Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet53/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   49   50   51   52   53   54   55   56   ...   183

 

ƏSAS  AKTĐVLƏR

  –  iki  ümumi  kateqoriyaya 

bölünən  maddi  və  qeyri-maddi  aktivlər  (“Qeyri-



maddi  aktivlər”ə  bax):  təşkilatın  fəaliyyətində 

daimi  əsasda  istifadə  üçün  nəzərdə  tutulmuş 

aktivlər (əsas fondlar, torpaq, amortizasiya fondu) 

və  təşkilatın  fəaliyyətində  daimi  əsasda  istifadə 

üçün  nəzərdə  tutulmamış  digər  uzunmüddətli 

aktivlərdir.  Bu  aktivlər  təşkilatın  mülkiyyətində 

(uzunmüddətli  investisiyalar  və  debitor  borcları, 

qudvill,  vaxtı  uzadılmış  borclar  və  s.)  uzun 

müddət qala bilər.  

 

ƏSAS 

MAL 

GÖNDƏRƏN

 

– 

podrat 



müqaviləsinə  əsasən,  tikilən  tikinti  obyekti  üçün 

avadanlıq  və  materiallar  dəstinin  göndərilməsi 

üzrə öhdəlikləri yerinə yetirən təşkilatdır. Baş mal 

göndərən 

həmişə 

sifarişçi 

qarşısında 

öz 

öhdəliklərinin  yerinə  yetirilməsinə  görə cavabdeh 



olmaqla, sifarişçinin razılığı ilə müqavilə əsasında 

yerli  və  xarici  təşkilatları  mal  göndərən  kimi  işə 

cəlb  edə  bilər.  Əsas  mal  göndərən  adətən  baş 

podratçı  ilə  birlikdə  avadanlıqlar  dəstinin  və  ya 

bütövlükdə  tikinti  obyektinin  sifarişçiyə  təhvil 

verilməsində iştirak edir. 

 

ƏSAS  YOL

  -  stansiyalar  arasında  qatarların 

hərəkətini  fasiləsiz  olaraq  təmin  edən  yol  hesab 

olunur. 

 

ƏSAS  ƏRZAQ  MƏHSULLARI  DƏS-



TĐNĐN  DƏYƏRĐ

  –  əsas  ərzaq  məhsullarının 

Azərbaycanın  müşahidə  olunan  bütün  şəhər  və 

rayonları  üçün  vahid  təsbit  edilmiş  çəki  üzrə 

qiymət  səviyyələrinin  və  onların  dinamikasının 

statistik  müqayisəsi  üçün  istifadə  olunur.  Ərzaq 

dəstinə  çörək  (bir  neçə  növdə),  ət,  vermişel 

(əriştə),  kolbasa,  yumurta,  süd,  yağ  (bir  neçə 

növdə),  xama,  kartof,  soğan,  təzə  kələm,  pendir, 

alma, siqaret və s. vacib qida məhsulları daxildir. 

Hesablamaya  yalnız  o  şəhər  və  rayonlar  daxildir 

ki,  onlarda  cari  və  əvvəlki  qiymət  qeydiyyatı 

dövrü ərzində, yuxarıda qeyd olunan əmtəələrdən 

ən çoxu üçü olmasın.  

Bu  dəst,  tərkibinə  və  ərzaq  normasına  görə 

yaşayış minimumu dəstindən fərqlənir. 

 


 

205


ƏSAS  FƏALĐYYƏT

  –  əlavə  dəyəri  müəssisə 

tərəfindən 

yerinə 

yetirilən 



istənilən 

digər 


fəaliyyətlərin əlavə dəyərindən artıq olan fəaliyyət 

növüdür. 

Əsas 

fəaliyyətin 



məhsulu 

digər 


müəssisələrə  göndərilmək  üçün  yararlı  olmalıdır 

və  müəssisənin  öz  istehlakı  və  öz  kapital  yığımı 

üçün  istifadə  edilə  bilər.  Statistikada  təsərrüfat 

subyektlərinin 

əsas 

fəaliyyət 



növü 

illik 


məlumatlar  əsasında,  buraxılmış  məhsulların  və 

göstərilmiş  xidmətlərin  ümumi  həcmində  ən 

böyük  xüsusi  çəkiyə  malik  olan  fəaliyyət  növü 

hesab edilir.  



 

ƏSAS  FƏALĐYYƏT  HEYƏTĐ

  –  statistik 

işləmələrdə  verilmiş  təsərrüfat  subyektinin  aid 

edildiyi  fəaliyyət  növü  ilə  məşğul  olan  işçilərdir.

 

Təsərrüfat  subyektinin  statistikası  işləmələrin  bu 



və  ya  digər  fəaliyyət  növünə  (sahəyə)  aid 

edilməsi,  bu  obyektin  ümumi  məhsul  (xidmət) 

istehsalı  həcmində  kəmiyyətcə  üstünlük  təşkil 

edən  istehsal  etdiyi  məhsula  (xidmətə)  görə 

müəyyən  edir,  yəni  o  fəaliyyət  növünə  (sahəyə) 

ki,  bu  fəaliyyət  növü  üzrə  istehsal  olunan 

məhsulun (xidmətin) xüsusi çəkisi digər fəaliyyət 

növlərinin  məhsulundan  (xidmətindən)  daha 

çoxdur. 

 

ƏSAS  FƏALĐYYƏT  NÖVÜ

  –  həmin  iqtisadi 

vahidin  hüdudunda  həyata  keçirilən,  istənilən 

digər  fəaliyyətin  ümumi  əlavə  dəyərindən  artıq 

əlavə dəyər yaradan fəaliyyət növüdür. 



 

ƏSAS  FONDLAR

  –  (I)  -  uzun  müddət 

dəfələrlə  və  yaxud  daima  dəyişmədən,  natural-

əşya  formasında  iqtisadiyyatda  istifadə  edilən, 

tədricən  öz  dəyərini  yaradılan  məhsul  və 

xidmətlərin  üzərinə  keçirən,  milli  sərvətin  bir 

hissəsidir.  Uçot  və  statistika  təcrübəsində  əsas 

fondlara  xidmət  müddəti  bir  ildən  az  olmayan  və 

dəyəri fond əmələ gətirən sahələrin məhsullarının 

qiymətlərinin 

dinamikasından 

asılı 

olaraq 


müəyyənləşdirilən obyektlər aid edilir.  

Bilavasitə  (birbaşa)  əmək  əşyalarına  (maşınlara, 

avadanlıqlara,  alətlərə  və  s.)  təsir  göstərən  əsas 

fondların  məcmusu  əsas  fondların  aktiv  hissəsi 

adlanır. Passiv hissəyə isə onun vasitəsilə istehsal 

prosesinin  normal  axını  üçün  şəraiti  təmin  edən 

əsas  fondlar  (bina,  qurğu  və  s.)  aid  edilir.  Əsas 

fondlar  müəssisələrin  mülkiyyət  növləri,  ərazi  və 

iqtisadiyyatın  sahələri  üzrə  qruplaşdırılır.  Əsas 

fondların  mövcudluğu  haqqında  məlumatlardan 

istehsalda 

əməyin 

fondla 

silahlanması, 

fondverimi, 

fondtutumu, 

fondla 


təchizatın 

qiymətləndirilməsində istifadə edilir.  



(II)  –  milli  hesablar  sistemində  (MHS)  istehsal 

olunan  aktivlər  kimi  müəyyən  edilmişdir,  ondan 

istehsal  prosesində  bir  ildən  çox  müddət  ərzində 

dəfələrlə və ya davamlı surətdə istifadə olunur.  

Əsas  fondları  fərqləndirən  xüsusiyyət  fiziki 

mənada  uzunmüddətli  olmaları  deyil,  onların 

istehsal prosesində uzun müddət ərzində (bir ildən 

çox  olmaqla)  dəfələrlə  və  ya  davamlı  surətdə 

istifadə olunmalarıdır. 

Əsas  fondlara  yalnız  qurğular,  maşınlar  və 

avadanlıqlar  deyil,  həm  də  yetişdirilən  aktivlər, 

məsələn, bar vermə yaşında olan çoxillik əkmələr, 

məhsuldar  mal-qara  və  iş  heyvanları  da  daxildir. 

Onlara,  həmçinin,  kompüter  proqram  təminatı  və 

ya  istehsalda  istifadə  olunan  bədii  əsərlərin 

orijinalları kimi qeyri-maddi aktivlər də daxildir.  

Đstehsal olunan aktivlərə nəinki əsas fondlar, həm 

də maddi dövriyyə vasitələrinin və qiymətlilərinin 

ehtiyatları  daxildir.  Đstehsal  olunan  aktivlər 

istehsal  olunmayan  aktivlərlə  birlikdə  qeyri-

maliyyə aktivlərinin bir hissəsini təşkil edir.  

Qeyd:  Milli  hesablar  sistemində  torpaq  və 

maliyyə aktivləri əsas fondlara daxil edilmirlər. 



Şirkətin  hesablarında  əsas  fondlar  istehsal 

olunan  aktivlərlə  məhdudlaşmır,  ona  həmçinin 

torpaq  da  daxildir.  Buna  görə  də,  bəzi  istisnalar 

olmaqla, 

onlara 

qeyri-maddi 



və 

maliyyə 


aktivlərinin geniş hissəsi də daxildir. 

Müəssisələr  statistikasında  əsas  fondlara  maraq 

ənənəvi  olaraq  maddi  aktivlərə  yönəldilmişdir. 

Lakin  son  vaxtlar  bu  maraq  daha  da  genişlənmiş 

və  qeyri-maddi  və  maliyyə  aktivlərinə  də 

yayılmışdır. 

 

ƏSAS  FONDLAR  BALANSI

  –  bütövlükdə 

iqtisadiyyat,  fəaliyyət  sahələri  və  mülkiyyət 

növləri  üzrə  əsas  fondların  təkrar  istehsalını, 

həcmini  və  strukturunu  əks  etdirən  statistik 

cədvəllərdir.  Statistika  orqanları  tərəfindən  tam 

balans  dəyəri  və  qalıq  dəyəri  (tam  balans 

dəyərindən köhnəlmə çıxılmaqla) ilə tərtib olunur. 

Əsas  fondlar  balansında  tam  dəyər  əsasında  ilin 

əvvəlinə  mövcud  olan  əsas  fondlar;  istifadəyə 

verilən 


yeni 

fondlar; 

digər 

mənbələrdən 



daxilolmalar;  ləğvetmə  və  başqa  səbəblərdən 

sıradan  çıxmalar;  ilin  sonuna  mövcud  olan  əsas 

fondlar əks olunur. Bunlardan başqa, qalıq dəyəri 

ilə əsas fondların köhnəlməsi və təmiri nəticəsində 

dəyərinin 

dəyişməsini 

xarakterizə 

edən 


göstəricilər də göstərilir.  

 

ƏSAS  FONDLARIN  (ƏSAS  KAPĐTALIN) 



ƏLDƏ  OLUNMASI

 

– 

bu 


satınalmalar 

aşağıdakı maddələri özündə birləşdirir: 

- mövcud binaları; 

-  binaların  və  digər  daşınmaz  əmlakların  tikintisi 

və yenidən qurulmasını; 


 

206 


müəssisələrin 

(nəqliyyat 

birliklərinin) 

binalarından  kənarda  istifadə  üçün  nəqliyyat 

vasitələrini; 

- maşınlar və avadanlıqları. 

 

ƏSAS  FONDLARIN  AŞINMA  ÇIXIL-



MAQLA  BƏRPA  DƏYƏRĐ

  –  əsas  fondların 

yaradılan  məhsula  keçməyən  faktiki  dəyəridir. 

Əsas  fondların  tam  bərpa  dəyəri  ilə  onların 

həqiqətən aşınmasının pulla qiymətinin fərqi kimi, 

əsas  fondların  yenidən  qiymətləndirilməsinin 

nəticələri üzrə müəyyən edilir.  

 

ƏSAS  FONDLARIN  BƏRPA  DƏYƏRĐ

  – 

verilən  əsas  fondların,  oxşar  materiallardan 



istifadə etməklə və bütün istismar parametrlərinin 

saxlanılması  şərti  ilə,  müasir  şəraitdə  dəqiq 

surətinin  yaradılmasına  hesablanmış  xərclərdir.

 

Bu  dəyər,  tam  bərpa  dəyərinə  və  qalıq  dəyərinə 



(aşılanma  çıxılmaqla,  tam  bərpa  dəyəri)  bölünür. 

Əsas  fondların  tam  bərpa  dəyəri  -  yeni  əsas 

fondların yenidən yaradılmasına çəkilən xərclərlə, 

qalıq  dəyəri  əsas  fondların,  onların  faktiki 

vəziyyətində 

yenidən 

yaradılmasına 

çəkilən 

xərclərlə  müəyyən  edilir.  Əsas  fondların  tam 

bərpa  dəyəri  -  əsas  fondların  müasir  şəraitdə 

təkrar  istehsalının  dəyəri  kimi,  onların  yenidən 



qiymətləndirilməsi  zamanı  müəyyən  edilir.  O, 

əsas 


fondların 

təkrar 


istehsalı 

şəraitinin 

qiymətləndirilməsi  anına  real  yaranan:  tikinti-

quraşdırma  işlərinin  aparılmasının  müqavilə 

qiyməti və smeta tariflərinə; tikinti materiallarına, 

yanacağa, 

enerjiyə, 

maşınlara, 

avadanlığa, 

inventara olan topdansatış qiymətlərinə; nəqliyyat 

tariflərinə istinadla hesablanır.  

 

ƏSAS  FONDLARIN  CARĐ  TƏMĐRĐ

  -  bir 

ildən  az  dövriliklə  təmir  növüdür,  əsas  fondların 

vaxtından  əvvəl  köhnəlməsinin  qarşısını  alan, 

kiçik  zədə  və  nasazlıqların  aradan  qaldırılması 

üzrə  profilaktik  tədbir  və  işlərin  sistemli  və 

vaxtında  keçirilməsini  nəzərdə  tutur.  Bu  zaman, 

təmir  olunan  obyekt  qismən  sökülür,  aqreqat  və 

bəndlərdə  olan  nasazlıqlar  aradan  qaldırılır.  Əsas 

bənd  və  detallar  isə  dəyişdirilmir  və  təmir 

olunmur.  Əsas  fondların  cari  təmiri  üzrə  xərclər 

müəssisənin  hesabat  ilindəki  məsrəflərinə  daxil 

edilir. 


 

ƏSAS  FONDLARIN  ÇIXMA  (VƏ  YA 

LƏĞVĐ)  ƏMSALI

  -  əsas  fondların  təkrar 

istehsalı  ilə  xarakterizə  olunur.  Đl  ərzində  sıradan 

çıxmış  (və  ya  ləğv  olunmuş)  əsas  fondların  ilin 

əvvəlində mövcud olanların sayına olan nisbəti ilə 

müəyyən  edilir.  Đnflyasiyanın  yüksək  artım 

şəraitində müqayisəli qiymətlərlə hesablanır. Əsas 

fondlar üzrə ümumilikdə və onun ayı-ayrı növləri 

üzrə;  dəyər  ifadəsində  -  qrup  və  növlərin 

məcmusu üzrə; natural ifadədə (miqdarı və gücü) 

ayrı-ayrı qrup və növlər üzrə - hesablanır. Bir sıra 

illər  üzrə  müqayisə  əsas  fondların  çıxışının 

intensivliyinin dəyişməsini xarakterizə edir. 

 

ƏSAS  FONDLARIN  DAXĐL  OLMASI

  - 

yeni  əsas  fondların  işə  salınmasını,  onların  satın 

alınmasını  (əldə  edilməsini)  və  əvəzsiz  əldə 

edilməsini  əks  etdirən  əsas  fondlar  balansının 

göstəricisidir. 

 

ƏSAS  FONDLARIN  ƏSASLI  TƏMĐRĐ



  – 

köhnəlmiş 

əsas 

fondların 



əvəzlənməsidir 

(dəyişdirilməsidir).  Dövri  olaraq  (bir  ildən  artıq 

davam  edən  vaxt  ərzində)  əsas  fondların  texniki-

istismar  xüsusiyyətlərinin  reabilitasiyası  yolu  ilə 

onların  işlək  vəziyyətdə  saxlanılması  üçün 

nəzərdə  tutulmuşdur.  Əsas  fondların  əsaslı  təmiri 

zamanı adətən obyektlərin sökülməsi və ya bütün 

köhnəlmiş  konstruksiyaların,  detalların,  hissələrin 

əvəz  edilməsi  və  ya  bərpa  edilməsi,  həmçinin 

obyektin  yığılması,  nizama  salınması  və  sınağı 

həyata  keçirilir.  Əsaslı  təmirlə  bir  vaxtda  əsas 

fondların  modernləşdirilməsi,  yəni  təmir  olunan 

obyektlərin 

istehlak 

xüsusiyyətlərinin 

yaxşılaşdırılması, 



əsas 

fondların 

mənəvi 

köhnəlməsinin 

(“Əsas 

fondların 

mənəvi 

köhnəlməsi”nə  bax)  qismən  əvəz  edilməsi  həyata 

keçirilməlidir.  Hazırkı  dövrdə  əsaslı  təmir  və 

modernləşdirmə  istehsalın  cari  xərclərinin,  yaxud 

müəssisədə  yaradılan  təmir  fondunun  hesabına 

yerinə  yetirilir.  Büdcə  təşkilatlarında  əsaslı  təmir 

üçün vəsait xərclərin illik smetasına daxil edilir. 

 

ƏSAS 

FONDLARIN 

FAYDALI 

ĐŞ 

ƏMSALI

 



əsas 

fondların 

istifadəsinin 

səmərəliliyinin vacib göstəricisidir. Müəyyən dövr 

üçün  istehsalın  nəticələri  göstəricisinin,  bu  dövr 

üçün əsas fondların tam orta illik dəyərinə nisbəti 

ilə  müəyyən  edilir.  Fondun  faydalı  iş  əmsalı 

göstəricisinin  əksi  olan  kəmiyyət  məhsulun 

fondtutumudur. 

 

ƏSAS 

FONDLARIN 

FĐZĐKĐ 

HƏCM 

ĐNDEKSĐ

  –  baza  dövrü  ilə  müqayisədə  cari 

dövrdə  əsas  fondların  maddi-natural  kütləsinin 

dəyişməsini  əks  etdirən  nisbi  göstəricidir.  Bu 

göstəricidən  əsas  fondların  fiziki  həcminin 

dinamikasının  təhlilində  istifadə  olunur  və  onlar 

yalnız  fiziki  həcmin  dəyişməsinə  səbəb  olan  və 

qiymətlərin  dəyişməsi  ilə  əlaqədar  olmayan 

dəyərin  dəyişməsini  əks  etdirir.  Əsas  fondların 

fiziki  həcm  indeksi  cari  dövrdə  əsas  fondların 

dəyərinin 

(müqayisəli 

qiymətlərlə) 

baza 

dövründəki 



əsas 

fondların 

dəyərinə 

(eyni 


müqayisəli 

qiymətlərlə) 

bölünməsi 

ilə 


 

207


müəyyənləşdirilir.  Cari  dövrdə  əsas  fondların 

müqayisəli  qiymətlərlə  həcmi  qiymət  indeksinə 

bölünmüş  əsas  fondların  cari  dövrdə  faktiki 

qiymətlərlə dəyərini göstərir.   

 

ƏSAS  FONDLARIN  FĐZĐKĐ  KÖHNƏL-

MƏSĐ

  -  əsas  fondların  maddi  köhnəlməsi, 

istismar  və  fəaliyyətsizlik,  təbiətin  və  ya 

fövqəladə  vəziyyətlərin  -  zəlzələ,  daşqın,  yanğın 

və  s.  təsiri  nəticəsində,  onların  tədricən  təbii 

(fiziki,  kimyəvi,  bioloji  və  s.)  xüsusiyyətlərini  və 

dəyərini 

itirməsidir. 

Əsas 


fondların 

fiziki 


köhnəlməsi  –    son  nəticədə  əsas  fond 

obyektlərinin  yararsızlığına  gətirib  çıxarır  və 

onların  yeniləri  ilə  əvəz  edilməsi  zərurətini 

yaradır.  Mühasibat  uçotunda  fiziki  köhnəlmənin 

mütləq  kəmiyyəti  əsas  fondların  tam  bərpasına 

ayrılmış məbləğlə, nisbi kəmiyyətdə isə köhnəlmə 

əmsalı  köhnəlmə  məbləğinin,  ilin  sonunda  əsas 

fondların  balans  dəyərinə  olan  nisbəti  ilə  ölçülür. 

Müəyyən  dövr  üçün  hesablanmış  köhnəlmə  və 

əsas fondların fəaliyyətə başlanmasından yığılmış 

köhnəlmə fərqləndirilir. 

 

ƏSAS FONDLARIN XĐDMƏT MÜDDƏTĐ



 

–  əsas  fondların  istifadəyə  verilməsi  və  onun 

silinməsi 

(ləğv 

edilməsi) 



arasındakı 

vaxt 


intervalıdır.  Əsas  fondların  ayrı-ayrı  növləri 

müxtəlif yaşlarda ləğv edildiyinə görə onların orta 

faktiki  müddətinin  təyin  edilməsi  məqsədəuyğun 

hesab olunur. Bu, cari ildə istifadəyə verilənlərdən 

gələcəkdə  neçə  il  istismarda  ola  biləcəklərini  və 

hər  il  silinmə  (yəni  ləğv  hissəsi)  intensivliyini 

saxlayırsa (qoruyursa), cari ildə istifadəyə verilən 

əsas  fondların  istismarda  gözlənilən  ömür 

müddətini göstərir. Əsas fondların xidmətinin orta 

müddətinin 

hesablanmasında 

tətbiq 


edilən 

metodologiyada,  keçmiş  dövrdə  illər  üzrə  əsas 

fondların 

istifadəyə 

verilməsinin 

həcmləri, 

hesablama  tarixində  əsas  fondların  mövcudluğu 

və  onların  yaş  strukturu  nəzərə  alınır.  Faktiki 

xidmət müddəti ilə müqayisə üçün, eyni zamanda 

əsas fondların normativ xidmət müddəti müəyyən 

olunur.  O,  əsas  fondların  tam  bərpasına  qüvvədə 

olan 


amortizasiya 

ayırmaları 

normalarının 

qiymətlərinin əks kəmiyyətini özündə əks etdirir. 

 

ƏSAS  FONDLARIN  ĐLKĐN  DƏYƏRĐ

  - 


əsas fondlar balansa salınarkən, nəzərə alındıqları 

qiymətlərlə 

dəyəridir. 

Bina 


və 

tikililərin 

ucaldılmasına;  əsas  fondların  əldə  olunması  və 

onların təyin olunmuş yerə çatdırılmasına; maşın, 

avadanlıq və əsas fondların digər növlərinin tikinti 

dövrünə və ya bu obyektlərin əldə olunması anına 

olan  qiymətlərdə  quraşdırılmasına  çəkilən  pul 

xərclərini ifadə edir.  

Əsas  fondların  ilkin  dəyəri  tam  və  qalıq 

dəyərlərinə bölünür.  



Tam  ilkin  dəyər  əsas  fondların  işə  salınmasının 

faktiki  dəyəridir.  Əsas  fondların  istismara 

verilməsindən 

sonra 


o, 

mühasibat 

balansı 

aktivinin  “Əsas  vəsaitlər”  maddəsində  əks  olunur 

və  əsas  fondlar  yenidən  qiymətləndirilənədək 

(nəticədə, obyektlərin ilkin dəyərləri onların bərpa 

dəyərləri ilə əvəz olunur və ya kapital qoyuluşları 

hesabına 

obyektlərin 

genişləndirilməsi, 

müasirləşdirilməsi  və  yenidən  qurulması  zamanı 

çəkilən  xərclər  ilkin  dəyərə  əlavə  olunur)  orada 

qalır.  Əsas  fondların  ilkin  qalıq  dəyəri  –  əsas 

fondların,  indiki  zamanda  aşınması  nəzərə 

alınmaqla, 

balansa 


salındığı 

qiymətlərdə 

dəyəridir.

 

 



ƏSAS 

FONDLARIN 

ĐSTĐFADƏYƏ 

VERĐLMƏSĐ

  –  (I)  tikintisi  başa  çatmış  və 

müəyyənləşdirilmiş  qaydada  istismara  qəbul 

edilmiş  tikinti  obyektlərinin,  binaların,  tikililərin 

(qurğuların), 

müəssisələrin, 

buraxılış 

komplekslərinin, 

həmçinin 

avadanlıqların, 

alətlərin,  inventarların, çoxillik  əkmələrin,  işçi  və 

məhsuldar  mal-qaranın  dəyəridir.  Əsas  fondların 

istifadəyə  verilməsi  kapital  qoyuluşlarının  həyata 

keçirilməsinin  nəticəsi  hesab  edilir  və  statistik 

hesabat  formalarında,  tikintisi  başa  çatmış 



obyektlərin  istismarına  dair  dövlət  komissiyası 

tərəfindən  təsdiq  edilmiş  qəbul  aktlarına  əsasən, 

istehsal  və  mülki-yaşayış  təyinatlı  obyektlərin 

güclərinin istifadəyə verilməsi ilə eyni vaxtda əks 

etdirilir. 

Göstərilən 

obyektlərin 



dəyərinin 

istifadəyə  verilmiş  əsas  fondların  tərkibində  əks 

etdirilməsi  əsas  vəsaitlərin  təhvil-təslim  aktı 

əsasında həyata keçirilir. Əsas fondların tərkibinə 

torpaqların  yaxşılaşdırılmasına  çəkilən  kapital 

xərcləri 

də 

daxildir. 



Kompleks 

işlərin 


qurtarmasından  asılı  olmayaraq,  belə  xərclərin 

illik  məbləği  hesabat  ili  üçün  istismara  verilmiş 

sahələrə mütənasib müəyyənləşdirilir. 

(II) - əsas fondların və tikililərin dəyər ifadəsində 

istifadəyə verilməsidir. Tikinti statistikasında əsas 

fondların  istifadəyə  verilməsi  tikinti  dövründə 

sifarişçi tərəfindən həyata keçirilən, xərclərin real 

məbləğini  əks  etdirən  sifarişçilər  üçün  faktiki 

dəyərlə ifadə olunur.  



 

ƏSAS  FONDLARIN  KÖHNƏLMƏSĐ

  –  

istismar  prosesində  təbii  qüvvələrin  təsiri  altında, 

texniki inkişaf və istehsalın səmərəliyinin artması 

nəticəsində 



əsas 

fondların 

istehlak 

xüsusiyyətlərinin və dəyərinin bir hissəsinin və ya 

tam  itməsidir.  Köhnəlmənin  intensivliyi  əsas 

fondların  növündən,  onların  konstruksiyasının 

(quruluşunun) xüsusiyyətlərindən, keyfiyyətindən, 

istismarının  xarakteri  və  şəraitindən,  xidmətin 


 

208 


vəziyyətindən  və  digər  amillərdən  asılıdır.  Əsas 

fondların  mənəvi  köhnəlməsi  və  əsas  fondların 

fiziki köhnəlməsi fərqləndirilir.   

 

ƏSAS  FONDLARIN  QALIQ  DƏYƏRĐ

  – 

müəyyən  tarixə  əmək  vasitələrinin  hazır  məhsula 



(xidmətlərə)  keçirilmədən  qalmış  dəyərinin  pulla 

ifadəsidir.  Əsas  fondların  qalıq  dəyəri  əsas 

fondların  tam  dəyərindən  köhnəlmələr  çıxılmaqla 

müəyyənləşdirilə bilər və onların ilkin və ya bərpa 

dəyərindən çıxılmaqla hesablanılır.  

 

ƏSAS  FONDLARIN  QĐYMƏTLƏNDĐ-



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling