Yeni Yazarlar və Sənətçilər Qurumu


Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet24/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

173 


QAYIDIŞ 

 

Sidney Operası"Yüksək sənət yaratmaq adətən çətin və üzücü bir işdir, amma 



modernizmdə yüksək sənəti anlamaq yaratmaqdan da çətindir. Yeni sənət əsərlərindən 

həzz almağa təkidli cəhd mövcud ola bilər və əslində həmişə mövcud olur. Amma bu, 

daim keyfiyyət standartlarını təhlükəyə məruz qoyur". 

Klement Qrinberq 

 

"Sual: Bu, pop sənətinin haqqında bəhs etdiyi şeyin hamısıdırmı? 

Cavab: Bəli, o şeyin hamısıdır, bütün şeyləri sevməkdir!" 

Endi Varhol 

 

Postmodernizmi başa düşmək üçün ən yaxşı yol həzz barədə düşünməkdir.  



Manenin18 dövründən başlayaraq "yeni roman"ın meydana çıxmasına qədər 

modernizmin kəskin zövqü bu standartlarla müəyyən olunur: bəzək-düzəksiz 

funksionalizm və hisslərin müdaxilə etmədiyi təsvir.  

Ancaq praktikada bu standartlar tədricən qrafik rəssamlıqda, melodik kompozisiylarda, 

təhkiyəvi romanlarda, bioqrafik lirikada kənara qoyulur.  

Solçu modernizm həmişə bu şübhəyə düşürdü ki, həzz ideoloji bir xətti izləyir: odur ki, 

Floberin işlətdiyi metaforada asanlıqla həzz doğuran ünsürlər kənara atılmalıdır. 

Modernizmin başqa bir qolu tamamilə fərqli bir yol seçib, xalq kütlələrinin zövqünü 

aşağı sayaraq, həzzin asan alınmasından müdafiə üçün gücdən istifadə etməyə başladı.  

Bu baxışın ən çılpaq şəkildə ifadəsi Mallarmeyə məxsusdur: 

"Zaman – ciddi zamandır, insanlar hamısı savadlıdır, hər yerdə böyük ənənələr öyrənilir.  

Özünüzə təsəlli verin: tənəzzül varsa da, əxlaqdadır, sənətdə yox!  

Eyni zamanda çalışın ki, qüvvəniz sizin insanları riqqətə gətirən qroteskvari bir şeyə, 

muzdla dolanan bir şairə çevrilmənizə sərf olunmasın. İnsanlar qoyun əxlaqi əsərlər 

oxusunlar, amma Allah xatirinə, bizim şeirləri onlara verməyin ki, qarət etsinlər.   

Ah, ey şairlər! Sizinlə həmişə fəxr ediblər, amma indi siz bütün zamanlarda olduğundan 

daha çox alçaldılmış və təhqir edilmisiniz". 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

174 


Eyni zamanda "həzz" sözü senzuradan keçirilmiş hər bir istilah kimi daim modernizm, 

hətta ifrat modernizm üzərinə kölgə salmış və çox vaxt rəsmi şeirlə professional 

poeziyanın qarşılaşmasında dəyişkən xarakter daşımışdır.  

Mallarme özü öz üsullarına istehza ilə yanaşırdı: məsələn, naşirlərdən birinə işini təhvil 

verməkdən boyun qaçırıb deyirdi: "Heç olmasa bir az döz, ona bir qədər mübhəmlik və 

dolaşıqlıq əlavə edim".  

Brext bu cərəyanın keçid nöqtəsi olmuşdur. O, 1926-cı ildə modernist bir sənətkar kimi 

deyirdi: "Mənim məqsədim tam klassik, soyuq, ruhsuz və son dərəcə rasional bir 

üslubdan istifadə etməkdir. Mən mənəvi qüvvə əldə etmək istəyən əzilmiş insanlar üçün 

heç nə yazmıram".  

22 il sonra o, baxışlarını dəyişdirib yazırdı: "Lap əvvəldən teatrın vəzifəsi xalqı 

əyləndirmək olub, digər sənətlər də eynən bu işi görüblər. Bu səbəbdən teatr həmişə 

xüsusi möhtəşəmlik və əzəmətə malik olub.  

Teatrın gülüş və əyləndirmədən savayı başqa bir pasporta ehtiyacı yoxdur, amma mütləq 

buna malik olmalıdır". 

Əlbəttə, çox keçmədən Brext qeyd edirdi ki, modernizm xalis həzz meydanından çıxmış 

və bacardıqca ondan uzaqlaşmışdır və indi avanqard adresatlarının nəzərində insanı 

diksindirən şeylər əslində zəriflik və gözəllikdir.  

Görünür, postmodernizmin qrafik rəssamlığa, sabit təhkiyə strukturuna, daha sadə musiqi 

yaradıcılığına qayıdışı modernizmin hər şeyi hər tərəfdən göstərməsi xüsusiyyətindən 

bezmə nəticəsində baş vermişdir.  

Modernizm çox ciddi xüsusiyyətlərlə yanaşı, Rolan Bartın19 da tez-tez qeyd etdiyi kimi, 

"biabırçı sentimentalizm" meydana gətirmişdir. 

Mütləq ekspressionizmdən tutmuş pop sənətinə qədər, Rob Qriyeden Borxesə, caz 

musiqisindən rok-n-rolla qədər postmodernizmə keçid hər şeyin öz əslinə sadə qayıdışını 

göstərir.  

Əlbəttə, bu dəyişiklikdə hər hansı mədəni zövqün nəticələrini axtarmaq sadəlövhlük 

olardı.  

Eyni zamanda Freydin terminologiyası ilə desək, bu dəyişiklik əslində modernizm 

tərəfindən sıxışdırılmış şeylərin – kütləvi mədəniyyətin və kütlə zövqünün qayıdışıdır 

(misal üçün, cizgi filmləri, sup konservi, detektivlər, elmi-fantastik romanlar

melodiyalar, ritm və musiqi).  

Postmodernist Orxan PamukFreydin proqnozlaşdırdığı kimi, bu qayıdış özünü bir növ 

əsas sıxışdırılma xətləri boyunca açılış kimi göstərdi. İctimai həssaslıq (postmodernizm 

buna hədsiz əhəmiyyət verir) əvvəllər siyasi və ya estetik mülahizələrə görə senzuradan 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

175 


keçirilən şeylərdən həzz almaq vasitəsi oldu: "ən yaxşı standartlar"a əsasən "pis" sayılan 

şeylər "yaxşı"ya çevrildilər. 

 

HİBRİDLƏR 

 

"Keçmişdə həmişə roman olmayıb, gələcəkdə də həmişə olmayacaq; eləcə də faciə, 



böyük eposlar, müxtəlif tənqid üsulları, tərcümə, hətta ədəbi plagiat və ədəbiyyata dəxli 

olmayan cızma-qaralar.  

Amma bunların hamısı fəlsəfə ilə birlikdə ərəblərin və çinlilərin ədəbi yaradıcılığında 

xüsusi yer tutmudur. Manifest həmişə qiymətli ədəbi forma sayılmış və geniş ədəbiyyat 

aləmində əntiq səciyyə kəsb etmişdir.  

Bütün bunlar sizi bu düşüncəyə alışdırmaqdan ötrüdür ki, biz ədəbi janrların yenidən 

qurulması prosesindəyik; bu, elə bir ərimə və qarışma prosesidir ki, onun gedişində 

müxalif cəbhənin (əvvəllər onlar haqqında düşünürdük) bir çox ünsürləri öz qüvvəsini 

itirəcəkdir". 

Valter Benyamin 

 

"Aydın və aşkar olan şey budur ki, Bart və Derrida əsərləri tələbələr tərəfindən oxunan 



tənqidçilər deyil, yazıçılardır". 

Rozalin Krauss 

 

Postmodernizmi başa düşmək üçün ən yaxşı yol Culian Barnsın "Floberin tutuquşusu" və 



Rolan Bartın "S/Z" əsərləri üzərində düşünməkdir. "Floberin tutuquşusu" bir roman kimi 

tanınır və bu gün ən çox satılan kitablardan sayılır.  

Əsərin məzmunu Cefri Braytveyt adlı bir nəfərin Floberlə münasibətləri barədə xəyali 

söhbətlərindən ibarətdir. Amma kitabın əsas məramı incə motivlərdən qaçmasında 

gizlənmişdir. Braytveytin cins tutuquşu tapmaq üçün apardığı axtarışlar barədə hekayəti 

maraqlı və yığcamdır.  

Həmçinin tam bir məharətlə bioqrafik və tənqidi bir atmosferə daxil edilmişdir; belə ki, 

müxtəlif formaları bir-biri ilə uyğunlaşdırmışdır: hadisələrin növbələşən və bir neçə 

planda təsviri (Floberin həyatından bir yaxşı, bir pis hadisə və bir hadisə də Floberin öz 

dilindən), Floberin zooloji metaforalarının müfəssəl toplusu (bunlar əksərən formalara 

aiddir), Floberlə ətrafındakıların əlaqəsinin 11 növü (Floberin onlardan zəhləsi gedirdi, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

176 


amma onlarla əlaqə saxlayırdı), Floberin fikirlərinin bir lüğəti (Flober adamlardan 

çiyrinirdi), təqlidi bir test və bir çox başqa şeylər. 

"S/Z" tənqid sahəsində bir əsər kimi tanınır və ən çox satılan universitet kitablarındandır. 

Bu əsər Balzakın "Sarrazin" hekayəsinin sətirbəsətir araşdırılmasından ibarətdir:  

Kitabın əsas məramı bu xüsusiyyətlərdə aşkarlanır: "nitqin sistemsizliyi", lakoniklik, 

nömrələmə, müxtəlif başlıqlı ayrı-ayrı fəsillər ("Mətnin mürəkkəblikləri" fəslində bunun 

ciddiliyi bir neçə fantastik ünsürlə pozulur) və xüsusən "Sarrazin"in ədəbi mənasından 

doğan "Başqa hekayələr" bölümü və eləcə də oxucunu təxəyyülə varmağa təhrik edən 

cəhətlər.  

Balzakın qəhrəmanı xoşagəlməz bir anda gəlib çıxır: yenicə öz məşuqəsi ilə görüş barədə 

vədələşən qəhrəman yad bir adamla qarşılaşır və o, qəhrəmanı yolda gözləyən öldürücü 

təhlükələrdən xəbərdar edir.  

Ancaq qəhrəman yubanır və Bart "Hekayənin cazibəsi" adlanan fəsildə təklif edir ki, 

Sarrazin baş verəcək hadisəyə diqqət verib oradan uzaqlaşmalıdır. 

"S/Z" əsərinin hətta təhlili hissələri də tənqidi üslubdan uzaqlaşır və bu, o zaman daha 

qabarıq görünür ki, açıq-aşkar adət olunmayan tərzdə punktuasiya edilir (məsələn, rum və 

ərəb rəqəmləri, ixtisarlar, ulduzlar, böyük hərflər) və onda müxtəlif metaforalar işlədilir 

(mətn "qaytandır", "şəbəkədir", "telefon qovşağıdır", "müqavilədir", "musiqi parçasıdır"). 

"Floberin tutuquşusu" hekayəti dəyişdirilib izah edilsə və "S/Z" əsərinə bədii təxəyyül 

qarşısa, onlar öz bütövlük və nizamını itirərlər. 

Bu kitablarda və ümumən postmodernizmdə təhlükəyə məruz qalan şey təsbitlənmiş 

bölgüdür ki, ilk dəfə Platon tərəfindən qeyd olunub: elm və idrak üçün zəruri olan kəşflər 

və polemikalar bitərəf sənətə qarışmamalıdır.  

Ona görə ki, birincidə qayda, qanun, səbəb və sübut işlənirsə, ikinci yalnız özünə xas 

ikinci dərəcəli xüsusiyyətlərdən: təhkiyə, təxəyyül, məcazlar və təsvirçilikdən bəhrələnir.  

Postmodernizm bu iki üsulun qarışığını yaradır: estetik təfəkkür və idraki sənət.  

Meydana çıxan hibrid mətn özündə həmin ilkin mədəni prinsipi ehtiva edir və yalnız 

postmodernizm onu kəşf edən əsər kimi qəbul edərək deyir: "hər bir hadisənin mənası 

bütünlüklə ona verilən şərhlərdən asılıdır". 

Hibrid mətn yaradıcılığına meyl həm sənətkara, həm də tənqidçiyə xasdır. XX əsrin 

əvvəllərində Düşan demişdi: "Mən istəyirdim ki, bir daha rəssamlığı şüur və düşüncənin 

xidmətinə verim".  

Digər tərəfdən mətndən həzz almaq istəyi, sənətin hiss və ehtirası da mövcuddur.  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

177 


Derridanın 108 səhifəlik məqaləsinin ikinci səhifəsində belə yazılıb: "Biz indicə hər şeyi 

dediyimizdən, əgər yenə yazmağa davam etsək, oxucu bizimlə yol getməli olacaq: zor və 

hiylə işlədib mətləbi hədsiz dərəcədə uzatsaq da, bundan sonra azacıq yazsaq da". 

Bu işarə postmodernizmin təsnifata gəlməyən mətnlərini meydana çıxarmışdır:  

Borxesin "Labirint"i, Kalvinonun "Əgər bir qış gecəsi bir müsafir…", Derridanın 

"Zəng"i, Rolan Bartın "Bir aşiqin söyləmi" və "Rolan Bart" əsərləri, Levi-Strossun20 

"Qəmgin tropiklər" əsəri, Qodarın21 filmləri, Keycin yazıları, Siberberqin "Bizim Hitler" 

əsəri, Lakanın mühazirələri.  

Bütün bunlar məcmu halda modernizmin aradan qalxmasına gətirib çıxaran açıq 

əleyhdarları sırasında dayanırlar. "Dekonstruksiya", "süqut" və "çürümə" kimi istilahlar 

postmodernizmin modernizmə düşmən münasibətini göstərir.  

Postmodernizm özünün ən yaxşı təzahüründə yeni ulduz axtaran bir mədəniyyətin 

ruhudur, insanın vəziyyəti barədə düşünmək və yazmağın yeni bir yoludur. Bu yol roman 

və məqaləyə doğru gedir və yəqin ki, onları birləşdirməklə öz məqsədiqnə nail olacaqdır. 

 

İDEAL ƏSƏR 

 

"İri kitablar yazmaq üzücü boşboğazlıq və başağrısından başqa bir şey deyil. Məsələn, 



bir neçə dəqiqə ərzində şifahi şəkildə və bütünlüklə şərh oluna birələcək bir mövzudan 

500 səhifə yazırlar.  

Bilbaoda postmodernist üslubda tikilən Quggenhaym Muzeyi (İspaniya) 

Hər hansı bir əsər meydana gətirməkdən ötrü ən yaxşı yol budur ki, belə kitabların 

əvvəllər yazıldığı və indi onlar haqqında yalnız bir xülasə və şərh yazmağın zəruriliyi 

təsəvvürü yaradasan.  

Karleyl22 "Yenidən tikilmiş parça" və Batler23 "Gözəl behişt" əsərində məhz həmin 

işi görmüşlər. Bu əsərlərin yeganə nöqsanı odur ki, tam kitab sayılmırlar. Daha əsaslı 

olması üçün, yersiz olması üçün, daha çox tənbəllik edə bilməyim üçün mən xəyali 

kitablar barədə qeydlər yazmağa üstünlük verirəm". 

Xorxe Luis Borxes 

 

Postmodernizmi başa düşmək üçün ən yaxşı yol Valter Benyaminin heç vaxt yazmadığı 



kitab barədə düşünməkdir.  

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

178 


Benyaminin XIX əsrin ortalarındakı Parisi öyrənmək üçün irəli sürdüyü layihə ("Paris 

passajları"nın tezisləri) müasir düşüncənin doğurduğu ən məşhur ideyalardan birinə 

çevrildi.  

O, kinonun montaj texnikasının və sürrealizmin cüzi şeylərə ifrat diqqətinin təsiri altında 

elə bir kitab yazmaq istəyirdi ki, büsbütün sitatlardan ibarət olsun: Bodlerin şeirləri, 

fotolar, həqiqi xəbərlər, şəkilli məlumatlar, qəzet yazıları, tarixi sənədlər və roman 

parçaları.  

O istəyirdi ki, özündən bunlara mümkün qədər az şey əlavə etsin; yalnız fotolar üçün bir-

iki kəlmə və sitatlar barədə bir neçə cümlə.  

O, bir jurnalda bu işi belə səciyyələndirirdi: "Bu işin mahiyyəti ədəbi montajdır. Bir şey 

deməyə ehtiyac yoxdur. Yalnız göstərmək istəyirəm". 

Benyamin rəmzi təsvirlərin (istər vizual olsun, istər yazılı) təhlil qüvvəsinə 

inanmadığından, hər şeyin mövcudluğu onun seçimindən və onları tərtib tərzindən asılı 

idi.  


Misal üçün: dönə-dönə tarixi fatalizmi inkar edən Paris inqilabi hərəkatlarından bəhs 

edərkən, Benyamin belə bir faktı müşahidə etdi ki, birinci toqquşma gecəsində (1830-cu 

il inqilabında) Parisin müxtəlif rayonlarındakı qüllələrin saatları eyni vaxtla işləməyə 

başlamışlar. O yazırdı: "Tarix hekayətlərdə yox, təsvirlərdə (şəkillərdə) özünü büruzə 

verir".  

Və bir də onların göstərilən aləmi anlaşıqlı edəcək tərzdə yanaşı qoyulmasında. O, öz 

qeydlərində bir yazıçıdan aşağıdakı sitatı gətirir: 

"Keçmiş (tarix) ədəbi mətnlərdə öz təsvirlərini qoymuşdur və bu təsvirlər həssas foto 

kağızlarında işıq parıltısının aşkara çıxardığı şəkillərlə müqayisə oluna bilər. Yalnız 

gələcək bu şəkilləri dəqiq aşkar etmək qüdrətinə malikdir". 

Dörd cəhət "Paris passajları"nın tezislərinin tam postmodernist bir əsər olmasını sübut 

edir: 


1. Benyamin XIX əsrin ortalarındakı Parisi seçməklə postmodernizmin meydana gəldiyi 

zaman və məkanı müəyyənləşdirmişdir.  

Kütləvi istehlak mədəniyyəti Paris passajlarından başlanır. 

 İngiltərə öz sənaye məhsullarını təkmilləşdirdiyi zaman, Fransa sənayeləşmədən sonrakı 

ticarətə başlamışdı və öz yeniliklərini tətbiq edirdi: böyük və çoxmərtəbəli univermaqlar, 

iqtisadi qəzetlər, fotoqrafiya.  

Təkcə bu şərait modernizmi – zövqlərin demokratikləşməsinə əsəbi düşmənçilikdən 

qaynaqlanan sərt bir hərəkatı əvəzləndirmək üçün kifayət idi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

179 


Eynilə yalnız belə bir hərəkat (yuxarıda göstərildiyi kimi) postmodernizmin – kütləvi 

mədəniyyətlə və texniki təkrar istehsalla bərqərar olan çevik bir cərəyanını yayılmasına 

səbəb ola bilərdi. 

2. Benyamin bütün mədəni səviyyələrdən müxtəlif materialların seçimini təklif etməklə, 

açıq-aşkar modernizmin yüksək mədəniyyətə mütləq inamının əleyhinə mübarizəyə 

qalxdı.  

O söz verdi: "Heç bir dəyərli şeyi oğurlamayacağam və özümü ifadələri eyhamlı tərzdə 

dəyişdirməyə layiq bilmirəm.  

Yalnız dəyərsiz və xırda şeylər!"  

Benyamin postmodenist dünyagörüşə xas belə bir cəhəti qabaqcadan söyləyir ki, 

müəyyən mədəniyyətin təsəvvürləri vasitəsilə elm və biliyə yetişmək yolunda qəbul 

olunmuş baxışlar həmin mədəniyyətin düşüncə və anlayışlarını təşkil edir. 

3. Benyamin özünü prinsiplərin müəyyənləşdirilməsi, mövcud və hazır əsərlə 

məhdudlaşdırdığından fəaliyyətini yalnız təkrar canlandırma və uyğunlaşdırma əsasında 

həyata keçirə bildi.  

Sürrealizmə güclü rəğbət bəsləyən və Araqonun "Paris kəndlisi"nin təsiri altında olan 

Benyamin sənət reallıqlarına arxa çevirə bilməzdi. Benyaminin yaratdığı şey hibrid bir 

mətn idi ki, Adorno24 onu "tam bir fantaziya" adlandırmışdı. 

4. Kitab heç vaxt yazılmadı. Odur ki, biz onu xəyalımızda canlandırmaqda və haqqında 

fikir söyləməkdə sərbəstik… 



 

QEYDLƏR: 

 

1. "Post" ingiliscə "sonra" mənasını verir. 



2. Pruitt-Igoe. 

3. Andy Warhol - 1930-cu ildə doğulmuş Amerika sənətçisi. Kinorejissorluq da etmişdir. 

4. Campbell Soup Cans - Endi Varholun məşhur rəsm əsəri. Burada iri bir konserv qutusu 

çəkilmişdir. 

5. Toynbi Arnold Cozef (1889-1975) - ingilis tarixçisi, diplomatı, sosioloq və filosofu. 

"Tarixin tədqiqi" adlı 12 cildlik əsərin müəllifi kimi məşhurdur. 

6 və 7. Müasir Amerika şairləri. 

8. Readymade 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

180 


9. Bodler Şarl (1821-1867) - fransız şairi, dekadentliyin banilərindən biri. 

10. Bekket Samuel - milliyyətcə irland olan müasir Fransa yazıçısı, şairi və dramaturqu. 

1969-cu ildə Nobel mükafatı laureatı olmuşdur. Modernizmin görkəmli 

nümayəndələrindən biridir. 

11. Ives - Amerika bəstəkarı (1954-cü ildə vəfat etmişdir). Musiqidə qeyri-adi ritmlər 

işlətməsi ilə məşhurdur. 

12. Mod - 60-cı illərdə ingilis gənclərinin dəbdə olan paltarlar geyib motosikl minən bir 

dəstəsi. 

13. Brext Bertolt (1898-1956) - alman yazıçısı və teatr xadimi. "Epik teatr" 

nəzəriyyəsinin yaradıcısıdır. 

14. Benyamin Valter (1892-1940) - alman filosofu, yaradıcılığında incəsənət və ümumən 

mədəniyyətin bədii təzahürləri məsələsi mərkəzi yer tutur, sosioloji və psixoloji təhlil 

çulğaşır. Qərb fəlsəfi-estetik fikrinə onun təsiri ilbəil artır, bununla belə yaradıcılığı 

kifayət qədər öyrənilməmişdir. 

15. Derrida Jak - 1930-cu ildə doğulmuş fransız filosofu, poststrukturalizmin ən parlaq 

nümayəndələrindən biri. Sorbonnada dərs demiş, Beynəlxalq Fəlsəfə Kollecinin 

yaradıcılarından biri olmuşdur. Müasir Amerika ədəbiyyatşünaslığına ciddi təsir 

göstərmişdir. 2004-cü ildə vəfat edib. 

16. Mallarme Stefan (1842-1896) - fransız şairi, simvolizmin görkəmli nümayəndəsi və 

nəzəriyyəçisi. 

17. Lakan Jak (1901-1981) - fransız həkimi və filosofu, "struktur psixoanalizin" görkəmli 

nümayəndəsi. Paris freydizm məktəbinin banisi və başçısı (1964-1980). Əsas məqsədi 

"Freydə qayıdış" olmuşdur. "Mətnlər", "Psixoanalizdə nitq və dilin funksiyası və sahəsi" 

kimi başlıca əsərləri ilə tanınır. 

18. Mane Eduard (1832-1883) - görkəmli fransız rəssamı. İmpressionizmin 

formalaşmasına və inkişaf istiqamətlərinin müəyyənləşməsinə mühüm təsiri olmuşdur. 

19. Bart Rolan (1915-1980) - fransız ədəbiyyatşünası, strukturalizmin ən görkəmli 

nümayəndələrindən biri. 

20. Levi-Stross Klod - müasir fransız etnoloqu və filosofu, struktur antropologiya 

nəzəriyyəsinin banisi, "Kollej de Frans"ın professoru. Başlıca əsərləri "Struktur 

antropologiya" və "Mifologiya"dır. (4 cilddə). 

21. Qodar Jan Lük - 1930-cu ildə doğulmuş fransız kinorejissoru və ssenaristi. Fransa 

kinosunda "yeni axın" cərəyanının başlıca nümayəndələrindən biridir. 

22. Tomas Karleyl (1881-1975) - Şotlandiya tarixçisi. Göstərilən kitabı fəlsəfəyə aiddir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

181 


23. Samuel Batler (1902-1935) - ingilis satiriki. 

24. Adorno Teodor (1903-1969) - alman filosofu, musiqi tənqidçisi, Frankfurt məktəbinin 

əsas nümayəndələrindən biri. "Yeni musiqinin fəlsəfəsi", "Neqativ dialektika" kimi 

əsərlərin müəllifidir. 

 

Tərcümə və qeydlər: Məsiağa Məhəmmədi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling