Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
ÖDƏMƏLƏR – aşağıdakıları özündə birləşdirir: - müəssisə tərəfindən işçi heyətinə ödənilən əmək haqqının bütün növlərini. Həmçinin yerinə yetirilmiş işə
görə təkbaşına sahibkara kompensasiya kimi ödəniş də daxil edilə bilər; - əmək haqqı ilə əlaqədar olan və müəssisədə işləyənlərin xeyrinə həyata keçirilən xərclər: sosial sığortaya ödəmələr, bayram günlərinin ödəmə fondlarına ödənişlər, çoxuşaqlı ailələrə müavinətlər, xeyriyyə məqsədlərinə xərclər, qarşılıqlı yardım kassalarına, pensiya fondlarına və s. xərclər.
üzrə əhalinin potensial imkanları göstəricisidir. Ölkə (region) üzrə əmək haqqının orta mal ekvivalenti və onun yaşayış minimumunun müvafiq kəmiyyətinə nisbəti vasitəsi ilə ifadə olunur.
ƏMƏK HAQQININ FORMALARI - əmək haqqının təşkilinin növ müxtəlifliyidir. Əmək haqqının iki forması fərqləndirilir: vaxtamuzd və işəmuzd. Əməyin işəmuzd ödənilməsi – işəmuzd qiymət müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif maaşları və hasilat normaları əsas götürülməklə müəyyən edilir. Əməyin vaxtamuzd ödənilməsi – vaxtamuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik və ya saatlıq tarif maaşının günlə (və ya saatla)
müəyyən edilmiş
vaxt normasına vurulması yolu ilə tapılır. Đşəmuzd ödəmələr fərdi və kollektiv (qrup, briqada) olur. Kollektiv işəmuzd əməyə görə, ödəmələr zamanı əmək haqqı bütün kollektivə (qrupa, briqadaya) hesablanır və
kollektivin üzvləri
arasında mütənasib olaraq, hər bir kollektiv üzvünün tarif əmsalı və tarif üzrə ona verilən dərəcə nəzərə alınmaqla işlənmiş saatlarına görə və ya xüsusi hesablanmış əməkdə iştirak əmsalının köməyi ilə bölüşdürülür. ƏMƏK HAQQININ MĐNĐMUM MƏBLƏĞĐ – normal iş şəraitində işçilər tərəfindən sadə işlərin yerinə yetirilməsində onlara ödənilən əmək haqqının minimum həddidir. Əmək haqqının minimum miqdarı 198
Azərbaycan Respublikasında qanunla müəyyənləşdirilir. Qanuna görə ay ərzində müəyyən iş vaxtı normalarını tam işləmiş və özünün əmək vəzifəsini (əmək normasını) tam yerinə yetirmiş işçinin aylıq əmək haqqı müəyyənləşdirilmiş minimum həddən az ola bilməz.
evdə (onlar tərəfindən görülmüş işlərin ödənilməsi yolu ilə) işləyənlər də daxil olmaqla, müəssisədə işləyənlərin hamısına, birbaşa vergilər və işçilərin sosial sığorta və pensiya fondlarının üzvlük haqları çıxılmazdan əvvəl nağd pul və natura ilə ödənilən əmək haqlarının ümumi cəmidir. Əmək haqqının ümumi məbləğinə bütün pul müavinətləri, mükafatlar, “on üçüncü maaş”, işdən çıxma pulu (işdən çıxan zaman işçiyə verilən kompensasiyalar), mənzilə görə maddi yardımlar (icarə haqqı), nəqliyyat yardımları, minimum əmək haqqına görə müavinətlər, çoxuşaqlı ailələrə maddi yardımlar, çaypulu, komisyon mükafatlandırmalar (iclaslarda iştiraka görə) və işçilərin aldığı digər ödənişlər, həmçinin sosial sığortaya üzvlük haqları və işçilərin ödədiyi və işverənin hesablanmış məbləğdən tutduğu digər məbləğlər daxildir. Bu göstəriciyə həmçinin xəstəlik, bədbəxt hadisələr, hamiləlik zamanı işverənin işçiyə ödəməyi davam etdirdiyi əmək haqqı da daxildir. Đstisna edilən yardımlar: işverənin ödədiyi sosial sığorta və pensiya fondunun üzvlük haqları, ailə müavinətləri, qocalığa görə pensiyalar, əmək haqqına olan vergilər. Əmək haqqının ümumi məbləği bir işçiyə və ya bir saata düşən orta əmək haqqının hesablanması üçün bazadır. ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞ (ĐŞÇĐ YAŞ)
– insan yaşının, onun istehsalda iştirak etməsindən asılı olan, şərti dərəcə elementlərindən biridir. Azərbaycan Respublikasında əmək qabiliyyətli yaşa 15-63 yaşda kişilər, 15-60 yaşda qadınlar daxildir. Əmək qabiliyyətli yaşda olan əhalinin sayı doğum və ölümlə, ayrı-ayrı ərazilər üçün həm də miqrasiya ilə müəyyən edilir. Bu proseslərin intensivliyindən asılı olaraq, əhəmiyyətli dərəcədə kənarlaşmalar ola bilər. Əmək qabiliyyətli yaşda olanlar arasındakı əmək ehtiyatlarının təhlili zamanı, cavan əmək qabiliyyətli yaşdakılar 40 yaşadək, yaşlı əmək qabiliyyətli yaşdakılar 40 yaşdan sonra seçilir. Bu da onların əmək məhsuldarlığı, peşəkarlığı, ərazidə hərəkət
etmələri və s. ilə əlaqədardır. ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞDA OLAN ƏHALĐNĐN MƏŞĞULLUQ SƏVĐYYƏSĐ (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - 15-64 yaşında olan insanları əhatə edir. Məşğulluq beynəlxalq təriflərə uyğun başa düşülür və konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növlərində iştirakı, yaxud müvəqqəti iştirak edilməsini bildirir. Đqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.
reallıqlardan asılı olaraq müəyyən edilir. Belə ki, uşaqların əksəriyyəti məcburi təhsili başa vurur və müvafiq pensiya sisteminin ümumi şərtlərinə uyğun olaraq, müvafiq yaş həddinə çatdıqda adamlar pensiyaya çıxmaq hüququ alırlar. BMT siyahıyaalma cədvəllərində əhalinin məşğulluğunu 15 yaş və daha böyük, hələ 15 yaşı olmayan adamları isə işə götürməyə hədd qoymağı tövsiyə edir. Đşləyənlərin sayı
əhalinin seçilmiş əmək qabiliyyətli yaş diapazonuna daxil olan (adətən 15-64 yaş) adamların ümumi sayına bölünür. ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞDA OLAN ƏMƏK QABĐLĐYYƏTLĐ ƏHALĐ - I və II qrup işləməyən əlillərdən, imtiyazlar əsasında pensiya alan işləməyən şəxslərdən başqa, əmək qabiliyyətli yaşda olan əhalidir.
kimi müəyyənləşdirilir: “Bazar qiymətlərində ümumi əlavə dəyər / muzdlu işçilərin sayı”.
qiymətləri ilə ümumi əlavə dəyərin heyətin əmək haqqı xərclərinə nisbətidir.
MĐQRASĐYASI
– iş yerinin
dəyişməsi ilə
əlaqədar məşğul
əhalinin yerdəyişməsidir. Daxili və
xarici əmək
miqrasiyası fərqləndirilir. Daxili əmək
miqrasiyasına ölkənin
daxilində ayrı-ayrı regionlar, şəhərlər, şəhər və kənd arasındakı miqrasiyalar aiddir. Xarici əmək miqrasiyasına isə işləmək məqsədi ilə ölkədən kənara hərəkət daxil edilir.
ƏMƏK MĐQRASĐYASI KVOTASI – il
ərzində ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi
199
sahəsindəki işlərin səmərəliliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik ölkə vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir. ƏMƏK MÜBAHĐSƏSĐ – müəyyən məsələlər üzrə işçilər və işverənlər arasında narazılıq baş verdiyi vəziyyətdir.
– məhsul (xidmət) istehsalı və sahələr arasındakı əlaqələr prosesi əmək sərfi ilə ifadə olunmuş iqtisadi cədvəldir. Əmək sərfinin sahələrarası balansı
məlumatları ayrı-ayrı məhsulların (xidmətlərin) istehsalında canlı və maddiləşmiş əmək sərfinin ümumi həcmini müəyyənləşdirməyə, bu sərfin hər bir sahə üzrə ayrılıqda nisbətini müəyyənləşdirməyə, ayrı-ayrı məhsul növlərinin istehsalına birbaşa və tam əmək sərfləri əmsalını hesablamağa və bir sıra digər hesablamaları aparmağa imkan verir. Balansda əmək sərfləri orta illik işçilərə görə göstərilir. Onu həm də adam-günlə hesablamaq olur.
Hər bir sahə üzrə maddiləşmiş əməyin sərfi göstəriciləri, müəyyən sahənin məhsullarının digər sahələrdə istifadəsinə uyğun olaraq, sahədə mütənasib bölünən canlı əmək sərfi haqqında məlumatlar əsasında müəyyənləşdirilir. Belə bölgü şərti xarakter daşıyır, lakin sahələr üzrə məhsul istehsalına maddiləşmiş əmək sərfi haqqında təxmini təsəvvür verir. Əmək sərfinin sahələrarası balansının hər bir sətri müvafiq sahənin məhsul istehsalına canlı əmək sərfinin, onun məhsulundan istifadə edən bütün sahələr arasında, həmçinin son istehlaka və ümumi kapital yığımına necə bölüşdürüldüyünü göstərir. Əgər balansın məlumatlarına şaquli xətt üzrə baxsaq, onda əməyin bu sərfinin ayrı-ayrı sahələrin aralıq istehlakında sərfi kimi istifadə olunan, məhsullarda maddiləşmiş keçmiş əmək sərfi kimi çıxış etdiyini görərik. Bundan əlavə, hər bir sütunda canlı əməyin sərfi göstərilir. Yekunda sahələrin hər bir qrupu üzrə, hər bir sahə üzrə məhsul istehsalına canlı və maddiləşmiş əməyin sərfinin cəmi (məcmu əmək sərfi) barədə məlumatlar əldə edilir. Əmək sərfinin sahələrarası balansının tərtib edilməsi üçün əsas mənbə sahələrarası balansın (SAB) və
əmək statistikasının məlumatları hesab edilir. ƏMƏK STATĐSTĐKASI HAQQINDA 1985-ci il KONVENSĐYASI – 25 iyun 1985-ci ildə Beynəlxalq Əmək Təşkilatının baş konfransı tərəfindən qəbul edilmişdir, əmək statistikasının müntəzəm toplanmalı və dərc edilməli olan əsas göstəricilərinin siyahısını əhatə edir. Göstəricilər aşağıdakı bölmələrdə qruplaşdırılmışdır: a) iqtisadi fəal əhali, məşğulluq, işsizlik; natamam məşğulluq; b) iqtisadi fəal əhalinin strukturu və bölünməsi; c) orta əmək haqqı, əmək haqqının vaxtamuzd tarifi, iş vaxtının davamlılığı; ç) əmək haqqı; d) iş qüvvəsinin dəyəri; e) istehlak mallarının qiymət indeksi; ə) ev təsərrüfatlarının xərcləri, ev təsərrüfatlarının gəlirləri; f) istehsal zədələri və
peşə xəstəlikləri; g) əmək
mübahisələri. ƏMƏLĐYYAT – iqtisadi qiymətlilərin yaradılması, dəyişdirilməsi, mübadiləsi, ötürülməsi və ya ləğv edilməsini əks etdirən və mal və ya maliyyə aktivlərinə mülkiyyət hüququnun dəyişməsini, xidmət göstərilməsini, yaxud əmək və kapitalın verilməsini birləşdirən iqtisadi axındır.
- xarici ticarət statistikası ilə əhatə olunan, əmtəələrin hərəkətini öz arxasınca çəkən ixtiyari kommersiya və ya qeyri-kommersiya əməliyyatlarıdır.
- əməliyyat dövrləri (silsiləsi) ilə əlaqəli və öhdəliklərə ekvivalent olan borclardır. ƏMƏLĐYYAT DEBĐTOR BORCLARI -
əməliyyat dövrləri (silsiləsi) ilə bağlı və debitor öhdəliklərinə ekvivalent olan debitor borclarıdır. ƏMƏLĐYYAT LĐZĐNQĐ – maşın
və avadanlıqların texniki xidmətləri və təmiri də daxil olmaqla, onların icarəyə verilməsi ilə bağlı xidmətlərin göstərilməsi üzrə istehsal fəaliyyəti növüdür. Bu xidmətlərin dəyəri icarə haqqı ilə müəyyənləşdirilir. ƏMƏLĐYYAT SĐSTEMĐ – məlumatların işlənməsi prosesinin planlaşdırılması və təşkili, onların
daxil edilməsinin-çıxışının və məlumatların idarə olunmanın, EHM ehtiyatlarının bölüşdürülməsinin, proqram və xidmətin digər
köməkçi əməliyyatlarının hazırlanması və sazlanması üçün nəzərdə tutulmuş
– əsas iş fəaliyyətindən gəlir üzrə mövcud çatışmazlığı
200
kompensasiya etmək və ya bəzi istismar xərclərini örtmək məqsədi ilə şirkətin aldığı subsidiyadır (köməkdir).
digərindən fərqləndirən bütün xarakteristikalardır (məsələn, alqı-satqı, lizinq, emal və s.).
TƏCHĐZ EDĐLMƏSĐ – istehsalda elektrik enerjisinin və ya iş vaxtı vahidində elektrik gücünün istehlak səviyyəsini xarakterizə edən göstəricidir. Burada iki göstərici hesablanır: əməyin elektrik enerjisi ilə təchizi əmsalı və işçilərin elektrik enerjisi ilə təchizi əmsalı. Əməyin elektrik enerji ilə təchizatı əmsalı - dövr ərzində istehsalda istehlak olunan elektrik enerjisinin ümumi həcminin işçilərin orta siyahı sayına və ya onların işlədikləri vaxta (adam-gün və ya adam-saata) bölünməsi ilə müəyyən edilir. Đşçilərin elektrik enerjisi ilə təchizatı əmsalı - istehsal prosesinə xidmət
edən elektrik mühərriklərinin və elektrik cihazlarının elektrik güclərinin cəminin növbədə ən çox məşğul olan işçilərin sayına bölünməsi ilə hesablanır.
- əməyin, enerjinin bütün növləri ilə təminatını xarakterizə edən göstəricidir. Əməyin enerji təminatının potensial və faktiki əmsallarından istifadə edilir. Əməyin enerji təminatının potensial əmsalı, bütün maşın və mexanizm mühərriklərinin, həmçinin istehsal prosesinə xidmət edən
elektrik cihazlarının güclərinin, işçilərin ümumi sayına bölünməsi ilə müəyyən edilir. Əməyin enerji təminatının faktiki əmsalı, istehsala sərf edilmiş mexaniki və elektrik enerjisinin orta hesabla bir işçiyə və ya bir işlənmiş adam-saata (adam-günə) düşən miqdarını xarakterizə edir.
FONDLA TƏCHĐZATI
– müəssisə və ya sahə işçilərinin əsas fondlarla təchizatını xarakterizə edən göstəricidir. Əməyin fondla təchizatı əsas fondların orta illik dəyərinin işçilərin və ya fəhlələrin orta illik sayına nisbəti ilə müəyyən edilir.
verilmiş sahənin digər
sahələrlə texnoloji əlaqələrinin bütün silsiləsi üzrə əlaqədar sahələrdə məhsulların istehsalı ilə həm birbaşa, həm də dolayısı ilə bağlı olan əməyin (canlı və maddiləşmiş) tam sərfini xarakterizə edir. Əmək sərfinin sahələrarası balansının hər bir elementi üzrə və hər bir sahə üzrə ümumilikdə hesablana bilər. Birinci halda, əməyin tam sərfi əmsallarının matrisi sahələrarası balansın I kvadrantının elementləri üzrə alınır. Hesablama D tr = K m.ə *(E-
A) -1 düsturu (matrisa qeydi) ilə hesablanır, burada D tr -tam əməyin tam sərfi əmsalının matrisi; K ə.m. - məhsul istehsalına maddiləşmiş əməyin birbaşa sərfi əmsalının matrisası; (E-A) -1 – məhsul istehsalında aralıq istehlakı elementlərinin tam sərfi əmsalının matrisasıdır. Đkinci halda hər bir sahələrarası balansın hər bir sahəsi üzrə bütün məhsulların istehsalına əməyin tam sərfinin vektoru alınır. Hesablama t=T(E-A) -1 düsturu ilə aparılır. Burada, t - sahələrarası balansın sahələri üzrə əməyin tam sərfi əmsalının vektoru; T – sahələrarası balansın sahələri üzrə canlı əməyin birbaşa sərfi vektorudur. Təcrübədə adətən t, yəni sahələrarası balansın sahələri üzrə əməyin tam sərfi əmsalının vektoru hesablanır. ƏMƏYĐN TEXNĐKA ĐLƏ TƏCHĐZ EDĐLMƏ (SĐLAHLANMA) ƏMSALI – işçilərin istehsal avadanlıqları ilə (iş və güc maşın və avadanlıqları, ölçü və tənzimedici cihaz və qurğular, nəqliyyat vasitələri və s.) təchiz edilməsi göstəricisidir. Əməyin texnika ilə təchiz edilməsi əmsalı özündə, istehsal avadanlıqlarının dəyərinin işçilərinin sayı çox olan növbədə məşğul olan işçilərin sayına olan nisbəti əks etdirir. ƏMLAK – aşağıdakıları ifadə etmək üçün tətbiq olunan
anlayışdır: 1)
vətəndaşların şəxsi
mülkiyyətində, yaxud təşkilatın mülkiyyətində olan şeylərin və maddi sərvətlərin məcmusudur. Pul və qiymətli kağızlar da əmlaka aiddir. Əmlakın tərkibinə aid olan obyektlərin dairəsi əmlakın hansı
mülkiyyət formasına daxil olmasından asılıdır; 2) başqa şəxslərdən şeylərin alınması, yaxud əmlak xarakterli digər hüquqların məcmusudur (aktiv); 3) şəxsin əmlak vəziyyətini (aktiv və passiv) xarakterizə edən şeylərin, əmlak hüquqlarının və vəzifələrinin məcmusudur. Vərəsəlikdə və yenidən qurulması nəticəsində hüquqi şəxsə xitam verilməsi ilə əlaqədar ümumi hüquq varisliyi (aktiv və passivin, yəni hüquq və vəzifələrin başqasına keçməsi) də əmlakın bu cür başa düşülməsi ilə bağlıdır. Əmlak iki yerə bölünür - daşınar və daşınmaz əmlaka. ƏMLAK CĐNAYƏTĐ – oğurluq, soyğunçuluq, quldurluq, fırıldaqçılıq, zorakılıq, şantaj yolu ilə dövlətin, müəssisələrin, idarələrin, ictimai təşkilatların və vətəndaşların əmlak hüququ və maraqlarına qəsd etmək, həvalə edilmiş əmlakı mənimsəmək, qəsdən əmlakı məhv etmək və ya korlamaqdır.
201
ƏMLAK SIĞORTASI – sığorta obyektinin məruz qaldığı zərərə görə tam ölçüdə və ya qismən
kompensasiya ödənilməsinin (verilməsinin) sığorta ödənişləri üzrə sığortaçının vəzifələrini nəzərdə tutan sığorta növlərinin məcmusudur.
Bu zaman sığorta obyekti şəxsin əmlak maraqları olur, çünki onun əmlaka malik olmaq, idarə etmək, istifadə etmək, habelə əmlaka (yerüstü, hava və su nəqliyyat vasitələrinə, yüklərə, ev əmlakına, avadanlıqlara, əmtəə-mal qiymətlilərinə və s.) zərər dəyərsə və ya əmlak dağılarsa, onun sığortası haqqında bağlanmış müqavilədə (sığorta olunanın müqaviləsi) nəzərdə tutulduğu həcmdə ödəniş almaq hüququna malik olur. Əmlak sığortasına həm də maliyyə
- əmlakın pul ifadəsində qiymətidir və o, açıq bazarda əmlakın xüsusiyyətləri haqqında xəbərdar olanların və tipik səbəbləri olan və əmlakın satışa kifayət qədər uzun müddətə qoyulması şəraitində öz xeyrini güdmək maraqlarına malik alıcı və satıcıları məcbur etmədən, fəaliyyət göstərənlərin arasındakı rəqabət şəraitində bir əldən o biri ələ keçməsidir. Əmlakın dəyəri, onun satış xərclərini çıxmaqla, xalis bazar dəyəridir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling