Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet51/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   47   48   49   50   51   52   53   54   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
102 
hətta nifrət sezmişdim, o isə heç Polinanın üzünə baxmırdı, 
üstəlik, nəzakətsiz davranırdı. Mən bunu sezmişdim. Polina 
nifrəti haqqında mənə özü danışmışdı; onun həddən artıq 
vacib etirafları üzə çıxmışdı… Deməli, fransız, sadəcə, ona 
yiyəlik eləyir, Polina hansısa zəncirlə ona bağlıdı…
VIII FƏSİL
Burda adlandırdıqları kimi, gəzintidə, daha doğrusu, 
şabalıd xiyabanında öz ingilisimlə rastlaşdım. 
– O, o! – məni görub başladı, mən sizin yanınıza 
gəlirəm, siz də mənim. Belə, sizinkilərlə artıq ayrılmısınız? 


www.vivo-book.com 
103 
– Deyin, birincisi, niyə bütün bunları bilirsiniz, – 
təəccüblə soruşdum, – doğrudanmı, bütün bunlar hamıya 
məlumdu? 
– O-o, yox, hamıya məlum deyil; həm də məlum 
olmağa da dəymir. Heç kəs danışmır. 
– Bəs niyə siz bundan xəbərdarsınız? 
– Bilirəm, daha doğrusu, təsadüfən öyrənmək imkanı 
tapdım. İndi siz burdan hara gedəcəksiniz? Mən sizi 
sevirəm. Ona görə də yanınıza gəldim. 
– Gözəl insansınız, mister Astley, – dedim (bununla 
belə, məni həddən artıq heyrətləndirdi: o hardan bilir?), mən 
qəhvə içmədiyim kimi, elə siz də yəqin ki, yaxşı 
içməmisiniz, buna görə də sizə hər şeyi danışaram və … Siz 
də mənə danışarsınız. Kafe yüz addımlıqdaydı. Bizə qəhvə 
gətirdilər, oturduq, mən papiros yandırdım, mister Astley 
heç nə çəkmədi, gözlərini mənə dikib qulaq asmağa 
hazırlaşdı. 
– Mən heç yerə getmirəm, burda qalıram, – sözə 
başladım. 


www.vivo-book.com 
104 
– Mən də əminiydim ki, qalacaqsınız, – mister Astley 
təqdiredici tərzdə dilləndi. Mister Astleyin yanına gedəndə, 
heç bir niyyətim yoxuydu və hətta Polinaya olan 
məhəbbətim haqqında qəsdən danışmaq istəmirdim. Bütün 
bu günlər ərzində ona bu haqda demək olar, bir söz də 
deməmişdim. Üstəlik də, o, çox utancağıydı. Mən ilk 
baxışdan sezdim ki, Polina onda fövqəladə təəssürat yaradıb, 
amma o, heç zaman Polinanın adını dilinə gətirmirdi. 
Bununla belə, qəribədi, qəfildən, indi, lap indicə o oturub, 
ciddi, qalay kimi baxışlarını mənə dikdi, məndə bilmirəm, 
nədənsə hər şeyi, daha doğrusu, bütün sevgimi, həm də 
duyğumu bütün çalarıyla ona danışmaq həvəsi yarandı. 
Bütöv bir saat danışdım, bu da mənə həddən artıq ləzzət 
verdi, bu haqda birinci dəfəydi ki, söz açırdım! Onun bəzi 
xüsusi alovlu yerlərdə tutulduğunu sezib, qəsdən hekayəmin 
coşqunluğunu artırırdım. Bir şeydə günahımı boynuma 
alıram: ola bilsin, fransız barədə bəzi artıq sözlər demişəm. 
Mister Astley mənimlə üzbəüz hərəkətsiz, bir söz 
demədən, səsini çıxarmadan, gözlərimin içinə baxa-baxa 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   47   48   49   50   51   52   53   54   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling