Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
275 “Un vrai russe, un calmouk!” 115 – o bir neçə dəfə eynilə öz nökəriylə levretkasını 116 gəzməyə göndərən kimi, generalı küçədə gəzdirməyə göndərmişdi. Mən yeri gəlmişkən, onu teatra da, Bal-Mabileyə də, restoranlara da aparırdım. Buna Blanche pul da verirdi, bununla belə, generalın öz pulu da varıydı və o adamların yanında cibindən pul kisəsini çıxarmağı çox sevirdi. Bir dəfə Paleroyalda xoşuna gələn, necə olursa olsun, Blancheyə bağışlamaq istədiyi sırğanı yeddi yüz franka almasına imkan verməmək üçün az qala güc işlətməli oldum. Yaxşı, yeddi yüz franklıq sırğa ondan ötrü nəydi? Generalın da pulu cəmi-cümlətanı min frankdan artıq deyildi. Bu pulu hardan aldığını heç vaxt öyrənə bilmədim. Güman eləyirəm ki, mister Astleydən almışdı, ona görə ki, o, oteldə onların əvəzinə haqq ödəmişdi. Bütün bu müddət ərzində generalın mənə necə baxdığına gəldikdəsə, mənim Blancheyə münasibətimdən deyəsən xəbərdar deyildi. O, nəsə dumanlı 115 “Əsl rusdu, kalmıkdı!” – frans. 116 Ev iti cinsi – tərc. www.vivo-book.com 276 şəkildə mənim kapital udduğumu eşitsə də, bununla belə, yəqin hesab eləyirdi ki, mən Blanchenin yanında müəyyən ev katibi, yaxud da ola bilsin, nökər kimi bir şeyəm. Ən azı, hələ də mənimlə həmişə təkəbbürlə, rəissayaq danışırdı, hətta bəzən məni töhmətləməyə də başlayırdı. Bir dəfə o bizdə səhər qəhvə içəndə məni və Blancheni hədsiz güldürdü. Qətiyyən tez inciyən adam deyildi; ondasa qəfildən mənə acığı tutdu, nəyə görə? – İndiyəcən başa düşmürəm. Amma əlbəttə, o özü də başa düşmürdü. Bir sözlə, əvvəli-axırı olmayan söhbət başladı, a batons- rompus 117 , qışqırdı ki, mən uşağam, məni başa salacaq… öyrədəcək… və ilaxır və ilaxır. Ancaq heç kəs bir şey başa düşə bilmədi. Blanche qəşş eləyib gülürdü; axır ki, birtəhər onu sakitləşdirib gəzməyə apardılar. Dəfələrlə sezmişdim ki, hətta Blanchenin yanında olmasına baxmayaraq, dərdə-qəmə batır, kiməsə, nəyəsə heyfi gəlir, ondan ötrü kimsə çatışmır. Bu dəqiqələrdə o, iki dəfə özü mənimlə söhbət eləməyə başlamışdı, amma heç 117 Beşdən-ondan, rabitəsiz – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling