Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
EV TƏSƏRRÜFATI MÜƏSSĐSƏLƏRĐ –
ev təsərrüfatı üzvlərinə mənsub olan və onlar tərəfindən nəzarət olunan qeyri-korporativ (ev təsərrüfatlarından ayrılıqda təsis olunmayan) istehsal müəssisələridir. Bu
müəssisələrin aktivləri, istehsalın gedişində öhdəlik qəbul etmiş və ona görə məsuliyyət daşıyan sahibinə malikdir. Belə müəssisələrin sahibləri eyni zamanda həm sahibkar, həm də muzdlu işçilər olurlar (hesab edilirlər). Belə müəssisələrin xalis mənfəəti sahibkarlıq mənfəətindən və işə görə muzddan ibarət qarışıq gəlir adlanır; bu kəmiyyətlər arasındakı nisbət
müəssisənin istehsal fəaliyyətinin xüsusiyyətindən asılıdır. Bazar və qeyri-bazar ev təsərrüfatı müəssisələri bir- birindən fərqlənirlər (“Mal və xidmətlərin qeyri-
və
geniş yayılmış ümumiləşdirici xarakteristikasıdır. Şəxsi ev təsərrüfatlarının üzvlərinin sayının (ev təsərrüfatı xaricində yaşayan şəxslərsiz daimi əhalinin miqdarına bərabərdir (“Đnstitusional əhali”yə bax.)) ev təsərrüfatlarının sayına nisbəti kimi hesablanır. EV TƏSƏRRÜFATLARI BÖLMƏSĐ (SEKTORU) – onlara aid olan qeyri-korporativ müəssisələri və ev təsərrüfatları tərəfindən yaradılan kvazikorporasiyalar da daxil olmaqla, bütün ev təsərrüfatlarının məcmusudur.
Gəlirlərin növündən (əsas mənbəyindən) asılı olaraq, ev təsərrüfatlarının aşağıdakı alt
bölmələrini fərqləndirmək olar: işə götürənləri; muzdlu işçiləri; muzdlu şərtlərlə işləyən şəxsləri; xüsusi mülkiyyətindən və transferlərdən gəlir əldə edənləri.
Alt bölməyə bölünmənin digər üsulu, ev təsərrüfatının başçısı sayılan şəxsin məşğuliyyət mənşəyinin, əmək sahəsinin, təhsilinin və ixtisasının müəyyən edilməsi ilə bağlıdır. Ev təsərrüfatları bölməsinin alt bölmələri ümumi gəlirin həcminə, üzvlərinin sayına və ya onun yerləşdiyi yerə uyğun olaraq yaradıla bilər. EV TƏSƏRRÜFATLARI BÜDCƏLƏRĐ- NĐN SEÇMƏ TƏDQĐQATI - əhalinin həyat səviyyəsinin, onların gəlir və xərclərinin və s.
167
göstəriciləri üzrə faktiki vəziyyətini öyrənmək məqsədilə aparılan statistik müşahidə metodudur.
ev
təsərrüfatlarının seçmə
məcmusunun bazasını ölkədə keçirilmiş əhalinin siyahıyaalınmasının materialları təşkil edir. Yeni təmsilli ev təsərrüfatları şəbəkəsinin yaradılması üçün
siyahıyaalma materiallarından istifadə olunaraq, yaşayış məntəqələri üzrə ailələrin ünvanları, ailə başçısının soyadı, adı və atasının adı kompüterə daxil edilir. Məlumat bazası kompüterlərdə aşağıdakı dəyişənlər üzrə yaradılır: yaşayış məntəqəsinin kodu, ailə üzvlərinin sayı, ev təsərrüfatı başçısının soyadı, adı, atasının adı, şəhər yerlərində konkret ünvan, kənd yerlərində isə yaşayış məntəqəsinin adı. Yaradılmış bazada siyahıyaalma şöbəsi – ilkin seçmə vahidi, təlimatçı məntəqəsi – ikinci seçmə vahidi, sayıcı məntəqəsində isə ailələr növbəti mərhələdə seçmə obyekti kimi nəzərə alınmışdır. Đqtisadi rayonlar üzrə ev təsərrüfatlarının hər seçilmə mərhələsində təbəqələşmə üsulundan istifadə etməklə, ikipilləli ehtimal (təsadüfi) modeli tətbiq
olunmuşdur. Təbəqələşmə prosedurası əhalinin ərazi üzrə
yerləşmə xüsusiyyətlərinə, onun demoqrafik və sosial- iqtisadi strukturuna, bazar iqtisadiyyatına keçid şəraitində struktur dəyişikliklərinin obyektiv təsvirinə əsaslanaraq ev təsərrüfatının təmsilli seçmə məcmusuna yönəlmişdir. Təbəqələşmə üsulu iki səviyyədən ibarətdir: 1. Əhalinin yaşayış yerini nəzərə almaqla, ərazi təbəqələşməsi (iki təbəqə) şəhər yerləri və kənd yerləri üzrə aparılır; 2. Sosial-iqtisadi və demoqrafik göstəricilərin strukturunu nəzərə almaqla, hər təbəqədə yarım təbəqələrin formalaşdırılması. Müsahibəçilərin işi üçün ərazilərin seçilməsi başa çatdıqdan sonra, həmin ərazilər üçün ev təsərrüfatlarının tam siyahısından istifadə olunur. Hər bir ərazi üzrə ev təsərrüfatlarının seçilməsi müsahibəçilərin hamısı üçün eyni sayda olan ev təsərrüfatlarının sadə
təsadüfi seçilmənin köməkliyi ilə aparılır. Bu cür üsul, yəni əvvəlki mərhələlərdə ərazilərin seçilməsinin ərazidəki ev təsərrüfatlarının sayı
ilə mütənasibliyi ehtimallarının nəzərə alınması, ölkənin bütün ev təsərrüfatlarının seçməyə eyni ehtimalla düşmə imkanı, habelə müsahibəçilərin hamısı arasında görülən işin bərabər surətdə bölüşdürülməsini təmin edir. Đlkin seçmə ərazilərinin seçimindən sonra, müsahibəçilərin keyfiyyətli işləmələri üçün
onların lazım olan ölçülərdə ərazilərə bölünməsi və seçmənin növbəti addımını həyata keçirmək üçün təşkil olunmuş ərazilərin kəmiyyəti haqqında zəruri
olan məlumatlar hazırlanır və
müsahibəçilərin işləməsi üçün ərazi seçilir. Əhalinin siyahıyaalınması zamanı istifadə olunan xəritələrdən istifadə etməklə, ilkin
seçmə ərazilərinin hər biri öz coğrafi ölçülərinə və müsahibəçilərin işlədikləri ərazilər qismində yararlı olan ev təsərrüfatlarının sayına görə seçmə ərazilərinə bölünür. Đlkin seçmə ərazilərinin əksəriyyətinin ikinci seçmə
əraziləri kimi
götürülməsində müvafiq siyahıyaalma şöbələrinin təlimatçı məntəqələrindən istifadə olunur. Kənd yerlərinin ilkin seçmə ərazilərinin hər birindən bir ikinci seçmə ərazisi seçilib ayrılır. Seçmə ikinci seçmə ərazilərinin ev təsərrüfatlarının sayına mütənasib olan ehtimallarla aparılır. Şəhər yerlərində hər bir ilkin seçmə ərazisində ikinci seçmə ərazilərinin ev təsərrüfatlarının sayına mütənasib olan ehtimallarla iki ikinci seçmə əraziləri seçilib ayrılır. Hər bir müsahibəçi üçün ev təsərrüfatlarının seçilməsi ikinci seçmə ərazilərinin hüdudları daxilində sadə təsadüfi seçmə ilə, yəni bir yaşayış məntəqəsindən artıq olmayan ev təsərrüfatlarının yaşadığı ərazilər üçün sadə, təsadüfi üsuldan bir o qədər də fərqli olmayan üsulla aparılır. Bununla yanaşı, kənd yerlərində hər bir müsahibəçinin işi yalnız bir ikinci seçmə ərazisində, şəhərlərdə isə hər bir müsahibəçi iki ikinci seçmə ərazisində təşkil edilir. Ev təsərrüfatlarının 13 müxtəlif cütlüyünün hər bir müsahibəçinin rüblük seçməsinin tədqiqinin təşkil edilməsinin ümumi sxeminə uyğun olaraq, iki həftəlik dövr ərzində rübün 13 müxtəlif həftələrinin xərclərinin qeydiyyatına şərait
yaradır. Seçmənin aparılmasının sonuncu
mərhələsində ehtimalların hesablanması zamanı seçmə özündən sonra gələn hər addımda əvvəlki seçmələrin addımlarının nəticələrindən asılı
olmadan, keçirildiyindən, ixtiyari ev təsərrüfatının seçilmə ehtimalını seçmənin keçirilməsinin ayrı- ayrı addımlarına uyğun gələn seçmə vahidlərindən törəyən ehtimallar kimi hesablamaq olar. Hər bir təbəqədə (stratada) ilkin seçmə əraziləri ərazilərdəki ev təsərrüfatlarının sayına mütənasib olan ehtimallarla seçilir. Ona görə də,
təbəqəsindəki ilk addımda ixtiyari ( s - qəbildən olan) ilkin seçmə ərazilərinin seçilmə ehtimalı
s h N h m s h I p € , € ) , ( ⋅ = düsturu ilə hesablanır.
Burada, h m
- h
təbəqəsindəki (stratasındakı) seçilmiş seçmə ilkin seçmə ərazilərinin sayıdır; 168
s h N , € - h stratasındakı (təbəqəsindəki) S
qəbildən olan ilkin seçmə ərazilərindəki ev təsərrüfatlarının sayıdır; − = ∑ ∧
h N N€ h
təbəqəsindəki ev təsərrüfatlarının sayıdır. Hər bir ilkin seçmə ərazilərinin hüdudları daxilində ikinci seçmə ərazilər yaradılmış registrdəki ev təsərrüfatlarının sayına mütənasib ehtimallarla seçilir. Ona görə də, h təbəqəsinin seçmə ərazisinin ixtiyari −
dən olan ikinci seçmə ərazisi hüdudları daxilində seçmə ehtimalı s h N j s h N s h k j s h II p , , , , ) , , ( ⋅ =
düsturu ilə
hesablanır.
Burada, s h k , - h təbəqəsinin −
dən olan ilkin seçmə ərazisindəki ikinci seçmə ərazilərinin seçilməsinin kəmiyyətidir ( s h k , kənd əraziləri üçün 1-ə, şəhər ilkin seçmə əraziləri üçün 2-yə bərabərdir); h
təbəqəsindəki − S qəbilli ilkin seçmə ərazidəki
qəbilli ikinci seçmə ərazisinin registrdəki ev təsərrüfatlarının sayıdır.
∑ = j j s h s h N N , , ,
təbəqəsindəki
qəbilli ilkin seçmə ərazilərdəki ev təsərrüfatlarının sayıdır. Ev təsərrüfatlarının h təbəqəsinin S qəbilli ilkin seçmə ərazilərinin
qəbilli ikinci seçmə ərazilərinin hüdudları daxilində ev
təsərrüfatlarının sadə
təsadüfi seçilməsində ixtiyari ev təsərrüfatlarının daxil edilməsinin ehtimalı ( ) ,
( j s h III p ) olarsa, onda j s h N s h n j s h III p , , , ) , , ( = düsturu ilə hesablanır. Burada,
h N s h, − təbəqəsinin s qəbildən olan seçmə ərazisinin −
dən olan ikinci seçmə ərazilərindəki seçilmiş ev təsərrüfatlarının sayıdır. EV TƏSƏRRÜFATLARI STATĐSTĐKASI (EV TƏSƏRRÜFATLARININ BÜDCƏSĐ- NĐN SEÇMƏ MÜAYĐNƏSĐ) – mikro səviyyədə əhalinin həyat səviyyəsinin tədqiqatı üçün əsas məlumat bazası hesab edilir. Ev təsərrüfatları statistikası sosial-iqtisadi statistikanın əsas sahələrindən biridir və ölkə əhalisinin həyat səviyyəsini və əsas etibarı ilə onun maddi
vəziyyətini öyrənir. Ev təsərrüfatlarının müayinəsinin materialları müxtəlif əhali qruplarının gəlirlərinin, xərclərinin, şəxsi istehlakının, gəlir və istehlak xərclərinin səviyyəsinin struktur dəyişmələrini xarakterizə edir; ailənin
tərkibindən, onun
üzvlərinin məşğulluğundan asılı olaraq, bu səviyyələrdəki müxtəlifliyin ortaya çıxarılmasına imkan verir; gəlirlərin formalaşdırılmasında, istehlakın gəlir səviyyələrindən asılılığında müxtəlif mənbələrin rolunu göstərir, istehlak tələbindəki dəyişmələri izləməyə imkan verir; əhalinin gəlirləri, xərcləri, istehlakı və s. üzrə təbəqələşməsini xarakterizə edir. Ev təsərrüfatları statistikasının məlumatlarından ümumi daxili məhsulun iqtisadi hesablamalarında; milli hesabların hazırlanmasında; istehlak qiymətləri indeksinin, əhalinin real gəlirlərinin hesablanmasında; istehsal balansının tərtibində, əhalinin həyat səviyyəsində baş verən
dəyişikliklərin təhlil edilməsi və əhalinin sosial müdafiəsi üçün tədbirlər sisteminin hazırlanmasında, kənd təsərrüfatı məhsullarının və s. istifadəsində geniş istifadə olunur. Azərbaycanda ev təsərrüfatlarının seçmə məcmusu bütün regionların sərhədləri daxilində “bütün əhali” kateqoriyasının təmsil edilməsi prinsipi əsasında təşkil edilmişdir. Ev təsərrüfatı seçməsinin formalaşdırılması Dövlət Statistika Komitəsi tərəfindən təsdiq
edilən ev
təsərrüfatlarının seçilməsi alqoritmi əsasında elmi əsaslandırılmış metodlarla həyata
keçirilir. Seçmədə ümumi məcmu, kollektiv yaşayanlar (uzun müddət xəstəxanada, qocalar üçün internat evlərində, internat məktəblərdə və s. institusional müəssisələrdə, dini təşkilatlarda və digər kollektiv yaşayış yerlərində olan şəxslər) istisna olmaqla, bütün növ ev təsərrüfatlarını əhatə edir. Seçmənin son vahidi özlərini yemək və həyat üçün lazım olan bütün hər şeylə birlikdə təmin edən, yəni öz vəsaitlərini tamamilə, ya da hissə- hissə birləşdirən və xərcləyən, qohumluq əlaqəsi ilə bir-birinə bağlı olan, eləcə də qohumluq əlaqəsi olmayan, bir yaşayış yerində, yaxud onun bir hissəsində yaşayan şəxslərin məcmusunu təmsil edən ev təsərrüfatıdır. Ev təsərrüfatı sərbəst yaşayan bir insandan da ibarət ola bilər. Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik müşahidə metodudur. Azərbaycanda ev təsərrüfatları büdcələri tədqiqatının böyük tarixi təcrübəsi var. Đlk tədqiqatlar XIX əsrin sonu və XX
əsrin əvvəllərində Bakı neftçilərinin ailələrində aparılmışdır. Hazırda mövcud olan ev təsərrüfatlarının seçmə tədqiqatının metodoloji şəbəkəsi 50-ci illərin əvvəllərində yaradılmışdır.
169
Đlk vaxtlar 600-dək ev təsərrüfatında, 1969-cu ildən isə 1150 ev təsərrüfatında tədqiqat aparılmışdır. Reprezentativliyi (təmsilliliyi) və məlumatların düzgünlüyünü təmin
etmək məqsədilə 1988-ci ildən tədqiq olunan ev təsərrüfatlarının sayı 1625-ə çatdırılmışdır. 1990- cı ildən başlayaraq, ölkədə aparılan iqtisadi islahatlarla bağlı yeni təsərrüfatçılıq formaları yaranmış və bununla bağlı əhalinin yeni sosial- iqtisadi qrupları əmələ gəlmişdir. Əhalinin bu qruplarını tədqiq etmək üçün 2000-ci ilin iyulundan yeni tədqiqat forması işə tətbiq edilmiş və tədqiq olunan ev təsərrüfatlarının sayı bütün iqtisadi rayonları əhatə etməklə, hər rübdə rotasiya olunmaqla 2200-ə,
2006-cı ilin
yanvarından isə
daimi əsaslarla 4250-yə çatdırılmışdır. Tədqiqat ev təsərrüfatı üzvlərinin bilavasitə sorğusu və gündəlik gəlir və xərclər barədə yazıların aparılması qaydası ilə keçirilir. Ev təsərrüfatlarının seçmə tədqiqatı Dünya Bankı və inkişaf etmiş dövlətlərin statistika qurumlarının mütəxəssislərinin bilavasitə iştirakı və tövsiyələri nəzərə alınmaqla, yeni metodologiya üzrə həyata keçirilir. Yeni təmsilli seçmə aparmaq məqsədilə əhalinin siyahıyaalınmasının materiallarından istifadə etməklə, ölkədə bütün ailələrin bazası yaradılmışdır. Bu baza
əsasında iqtisadi rayonların hər birində bir nəfər məsləhətçi çalışmaqla 125 ilkin seçmə vahidindən ibarət yeni təmsilli seçmə şəbəkəsi yaradılmışdır. Seçmənin formalaşdırması üsullarına tələbat aşağıdakıların hesabına təmin olunur:
1) ehtimallar seçməsi tədqiq edilən göstəricilər sisteminin əsas qrupları üzrə və onda cüzi xüsusi çəkisi olan qruplar üzrə tipik əsasların tərtibi və onlardan təmsilçi məcmular formalaşdırılması üsulları ilə uyğunlaşdırmaqla, seçmənin təşkilinin bütün mərhələlərində tətbiq edilməsi; 2) yeri dəyişdirilməmiş qiymətlərin əldə edilməsinə gətirib çıxaran tənliklərin dəqiqliyinin ölçülməsi və parametrlərin qiymətləndirilməsi üçün cəlb edilməsi; 3) əhalinin siyahıyaalınması və mikro siyahıyaalınmasının məlumat massivinin seçilməsi üçün baş məcmu kimi istifadə edilməsi. Ev
təsərrüfatlarının seçmə
məcmusunun formalaşdırılması üçün iki pilləli seçmə tətbiq edilir. Birinci pillənin formalaşdırılması şəhər və kənd əhalisi üzrə ayrı-ayrı regionlar səviyyəsində keçirilir (sorğuçu tətbiq olunan yükə görə). Birinci pillədə
seçmənin əsası
– əhalinin siyahıyaalınması, yaxud
mikro siyahıyaalınmasının sayıcı məntəqələrinin məcmusu, onlardan hər birinin öz nömrəsi var və müvafiq olaraq müəyyən inzibati rayona aiddir; ikinci pillədə - sayıcı məntəqəsinin sərhədləri çərçivəsində ayrı-ayrı ev təsərrüfatlarına tərtib edilən əhalinin siyahıyaalınma və ya mikro siyahıyaalınma blanklarının məcmusudur. Seçmə özündə yaşayış məntəqələrinin siyahısını və hər birindən məlumat toplanılan respondentlərin sayını əks etdirir. Sorğu ancaq bu yaşayəş məntəqələrində keçirilməlidir. Əgər hər hansı bir səbəbdən orada keçirmək mümkün deyilsə (məsələn, ucqar dağ kəndi), məntəqənin əvəz edilməsi Dövlət
Statistika Komitəsi ilə razılaşdırılır. Ev təsərrüfatlarının büdcəsinin müşahidə proqramı ev təsərrüfatında ay ərzində gəlir və xərc vəsaitlərinin (pul və
natura ifadəsində) balanslaşdırılmış uçot sistemini özündə əks etdirir. Ayrı-ayrı ev təsərrüfatlarının müşahidə dövrü respondentin istəyi ilə təyin edilir və müayinənin başlama anından
12 ayı
keçməməlidir. Məlumatların toplanmasını xüsusi hazırlanmış işçilər həyata keçirir – yerli statistika orqanlarındakı büdcə üzrə məsləhətçilər – təqvim ayı keçəndən sonra baş çəkmə və ev təsərrüfatının yaşlı üzvlərinin şəxsən sorğusunun aparılması vasitəsilə həyata keçirilir. Sorğunun nəticələri müayinənin xüsusi formasında qeyd edilir. Əldə edilən yekunların dəqiqləşdirilməsi üçün ev təsərrüfatlarında gəlir və xərclər haqqında müntəzəm olaraq (gündəlik) aparılmış qeydiyyatdan istifadə olunur.
Gündəlik qeydiyyatın aparılması müayinənin zəruri elementi hesab edilir. Büdcə üzrə məsləhətçilər, hesabat dövründən sonrakı ayın 15-dən gec olmamaq şərti ilə, müayinə formasını Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinə (BHM) təqdim edir. Ev təsərrüfatlarının büdcə müayinəsinə cəlb edilən
işçilər fərdi
ev təsərrüfatı üzrə məlumatların məxfiliyinin qorunmasına şəxsən məsuliyyət daşıyırlar. Əldə edilmiş məlumatlara toplanması, işlənməsi məntiqi nəzarəti və saxlanmasını BHM-nin müvafiq bölməsinin işçiləri həyata keçirir. Müayinənin nəticələri kompüterdə xüsusi
hazırlanmış proqramda işlənilir. Yerlərdə müayinənin keçirilməsi və təşkilinə cavabdehlik yerli statistika orqanlarına həvalə edilmişdir. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling