Reyhan Mirzəzadə azərbaycançiliq və


Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi


Download 216 Kb.
Pdf ko'rish
bet34/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
ю  411 ca

Mir  Cəlal  yazıçıya  böyük  dəyər  verərək  yazır  ki, 
Qoqolun  təsvirindəki  həqiqilik,  əyanilik,  tipiklik,  adamları, 
hadisələri  müstəsna  həssaslıqla  müşahidə  edib  qələmə 
almaq,  hər  bir  epizodda  böyük  bir  aləm  canlandırmaq 
qüdrəti  məni  heyran  edirdi.  Onun  bədii  xarakteristika 
üsulları  çox  müxtəlif  və  zəngindir.  Akaki  Akakiyeviç  şika­
yət  və  xahiş  etməyə  “əhəmiyyətli  adam”  axtarır.  “Əhə­
miyyətli  adam”,  vəzifə  sahibi  isə  onu  qapısında  çox 
gözləməyə  məcbur  edir.  Ona  görə  yox  ki,  məşğuldur, 
yox!  O,  çoxdan  görüşmədiyi  uşaqlıq  yoldaşı  ilə  doyunca 
söhbət  edib  yorulmuşdur,  divana  söykənib  papiros  çəkir, 
söz  axtarırdı.  Buna  baxmayaraq,  “əhəmiyyətli  adam" 
Başmaçkini  qəbul  etmir,  o,  bununla  yoldaşına  göstərmək 
istəyir  ki,  “Gör  mənim  qapımda  çinovniklər  nə  qədər 
gözləməli  olurlar”.  Qapıda  isə  Başmaçkin  böyük  ümid  və 
intizarla  həyəcan  keçirməkdədir...
Qoqolun  yaradıcılığının  inkişafında  təbii  ki,  Puşkinin 
rolunu  da  etiraf  etmək  yerinə  düşərdi.  Onlar  1831-ci  ildə 
tanış  olmuşdular.  Puşkin  Qoqolun  əvvəlki  əsərlərini 
oxuyub  bəyəndiyini  etiraf edir,  yazıçıya  məsləhətlər  verir, 
gələcəkdə  onun  böyük  bir  ədib  olduğuna  inandığını 
bildirir,  bunula  da  Qoqolun  ruhuna  ilham,  qələminə 
qüvvət  aşılayırdı.  Məşhur  “Müfəttiş"  və  “ölü  canlar” 
əsərlərinin  mövzusunu  da  Qoqola  Puşkin  vermişdi.  Rus 
xalqının  milli  ədəbiyyatının  özülünü  qoyan  da  bu  iki 
parlaq  sima -  Puşkin  və  Qoqol olmuşdu.  Rus ədəbiyyatını 
dərindən  bilən  Mir  Cəlal,  Belinskinin  sözlərini  bir  daha 
təsdiq  edərək  yazırdı:“Puşkinin  şeirdə  etdiyi  çevrilişi 
Qoqol  nəsrdə  etmişdir".  Bu  hökmü  əlbəttə  ki,  yalnız  rus 
ədəbiyyatı  çərçivəsində  düşünməməliyik.  Çünki  Rusiyada 
realizm  ədəbi  məktəbini  yüksək  mərhələyə  qaldıran 
Puşkin,  Qoqol,  Tolstoy  və  başqa  bu  kimi  böyük  yazıçılar 
keçən  əsrdə  ümumən  dünya  ədəbiyyatının  parlaq  realist
_______________
Reyhan Mirzəzadə
________________
so 
412
 ca
nümunələrini  yaratmışlar...  M.Qorki  böyük  rus  ədəbiy­
yatının  ümumdünya  tarixi  əhəmiyyətindən  danışanda,  bu 
ədəbiyyatda  realizm  və  romantizmin  bir  növ  birləşdiyini 
göstərir.  Bu  xüsusiyyəti  Qoqol yaradıcılığında da görürük. 
Onun  ölməz  əsərlərində  lirika  ilə  təhkiyə,  kəskin  sarkazm 
ilə  mülayim  yumor,  qəhrəmanlıq  təntənəsi  və  romantika 
ilə öldürücü  satira  orijinal bir surətdə verilmişdir.
Bir  tərəfdən  “Şinel",  “Köhnə  dünya  mülkədarları”, 
“Müfəttiş”  və  s.  kimi  xalis  realist  -  satirik  planda  yazılmış 
əsərlər,  digər  tərəfdən  romantik  -  qəhrəmanlıq  planında, 
yüksək  cəngavərlik  xüsusiyyətlərilə  yazılmış  “Taras 
Bulba”,  Qoqol  yaradıcılığının  zənginliyinin,  çoxcəhətlili- 
yinin,  mürəkkəbliyinin,  öz doğma xalqının  həyatı,  taleyi  ilə 
möhkəm bağlı  olduğunu göstərir.
XX  əsr  Azərbaycan  ədəbi  tənqidinin  ən  çox  diqqət 
yetirdiyi,  yaradıcılığına  dərin  maraq  göstərdiyi  rus  yazı­
çılarından  biri  də  Lev  Nikolayeviç  Tolstoy  idi.  Rus  cə­
miyyətinin  misilsiz  bədii  təsvirini  verən  bu  dahi  söz 
ustasının  əsərləri,  ictimai-siyasi  və  fəlsəfi  baxışları  ən 
müxtəlif  yazıçıların  fikrini  özünə  cəlb  edirdi.  Tolstoy  haq­
qında fikir söyləyənlərdən biri də Mir Cəlal  idi.
Mir Cəlalın Tolstoy haqqındakı  çoxsaylı  yazıları  özü­
nəməxsus  əhəmiyyətə  malik  olduğuna  görə,  bu  barədə 
bir  müddət əvvəl  Tolstoyun  vəfatının  105  illiyi  münasibəti 
ilə  yazdığım  “Mir  Cəlal  və  Lev  Tolstoy”  adlı  məqaləmi 
(“Həftə  içi”  qəzeti,  4  noyabr  2015-ci  il)  oxuculara  təqdim 
etmişəm.
Ədəbiyyatşünas  alim,  müəllim  və  yazıçı  kimi  Mir 
Cəlal  rus  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri 
Anton  Pavloviç  Çexovun  da  yaradıcılığına  diqqət  və 
maraqla  yanaşmışdır,  ixtisasca  həkim  olan,  dünyanın 
məşhur  yazıçı,  dramaturqlarından  biri  kimi  şöhrət  qaza­
nan  Çexov,  25 illik yaradıcılıq  dövründə  900-dən çox əsər
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
413
 oa

yaratmışdır.  Yeniyetmə  yaşlarından  çətin  həyat  yolu 
keçmiş  Çexovun  daxili  aləmində  insanlıq  vüqarı,  əda­
lətlilik,  vicdan  və  həqiqət meyli getdikcə  güclənirdi.  Bəzən 
ailə  içərisində  də  Çexovun  “Yalan  danışma”,  “Bu,  düz 
deyil”,  “İnsaflı  olmalıdır”  və  s.  sözlərini  eşitmək  mümkün 
olurdu.  Onun  yaradıcılığına  xas  olan  əsas  xüsusiyyət 
namuslu  insan  olmaq  arzusu  idi.  Namuslu  insan  isə  heç 
bir  zaman  yalan,  haqsızlıq  və  zülm  ilə  razılaşa  bilməz. 
Hələ  16  yaşında  ikən  kiçik  qardaşına  yazdığı  bir 
məktubda  Çexov deyirdi:  “Sənin  yaxşı  xəttin  var və  bütün 
məktubda  bir dənə  belə  qrammatik  səhvə  rast  gəlmədim. 
Ancaq  bir  şey  mənim  xoşuma  gəlmir:  sən  nə  üçün  öz 
şəxsiyyətini  “heç  olan  və  görkəmsiz  qardaşın”,  -  deyə 
adlandırırsan?  ö z   heçliyini  etiraf  edirsən?..  Bilirsənmi 
heçliyini  harada  etiraf et? Tanrı  qarşısında,  bəlkə  də  ağıl, 
gözəllik,  təbiət  qarşısında  etiraf  et,  lakin  insanlar  qarşı­
sında  deyil,  insanlar  qarşısında  öz  ləyaqətini  etiraf etmə­
lisən.  Sən  ki,  fırıldaqçı  deyilsən,  sən  ki,  namuslu  adam­
san?  Elə  isə,  namuslu  adam  olduğun  üçün  özünə  hörmət 
et və bunu bil  ki,  namuslu  adam  heç demək deyildir".
Bu  sözlər  sonradan  daha  da  qüvvətlənib  Çexovun 
həyat  məramnaməsi  oldu.  O,  artıq  öz  qarşısında  böyük 
bir  məqsəd  qoymuşdu:  insan  özü-özünü  tərbiyə  etməli, 
öz  təbiətini  pislikdən,  köləlik  ruhundan,  meşşanlıqdan, 
yalandan  təmizləməli,  namuslu  insan  olmalı!  Çexov  özü 
üçün  istədiyini  bütün  həyat,  cəmiyyət,  bəşəriyyət  üçün 
arzu  edirdi.  Odur  ki,  bütün  varlığını,  bütün  hünər  və 
qabiliyyətini,  bütün  yaradıcılığını  meşşanlıqla  mübarizəyə 
həsr  etdi.  1888-ci  ildə  yazdığı  bir  məktubunda  bildiirirdi: 
“Mən  yalan  və  təcavüzün  hər  bir  növünə  nifrət  bəslə­
yirəm.  Riyakarlıq,  kütbaşlıq  və  istibdad  yalnız  tacir  evlə­
rində  və  həbsxanalarda  deyil;  bunu  mən  elmdə,  ədə­
biyyatda,  gənclik  içərisində də  görürəm...  Mənim  üçün  ən
_______________
Reyhan Mirzəzadə
________________
ю 
414
 oa
müqəddəs  şey-insan  vücudu,  can  sağlığı,  ağıl,  istedad, 
ilham,  məhəbbət  və  mütləq  bir  azadlıqdır,  qüvvətdir, 
yalandan  azadolmaqdır.  Əgər  böyük  bir  sənətkar  ol­
saydım, tətbiq edəcəyim məramnamə bu olardı..."
Çexovun  novellası  dünya  və  rus  ədəbiyyatının  ən 
gözəl  zinətlərindən  biri  sayılır.  Novella  aləmində  Çexov 
həqiqətən  xarüqələr  yaratmışdır.  Tolstoy  Çexovu  bu  xü­
susda  fransız  ədibi  Gi-de  Mopassanla  müqayisə  edərək 
yazırdı:“Fransızların  üç  yazıçısı  var:  Stendal,  Balzak, 
Flober,  bir  də  Mopassan.  Lakin  Çexov  ondan  yaxşıdır”. 
“Mopassandan  yaxşı  olan”  Çexov  haqqında  Mir  Cəlalın 
yazdıqlarından:(“Böyük  ustad"  məqaləsi,  “Kommunist" 
qəzeti,  28  yanvar  1960-cı  il)  “Mənim  Çexovdan  oxu­
duğum  və  möhkəm  yadımda  qalan  ilk  hekayələrdən  biri 
“Vanka”  olmuşdur.  Bu  kiçik  hekayəni  oxuduğum  gün, 
həmin  kitab,  səhifələr,  hətta  ayrı-ayrı  cümlələr  belə 
yadmdadır.  O  zaman  mən  Vanka  Jukovun,  böyük  bir 
həsrət  və  azu  ilə  babasına  məktub  yazan  yazıq  uşağın 
həyatını  oxuyub  çox  mütəəssir  olmuşam.  Gəncliyimin  ilk 
illərində  mənə  “Vanka"  qədər  təsir  bağışlayan  ikinci  bir 
hekayə  xatırlamıram,  heç  vaxt  güman  etməzdim  ki, 
balaca  bir  hekayədə  insan  taleyini  belə  dürüst  və  təsirli 
vermək,  oxucunu  bu  qədər heyran  qoymaq  mümkün olar. 
Vanka  nə  qədər  məhrum,  kimsəsiz,  ümidsiz  bir  uşaqdır! 
Onun  acı  həyatı  bizi  yandırır,  qəlbimizin  bütün  riqqətli 
tellərini dilləndirir,  köhnə dünyaya qəzəbimizi coşdurur...”
Çexov özünə  qarşı  son  dərəcə tələbkar bir  sənətkar 
idi.  Antoşa  Çexonte  imzası  ilə  nəşr  etdirdiyi  kiçik  parlaq 
əsərlərinə  qarşı  son  dərəcə  tənqidi  yanaşardı.  O,  əvvəlki 
əsərlərini  bəyənməyərək,  “Çexonte  çox  şey  yaza  bilərdi, 
fəqət,  Çexovun buna  haqqı yoxdur" - deyərdi.
Çexovun  yaradıcılığı  rus  həyatının  əzəmətli  bir 
simfoniyası  idi.  Yazıçı  ayrı-ayrı  insanların  deyil,  bütün
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 415 сл

xalqın,  bütün  Rusiyanın  səadətini  arzulayırdı.  Onun  iste­
dadının  əzəmətli  qüvvəsi  bunda  idi  ki,  o,  heç  bir  zam an 
heç  bir  şeyi  uydurmaz,  dünyada  olmayan  şeyi  təsvir 
etməzdi.  Yazıçı  “6  nömrəli  palata”nı  1892  -  ci  ildə  yaz­
mışdı.  Yazıçının  bir-birinin  ardınca  ərsəyə  gəlmiş  “ Na­
məlum  şəxsin  hekayəsi",  “Mənim  həyatım",  “Kəndlilər”, 
“Qılaflı  adam”,  “İonıç”,  “Dərədə”,  “Gəlin",  “Cansıxıcı  ha­
disə”  və  s.  kimi  əsərləri  dünyanın  müxtəlif  dillərinə  tər­
cümə  olunmuşdur.  Mir  Cəlal  deyirdi  ki,  Çexovu  milyon  - 
milyon  oxuculara,  o  cümlədən  Azərbaycan  oxucularına 
sevdirən  hər  şeydən  əvvəl  onun  sadə  insanların  taleyinə 
həssas,  səmimi  və  dost  münasibəti,  köhnə  dünyanın 
acınacaqlı,  ibrətli  mənzərələrini  canlı  və  əyani  surətdə 
ifadə  etməsidir.  “ Biz  Çexovun  nəsrindəki  bu  qüdrətindən 
daim  öyrənməliyik.  Böyük  rus  ədibinin  bir  və  ya  bir  neçə 
hekayəsində  deyil,  onun  ümumən  yaradıcılıq  istiqa­
mətində,  yazı  manerasında,  həyata  münasibətində,  gülü­
şündə,  bir  sözlə,  realizmində  Azərbaycanın  klassik 
nasirləri  ilə  səsləşən,  həmahəng  olan  cəhətlər  çoxdur”  - 
deyə Mir Cəlal  bildirirdi.
Çexov  Qafqaza  dəfələrlə  ziyarət  etmiş,  Azərbay­
cana  da  gəlmişdi.  Qafqaza  ilk  səyahəti  onda  dərin  izlər 
qoymuşdu.  O,  bu  barədə  şair Pleşşeyeve  yazırdı:“Qafqaz 
mənə  o  qədər  yeni  və  çox  ciddi  təsir  bağışlamışdır  ki, 
bütün  gördüklərim  indi  mənə  yuxu  kimi  gəlir”.  Çexov 
Qafqazdan  aldığı  təəssüratı  daha  sonra  bir  daha  etiraf 
edirdi:  “Mənə elə gəlir ki,  mən  bütün dünyanı  gəzmişəm” .
Bu  ilin  yanvarın  29-da  bir  çox  ölkə  və  şəhərlərdə 
dünya  xalqlarının,  o  cümlədən  Azərbaycan  xalqının  se­
vimlisi  olan  A.P.Çexovun  anadan  olmasının  155  illiyi 
təntənə  ilə  qeyd  olundu.  Böyük  rus  ədibinin  adı  xalqımız 
üçün  bir  də  ona  görə  əzizdir  ki,  Böyük  Vətən  müharibəsi 
dövründə  Azərbaycanda  yaradlmış  və  əksəriyyəti  azər­
__________________Reyhan_Mirzəzadə_________________'>________________
Reyhan Mirzəzadə_
_____________ _
8 0  
416 03
baycanlılardan  ibarət  olan  məşhur  416-cı  diviziyanın 
döyüşçüləri  Ordunun  başqa  hərbçiləri  ilə  birlikdə  1943-cü 
il  avqustun  30-da  Çexovun  Vətənini  -  Taqanroq  şəhərini 
alman  faşist  işğalçılarından  qəhrəmanlıqla  azad  etmiş, 
buna  görə  də  diviziyaya  Taqanroq  atıcı  diviziyası  adı 
verilmişdi.
Mir  Cəlalın  rus  yazıçı  və  şairlərinin  yaradıcılığına 
həsr  etdiyi  çoxsaylı  məqalələri  onun  zəngin  rus  ədə­
biyyatı  tarixinə  dərindən  bələd  olduğu,  bu  barədə  xeyli 
əsaslı  tədqiqatlar  apardığını  göstərir.  Unudulmaz  yazıçı­
mızın  nəsillərə  yadigar  qalan  və  sevə-sevə  bəhs  etdiyi 
növbəti rus ədibi  Maksim Qorkidir.
Maksim  Qorki  Azərbaycan  xalqının  ən  çox  sevdiyi, 
ən  çox  oxuduğu  rus  yazıçılarındandır.  Azərbaycan, 
Azərbaycan  xalqı,  xüsusilə  Bakı  şəhəri  Qorkinin  həmişə 
diqqətini özünə cəlb  etmişdi.  Ədib  Bakıya  ilk dəfə  1892-ci 
ildə  24  yaşında  ikən,  ikinci  dəfə  1897-ci  ildə  gəlmiş, 
Azərbaycan  zəhmətkeşlərinin  həyatı  ilə  yaxından  tanış 
olmuşdu.  Yazıçı  eyni  zamanda  Azərbaycan  xalqının 
şifahi  ədəbiyyatı,  xalqın  içindən  çıxmış  qəhrəmanların 
həyatı  ilə  dərindən  maraqlanmış,  Qaçaq  Nəbi  və  Qaçaq 
Kərəm  haqqında  məlumat  toplamış,  bu  məlumatları  rus 
dilinə  tərcümə  etmiş  və  hazırladığı  kitabçada  nəşr 
etdirmişdi.
Qorki  Bakıya  üçüncü  dəfə  1928-ci  ildə  oğlu  ilə 
birlikdə  gəlmişdi.  Bu  dəfə  o,  Bakıda  cəmisi  üç  gün  qal­
mışdı.  Bu  müddətdə  ədib  neft  mədənlərinə,  bir  sıra 
zavodlara,  Mərdəkana  getmiş,  alimlər,  yazıçılar,  ictimai 
xadimlərlə  görüşmüşdü.  Qorki  Bakıya  şəhərimizi  gördüyü 
ilk  gündən  bağlanmışdı.  Xalq  Şairi  Səməd  Vurğun  Qor­
kinin  Bakiya  bəslədiyi  məhəbbəti  xatirələrinin  birində  belə 
təsvir edirdi:  “...Arada  bir  o  məndən  Bakını  soruşdu.  Mən 
ona  Bakının  bu  son  illərdə  nə  qədər  dəyişdiyindən,
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
8 0  
417 03

gözəlliyindən  danışdığım  zaman  onun  arıq  üzündə 
təbəssümlər  oynayır,  gözləri  gülür  və  “Çox  gözəl!”- 
deyirdi.  O,  bizim  Bakını  çox  sevirdi".(“Ədəbiyyat”  qəzeti, 
30 mart 1938-ci  il.)
Qorki  həmin  vaxtlar təzə yaranmaqda  olan  Dağüstü 
parkdan  Bakı  gecələrini  təsvir edərək deyirdi:  “Gecə  mən 
Bakıya  dağ  üzərindən  baxırdım.  Burada  nəbatat  bağı 
salmaq  ehtimalı  vardır.  Buradan  baxarkən  şəhərdə, 
mədənlərdə,  gecə  işin  davam  etdiyi  Bibiheybətdə  işıq­
ların  çoxluğu  və  gözəlliyi  məni  heyrətə  salmışdı.  G ecələr 
Vezuvi  dağından  baxdıqda,  Neapol  çox  gözəl  görünür. 
Bu  qədim  şəhərdə  və  onun  limanında  yanan  işıqlar 
körfəzin  sularına  əks  edərək,  zəngin  bir  rəng  oynağı 
əmələ  gətirir.  O  gecəyədək  mən  bundan  gözəl  mənzərə 
təsəvvür  etmirdim.  Lakin  Bakı  daha  zəngin,  daha  bol 
işıqlandırılır.  Neapol  körfəzində  olduğu  kimi,  burada  da 
sahilin  minlərlə  işığı Xəzərin  qara güzgüsündə əks edir” .
Sonuncu  dəfə  Bakıya  gəldiyi  zaman Qorkinin  sevinc 
və  fərəhinin  səbəbi  burada  tamamilə  yeni  bir  aləmlə, 
əvvəl  gördüklərindən  xeyli  seçilən  yeni  bir  həyatla 
qarşılaşması  idi.  Yazıçı  sonralar  çıxışlarının  birində  bu 
barədə  demişdi:“Mən  artıq  çoxları  ilə  söhbət  etmişəm, 
çoxlarını  görmüşəm,  çoxlarına  diqqət  yetirmişəm.  Bu, 
başqa  xalqdır.  Bu,  o  xalq  deyildir...  O,  istədiyi  hər  şeyi 
yaratmalıdır  və  bunu  o  bacarır,  bunu  o  edəcək  də”. 
(“Pravda” qəzeti,  29 may  1928-ci  il).
1928-ci 
ildə 
Bakıda 
olduğu  zaman 
Qorkinin 
Azərbaycan  xalqını  “qədim  istedadlı  xalq”  adlandırması 
(“Bakinskiy  raboçi"  qəzeti,  22  iyul  1928-ci  il)  onun  mütə- 
madi  müşahidələri  və  qənaətləri  ilə  bağlı  idi.  Azərbaycan 
xalqı  Qorki  kimi  böyük  bir  insana,  böyük  bir  yazıçıya 
biganə  qala  bilməzdi.  Xalqın  sevgisini  qələmləri  ilə 
yaddaşlara köçürən yazıçılarımıza Allah qəni-qəni rəhmət
_______________
Reyhan Mirzəzadə
_________________
ю 
41S as.
eləsin  ki,  onlar  bu  məhəbbəti  mədəni  tariximizin  səhi­
fələrində  əbədi  olaraq yaşatdılar.  Mir Cəlal  Paşayev  kimi. 
Mir  Cəlala  görə,  Maksim  Qorki  ölməz,  əbədi  yaşayan, 
qəlblərə  nüfuz  edən  dahi  bir  ədib,  yeni  mədəniyyətin 
böyük  ustası  idi.  Böyük  ədib  bədii  yaradıcılığa  böyük 
ictimai-siyasi  iş,  böyük  mədəniyyət  işi,  xalq  işi  kimi 
baxırdı.“Yazıçı  insan  qəlbinin  mühəndisidir!”  Bu  sözləri 
Qorki hər zaman iftixarla təkrar edirdi.
Qorkinin  həyat  yolu  son  dərəcə  çətin  və  mürəkkəb 
olmuşdur.  O,  bədii  ədəbiyyata  məktəb,  institut  skamyala­
rından  deyil,  kənardan,  təsadüfdən-təsadüfə  əlinə  düşən 
kitablardan,  rus  xalqının  rəngarəng  və  zəngin  folklo­
rundan  aldığı  qüvvətli  bədii  təsirlə  gəlmişdir.  Qorkinin  ilk 
müəllimi  xalq  ədəbiyyatı  olmuşdur.  Məhz  buna  görə  də 
bu  ədəbiyyatın  təsir  qüvvəsini  bir  yazıçı  kimi  öz  təcrü­
bəsində  sınaqdan  keçirən  ədib,  folklorun  yazılı  ədə­
biyyatın  inkişafında  tutduğu  mövqeyi  əsaslı  və  inandırıcı 
misallarla  izah  edə  bilmişdir.  Mir  Cəlalın  Qorki  haqqında 
biri-birindən  dəyərli  və  maraqlı  xeyli  məqalələri  vardır. 
Lakin  yazıçının  təkcə  1968  -  ci  ildə  rus  ədibinin  100  illik 
yubileyi  münasibəti  ilə  qələmə  aldığı  “Bədii  söz  ustaları­
nın  böyük  müəllimi” məqaləsi qalın-qalın  kitabların  mahiy­
yətinə  bərabərdir.
Həmin  məqalədə  Mir  Cəlal  yazır:“Mən  realist 
ədəbiyyatın,  zəhmət  adamlarına,  onların  ağır  həyat,  məi­
şətinə  dair  əsərlərin  məftunu  kimi,  hələ  ilk  gənclik  illə­
rindən  böyük  ədibin  əsərlərinə  müraciət  edirdim.  “Uşaq”, 
“A na”,  “Çelkaş”,  “İnsanın  doğulması”  kimi  sırf realist,  canlı 
həyat  lövhələri  verən  hekayələri  dönə  - dönə  oxuyur,  hər 
dəfə  onların  sətir  və  epizodlarında  parlaq  ictimai  mən­
zərələr  görürdüm.  Görürdüm  ki,  bu  yazılar  yalnız  ayıq 
təxəyyül  və  iti  təsəvvürün  məhsulu  olmaqdan  başqa, 
canlı  həyat  lövhələrini  şəxsən  yaşamış  həssas  bir  qəlbin
_____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
bs
> 4 J9
oa

həyəcanlı  çırpıntılarıdır.  Maksim  Qorkinin  əsərlərində 
sadə  insanın  nə  qədər qürur,  nə  qədər qüdrət  və  vüsətlə 
təsvir  olunması  məni  heyran  etməkdən  başqa,  m əndə 
iftixar  hissi  doğururdu.  Mən  görür,  dərk  etməyə  başla­
yırdım  ki,  dünyanın  bu  əzəmətli  kaşanələrini,  ecazkar 
şəhər,  kənd  mənzərələrini  yaradanlar  məhz  sıravi,  sadə 
insanlardır.”  Mir  Cəlal  daha  sonra  qeyd  edir  ki,  XX  əsrdə 
xalq  içində  Maksim  Qorki  qədər  oxunan,  sevilən,  m əşhur 
olan  ikinci  bir  yazıçı  təsəvvür  etmək  çətindir.  Adam lar 
Qorkinin  əsərlərindən  qüvvət,  mətanət,  böyük  gələcək 
uğrunda  mübarizə  ilhamı  alırdılar  və  alırlar...  "Böyük 
ədibin  əsərləri  oxucuda  həmişə  ruh  yüksəkliyi,  həyat, 
mübarizə  eşqi  və  həvəsi,  gələcəyə  doğru  bir  çırpmış 
oyatmışdır,  "insanlar  və  həyat  haqqında  elə  yazmaq 
lazımdır  ki,  hər  söz  mahnı  kimi  səslənsin  və  işıq  saçsın! 
Ədəbiyyatın  işi  daha  çox  enerji  oyatmaqdır!  "Bu,  böyük 
söz  ustasının  yazıçılara  verdiyi  sadəcə  məsləhət  deyil, 
möhkəm  inam və etiqad  idi...
Elə  bu  möhkəm  inam  və  etiqadın  nəticəsiydi  ki,  “M. 
Qorki  eyni  zamanda  alovlu  bir  publisist,  yeni  dünya,  yeni 
həyat,  yeni  mədəniyyət uğrunda yorulmaz bir döyüşçü  idi. 
O,  ömrünün  axırına  qədər  faşizmə  qarşı  mübarizənin 
bayraqdarlarından  idi.  O,  faşizmi  “məhv  edilməli  olan 
vəhşi  heyvan"  adlandırırdı.  O,  hələ  30-cu  illərin  əvvəl­
lərində  “faşist  canavarlar”ın  milyonlarla  ən  sağlam  adam­
ları  mənasız  qırğına,  əsrlər  boyu  yaranmış  mədəniyyət 
abidələrini  məhv  etməyə  hazırlaşdıqlarını  görür  və  bunu 
uca,  nüfuzlu  səsilə  bütün  dünyaya  elan  edirdi",  -  deyə, 
Mir Cəlal  Paşayev yazırdı.
Mir  Cəlalın  obyektiv  yanaşmasına  görə,  M.Qorkinin 
gənc  yazıçılarla  nə  qədər  ciddi  işləməsi,  onlara  müəllim, 
usta  köməyi,  verdiyi  məsləhətlər,  onları  gündəlik  qayğı  ilə 
yetişdirməsi  ədəbiyyat  tarixində  nadir  nümunədir.  M.
_______________
Reyhan Mirzəzadə
_________________
so 420 ca
Qorki  işinin  çoxluğuna,  mühüm  ictimai  dövlət vəzifələrinə 
baxmayaraq,  qocalığına,  səhhətinin  pozulmasına  baxma­
yaraq,  gənc  yazıçıların  əlyazmalarına  ən  həssas,  ən 
diqqətli  bir müəllim  kimi  baxır,  ən  sıravi  müəlliflərin  ümid- 
verən  yazılarını  şəxsən  düzəldir,  çapa  verir,  müəlliflərə 
məktub  yazır,  bəzən  onları  yanına  çağırıb  məsləhətlər 
verirdi.Qorkinin  “Əgər  çörək  bişirən  xəmiri  pis  yoğurur, 
xəmirə  zibil  və  çör-çöp  düşməyə  imkan  verirsə,  o,  bu 
çörəyi  yeyənlərə  hörmət  etmir.  Eləcə  də  pis  əsər  yazan 
yazıçı  oxuculara  hörmət  etmir"  kimi  fikrini  məqaləsində 
əks  etdirən  Mir  Cəlal  bildirir  ki,  yazıçı  işlərkən  eyni 
zamanda  işi  sözə,  sözü  işə  çevirir.  Yəni  sənətkar  ictimai 
varlığımızı  doğru  -  düzgün,  canlı  və  parlaq  əks  etdir­
məklə,  eyni  zamanda  bu  varlıqda  fəal  iştirak  edir, 
quruculuq  işi görür...
Ədəbiyyatşünas  alim  davam  edir:"Qorki  təsvirində 
zahiri  təntənə,  dəbdəbə,  təmtəraq  yox,  insan  həyatı,  mə­
nəviyyatının  daxili,  mənəvi  gücü  ilk  plana  çəkilir,  qabarıq 
verilir”.
“Qorkinin  əsərlərini  diqqətlə  nəzərdən  keçirəndə 
möhkəm  inanırsan  ki,  ədəbiyyat  doğrudan  da  insan- 
şünaslıqdır,  həyat  dərsliyidir,  böyük  bir  məfkurə  silahıdır! 
Böyük  ədibin  əsərləri  bir  neçə  nəslin  tərbiyə  edilib  kamil­
ləşməsində  dərin  təsir göstərdiyi  kimi,  bir  çox  əsrlər boyu 
təravətini  saxlayan  həyat dərsliyi  olaraq  qalacaqdır” ,  - de­
yə  Mir Cəlal  müəllim məqaləsinin son fikirlərində  bildirir.
Ədəbiyyat  üzrə  beynəlxalq  Nobel  mükafatı  laureatı, 
görkəmli  ictimai  və  dövlət  xadimi,  keçmiş  SSRİ  Elmlər 
Akademiyasının  həqiqi  üzvü  Mixail  Aleksandroviç  Şoio- 
xov  1905-ci  ildə  Don  vilayətindəki  Veşenski  stanitsasmın 
(kazaklar  yaşayan  kənd)  Krujilina  xutorunda  anadan 
olmuşdur.  Yazıçının  anası  Anastasiya  Danilovna  təhkimçi 
kəndli  qızı  olmuş,  ata  -  anasını  tez  itirmiş,  12 yaşında ərə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
421
 ca

gedənə  kimi  bir  mülkədar  qadının  qulluqçusu  olmuşdur. 
Şoloxovun  anasını  yaxşı  tanıyan  A.  S.Serafimoviçin  de­
diklərinə  görə,  Anastasiya  Danilovna  tamam  savadsız 
olsa  da,  canlı,  obrazlı  nitqə  malik,  anadangəlmə  istedadlı, 
qabiliyyətli  bir  qadın  idi.  Bəlkə  də  böyük  sənətkara  bu  irs 
anasından  keçmişdi.  Yeddi  yaşında  ikən  kənd  müəllimi 
Timofey  Mrıxindən  evdə  dərs  alan,  öz  fərasəti,  bacarığı, 
istedadı  ilə  müəllimini  heyran  qoyan  Mixail,  cəmi  üç  aya 
birinci  sinfin  proqramını  mənimsəmişdi.  1914-1918-ci  il­
lərdə  müxtəlif  gimnaziyalarda  oxuyan  Mixail  Aleksan- 
droviç  böyük  həvəslə  rus  və  dünya  klassik  yazıçılarının 
əsərlərini  mütaliə  edir,  tarix və  ədəbiyyat dərslərinə  xüsu­
si  həvəs göstərirdi.
1923-cü  il  sentyabrın  19-da  “Yunoşeskaya  pravda” 
qəzetində  “İmtahan”  adlı  maraqlı  bir  felyeton  çıxmışdı. 
Felyetonun  axırında  “M.  Şolox”  imzası  qoyulmuşdu.  Bu 
tarixdən  etibarən  ədəbiyyat  və  mətbuat  aləmində  yeni  bir 
şəxsiyyət,  yeni  bir  soyad  meydana  çıxmışdı.  Bu,  Şoloxov 
idi.
Mir Cəlal  özü  istedadı və  zəhməti,  yaratdığı  əsərləri, 
kitabları  ilə  böyük  xalq  məhəbbəti,  oxucu  sevgisi  qazan­
mış  nüfuzlu  qələm  sahibi  idi.  Pedaqoqluq  fəaliyəti  ilə 
bərabər,  zəngin  təcrübəsinə istinadən  haqlı  olaraq yazırdı 
ki,  (“Ədəbiyyat”  qəzeti,  1955-ci  il  21  may)  yazıçı  üçün 
qəlbləri  fəth  etməkdən,  oxucu  kütlələrinin  məhəbbətini 
qazanmaqdan,  ümumxalq  şöhrətinə  nail olmaqdan  böyük 
hünər  və  səadət  yoxdur.  Bunun  ardınca,  Mir  Cəlal 
müəllim  Mixail  Aleksandroviç  Şoloxovu  belə  səadətə  nail 
olan  ədiblərdən  biri,  zəmanəmizin  böyük  yazıçısı  kimi 
təqdim  edir:“1923-cü  ildə,  hələ  18  yaşında  mətbuatda 
çıxış  edən,  20  yaşında  isə  “Don  hekayələri"  adlı  ilk  ki­
tabını  nəşr etdirən  M.Şoloxovun  ədəbiyyata  gəlişi mühüm 
bir hadisə olmuşdur.
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling