Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ƏLĐLLĐK
- ƏLVERĐŞSĐZ ƏMƏK ŞƏRAĐTĐNDƏ MƏŞĞULLUQ
- ƏMANƏT BANKI
- ƏMANƏTLƏR VƏ KAPĐTAL TRANS- FERTLƏRĐ NƏTĐCƏSĐNDƏ XÜSUSĐ KAPĐTALIN XALĐS
- ƏMANƏTLƏRĐN QALIĞI
- ƏMƏK BAZARI
- ƏMƏK BAZARI STATĐSTĐKASI
- ƏMƏK ƏŞYALARINA (və ya MƏHSUL və XĐDMƏTLƏRƏ) BĐRBAŞA SƏRF ƏMSALLARI
- ƏMƏK ƏŞYALARINA (və ya MƏHSUL və XĐDMƏTLƏRƏ) TAM XƏRC ƏMSALLARI
- ƏMƏK ƏŞYALARININ BĐRBAŞA MƏS- RƏFLƏRĐ
- ƏMƏK ƏŞYALARININ TAM MƏSRƏFĐ
- ƏMƏK HAQQI – (I)
- Vaxt hesabı
ƏLAVƏ VAHĐDLƏR – kiloqramla ifadə olunan, kütlə ölçü vahidindən fərqlənən miqdar ölçü
vahidləridir. Onlar
qəbul olunmuş
birləşdirilmiş (kombinə edilmiş) nomenklaturaya uyğun olaraq göstərilir. ƏLAVƏ, ĐKĐNCĐ DƏRƏCƏLĐ – bu
anlayışdan “iqtisadi fəaliyyət növü” termini kimi istifadə olunur. O, əsas və köməkçi hesab edilməyən fəaliyyət növünə aiddir.
(latınca invalidus - zəif, gücsüz deməkdir) – orqanizmin funksiyasının davamlı olaraq pozulması ilə (xəstəliklə) şərtlənən, zədə və qüsurlar nəticəsində həyat
fəaliyyətini məhdudlaşdıran və zəruri sosial yardıma səbəb olan səhhətin pozulmasıdır. Əlillik xəstəlik, yaxud şikəstlik nəticəsində öz peşəsi (ixtisası) üzrə əmək qabiliyyətinin həmişəlik və ya uzun müddətə tam və ya qismən itirilməsidir. Əlil kimi tanınmış 18 yaşdan yuxarı şəxslər üçün əlillik qrupları, 18 yaşınadək olan uşaqlar üçün isə “sağlamlıq imkanları məhdud olan uşaqlar” kateqoriyası müəyyənləşdirilir. Qanunvericilikdə əmək
qabiliyyətinin itirilməsindən asılı olaraq, əlilliyin 3 qrupu nəzərdə tutulur. Əlillik faktı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən müəyyən edilir. Statistik müşahidələrdə əlillik, ilkin əlillik – hesabat ilində
ilk dəfə
əlil kimi
müəyyənləşdirilmiş şəxslər və əlil olma vaxtından asılı olmayaraq, sosial müdafiə şöbəsində uçotda olan əlilləri xarakterizə edən kontingent - ümumi əlillər fərqləndirilir. Əlillik öz səviyyəsinə görə əhalinin müxtəlif növ tibbi yardıma olan ehtiyacının, sosial yardımın və dövlət yardımının, əmək güzəştlərinin və maddi təminatın ölçüsü ilə müəyyən edilir.
zərərli və ağır əmək şəraitində işlədiklərinə görə bir və ya bir neçə növ güzəşt və ya kompensasiya almaq hüququna malik olan şəxsləri əhatə edən statistik göstəricilərdir ki, bu göstəricilərə də aşağıdakılar aiddir: əlavə məzuniyyət, qısaldılmış iş günü, pulsuz müalicə-profilaktika qidası, pulsuz süd və ya digər eyni əhəmiyyətə malik olan ərzaq məhsulları, yüksəldilmiş tarif dərəcəsi (maaş), əmək şəraiti və intensivliyinə görə əlavələr, güzəştli şəraitdə pensiya. Əlverişsiz təbii-iqlim şəraitində çalışan şəxslər, həmçinin məktəb və digər uşaq müəssisələrində müəllimlik fəaliyyəti ilə məşğul olanlar üçün müəyyən edilmiş güzəştlərə malik olan işçilər, teatrlar və digər teatr-tamaşa müəssisə və
kollektivlərində yaradıcılıq işi ilə əlaqədar uzun müddət xidmətə görə pensiya almaq hüququna malik olanlar bu kateqoriyaya daxil edilmir.
funksiyası əhalinin sərəncamında sərbəst qalan pul vəsaitlərini və yığımlarını müvəqqəti olaraq cəlb etməkdən ibarətdir.
- əmanətlərin ümumi səviyyəsi ilə əhalinin real gəlirləri arasında asılılıq yaradan əlaqədir.
FERTLƏRĐ NƏTĐCƏSĐNDƏ XÜSUSĐ KAPĐTALIN XALĐS DƏYƏRĐNĐN DƏYĐŞMƏSĐ – kapitalla əməliyyatlar hesabının sağ tərəfində ehtiyatların ümumi məbləği əks etdirilir və əmanətlər və xalis kapital transfertləri nəticəsində xüsusi kapitalının xalis dəyərinin dəyişməsi kimi xarakterizə olunur. O, özündə maliyyə və qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün vahidlərin və ya bölmənin sərəncamında olan müsbət və mənfi məbləğləri əks etdirir.
– müəyyən tarixə əmanət
və kommersiya banklarında fiziki
şəxslərin hesablarında olan əmanətlərin ümumi miqdarıdır. Əmanətlərin qalığı əsasında əhalinin əmanətlərinin artması və ya azalması, mal və xidmətlərə yığılmış və ya ödənilməmiş tələbatının miqdarının, həyat, rifah halının səviyyəsinin, istehlak səbətinin tərkibinin təhlili aparılır.
– insanın, insanların dərk edilmiş, enerjitutumlu, hamı tərəfindən məqsədəuyğun sayılan, səylərin göstərilməsini, işin görülməsini, işin görülməsini tələb edən fəaliyyəti, istehsalın dörd amillərdən biridir.
işçi
qüvvəsinin bölüşdürülməsi və istifadə edilməsini əlaqələndirən və tənzimləyən iqtisadi, sosial, təşkilati, hüquqi tədbirlər və institutlar sistemidir. Əmək bazarının fəaliyyəti bazar iqtisadiyyatının formalaşmasının ayrılmaz hissəsi sayılır. Əmək bazarı statistikası yalnız tələb və təklifin məcmusu olan işçi qüvvəsini öyrənmir. O, eyni
195
zamanda əmək haqqı, əmək şəraiti və kadrların peşə
hazırlığını, əmək
bazarı siyasətinin müəyyənləşdirilməsi üçün zəruri olan bir sıra digər problemləri də öyrənir. Başlanğıc mövqeyindən asılı olaraq, bu sahədə iki siyasət növü fərqləndirilir: əmək bazarında ümumi iqtisadi siyasət və fəal siyasət.
- həm iqtisadi, həm də sosial statistikanın mühüm tərkib hissəsidir. Əmək ehtiyatlarına, əhalinin iqtisadi fəallığına, məşğulluq və işsizliyə dair məsələləri öyrənir, əmək haqqının səviyyəsi və dinamikasını, əmək haqqının miqdarına görə işləyənlərin təbəqələşməsini, işləyənlərin əmək şəraitini tədqiq edir.
ƏMƏK EHTĐYATLARI – iqtisadi fəaliyyətlə məşğul olan və işləmək qabiliyyətlinə malik olan, lakin müəyyən səbəbdən işləməyən əhalidir. Əmək ehtiyatlarına daxildir: I və II dərəcəli işləməyən əlillərdən və imtiyazlar əsasında pensiya alan işləməyən şəxslərdən başqa, əmək qabiliyyətli yaşda olan əhali; işləyən yeniyetmələr və pensiya yaşında olan işləyən şəxslər.
ehtiyatlarının mövcudluğunu, onların sahələr və fəaliyyət növləri üzrə bölüşdürülməsini əks etdirən göstəricilər sistemidir. Hər il üçün şəhər və kənd yerlərinə bölünməklə, ölkə üzrə tərtib olunur. Əmək ehtiyatları balansı iki - ehtiyat və istifadə bölməsindən ibarətdir. Birinci bölmədə əmək ehtiyatları və onların formalaşma mənbələri xarakterizə edilir: əmək qabiliyyətli yaşda olan əhali və yaşı əmək qabiliyyətli yaş həddində olmayan işləyən şəxslər (pensiya yaşında olan şəxslər və yeniyetmələr). Birinci bölmənin məlumatlarını tərtib etmək üçün aşağıdakı məlumatlardan istifadə edilir:
demoqrafiya statistikasının əmək qabiliyyətli yaşda olan əhali sayı haqqında cari məlumatlarından; imtiyazlı şərtlərlə təqaüd alan şəxslərin və işləməyən əlillərin sayı
haqqında sosial
müdafiə təşkilatlarının məlumatlarından; işləyən
pensiyaçıların və yeniyetmələrin sayı haqqında məşğulluq üzrə işçi qüvvəsi müayinəsinin məlumatlarından. Đkinci bölmədə əmək ehtiyatları iqtisadi fəal əhaliyə (iqtisadi fəaliyyətlə məşğul olanlar və işsizlər) və ayrıca bir mövqe ilə ayrılan, gündüz təhsil alan, işləmək istəməyən əmək qabiliyyətli yaşında iqtisadi qeyri-fəal əhaliyə bölünür. Đqtisadi fəal əhali fəaliyyət növləri və mülkiyyət formaları üzrə bölünür. Đkinci bölməni tərtib etmək üçün məlumat mənbəyi muzdlu şərtlərlə işləyənlər haqqında müəssisə və təşkilatların məlumatları hesab edilir: məşğulların və işsizlərin sayı haqqında məşğulluq üzrə əhalinin müayinə materiallarının məlumatları; rəsmi olaraq
dövlət məşğulluq xidməti orqanlarında qeydə alınmış
işsizlərin sayı
haqqında məlumatlar; təhsil müəssisələrində gündüz təhsil alanların sayı haqqında məlumatlar. Balansın ehtiyat və istifadə hissələrindəki (I və II bölmələr) məlumatların uyğunluğunu əldə etmək məqsədilə ölkə ərazisində işləmək üçün cəlb edilmiş xarici işçi qüvvəsi haqqında məlumatlar ayrıca element kimi əmək ehtiyatlarına daxil edilir.
Əmək ehtiyatları balansı əmək ehtiyatlarının iqtisadi fəallığını, məşğulluq və işsizliyin səviyyəsini müəyyən etməyə, məşğulların sayının, onların fəaliyyət sahələri üzrə bölüşdürülməsi haqqında məlumatların əldə edilməsinə imkan verir.
ƏMƏK ƏŞYALARINA (və ya MƏHSUL və XĐDMƏTLƏRƏ) BĐRBAŞA SƏRF ƏMSALLARI - bir məhsulun (xidmətin) digər məhsul (xidmət) vahidinin istehsalına sərfini və yaxud bir sahənin məhsulunun digər sahənin məhsul
istehsalına sərfini
əks etdirən
göstəricilərdir. Hesablamalar j ij ij X X a = düsturu üzrə hesablanır. Burada, ij a -
i sahəsinin və ya i məhsulunun (xidmətinin) j sahəsinin vahidinə və ya j məhsuluna (xidmətinə) birbaşa sərfi əmsalı; X ij – i sahəsinin məhsulunun və ya i məhsulunun (xidmətinin) j sahəsinin məhsul istehsalına və yaxud j məhsuluna (xidmətinə) sərfi; X j – j sahəsinin bütün məhsulları və ya j məhsullarıdır (xidmətidir). Məhsul və xidmətlərin istehsalı və bölüşdürülməsinin sahələrarası balansı əsasında hesablanır.
verilmiş növünün istehsalı ilə bağlı digər sahələrdə olan yalnız birbaşa xərcləri deyil, həm də dolayı xərcləri nəzərə alan bir sahənin digər sahənin son məhsul vahidinin istehsalına əmək əşyaları (və ya məhsul və xidmət) xərclərini ifadə edən göstəricilərdir. Məhsul və xidmətlərin
əşyalarına tam xərc əmsalları birbaşa xərclər əmsalı əsasında aşağıdakı düsturla hesablanır: (E-A)
-1 , burada: A – birbaşa xərclərin matrisi; E – vahid matrisidir. Matrisin dövr etmə əməliyyatının 196
riyazi düsturu xüsusi proqram üzrə hesablama texnikasında yerinə yetirilir.
– məhsul və xidmətlərin istehsal və bölüşdürülməsinin sahələrarası balansı əsasında hesablanan, bir məhsulun (xidmətlərin) digər məhsulların istehsalına məsrəfləri və ya bir sahənin məhsullarının digər sahənin məhsullarının istehsalına sərf edilməsidir. Natural və pul ifadəsində (məsələn, kömürün elektrik enerjisinin istehsalına natural ifadədə sərfi və ya qara metallurgiya sahəsinin məhsullarının dəzgahqayırma sahəsinin məhsulunun istehsalına dəyər ifadəsində xərcləri) hesablanır. Mövcud məhsul növünün istehsalı ilə bilavasitə bağlı olan məsrəfləri qeydə alan mühasibat uçotundan fərqli olaraq, sahələrarası balansda göstərilmiş birbaşa məsrəflərə həmçinin ümumzavod və sex
xərclərinə məsrəflər də daxil edilir. Bu, iqtisadiyyatda məhsulların və xidmətlərin istehsal və bölüşdürülməsi prosesində yaranan ayrı-ayrı sahələr arasında olan qarşılıqlı əlaqələri daha dolğun qeydiyyata almağa imkan verir.
-
və xidmətlərin istehsalı və bölüşdürülməsinin sahələrarası balansının məlumatları əsasında hesablanan, verilmiş məhsul (xidmət) növünün istehsalı ilə bağlı olan xammal və
materialların, yanacaq
və enerjinin, komplektləşdirici məmulatların və yarımfabrikatların birbaşa və dolayısı ilə sərfidir. Məsələn, dəzgahların istehsalında elektrik enerjisinin tam məsrəfinin müəyyən edilməsi üçün yalnız dəzgahqayırma müəssisələrində birbaşa məsrəflər deyil, həm də dəzgahlar hazırlanan poladın əridilməsinə, metalların emalına və digər materialların istehsalına sərf olunan elektrik enerjisi; dəzgahqayırma istehsalı prosesində istehlak olunan yanacağın istehsalı; bütün bu materialların ilkin istehsal olunduğu yerdən istehlakçı müəssisələrə qədər daşınma xərcləri də nəzərə alınır. Beləliklə, dəzgahların istehsalında elektrik enerjisinin tam sərfinin müəyyən edilməsi üçün ictimai əmək bölgüsünün ümumi sistemində dəzgahqayırmanın başqa sahələrlə zəncirvari texnoloji əlaqələrinin mövcud olduğu bütün sahələrin məsrəflərini nəzərə almaq lazımdır.
– (I) - işlənmiş vaxta və ya yerinə yetirilmiş işə görə, həmçinin işlənməmiş, ancaq ödəməyə aid olan vaxta (məsələn, illik məzuniyyətə) görə muzdlu işçilərin aldığı pul və ya natural formada ödəmələrin məbləğidir. Bu məbləğə
əmək haqqına
edilən əlavələrin, mükafatların və digər ödənclərin məbləği də daxil edilir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin əmək haqqı müəyyən edilmiş minimum əmək haqqından aşağı ola bilməz.
işəmuzd
ödənilməsi əsasında həyata keçirilməsindən və onların müntəzəm və ya qeyri- müntəzəm aparılmasından asılı olmayaraq, hesabat dövrü ərzində yerinə yetirilən işə görə ödəmə cədvəlində (evdə iş görənlər də daxil edilməklə) adları göstərilmiş bütün şəxslərə ödənilən pul və ya natural formada haqdır. Əmək haqqına muzdlu işçilər tərəfindən sosial sığortaya, gəlirə vergilərə və s. (hətta əgər onlar işverən tərəfindən faktiki tutulursa və muzdlu işçilərin adından birbaşa sosial sığortaya, vergi xidmətlərinə və s. ödənilirsə də) istənilən ödəmələr daxil edilir. Əmək haqqına işverənin özü tərəfindən sosial sığortaya ödəmələr daxil edilmir. Muzdlu işçilərin əmək haqqına daxildir: bütün həvəsləndirici ödəmələr, mükafatlar, xeyriyyə ödəmələri, on üçüncü əmək haqqı, işdən çıxmaya görə ödəmələr, ev kirayə etməyə və nəqliyyat xərclərinə vəsait, həyat səviyyəsini saxlamaq üçün müavinətlər və ailə müavinətləri, çaypulu, komisyon haqqı, peşə təhsilinə və ixtisasartırma üzrə kurslara getməyə vəsait, işverən tərəfindən tutulan vergilər, sosial sığorta üzrə ödəmələr və digər məbləğlər. Konkret iqtisadi vahid tərəfindən tətbiq olunan uçot təcrübəsindən asılı olaraq, işverən tərəfindən xəstəlik, istehsalat zədəsi hallarında, hamiləlik və doğuş
üzrə məzuniyyətlərdə, iş vaxtının ixtisara salınmasına görə ödənilən əmək haqqı və ya sosial sığortaya xərclər nəzərə alına bilər. (III) - evdə iş görənlərə onlar tərəfindən yerinə yetirilən işə görə ödəmələr də daxil edilməklə, ödəmə cədvəlinə daxil edilmiş bütün işləyən şəxslərə vahid tərəfindən hesablanmış nağd pul və natura şəklində ödəmələrin bütün növləri (birbaşa vergilər və işçilərin sosial sığortaya üzvlük haqları tutulmamışdan əvvəl) və pensiya fondlarına ödəmələr daxildir. (IV) – işverən tərəfindən sosial sığortaya ayırmalar istisna olmaqla, muzdlu işçilərin əmək haqqından ibarətdir.
– geniş mənada, muzdlu işçilərin gördükləri işin miqdar və keyfiyyətinə uyğun olaraq, onların əmək haqlarına sərf olunan milli gəlirin istehlak fondunun bir hissəsidir. Əmək üzrə dövlət statistika müşahidəsinin aparılması zamanı, əmək
haqqı fonduna
müəssisələrin (idarələrin, təşkilatların) köçürdükləri pul məbləğləri, onların ödəniş 197
mənbəyindən və smetalarından asılı olmayaraq, daxil edilir. Bütün məbləğlər, işçilərə ödəniş müddətindən və onların faktiki ödənişlərindən asılı olmayaraq, əmək haqqına, mükafatlara və s. görə hesablaşmalar aparılan ödəniş sənədlərinə uyğun olaraq nəzərə alınır. Əmək haqqı fondunun tərkibinə daxil olan əlavə edilən məbləğlər: işlənmiş və işlənməmiş iş vaxtına görə əmək haqları (pul və natura şəklində); həvəsləndirici əlavələr və artımlar; iş rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya ödənişləri, mükafatlar və birdəfəlik həvəsləndirici ödənişlər, həmçinin müntəzəm xarakter daşıyan qidaya, yaşayışa, yanacağa görə ödənişlərdən ibarətdir. Əmək haqqının natura şəklində ödənişi zamanı, məbləğ, müvafiq regionda hesablama anında tətbiq olunan bazar qiymətləri üzrə hesablamaya uyğun olaraq daxil edilir. Əgər əmtəə və ya məhsullar aşağı qiymətlərlə verilərsə, onda onların tam dəyərləri ilə işçilərə ödənilən dəyərləri arasındakı fərq də daxil edilir. ƏMƏK HAQQI SĐSTEMĐ – əməyin
nəticələrinin qiymətləndirilməsinin forma və şərtlərindən asılı olaraq,
əmək haqqının hesablanması üsullarıdır (“Əmək
formasına görə iki sistemə bölünür: sadə vaxt hesabı ilə və vaxt hesabı-mükafat. Əmək haqqının miqdarının sadə vaxt hesabı üsulu ilə müəyyən edilməsi üçün bir iş saatı, ya da günü üçün hesablanan ödəmə tarifini işlənmiş iş saatı, ya da gününə vurmaq lazımdır. Vaxt hesabı mükafat sistemində sadə vaxt hesabı üzrə əmək haqqı, ödəmə miqdarının işin keyfiyyət və kəmiyyət göstəricilərinə görə, mükafat şəklində əlavə ödəmələrlə artırılır (məsələn, təmirçilərə qəzasız iş və onların xidmət etdikləri mexanizmin boş dayanmadan işi üçün; yağlayıcıların yağlama materiallarında qənaətli istifadəsi üçün və s.). Đşəmuzd formada əmək haqqı aşağıdakı əsas sistemlərə ayrılır: işlənmiş malların iş
normalarının yerinə yetirilmə səviyyəsindən asılı olaraq, işlənmiş məhsul vahidi üçün qiymətin dəyişmədiyi birbaşa işəmuzd sistemi; birbaşa işəmuzd qiymətləndirmə üzrə ödəmədən başqa işçilərə yerinə yetirmə və vaxtından əvvəl yerinə yetirmə üçün mükafat verilən işəmuzd-mükafat sistemi; ödəmə
müəyyənləşdirilmiş istehsal həddində birbaşa işəmuzd qiymətləri üzrə icra edilən,
lakin müəyyənləşdirilmiş istehsal tapşırığından çox istehsal olunan məhsul üçün qiymət müəyyən edilmiş istehsal normasını artıqlaması ilə yerinə yetirmənin dərəcəsindən asılı olaraq, proqressiv artan işəmuzd-proqressiv
ümumilikdə (iş növləri kompleksi üçün) bütün iş üçün icra edilən akkord sistemi; birbaşa akkord sistemi üzrə ödəmədən başqa, işçilərə işin keyfiyyət və kəmiyyət göstəricilərinə görə mükafatların verildiyi akkord-mükafat sistemi. ƏMƏK HAQQINA SƏRF OLUNAN Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling