Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
FASĐLƏLĐ QĐYMƏT – baş məcmunun naməlum
parametrinin, sərhədləri nöqtəli qiymətləndirmə olan interval şəklində verilən ehtimallı qiymətdir. Đntervalın sərhədləri seçmənin nəticələrindən alınan qaydalar üzrə hesablanır və beləliklə, seçmə funksiyası təsadüfi kəmiyyət hesab edilir. Fasiləli qiymət θ naməlum parametrinin nəzərdə tutulan (1- α ) ehtimalı ilə tamamlanan intervalının sərhədlərini müəyyən etməyə imkan verir. Bu naməlum qiymət etibarlılıq və ya etibarlılıq sahəsi, onun sərhədi isə etibarlılıq sərhədi adlanır. Etibarlılıq ehtimalının səviyyəsi onu göstərir ki, (1- α )x100% hadisənin təkrarlanmasının qiymətləndirilməsi zamanı parametr həqiqətən etibarlılıq intervalı ilə bağlanır (tamamlanır). Etibarlılıq ehtimalının genişliyi qiymətləndirmənin dəqiqliyini əyani surətdə göstərir: etibarlılıq intervalı nə qədər geniş olarsa, qiymətləndirmə bir o qədər dəqiqləşir. Məsələnin qoyuluşundan asılı olaraq, interval ikitərəfli və birtərəfli ola bilər. Đnterval qiymətləndirmənin hesablanması zamanı onların bölgüsü və seçmənin həcmi hökmən öyrənilir. Seçmənin böyük olmayan həcmi (n ≤ 60) və verilən etibarlılıq ehtimalı ilə t etibarlılıq sərhədi cədvəl (Styudent bölgüsü) üzrə sərbəst pillələrlə hesablanır. FASĐLƏLĐ MÜŞAHĐDƏLƏR – müəyyən vaxtdan bir keçirilən statistik müşahidələrdir (“Dövri müşahidələr”ə, “Birdəfəlik müşahidə”yə bax). FASĐLƏSĐZ ĐNVENTARLAŞDIRMA ME- TODU – keçən (əvvəlki) dövr ərzində kapital qoyuluşuna dair illik məlumatlar əsasında müəyyən dövrə əsas kapitalın mövcudluğunun müəyyənləşdirilməsinə və əsas kapitalın orta xidmət müddəti və onun sıradan çıxmasının qanunauyğunluğu haqqında təkliflər verilməsinə imkan verən, bir çox ölkələrin statistikasında tətbiq edilən metoddur. Bir çox xarici ölkələrdə bu metodun geniş tətbiqi, hər şeydən əvvəl, bu ölkələrdə əsas kapitalın mövcudluğu haqqında birbaşa məlumatların olmamasından irəli gəlir.
baş verdikcə müntəzəm qeydə alınmasıdır. Məsələn, vətəndaşlıq vəziyyəti aktlarının, yol- nəqliyyat hadisələrinin, yanğınların və s. qeydə alınması. Fasiləsiz müşahidələr həm də cari müşahidələr adlanır (gündəlik və ya həftəlik statistika hesabatları və yaxud monitorinqlər).
– müəyyən vaxt dövrü üçün alınmış istiqrazın faktiki dəyəri və borc kapitalının ümumi dəyəri arasındakı nisbəti əks etdirən əmsaldır. Hesablama üsulları və faiz məbləğinin ödənilməsi, qiymətlərdə fərqlər və faktiki mövcud olan kapitalın ümumi miqdarı nəzərə alınmaqla, istiqrazın nominal faiz tarifi (bankla
müştəri arasındakı müqavilədə şərtləşdirilmiş tarif) əsasında hesablanır. Ü m u m i faydalılıq əmsalı hər bir müştəri-vergiödəyicisi üçün konkret müəyyən edilmiş vergi ödəmələrinin miqdarını nəzərə almır; xalis faydalılıq əmsalı vergi ödəmələrini nəzərə alır.
geoloji kəşfiyyat nəticəsində yerin altında aşkara çıxarılmış müəyyən miqdarda mineral xammalın mövcudluğudur. Yataqların kəşf
olunma dərəcəsindən və dağ şəraitindən asılı olaraq, statistikada balans arxası, balans və proqnoz növlərinə bölünən faydalı qazıntıların müxtəlif növləri (konkret növ mineral xammalı nəzərə alınmaqla, ton və ya m 3 ilə) öyrənilir. Statistik hesabatlarda A, B, S 1 və S 2 - kateqoriyaları üzrə, yəni
onların geoloji
öyrənilməsi səviyyəsindən asılı olaraq, balans və balans arxası faydalı qazıntı ehtiyatlarını göstərir. A kateqoriyası – detallarına qədər kəşf edilmiş və öyrənilmiş, yerləşmə şəraitinin tam aydınlaşdırılması təmin edilmiş, mineral xammalların təbii tipləri və sənaye növləri, onların nisbətləri, yerləşmə vəziyyəti, keyfiyyəti, faydalı qazıntıların texnoloji xüsusiyyətləri və dağ-istismar işlərinin aparılması şəraitini müəyyənləşdirən təbii
amilləri aşkarlanmış ehtiyatlardır. B kateqoriyası – faydalı qazıntı ehtiyatlarının şəraitini, forma və xarakterini, mineral xammalların təbii tiplərinin və sənaye növlərinin aşkara çıxarılmasını və hər bir növün yerləşmə vəziyyəti qanunauyğunluqlarını, dağ- istismar işlərinin aparılması şərtlərini müəyyənləşdirən və əsas
təbii amillərin keyfiyyətinin, əsas texnoloji xüsusiyyətlərini
221
müəyyən edən, detallarına qədər kəşf edilmiş və öyrənilmiş ehtiyatlardır. S 1 kateqoriyası - filiz ehtiyatlarının yatım, forma və quruluşunun ümumi
xüsusiyyətlərinin, onların
sənaye növlərinin, keyfiyyətinin, texnoloji xassələrinin aşkara çıxarılmasını təmin edən, detallarına qədər kəşf edilmiş və öyrənilmiş ehtiyatlardır. S 2
yaxud da əvvəllər öyrənilmiş sahələrə oxşar olaraq müəyyənləşdirilməsi əsasında, şəraiti ilkin qiymətləndirilmiş ehtiyatlarıdır.
(geoloji) faydalı qazıntı
ehtiyatları – kəşf edilməmiş, geoloji inkişaf tarixi və
geoloji-kəşfiyyat xüsusiyyətləri üzrə məlumatlar əsasında güman edilən ehtiyatlardır. Proqnozlaşdırılmış ehtiyatlar haqqında məlumatlar perspektiv üçün sənaye ehtiyatlarının aşkara çıxarılmasını göstərir və axtarış işlərinin təşkilinin məqsədəuyğunluğunu müəyyənləşdirir; bir qayda olaraq onlar statistika hesabatlarında əks etdirilmir (əlavə olaraq qiymətləndirilir). Faydalı qazıntı ehtiyatları haqqında yekun statistik məlumatlar, hər bir mineral xammal növləri və kateqoriyaları üzrə
(ayrı-ayrı yataqlar göstərilməklə) balans cədvəlləri şəklində verilir. Bununla yanaşı, balans cədvəllərində hesabat dövrünün (adətən, ilin) əvvəlinə və axırına ehtiyatların mövcudluğu, geoloji kəşfiyyatlar (kəşfiyyata qədər) nəticəsində artım, hasilat nəticəsində azalma, yerin altında itkilər və təsdiq edilməmiş ehtiyatların silinməsi ayrıca göstərilir.
cəhətdən faydalı (qazanclı) olan, geoloji işlər nəticəsində öyrənilmiş, yerin altında onların hesablanması və istifadə edilməsi (hasilatı) üçün müəyyənləşdirilmiş kondisiyaları (standartları, normaları) təmin edən (ödəyən) mineral xammal ehtiyatlarıdır. Faydalı
qazıntıların balans
ehtiyatları mədənlərdə müəyyən miqdarda ehtiyatlar olması
ilə, faydalı
qazıntı komponentlərinin yüksək tərkibi və keyfiyyəti ilə, hasilatın, zənginləşdirilməsinin və sonradan emalının texnoloji cəhətdən əlverişliliyi (asanlığı) ilə xarakterizə olunur.
altında olan və hazırda istifadəsi (hasilatı) müxtəlif səbəblərə: yatağın az gücə malik olmasına, faydalı komponentlərin keyfiyyət və tərkibinin aşağı olmasına, hasilat və emalı daxil olmaqla istismar şəraitinin mürəkkəbliyinə görə iqtisadi cəhətdən səmərəli (əlverişli) olmayan mineral xammal ehtiyatlarıdır. Elmi-texniki tərəqqinin inkişafı və faydalı qazıntı
istismarı üçün daha
müasir metodların tətbiqi, həmçinin iqtisadi səmərəli yataqların işlənməsindən (tükənməsi səbəbindən)
keçirlər. FAYDALI QAZINTILARIN YERĐN TƏ- KĐNDƏ VƏ ZƏNGĐNLƏŞDĐRMƏDƏ ĐT- KĐSĐ - 1) hasilat vaxtı yerin təkindəki mineral xammalın itkisidir – yataqlar işlənərkən yerin təkindən çıxarılmamış, həmçinin hasil edilmiş, lakin süxur
tullantılarına göndərilmiş, anbarlaşdırma, yükləmə
və dağ-mədən müəssisələrinin nəqliyyat yollarında qalmış
faydalı qazıntı ehtiyatlarının bir hissəsidir; 2) zənginləşdirmə vaxtı faydalı qazıntının və faydalı komponentin itkisi - hasil edilmiş (emal edilmiş) ehtiyatlardan əldə edilməmiş və zənginləşdirmə vaxtı tullantılarda (quyruqlarda) qalmış mineral xammalın və
onun tərkibindəki faydalı komponentlərin bir hissəsidir. FAYDALI MODEL – istehsal vasitələrinin, istehlak əşyalarının və onların tərkib hissələrinin yeni texniki
həllidir, konstruktiv yerinə yetirilməsidir; sənaye mülkiyyətinin mühafizə obyektidir. Yenilik və sənayedə tətbiq olunması faydalı modelin mühafizə qabiliyyətliyi şərtləri hesab edilir, ona yüksək ixtiraçılıq səviyyəsi tələbi irəli sürülmür. FAYL – eyni təyinatla birləşdirilmiş, məntiqi yazılardan ibarət məlumatlar çoxluğudur. FEMĐNĐZASĐYA (lat. femina – qadın) - demoqrafiyada əhalinin cins üzrə tərkibində qadınların sayının artmasıdır. FƏAL NƏQLĐYYAT VASĐTƏLƏRĐ - əmtəələrin daşınmasını təmin edən nəqliyyat vasitələridir. Əgər nəqliyyat vasitəsi qoşqulu mexaniki nəqliyyat vasitəsidirsə, onda fəal nəqliyyat vasitəsi avtomobil hesab edilir.
SAXLANMASI – istehsal fəaliyyəti prosesində sıradan çıxmış əsas fondların daima təzələnməsi ilə bağlı tədbirlərdir.
– yeni texnika və texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, köhnəlmiş və
fiziki cəhətdən aşılanmış
222
avadanlığın yeniləri, daha məhsuldarları ilə əvəz edilməsi, istehsalın təşkili və strukturunun yaxşılaşdırılması ilə
istehsalın texniki
səviyyəsinin yüksəldilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsidir.
MƏHSULLARI TƏSNĐFATI – bu və ya digər təsnifat vahidi tərəfindən qəbul edilmiş, müəyyən edilmiş məhsulun alınmasına gətirib çıxaran, sənayedə istehsal prosesi kimi başa düşülən fəaliyyət növləridir. Đqtisadi fəaliyyət növləri təsnifatına uyğun şəkildə, fəaliyyət növündən asılı olaraq, hər bir sənaye müəssisəsi təsnifatda göstərilmiş sənaye sahəsinin birinə aid edilir. Hər bir sahə isə öz növbəsində daha kiçik təsnifat qruplarına (qrupa, sinfə, altsinfə) bölünür. Eynilik dərəcəsindən asılı olaraq
sənaye məhsulları təsnifatına əsasən, siniflərə, siniflər altsinflərə, altsinflər isə məhsul növlərinə bölünür.
- burada aşağıdakı tiplərindən istifadə olunur: - istehsal fəaliyyəti növlərindən dövriyyə; - alış və təkrar satış üzrə fəaliyyətdən dövriyyə; - xidmət göstərilməsi üzrə işgüzar fəallıqdan dövriyyə; - vasitəçilik fəaliyyətində dövriyyə. Bu fəaliyyət növləri üzrə dörd rəqəm səviyyəsində Avropa Đttifaqının fəaliyyət təsnifatında dövriyyənin müəyyənləşdirilməsi üçün maraq yarada bilər.
daxil edilməklə, fəaliyyətdə olan müəssisənin bütün əmlak kompleksinin dəyəridir. Fəaliyyətdə olan müəssisənin mülkiyyətinin kəmiyyəti birinci növbədə onun
gələcəkdəki gəlirlərinin proqnozlaşdırılan miqdarı ilə müəyyən edilir.
müvəqqəti dayandırılmadan sonra müəssisənin yenidən fəaliyyətə başlamasıdır.
– müəssisələrin əraziyə uyğun
olaraq bölüşdürülmüş qruplarıdır. Məsələn, Avropa ölkələrinin ərazilərində onların fəaliyyəti aşağıdakı kimi baş verir: • əsasən öz ölkəsində fəaliyyət göstərən müəssisələr; • əsasən öz ölkəsindən xaricdə, lakin AĐ daxilində fəaliyyət göstərən müəssisələr; • əsasən AĐ xaricində fəaliyyət göstərən müəssisələr. Bir qayda olaraq, müəssisələrin bu şəkildə bölüşdürülməsi əsas fəaliyyəti topdansatış olan müəssislər üçün istifadə olunur. Topdansatışın aşağıdakı növləri bir-birindən fərqləndirilir: • Əsasən öz ölkəsində topdansatış ticarəti: müəssisələr o zaman öz ölkəsində topdansatış ticarətlə məşğul olan hesab edilir ki, onlar topdansatış ticarətçilər olaraq öz alışlarını və marketinqlərini yalnız və ya əsasən yerləşdikləri ölkədə həyata keçirirlər (əmtəələrin alış və satışının və təkrar satışının ümumi həcminin 50%- dən azını idxal və ixrac təşkil edir); •
müəssisələri o zaman öz ölkəsindən xaricdə topdansatış ticarətlə məşğul olan hesab edilir ki, onların
yeganə və
ya əsas
fəaliyyəti aşağıdakılardan birini təşkil edir: a) əmtəələrin xaricdən alınması və onların müəssisəsinin yerləşdiyi ölkədə təkrar satışı (idxal ticarəti); b) əmtəələrin müəssisənin yerləşdiyi ölkədə alınması və onların xaricdə satışı (ixrac ticarəti); • əmtəələrin müəssisənin yerləşdiyi ölkənin ərazisindən keçməsindən asılı olmayaraq, xarici ölkələrdə alış və satışı (tranzit ticarəti). (Təkrar satış üçün nəzərdə tutulmuş əmtəələrin idxalı və ya əmtəələrin ixracı əmtəələrin alış və təkrar satışının ümumi həcminə bərabərdir və ya 50%- dən çoxunu təşkil edir).
mülkiyyətində və ya onun ailə üzvlərinin, əgər onlar arasında sazişdə başqa hal nəzərdə tutulmayıbsa, ümumi pay mülkiyyətində olan müəssisədir.
– müxtəlif məhsul növləri bir və ya bir neçə nüsxədə (ədədlə buraxılış) istehsal edilən, istehsalın təşkili formasıdır (emal prosesinin növüdür). Son məhsulun hər biri konstruksiyasına görə, yerinə yetirilən vəzifələrə və digər əlamətlərə görə unikaldır. Fərdi istehsalda universal avadanlıqlar tətbiq olunur, yığma proseslərinin əhəmiyyətli hissəsini əl işlərinin təşkil etməsi ilə xarakterizə olunur, heyət universal vərdişlərə malikdir. Fərdi istehsalda məhsulun hazırlanmasının istehsal prosesi
fasiləli xarakter daşıyır. Məhsul
buraxılışının hər birinə nisbətən uzun müddət: bir neçə həftə, ay, il sərf olunur. Qara metallurgiya və energetika, kimya sənayesi üçün iri maşınların istehsalı xidmət sahəsində geniş yayılmışdır. Qərb ölkələrinin ədəbiyyatlarında fərdi istehsalı adətən layihə istehsalı adlandırırlar. 223
FƏRDĐ EHM - fərdi istifadə üçün elektron hesablama maşını, kompüter, tərkibi sistem blokdan, klaviaturadan, displeydən və xarici yaddaş qurğusundan ibarət olan stolüstü cihazdır. Ona çap (printer) və səs qurğularının qoşulması mümkündür. Xarici yaddaş kimi, sərt disklər, CD- lər, flyəş-kartlar və s. istifadə olunur.
– sərbəst bir və ya bir neçə işgüzar tərəfdaşla gəlir gətirən fəaliyyətlə məşğul
olan, muzdlu
işçilərin əməyindən istifadə etməyən və yaxud onlardan çox qısa müddətdə (mövsümü və təsadüfü işlərə) istifadə edən şəxsdir. Bu halda
işgüzar əməkdaşların hamısı fərdi əsasda işləyən şəxslər sayılır.
ümumi dövlət idarələrinin qeyri-bazar istehsalçı bölmələri və ya qeyri-kommersiya təşkilatları tərəfindən, pulsuz və yaxud iqtisadi əhəmiyyət kəsb etməyən qiymətlərlə təqdim olunan əmtəə və xidmətlərdir. FƏRDĐ QĐYMƏTLƏNDĐRMƏ – yaradılmış məhsul və ya xidmət növü vahidinin normativ dəyəridir. Özündə işçilərin əsas əmək haqqını, materialların, məmulatların, konstruksiyaların dəyərini, maşın və mexanizmlərin istismarına normativ xərcləri birləşdirir. Đşçilərin əməyi, material ehtiyatları, maşın və mexanizmlərin xərcləri smeta və ya istehsal normaları əsasında təyin edilir. Tikintinin yerli şəraiti nəzərə alınmaqla, hər hansı rayonun ərazisində yerləşən tikinti üçün
rayonun vahid
fərdi qiymətləndirilməsi işlənilib hazırlanır. Tikinti və montaj işlərinin smeta dəyərini müəyyənləşdirmək üçün tətbiq edilir.
– hüquqi şəxs yaratmadan təsərrüfat fəaliyyəti ilə məşğul olan, fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında dövlət qeydiyyatından keçmiş və qeydiyyatdan keçməsi haqqında şəhadətnamə almış vətəndaşdır (fiziki şəxsdir). Fərdi sahibkar aşağıdakı səbəblərdən təsərrüfat fəaliyyətinə olan hüququnu itirir: a) əgər o, ona verilən şəhadətnamənin və keçdiyi qeydiyyatın ləğvi haqqında ərizə təqdim edirsə; b) əgər məhkəmə onun imkansız (müflis) olması haqqında qərar çıxararsa.
seçilməsinə əsaslanan müşahidə vahidinin
olan vahidlərin sayı qədər təkrarlanır. FƏRDĐ TĐKĐNTĐ – vətəndaşların xüsusi mülkiyyəti hesab edilən, əhalinin öz vəsaiti hesabına və əvəzi ödəniləcək bank kreditlərinin köməyi ilə yaşayış evlərinin ucaldılmasıdır. Fərdi tikinti həm öz gücünə, həm də cəlb edilmiş işçi qüvvələrinin və podrat təşkilatlarının köməyi ilə həyata keçirilir.
1) ali dövlət hakimiyyəti orqanlarının (dövlət başçısının) hüquqi aktıdır. Hüquqi məzmununa görə normativ fərman, yaxud müəyyən normalarını müəyyənləşdirən fərman və fərdi fərman, yaxud hüquq normasını konkret hadisəyə tətbiq edən fərman mövcuddur (məsələn, şəxsin
vəzifəyə təyin
edilməsi, mükafatlandırılması barədə fərman); 2) Azərbaycan Respublikasında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, fərman vermək səlahiyyəti Azərbaycan Respublikası Prezidentinə məxsusdur; 3)
parlamentli dövlətlərdə fərman dövlət başçısının (prezidentin) verdiyi hüquqi aktdır. Fövqəladə fərmanların verilməsi də geniş yayılmışdır. Belə fərmanlar qanun qüvvəsinə malikdir və parlament tərəfindən qəbul edilmiş qanunların qüvvəsini dayandıra bilər.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling