Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
293 məni pul verib, azad eləməmisinizsə, onda yəqin o eləyib. Elə həmin vaxtdan mənim ondan heç xəbərim yoxdu. – Yox, yox! Mən sizi onun pul verib, çıxardığını fikirləşmirəm. O, indi İsveçrədədi, əgər məni onun barəsində sorğu-suala tutmaqdan əl çəksəniz, çox məmnun eləyərdiniz, – o, qətiyyətlə, hətta incikliklə dedi. – Bu o, deməkdir ki, sizi də çox yaralayıb! – mən istər- istəməz güldüm. – Miss Polina – hörmətə daha artıq layiq olan bütün varlıqlardan ən yaxşısıdı, amma sizə təkrar eləyirəm, əgər məni, miss Polina barədə sorğu-suala tutmaqdan əl çəksəniz, daha məmnun eləyərsiniz. Siz onu heç zaman tanımamısınız, sizin ağzınızdan onun adını eşitməyi öz əxlaqi hisslərimə təhqir sayıram. – Bəs, belə! Bununla belə, siz haqlı deyilsiniz; axı, bundan başqa mən sizinlə nə barədə danışım, özünüz fikirləşirsinizmi? Axı, bütün xatirələrimiz elə bundan ibarətdi. Narahat olmayın, bununla belə, mənə sizin heç bir daxili, sirr işiniz lazım deyil… Mən yalnız, necə deyərlər, www.vivo-book.com 294 miss Polinanın zahiri vəziyyətilə, tək bircə indiki zahiri vəziyyətilə maraqlanıram. Bunu iki sözlə demək olar. – Buyurun, amma bu iki sözlə hər şey bitsin. Miss Polina uzun müddət xəstəydi, o, indi də xəstədi. Bir müddət o mənim anam və bacımla şimali İngiltərədə yaşadı. Yarım il qabaq onun nənəciyəzi – həmin o, ağlıkəm qadın yadınızdadı, – canını tapşırdı, şəxsən ona yeddi min funt miras qoydu. İndi miss Polina mənim ərə gedən bacımın ailəsiylə səyahət edir. Onun kiçik qardaşı və bacısı da nənəciyəzin vəsiyyətiylə səyahətdədi. Kiçik qardaşı və bacısı da nənənin vəsiyyətiylə təmin olunublar. Londonda oxuyurlar. Onun atalığı General bir ay qabaq Parisdə iflicdən öldü. Mademoiselle Blanche onunla yaxşı davranırdı, amma generalın nənəciyəzindən aldığının hamısını öz adına keçirməyə macal tapmışdı… budur, deyəsən, vəssalam. – Bəs, De-Qriye? O da İsveçrədə səyahət eləmirmi? – Yox, De-Qriye İsveçrədə səyahət eləmir, mən onun harda olduğunu bilmirəm, bundan başqa, birdəfəlik sizə xəbərdarlıq eləyirəm ki, bu cür eyhamlardan, nanəcib |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling