Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet12/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   8   9   10   11   12   13   14   15   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
24 
soyuqqanlı deyildim; yəqin bilirdim, çoxdan qət eləmişdim 
ki, Ruletenburqdan elə-belə çıxıb getməyəcəyəm; mütləq 
taleyimdə nəsə köklü və qəti dəyişikliklər baş verəcək. Belə 
lazımdı, belə də olacaq. Bu nə qədər gülməli olsa da, özüm 
üçün ruletkadan çox şey gözləyirəm, amma mənə elə gəlir, 
hamının qəbul elədiyi oyundan nəsə gözləməyin axmaqlıq 
və mənasız olması barədə mühafizəkar fikir daha gülməlidi. 
Nəyə görə, qumar pul əldə eləməyin hansısa üsulundan, 
məsələn, tutaq ki, alverdən pisdi? O düzdü ki, yüzündən biri 
udur. Amma bunun mənə nə dəxli? 
Hər ehtimala qarşı, mən əvvəlcə göz qoymağı, bu 
axşam heç bir şey başlamamağı qərara aldım. Əgər bu 
axşam nəsə olsaydı, onda qəfildən və asanlıqla baş 
verəcəkdi – elə mən də belə fərz eləyirdim. Üstəlik də, 
oyunun özünü də öyrənmək lazımıydı; ona görə ki, 
ruletkanın bu cür acgözlüklə oxuduğum minlərlə təsvirinə 
baxmayaraq, özüm görənəcən onun quruluşundan qətiyyən 
bir şey anlamırdım. 
Birincisi, hər şey mənə o qədər natəmiz, nəsə əxlaqi 
cəhətdən ayıb və çirkli görünürdü. Mən heç də oyun 


www.vivo-book.com 
25 
masalarını dövrəyə alan bu onlarla, yüzlərlə acgöz, narahat 
adamlardan danışmıram. Mən tezliklə və daha çox udmaq 
arzusunda qətiyyən natəmiz bir şey görmürəm; kiminsə “axı 
az-az oynayırlar” bəraətinə: “daha pis, ona görə ki, xırda 
tamahdı” cavabı verən bir gonbul, harın moralistin fikri 
mənə həmişə çox axmaq görünürdü. Düzdü, xırda tamah və 
iri tamah – hamısı eyni deyil. Bu proporsional məsələdi. 
Rotşild üçün xırda olan şey məndən ötrü çox dəbdəbəlidi. 
Asan uduşa və qazanca qalandasa, adamlar təkcə qumarda 
yox, elə hər yerdə də ancaq bir işlə məşğuldular – bir-
birindən nəsə qapışdırırlar, yaxud udurlar. Ümumiyyətlə, 
asan qazancın və gəlirin murdarlığı ayrı məsələdi. Amma 
mən burda onu həll etmirəm. Belə ki, özüm də uduş 
arzusuyla həddən artıq alışıb-yanırdım, əslində bütün tamah 
və bütün bu tamahkar çirkab, əgər girən zaman nəsə 
münasib, doğmaydı. Ən yaxşısı odur ki, adamlar bir-
birindən utanıb-çəkinmirlər, əksinə, açıq, səmimi hərəkətlər 
eləyirlər. Öz-özünü aldatmağın axı nə əhəmiyyəti var? Ən 
mənasız və xeyirsiz məşğuliyyətdi! İlk baxışda bu qumar 
əclaflarının masalarının başına yığışmasındakı ciddiyyət və 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling