www.vivo-book.com
282
amis, əgər yenə udsan, mütləq mənim yanıma gəl, et tu seras
heureux!”
124
Özümün elə beş yüz frankım qalmışdı; bundan başqa
min franklıq əla saat, brilyant taxma düymələr, başqa
düymələr var, beləliklə heç nəyin qayğısını çəkmədən hələ
kifayət qədər keçinmək olar. Mən bu şəhərcikdə özümü
yığışdırmaq üçün qəsdən oturub qalmışam, başlıcasısa
mister Astleyi gözləyirəm. Dəqiq öyrəndim ki,
o burdan
gəlib keçəcək, iş üçün bir sutka dayanacaq. Hər şeydən
xəbər tutaram… sonrasa, – sonra düz Qamburqa.
Ruletenburqa getməyəcəm, ən azı, gələn il gedərəm.
Doğrudan da, deyirlər, eyni bir masanın arxasında iki dəfə
dalbadal xoşbəxtlik axtarmaq pis əlamətdi, Qamburqdasa elə
əsl həqiqi oyun da var.
124
Biz həmişə dost olacağıq… və sən xoşbəxt olacaqsan! –
frans.