Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet6/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   2   3   4   5   6   7   8   9   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
12 
sizdən ötrü qəhvə içməkdən imtina eləyəcək?” Onda mən də 
abbatdan bərk qışqırdım: “Bilirsiniz, nə var, tüpürüm sizin 
monsinyorunuzun qəhvəsinə! Əgər elə bu dəqiqə mənim 
pasport məsələmi həll eləməsəniz, onda onun özünün yanına 
gedəcəyəm”. 
“Necə? Kardinal onun yanında olan bir vaxtda!” – 
Abbatciyəz vəhşətlə məndən uzaqlaşaraq çığırdı, qapıya 
tərəf atılıb qollarını sinəsində çarpazladı, özünü elə göstərdi 
ki, ancaq meyitimin üstündən keçə bilərsən. 
Ona cavab verdim ki, “que ye suis heretique et 
barbare”
10

bütün 
bu 
arxiyepiskoplar, 
kardinallar, 
monsinyorlar, daha nələr, nələr – məndən ötrü eyni şeydi. 
Bir sözlə, özümü elə göstərdim ki, əl çəkməyəcəyəm. Abbat 
mənə sonsuz qəzəblə baxdı, sonra pasportumu əlimdən 
qapdı və yuxarı apardı. Bir dəqiqədən sonra artıq 
pasportuma viza vurulmuşdu. Budu, ba-ax, baxmaq 
istəməzsinizmi? Mən pasportumu çıxarıb Roma vizasını 
göstərdim. 
10
Kafir və barbaram.


www.vivo-book.com 
13 
Ancaq ki, siz bunu… – general yenicə başlamışdı 
ki… 
– Sizi özünüzü barbar və kafir adlandırmağınız xilas 
eləyib, – fransızciyəz əyri-əyri gülüb qeyd elədi – “ceva ne 
tait ras si bete”
11

– Necə ola bilər ki, ruslara belə baxılsın? Onlar burda 
otururlar, cınqırlarını çıxarmağa cəsarət eləmirlər, çox 
güman ki, rusluqdan da imtina eləməyə hazırdılar. Sonradan 
hamıya abbatla davam haqqında danışanda, ən azı, Parisdə, 
mənim otelimdə mənimlə həddən artıq diqqətli davranmağa 
başladılar. Ümumi masanın arxasında mənə ən düşmən 
münasibət bəsləyən tosqun pan ikinci plana sürüşdü. 
Danışanda, iki il bundan qabaq on ikinci ildə yalnız 
tüfəngini boşaltmaq üçün fransız yegerinin atəş açdığı adamı 
gördüm – fransızlar hətta buna da dözdülər. Bu adam onda 
hələ onyaşlı uşaq idi, ailəsi Moskvadan çıxıb getməyə macal 
tapmamışdı. 
11
“Bu o qədər də axmaqlıq deyil” – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling