Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
287 Gümüş pullarla altmış quldenim qalırdı; fikirləşdim, zeroya üstünlük verdim. Hər dəfə zeroya beş qulden qoymağa başladım; üçüncü qoyuluşdan qəfildən zero çıxır, yüz yetmiş beş quldenimi alıb, az qala sevindiyimdən ölmüşdüm; yüz min qulden udanda belə sevinməmişdim. Dərhal da rougeyə yüz qulden qoydum – verdi; iki yüzün hamısını rougeyə qoydum – verdi; dörd yüzün hamısına noir-ə qoydum – verdi; səkkiz yüzün hamısını tanqueyə qoydum – verdi; əvvəlki ilə birgə hesablasaq, min yeddi yüz qulden oldu, bu da – beş dəqiqədən az vaxt ərzində! Bəli, elə bu cür anlarda bütün əvvəlki uğursuzluqlarını da unudursan! Axı mən bunu az qala həyatımı riskə qoyub əldə eləmişdim, riskə cəsarət göstərmişdim, budur, yenə adam sırasındayam! Mən otaq tutdum, qapını bağladım, üç saata qədər oturub pullarımı saydım. Səhərisi gün yuxudan artıq nökər kimi ayılmadım. Elə həmin gün də Qamburqa çıxıb getməyi qət elədim: orda nökər olmamışdım, həbsxanada oturmamışdım. Qatarın yola düşməsinə yarım saat qalmış çox yox, iki qoyuluş eləmək üçün yollandım, min beş yüz www.vivo-book.com 288 florin uduzdum. Amma bununla belə, Qamburqa köçdüm, artıq bir aydı ki, burdayam… Mən əlbəttə, daim həyəcan içərisində yaşayıram, lap az- az oynayıram, nəsə gözləyirəm, nəyəsə ümid eləyirəm, günlərlə oyun masasının yanında dururam, oyuna göz qoyuram, hətta yuxuda qumar görürəm.Amma bütün bunlarla bərabər mənə elə gəlir ki, elə bil quruyub, taxtaya dönmüşəm, elə bil hansısa lehməyə batmışam. Bundan mister Astleylə görüş zamanı aldığım təəssürat üzrə nəticə çıxarıram. Biz elə həmin vaxtdan görüşməmişdik, qəfildən də rastlaşdıq; bax, bu belə oldu. Mən bağa gedirdim, hesablayırdım ki, indi demək olar, pulsuzam, amma əlli quldenim var, – bundan başqa, hücrə tutduğum oteldə, üçüncü gündən hesabı ödəyib tamam qurtardım. Beləliklə, mənim indi yalnız bircə dəfə ruletkaya getmək imkanım qalır, – əgər heç olmasa, bir şey udsam, oyunu davam etdirmək mümkün olacaq; əgər uduzsam – indi müəllim gərək olan ruslar tapmadığım təqdirdə yenə nökərçiliyə getmək lazım gələcək. Bu fikirlə məşğul ola-ola, parkdan, meşədən keçib, qonşu knyazlığa gündəlik gəzintimə getdim. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling