Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet141/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   137   138   139   140   141   142   143   144   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
285 
Astley? Polina? Bilmirəm, amma borcum, cəmi iki yüz taler 
ödənmişdi, mən də azadlığa çıxmışdım.).
Hara gedəydim? Bu Qintsenin yanına xidmətə girdim. 
O, cavan, hərdəmxəyaldı, özünü tənbəlliyə qoymağı sevir, 
mənsə üç dildə danışmağı, yazmağı bacarıram. Mən onun 
yanına əvvəlcə ayda otuz quldenə katib kimi çalışdım; 
amma ona əsl nökərçilik eləməklə qurtardım: katib 
saxlamağa imkanı yox idi, ona görə də maaşımı azaltdı; bəs 
hara gedəydim, qaldım – beləliklə, öz-özünə nökərə 
çevrildim.
Mən onun qulluğunda doyunca yeyib-içmirdim, 
əvəzində beş ay ərzində yetmiş qulden yığdım. Bir dəfə 
axşam Badendə elan elədim ki, ondan ayrılmaq istəyirəm; 
elə həmin axşam da ruletkaya yollandım. Oh, ürəyim necə 
döyünürdü! Yox, məndən ötrü pul əziz deyildi! Onda yalnız 
istəyirdim ki, elə sabah bütün bu Qintselər, bütün bu ober-
kelnerlər, Badenin bütün bu gözəl qadınları –hamısı mənim 
barəmdə danışsınlar, mənim hekayətimi söyləsinlər, mənə 
heyrət eləsinlər, məni tərifləsinlər, mənim yeni uduşum 
qarşısında baş əysinlər. Bütün bunların hamısı uşaq arzuları, 


www.vivo-book.com 
286 
qayğılarıdı, amma… kim bilir: ola bilsin, Polinayla 
görüşərdim, ona danışardım, o da görərdi ki, mən taleyin 
bütün bu mənasız təkanlarından ucadayam… Eh, mənim 
yolum pul yolu deyil. Əminəm ki, onları Blanche kimisinin 
birisinə səpələrdim, yenə Parisdə bir cütü on altı min franka 
olan atlarda üç həftə gəzərdim. Mən yəqin bilirəm ki, xəsis 
deyiləm. Hətta bir az bədxərcəm, – bununla yanaşı, amma 
nəzarətçinin trente e tun rouge, imraire et passe, yaxud 
guatre, noir, pair et manque! qışqırtısına necə həyəcanla, 
ürəyim dona-dona qulaq asıram. Üzərinə luidorlar, 
fridrixsdörlər, 
talerlər 
səpələnmiş 
oyun 
masasına, 
nəzarətçinin kürəyindən alov kimi yanan tığlara səpələnən 
qızıl sütunlarına, yaxud çarxın ətrafındakı bir arşın 
uzunluğundakı gümüş dirəklərinə necə acgözlüklə baxıram. 
Hələ oyun zalına yaxınlaşanda, iki otaq qalmış səpələnən 
pulların cingiltisini eşidən kimi, demək olar, titrətməm baş 
verir. 
Oh, həmin axşam, yetmiş quldenimi oyun masasına 
aparanda da vəziyyət yaxşıydı. Mən on quldendən, yenə 
passedən başladım. Passeyə mövhumatım var. Uduzdum. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   137   138   139   140   141   142   143   144   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling