Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
299 Mister Astley titrək səslə, gözlərini parıldada-parıldada dilləndi, – bilin ki, mən Qamburqa xüsusi olaraq onun tapşırığıyla gəlmişəm ki, sizi görüm, sizinlə ətraflı, səmimi söhbət eləyim, ona hər şeyi – hisslərinizi, fikirlərinizi, ümidlərinizi və …xatirələrinizi çatdırım! – Doğrudanmı? Doğrudanmı? – qışqırdım, yaş gözlərimdən dolu kimi axdı. Mən göz yaşlarımı saxlaya bilmirdim, bu, deyəsən, ömrümdə birinci dəfəydi baş verirdi. – Hə, bədbəxt adam, o sizi sevirdi, mən də bunu sizə aça bilərəm, ona görə ki, siz məhv olmuş adamsınız. Bu da azmış kimi, əgər hətta sizə desəm ki, indiyəcən sizi sevir, nə xeyri – axı, onsuz da burda qalacaqsınız! Bəli, siz özünüzü məhv elədiniz. Sizin bəzi qabiliyyətləriniz, oynaq xasiyyətiniz vardı, pis adam deyilsiniz, siz hətta insanlara ehtiyacı olan vətəninizə faydalı ola bilərdiniz, amma ki, yenə də burda qalacaqsınız, sizin həyatınız bitib. Mən sizi günahlandırmıram. Mənim fikrimcə, bütün ruslar belədilər, yaxud belə olmağa meyillidilər. Əgər ruletka olmasa, ona oxşar bir şey tapacaq. İstisnalar həddən artıq azdı. Zəhmətin www.vivo-book.com 300 nə olduğunu başa düşməməkdə (mən sizin xalqınız barədə demirəm) siz birinci deyilsiniz. Ruletka daha çox rus qumarıdı. Siz indiyəcən namuslu olmusunuz, oğurluq eləməkdənsə, nökərçiliyə getmək istəmisiniz… Amma gələcəkdə nə ola biləcəyini fikirləşmək məndən ötrü dəhşətlidi. Bəsdi, əlvida! Sizin yeri gəlmişkən, pula ehtiyacınız var? Bax, mən sizə on luidordan artıq verməyəcəyəm, ona görə ki, onsuz da o pulları uduzacaqsınız. Götürün və əlvida! Hər halda, götürün! – Yox, mister Astley, bütün bu deyilənlərdən sonra… – Gö-tü-rün! – o qışqırdı. – Əminəm ki, siz hələ nəcibsiniz, sizə dost əsl dosta verən kimi verirəm. Əgər əmin olsaydım ki, elə indicə qumarı, Qomburqu atacaqsınız, vətəninizə gedəcəksiniz, sizə yeni karyeranızın başlanğıcı üçün dərhal min funt verməyə hazırıydım. Amma məhz ona görə min funt yox, indiki vaxtda sizdən ötrü min funtla on funt tamamilə eyni şeydi, hamısı birdi – uduzacaqsınız. Götürün və əlvida! – Əgər vida üçün sizi qucaqlamağa icazə versəniz, götürərəm. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling