Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
10 istədiyimi danışanda, artıq fransızların bir hissəsi mənim tərəfimə keçdi. – Tüpürmək? – General vüqarlı çaşqınlıqla, hətta gözlərini döyə-döyə soruşdu. Fransızciyəz məni inamsızlıqla süzürdü. – Elə beləcə, – cavab verdim. – Belə ki, iki gün tamam əmin idim ki, bəlkə də bizim işlərimizə görə bir dəqiqəliyə Romaya yola düşmək lazım gələcək, elə ona görə də pasportuma viza vurdurmaq üçün müqəddəs atamın Parisdəki səfirliyinin dəftərxanasına 8 getdim. Orda məni əlli yaşlarında arıq və soyuq üzlü abbatcığaz qarşıladı və hörmətlə, amma həddən artıq quru görkəmlə qulaq asıb gözləməyi xahiş elədi. Tələssəm də, əlbəttə, gözləmək üçün 8 İtaliyanın Papa (Roma) vilayəti 1870-ci ilədək Roma papasının başçılıq elədiyi müstəqil dövlət idi və başqa ölkələrdə öz diplomatik nümayəndəlikləri vardı www.vivo-book.com 11 oturdum. “Orinion nationale”-ni 9 çıxardım və Rusiyaya qarşı çox dəhşətli söyüşləri oxumağa başladım. Arada kiminsə qonşu otaqdan monsinyorun yanına necə keçdiyini eşitdim; mən abbatımın nə cür salamlaşdığını gördüm. Ona əvvəlki xahişimlə müraciət etdim; o daha quru görkəmlə yenə gözləməyi xahiş elədi. Bir az keçəndən sonra daha bir tanımadığım adam – hansısa avstriyalı – iş üçün içəri girdi. Onu dinlədilər, dərhal da yuxarı ötürdülər. Onda yaman acığım tutdu; qalxdım, abbata yaxınlaşdım və qətiyyətlə dedim ki, monsinyor başqalarını qəbul elədiyi kimi məni də yola sala bilər. Qəfildən abbat məndən qeyri-adi təəccüblə üz döndərdi. Sadəcə, o anlaya bilmirdi ki, miskin bir rus özünü monsinyorun qonaqlarıyla eyniləşdirməyə necə cəsarət eləyir. Elə bil təhqir eləyə biləcəyindən sevinə- sevinə ən abırsız görkəmlə məni başdan-ayağacan süzüb bağırdı: “Doğrudanmı, elə fikirləşirsiniz ki, monsinyor 9 “Xalqın fikri” Polşadakı çar hökumətinin mütləqiyyət siyasətini tənqid eləyən liberal-müxalifət fransız qəzeti – tərc.) |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling