Reyhan Mirzəzadə azərbaycançiliq və
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
Download 216 Kb. Pdf ko'rish
|
____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ 8o 469 ce vest" (“Tolstoy böyük qiyamçıdır, Dostoyevski bizim naxoş vicdanımızdır” (M.Qorki.) Məqalə həyəcanlı idi, misilsiz bir ürək yanğısı, dərin vətənpərvərlik duyğusu, Dostoyevski yaradıcılığına qarşı hörmət və məhəbbət hissi ilə, atəşin qələmlə yazılmışdı. Məqalənin məhz "Pravda’da çap edilməsi təsadüfi deyildi. İş burasındadır ki, müharibə illərində faşist işğal çıları, onların ideoloqları apardıqları düşmənçilik təbliğa tında bütün vəsitələdən istifadə edirdilər. Onlar rus yazıçısı Dostoyevskini də alman yazıçısı kimi qələmə verməyə cəhd etmişdilər. “Pravda” buna sərrast cavab vermişdi. Həmin vaxtlar azərbaycanlı ziyalılar, qələm sahibləri “Pravda’ nın səsinə səs verdilər. Təbrizdə çıxan “Şəfəq" adlı aylıq məcmuə keçmiş Sovet ittifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin orqanı idi. Jurnalda sovet və iran ədəbiyyatının ən yaxşı əsərlərin dən nümunələr verilir, çoxsaylı oxucular bu nümunələrlə tanış edilirdi. Bakıdan gedənlər və jurnalda çalışanlar arasında Hüseyn Şərif də vardı. Yaroslavskinin məqaləsi yerinə düşmüşdü, ona görə ki, rus ədəbiyyatının görkəmli nümayəndələri - Tolstoy, Qorki, Qoqol, Dostoyevski kimi yazıçıların yaradıcılığına oxucular böyük maraq göstə rirdilər. Dostoyevski yaradıcılığı ziyalıların diqqətini xüsu silə cəlb edirdi. Çünki bu dahi yazıçı haqqındakı ziddiy yətli fikirlər orada da müəyyən kök salmışdı. “Pravda”dan sonra Hüseyn Şərif də “Şəfəq” jurnalında Dostoyevski haqqında məqalə çap etdirmək qərarına gəlir.Jurnalın 1945-ci il 2-ci və 3-cü nömrələrində dərc olunmuş məqa lədə H. Şərif qeyd etmişdi ki, rus xalqı Dostoyevskini böyük iftixar hissi ilə yad edir. İnsan xarakterinin incə tellərini, onun dərin həyəcanlarını, kədər və sevinclərini, _____ _________ _R eyhan Mirzəzadə__ _______________ ю 470 ea arzu və istəklərini, xəyal və düşüncələrini Dostoyevski qədər dərk edəni dünya ədəbiyyatı tarixində az təsadüf etmək olar. Dostoyevskinin əsərləri insanın bütün varlığı na hakim kəsilir, oxucu günlər və aylarla bu əsərin təsirindən qurtara bilmir, romanların surətləri daim onun gözü qarşısında canlanır, oxucunun zövq və təmayülün dən, inkişaf dərəcəsindən, nəhayət, əhval- ruhiyyəsindən asılı olaraq, müəyyən dərəcədə onun psixoloogiyasına da təsir edir, bəzən qəlbi sıxılır, bəzən sevinir, bəzən də dərin düşüncələrə dalır... Olduqca çətin mərhələlərdən keçmiş, “təlatümlü okeanı” andıran Dostoyevski yaradıcılığı ilə məşğul ol maq, onun əsərlərindən parçalar tərcümə etmək, özü də 1 9 4 4 - 45-ci illərdə, böyük məsuliyyət hissi tələb edirdi. H. Şərifsə bu şərəfli işi mətinliklə yerinə yetirirdi:" Fəaliy yətindəki, düşüncələrindəki məlum ziddiyyətlərə baxma yaraq, F M.Dostoyevski bəşəriyyət üçün əziz və qiymətli bir simadır. Çünki o, insan və həyat haqqında ürək ağrısı, can yanğısı ilə danışmışdır, həm öz xalqının, həm də bəşəriyyətin işıqlı gələcəyinə böyük inam bəsləmişdir”. H.Şərifin xatirəsi Azərbaycanın görkəmli şairi, dramaturqu Hüseyn Cavidin Dostoyevskiyə olan böyük ehtiramından söz açan bir məqaləni də yadıma salır. Cavid tanınmış mədəniyyət xadimi Mehdi Məm mədovun onun Dövlət Teatr Texnikumunda oxuduğu illərdə ədəbiyyat müəllimi olmuşdu. M.Məmmədov “Cavid onu sevirdi” məqaləsində qeyd edirdi ki, Cavidin çox sevdiyi, sənətkarlıq qüdrətinə pərəstiş etdiyi yazıçılardan biri F.M.Dostoyevski idi. Çəliyini döşəməyə, barmağını mizə döyəcləyərək onun haqqında hərarətlə, daxili inam la elə danışırdı ki, biz böyük rus yazıçısının əsərlərini oxumadığımız halda onu müəllimimizin gözü ilə görür, duyğusu ilə duyur və sevirdik. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ s o 471CA Sonralar F.M.Dostoyevskinin əsərlərini oxuduqca, onun yaradıcılığı ilə bilavasitə tanış olduqca mən inandım ki, Cavidin təlqini tamamilə əsaslı imiş. “Zavallı insanlar” , “Cinayət və cəza", “Alçaldılmış və təhqir edilmiş insanlar” , “Əbləh” və “Karamazov qardaşları" əsərlərinin müəllifi nadir yazıçı, mahir psixoloq, müdrik insan və ən baş lıcası, böyük insanpərvərdir, həqiqi insan aşiqidir. O, insana bəslədiyi eşq, ehtiram naminə həyatın bəzi dibsiz görünən qaranlıqlarına, insan qəlbinin dərin guşələrinə baş vurur, cəmiyyəti və zehniyyəti bürüyən qaranlıqları sənətin şüaları ilə kəsir. O, oxucunu dəhşətə gətirən, vahiməyə salan cinayətləri, rəzalətləri, vəhşəti və miskin liyi, dərin ictimai ziddiyyətləri və ədalətsizlikləri işıqlan dırmaqdan, durbin və zərrəbin ardında göstərməkdən çəkinmir. M.Məmmədov daha sonra bildirir ki, F.M.Dos- toyevski cəmiyyətin və bəşəriyyətin orqanizmini tədqiq və təşrih etməyi gözəl bacarmışdır. Cəmiyyətin dərdini gö rüb, dərmanını tapa bilməyənlərin dərdi-əzabı çox böyük olur. Onların harayı-çağırışı bəzən xəstə adamın, çaşqın qəlbin fəryadı kimi səslənirsə, əgər bu haray təkcə real hadisələrdə, adi, təbii insan obrazlarında deyil, həm də xəyal, fantastika aləmində ucalırsa, yaxud bəzən ifrat natural, bəzən isə sırf romantik və simvolik boyalarda əks edir, insan və mələk, iblis və peyğəmbər surətlərində təcəssüm tapırsa, bu, dərdin, qubarın böyüklüyündən irəli gəlir. Biz incəsənətdə belə hallara bəsit, bayağı münasibət göstərdiyimiz o vaxtlarda Cavid - o həssas- ürəkli sənətkar bir sıra şəxsiyyətlərə, o cümlədən F.Dos- toyevskiyə daha düzgün münasibət bəsləyirdi. O, böyük rus yazıçısını dərindən duyur, ona görə də onu yüksək qiymətləndirir və haqqında, bayaq dediyim kimi, pərəstiş hissi ilə danışırdı. Avropa yazıçılarına üz tutaq. Vaxtilə məşhur Avstriya yazıçı və tənqidçisi Stefan Tsveyk ________________ Reyhan Mirzazada ________________ so 472 oa yazırdı:“Balzak, Dikkens və Dostoyevski XIX əsrin yeganə dahi romançı - yazıçılarıdır, mən bu yazıçılara belə üstünlük verməklə heç də Höte, Hotfrid, Keller, Stendal, Flober, Tolstoy, Viktor Hüqo və başqaları kimi yazıçıların ayrı-ayrı əsərlərinin böyüklüyünü inkar etmək istəmirəm".Tsveykin fikrincə, mütəxəssis romançılar ilə roman yazanlar arasında böyük fərq vardır. Bu istedadlı yazıçıya görə, əsl romançı-yazıçı sözün yüksək məna sında, ensiklopedik bir düha, hər şeyi əhatə etməyi baca ran sənətkar olmalıdır. Tsveyk nəhayət deyirdi ki, Dos toyevski, Balzak və Dikkens istisna edilməklə, bu yüksək dərəcəyə çata bilmiş sənətkar nə keçmişdə tapılar, nə də indi var... Şübhəsiz, S.Tsveykin siyahısına Lev Tolstoy kimi sənətkarı da daxil etmək olar. Dostoyevski məktəbindən bəhrələnən dünya şöhrətli yazıçıları xatırlayanda isə, Alber Kamyu (fransız yazıçı və filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, sağlığında “Qərbin vicdanı” adlandırılıb) və Frans Kafkanı (XX əsrin böyük almandilli şairlərindən biri) xüsusi qeyd etmək istəyirəm. Onlar bir çox keyfiyyətlərinə görə özlərini Dostoyevskinin şagirdi adlandırmışdılar. Avropa ədəbiyyatında realizmin banilə rindən biri, görkəmli fransız yazıçısı Onore de Balzak öz ölməz romanlarında nəinki yalnız yüksək bədii surətlər, dillər əzbərinə və zərb - məsəllərə çevrilən tiplər yarat mış, bütöv bir dövrün ictimai-siyasi və iqtisadi həyatını əks etdirmiş, böyük iqtisadçı alimlərin belə görə bilmədiyi incəlikləri görmüşdü. Eyni fikirləri Dostoyevski haqqında da demək olar. Dostoyevski öz Ana yurdunu, doğma Vətənini hədsiz dərəcədə sevdiyi, rus xalqının, rus torpağının ancaq səadəti və firavanlığını görmək istədiyi üçün dövrünün yaralarını amansızlıqla açır,dözülməz dərdləri qamçılayır, cəmiyyəti fəlakətə sürükləyən çürük Azərbaycancılıa va vatanparvarlik mafkurasi ____ ю 473 cn əsasları şiddətli tənqid atəşinə tutur, şəxsi mənfəətini xalqın mənafeyindən yüksək tutan dövlət məmurlarını ifşa edib, hər cür amansızlıqlarla qarşılaşsa da, mübarizə və əqidəsindən dönmürdü: “...Mən yazacaq, yenə də yazacağam; yazdıqlarımla isə ömrüm boyu incidilmiş və təhqir olunmuşları müdafiə edəcəyəm!..” Katorqa və soldatlıqda 10 il qaldıqdan sonra yalnız 1859-cu ildə Dostoyevskiyə paytaxt şəhərlərindən başqa, Rusiyanın hər yerində yaşamağa və ümumi qaydada əsərlərini çap etməyə icazə verildi, ömrünün ən gözəl çağları olan gənclik illərini sürgündə keçirən yazıçı, “ölüm evi” adlandırdığı katorqadan özü ilə yalnız kiçik qeydlərini gətirdi. Sonralar həmin qeydlər yazıçıya dünya şöhrəti gətirən əsərlərinin yaranmasına kömək etdi. Sürgündən qayıtdıqdan sonra Dostoyevski ədəbi yaradıcılığı ilə bərabər, jurnalistlik fəaliyyətini də geniş ləndirdi. “Vremya” adlı jurnal buraxmağa nail oldu. Bu jurnaldan sonra böyük qardaşı Mixail ilə birlikdə “Epoxa” adlı jurnal nəşr etdi. Böyük yazıçı özünün ən gözəl əsərləri olan “Cinayət və cəza”, “Alçaldılmış və təhqir olunmuş insanlar”, “Əbləh", "Şeytanlar”, nəhayət, “Kara mazov qardaşları” kimi gərgin və fədakar əməyin nəticəsi olan, onun adını bütün dünyada şöhrətləndirən, imzasına hörmət və məhəbbət gətirən görkəmli əsərlərini yazdı. Yazıçının 1864-cü ildə yazdığı “Zirzəmidən mək tublar” povesti ədibin dünyagörüşü və yaradıcılığında əmələ gələn dönüşün başlanğıcı oldu. Burada o, cəmiy yətdən uzaqlaşaraq tək qalan və öz təkliyi ilə öyünən, özünü insanlara qarşı qoyan fərdiyyəçi, anarxist bir şəxsi təhlil hədəfinə çevirdi. “Zirzəmidən məktublar” povestinin yazıldığı il Dostoyevskinin həyatında ən çətin illərdən idi. Onun maddi vəziyyəti çox ağırlaşmışdı.Qardaşı vəfat etdikdən sonra, onun uşaqlarının qayğılarını öz üzərinə _______________ Reyhan Mirzəzadd _________________ so 474 ca götürdüyü üçün vəziyyəti çıxılmaz idi. Yazıçı borclara düşməyə məcbur olurdu. Maddi çətinlikləri Dosto yevskinin mənəvi böhranını daha da şiddətləndirirdi. Belə vaxtlarda o, pulun hökmranlığını daha dərin bir qəzəblə hiss edirdi. Moskvada tanıdığı Kumanina adlı çox varlı, lakin pula heç bir ehtiyacı olmayan qarı vardı. Pulsuzluqdan nə qədər lazımlı, cavan, istedadlı adamlar məhv olduğu halda, bu qarı pulu xərcləməyə yer tapmırdı. Dostoyevski özü bu bivec qarıdan borc almağa məcbur olmuşdu. Həyatdakı bu uyğunsuzluq, ədalətsizlik yazıçını son dərəcə sarsıdır, onun daxili aləmində mövcud ictimai- əxlaqi normalara etiraz doğururdu. “Cinayət və cəza” romanını ədib belə bir əhval - ruhiyyənin təsiri altında yazmışdı. “Cinayət və cəza" hələ 50-ci illərin əvvəlində yaranmağa başlamışdı. Ədib baş surəti təqribən 15 il müddətində düşünmüş, götür-qoy etmişdi. 1859-cu ilin oktyabrında Dostoyevski qardaşına yazırdı:“Mən de kabrda romanı yazmağa başlayacağam...Yadındadırmı, mən sənə bir tövbə-roman haqqında söyləmişdim, de yirdim ki, hələ özüm bunu yaşayaraq, hamısından sonra yazmaq istəyirəm. Bu günlərdə mən əsəri təcili surətdə yazmağı qəti qərara almışam... Mən bu romanı bütün qəlbimin qanı ilə yazacağam. Mən onu katorqada, taxtın üstündə uzanmış halda, ağır qəm-qüssə və duyğularımın parçalandığı anlarda düşünmüşdüm...” Dostoyevskinin məktub və dəftərlərində olan işarə və eyhamlar göstərir ki, “Tövbə” adı altında o, Raskol- nikovun macərasını nəzərdə tuturmuş. Romanın baş qəhrəmanı Raskolnikov adlı yoxsul bir tələbədir, ali məktəbdən qovulmuşdur. Oxumağa və yaşamağa maddi imkanı olmayan bu tələbə, üstəlik, anasını və bacılarını ____ Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ 8o 475 ел da saxlamalıdır.Yoxsulluq və aclıq Raskolnikovu dəhşətli fikirlərə gətirib çıxarır. O, həddindən artıq pulu olan və bu puldan istifadə etməyən qarını öldürüb, pullarına yiyə lənmək və rahat yaşamaq fikrinə düşür.Raskolnikov cina yət işlətməyə haqlı olduğu qənaətinə gəlir. O, fikirləşir ki, heç bir şeyə yaramayan vecsiz bir qarını öldürm ək cinayət deyildir. Axı bu qarı bu gün və ya sabah özü öləcək, amma mən onu öldürməklə yaşamalı olan bir çox adamı ölümdən qurtararam, bu daha yaxşı deyilmi? Raskolnikov bu hərəkəti ilə cəmiyyətdəki ədalət sizliyi aradan qaldırmaq, çəkdiyi əziyyətlərin əvəzini çıxmaq, həyatda müvazinət əmələ gətirmək istəyir. O, öz planını yerinə yetirir, qarını öldürüb, pullarına sahib olur. İndi ömrünün axırınadək rahat yaşaya bilər. Lakin heç də elə olmur. Vicdan əzabı onu rahat buraxmır. O, hiss edir ki, işlətdiyi cinayət onu adamlardan, xalqdan uzaqlaş dırmışdır. Bu cür yaşamaq çətindir. Raskolnikov Marmeladovlar ailəsi ilə tanış olur. Burada Dostoyevski başqa acınacaqlı bir aləmi qarşı mızda işıqlandırır. Yoxsulluğun, dilənçiliyin və sərxoş- luğun törətdiyi səfil həyat səhnələri bir-birini əvəz edir.Yazıçı vaxtı ilə geniş yayılmış qadın əxlaqsızlığının ictimai köklərini açıb göstərir. Əyyaşlıq xəstəliyinə tutul muş Marmeladovun uşaqları ac qalmışdır. Arvadı və böyük qızı vərəm xəstəliyinə tutulmuşdur. Heç kəsdən kömək görməyən, əksinə, təhqir və söyüş eşidən Sonya Marmeladova bacı və qardaşlarını ölümdən xilas etmək üçün küçəyə getməyə, namusunu satmağa məcbur olur... Ədibin beş böyük romanından birincisi olan “Cinayət və cəza”nın ilk hissəsi 1866-cı il yanvarın 16-da “Russki vestnik” aylııq ədəbi jurnalda çap olundu. 1867-ci il daxil olmaqla 12 ay ərzində əsərin digər hissələri nəşr edildi. _____ _____ Reyhan Mirzəzadə ___________________ во 476 on Dünya ədəbiyyatında əsl hadisəyə çevrilən “Cinayət və cəza” hələ 1888-ci ildə Parisdə, 1890-cı ildə Leyp siqdə, 1916-cı ildə Tokioda tamaşaya qoyuldu. 1856-cı ilin əvvəlində tanınmış rus tarixçisi, publisisti və sosioloqu Konstantin Dmitriyeviç Kavelin yazırdı:“İctimai fikir getdikcə daha artıq qanadlanıb vüsət alır, soldatçılıq, dəyənək və cəhalət karvansarası dağılır”. Dostoyevski xalqının, bütün məzlumların taleyinə doğacaq günəşi həsrətlə gözləyirdi. Bu həsrətin içində insanların savadlanıb, maariflənib, azad, xoşbəxt həyata qovuşub, dünyəvi təfəkkür sahibləri olması istəyi xüsusi yer tuturdu. Fyodor Mixayloviç Dostoyevski 1881-ci il yanvarın 28-də (yeni tarixlə fevralın 9-da) məhz bu cür istək və amallarla həyatdan ayrıldı. Lakin qüdrətli Rusiya və məğrur rus xalqı onun arzularının hamısına nail oldu. Ona görə də epiqrafda dahi Taqorun dediklərini əbəs yerə xatırlamadım. Bu fikirləri Dostoyevskinin vəfatından cəmi 49 il sonra ziyarət edərək, Rusiyadakı mənəvi, zehni, iqtisadi inkişafı hələ az qala bir əsr bundan qabaq gözləri ilə görüb heyrətlənən, bu heyrəti əsl rus həqiqətləri kimi hamıya bəyan edən Şərqin və dünyanın korifey simalarından biri söyləyirdi. Demək, Dostoyevskilərin arzularını - ən əvvəl rus kimliyi, rus mənliyi və rus dəyərlərini böyük rus xalqı əzəmət və şöhrət yolunda şücaətlə yaşadırdı. Rusiyada Dosto yevskinin gözlədiyi möhtəşəm fikir səltənəti qurulurdu. Bu gün dahi sənətkarın yaradıcılığı zəngin mədəni irs kimi mütərəqqi bəşəriyyət üçün son dərəcə vacib, qiymətli və əzizdir. Dünyanın bütün tərəqqipərvər insanları Dostoyevskini, onun alovlu, mübariz, cəsarətli sənətini sevir və ucaldır. Böyük ingilis-amerikan şairi Uisten Hyu Oden yaxşı demişdir:“Dostoyevskinin ideya larına əsasən, əlbəttə, əsl insan cəmiyyəti qurmaq olmaz, ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ so 477 ca lakin Dostoyevskini unudan cəmiyyət də insan cəm iyyəti adlanmağa layiq deyildir”. ...Yanvarın 28-də səhər saat 7-də Anna Q riqoryev- na oyanıb görür ki, əri ona baxır. O, ərinə tərəf əyilərək soruşur: - Mənim əzizim, de görüm özünü necə hiss edirsən? Fyodor Mixayloviç pıçıltı ilə deyir: - Anya, bilirsənmi, mən üç saatdır ki, yatmıram, daim düşünürəm, indicə aydın şəkildə dərk etdim ki, mən bu gün öləcəyəm. - Mənim əzizim, sən niyə belə düşünürsən? Bəs axı indi sənin halın yaxşıdır, daha qan gəlmir (yazıçı ciyər- lərindəki xəstəliklə əlaqədar olan qanaxmalardan əziyyət çəkirdi), yəqin Koşlakovun dediyi kimi, "bərkimə” əmələ gəlib. Allah eşqinə, sən özünə şübhələrlə əzab vermə, sən hələ yaşayacaqsan, səni inandırıram, yaşayacaqsan! - Yox, mən bilirəm, mən bu gün ölməliyəm! ...Anna Qriqoryevna ağlayırdı. Dostoyevski ona ye nidən təşəkkür edir, təsəlli verir, uşaqları ona tapşırırdı... Əbədiyaşar irsinə həmişə sadiq qalan rus xalqı və Rusiya yanvarın 16-da 150 yaşı tamam olan “Cinayət və cəza”nın ilk nəşrinin yubiley ildönümünü ehtiramla qeyd etdi. Yanvarın 28-də Fyodor Mixayloviç Dostoyevskinin əbədiyyətə qovuşmasının 135 ili tamam olacaq. Hər iki tarix heç zaman heç birimizin yaddaşından silinməyəcək. Çünki Dostoyevskini unudan cəmiyyət doğrudan da, sözün həqiqi mənasında insan cəmiyyəti adlanmağa layiq deyildir... _______________ Reyhan M irzd za d d ____________ ___ KO 478 c* “Həftə içi” qəzeti 25 yanvar 2016-cı il M OABİTDƏ-FAŞİST ZİNDANINDA UCALAN HAQQ SƏSİ T a t a r xalqının q ə h r ə m a n ö v la d ı M u s a C ə lilin a n a d a n o lm a s ın ın 1 1 0 illiyi m ü n a s ib ə t i ilə “M ə n ölüm dən qorxmuram. Bu, boş sö z d e y il.uBiz ölüm ə n ifrət edirik"- deyiriksə, bu, b ir həqiqətdir. B aşım ın üstünü təhlükə alanda da ölüm dən qorxduğum an yad ım a gəlmir. B öyük vətənpərvərlik hissi, ictim ai vəzifəni dərindən d ərk e tm ək hissi şəxsi qorxu hissinə qalib gəlir, ö lü m fikri s ə n i m əşğ u l e d ə n za m a n düşünürsən ki, ölüm dən sonra da b ir h əyat v a r... ö lü m d ə n sonrakı əsl h əy at xalqın şüurunda, ha fizəsində yaş am aq d a n ibarətdir. Ə g ə r mən s ağ lığ ım d a faydalı bir iş görm üşəm sə, dem əli, öləndən sonra da yaşam ağ a haqq q azanm ışam . Ə g ə r bu haqqı q a za n m ışa m s a, n ə üçün ölüm dən qorxum ? H ə y a tın ə s l m ə n a s ı budur: elə yaşa ki, öləndən sonra da yaşa... ö lü m d ə n qorxm am aq o d e m ə k deyildir ki, y a ş a m aq istəm irik və ölm ək-qalm aq bizim üçün birdir. Q ətiy yən b e lə deyil! B iz həyatı çox sevirik, y a ş a m a q istəyirik və b un a görə d ə ölüm ə nifrət edirik. Lakin ölm ək m ütləq la zım s a ,(V ə tə n uğrunda m üharibədə) Vətən yolundakı bu şərəfli ölüm 3 0 -4 0 il, yən i q o c alanadək dinc ə m ək lə yaş am ağ a b ərab ərsə, “M ən n ə üçün həyatdan köçdüm ?" - d eyə qorxu ya düşm ək lazım deyil". Musa Cəlilin “Biz həyatı sevirik” adlı gündəliyindəki 12 yanvar 1942-ci il tarixli qeydlərindən. ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ “M usa C əlil m ən im üçün işg ən cələr və ölüm qarşısın d a yazıçı və vətənd aşlıq mərdliyinin b ir simvolu olm uş və ю 479 08 b e lə d ə olacaqdır. O, yalnız böyük şair deyildi, h ə m d ə b ö y ü k m ə n ə v i gücə və m ərdliyə m alik olan b ö yü k in san idi". _______________ Reyhan Mirzəzadə _________________ Konstantin Simonov “M usa C əlil ən ə z iz insan və sevimli şair kim i m ə n im qəlbim də yu v a qurmuşdur. M usa Cəlili oxuyanda, y a x u d onun haq q ın d a fikirləşəndə b elə q ərara gəlirəm ki, onun bütün h əy atı ə s l igidlik həyatıdır! E lə b ir h əyat ki, o n u n la m üasirləri fə x r edirlər; elə bir h ə y a t ki, ondan g ə lə c ə k n əs illə r n ü m u n ə götürəcəklər. O nun “M o ab it dəftəri” P a mirin ən u c q a r qışlağ ın a q əd ər gedib çıxmışdır. Ö z ölüm ü ilə q ə lə b ə q a z a n a n a d a m la r ölməzdirlər!". Mirzo Tursunzadə “M ə n M u s a Cəlilin şeirlərini h əyəcan və narah atlıq hissi ilə tərcü m ə etdim. Bu g ö zə l insanın və istedadlı şairin şeirlərini onun faciəli taleyini xatırlam adan tərcüm ə e tm ə k m üm kün deyildir"'. Anna Axmatova “M u sa C əlil faşizm in zülm ət qaranlıqları içində işıqlı b ir sim a kim i p a rla d ı və Yulius Fuçiklə b ir sırada dayandı. O n la r əsl ziyalı və ədəbiyyatçı nüm unəsi oldular.O nlar m ə n ə v i gücün ko b u d fiziki güc üzərindəki təntənəsini n ü m ayiş etdirdilər... M u sa Cəlil xalq ım ızın hitlerizmə qarşı q ə h rə m a n lıq m ü b arizəsi tarixində ən görkəm li bir ş ə x siyyət kim i m ən im h afizəm d ə daim qalacaqdır"'. £0 4HÜ cai Sergey Smirnov “M u s a Cəlil! Bu iki sö z p o e ziy a və m ərdlik sim voludur. N ə q ə d ə r ki, sinəm də ürəyim döyünür, m ən bu sözləri d aim təkrar edəcəyəm ". Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling