Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
277 vaxt fikrini əməlli-başlı izah eləyə bilməmişdi, xidmətini, rəhmətlik arvadını, malikanəsini xatırlayırdı. Hansısa söz ağlına batır – bu sözə sevinir, onu gündə yüz dəfə xatırlayır, amma o söz onun hisslərini, fikirlərini qətiyyən ifadə eləmir, mən onunla uşaqları barədə söhbət açmağa cəhd göstərdim; amma o əvvəlki tələskən danışığıyla canını qurtarır, tezcənə başqa mövzuya keçirdi: “Hə… Hə! Uşaqlar-uşaqlar, siz haqlısınız, uşaqlar!” Yalnız bir dəfə hisslərini büruzə verdi: “Bu bədbəxt uşaqlar!” Bir dəfə Polina haqqında söhbət salanda o hətta hiddətləndi: “Naşükür qadındı, – qışqırdı, – pis, naşükürdü! O, ailəni rüsvay elədi! Əgər burda qanun olsaydı, mən onu qoç buynuzuna soxardım! Hə, hə-ə!” De-Qriyeyə gəldikdəsə, hətta onun adını eşitmək belə istəmirdi: “O məni məhv elədi, – deyirdi, – o məni qarət elədi, o məni doğram- doğram elədi! Bu məndən ötrü iki il davam eləyən dəhşətiydi! O, aylarla dalbadal yuxuma girirdi! Bu-bu, bu… Ah, heç vaxt mənə onun haqqında danışmayın!” www.vivo-book.com 278 Görürdüm ki, onların işi nəsə yaxşı gedir, amma adətim üzrə susurdum. Birinci Blanche mənə dedi 118 – babouschka indi artıq doğrudan da, xəstədi və mütləq öləcək. Mister Astley teleqram göndərib; razılaş ki, o, hər halda onun varisidi. Əgər hətta belə olmasaydı da, o heç nəyə mane olmayacaq. Birincisi, onun öz pensionu var, ikincisisə, yan otaqda yaşayacaq, tamamilə xoşbəxt olacaq. “Mən “madam de generale” olacam. Mən yaxşı dairələrə girəcəyəm (Blanche bunu həmişə arzulayırdı), sonralar rus mülkədarı olacağam, j’aurai un chateau, des moijuks, et puis j’aurai toujours mon million 119 . – Yaxşı, bəs əgər o qısqanmağa başlasa, Allah bilir nə tələb eləsə … – başa düşürsən? – Ah, yox, non, non, non! O necə gülür! Mən ölçü götürmüşəm, narahat olma. Mən artıq onu Albertin adına bir 118 Bu ayrılmağımızdan düz bir həftə əvvəl baş verdi: “Je a du chance” onun bəxti gətirir – frans. 119 Mənim qəsrim, kişilərim, sonrasa, hər halda milyonlarım olacaq – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling