarət 

donanmasının  dənizçiləri  və  dənizdə  səfərdə  olan 

balıqçılar (gəmi kayutasından başqa, digər yaşayış 

yeri olmayanlar daxil edilməklə), başqa ölkələrdə 

mövsümi  işləyənlər,  bəzi  hallarda  isə  bu  ölkənin 

xaricdə  daimi  və  ya  müvəqqəti  yaşayan 

vətəndaşları  aid  edilir.  Eyni  zamanda,  göstərilən 

səbəblər  üzrə  bu  ölkədə  olan  əcnəbilər,  onun 

əhalisinin  sayına  (son  nəticədə  daimi  əhaliyə) 

daxil  edilmir.  Əhalinin  siyahıyaalınması  yalnız 

əhalinin  sayı  haqqında  deyil,  həm  də  müxtəlif 

əlamətlərinə 

görə 

əhalinin 



tərkibi, 

ev 

təsərrüfatlarının,  ailələrin  sayı  və  tərkibi, 

institusional 

obyektlərdəki 

əhali 

haqqında, 

həmçinin ölkənin ərazisi və onun regionları, şəhər 



yerləri  və  kənd  yaşayış  məntəqələri  üzrə  əhalinin 

yerləşməsi  haqqında  məlumat  əldə  etməyə  imkan 

verir. Əhalinin sayında mütəmadi olaraq baş verən 

dəyişikliklər  demoqrafik  hadisələrin  (doğum  və 

ölüm)  cari  uçotu,  həmçinin  miqrasiyanın  cari 



uçotu  yolu  ilə  qeydə  alınır.  Həmin  mənbələrin 

məlumatları  əsasında  müntəzəm  olaraq  əhalinin 



sayı  və  tərkibinin  cari  hesablanması  aparılır. 

Bütün  bu  materiallar  əhalinin  təkrar  istehsalı 

meyllərinin  təhlil  olunmasına  və  demoqrafik 

proqnozların hazırlanmasına imkan verir. 

 

ƏHALĐ 



KATEQORĐYALARI

 

(demoq-

rafiya  statistikasında)  –  hər  hansı  bir  yaşayış 

məntəqəsində  və  ya  ərazidə,  bu  ərazi  ilə 

əlaqəsindən  asılı  olaraq,  məskunlaşmış  sakinlərin 

məcmusunun  ümumi  xarakteristikasıdır.  Əhalinin 

üç kateqoriyası fərqləndirilir: daimi əhali, mövcud 

əhali,  hüquqi  əhali.  Bu  və  ya  digər  kateqoriyaya 

aid  etmək  üçün  ölkənin  bütün  ərazisi  üçün  vahid 

meyar müəyyən edilir.  

Əhalinin siyahıyaalınmasında və ya müayinələrdə 

əhalinin ya bir, ya da iki əhali kateqoriyalarından, 

daha 


çox 

daimi 


və 

mövcud 


əhali 

kateqoriyalarından  istifadə  edilir.  Belə  hesab 

edilir  ki,  hər  iki  əhali  kateqoriyasının  uçotunun 

eyni 


vaxtda 

aparılması 

siyahıyaalmanın 

dəqiqliyini 

təmin 

edir. 


Siyahıyaalma 

materiallarının  işlənməsi  əsasən  bir  kateqoriya 

üzrə,  daha  çox  daimi  əhali  kateqoriyası  üzrə 

aparılır.  Əhalinin  iki  kateqoriyasının  uçotu  eyni 

vaxtda 

aparılan 



zaman 

hər 


bir 

yaşayış 


məntəqəsində,  onda  yaşayan  daimi  sakinlərdən 

mövcud  olanlar,  həmçinin  müvəqqəti  qaiblər  və 



müvəqqəti yaşayanlar yazılır. Birinci və ikincinin 

cəmi  daimi  əhalinin  sayını,  birinci  və  üçüncünün 

cəmi isə mövcud əhalinin sayını verir.  

 

ƏHALĐ 



MÜAYĐNƏLƏRĐ 

(DEMO-

QRAFĐK 

MÜAYĐNƏLƏR)

 

– 

əhalinin 

tərkibini, sosial və demoqrafik prosesləri və yaxud 

ictimai  rəyi  öyrənmək  üçün  ərazidə  yaşayanların 

müəyyən hissəsindən məlumatların toplanmasıdır. 

Əhali  müayinələri  (demoqrafik  müayinələr)  əhali 



siyahıyaalmalarında  və  yaxud  cari  qaydada 

toplanması 

mümkün 

olmayan 


və 

yaxud 


məqsədəuyğun  olmayan  ətraflı  məlumatların  əldə 

edilməsi  üçün  aparılır.  Siyahıyaalmadan  fərqli 

olaraq, əhali müayinələri (demoqrafik müayinələr) 

ölkə  əhalisinin  müəyyən  hissəsinə  aid  olur  və 

adətən  özündə  seçmə  müayinələri  əks  etdirir. 

Müayinə  olunan  hissə  elə  seçilir  ki,  o  bütün 

əhalini  təmsil  etmiş  olsun.  Bütün  ölkə  üzrə 


 

177


əhalinin seçmə müayinəsi (demoqrafik müayinəsi) 

mikrosiyahıyaalma adlanır. 

 

ƏHALĐ  REGĐSTRĐ

  –  əhalinin  inzibati  uçotu 

məqsədlərinə  xidmət  edən,  sakinlərin  adbaad  və 

müntəzəm  aktuallaşdırılan  siyahısıdır.

 

Əhalinin 



registri  bir  sıra  ölkələrdə  ayrı-ayrı  şəxslərin,  ev 

təsərrüfatlarının  və  ya  ən  kiçik  inzibati-ərazi 

vahidlərinin 

(yaşayış 

məntəqələrinin, 

bələdiyyələrin,  məhəllələrin  və  s.)  siyahısı  və  ya 

qeydiyyatı şəklində aparılır.

 

Đqtisadi inkişaf etmiş 



(əsasən 

Avropa) 


ölkələrdə 

bu 


registrlər 

məlumatların ötürülməsi, saxlanması və işlənməsi 

üçün 

EHM-in 


tətbiqi 

ilə 


əhalinin 

avtomatlaşdırılmış 

kartotekasını 

əks 


etdirir. 

Əhalinin bu şəkildə

 

uçotunun


 

xüsusiyyəti – hər bir 

sakinə  verilən,  onun  cinsinin,  anadan  olma 

tarixinin  (gün,  ay,  il)  və  doğulduğu  yerin 

kodlarından, həmçinin müvafiq ərazi və tarix üçün 

doğuşun  sıra  nömrəsindən  tərtib  olunmuş,  təkrar 

olunmayan  identifikasiya  nömrəsinin  köməyi  ilə 

fərdi  məlumatların  saxlanması  və  müntəzəm 

olaraq  yeniləşdirilməsindən  ibarətdir

Nömrə, 



vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatında 

şəxsiyyəti təsdiq edən və sosial sığorta, səhiyyə və 

vergiqoyma  müəssisələrinin  registrlərində  digər 

əlamətlərin  dəyişməsini  nəzərə  alan  sənədlərdə 

göstərilir.

 

Nömrə  hər  bir  sakin  haqqında 



məlumatın EHM-də yığılmasına, saxlanmasına və 

aktuallaşdırılmasına 

imkan 

verir.


 

Müşahidə 

proqramı  ümumi  əlamətlərlə  məhdudlaşdırılır  – 

sabit  (məsələn,  nikaha  daxil  olma  tarixi)  və 

dəyişkən.  Dəyişmələr  cari  qaydada  (məsələn, 

nikah  vəziyyəti)  sənədlərlə  nəzərə  alınır.  Əhali 

registrində  ev  təsərrüfatlarının  və  ailələrin  uçotu 

zamanı onların üzvləri identifikasiya nömrələrinin 

qarşılıqlı  əlaqədə  göstərilməsi  yolu  ilə  və  ya 

ailənin 


digər 

üzvləri 


haqqında 

yazılmış 

məlumatlarla əlaqələndirilirlər (məsələn, ana üçün 

–  uşağın  anadan  olma  tarixi  və  cinsi).  Hər  bir 

doğulan uşağa (və ölkəyə gələn hər bir kəsə) fərdi 

qeydiyyat açılır və sonradan uçotla əhatə olunaraq 

bütün məlumatlar oraya əlavə edilir. Ölənlərin və 

birdəfəlik  ölkədən  kənarda  yaşamağa  gedənlərin 

kartoçkaları  arxivə  verilir.

 

Yaşayış  yeri  dəyişilən 



zaman  məlumatlar  müvafiq  ərazinin  əhali 

registrinə  verilir.  Dəyişikliklər  sənədlər  əsasında 

nəzərə  alındığına  görə,  əhali registri  hüquqi əhali 

kateqoriyası üzrə aparılır.  

Əhali  registri  yerli  inzibati  idarələr  tərəfindən 

aparılır,  onlara  ümumi  rəhbərlik  isə  müxtəlif 

ölkələrdə  müxtəlif  orqanlar:  daxili  işlər,  ədliyyə 

nazirlikləri,  dövlət statistika  xidməti  və  ya  xüsusi 

orqan  tərəfindən  edilir.  Azərbaycanda  əhali 

registrinə  rəhbərlik  Ədliyyə  Nazirliyi  tərəfindən 

həyata keçirilir. 

Ümumi  əhali  registri  ilə  yanaşı,  bəzən  ayrılıqda 

sosial-peşə  qruplarının  (dövlət  qulluqçularının, 

müəllimlərin,  həkimlərin)  registrləri  də  yaradılır. 

Əhali  registrinə  özləri  haqqında  məlumatların 

bildirilməsi 

vətəndaşların 

vəzifəsidir. 

Əhali 

registrinə  giriş  qaydası  və  fərdi  məlumatların 



məxfiliyi qanunla tənzimlənir. 

Əhali 


registrinin 

məlumatlarından 

ayrı-ayrı 

inzibati-ərazi  vahidinin  sakinləri  haqqında  (vergi 

ödəyicilərinin, hərbi vəzifəlilərin, seçicilərin və s. 

siyahısının  tərtibi  üçün  onun  əhalisinin  say  və 

tərkibi  haqqında)  cari  və  ya  dövri  qaydada  fərdi 

məlumatların  alınması  üçün  istifadə  olunur.  Bu 

məlumatlardan  statistik-demoqrafik  təhlil  üçün 

istifadə  imkanları  məhduddur.  Belə  ki,  ayrı-ayrı 

şəxslərdə  olan  dəyişikliklərin  uçotunu  aparmaq 

çətin  olduğundan,  əhali  registrində  sosial-iqtisadi 

əlamətlər (məsələn, məşğulluq, təhsil səviyyəsi və 

s.)  azlıq  təşkil  edir.  Buna  görə  də,  əhali  registri 

müntəzəm əhali siyahıyaalmalarını istisna etmir.  

 

ƏHALĐ STATĐSTĐKASININ OBYEKTĐ

 – 

müəyyən ərazidə yaşayan insanların məcmusudur. 

Əhali  statistikası  vaxtın  müəyyən  anında  və 

dinamikada 

əhalinin 

sayını, 


tərkibini 

və 


yerləşməsini  öyrənir.  Əhali  statistikası  əhalinin 

təbii hərəkətinin - doğum və ölümün təsiri altında 

sayının  və  tərkibinin,  həmçinin  dolayısı  ilə 

nikahların 

və 

nikahların 



pozulmasının 

dəyişməsinin 

kəmiyyət 

xarakteristikasını, 

miqrasiya  və  ya  mexaniki  hərəkətin  –  adamların 

ərazilərdə yerdəyişməsi hesabına əhalinin hərəkəti 

məsələlərinə baxır. 

 

ƏHALĐ  TƏRƏFĐNDƏN  ƏSAS  QĐDA 

MƏHSULLARININ 

ĐSTEHLAKI

 

– 

məhsulların  aşağıdakı  qruplar  üzrə  istehlak  və 

əhaliyə  satılma  üsulundan  asılı  olmayaraq,  bütün 

istehsal  edilmiş  və  ölkəyə  idxal  olunmuş 



məhsulların  həm  birbaşa,  həm  də  dolayısı  ilə 

istehlakı nəzərə alınmaqla müəyyən edilir: ət və ət 

məhsulları; süd və süd məhsulları; yumurta; balıq 

və  balıq  məhsulları;  şəkər;  bitki  yağı;  kartof; 

tərəvəz və bostan bitkiləri; çörək məmulatları. 

Yeyinti 

maddələrinin 

kimyəvi 

tərkibi 


və 

məhsulların 

istehlak 

kaloriliyi, 

ərzaq 

elementlərinin  tərkibinin  normativlərinə  və  bir 



ailə  üzvü  hesabına  yeyinti  məhsullarının  faktiki 

istehlakına əsasən hesablanır. 



 

ƏHALĐ 

TƏSƏRRÜFATLARI

 

– 

vətəndaşların  öz  əməkləri  ilə  onlara  ayrılmış 

torpaq  sahələrini  hazırladıqları,  kənd  təsərrüfatı 

bitkilərini, 

meyvə-giləmeyvə 

və 


əkilmiş 

üzümlükləri 

becərdikləri, 

kənd 


təsərrüfatı 

heyvanlarını 

yetişdirdikləri, 

bitkiçilik 

və 


 

178 


heyvandarlıq 

məhsulları 

istehsal 

etdikləri 

təsərrüfatlardır. 

Əhali  təsərrüfatlarının  mövcudluğu  və  fəaliyyəti 

haqqında  göstəricilər  kənd  inzibati  orqanlarının 

təsərrüfatbaşına 

kitablarında, 

dövlət 


idarə 

etməsinin  digər  orqanlarının  registrlərində  əks 

etdirilir. 

Əhali 


təsərrüfatlarının 

statistik 

öyrənilməsi  heyvanların  və  əkmələrin  bilavasitə 

siyahıya  alınması,  ev  təsərrüfatları  büdcəsinin 

seçmə  müayinəsi  və  statistika  müşahidələrinin 

digər formaları ilə həyata keçirilir. 



 

ƏHALĐNĐN  ADAMBAŞINA  DÜŞƏN  OR-

TA  PUL  GƏLĐRLƏRĐNĐN  ÖLÇÜSÜNƏ 

GÖRƏ  BÖLGÜSÜ

  -  verilmiş  müəyyən 

intervallar  üzrə  adambaşına  pul  gəlirlərinin 

ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və 

əhalinin  maddi  vəziyyətinə  görə  təbəqələşməsini 

səciyyələndirir. 

 

ƏHALĐNĐN 

ARTIM 

ƏMSALLARI

 

– 

Əhalinin artımı”na bax. 

 

ƏHALĐNĐN ARTIM SÜRƏTĐ

 – əhali sayının 

iki ardıcıl tarixlə müqayisəsidir: 



T

t

t

p

P

P

1

+



=

Adi  kəsrlə  və  ya  faizlə  ifadə  olunur.  Əhalinin 



artım  sürəti  kəsr  ədəd  ola  bilər.  T

p

>1(>100%) 

olduqda,  əhalinin  sayı  artır,  T

p

<1(<100%) 

olduqda,  azalır,  T



p

=1(=100%)  olarsa,  dəyişməz 

qalır. 

Eyni  böyüklükdə  olan  intervallar  –  aylar  və  ya 



illər  –  müddəti  ərzində  əhalinin  orta  artım  sürəti 

həndəsi orta kimi hesablanır. 

 

ƏHALĐNĐN  ARTIMI

  –  müəyyən  olunmuş 

dövrün  axırına  və  əvvəlinə  əhalinin  sayı 

arasındakı  fərqdir.  Əhalinin  ümumi  artımı 

əhalinin  təbii  artımı  və  miqrasiya  artımının 

cəmindən  ibarətdir.  Orta  əhaliyə  aid  edildikdə, 

onlar, müvafiq olaraq əhalinin ümumi artımı, təbii 

artımı və miqrasiya artımı əmsallarını verir.  



 

ƏHALĐNĐN  BEYNƏLXALQ  MĐQRASĐ-

YASI

 

(əhalinin 

xarici, 

dövlətlərarası 

miqrasiyası)  -  əhalinin  dövlət  sərhədlərini 

keçməsi  vasitəsilə  ərazi  hərəkətidir.  Bu  və  ya 

digər  ölkədən  gedən  miqrantlar  axınını  ayırmaq 

üçün  emiqrasiya termini  və  ölkəyə  axını  ayırmaq 

üçün  immiqrasiya  termini  tətbiq  olunur.  1901-ci 

ildən  dünya  birliyi  tərəfindən  beynəlxalq  əhali 

miqrasiyası  göstəricilərini  unifikasiya  etmək 

cəhdlərinə  baxmayaraq,  onların  tərifində  milli 

fərqlər hələ də qalmaqdadır. Belə ki, Almaniyada 

“ölkədə qalmaq niyyəti ilə sərhədi keçən şəxslər” 

immiqrant  hesab  olunur,  Yaponiyada  “xaricdən 

gələn  milli  vətəndaşlar  və  əcnəbilər”,  ABŞ-da 

“ölkədə  daimi  yaşamaq  məqsədilə  qanuni 

əsaslarla  buraxılmış  əcnəbilər”  hesab  olunur.  Bu 

sahədə “əməkçi miqrantlar” (haqqı ödənilən əmək 

fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla 

bir  ölkədən  başqa  ölkəyə  miqrasiya  edən  fiziki 

şəxs), “qaçqınlar” və s. ifadələr də mövcuddur. 

Əhalinin beynəlxalq miqrasiyasının təhlili zamanı 

ortaya  çıxan  çətinliklər  məlumat  mənbələrinin 

müxtəlifliyi ilə bağlı ola bilər. BMT ekspertlərinin 

fikrincə,  üç  əsas  mənbəni  ayırmaq  zəruridir: 

sərhəd  nəzarəti;  əhali  registrləri  (məsələn,  xarici 

pasport  verilən  zaman  alınmış  məlumatlar); 

müxtəlif  müşahidələr.  Onların  arasında  əhalinin 

siyahıyaalınması  xüsusi  yer  tutur.  Bilavasitə 

mənbədən  alınan  məlumatlar  ən  dəqiq  hesab 

olunur.  

Əhalinin 

beynəlxalq 

miqrasiyası 

aşağıdakı 

növlərə  ayrılır.  Qayıtmaz  (dönməz,  daimi)  əhali 

onu  qəbul  edən  ölkədə  daimi  yaşayış  məqsədilə 

baş  verir.  Müvəqqəti-daimi:  bir  qayda  olaraq, 

getdiyi  ölkədə  qalma  müddəti  1  ildən  6  ilədək 

(çıxdığı  ölkədən,  miqrantların  cins-yaş,  ailə  və 

peşə  xarakterindən  asılı  olaraq)  məhdudlaşır. 

Beynəlxalq  statistikada  belə  növ  miqrantlar 

“uzunmüddətli 

emiqrant 

və 


immiqrantlar”, 

“müqavilə  üzrə  müvəqqəti  fəhlələr”,  “daimi 

zəhmətkeş-miqrantlar”  adlandırılır.  Mövsümi

mövsümi  xarakter  daşıyan  təsərrüfat  sahələrində 

işləmək  üçün  qısamüddətli  (bir  il  müddətində) 

gəlmə  ilə  bağlıdır.  Qərbi Afrika  və  Yaxın  Şərqdə 

qalmış  köçərilik  və  müqəddəs  yerlərə  zəvvarlıq 

mövsümi  miqrasiyanın  növləridir.  Beynəlxalq 

statistikada  mövsümi  miqrantlara  “qısamüddətli 

immiqrantlar  və  emiqrantlar”,  “miqrant-mövsümi 

işçi”  və  s.  terminləri  uyğundur.  Mütərəddid 

(kəfkirli)  miqrasiya  (məkik,  sərhədyanı)  –  bir 

ölkədən  digərinə  və  əksinə  gündəlik,  nadir 

hallarda  həftəlik  gedib-gəlmə.  Belə  şəkildə  digər 

ölkədə  işləmək  üçün  sərhədi  keçən  miqrantlar 

“frontalyer  fəhlələr”  adlanır.  Əhalinin  beynəlxalq 

miqrasiyasının  müasir  növü  –  qeyri-leqal  (gizli) 

immiqrasiyadır.  Qeyri-leqal  miqrantlar  –  iş 

axtarışı  ilə  başqa  ölkələrə  qeyri-qanuni  gedən 

şəxslərdir. Həm də qanuni əsaslarla sərhədi keçən 

(xüsusi  dəvətlə,  turist  kimi  və  s.)  və  sonra  qeyri-

leqal işə düzələn şəxslərdir. Məcburi miqrasiya ilk 

əvvəl  siyasi  və  ekoloji  amillərlə  bağlıdır; 

qaçqınların, 

məcburi 

köçkünlərin 

və 

s. 


hərəkətində  ifadə  olunur.  Əhalinin  beynəlxalq 

miqrasiyasının 

xüsusi 

növü 


– 

epizodik 

miqrasiyadır  və  ilk  növbədə  beynəlxalq  turizmlə 

və buna oxşar digər xaricə getmələrlə bağlıdır. 

 


 

179


ƏHALĐNĐN BƏRK YANACAQDAN ĐSTĐ-

FADƏ 

EDƏN 

HĐSSƏSĐ

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən) 

əhalinin 

yeməyin 

hazırlanması  və  mənzilin  qızdırılması  üçün 

məişətdə  tələb  olunan  əsas  enerji  mənbəyi  kimi, 

biokütlədən (odun, ağac kömürü, küləş və təzək), 

həmçinin daş kömürdən istifadə edən hissəsidir.  

Bu göstərici, yeməyin hazırlanması və istilik üçün 

bir  və  ya  bir  neçə  emal  edilməmiş  yanacaq 

növündən  (təzək,  saman,  odun,  ağac  və  daş 

kömürdən) istifadə edən ev təsərrüfatlarının sayını 

ölkənin  ümumi  əhalisinin  sayına  bölməklə, 

alınmış  qismət  kimi  hesablanır  və  faizlə  ifadə 

olunur. 


 

ƏHALĐNĐN CĐNSĐ STRUKTURU

 - əhalinin 

cinsi  tərkibidir,  yəni  əhalinin  kişi  və  qadınlara 

bölünməsidir.  Mayalanma  və  doğuşda,  cinslərin 

nisbəti,  yaşama  dövrü  ərzində  kişi  və  qadınların 

yaşlar üzrə ölümünün nisbəti, əhalinin miqrasiyası 

kimi  müxtəlif  demoqrafik  amillərin  təsiri  altında 

formalaşır. 

 

ƏHALĐNĐN 

CĐNS-YAŞ 

TƏRKĐBĐ 

(STRUKTURU)

 - əhalini təşkil edən adamların 

yaş  və  cins  üzrə  bölünməsidir.  Kişi  və  qadınların 

yaş  qruplarının  nisbətini  xarakterizə  edir.  Yaş 

üzrə  qruplaşdırma  üçün,  adətən,  birillik  və 

beşillik,  tək-tək  hallarda  isə  onillik  intervallardan 

istifadə edilir. Əhalinin yaş-cins tərkibinin ümumi 

qiymətləndirilməsi  üçün  onların  iriləşdirilmiş  üç 

yaş  qrupuna  bölünməsindən  istifadə  edilir:  0-17 

yaş  (uşaqlar),  18-64  (böyüklər),  65  yaş  və  çox 

(yaşlı  və  qoca  adamlar).  Ölkənin  və  onun 

regionlarının  bütün  əhalisinin  yaş  və  cins  üzrə 

bölünməsi  haqqında  məlumatların  əsas  mənbəyi 



əhali  siyahıyaalınmalarıdır.  Qrupların  mütləq 

sayından  əlavə,  qadın  və  ya  kişilərin  ümumi 

sayında  hər  bir  yaş  qrupunun  payının  nisbi 

göstəriciləri, həmçinin ayrı-ayrı yaşlarda cinslərin 

sayının  müqayisəli  göstəriciləri  də  tətbiq  edilir. 

Demoqrafik  təhlildə  əhalinin  cins-yaş  tərkibinin 

(strukturunun) 

qrafiki 


təsvirindən 

– 

yaş 



piramidasından istifadə edilir. 

Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   41   42   43   44   45   46   47   48   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling