Reyhan Mirzəzadə azərbaycançiliq və
Download 216 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- _______________ Reyhan Mirzəzadə ________________ so 6/6 ca
- _______________ Reyhan Mirzəzadə _________________ ю 61H oa
- _______________ Reyhan Mirzəzadə__ _______________ ю 620 oa
- Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ rə 6 2 1
- _______________ Reyhan Mirzəzadə _________________ so 622 oa
- ________________ Reyhan Mirzdzadd _________________ “Həftə içi” qəzeti, 8 aprel 2015-ci il so 624 ca
- Azsrbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ "Füyuzat "ju rn alından
________ ______ Reyhan Mirzəzadə _________________ so 614 ся hala gətirməlidirlər. Bunun üçün bütün əhalinin mübariz əhval-ruhiyyəsini səfərbər edib onu düşmən casuslarına, paraşütçülərə, düşmənin dəyirmanına su tökən təxribat çılara qarşı mübarizəyə qaldırmaq lazımdır..." Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri Əziz Əliyev Dağıstanda yaşayan xalqların həyat tərzinə, xarakterinə, adət-ənənələrinə, milli məfkurəsinə, spesifik xüsusiy yətlərinə mütaliələrindən bələd idi. Odur ki, ən ucqar dağ aullarına qədər gedib çıxır, camaatı, kəndliləri yığıb vəziyyəti onlara başa salırdı. Onun tapşırığı ilə mövcud durumu aydın dərk edən ağsaqqallar, əhali arasında sözükeçən nüfuzlu adamlar ayrı-ayrı yaşayış məntə qələrində olur, insanlarla görüşür, işin nə yerdə olduğunu şərh edir, adamlara ciddi tövsiyyələr və məsləhətlər verirdilər. 1942-ci ilin oktyabrın 28-də Əziz Əliyevin rəhbərliyi ilə keçirilən toplantıda “Bütün qocalara, Dağıstanın qadın və kişilərinə” müraciət qəbul olundu. Həmin müraciətlə Əziz Əliyev toplantı iştirakçılarına üzünü tutub dedi: “...Qafqazın başı qarlı zirvələrinin üstünü ağır, qara buludlar almışdır. Azğın və amansız düşmənlərimiz olan alman faşistləri çiçəklənən vadilərimizə və dağlarımıza soxulmuşlar. Kuban və Terek çayları qana boyanmışdır. Çərkəzin, Kabarda - Balkarın, Çeçen - İnquşun təhqir olunmuş qızlarının acı naləsi dağlarda əks-səda verir. Biz almanlara əsir düşmüş dağlı qardaşlarımızın ürək parçalayan fəryadını eşidirik. Hitler bütün Qafqazı ələ keçirmək, azadlıqsevər dağlıları öz quluna çevirmək, bizi sevinc və xoşbəxtlikdən məhrum etmək istəyir. Hiyləgər tülkü kimi Hitler qafqazlıları aldatmaq istəyir ..Qocalar da, qadınlar da, uşaqlar da əsgər olmalıdır, əgər xalq bir- birinə qovuşaraq mehriban olarsa, onu məğlub etmək ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ so 615 c* olmaz. Dədə-babalarımızdan qalma əski adətlərin tələbinə görə, belə ağır saatlarda biz Vətənə sədaqət andı içməlyik! Doğma Qafqazı müdafiə etmək, düşməni dağlarımıza buraxmamaq vəzifəsi bizim boynumuza dü şür, başqa cür olsa,əbədi nifrinlər bizim çal başımızda qalacaqdır! Bizim doğma torpaqlarımızda bir alman əsgəri qalsa belə, atalarımız öz qəbirlərində rahat uyu mayacaqlar!!!”. Əziz Əliyevin bu həyəcanlı və təsirli çıxışı düşün cələrimi bircə anlıq Mir Cəlalın sevimli müəllimi olmuş Hüseyn Cavidin sanki ölməz Üzeyirin “ Koroğlu” üvertü- rası sədaları altında səslənən misralarına pərvazlandırdı: Iştə Qafqaz!.. Səfalı bir məna! Allah-Allah, nədir bu abü-həva?! Nə qədər şairanə bir xilqət! Yerə enmişdir adətən cənnət! Həmin vaxtlar Qafqaz dünyanın hərbi və siya si xəritəsində öz strateji mövqeyi ilə nəzərlərə hakim kəsilmişdi. Şeirin səmimi və doğma misraları müharibə il lərində məsafəcə uzaqlara düşən Vətən övladlarının Qaf qaz nigarançılığını yaddaşımda yenidən duyğulandırdı. 1942-ci ilin yazında Mir Cəlal Uzaq Şərqə yola düşmüşdü. Gördüklərini “Qafqaza məktub” adlı məqalə sində (“Ədəbiyyat" qəzeti, 16 iyun 1942-ci il) mükəmməl canlandırmışdı.Ədib yazırdı:“Biz çox uzaqda, Azərbay candan on minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq Vətəndəyik.Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbas kömürü, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində _______________ Reyhan Mirzəzadə ________________ so 6/6 ca qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçaev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xalxın Qol döyüşləri Uzaq Şərq igidlərinin Vətənə layiqli xid mətini göstərir. Buranın hər addımında mübarizə, qəh rəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür. Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq əyani məktəb keçmək kimidir”. Göyçaydan gəlmiş aqronom Həmid Həmidov, Nax çıvandan gəlmiş müəllim Bektaşi, tələbə Nadir Əliyev, Kirovabaddan (indiki Gəncədən - R.Mirzəzadə) gəlmiş sürücü Məmməd Səmədov, Ağdamdan gəlmiş, ürəkaçan şeirlər yazan zirək tankçı, “Qafqaza məktub” adlı şeiri ilə arzularını Vətənə çatdırmağı yazıçıdan xahiş edən Əziz Əzizov, hava topçusu Səməd Paşayev, radist Səməd Ağamirov, Qubadan gəlmiş əsgər Mövlud Qurbanovdan, döyüşçülərin Vətənə göndəriləsi xəbərlərindən maraqla bəhs edən Mir Cəlal daha sonra yazır:“...Məmmədov İdris sərhəd keşiyində durur. Tunc rəngli sifətində kəskin cizgilər vardır. Baxışında, duruşunda gələcəyə etimad, qalib olmaq etiqadı duyulur. Yaşıl təpələr, sıx meşələr, tayqalardan keçən sərhəd xəttində o, özünü Azərbay canda, doğma kəndlərində duyur.Onun da anasına, ailəsinə deməli sözü var:“Mənim adımdan - deyir,- Vətə nə salam yetirin. Deyin xatircəm olsunlar. Bir aylıq yol gəlmişik, gəzməyə, kefə yox, döyüşə gəlmişik.Silahı öyrənirik. Uzaq Şərq qəhrəmanlarından dərs alırıq. Nə qədər ki, canımız sağdır, bu yerlərdən arxayın ola bilər siniz. Əlimizdə silah, gecəli-gündüzlü sərhəd boyunda dayanmaq bizə ləzzət verir. Çünki biz zəhmətimizlə vətəndaşlarımızın istirahətini qoruyuruq. Yuxusuz qalaraq ailələrimizin rahat yatmasını təmin edirik. Mən sənətimlə fəxr edirəm". ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ so 6/7 oa Mir Cəlal Paşayev “Qafqaza məktub”unu bu sətirlərlə bitirir: "...Onlar öz gündəlik hərbi-siyasi hazırlıq işlərində, gələcək döyüşlərdə öz babalarına - babəklərə, koroğlulara layiq olmaq istəyirlər. Onlar istəyirlər ki, Ko roğlu dedikdə, Azərbaycan əsgəri xatırlandığı kimi, A zə r baycan əsgəri dedikdə Koroğlu yada düşsün. Ə sgər lərdən Qafqaza gələn məktubların qısa məzmunu budur. Minlərlə məktubun xətti, stili başqa-başqa olsa da, m ə nası, məqsədi birdir". Cəbhədən gələn məktublardan bir daha aydın olur du ki, insanların mütəmadi olaraq hərtərəfli maariflən məyə ehtiyacı vardı. Bu barədə ədəbiyyat, kitab və qəzet adamların həyatı, həqiqətləri öyrənməsinə, dünyagörü şünün artırılmasına xeyli köməklik edirdi. Vaxtilə rus şairi Puşkin deyirdi ki, mütaliə ən yaxşı təlimdir.Tam razıyam. Həqiqətən böyük adamın fikirləri ilə məşğul olmaq özü ən maraqlı elmdir. Mir Cəlalın həmin dövrdə yazdığı “Kitab mədəniyyətimiz haqqında" adlı məqaləsini xatırlayaq. Həmin məqalədə ədib kitabı xalqın mənəvi sərvətlərindən biri kimi uca tutaraq yazırdı:"...Kitab bizim həyat və məişətimizin vacib bir amili olmuşdur. Şəhər yox, uzaq və kiçik bir kəndə sıravi bir kolxozçunun evinə gedin, orada yalnız xalça, yalnız samovar, yalnız kasa yox, kitab da görərsiniz... Kitab bizim adamlarımıza yalnız zərurət vaxtında (imtahanda, nitq söyləmək, bir məsələ haqqında fikir demək üçün) deyil, hər bir vaxtda lazım olur. Onlar, həqiqi bir dost, gözəl ünsiyyət vasitəsi, vacib mənəvi qida kimi kitabdan ayrılmaq istəmirlər. Ən ağır zamanlarda be lə, kitab öz işini görür. Cəbhədə, ara verən qızğın vuruş malardan sonra döyüşçü qoltuğundakı kitablara müraciət edir, əsgərlər yazıçılara yazdıqları məktubda kitab, ma raqlı hekayə, şeir istəyirlər. Kapitan Nəsibov “Vətən uğ- _________________Reyhan_Mirzəzadə___________________ю__61H__oa'>_______________ Reyhan Mirzəzadə _________________ ю 61H oa runda” -jurnalının bir nömrəsini itirdiyini yazaraq əlavə edir ki, cəbhədə ən əziz bir şey itirmiş kimi heyfslənirəm.. Mir Cəlal müharibə dövründə yazdığı əsərlərində böyük həyəcanların, ciddi və təsirli hadisələrin ifadəsinə xüsusi fikir verirdi. Mövzuya dair ilk hekayəsi olan “Yollar” da, “Anaların üsyanı” da bu səpkidə yazılmış əsərləri nə parlaq bir misaldır. Belə əsərlərin bəzi parçalarını mənsur şeir də adlandırmaq olar. “Anaların üsyanf’na qiqqət yetirək:"...Dünyanın bütün qadınları, bəşəriyyəti bəsləyib böyüdənlər, insanlığın dayələri, dahilərin, alimlə rin, filosofların, şairlərin anaları, köksü saf, təmiz hiss lər yatağı olan qadınlar böyükdən kiçiyə, şərqdən qərbə, cənubdan şimala hamısı ayağa qalxmışdı. Dünyada birin ci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı baş lanırdı. Dənizlər çəkilir, dağlar baş əyir, üfüqlər açılır, hər şey bu həyəcan selinə yol verirdi. Analar indi müsəlləh və qəzəbli bir ordu kimi əl-ələ, səs-səsə verirdilər. Ağsaçlı nəvə sahibləri bütün nəsillərini vuruşa çağırırdı. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Fəhlə qadın yumruğunu düyünləyərək bayraq kimi qaldırırdı. Müəllimə kitabını silahla dəyişir, yazarlar qələmini süngüyə çevi rirdi. Dəniz kimi dalğalanan, vulkan kimi coşan bu hərə kət getdikcə böyüyür, böyüdükcə sürətlə yeriyirdi. Əliya lınlar yerdən daş götürür, ağac alır, ümumi düşmənə, insanlığın düşməninə, faşist başkəsənlərə qarşı yüyü rürdü...” Vəziyyət son dərəcə gərgin idi. Mir Cəlal Paşayev Azərbaycanda, Əziz Əliyev isə Dağıstanda silahdaşları ilə bərabər faşizmə, onun çirkin ideologiyası, xəbis niy yətləri ilə gecəli - gündüzlü mübarizədə idilər. Əziz Əliyev Qızıl Ordunun və Hərbi Dəniz Donan masının hissə və birləşmələrinə, o cümlədən 416-cı Taqanroq və 169-cu Vitebsk diviziyaları, Qara Dəniz ____ Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ £0 6/9 03 Donanmasının hərbi gəmiləri, Əziz Əliyevin özünün də hərbi şuralarının üzvü olduğu 47-ci və 58-ci ordular, 747- ci zenit - artilleriya diviziyası, Q.Qarayevin komandiri olduğu 1-ci Dağıstan könüllü süvari eskadronuna və s. hamilik edirdi. Maxaç Daxadayev adına Dağıstan partizan dəstə sinin komissarı öz xatirələrində yazırdı ki, işğalçılarla mübarizədə vilayətin partizanları düşmənin 3300 əsgər və zabitini məhv etmiş, çoxlu tankını yandırmiş, 8 topunu, 25 pulemyotunu, 66 avtomaşınını, döyüş sürsatı və ərzaqla dolu 9 anbarını ələ keçirmiş, 349 traktoru, 82 min baş mal-qaranı, 5880 atı düşmənin əlindən geri almışlar. Onlar 47 kəndi və yaşayış məntəqəsini azad etmişlər”. Mir Cəlalın qələmi susmaq bilmirdi. Vətənpərvər yazıçının ürəyindən və ruhundan keçən ağrı-acılar, od- alov, qan içində olan döyüş meydanlarındakı qəhrəman lıq şücaətləri tarixin səhifələrinə yazılmaqda davam edir di.O əsərləri oxuyan hər bir oxucu düşmənlə son damla qanına qədər vuruşmağa daha da ruhlanırdı.O illərdən çox-çox sonralar Mir Cəlalın iki dəfə Sovet ittifaqı Qəhrə manı adına layiq görülmüş azərbaycanlı general-mayor Həzi Aslanovun cəsurluqlarından bəhs etdiyi “Vətən qəhrəmanı” adlı hekayəsini dəfələrlə oxumuşdum. Hər dəfə də əsərdə yeni çalarlar kəşf etmişdim. İndi də ədibin təsvirlərini oxuyanda özümü sanki bu müharibə od- alovunun, dəhşətlərinin içində hiss edirəm: “ ...Düşmən məhv edildi. Kənd təmizləndi. Hərəkətdə olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular. Günü qələbə ilə tamamlayan ulduz nişanlı maşınlar nərə çəkib cəbhə xəttində düşmənə meydan oxuyanda, Aslanov qabaqda gedən və atəşi ilə havanı titrədən tankın içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti diqqətlə öyrənir, hissənin hərəkətinə istiqamət verirdi. _________________Reyhan_Mirzəzadə___________________so__622__oa'>_______________ Reyhan Mirzəzadə__ _______________ ю 620 oa Həzi düşməni məğlub etməyi kifayət saymırdı; onu məhv etməyə çalışırdı Bu gün, - deyirdi, - daş, divar dibinə təpilib qorunan və qabağımızdan qaçan faşist, sabah silahını işə salmağa fürsət axtaracaqdır. Murdar həşəratın kökünü kəsməliyik! ...Aslanov bilirdi ki, yaralı canavar daha da quduz laşacaqdır; bu saat dişini itiləyib haradansa irəli soxul mağa cəhd edəcəkdir. Komandir tankların buradan, düş mənə məlum olan bu mövqelərdən çıxarılmasına əmr verdi.Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd işlətdi. Bu dəfə də komandirin niyyəti doğru çıxdı. Hitlerçilər uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar, igid tankçılarımızın düşmənə nagihanı hücumu burada da düşmənin planını puça çıxartdı. Almanlar, gözləmədikləri yerdən dolu kimi yağan top və mina atəşinə məruz qalıb qırıldılar". Bu cür hadisələrlə üz-üzə gələn bizim döyüşçülərin də içində yaralanıb sağlamlığını itirənlər, şikəst olanlar az deyildi. Azərbaycanda tibbin və tibb elminin inkişafı sahə sində zəngin təcrübə qazanmış doktor Əziz Əliyev Dağıstanda yeni hospitalların yaradılmasına nail olmuş du. Bütün səhiyyə ocaqlarının dəqiq, rəvan işinə diqqət yetirilirdi. Onun tövsiyyəsi ilə hospitallarda həkim və tibb bacıları ilə bərabər, məsul işçilər də daim növbə çəkir, müəssisələr ərzaq məhsulları, dava-dərman, yanacaqla fasiləsiz təchiz edilirdilər. Müharibə illərində hərbi xəstə xanalara 130 min nəfərdən çox yaralı gətirilmiş, onlardan 100 min nəfərə qədəri sağalmış, əksəriyyəti yenidən cəbhəyə qayıtmışdı. Amerikanın dövlət xadimi, azadlıq uğrunda fəal mübariz Patrik Henrinin bu sözləri bir daha təsdiqini tapır Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi ____ rə 6 2 1 cs ki, döyüşdə yalnız qüvvətli olanlar qələbə qazanmırlar. Onu ayıq, fəal və cəsarətli olanlar udurlar. Beləliklə, bir qəzet səhifəsinə qeydləri sığışmayan misilsiz qəhrəmanlıqlar hesabına Dağıstan və Azərbay can işğalçı faşist qoşunlarından mərdliklə qorundu. Dağıstanın tanınmış dövlət məmuru olan Səid Qurbanov əslində bütün dağlıların fikrini ifadə edirdi: “Əziz Məmmədkərimoviç Əliyev milliyyətcə azərbaycanlı dır, lakin tarixi xidmətlərinə və Dağıstanın bir respublika kimi qorunub saxlanması, onun iqtisadiyyatının, mədəniy yətinin möhkəmləndirilməsi və inkişafı, milli dirçəliş işinə verdiyi çox böyük töhfəyə görə haqlı olaraq həm də dağıstanlı hesab edilir”. Faşist qəsbkarlarının Qafqazı, xüsusilə doğma Azərbaycanı və Bakını işğal etmək planlarının puça çıx dığını və onların ümidsiz bir halda geri qaçdıqlarını Mir Cəlalın “Çəkmə" hekayəsindəki kimi müvəffəqiyyətlə gös tərən bir əsər Azərbaycan sovet nəsrində yaradılma mışdı. Artıq hitlerizm qara kabus kimi millətlərin başı üstündən geri çəkilmək rüsvayçılığı ilə üz-üzə qalmışdı. Mir Cəlal Paşayev bunu “Hitlerizmə ölüm hökmü” məqa ləsində tarixi hadisələrin dili ilə də açıqlayırdı:(“ Ədəbiy yat” qəzeti 24 fevral 1945-ci il.) “Üç böyük dövlət rəhbər lərinin Krım Konfransı zəmanəmizin ən böyük hadisələ- rindəndir. Bu konfrans bəşəriyyətin gələcəyi, taleyi və səadəti üçün çağırılmışdı. Hitlerizmin qəbri qazılmış, Hit ler Almaniyası ölümə məhkum edilmişdir. Bu, mədəniy yət, səadət yolunda duran xalqları əsarətə məhkum edib qul halına salmaq, dünyanı Hitlerin murdar və qaranlıq dustaqxanasına döndərmək istəyən təhlükəli, ən qorxulu bir qüvvənin, ən quduz və yırtıcı bir vəhşinin məhv edilməsi deməkdir. _______________ Reyhan Mirzəzadə _________________ so 622 oa ...Krım konfransı və onun qərarları faşist quldur larının kəlləsinə son və öldürücü zərbə oldu.Ədalət qalib gəlir. Birləşmiş millətlərin rəhbərləri faşizmə qarşı düşü nüb tökdükləri tədbirlərdə mütərəqqi bəşəriyyətin iradə sini təmsil etmişlər. Krım Konfransı insanlığı, mədəniyyəti və səadəti sevən hər bir kəsi sevindirir, ilhamlandırır...” Mir Cəlal “Cəhənnəmin uçurulm asfm isə belə təsvir edirdi:“ ...Düşmənin yolu bağlanan kimi başına odlar, qurğuşunlar yağdı. Pəncəsini səadət bağının lap içərilə rinə uzadan, murdar bədəni ilə Şərqə doğru can atan sarı əjdahanın başına ədalət qılıncı endi. Cəhənnəm vəhşisi yaralı gövdəsilə sürünərək yuvasına soxuldu. Daldalanıb ufuldadı, sağalmaq, daha müdhiş bir sıçrayışla insanların üstünə cummaq istədi... Bütün xalqlar, bütün səadət əhli günəşlə silahlana raq zülmət üstünə hücuma getdilər. XX əsrin cəhənnəmi, faşizmin təcavüz yuvası, qara və qanlı əsarət sarayı, qan və sümükdən tikilən zülm və zülmət qalası milyon əllərin zərbəsi ilə kökündən dağıdıldı. Cəhənnəm belə uçuruldu! (İlər boyu faşizmin zülm və təcavüzünə düçar olan Avropa bu gün, min doqquz yüz qırx beşinci il mayın doq quzundan etibarən rahat və arxayın nəfəs alacaqdır. Ra diolar XX əsrin və bəlkə də bütün bəşər tarixinin ən böyük sevincli hadisəsini xəbər verdilər...Bu zəfər, kainat durduqca yaşayacaqdır...Bütün təcavüzkarların axırı belə olacaqdır!”. Deyirlər, mənəviyyat - ürəyin ağlıdır. 70-ci baharını yola salacaq füsunkar qələbə naminə qanlı mübarizələr də qoca Qafqazın və Ana Azərbaycanın keşiyində məğ rurluqla dayanan Əziz Əliyev və Mir Cəlal Paşayev həm böyük mənəviyyat, həm də böyük ürək sahibləri idilər. Onlar özlərindən çox, mənsub olduğu xalqı və xalqları düşündülər. Talelərinini millətinin yə millətlərin taleyi ilə ____ Azərbaycançılıq və vətənpərvərlik məflturəsi ____ во 623 ся bağladılar. Xalqların, millətlərin xoşbəxtliyi yolunda hünər və bacarığını əsirgəmədilər. Əsl azərbaycançılıq və vətənpərvərlik məfkurəsi nümayiş etdirdilər. Onlar böyük adamlar idi. Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü isə elə millətin də ömrü qədər olur. ________________ Reyhan Mirzdzadd _________________ “Həftə içi” qəzeti, 8 aprel 2015-ci il so 624 ca BİRİNCİ XANIM IN AZƏRBAYCANÇILIQ M ƏFKURƏSİ "M əktəblərini xalq ın düşünən beyni, alimlərini görən gözü, m üəllim lərini ə b ə d i sərvəti, q ad ın ların ı əxlaq abi dələri, gənclərini şah dam arı, şəh idlərini şəfaətçiləri, b a y ra ğ ın ı ürəyi, Vətənini a n a s ın ın lə y a q ə ti kim i görən m illət var olub yaşayacaqdır". _____ Azsrbaycançılıq və vətənpərvərlik məfkurəsi _____ "Füyuzat "ju rn alından O, kifayət qədər formalaşmış xadimdir; ictimai və siyasi xadim. İki nüfuzlu beynəlxalq təşkilatın xoşməramlı səfiri olmaq da onun zəngin fəaliyyətini xeyli rövnəqlən dirib. Mehriban xanım Əliyeva bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirib. Təkcə “Yeniləşən Azərbaycana yeni məktəb”i qeyd etsəm, zənnimcə şərhə ehtiyac qalmayacaq. Onun ölkə daxilində balalarımızın mükəmməl təhsili üçün gördüyü işlər göz qabağındadır. Xarici ölkələrin nüfuzlu ali məktəblərində isə Azərbaycan övladlarının təhsil alması ilə bağlı Mehriban xanım deyir; "Heydər Əliyev Fondu 'ümummilli liderin kursunu davam etdirir və tələbələrimizin xaricdə təhsil almalarım mən əlbəttə ki, ölkəmiz üçün vacib və lazımi bir proses kimi qiymətləndirirəm. Lakin bizim üçün bu da vacibdir ki, müvafiq təhsil aldıqdan sonra istedadlı gənclər Azərbay canda qalaraq, əldə etdikləri bilikləri Vətən naminə istifadə etsinlər. Bu gün bir neçə tələbə Fondun xətti ilə xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alır. Biz əminik ki, dünyanın aparıcı universitetlərində əldə olun muş biliklər ölkəmizin tərəqqi işinə böyük xeyir verəcək”. Bəşəriyyəti sarsıdan alman faşizmi üzərində qələ bədə xalqımızın böyük haqqı və şücaəti oldu, “izvestiya” qəzetinin müxbiri Oleq Siqanovun (2005-ci i!) “Böyük so 625 ca Vətən müharibəsində Qələbənin 60 illiyidir. Siz M oskvada keçirilən bayramda iştirak etmişiniz. Şəxsən Sizin üçün 9 may nə deməkdir?” sualına Mehriban xanım cavab ve rə rək bildirir ki, Moskvada keçirilən bayram olduqca n a dir hadisə idi və məncə, onun iştirakçılarının heç biri buna biganə qalmamışdır. Mənim üçün Qələbə bayramı ilk növbədə, şərin cəzalandırılacağı və xeyirin qalib gələcəyi mövzusunda daha bir tarix dərsidir. 600 mindən çox azərbaycanlı cəbhəyə getmiş və onların yarısından çoxu geri qayıtmamışdır. O illərdə cəbhəyə lazım olan neftin 90 faizdən çoxunu Bakı verirdi. Məşhur "Molotov kokteyli” də Azərbaycan neftçilərinin məhsulu, daha dəqiq desək, 100 yaşı YUNESKO tərəfindən bu il qeyd olunan aka demik Yusif Məmmədəliyevin kəşfidir. ölkəm izin Birinci xanımı Azərbaycan-YUNESKO əlaqələrindən söz açır:“Uğurlu inkişafın mühüm amillə rindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlət, yüksək dözümlülüyü ilə seçilən bir ölkədir. Azər baycan ilə YUNESKO arasında əməkdaşlığın tarixi müs təqilliyimiz dövründən başlayır, ötən illər ərzində təhsil, elm və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirilib. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya İrsi siyahı- sındadır. Məsələn, YUNESKO tərəfindən İçərişəhər dün yanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə Qeyri-Maddi Mədəni İrs siyahısına salınıb. Eyni za manda biz YUNESKO ilə birlikdə qaçqın və məcburi köç kün uşaqlar üçün mühüm təhsil layihələri həyata keçiririk. YUNESKO ilə əməkdaşlığımız “Atəşgah” məbədinin bərpası, Qobustanın Dünya Mədəni İrs siyahısına salın ması kimi layihələri də əhatə edir". Mehriban Əliyeva bütün dünyanın baxışlarının zilləndiyi ən yüksək beynəlxalq tribunalarda bəlamıza Download 216 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling