Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
295 müqayisələrdən əl çəkəsiniz, yoxsa mütləq mənimlə qarşılaşacaqsınız. – Necə? Əvvəlki dostyana münasibətlərimizə baxmayaraq? – Bəli, əvvəlki dostyana münasibətlərimizə baxmayaraq. – Min dəfə üzr istəyirəm, mister Astley. Amma bununla belə, icazə verin: burda acığınız gələsi, nanəcib heç nə yoxdu. Mən axı, miss Polinanı heç bir şeydə günahlandırmıram. Bundan başqa, fransız və rus xanımı ümumiyyətlə desək, bu elə müqayisədi ki, mister Astley, biz həll eləyə, yaxud axıracan başa düşə bilmərik. – Əgər siz De-Qriyenin adını başqa adla yanaşı çəkməsəniz, onda sizdən “fransız və rus xanımı” ifadəsi altında nəyi nəzərdə tutduğunuzu soruşardım? Bu “müqayisə” nədi? Niyə burda məhz fransız və mütləq rus xanımı olmalıdı? – Görürsünüzmü, siz maraqlandınız. Amma bu uzun mətləbdi, mister Astley. Burda əvvəlcədən çox şey bilmək lazımdı. Bununla belə, bu məsələ vacibdi. Siz britaniyalı www.vivo-book.com 296 kimi, bununla razı olmaya bilərsiniz, rus kimi mən də razı deyiləm, hə, tutaq ki, heç olmasa, paxıllıqdan, amma bizim xanımlar başqa fikirdə ola bilərlər. Siz Rasini sınmış, pozulmuş, iyli saya bilərsiniz, hətta oxumayacaqsınız. Mən də onu sınmış, pozulmuş, iyli, hətta bir baxımdan gülməli sayıram, amma o, yaraşıqlıdı, mister Astley, başlıcasısa bunu istəsək də, istəməsək də o, böyük şairdir. Fransızın, yəni parislinin milli forması biz hələ ayılanda zərif formaya çevrilməyə başlayıb. İnqilab zadəganlığı miras qoydu. İndi ən iyrənc fransızcığaz bu formada nə öz təşəbbüsüylə, nə ruhuyla, nə qəlbiylə iştirak eləmədən, tamamilə iştirak eləmədən, tamamilə zərif formalı hərəkətlərə, fəndlərə, ifadələrə malik ola bilər.Bütün bunlar ona miras qalıb. Öz- özlüyündə onlar son dərəcə mənasız və həddən artıq yaramaz ola bilərlər. Hə-ə, mister Astley, indi sizə məlumat verim ki, dünyada rus xanımından sadəlövh, açıq-aşkar xeyirxah, ağıllı və tamam pozulmamış varlıq yoxdu. De- Qriye hansısa rola girib, maskalanıb, – onun qəlbini qeyri- adi asanlıqla fəth eləyə bilər. Onun zərif forması var, mister Astley, qadın da bu formanı ona miras qalan paltar kimi yox, |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling