Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
289 Hərdənbir bu cür dörd saat gəzirdim, Qomburqa yorğun və ac qayıdırdım. Bağdan parka təzəcə çıxmışdım ki, qəfildən skamyada mister Astleyi gördüm. O məni birinci görüb çağırdı. Mən onun yanında oturdum. Onda bir qədər təkəbbürü sezib, elə o saat sevincimi boğdum; yoxsa onu görməyə həddən artıq şad olmuşdum. – Deməli, siz burdasınız! Mən elə də fikirləşirdim ki, sizinlə rastlaşacağam – o mənə dedi – danışmaq barədə narahat olmayın, mən bilirəm, mən hər şeyi bilirəm; bu bir il səkkiz ay ərzində bütün həyatınız mənə bəllidi. – Pah! Köhnə dostlarınızı bax, gör necə izləyirsiniz! – cavab verdim. – Bu sizə şərəf gətirir ki, unutmursunuz… Dayanın, amma ağlıma bir fikir gəldi – iki yüz qulden borca görə oturduğum Ruletenburq həbsxanasından məni siz pul verib, çıxarmamısınız ki? Məni naməlum adam xilas edib. – Yox ey, yox, sizi iki yüz qulden borca görə oturduğunuz Ruletenburq həbsxanasından mən pul verib çıxarmamışam, amma mən sizin iki yüz qulden borca görə həbsxanada oturduğunuzu bilirdim. www.vivo-book.com 290 – Deməli, hər halda məni kimin pul verib, çıxardığını bilmirsiniz? – Yox ey, deyə bilmərəm. – Qəribədi, bizim ruslardan məni heç kəs tanımır, bir də ki, burdakı ruslar heç pul verib, çıxarmazlar da.Orda Rusiyada pravoslavlar pravoslavları pul verib, azad eləyirlər. Mənsə elə belə də fikirləşirdim ki, hansısa qəribə bir adam – ingilis qəribəlikdən belə eləyib. Mister Astley mənə bir qədər təəccüblə baxırdı. O, deyəsən, məni qəmgin, kədərli görəcəyini fikirləşirmiş. Amma mən sizin ruhunuzu, hətta şənliyinizin bütün sərbəstliyini tamamilə saxladığınızı görüb, çox sevinirəm, – o, kifayət qədər xoşagəlməz görkəmlə dilləndi. – Yəni mənim niyə dərdə batmadığıma, alçaldılmadığıma görə? Öz içinizdə acığınızdan zəncir çeynəyirsiniz, – gülə-gülə dedim. O, dərhal başa düşmədi, amma başa düşüb, gülümsədi: – Sizin iradlarınız xoşuma gəlir. Mən bu sözlərdə öz əvvəlki ağıllı, köhnə, coşqun, bununla yanaşı, arsız dostumu tanıyıram; yalnız ruslar özlərində eyni zamanda bu qədər |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling