Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet14/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   10   11   12   13   14   15   16   17   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
28 
xidmətçiyə fikir vermədi; uzun-uzadı cibindən kisəsini 
çıxardı, uzun-uzadı kisəsindən üç yüz frank qızıl pul çıxardı, 
pulları qaraya qoydu və uddu. O, uduşu götürmədi, onu 
masanın üzərinə qoydu. Yenə qara çıxdı; o, bu dəfə də 
pulları götürmədi, amma üçüncü dəfə min iki yüz frank 
itirdi. General təbəssümlə qırağa çəkildi, mətanətini qoruyub 
saxladı. Əminiydim ki, qəlbindən qara qanlar axır, əgər 
banka qoyulan pul iki, yaxud üç dəfə artıq olardısa, – o, 
mətanətini saxlaya bilməzdi, həyəcanını büruzə verərdi. 
Bununla belə, bir fransız mənim yanımda nəşəylə, hər cür 
həyəcansız-filansız əvvəlcə uddu, sonrasa otuz min franka 
qədər uduzdu. Əsl centlmen, əgər bütün var-yoxunu uduzsa 
da, həyəcanlanmamalıdır. Pul centlmenlikdən o qədər aşağı 
olmalıdı ki, demək olar, onun qayğısını çəkməyə dəyməsin. 
Əlbəttə, bütün bu yaramazların, bütün bu şəraitin 
iyrəncliyini tamamilə eyninə almamaq daha kübarsayağıdı. 
Amma bəzən əks fənd də, məsələn, bütün bu yaramazları 
gözlük arxasından da olsa, sezmək, qiymətləndirmək də az 
kübarlıq deyil; lakin bütün bu kütləni, bütün bu iyrəncliyi bir 
növ əyləncə, centlmen oyunları üçün düzəldilmiş tamaşa 


www.vivo-book.com 
29 
kimi qəbul eləməkdən başqa bir şey deyil. Özünüz bu 
kütlənin arasına soxula, amma hamıya büsbütün inamla baxa 
bilərsiniz ki, əslində, siz özünüz müşahidəçisiniz və 
doğrudan da qətiyyən onun tərkibinə daxil deyilsiniz. 
Bununla belə, yenə də çox diqqətlə müşahidə eləmək lazım 
gəlmir: bu, yenə də centlmensayağı olmayacaq, ona görə ki, 
hər halda, bu mənzərə böyük, olduqca diqqətli müşahidəyə 
dəymir. Ümumiyyətlə, centlmen üçün həddən artıq diqqətli 
müşahidəyə layiq olan tamaşalar azdı. Bununla yanaşı, 
şəxsən mənə elə gəldi ki, bütün bunlar da xüsusilə, yalnız 
təkcə müşahidə üçün gəlməyən, özünü də səmimi qəlbdən, 
vicdanla bütün yaramazlara aid eləyən kəs üçün həddən artıq 
diqqətli müşahidəyə dəyər. Mənim ən gizli əxlaqi 
etiqadlarıma gələndəsə, həqiqi mülahizələrimdə onlara 
əlbəttə, yer yoxdu. Qoy doğrudan da, belə olsun: vicdanımı 
təmiz çıxarmaq axır vaxtlar ərzində hərəkətlərimi və 
fikirlərimi hansı olur olsun, əxlaqi ölçüyə hesablamaq 
məndən ötrü nəsə dəhşətli dərəcədə xoşagəlməz işiydi. Məni 
başqa şey idarə eləyirdi. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling