Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
4 cavab verirdim ki, elə bil pərt olurdu. Təmtəraqlı nitqlə, sözləri bir-birinin üstünə mindirə-mindirə, nəhayət, tamamilə dolaşaraq, məni başa saldı ki, uşaqları vağzaldan uzaq yerə, parka gəzməyə aparım. Axırda o lap hirsləndi və qəfildən səsini qaldırdı: “Yoxsa siz, ola bilsin ki, onları vağzala, ruletkaya aparasınız. Məni bağışlayın, – o əlavə elədi, – bilirəm, hələ yetərincə düşüncəsiz oynamağa, güman ki, qabilsiniz. Hər halda, mən sizin tərbiyəçiniz deyiləm, belə rolu öz üzərinə götürməyi də arzulamıram, amma heç olmasa, məni nüfuzdan salmamağınızı arzulamağa ixtiyarım var…” – Bəs axı, mənim pulum da yoxdu, – sakitcə cavab verirdim; – pul uduzmaq üçün pulun olmalıdı. – Siz pulu dərhal alarsınız, – general bir qədər qızarıb dilləndi, öz masasında qurdalandı, kitabları yoxladı, məlum oldu ki, onda mənim 120 rubla qədər pulum var. www.vivo-book.com 5 – Biz necə hesablaşacağıq? – o dilləndi, – talerə 2 çevirmək lazımdı. Gəlin yüz taler götürün, yuvarlaq hesabla, – qalanı, əlbəttə, batmaz. Mən sakitcə pulu götürdüm. – Siz, lütfən, mənim sözlərimdən inciməyin. Elə dəymədüşərsiniz… Əgər mən sizə irad tutdumsa, onda necə deyərlər, xəbərdar elədim, artıq buna bir qədər haqqım çatır… Nahardan qabaq uşaqlarla evə qayıdanda bütöv bir dəstə ilə rastlaşdım. Bizimkilər hansısa xarabalığa gedirdilər. İki qəşəng fayton, əla atlar! Mademoiselle Blanche 3 Marya Filippovna və Polinayla bir faytonda; fransızciyəz, ingilis və bizim general at belində. Yoldan ötənlər dayanıb tamaşa eləyirdilər; təsir göstərmişdi; ancaq general yaxasını qurtara bilməyəcəkdi. Hesabladım ki, gətirdiyim dörd min frankın üstünə də, çox güman, ələ keçirdiklərini də əlavə eləyə bilsək, onların yeddi, yaxud 2 3 markalıq qədim gümüş alman pulu 3 mademuazel Blanş – fransızca |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling