Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Azarbaycancılıq və vətənpərvərlik məfkurəsi ____ ею 423 ca
- _______________ Reyhan Mirzəzadə ________________ r d 424
- ____________ Reyhan Mirzəzada ________________ “Həftə içi” qəzeti, 20 noyabr, 2015-ci il £o 426 ca
- “M ə n B akıya çox minnətdaram . Bu füsunkar, g ö zə l ş ə h ə r Yeseninin a ğ ır keçən həyatının son ayların d a ona
- Yesenin dünyanın ən böyük, nam uslu şairlərindən- dir. O, ö z Vətənini, doğm a xalqını, h a b e lə gözəlliyi, insan
- “B a k ıs ız və bakılılarsız y aş aya bilmirəm, baxın, yen ə gəldim !.. ” Sergey Yesenin, böyük rus şairi, 1925-ci il. ____
- _______________ Reyhan Mirzəzadə ________________ sn428 ca
- _______________ Reyhan Mirzəzadə _________________ so 430 ca
- _______________ Reyhan Miızəzadə _____________ _ so 432 ca
- Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi ____ sn433c
_______________ Reyhan Mirzəzadə ________________ so 422 03 Şoloxovun ilk hekayələri böyük bir sənətkarın dərin bədii təfəkkürə malik olduğunu göstərirdi. Kitabın müqəd diməsində göstərildiyi kimi, Şoloxovun yaratdığı xaraker- lərin hərəsinin öz siması, öz ləhcəsi, öz gülüşü, duruşu, baxışı, hərəkəti, özünəməxsus sevgisi, nifrəti ilk baxışda oxucunu cəlb edir. Həyat həqiqətinə sədaqəti, mövzu larının aktuallığı, dilinin əlvanlığı, müşahidəsinin zəngin liyi, incə bədii zövqü, qələm qüdrəti, yüksək sənət məha rəti Şoloxovu ilk gündən rus ədəbiyyatının ən qabaq cərgələrinə gətirmişdir. “Gənc qartal kimi qanad açıb gələn” bu istedad haqqında ədəbi mühitdə hələ o zaman sevinclə danışırdılar”. Doğrudan da Mixail Şoloxov heç kimə bənzəmir. Əsərlərini oxumağa başlayan kimi blirsən ki, bu, Şolo xovun qələmindən çıxıb. Koloritli dil ilə sadə yazmaq, dərin psixoloji təhlil ilə yanaşı, lirik ricətlərə vurğunluq, kütləvi səhnələrə xüsusi rövnəq verib xalqın əzəmətini epik lövhələrdə göstərmək, nəsrdə şairanəlik Şoloxova məxsus keyfiyyətlərdir. Rusiyanın məhsuldar torpağı, əvəzsiz gözəlliyi, çalışqan və fədakar əmək adamları olan Rostov vilayəti Mixail Şoloxovun əsərlərində o qədər təbii, o qədər canlı təsvir olunub ki, insanlar o qədər coşqun ilhamla qələmə alınıb ki, bu əsərləri oxuyan, sanki yazıçının qəhrə manları ilə bərabər yaşayır və duyur, görür və düşünür. “Don hekayələrindən sonra Şoloxov “Sakit don” roma nının birinci və ikinci kitablarını yazdı. Böyük və gərgin əmək, bədii və psixoloji axtarışlar nəticəsində o, 1933-cü ildə romanın üçüncü, 1940-cı ildə isə dördüncü kitabını yaratdı. 1932-ci ildə “Oyanmış torpaq” romanının birinci hissəsini tamamladı. Bu əsərlər 23 yaşlı Şoloxova ümum- dünya şöhrəti, sənət şöhrəti qazandırdı. 27 il sonra keçmiş hadisələri bir daha bədii təfəkkür süzgəcindən Azarbaycancılıq və vətənpərvərlik məfkurəsi ____ ею 423 ca keçirən sənətkar, “Oyanmış torpağ”ın ikinci kitabını tamamladı. “Sakit don” keçmiş sovet dövründə kazakların yeni həyat uğrunda apardıqları mübarizədən bəhs edən ilk roman idi. Əsər təkcə bir ailənin, bir şəxsin apardığı mübarizənin bədii təsdiqi olmayıb, qədim Don torpağında aparılan azadlıq mübarizələrinin obrazlı tarixidir. 1929-cu ildə “Sakit don” ilk dəfə alman dilinə tə r cümə olunandan sonra, yazıçı və dramaturq Frans Karl Vayskopf “Sola dönüş” jurnalında yazırdı:"Sakit Don” öz konsepsiyasının böyüklüyünə, öz həyatının rəngarəngliyi nə, öz formasının səmimiliyinə görə Lev Tolstoyun “Hərb və Sülh” ünü xatırladır”. Bu barədə Mir Cəlal Paşayevin yanaşmaları da olduqca maraqlıdır:“Bu romanı haqlı olaraq kazaklar həyatının epopeyası adlandırırlar. Burada xalq həyat və məişəti, siniflər mübarizəsi geniş, ətraflı və qabarıq bir şəkildə, yüksək bədii formada göstərilmişdir ki, oxucu heç bir zaman bu lövhələri unutmur. Romanın baş qəhrəmanı güclü, cəsur, zəngin insani ehtiraslar sahibi Qriqori Mele- xovdur. Melexovun taleyi bütün əsər boyu təsvirin mərkə zində durur. Melexovun faciəsi ondan ibarətdir ki, xalqın dan, onun taleyindən və ideallarından ayrı düşmüşdür. Uzun tərəddüdlər, mənəvi iztirablar çəkən, "çöldə boran kimi" dolaşan Melexov, vətəndaş müharibəsi cəbhə lərində gah bu tərəfə, gah o tərəfə keçir. Heç bir arzu və məqsəd üzərində möhkəm dayana, qüvvələrini bu yolda axıracan sərf edə bilmir. İradə, mərdlik, cəsarət, döyüş məharəti və bu kimi təbii, insani qabiliyyətləri onun xeyrinə sərf olunmur, ona nicat verə bilmir. Bitib-tükən məyən şübhələr və tərəddüdlərindən sonra o, nəhayət, düşmən cəbhəsinə keçir, mənsub olduğu, içərisindən çıxdığı xalqa xəyanət edir və bunun nəticəsində də _______________ Reyhan Mirzəzadə ________________ r d 424 c a həyatda özünə yer tapa bilmir. Öz günahlarına görə mə suliyyətə çəkiləcəyindən qorxaraq, axırıncı düşmən dəstələrindən birinə qoşulur, böyük ictimai hərəkat döv ründə olsa da, tək qalır, şəxsi faciə keçirir. Romanda əhvalat Don kazaklarının 10 illik həyatını (1912-1922) əhatə edir. Ancaq bu on il məzmun etibarilə bütün dünya da olduğu kimi, burada da əsrlərə bərabərdir". Şoloxovun öz sevimli əsəri haqqında təəssüflə yaz dığı isə bu olur:“Sakit Don”u 15 ilə yazmışam, buna heyfslənmirəm, yalnız romanı 20 ilə yazmamağıma çox heyfslənirəm". Romanın taleyi uzun illərin sınağından keçsə də, xoşbəxt əsər kimi tarixin ikiqat yaddaşına həkk olundu: “Sakit Don” qüdrətinə görə 1965-ci ildə Şoloxova Nobel Mükafatı qazandırdı. Rusiyada Ədəbiyyat ili elan olunmuş 2015 - ci il zəngin ədəbi hadisələri ilə bitməyə doğru istiqamətlənib. Ədəbiyyat ilinin biri-birindən maraqlı və dəyərli tədbirləri arasında mayın 24-də Mixail Şoloxovun 110 illik yubileyinin keçirilməsi olub. Həmin Şoloxovun ki, dünya nın parlaq zəkaları yaradıcılığına böyük dəyər veribdir. Azərbaycanda da belə nurlu zəkalar vardı. Mir Cəlal belə zəkalardan həm də onunla fərqlənirdi ki, ailə üzvləri arasında onun qədər rus ədəbiyyatı və rus dili mütə xəssisləri yetişən ikinci yazıçı və alim ailəsi yox idi. O, bütün rus yazıçı və şairlərinin yaradıcılığına bütün incəliklərinə qədər dəyər verirdi. Şoloxov da onlardan biri idi. Oxucuların diqqətini nəinki onun irihəcmli əsərlərinə, hətta hekayələrinə də cəlb edib, “Bədii nəsrimiz yeni mərhələdə” məqaləsində “Şoloxovun “insanın taleyi" hekayəsinin cazibəsi və üstünlüyü hər şeydən əvvəl, həyat həqiqətini dürüst, qabarıq əks etdirməsində deyilmi?” - deyə sual verirdi. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ s o 4 2 5 o a Mir Cəlal digər yazılarında Şoloxovu Qorki ənənə lərinin davamçısı kimi qiymətləndirirdi. Qorkininsə bu kəlmələri yadımdan heç bir zaman çıxmayacaq:“Həyat uzundur-yaxşı da, yaman da olacaq, hər bir şey olacaq! Ana Rusiya böyük ölkədir. Bu ölkədə istedadlar olacaq, bu ölkədə saf, dərin, ürəklər var! Yaxşı şeyin yalnız çox olduğuna deyil, daha çox olacağına inanaq". __________________“Həftə_içi”_qəzeti,_20_noyabr,_2015-ci_il_£o__426_ca'>____________ Reyhan Mirzəzada ________________ “Həftə içi” qəzeti, 20 noyabr, 2015-ci il £o 426 ca “VURĞUNAM BAKIYA ONA GÖRƏ Kİ, QOYNUNDA YESENİN İNCİ Y A R A T D I...” “M əlu m d u r ki, A zərb aycan S. Yesenin üçün əsl ilham m ə n b ə y i olmuşdur. V ar olsun bu d iyar ki, bizim rus şai rinin g ö z ə l əsərləri m əhz burada y ara n m ışd ır!”. Vasili Dmitriyeviç Fyodorov Görkəmli rus şairi, ictimai xadim. “M ə n B akıya çox minnətdaram . Bu füsunkar, g ö zə l ş ə h ə r Yeseninin a ğ ır keçən həyatının son ayların d a ona q ayğ ısız,xo şb əxt günlər b əxş etmişdir. M eh rib an çılığ ın ıza və səm im iyyətinizə görə, sizlərə təşəkkü r e d irəm !”. Juja Rab Tanınmış macar şairi, bir çox rus şair və yazıçılarının xeyli sayda, Yeseninin əsərlərinin bütün külliyatının macar dilinə tərcüməçisi. “ Yesenin dünyanın ən böyük, nam uslu şairlərindən- dir. O, ö z Vətənini, doğm a xalqını, h a b e lə gözəlliyi, insan lığı qiym ətləndirən, bütün dünya xalqlarım q əlb ən sevən bir sən ətkard ır”. Nazim Hikmət Görkəmli türk şairi, yazıçısı, dramaturqu, rəssamı və ictimai xadimi. “B a k ıs ız və bakılılarsız y aş aya bilmirəm, baxın, yen ə gəldim !.. ” Sergey Yesenin, böyük rus şairi, 1925-ci il. ____ Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 427 ça Sergey Aleksandroviç Yesenindən, o böyük rus şairi və rus insanından söz düşəndə, Azərbaycanın unu dulmaz Xalq Şairi Məmməd Arazın bu səmimi fikirlərini yada salmamaq mümkün deyil: “Yeseninin Ryazandan başlanan cığırı bir Magellan yolu kimi dünyanın belinə dolanır. Bu yolu nə Savanna otluqları, nə tropik cəngəlliklər, nə okean qəzəbi itirib-batıra bilir. Çünki bu yolda “bələdçilik” edən ağaclar da, quşlar da, daşlar da zümzüməlidir, nəğməlidir; bu yolu keçənlər xatirə yüklü, gənclik haraylı, məhəbbət soraqlıdır. Bir sənətkar yolu, axtarış yolu onu Bakıya, qədim Odlar Məbədgahına da gətirib çıxarmışdı. Burada yazılan və bura ilə bağlı xatirələrdən alınan şeirlər Yesenin yaradıcılığında mövzu cəhətdən xüsusi xətlə ayrılır. Şair burada da yenə rus qəlbi ilə oxuyur, öz “Şimal fırçası" ilə Cənub boyalarını rəsm eləyir. Onları ruhuna, qanına hopdurur, öz Şimal boyalarını daha da zənginləşdirir... Yesenin nəğmələri - şeirin, sözün rəngləridir. Rus torpağının mənzərələrini, rus sözünün rənglərini, rus ürəyinin vurğularını Yeseninə qədər uşaq heyrəti ilə duyan və uşaq səmimiyyəti ilə ifadə edən ikinci sənətkar tapmaq çətindir". Rus ürəyi!.. Xalq Şairimiz Nəbi Xəzri “Rus ürəyi” nə necə də vurğundur: ...Burada mənim fikrim aydındır daha, Bir də şərh etməyi artıq sayıram. Həmişə ruslarla görüşən zaman, Mən yaz səmasını xatırlayıram. ...Sevirəm, sevirəm, sevirəm qəlbən Mən rus ürəyinin yaz səmasını, Onun qüdrətini, onun eşqini, Onun tufanını, qasırğasını. _______________ Reyhan Mirzəzadə ________________ sn428 ca ...Faşist gürzəsinin əzdik başını, Zəfər marşımızla qurtardı dava. Güldü qəlbimizin döyüntüsündə, Ürəklər-ürəyi böyük Moskva. Yeseninin gənc yaşlarında, həyatının, yaradıcılı ğının ən çiçəkli illərində qəfil ölümü onu tanıyan və sevən müxtəlif xalqların ədəbiyyat aləmini, oxucularını son dərəcə kədərləndirmişdi. Bu qara xəbərdən sarsılan Aleksey Tolstoy yazırdı:"...Onun ölüm günü ədəbiyyatda matəm kimi qeyd edilməlidir” . Faciədən olduqca məyus olan böyük Qorki məktub larının birində yazırdı: “Budur, Yeseninin şeirlərinin birinci cildini oxudum və qüssədən, qəzəbdən, az qala sarsıl dım. Necə də xalis, necə də əsl rus şairidir”. Yeseninin xalis, əsl rus şairi olması taleyinə yazılan soyadında da təzahürünü əks etdirmişdi. A.Tolstoy qeyd edirdi ki, Yesenin - əsl köklü rus soyadıdır. Yulaf, payız, görüş mənası ilə bərabər, bolluq, torpağın bəxş etdiyi nemətlər anlamında işlədilən sözdən əmələ gəlmişdir. Bu, bəlkə də adi bir təsadüf idi ki, XX əsr rus poezi yasının qüdrətli nümayəndəsi sayılan Sergey Aleksan- droviçin soyadı Tolstoyun dediyi mənada Yesenin idi. Yesenin doğrudan da rus xalqının tarixindən doğulan, rus torpağında rus nəğməsinin təmiz havasını udan və bütün yaradıcılığı boyu onlara qayıdan, onları tamamlayıb şöhrətləndirən bir ürək sahibi idi. özünün dediyi kimi: “Oxucu mənim şeirimdə hər şeydən əvvəl, hissin kövrəkliyinə və obrazlılığa fikir verməlidir; bunlar neçə- neçə şairə, yazıçıya “bələdçilik" eləyib, yol göstərib. Bu obrazları mən özümdən uydurmamışam; bunlar rus ruhunun, rus baxışının ifadəçisidir... Bunlar mənim içimdə öz hisslərim, duyğularım kimi yaşayır, nəfəs alır. Məndən ____ Azərbaycançılıq vd vətənpərvərlik məfkurəsi ____ ю 429 oa bircə bunu öyrənə bilərsiniz, mən də başqalarından nəyi isə öyrənməyə hazıram”. Maksim Qorkiyə görə, “Yesenin yüz minlərlə insanın fəryad və iniltisi idi; o, köhnəliklə-yeniliyin barışmaz n ifa qının parlaq və dramatik simvolu idi”.Sergey Yeseninin ilk dövr yaradıcılığı daha çox kənd həyatı, kənd adamları, kənd adət- ənənələri və zəngin rus təbiəti ilə sıx bağlı olmuşdur. Kənd onu bəsləmiş, böyütmüş və böyük sən ət yoluna çıxarmış, qüdrətli poeziya aləminə bəxş etmişdir. Buna görə də Yesenin poeziyasında rus kəndi, rus kəndlisi, rus təbiəti motivləri əsas mündərəcəni təşkil edir. Şairin sevinci də, kədəri də bu üç məfhumla bağlıdır. Xüsusilə füsunkar rus təbiətinin təsvirində Yesenin özün dən sonra gələn rus şairlərinin müəllimi sayıla bilər. Əliağa Kürçaylının dediyi kimi, onun şeirlərində rus ağcaqayını, rus yasəməni, rus küknarı və şamı elə təsvir olunur ki, sanki bu ağaclar dünyada olan bütün şamlar dan, ağcaqayınlardan, yasəmənlərdən fərqlidir. Mübali ğəsiz demək olar ki, Yeseninin şeirlərini oxuyan hər kəs rus təbiəti haqqında uzun illər boyu Rusiyada yaşamış adam qədər kamil bir təsəvvür ala bilər: Sərmiş ağ örpəyini hər yana qar, Yenə sakit görünür rus meşəsi. Bürüyüb könlümü gəzmək həvəsi, “Gəl", - deyir sanki mənə göy şamlar. Səsləyir, gəl, - deyə donmuş o çayın Sahilində ucalan ağcaqayın. Çökür axşam, yenə də qaş qaralır, Ay doğur, hər tərəfə nur çiləyir, _______________ Reyhan Mirzəzadə _________________ so 430 ca Gəl, bu rus torpağını seyr elə bir, Hər tərəf indi başqa görkəm alır. Bir gümüş şöləsidir sanki ayın, Ağ sütuntək ucalan ağcaqayın. Sergey Yesenin 1895-ci il indiki təqvimlə oktyabrın 3-də Ryazan mahalının Konstantinov kəndində kəndli ailəsində doğulmuşdu. Onun dünyaya göz açdığı kənd Oka çayının sahilində yerləşən, qeyri-adi təbii gözəlliyi ilə fərqlənən bir məkandır. Yaşıllığa, gül-çiçəyə qərq olmuş bu kəndin mərkəzində rus memarlığının ən gözəl nümu nəsi olan qədim kilsə yerləşir. Ətraf isə demək olar ki, başdan-başa ağcaqayın, şam və qəndaiaş ağacları ilə örtülmüşdür. Valideynləri Aleksandr Nikitiç Yesenin və Tatyana Fyodorovna sadə, zəhmətkeş insanlar idi. Sergey iki yaşından ana babasının yanında böyümüşdü. Yesenin öz tərcümeyi-halında yazdığı kimi, babasının üç subay oğlu vardı. Sergeyin bütün uşaqlığı, demək olar ki, onlarla keçmişdi. “Dayılarım dəcəl və dələduz uşaqlardı. Üç yaş yarımından onlar məni yəhərsiz at üstə qoyub yortardılar. Yadımdadır, vahimə içərisində atın yalından bərk-bərk yapışardım”, - deyə Yesenin tərcümeyi-halında yazırdı. Dayıları üzməyi də ona bu cür öyrədər və çox vaxt onu özləri ilə ova aparardılar. 1904-cü ildə Sergey doqquz yaşında ikən dördillik ibtidai məktəbə daxil olmuş, 1909-cu ildə həmin məktəbi tərifnamə ilə bitirmişdi. Lakin uşaqlıqdan olduqca nadinc olan Sergey dərslərini yaxşı oxusa da, dəcəl əməllərinə görə üçüncü sinifdə təkrar saxlanılmış, buna baxmaya raq, məktəbi əla qiymətlərlə bitirmişdi. Əmirxan Xəlilovun qeyd etdiyi kimi, şeirə-sənətə həvəs və böyük məhəbbət bəsləməsində onun babası, nənəsi və anasının böyük ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ ю 431 o a təsiri vardı. Sergey həm də sərrast və aydın hafizəyə, dərin düşüncəyə malik idi. Dərs zamanı cəsarətlə cavab verər, özünü böyük şeir həvəskarı kimi göstərərdi Xüsusilə Nekrasovdan, Kolsovdan şeir əzbərləməyi daha çox sevərdi. Gənclik illərində isə o, Puşkin, Qoqol, Turgenev, Tolstoy, Nikitin kimi görkəmli şair və yazıçıların yaradıcılığını dərindən öyrənərdi. Sergey 1912-ci ildə ikiillik kilsə müəllimliyi məktəbini bitirmişdi. ‘'Məndən tez- tez soruşurlar: yazmağa necə başlamısan? Oxumağa beş yaşımdan, yazmağa doqquz yaşımdan... Əvvəllər mənim yaradıcılığıma kənd çastuşkaları təsir edib. Təhsil illərimin mənə elə bir faydası olmayıb. O illərdə slavyan dilini, dini adət-ənənələri öyrənə bilmişəm. Ədəbiyyatla bağlı ilk maraqlı söhbətləri Kleme- novdan eşitmişəm. O, məni yeni ədəbiyyatla, məşhur şairlərlə qiyabi tanış etmiş və klassiklərdən nə üçün qorxmaq lazım gəldiyini başa salmışdır. Şairlərdən ən çox Lermontov və Kolsovdan xoşum gəlir. Andrey Belıdan şeirin forma xüsusiyyətlərini, Blok və Klyuyevdən isə həzinliyi öyrənmişəm... İndi məni ən çox Puşkin cəlb edir. Tərcümeyi-halımın başqa tərəflərinə gəlincə, onlar mənim şeirlərimdədir". Sergeyin ilk şeirləri “Mirok” və “Dobroe utro” adlı məşhur uşaq jurnallarında dərc edilmişdi. 1915-ci ildə Yeseninin “Radunisa” adlı ilk şeirlər kitabı çap olun muşdu. Özünü qürurla “kəndli oğlu”, “kənd vətəndaşı” adlandıran Yesenin bütün varlığı ilə kəndə bağlı idi. Lakin bununla bərabər, onun poeziyasının üfüqləri çox geniş idi. Onun yaradıcılıq ilhamı ilk anlardan Əhməd Cəmilin dediyi kimi, rus xalq ədəbiyyatının duru çeşmələrindən su işmişdi. Vaxtilə Yesenin özü I.Rozanova demişdi: “ Bilir- sinizmi, hansı əsər mənə qeyri-adi təsir bağışlamışdır?! “Iqor polku haqqında dastan”. Mən onunla kiçik yaşla _______________ Reyhan Miızəzadə _____________ _ so 432 ca rımdan tanış olmuşam və o, məni sarsıtmışdır, dəli kimi gəzmişəm. O gözəllik, bədiilik! Bax, mənim imajinizmim haradan başlamışdır”. Yesenin şeirlərindəki bədiilik, onun özünəməxsus zəngin bədii üslubu “Iqor polku haqqında dastan”dan başlamış, bütün rus xalq ədəbiyyatı ornamenti və bütün rus klassik şeirindən gəlirdi. Yesenin lirikası səmimi, hərarətli, zərif və bir qədər də hüznlü lirikadır.Nəriman Həsənzadə Yeseninin yaradıcılığına hörmətlə yanaşıb etiraf edir ki, həqiqətən onun şairlik qisməti, ədəbi taleyi, vətənpərvər ürəyi şeirlərində, misralarında, mən deyər dim, qafiyələrində də duyulur. Bunu adi bir rus oxucusu daha tez müəyyən edər və çətinlik çəkmədən deyər ki, bəli, bu, Yesenin ruhudur, onun paklığı və təbiiliyidir. Sergey Yesenin şeirlərində inandırmağa çalışmır, bəlkə heyrət doğurur. O, adi rus kəndlisinin insani hisslərini qələmə almaqla, onu bəşəri yüksəkliyə qaldırır və sev dirir. Yesenin doğma anası ilə necə danışırsa, oxucusu ilə də eləcə sadə, aydın dillə, istiqanlı danışır. Oxucu onun nəzərində özgə adam deyil, elə bil çoxdanın tanışı, dostu, qohumu, yaxud qonşusudur. O saat dil tapır, ürəyini açır, sevincini-kədərini bölüşməyə can atır. Onun poeziyası insana, Vətən torpağına, sözün əsl mənasında məhəbbət poeziyası, mehribanlıq poeziyasıdır. Bu, qəlbin qəlbə isinişməsidir. Şairin anasına, babasına, bacısına, qadına yazdığı poetik məktublarını misal göstərmək olar. Yesenini oxuyan hər kəs rus kəndlisinin məişətinə bələd olur, XX əsrin əvvəllərində böyük bir ölkənin ərazisində baş verən ictimai-siyasi hadisələri görür və Rusiyanı sevir.Yeseninin oxucusu kimi, mənə elə gəlir ki, o, Rusiyaya Nekrasov məhəbbəti bəsləmiş və Rusiyanı Yesenin ilhamı ilə tərənnüm etmişdir. Şair - səsdir. Həm öz xalqının, həm də öz əsrinin eşidilən səsi. O, həm öz Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi ____ sn433c& əsrində, həm də başqa əsrlərdə yaşayan insanların, ictimai - siyasi quruluşların böyük müasiri olur. Şair, bir növ, canlı, yeriyən kürsüdür. O, harada görünürsə, ona qulaq asmaq, onu dinləmək istəyirsən.O, Rusiyada do ğulsa da, bütün xalqların oğlu idi. Şair bütün xalqların övladıdır. Əgər belə deyilsə, o, şair olmur. Yeseninin poeziyası tam bir salnamədir. Bu salna mənin səhifələrində şairin gözəl şeirləri yerləşir. Bu şeir lərin gücü və gözəlliyi isə Vətənə, doğma yurda böyük şair məhəbbətinin yüksək sənətkarlıqla ifadəsindədir. V ə tən eşqi ilə döyünən ürəkdir ki, Yeseninin ilhamlı lirikasını yaşadır, həmişə təzə və təravətli saxlayır. “Bəzən qələm dostlarıma elə gəlir ki, sənət, ancaq sənət olaraq qalır.Guya, həyatın ona heç bir dəxli yoxdur. Məni ona görə təqsirləndirirlər ki, sənətin mahiyyətini müəyyən ideyalara xidmət etməkdə görürəm. Onlar, necə deyərlər, sözün forması, görünüşü haqqında daha çox fikirləşirlər. Bir də elə bilirlər ki, söz, obraz hər şey deməkdir. Qoy onlar məndən inciməsinlər; mənə belə gəlir ki, bu, sənətə ciddi münasibət deyil. Ancaq səthi, dumanlı bir təəssürat əsasında meydana gəlmiş deko rativ sənət nümunələri haqqında belə danışmaq olar. Dönə-dönə yaşanmış fikirlərin, müəyyən daxili inamın ifadəçisi kimi ortaya çıxan əsl sənət nümunələrinə bu ölçü ilə yanaşmaq qətiyyən düzgün deyil”. Bunlar Yese ninin sözləri idi. O, belə bir həqiqəti tez-tez təkrar etməyi sevirdi:“incəsənət mənim üçün əyləncəli naxış deyil, fikrin izahı, dilimizin ən zəruri sözüdür”. O, hələ 1912-ci ildə yazdığı “Şair" şeirində əsl sənətkarın cəmiyyətdə rolu haqqında yazırdı:“Düşmənləri məhv edən, həqiqəti özünə doğma ana sayan, insanları öz qardaşı kimi sevən və anaların yolunda əzab çəkməyə hazır olan şair əsl şairdir. O, başqalarının görə bilmədiyi Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling