Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
14 – Bu ola bilməz, – fransızciyəz kükrədi, – fransız əsgəri uşağa güllə atmaz! – Halbuki bu həqiqətən məhz belə olmuşdu, – cavab verdim. – Bunu mənə istefada olan möhtərəm kapitan danışıb, özüm də onun üzündəki güllə yarasını görmüşəm. Fransız uzun-uzadı və tələsik danışmağa başladı. General qahmar çıxmaq istəyirdi, amma mən ona heç olmasa on ikinci ildə fransızların əsiri olan general Perovskinin “Qeydlər”indən parça oxumağı tövsiyə elədim. Nəhayət, Marya Filippovna söhbəti kəsməkdən ötrü nə haqdasa danışdı. General məndən çox narazıydı, ona görə ki, biz artıq fransızla az qala qışqırmağa başlamışdıq. Ancaq görünür, mənim fransızla mübahisəm mister Astleyin çox xoşuna gəlmişdi. O, masanın arxasından qalxıb mənə onunla bir qədəh şərab içməyi təklif elədi. Axşam gözlənildiyi kimi, Polina Aleksandrovnayla on beş dəqiqə söhbət eləyə bildim. Söhbətimiz gəzintidə baş verdi. Hamı vağzalın yanındakı parka getmişdi. Polina fəvvarə ilə üzbəüz oturacaqda əyləşdi, Nadenkanı isə, www.vivo-book.com 15 yaxınlıqdakı uşaqlarla oynamağa buraxdı. Mən də Mişanı fəvvarənin yanına göndərdim, nəhayət, biz tək qaldıq. Əvvəlcə şübhəsiz, işlər haqqında danışmağa başladıq. Mən ona cəmi-cümlətanı yeddi yüz qulden verəndə, Polina sadəcə, hirsləndi. Əminiydi ki, mən Parisdə onun brilyantlarını girov qoyub, ən azı iki min, yaxud daha artıq qulden gətirəcəyəm. – Nə olur olsun, mənə pul gərəkdi, – o dedi, – o pulları əldə eləmək lazımdı, yoxsa mən, sadəcə, məhv olacam. Mən burada olmayanda, onun nəylə məşğul olduğu barədə sorğu-sual eləməyə başladım. – Peterburqdan iki xəbər aldıq. Əvvəlcə xəbər çıxdı ki, nənəmin vəziyyəti çox pisdi, iki gündən sonrasa məlum oldu ki, deyəsən, arvad artıq ölüb. Başqa heç nə. Timofey Petroviç xəbər göndərmişdi, – Polina əlavə elədi. – O isə dəqiq adamdı. Axırıncı, qəti xəbəri gözləyirik. – Beləliklə, burda hamının qulağı səsdədi? – soruşdum. – Əlbəttə, hər şey və hamı; düz yarım ildi, yalnız buna ümid eləyirik. – Siz də ümid eləyirsiniz? |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling