Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet54/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   50   51   52   53   54   55   56   57   ...   183

RĐLMƏSĐ

 əsas fondların dəyərinin həmin dövr 

müəyyən edilməsidir. 

 

ƏSAS  FONDLARIN  LƏĞVĐ

  –  xidmət 

müddətinin  başa  çatması ilə  əlaqədar  olaraq, əsas 

fondların 

fəaliyyətdə 

olanların 

tərkibindən 

çıxarılmasının  əsas  fondların  balansında  əks 

etdirilməsidir. 

Təşkilatlar 

səviyyəsində 

əsas 


fondların  ləğvi  aşağıdakı  səbəblər  üzündən  baş 

verir:  1)  obyektin  gələcəkdə  istifadəsini  yararsız 

edən  fiziki  aşınma  və  köhnəlmə;  2)  fiziki 

vəziyyətindən  asılı  olmayaraq,  ondan  istifadə 

edilməsi 

iqtisadi 

nöqteyi-nəzərdən 

səmərəli 

olmayan,  mənəvi  aşınma;  3)  təbii  fəlakət  və 

fövqəladə hadisələr (daşqın, zəlzələ, yanğın və s.); 

4)  müəssisələrin  ləğv  edilməsi;  5)  sair  səbəblər. 

Ləğv edilən əsas fondlar tam ilkin dəyər və yaxud 

bərpa dəyəri ilə mühasibat balansından silinir. 

 

ƏSAS FONDLARIN MƏNƏVĐ (TEXNĐKĐ, 

FUNKSĐONAL) 

KÖHNƏLMƏSĐ

 

– 

fəaliyyətdə  olan  təkrar  istehsalın  ucuzlaşması  və 

ya təzə və daha müasir əsas fondların yaradılması 

nəticəsində  əmək  vasitələrinin  və  uzunmüddətli 

maddi  nemətlərin  dəyərinin  azalmasıdır.  Əsas 

fondların  dəyərinin  dəyişməsini  müəyyənləşdirən 

iki  mənəvi  köhnəlmə  forması  fərqləndirilir:  1) 

əmək  məhsuldarlığının  artırılmasına  səbəb  olan, 

əsas  fondların  obyektləri  və  həmçinin  onların 

hazırlanması  üçün  zəruri  olan  xammal,  material, 

yarımfabrikatlar, hazır məhsulları yaradan ictimai 

zəruri  xərclərin  onların  təkrar  istehsalına  görə 

azalması;  2)  əsas  fondların,  elmi  texniki 

tərəqqinin təsiri altında əvvəllər fəaliyyətdə olmuş 

fondlardan 

daha 


yaxşı 

texniki-iqtisadi 

xarakteristikalıların  (gücünün,  səmərəliliyinin, 

faydalılığının, təmirə yararlılığının, rahatlığının və 

s.) meydana çıxması. 

 

ƏSAS  FONDLARIN  MÖVCUDLUĞU

  – 

müəyyən  tarixə  dəyər  ifadəsində  əsas  fondların 

həcmini  əks  etdirən  göstəricidir.  Bütövlükdə, 

iqtisadiyyat, 

fəaliyyət 

növləri, 

müəssisələr, 

mülkiyyət  formaları,  ərazilər  üzrə  hesablanır. 

Əsas  fondların  dəyərini  faktiki  (qarışıq)  və 

müqayisəli qiymətlərlə əks etdirmək olur. 



 

ƏSAS  FONDLARIN  NÖVLƏRĐ

  –  müəyyən 

təbii-maddi  əlamətlərə  görə  formalaşdırılan  əsas 



fondların  qruplarıdır.  Nümunəvi  təsnifat  əsas 

fondları  binalara,  tikililərə  (qurğulara),  maşın  və 

avadanlıqlara  (o  cümlədən  güc  və  işçi  maşın  və 

avadanlıqlarına,  ölçü  və  tənzimləyici  cihaz  və 

qurğulara, 

laboratoriya 

avadanlıqlarına, 

hesablama 

texnikasına, 

digər 


maşın 

və 


avadanlıqlara),  nəqliyyat  vasitələrinə,  istehsal  və 

təsərrüfat  inventarlarına,  işçi,  məhsuldar  və  cins 

mal-qaraya, 

çoxillik 

əkmələrə, 

torpaqların 

yaxşılaşdırılmasına  çəkilən  əsaslı  xərclərə  və 

digər  maddi  əsas  fondlara,  həmçinin  qeyri-maddi 

əsas  fondlara  bölür.  Statistik  hesabatlarda  əsas 

fondlar  nümunəvi  təsnifat  bazası  əsasında  növlər 

üzrə  qruplaşdırılır.  Lakin  bu  zaman  onların 

tərkibinin  sahə  xüsusiyyətləri  nəzərə  alınır. 

Məsələn, 

kənd 


təsərrüfatında 

tikililərin 

(qurğuların)  tərkibində  irriqasiya,  meliorasiya  və 

su vermə qurğuları ayrılıqda göstərilir.  

Milli hesablar sistemində əsas fondların aşağıdakı 

təsnifatı qəbul edilmişdir: 



AN.11 Əsas fondlar 

AN.111 Maddi əsas fondlar 

AN.1111 Yaşayış binaları və evləri 

AN.1112 Digər binalar və qurğular 

AN.11121 Qeyri-yaşayış binaları 

AN.11122 Digər tikili və qurğular 

AN.1113 Maşın və avadanlıqlar 

AN.11131 Nəqliyyat avadanlığı 

AN.11132 Digər maşın və avadanlıqlar 

AN.1114 Kultivasiya olunan aktivlər 

AN.11141 Damazlıq, südverən və işlək heyvanlar 

və s. 

AN.11142 



Üzümlüklər, 

meyvə 


bağları 

və 


müntəzəm bar verən ağac plantasiyaları 

AN.112 Qeyri-maddi əsas fondlar 

AN.1121 Faydalı qazıntıların kəşfiyyatı 

AN.1122  Hesablama  texnikası  üçün  proqram 

təminatı  

AN.1129  Ədəbiyyat  və  incəsənət  əsərlərinin 

orijinalları 



 

ƏSAS 

FONDLARIN 

ORTA 

ĐLLĐK 

DƏYƏRĐ

 - il ərzində mövcud olan əsas fondların 

malik olduğu dəyər göstəricisinin orta qiymətidir.

 

Statistika  təcrübəsində,  bütün  əsas  fondların  ilin 



əvvəlinə  və  sonuna  yarı  dəyərlərinin  və  onların 

hesabat  ilinin  qalan  aylarının  birinci  gününə  olan 

dəyərlərinin  cəmindən  alınan  məbləğin  12-yə 

bölünməsindən  alınan  qismət  kimi,  orta  xronoloji 

düsturla  hesablanır.  Əsas  fondların  orta  illik 

balans dəyərləri ilə yanaşı, əsas fondların orta illik 



 

209


qiymətlərdə  orta  illik  dəyərlərini  də  hesablamaq 

olur.  Qalıq  ilkin  dəyər,  əsas  fondların  obyektləri 

aşındıqca,  həmçinin  onların  genişləndirilməsi, 

müasirləşdirilməsi  və  yenidən  qurulması  ilə 

əlaqədar 

dəyişir. 

Əsas 

fondların 



yenidən 

qiymətləndirilməsi  zamanı  qalıq  bərpa  dəyəri  ilə 

əvəz olunur.   

 

ƏSAS  FONDLARIN  SAHƏLƏRARASI 



BALANSI

  -  məhsul  və  xidmətlərin  istehsalı  və 



bölüşdürülməsinin 

sahələrarası 

balansının 

siyahısında 

sahələr 

üzrə 


əsas 

fondların 

mövcudluğu  və  növ  tərkibini  xarakterizə  edir. 

Əsas 


fondların 

sahələrarası 

balansının 

məlumatları  müfəssəl  sahə  bölgüsündə  əsas 

fondların  mövcudluğu  və  tərkibinə  dair  ətraflı 

məlumat almağa, buraxılan məhsulların həcmi ilə 

əlaqədə  onun  növ  tərkibini  dərindən  və  hərtərəfli 

öyrənməyə,  əsas  fondları  məhsul  istehsalı  ilə 

əlaqələndirən 

məhsulların 



birbaşa 

və 


tam 

fondtutumu əmsallarını hesablamağa imkan verir. 

Əsas  fondların  sahələrarası  balansında  əsas 

fondların  mövcudluğu  ortaillik  hesablama  ilə 

balans dəyərində əks etdirilir.  

Əsas  fondların  sahələrarası  balans  hesabatı  fond 

istehsal  edən  (maşınqayırma,  tikinti)  sahələrlə  və 

bu fondlardan məhsul və xidmətlər istehsalı üçün 

istifadə  edən  sahələr  arasında  sahələrarası 

əlaqələri  aşkar  etməyə,  bir  sıra  digər  iqtisadi 

hesablamaları həyata keçirməyə imkan verir. 

 

ƏSAS FONDLARIN SIRADAN ÇIXMASI

 

–  (I)  -  əsas  fondların  ləğvi  və  sair  çıxılmalarıdır 

(satışı, kənara verilməsi). 



(II)  -  əsas  fondların  satılması,  sökülməsi, 

dağılması və qırıntılara çevrilməsidir. Müəssisələr 

statistikası  üçün  əsas  fondların  məxarici  onların 

satılmasıdır, 

çünki 

onlar 


daha 

asanlıqla 

qiymətləndirilir.  

Əsas  fondların  satışı  balans  dəyərləri  ilə  deyil, 

faktiki  alış qiymətləri  ilə  qiymətləndirilir.  Burada 

həm  maddi  aktivlərin,  həm  də  qeyri-maddi 

aktivlərin çıxılması qeydiyyata alınır. 

Əldə olunan və ya çıxılan (silinən) əsas fondların 

saldosu  iqtisadi  vahidin  və  ya  sahənin  hesabat  ili 

ərzindəki investisiyasını hesablamağa imkan verir. 



 

ƏSAS  FONDLARIN  TAM  BƏRPA  DƏ-

YƏRĐ 

–  yenidən  qiymətləndirmənin  keçirildiyi 

dövrə  mövcud  olan  qiymətlər  və  tariflər  üzrə 

oxşar  mövcud  yeni  obyektlərin  təkrar  istehsalına 

(hazırlanmasına,  nəqlinə,  qurulmasına  və  s.) 

çəkilən xərclərin dəyəridir. 

 

ƏSAS  FONDLARIN  TƏMĐRĐ

 

– 

işçi 



vəziyyətində  saxlanması  üçün  əsas  fondların 

qismən  bərpasıdır.  Sənayedə  təmir  -  cari,  orta  və 

əsaslı  təmirə  bölünür.  Təmirin  bütün  növlərinin 

xərcləri  istehsal  xərclərinə  daxil  edilir.  Əsas 

fondların 

təmiri 


planlaşdırılmış 

və 


müəyyənləşdirilmiş vaxtdan əvvəl yerinə yetirilən 

və qəzaya görə təmirdən ibarət ola bilər.    



 

ƏSAS 

FONDLARIN 

YARARLILIQ 

ƏMSALI 

-  əsas  fondların  qalıq  dəyərinin 

onların  tam  ilkin  (bərpa)  dəyərinə  olan  nisbətidir 

(“Əsas  fondların  ilkin  dəyəri”nə  bax).  Əsas 

fondların  yararlılıq  əmsalı  -  əsas  fondların 

köhnəlmə 

(aşınma) 

səviyyəsi 

göstəricisinin 

əksidir.  

 

ƏSAS  FONDLARIN  YAŞ  XARAKTE-

RĐSTĐKALARI

  –  mövcud  əsas  fondların  orta 

yaşını, onların yaş qruplarını, sıradan çıxmış əsas 

fondların  orta  yaşını,  orta  xidmət  (faktiki  və 

normativ) müddətini əks etdirən göstəricilərdir. 



 

ƏSAS  FONDLARIN  YAŞI 

–  istismara 

verilmə  tarixi  ilə  müşahidə  tarixi  arasındakı 

vaxtdır.  Əsas  fondların  yaşını  xarakterizə  etmək 

üçün həm də onların qruplaşdırılmasından istifadə 

edilir.  Məsələn,  5 ilədək,  5  ildən çox  -  10  ilədək, 

10  ildən  çox  -  20  ilədək,  20  ildən  çox.  Əsas 

fondların  ayrı-ayrı  növlərinin  yaşlarının  müxtəlif 

olduqlarını  nəzərə  alaraq,  onların  orta  yaşının 

müəyyən edilməsi daha məqsədəuyğundur. 

 

ƏSAS 



FONDLARIN 

YENĐLƏŞMƏ 

ƏMSALI

  -  əsas  fondların  təkrar  istehsalını 

xarakterizə  edir.  Đlin  sonuna  bütün  fondların 

ümumi  həcmində  yeni  işə  salınmış  bütün 

fondların  xüsusi  çəkisini  əks  etdirir.  Đl  ərzində 

istifadəyə  verilmiş  əsas  fondların  dəyərinin  ilin 

sonuna  əsas  fondların  dəyərinə  nisbəti  kimi 

müəyyənləşdirilir.  Đnflyasiyanın  yüksək  artım 

şəraitində müqayisəli qiymətlərlə hesablanır. Əsas 

fondların yeniləşmə əmsalı həm ümumilikdə əsas 

fondlar üzrə, həm də onların ayrı-ayrı növləri üzrə 

dəyər və natural ölçülərdə müəyyənləşdirilir. 

 

ƏSAS  ĐSTEHSAL  FONDLARI  –  sosialist 

iqtisadiyyatında  məhsulların  istehsalı  və  ya 

xidmətlərin  (nəqliyyat,  rabitə,  ticarət  və  s. 

xidmətlərin)  göstərilməsi  üçün  istifadə  edilən 

əsas fondlar olmuşdur

 

ƏSAS  ĐŞ  (GƏLĐRLĐ  MƏŞĞULLUQ)



  – 

iqtisadi  fəaliyyətlə  məşğul  olanlara  aid  olan  və 

əlavə  işi  (gəlirli  məşğulluğu)  olan  bütün  şəxslər 

üçün  müəyyən  edilir.  Əsas  iş  (gəlirli  məşğulluq) 

şəxsin  özü  üçün  əsas  hesab  etdiyi,  yaxud  daha 

artıq iş saatı işlənən və ya daha çox gəlir gətirən iş 

hesab  edilir.  Əsas  işdən  başqa,  şəxs  ona  gəlir 



 

210 


gətirən  ikinci  işdə  də  işləyə  bilər  və  bu  iş  həmin 

şəxs üçün əlavə (ikinci) məşğulluq hesab edilir. 



 

ƏSAS  KAPĐTAL

  –  təqribən  “əsas  fondlar”ın 

müəyyənləşdirilməsinə  (anlayışına)  uyğun  olan 

kateqoriyadır,  uzun  müddət  işçi  (əməliyyat) 

dövrləri ərzində istifadə oluna bilən maddi, qeyri-

maddi  və  maliyyə  aktivləridir.  Əsas  kapital,  əsas 

fondların  tərkibinə  daxil  olan  elementlərdən 

başqa, özündə başa çatdırılmamış tikinti hissəsini 

-  başa  çatdırılmamış  tikinti  işlərinin  dəyərini  də 

birləşdirir,  bu  şərtlə  ki,  tikilmiş  obyekt  üçün  alıcı 

tapılmış  və  əvvəlcədən  onunla  satış  haqqında 

müqavilə  imzalanmış  olsun.  Əsas  kapitala  torpaq 

və 


binalar, 

istehsal 

tikililəri, 

maşın 


və 

avadanlıqlar,  investisiyalar  aid  edilir.  Əsas 

kapitala  xərclər  onlardan  gözlənilən  istifadə 

müddəti  ərzində  gəlirdən  silinir,  bununla  yanaşı, 

onlar  əsas  fondların  balans  dəyərindən  çıxılır  və 

amortizasiya ayırmalarının hesabına aid edilir.  

 

ƏSAS  KAPĐTAL  (ƏSAS  FONDLAR)

  - 


istehsal  aktivləri  kimi  müəyyənləşdirilir  və 

istehsal  prosesində  bir  ildən  çox  dəfələrlə  və  ya 

daima istifadə olunur. 

 

ƏSAS  KAPĐTALA  ĐNVESTĐSĐYALAR



  – 

bütün 


növ 

əsas 


vəsaitlərin 

alınmasına, 

yaradılmasına və istehsalına yönəldilmiş xərclərin 

məcmusudur. 

Əsas 

kapitala 



yönəldilmiş 

investisiyalar 

tikinti-quraşdırma 



işlərinə, 

quraşdırılması 

tələb 

olunan 


və 

ya 


tələb 

olunmayan,  tikili  və  obyektlərin  smetasına  daxil 

olan və ya daxil olmayan maşın və avadanlıqların 

alınmasına və quraşdırılmasına, işçi və məhsuldar 

heyvanların  alınmasına,  çoxillik  əkmələrin  və 

meşə zolaqlarının salınmasına, istehsal olunmayan 

aktivlərə  mülkiyyət  hüququnun  verilməsinə, 

qeyri-maddi  əsas  fondların  (layihə-axtarış  işləri 

proqram  təminatı,  məlumat  bazası,  incəsənət  və 

əyləncəli  janr  əsərlərinin  orijinalları  və  s.) 

alınması  və  hazırlanmasına  və  əsas  fondların 

dəyərinin  artırılmasına  yönəldilən  sair  işlərin 

yerinə 

yetirilməsinə 



sərf 

edilən 


xərclərin 

cəmindən  ibarətdir.  Əsas  kapitala  yönəldilmiş 

investisiyaların 

maliyyələşdirmə 

mənbələri 

müəssisə  və  təşkilatların  öz  vəsaitləri,  büdcə 

vəsaitləri  (dövlət  büdcəsi  və  ya  yerli  büdcələr), 

əhalinin 

şəxsi 

vəsaitləri, 



bank 

kreditləri, 

büdcədənkənar  fondların  vəsaitləri  və  digər 

vəsaitlər ola bilər. 

 

ƏSAS  KAPĐTALDA  DĐGƏR  MƏNBƏLƏ-

RĐN

 

PAYI

  –  yeni  biznesin  təşkili  üçün  özünün 

xüsusi  vəsait,  dotasiya  və  istiqrazlarından  başqa, 

digər 


vəsait 

mənbələrindən 

istifadə 

edən 


müəssisələrin faizidir. 

ƏSAS  KAPĐTALIN  ĐSTEHLAKI

  –  (I)  - 

istehsalçıda mövcud olan əsas kapitalın dəyərinin 

müəyyən  hesabat  dövrü  ərzində  fiziki,  mənəvi 

aşınması 

və 

ya 


korlanması 

nəticəsində 

azalmasıdır.  

(II) - özündə müvafiq dövr ərzində normal olaraq 

fiziki  köhnəlmiş  və  mənəvi  cəhətdən  köhnəlmiş 

əsas  fondların  istehlak  məbləğini,  o  cümlədən 

sığortalanması  mümkün  olan  bədbəxt  hadisələr 

nəticəsində itirilmiş əsas fondlar da daxil olmaqla, 

nəzərdə tutulmuş itkiləri əks etdirir. 



(III)  –  istehsal  xərclərinə  aiddir.  O,  ümumi  sözlə 

hesabat  dövrü  ərzində  istehsalçıya  aid  olan  və 

onun tərəfindən istifadə olunan əsas kapitalın cari 

ehtiyatlarının  dəyərinin  normal  fiziki  və  mənəvi 

aşınma  və  ya  qəzadan  adi  korlanma  nəticəsində 

azalması kimi ifadə olunur. Əsas kapitalın istifadə 

olunmasına  hərbi  əməliyyatlar  və  ya  çox  gec-gec 

baş  verən  iri  təbii  fəlakətlər  kimi  xüsusi 

hadisələrdə  dağılmış  əsas  kapitalın  dəyəri  daxil 

edilmir. Bu itkilər MHS-də “Aktivlərin həcmində 

digər  dəyişikliklər”  hesabında  yazılır.  MHS-də 

əsas  kapitalın  istehlakı  elə  müəyyənləşdirilmişdir 

ki,  o  nəzəri  cəhətdən  düzgündür  və  iqtisadi 

təhlilin  məqsədlərinə  uyğundur.  Onun  kəmiyyəti 

mühasibat uçotunda əks olunan və ya vergi ödəmə 

məqsədi  ilə,  xüsusən  inflyasiya  mövcud  olduqda 

müəyyənləşdirilən  amortizasiya  ayırmalarından 

əhəmiyyətli dərəcədə fərqlənə bilər. 



 

ƏSAS  KAPĐTALIN  SATILMASI

  –  əsas 

kapitalın  satılmasının  həcmi  balans  dəyəri  üzrə 

deyil,  əlavə  dəyər  vergisi  çıxılmaqla,  faktiki 

qiymət üzrə müəyyənləşdirilir. Həm material, həm 

də  qeyri-material  aktivlərinə  investisiyaların 

nəticəsi  hesab  edilən  əsas  kapitalın  satışının 

növləri qeydiyyatdan keçirilir.  

Qeyd: Qazancların və əsas kapitalın satışı balansı 

hesabat  dövrü  ərzində  vahidin  və  ya  bölmənin 

investisiyalarını müəyyənləşdirməyə imkan verir. 

 

ƏSAS KAPĐTALIN ÜMUMĐ YIĞIMI

 – (I) 

–  rezidentlərin  gələcək  dövrlərdə  istehsalda 

istifadə  edəcəkləri  və  beləliklə,  yeni  gəlir 

yaradacaq  əsas  kapital  obyektlərinə  qoyduqları 

vəsaitdir.  MHS-nin  “Kapitalla  əməliyyatlar” 

hesabının 

göstəricisidir. 

Sıradan 

çıxmışlar 

çıxılmaqla  alınmış  əsas  fondların  dəyəri,  üstəgəl 

qeyri-istehsal maddi aktivlərin yaxşılaşdırılmasına 

və  bütün  qeyri-istehsal  aktivlərlə  bağlı  mülkiyyət 

hüquqlarının  verilməsinə  xərclərin  dəyəri  kimi 

müəyyən edilir. 

(II) - Avropa hesablar sisteminə (AHS) görə, əsas 

kapitalın  ümumi  yığımı  əsas  fondların  silinməsi 

çıxılmaqla,  istehsalçı-rezidentlərin  əldə  etdikləri 

əsas  fondlar,  üstəgəl  istehsalçı  və  ya  institusional 



 

211


vahidlərin  həyata  keçirdikləri  istehsal  fəaliyyəti 

nəticəsində  qeyri-istehsal  aktivlərinin  dəyərlərinə 

bəzi  əlavələr  kimi  müəyyən  edilir.  Qeyri-istehsal 

aktivlərinin  dəyərinə  olan  əlavələrə  -  torpaq 

bəndlər 

tikilməklə 

meliorasiya 

nəticəsində 

torpağın 

yaxşılaşdırılmasına 

çəkilən 

kapital 


xərcləri daxil edilir.  

Əsas kapitalın ümumi yığımı müsbət və ya mənfi 

ola bilər. 

Müsbət  yığıma  daxildir:  satın  alınmış,  barter 

vasitəsilə  əldə  olunmuş,  təbii  şəkildə  kapital 

transferləri  köçürmələri  kimi  alınmış  və  ya 

maliyyə  lizinqi  üzrə  istifadəçi  tərəfindən  əldə 

olunmuş  yeni  və  ya  mövcud  əsas  fondların 

dəyələri;  istehsal  edilmiş  və  istehsalçı  tərəfindən 

özünün  şəxsi  istifadəsi  üçün  saxlanmış  əsas 

fondların  dəyərləri;  əsas  fondların  və  mövcud 

tarixi  abidələrin,  fondların  təbii  artması  və  əsaslı 

yaxşılaşdırılması dəyərləri.  



Mənfi dəyərlərə daxildir: əsas fondların silinməsi, 

məsələn, satılan, barter yolu və ya kapital transferi 

köçürmələri  kimi  təbii  şəkildə  verilən  mövcud 

əsas  fondlar.  Əsas  fondların  silinməsi  mənfi  əldə 

etmə kimi uçota alınır və əsas fondların istifadəsi 

və fövqəladə hadisələr (quraqlıq və ya digər təbii 

fəlakətlər) nəticəsindəki itkilər ona daxil deyildir

(III) – institusional vahidlərin və ya sektorun əsas 

kapitalının ümumi yığımı yeni və ya mövcud əsas 

fondlardan 

sıradan 


çıxmışlar 

çıxılmaqla 

alınmışların  dəyərinə  görə  müəyyən  edilir. 

Çıxılmaya əsas kapitalın istehlakı daxil edilmir. 



 

ƏSAS  QEYRĐ-ĐSTEHSAL  FONDLARI

  – 

sosialist  iqtisadiyyatında  qeyri-maddi  xidmətlərin 

göstərilməsi  üçün  istifadə  edilən  əsas  fondlar 

olmuşdur

 

ƏSAS  QĐYMƏT

  –  (I)  -  mal  və  xidmət 

vahidinin dəyərini əks etdirən MHS göstəricisidir. 

Bu qiymətə məhsula vergilər, yaxud subsidiyalar, 

həmçinin  ayrılıqda  hesablanan  tədarük  üzrə 

xərclər daxil edilmir. 

(II)  -  istehsal  olunmuş  mal  və  xidmət  vahidinə 

görə istehsalçıların alıcılardan aldığı qiymətdir ki, 

burada  onun  istehsalı  və  satışı  ilə  bu  vahid 

tərəfindən  ödənilən  vergilər  (yəni  məhsula  vergi) 

çıxılır,  məhsulun  istehsalı  və  satışının  nəticəsi 

kimi  bu  vahidin  aldığı  hər  hansı  subsidiya  (yəni 

məhsula  subsidiya)  üstə  gəlinir.  Ona  istehsalçı 

tərəfindən hesab-fakturaya daxil edilmiş nəqliyyat 

əlavələri  daxil  edilmir,  hətta  hesabda  ayrıca 

maddə kimi göstərilsə belə. 



 

ƏSAS QĐYMƏTLƏRLƏ ƏLAVƏ DƏYƏR

 

-  əsas  qiymətlərlə  ifadə  olunmuş  ümumi  məhsul 



buraxılışından  istehlakçı  qiymətləri  ilə  ifadə 

olunmuş  aralıq  istehlakın  çıxılması  yolu  ilə 

hesablanır.  Əsas  qiymət  –  məhsula  görə 

ödənilməsi  nəzərdə  tutulan  bütün  vergilər 

çıхılmаqlа  və  məhsula  görə  subsidiyаlаr  dахil 

edilməklə, 

istehsalçının 

məhsul 


(xidmət) 

vahidinin satışından əldə etdiyi məbləğdir. Məhsul 



və  xidmətlərin  ümumi  buraxılışı  -  nəzərdən 

keçirilən  dövr  ərzində  təsərrüfаt  vahidlərinin-

rezidentlərin  istehsal  fəaliyyətinin  nəticəsi  оlаn 

məhsul  və  xidmətlərin  dəyəri  оlmаqlа  istehsаl 

fəаliyyətinin  həcmini  səciyyələndirir.  Đstehsаl 

fəаliyyətinin  MHS-də  qəbul  edilmiş  sərhədlərin 

аnlаyışınа  uyğun  оlаrаq  burахılış  аşаğıdакılаrı 

özündə birləşdirir: 

1)  istehsalçısı  оlmаyаn  vahidlərə  göndərilən 

məhsul və хidmətlər; 

2) 

istehsаlçının 



mаddi 

dövriyyə 

vəsаitləri 

ehtiyаtlаrınа  аid  оlаn  məhsul  dа  dахil  edilməкlə, 

özünün  sоn  istehlакı  və  yа  yığımı  üçün  istehsаl 

оlunаn məhsul; 

3)  özünün  sоn  istehlакı  üçün  istehsаl  edilən  bəzi 

хidmətlər. 



Aralıq istehlak - məhsul və xidmətlərinin istehsalı 

ilə  əlaqədar  istehsal  prosesində  istifadə  olunan 

əmək  və  xidmət  predmetlərindən  ibarət  xərclər 

göstəricisidir. 



Məhsulа  görə  vergilər  -  аdətən  məhsul  və  yа 

хidmət  vаhidinə  görə,  yəni  rezidentlər  tərəfindən 

istehsаl  edilən,  sаtılаn  və  yа  idхаl  edilən  məhsul 

və  хidmətlərin  miqdаrınа,  yахud  dəyərinə 

mütənаsib  оlаrаq  аlınаn  vergilərdir.  Bu  vergilərə 

əsasən  əlavə  dəyər  vergisi,  aksiz  vergisi,  xarici 

iqtisadi fəaliyyətlə bağlı vergilər və s. aiddir.  

Məhsulа  görə  subsidiyаlаr  -  аdətən  rezidentlər 

tərəfindən  istehsаl  edilən,  sаtılаn  və  yа  idхаl 

edilən  məhsul  və  хidmətlərin  miqdаrınа  və  yа 

dəyərinə 

prоpоrsiоnаl 

оlаrаq 


ödənilən 

subsidiyаlаrdır.  Müəssisələrin  istehsаl  etdiyi 

məhsulun 

sаtış 


qiymətinin 

оrtа 


istehsаl 

хərclərindən  аşаğı  təyin  edilməsi  nəticəsində  bаş 

verən  dаimi  zərərlərə  görə  dövlət  büdcəsindən 

müntəzəm  ödəmələr,  iхrаc  və  idхаl  subsidiyаlаrı 

və s. аiddir.  


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   50   51   52   53   54   55   56   57   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling