Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet147/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   141   142   143   144   145   146   147   148   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
297 
onun öz ruhu onun ruhunun və qəlbinin təbii forması təki 
qəbul eləyir. Qətiyyən xoşunuza gəlməsə də, sizə etiraf 
eləməliyəm 
ki, 
ingilislərin 
əksəriyyəti 
qaba, 
yöndəmsizdirlər, ruslarsa gözəlliyi kifayət qədər həssaslıqla 
duyurlar, ona aludədirlər. Amma qəlbin gözəlliyini 
fərqləndirmək üçün, bundan ötrü həddən artıq çox sərbəstlik 
və azadlıq – bir də, hər halda daha çox təcrübə lazımdı. Miss 
Polinaya isə, – bağışlayın, deyiləni geri qaytara bilməzsən, – 
sizi yaramaz De-Qriyedən üstün saymağı üçün çox, çox 
uzun müddət gərəkdi. O sizi qiymətləndirəcək, sizin 
dostunuz olacaq, bütün qəlbini sizə açacaq da, amma hər 
halda bu ürəkdə nifrətamiz, yaramaz, nifrət və xırda sələmçi 
De-Qriye hökmranlıq eləyəcək. Bu hətta necə deyərlər, tək 
bircə inadkarlıqdan, şöhrətpərəstlikdən qalacaq, ona görə ki, 
elə bu De-Qriye onun yanına bir vaxtlar nəcib markiz, 
ümidsizliyə qapılmış liberal və müflis olmuş (guyamı?) 
adam kimi, onun ailəsinə, yüngülbeyin generala kömək 
eləyərək gəlib. Bütün bu fırıldaqlar sonra açıldı. Amma 
açılması nəyisə dəyişmir: hər halda, indi ona əvvəlki De-
Qriyeni verin – bax, ona nə lazımdı! O, indiki De-Qriyeyə 


www.vivo-book.com 
298 
nə qədər nifrət eləyirsə, əvvəlki yalnız xəyalında mövcud 
olsa da, onun o qədər xiffətini çəkir, siz şəkərbişirənsiniz, 
mister Astley?
– Hə, mən məşhur Lovel və Komp zavodu 
kampaniyasında iştirak eləyirəm. 
– Bax, görürsünüzmü, mister Astley. Bir tərəfdən 
şəkərbişirən, digər tərəfdənsə– Apollon Belvederski; bütün 
bunlar nəsə uyğun gəlmir. Mənsə, hətta şəkərbişirən də 
deyiləm, mən sadəcə, xırda ruletka qumarbazıyam, hətta 
nökərçilik də eləmişəm, bu da yəqin ki, artıq Miss Polinaya 
məlumdu, ona görə ki, onun deyəsən, yaxşı polisi var.
– Siz hirslənmisiniz, ona görə də bütün bu cəfəngiyatı 
danışırsınız, – mister Astley soyuqqanlılıqla, fikirləşərək 
dedi. – Bundan başqa, sözlərinizdə orijinallıq yoxdu. 
– Razıyam! Amma nəcib dostum, elə dəhşət də ondadır 
ki, mənim bütün bu ittihamlarım nə qədər köhnəlsələr də, nə 
qədər iyrənc, nə qədər məzhəkə olsalar da, – hər halda, 
həqiqətdilər! Hər halda, biz sizinlə heç nəyə nail olmadıq. 
– Bu murdar cəfəngiyatdı… ona görə, ona görə… 
naşükür, ləyaqətsiz, cılız və bədbəxt adam, onu da bilin… – 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   141   142   143   144   145   146   147   148   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling