Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet22/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

157 


İlahə Ucaruh 

 

Postateizm və Dünyaya Bütöv Baxış 

 

Çox dindar bir inancsızam mən… 

Başqa cür, yeni bir dinə inanıram mən. 

Albert Eynşteyn 

 

Çağdaş fəlsəfə din istibdadına qarşı çıxmış ateizmin özünün də sonralar bir növ doqmaya, 



dinə dönüşdüyünü, K.Marks, Z.Freyd kimilərinin ateizmin peyğəmbərlərinə çevrildiyini 

iddia edir.  

Ateizmə qarşı tutulan ən böyük irad onun məntiqcə ziddiyyətli olmasıdır: ateizm, tanrı 

mövcudluğunun sübut edilməzliyi tezisini irəli sürərkən tanrının olmamasının da 

sübutunu göstərə bilməmişdi. İnsan zəkasının bütün təbiət sirlərini çözə biləcəyinə inam 

XX əsrin ikinci yarısında ümumi fundamental fizika adı altında bir yox, iki elm üzə 

çıxdığında bir qədər sarsılmışdı. Bu elmlər bir-birinə uyuşmayan mikrodünya fizikası və 

astrofizikanın prinsiplərinə əsaslanan fərqli fiziki reallıqları təsvir edir. Belə gözlənilməz 

kəşflərdən sonra ateizmin zəfərli addımları 1970-ci illərdən sonra bir qədər yavaşıdı. 

Ateizm fikir tarixində, insan tərcümeyi-halında haqq qazandırılan və xeyirli hal sayılsa 

da, 2000-ci ildən etibarən onun zacibə gücü azalmağa, yerini aqnostika tutmağa başladı. 

Hal-hazırda yaşanılan bu dönəm və hal postmodernizm və ya postateizm (post-sekulyar) 

dövr adlandırılır. (―Post-‖ anlayışı bir klassik hərəkatın növbəti aşamasını, mərhələsini 

ifadə edir.) Bu dövr üçün səciyyəvi olan pluralizm ―mütləq meyyar yoxdur, hər şey 

nisbidir‖ şüarlarını ortaya atıb, bütün mədəniyyətlərə, din və dünyagörüşlərə eyni sayğı 

göstərmə, liberal və ya neytral yanaşmanı davranışların ümumi və əsas prinsipinə 

çeviribdir. Bu elm və dünyagörüş dalanı, əfsuslar, Qərb dünyasını ―kubar biganəliyə‖, 

dəyərsizliyə bürüyb, istiqamətsizliyə sürükləyibdir. 

 

Sosioloji hesablamalara görə, dindarların sayı bütün yer kürəsində yenə də əksəriyyət 



təşkil etməkdədir. Örnəyin, elm və texnikanın, yənı ateizmin önərdiyi rasionalizmin 

indiyədək görünməmiş uğurlarına nail olan çağdaş Yaponiyada dindarların sayı bu ölkə 

əhalisinin sayından iki qat artıqdır (!). Bunun izahı belədir: sintoizm eyni zamanda 

hansısa başqa etiqadlara da qoşulmağa etiraz etmədiyindən buddizmi, xristianlığı və ya 

başqa dini qəbul edən hər yapon özünü sintoist sayır. Axı sintoist olmaq onlar üçün 

yapon olmaq deməkdir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

158 


Allahsız dinlər ölkəsi (bəzən də dinsiz ölkə) sayılan, iqtisadi-texniki sıçrayışıyla dünyanı 

təşvişə salan Çində də bir qədər buna bənzər durum izlənilməkdədir: ―Çin Ocaq evlərində 

(məbədlərində) Konfutsinin, Lao-tszyunun (daosizmin yaradıcılarından biri), Buddanın 

təsvirləri yanaşı qoyulur, bu azmış kimi: Çinin quzeyində bu sıraya İsa Məsihin, 

güneyində isə Məhəmməd peyğəmbərin təsvirlərini də qoşurlar.‖ (Maslov A. A. 

―Bükelərin bəzəyi‖ kitabından, Araz Gündüzün tərcüməsində.) Burada ingilis 

riyaziyyatçısı və filosofu Bertran Rasselin bir fikri yerinə düşür: ―Rasionalizm və 

antirasionalizm Yunan mədəniyyətinin lap başlanğıcından yan-yana yaşamış, hər dəfə də, 

biri digərini üstələyən kimi onun tamam tərsi olanın yeni inkişaf burumu başlayır.‖ 

Modern ölkələrdə ateistlərə nisbətən qeyri-ateist namizədlər prezidentliyə və b. dövlət 

idarəçiliyi qurumlarına seçkilərdə daha çox səs qazanır. Göründüyü kimi, XVIII əsrdən 

gələn Maarifçilik, sekulyar cəmiyyət ideyalarının, elm və texnikanın, rasionalizmin və b. 

inkişafı insanın inam məsələsinə çox az qarışa bilmişdi. (Maraqlananlar üçün əlavə 

məlumat: din və inancların mütənasibliyi toplumşünaslar tərəfindən belə görünməkdədir : 

2008-ci ildə: xristianlar – 33,3 % (2 231,4 miljon), müsəlmanlar – 21,1% (1 412,3 

miljon), hinduistlər – 13,2% (887,9 miljon), heç bir din və ya etiqadlara daxil olmayanlar 

-11,4% (764,4 miljon), buddistlər – 5,8% (391,1 miljon), Çin ənənəvi inanclar – 5,7% 

(387,4 miljon), milli dinlər – 3,9% (261,5 miljon), ateislər – 2,2% (147,7 miljon), yeni 

dinlər -1,6% (106,7 miljon), sikhilər – 0,3% (23 miljon), yəhudilər – 0,2% (15 miljon), 

başqa – 0,9% (60 miljon) 

2025-ci ildə dünya: xristianlar – 36% (3 000 061 insan), müsəlmanlar – 22% (1 000 871), 

heç bir din və ya etiqadlara daxil olmayanlar – 21% (1 000 786), hinduistlər – 10% (850 

000), buddistlər – 2% (170 000), ateistlər – 4% (349 000), yeni dinlərin tərəfdarları – 4% 

(332 000), digər dinlərin tərəfdarları – 1% (85 000). (Mənbə: İnternational Bulletin of 

Missionary Research. Vol. 32, № 1, Jan 2008, 27-30) 

İrrasional duyğulara bürünməyi sevən Şərq dünyasını qoyaq bir qırağara, bəs 

rasionalizmin zirvəsinə çatmış Qərb ölkələrində, ABŞ kimi dövlətlərdə dindarların sayı 

niyə azalmaq bilmir? Dini duyğuların səbəbi ateizmin təsbit etdiyi kimi sadəcə və yalnız 

cahillik ola bilərmi? Bu məsələylə bağlı aparılan araşdırmaların bir ucu insanın tarixi-

sosial səbəblərə gedib çıxırsa, o biri ucu daha dərinə — insan mövcudluğunun psixiki və 

psixoloji şərtlərinə qədər uzanmaqdadır. Dinin tarixdəki universal oluşu insanların 

istiqamət sisteminə və ibadət (xidmət) obyektinə ehtiyacını kifayət qədər təsdiqləyir. Bu 

haqda daha ətraflı E.Frommun ―Psixoanaliz və din‖, K.Yunqun ―Arxetip və simvol‖ 

əsərlərini oxumağa dəyər. 

Əvvəllər din – tarixinin qaranlıq dönəmlərindən gələn ―bəşəriyyətin uşaqlıq nevrozu‖ 

sayılırdısa, çağdaş zamanda inama ehtiyac ilkin həyat tələbatları siyahısında gedir. Dinin 

tanrıçılıq, peyğəmbərlik, müqəddəslik (sakrallıq), mərasim və dualar kimi institutları 

diqqətlə öyrənilir. Son vaxtlara qədər dinşünaslıqda müxtəlif cəmiyyət və mədəniyətlərdə 

dinin rolu və funksiyalarını araşdıran sosioloji yanaşma hakim idisə, dinin psixoanalitik 

konsepsiyalarının gəlişməsiylə (Z. Freyd, K.Q.Yunq, E.Fromm), habelə transpersonal 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

159 


psixologiyanın nümayəndələri tərəfindən əldə edilən bir sıra maraqlı nəticələrdən sonra 

(S.Qrof və onun məktəbi) dinin mahiyyətini anlamaqda sosioloji yanaşmanın 

məhdudluğu aydın oldu. 

Müxtəlif toplumsal konsepsiyalar dinin yalnız zahiri təzahürlərini, doqma və kultların 

ictimai mənasını aşkarlayarkən, dinin mahiyyətini – insanın bir növ psixiki (ruhsal-

mənəvi) transformasiyasını, ruhani dəyişilməsini, aydınlanmasını və şüurunun 

oyanmasını özündə daşıyan dini təcrübəni diqqətsiz qoyurdular. Terminoloji qeyri-

aydınlığın dinin hər cür müzakisinə əngəl olmasını vurğulayan E.Fromma görə, 

ümumbəşəri fenomen — religia (din) — bu və ya digər bir din növüylə asosiasiya 

(bənzətmə) yaradır. Dildə başqa sözün olmamasından dolayı bir toplum tərəfindən 

bölüşülən, mənalı ömür sürməyə imkan yaradan və sədaqətli xidmət etməyə obyekt verən 

insan dəstələrinin paylaşdığı hər bir düşüncə və hərəkət sistemini bu alim ―din‖ 

adlandırmağa məcbur olur. 

Hermnevtikanın köməyi ilə dini mətnlərin təzədəndərki psixoloqlarda belə qənaət yaradır 

ki, dinlərdə insan məqsədi narsizmi (özünə vurğunluğu, qeyri-tənqidiliyi) ötməkdir. 

Bütün dinlərin əsasında bir ümumi ideya durur – insan inkişafının son istiqaməti, onun 

özündən, öz hüdudlarından çıxması — ozünütransdentensiya. Tarix boyu gözlə görünən 

aləmin arxasında insan evladının hansısa bir ruhani ölçü duymasını, başqa bir aləmi 

düşünmək bacarığını onun ağlının ən möcüzəvi xüsusiyyətləri sayılır.. 

Son 50 ildə dünya humanitar fikrində bir-birinə zidd gələn iki fənnin – elm fəlsəfəsi və 

din fəlsəfəsi sərhədlərində araşdırmalar izlənilir. Maraqlıdır, alimlərlə teoloqlar arasında 

dialoq hansı əsaslarla mümkündür? Elm və din, bilik və inam, məntiq və ritorika, 

nəzəriyyə və metaforalar, faktlar və fantaziyalar bir-biriylə uğurla hərəkət edib vahid 

konseptual və dəyər sistemləri yarada bilərmi? Fizikaçılar, bioloqlar, psixoloqlar, 

sosioloqlar, filosoflar, teoloqlar, dilşünaslar bu qənaətə gəlirlər ki, dar çərçivələrdən 

çıxma vaxtı müxtəlif səbəblərdən gəlib çatıb. İndi bilim adamları öz tədqiqatlarında 

dinlərdəki dünyagörüşü tədqiq edir; teoloqlar dini görüşlərini müasirləşdirmək üçün elmi 

dəlillərə ehtiyac duyur; dinşünaslar elmi fəlsəfənin zərif yanaşmalarına üz tutur; filosoflar 

mədəniyyət hadisələrinin analitik metodologiyasının üzərində işləyir və qlobal fikir 

sintezinin mümkün olub-olmamasını düşünür. 

Hələ İmanuil Kant o vaxt belə qənaətə gəlmişdi ki, biliklərin inkişafına baxmayaraq insan 

həyatında inamın yerini anlamaq üçün dərketmənin, anlağın bəlli bir sərhədləri var. Onun 

fikrincə, insan hər zaman bilgi və bilgisizlik sınırlarında yaşamağa məhkumdur. Kant real 

imkanlara uyğun gəlməyən insanın dünya haqda düşünmə xüsusiyyətinin sonsuz gücünə, 

universallığına güvənmənin təhlükəlılıyindən xəbərdarlıq edirdi. 

―Dünyaya bütöv baxış‖ adlı panteizməbənzər təlimin atası sayılan Vladimir S. Solovyova 

görə, gələcəkdə gerçəklik keyfiyyətcə yeni yollarla öyrəniləcək. Bu üsul fəlsəfənin, elmin 

və teologiyanın ayrı-ayrı metodlarının sintezindən yaranacaq. Sonralar filosofun ―bütöv 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

160 


dünyagörüşü‖ (və ya dünyaya bütöv baxış) ifadəsi yüzlərcə müəllif tərəfindən öz intuitiv 

anlayışlarına uyğun, müxtəlif səbəblərlə işlədilmiş. 

Hans-Qeorq Qadamerin hermenevtikasında müxaliflər qismində elmi idrak idealıyla sıx 

bağlı olan qərbi Avropa fəlsəfəsinin məhsulu — Maariflənmə çağı daimi iştirak edir. 

Qadamer Sağlam məna təlimiylə silahlanıb maarıfçilik ənənəsinin təməlini qoyan 

Dekartla polemikaya girir. Sağlam məna təlimi nəzəri biliyin və rasional sübut 

imkanlarının məhdudluğunu göstərərək elmdənkənar həqiqətin olması haqda biliyi 

qoruyub nəsillərə ötürülməsinin tərəfdarıdır. Sağlam məna elmi metodların əli çatmadığı 

yerlərdə işləyir. Bu fikrin arxasında bir tərəfdən, elmidərketmənin (bu sözün bitişikliyi 

səfv sayılmasın) məhdudluğunun, digər tərəfdən isə, ola bilsin, elmi həqiqətlərdən daha 

dəyərli olan fövqalelmi həqiqətlərin mövcudluğunun etirafı dayanmaqdadır. Sağlam 

mənadakı həqiqət birbaşa insanın ruhsal yaşamındakı ali dəyərlərə bağlanır. 

Dekonstruksiyaya, yəni düşüncə və praktikanın yeni sahəsinə addım atmağa dəvət edən 

Jan Jak Derrida özünün ―doqmaların yerinə qeyri-doqmatik analoqların hazırlanması‖ 

ənənəsinin davamçısı olduğuna özü də təəcüblənir, Kant, Kyerkeqor, Spinoza, Hegel, 

Haydeger və B.Rasselin ardınca ―dindənkənar dinin mümkünlüyünü ―təkrarlayır.‖ 

Lük Nansi ―monoteizmin dekonstruksiyası‖ adlı əməliyyat aparır: qloballaşma dövrünə 

gəlib çatan monoteizmin yenidən, tamamilə başqa şəkildə yığılması məqsədilə 

monoteizmi (təktanrılığı) hissəciklərinə ayırır. 

Simona Vayla görə, ―postmodern çağın İnsanı dini institutlardan asılı olmayan dini 

baxışlara şahid olmaq istəyir, kilsəsiz və xaç suyuna salmadan xristianlığın 

mümkünlüyündən danışılır. 

Protestantizm tədqiqatçısı Jan-Pol Villem Avropa və ABŞ-nın din sosiologiyası 

tədqiqatçılarının fikirlərinə qoşularaq keçən əsrin sekularlıq nəzəriyyəsinin krizisi və yeni 

paradiqmaların axtarışı haqda geniş diskussiyalar aparmaqdadır. 

Göründüyü kimi, son zamana qədər mövcud olan elmi və dini baxışların qarşıdurması 

postateizm hadisəsiylə ortadan qaldırılmaqdadır. Ənənəvi dindarlığın dərinliklərindən 

Rudolf Ştainer kimi teoloq və antroposofun ―Biz ancaq inanmaq istəmirik: biz bilmək 

istəyirik‖ rasional şüarı formalaşdığı kimi, Albert Şveyser də ―Vicdanlı, ardıcıl düşüncə 

son olaraq canlı, məntiqlə bəraət qazanmış, hamıya gərək olan bir mistikaya gəlib 

çıxmaya bilməz‖,– deyir. Bu iki yön kəsişməsində yerləşən postateizmi dünyaya bütöv 

baxışın başlanğıcı da hesab etmək olar. 

 

Dünyaya Bütöv Baxış 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

161 


Mədəniyyətin yaradıcılıqdan başqa dərketmə aspekti də var. Şərti olaraq o dörd böyük 

hissəyə bölünür: incəsənət, elm, fəlsəfə və din. Bəzən bir-birinin içinə keçməsinə 

baxmayaraq bunların mövcudluğu nisbətən müstəqildir. Bu heç də təsadüfi olmayan 

bölünmə insanın intuitiv-emosional, duyğusal-empirik, rasional və mistik idraki 

qabiliyyətinə uyğunluğundan qaynaqlanır. Bu, dünyanın dörd tərkib hissəsinə əsaslanır: 

1. insan qəlbinin həyəcanları, 2. maddi aləm, 3. ümumi əlaqələr və hadisələrin 

qanunauyğunluğu, 4. gözə görünməyən reallıq. Şəxsi dünyagörüşünü götür-qoy (analiz) 

edən hər kəs, özünün bunlardan birinə yaxın olduğunu aşkarlayar. Dərketmə alətləri də, 

mədəniyyətin dörd yönü də ayrılmaz şəkildə birləşdiyi vahid toxumdan — mifologiyadan 

— cücəribdir. (Tövrat və İncilin Qədim Misir və Şərq əsatirlərindən, inanclarından 

qaynaqlandığını H.Reymarus, F.Volter, Ş.F.Düpüi, Volni, E.Evanson, T. Peyn, 

F.Spinoza, F.Nitsşe, B.Rassel Q.Brandes, M.Eliade, L.Stross, G.Frezer və b. çoxdan isbat 

etmişlər. Quranın zərdüştçülük, buddizm, yəhudilik və xristianlıqdan bəhrələndiyini 

C.Qilkrist ətraflı araşdırıb.) Sonralar müstəqil gəlişmə, təbii genişlənmə mərhələsi 

aralarında münaqişələrə səbəb olmuş. Dünyaya bütöv baxış bu birtərəfliyi, mücərrədliyi 

aradan qaldırmaq istəyindən yaranıbdır. 

Bölünmə, ayrılma və onlardan birinin digərinin yerini tutması dövrünün ən yüksək 

zirvəsi artıq keçilmiş. Doğuluşdan sonra bölünmüş və öz şəxsi imkanlarını büsbütün 

aşkarlamış hissələr — estetik, empirik, rasional və mistik bilgilər — öz tapıntı və 

özəlliklərini qoruyub saxlayaraq daha yüksək səviyyədə yenidən birləşmək üçün Bütöv 

Biliyə doğru istiqamət götürüblər. Müasir dövrdə bu yön nəinki mədəniyyətin, 

bütövlükdə dünya təkamülünün dərkində analizdən sintezə keçişinin başlanğıcına 

uyğundur. 

Fizika sahəsində aparılan son tədqiqatlar yeni elmin, sinerqetikanın yaranmasına səbəb 

olmuşdur. Bu yeni elm, təbiətşünaslığı cəmiyətşünaslıqla, insan və mədəniyyət aləminin 

sosial bilgilərini təbii fenomenlərin bilgisi ilə birləşdirməyə çalışır. Ruh və Materiyanın 

Vahid Fizikası — sinerqetika paradiqması — mistik-alimlərin duyduqlarının reallığını 

sübut eləməyə çalışır. Sinergetika, çox detallarla ağırlaşmış, məsələnin mahiyyətini 

kölgədə qoyan məlumatı sıxmağa və onu bir neçə işarə, konsepsiya və ideyalara 

çevirməyə imkan verir. ―Sinergi‖ müxtəlif enerjilərin, Varlığın səmavi və yer planlarını, 

enerjilərini birləşdirməsi deməkdir. Bunların birliyi, bir qayda olaraq, bəşəriyyət 

nəzərindən qaçırılırdı. (Burada İsa Hüseynovun-Muğannanın ―Bağ‖ fikri yada düşməyə 

bilməz: insanı insana, kainatı kainata birləşdirən bağa sonralar qədim yunanlar ―baqus‖, 

ruslarsa ―boq‖ demişlər…) 

Bir zamanlar akademik V.İ. Vernadski tamam yeni məntiqi, vahid biliyi, ―müasir kainat 

həyatının‖ simvol dilini ehtiva edən Kainat bütövlüyünü sübut eləməyə çalışırdı. 

 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

162 


Son 

 

İnsan beyninin fəaliyyətini araşdıran alimlərin son nəticələri göstərir ki, beynin şüuraltı 



(qeyri-şüuri) bölməsi informasiyanı ancaq simvollar, obrazlar vasitəsiylə qavrayır. Çox 

güman ki, insan sezgisi (intuisiyası) daxili ehtiyacları bir zamanlar obrazlı dillə, 

simvollarla, metaforalarla dilə gətirmiş, nəticədə din fenomeni yaranmış. Sonralar 

adamlar həmin o simvollardan, obrazlardan o qədər bərk yapışmışlar ki, o simvolların 

daşıdığı mənalar qıraqda qalmış… ―Susqun kütlənin kölgəsində‖ əsərində çağdaş 

mədəniyyətin kəskin tənqidçilərindən biri olan fransız düşünür Jan Bodriyar ―susqun‖ 

insan kütləsi tərəfindən dini mərasim ―parıltılarının‖ ―qızıl‖ sayılmasını ifşa etmişdi. 

U.Ceyms, E.Fromm, A.Adler, K.Yunq, Frankl, Loş və başqa ünlü psixoloq alimlər inam 

hissinin, inam amilinin insan mövcudluğunun əsas şərti sayaraq, inam fenomenini iki 

yerə ayırır: ictimai və individual (U.Ceyms), avtoritar və humanist (E.Fromm), daxili 

dindarlıq və zahiri dindarlıq (Olport), sosial dindarlıq və ruhani dindarlıq (Lenski) və b. 

L.Feyyerbaxın görüşlərində də, xüsusən ―Gələcək fəlsəfənin əsasları‖ kitabında strateji 

anlayışların din qurumu tərəfindən mənimsənilməsinin və spekulyasiyalara 

sürüklənməsinin tənqidi durur. Filosofa görə, tanrıya inam insanın öz mahiyyətinin 

sonsuzluğuna və həqiqiliyinə inamdır. 

Belə deyə bilərik ki, din institutu tarixsəlliyə, rəvayətsəlliyə, əsatirsəlliyə bağlılığından 

dolayı keçmiş yönümlüdür, inam isə gələcək yönümlüdür. Çünki inam gələcəyi, din isə 

keçmişi idealizə edər. 

Mövcud tarixi dinlər öz konfessional formatında qlobal geopolitik oyunların alətinə 

çevrilərək özlərini etibardan, gözdən salmaları və bayağılaşmaları bir gerçəklikdir. 

Bundan başqa, dindarlıq institutunun içəridən dağılması, çoxsaylı təriqətlərə bölünməsi, 

dini plüralizm də, dünyəvi plüralizm də insanların problemlərini azaltmadı, ancaq səcdə 

―kəbələrini‖ və bununla da insan nevrozlarını çoxaltdı. Jil Delöz və Feliks Qattari 

tərəfindən ―rizoma ‖ adı verilən ―total eyniliyin‖ yaratdığı dəhşətli fəsadlar müasir 

filosofların həyəcan təbilinə səbəb olur. Yaşadığımız XXI əsrdə heç bir matrik 

ierarxiyanın (matrisa — mütləq etalon) olmaması məzmunu, informasiyanın heçnəylə 

tutuşdurulmaması bəşərin məhvinə gətirib çıxaracağı səbəb kimi göstərilir. İndi dünyanın 

bir nömrəli sualı budur: ―həqiqi olan nədir?‖ 

 

P.S. Gənc yaşlarımda Asif Atanın (Asif Əfəndiyevin) özüylə də, kitablarıyla da tanış 



olmağa başlayanda ilk təəcübüm sonra böyük marağa dönüşsə də, o zamanın Ocaq adlı 

qeyri-leqal (və qeyri-leqal olmağıyla əsl romantik) hərəkata bağlanmaqla Mütləqə inam 

fəlsəfəsinin tərəfdarı olmaqdan nədənsə çəkindim. Asif Əfəndiyev adlı bir dəyərli yazara, 

şairə, tənqidçiyə, ziyalıya, dissidentə və müdrikə rəğbət etməm yetərlidir, düşündüm. Illər 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

163 


keçdikcə fəlsəfə mütaliəm genişlənib dərinləşdikcə, adlı-sanlı dünya filosoflarının 

fikirlərinə baş vurduqca istər-istəməz cəsarətli olduğu qədər də qəribə görünən Asif 

Atanın şəxsiyyəti, əsərləri, fikirləri yadıma düşür. Əldə etdiyim yeni bilgilər köhnələrlə 

tutuşdurulduqda məni bu nəticəyə gətirir ki, Asif Ata hadisəsi modern dünya fəlsəfəsində, 

tarixində, dilçiliyində, psixologiyasında, ədəbiyyatında gedən çabalar kontekstində 

baxılmasa, düzgün qiymətləndirilə bilməz. (Asif Ata ideyalarına tutulan çoxsaylı irad və 

suallar əsasında yaranan, şərti olaraq ―Asif Ata dekonstruksiya‖ adlı kitab gələcəkdə işiq 

üzü görəcək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

164 


Robert B.Rey 

 

"Postmodernizm nədir?" 

 

 



Tərcümə və qeydlər: Məsiağa Məhəmmədi 

 

Bilbaoda 12 metrlik güllərdən "yonulmuş" küçük heykəli. Ceff Kuns. (İspaniya) 



 

"Modern" sözü özünün işlək və adi mənasında "müasir" anlamını verdiyi üçün 

"postmodernizm" istilahı lap əvvəldən elmi-fantastik hekayələrin kəlmələri kimi xəyali 

təsir bağışlayır.  

Necə demək olar ki, hal-hazırda və indi mövcud olan şey "indidən sonra" gələcəkdir?  

Postmodernizmdəki eksperimental ovqat və onun hər şeyin absurd inkarına meyllənməsi 

barədə təəssürat belə bir ziddiyyətli təsəvvür doğurur ki, guya postmodernizm 

mümkünsüz şeylərdən bəhs edir.  

Bir kəsin "Mən postmodernəm" deməsi eynən kiminsə "Mən yuxuyam" söyləməsinə 

bənzəyir.  

Ola bilər ki, belə bir şey baş versin, amma bunun mənası nədir?  

Şübhəsiz, "modernizm" sözünü "modern" kəlməsinin yerinə qoyub, izah etsək ki, 

"postmodernizm" dedikdə, biz daha çox incəsənət sahəsində mövcud olan xüsusi bir 

cərəyanı və tarixi bir prosesi nəzərdə tuturuq, onda bu anlaşılmazlıq aradan qalxar.  

Bununla belə, əgər məsələni bu cür aydınlaşdırmış olsaq da, yenə "postmodern" və 

"postmodernizm" sözləri qəribə səslənir.  

"Postmodernizm" sözünü nə qədər çox işlədiriksə, onun müəmmaları ilə bir o qədər çox 

qarşılaşırıq. 

1924-cü ildə, yəni "Uliss" və "İtirilmiş torpağ"ın meydana çıxdığı unudulmaz illərdən iki 

il sonra Virciniya Vulf bəyan etdi ki, modernizm və ya ən azı "modern dünya" təqribən 

1910-cu ilin dekabrından, yəni insan şəxsiyyətinin dəyişikliyə məruz qaldığı vaxtdan 

başlamışdır.  

1977-ci ildə Çarlz Cenks ciddi və təqlidçi (postmodernizmə xas) bir tonda bildirdi ki, 

modernizm 1972-ci il iyulun 15-də saat 15.32-də başa çatmışdır.  



Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling