Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet27/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

195 


«Dünya Birliyi» termini evfemer kollektiv ad olub («Azad Dünya» deyiminin yerini 

tutub). Bu deyimdə məqsəd Birləşmiş Ştatlar və başqa Qərb ölkələrinin maraqlarından 

doğan siyasətə dünya miqyasında legitimlik verməkdir (4). Qərb, lazım olanda, 

Beynəlxalq Volyuta Fondu və başqa beynəlxalq iqtisadi qurumlar vasitəsilə öz iqtisadi 

maraqlarını irəlilədir, bu maraqlara uyğun saydığı iqtisadi siyasəti başqa millətlərə sırıyır. 

Qərbdən olmayan xalqların BVF haqqında rəyi pisdir, hərçənd, o, bu ölkələrin maliyyə 

nazirlərinin və hətta daha kimlərinsə dəstəyini qazanıb. G. Arbatov BVF-nin məmurlarını 

xarakterizə edəndə bunları deyir: «onlar başqa millətlərin pullarını məmnuniyyətlə 

əlindən alan neo-bolşeviklərdir, başqa ölkələrə iqtisadi və siyasi davranışın demokratik 

olmayan yad qaydalarını sırıyır, onların iqtisadi azadlığını əllərindən alır». 

Qərbin BMT Təhlükəsizlik Şurasında üstünlüyü onun – hərdən Çin tərəfindən veto ilə 

yumşaldılan – qərarlarına qanunilik verir: İraqı Küveytdən çıxarmaq üçün Qərbin güc 

işlətməsinə, İraq silahlarının mürəkkəb növlərini və bir də belə növləri istehsal etmək 

imkanlarını yox etməyə qanuni əsas verir.  

Başqa bir örnək: Birləşmiş Ştatlar, Britaniya, Fransa görünməmiş aksiya edib 

Təhlükəsizlik Şurasına tələb etdirdilər ki, Liviya ―Pan American» N-103 təyyarəsini 

partlatmaqda əli olması haqqında şübhələri dağıtsın. Liviya imtina edəndə BMT ona qarşı 

sanksiyalar işə saldı. Böyük ərəb ordusunu dağıdandan sonra Qərb tərəddüd etmədən 

bütün ağırlığı ilə Ərəb dünyasının üstünə çöküb. O, əslində, beynəlxalq institutları , hərbi 

gücünü, iqtisadi qaynaqları işə salır ki, öz üstünlüyünü doğrultmaq, maraqlarını qorumaq, 

siyasi, iqtisadi dəyərlərini təsdiqlətmək hesabına dünyanı idarə etsin. 

Vəziyyət başqa cür olsa belə, hər halda qərbli olmayanlar yeni dünyanı belə görürlər və 

onların bu baxışlarında gerçək az deyil. Gücdə fərqlər, hərbi, iqtisadi, institusional qüvvə 

üstündə mübarizə Qərb ilə başqa sivilizasiyalar arasındakı konflikt qaynaqlarından 

biridir. Mədəniyyətdəki, başlıca dəyərlərdəki, inanışlardakı fərqlər konfliktlərin o biri 

qaynağıdır. V.S. Naypol bildirmişdi ki, Qərb sivilizasiyası «hamıya uyğundur», ona görə 

də «universaldır». Üzdəki qatda, doğrudan da, Qərbin bir çox şeyləri yerdə qalan 

dünyaya hopmuşdur. Ancaq təməl qatlarda vəziyyət bambaşqadır. Fərdiyyətçilik, 

liberalizm, konstitusionalizm, İnsan Haqları, bərabərlik, azadlıq, qanunun aliliyi, 

demokratiya, azad bazar, kilsənin dövlətdən ayrılması kimi Qərb ideyaları demək olar ki, 

İslam, Konfutsian, Yapon, Hindu, Buddist və ya Pravoslav mədəniyyətlərə dəyib geri 

qayıdır. Əvəzində, Qərbin o ideyaları yaymağa çalışması «insan haqları imperializmi» 

haqqında düşmən reaksiyası doğurur. Sonucda yerdə qalan dünyada özlərinin köklü 

dəyərləri təzə bir nəfəslə təsdiq olunur. Bunu Qərbdən qıraqdakı mədəniyyətlərdə gənc 

nəslin dini fundamentalizmə necə dəstək verməsinə görmək olar. «Universal 

sivilizasiyaya» tezisinin özü Qərb ideyasıdır. Bu ideya Asiyadakı çox kültürlərin 

partikulyarizmi ilə, insanları ayıran fərqləri saxlamaq arzusu ilə kəllə-kəlləyə gəlir. Ayrı-

ayrı toplumlarda yüz dəyərin önəmi üzrə aparılan tutuşdurmalardan bir müəllif belə bir 

nəticə çıxarıb: «Qərbdə çox önəmli olan dəyərlər yerdə qalan dünyada daha az 

önəmlidir» (5). Siyasi planda bu fərq Birləşmiş Ştatlar və başqa Qərb ölkələri öz 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

196 


demokratiyaları, İnsan Haqları ilə bağlı ideyalarını ayrı xalqlara sirayət etdirmək 

istəyəndə aydınca açılır. Çağdaş demokratik idarə forması tarixən Qərbdə formalaşıb. 

Demokratiya Qərbdən qıraqda hansı ölkədəsə yer alıbsa, bu, ancaq Qərb 

müstəmləkəçiliyinin və ya basqısının sonucunda olub. 

Kişor Məhbubaninin dediyinə görə gələcəyin siyasətində mərkəzi ox çox yəqin ki, «Qərb 

ilə yerdə qalanlar arasındakı» konfliktlərdən, bir də qeyri-Qərb sivilizasiyalarının Qərbin 

gücünə və dəyərlərinə qarşı reaksiyalarından törəyəcək (6). Cavab reaksiyası ya bir, ya da 

üç formanın cürbəcür birləşməsində olacaq.  

Birincisi, ən ifrat formadır, qeyi-Qərb dövlətləri Birma, Şimalı Koreyanın ardınca 

təcridçilik yolunu tutub gedə bilərlər ki, Qərbin öz ölkələrinə yolunu kəssinlər və «Qərbin 

çürüməsinə» yoluxmaqdan öz toplumlarını qurtarsınlar və beləcə, Qərbin üstün olduğu 

Dünya Birliyinin həyatında iştirak etməsinlər. Ancaq bu kurs çox baha başa gəlir və az 

ölkə tapılar ki, axıracan onu tuta bilsin.  

İkincisi, Qərbə qoşulmaq və onun dəyərlərini, institutlarını qəbul etmək. Beynəlxalq 

ilişgilər nəzəriyyəsində buna ―qatara tullanmaq» deyirlər.  

Üçüncüsü, alternativ iqtisadi və hərbi gücü artırmaqla və eyni zamanda başqa qeyri-Qərb 

ölkələri ilə əməkdaşlıq etməklə Qərbin əksini yaratmağa cəhd etməkdir. Bu alternativdə 

doğma dəyərləri, institutları qorumaq da var. Bütünlükdə isə üçüncü alternativ 

vesternləşmək (qərbləşmək) yox, modernləşməkdir. 

 

İÇƏRİDƏN İKİTİRƏLİ ÖLKƏLƏR 



 

Gələcəkdə hansısa sivilizasiyaya mənsub olmaq ölkələrdə, insanlarda özünü 

identifikasiya etməyin əsası olanda ayrı-ayrı sivilizasiyalardan olan əhalini özündə 

birləşdirən Sovetlər Birliyi, Yuqoslaviya kimi ölkələr parçalanmağa məhkum olacaqlar. 

Bəzi başqa ölkələrdə yetərli dərəcədə mədəniyyət homogenliyi var ancaq cəmiyyətin 

qrupları arasında hansı sivilizasiyaya aid olmaq üstündə ikitirəlik özünü göstərir. Belə 

ölkələrdə, adətən, hökumət ―qatara tullanıb‖ Qərbə qoşulmaq istəyir. Halbuki bu 

ölkələrin tarixlərində, mədəniyyətlərində, ənənələrində Qərbə ortaq heç nə yoxdur. 

Türkiyə bu baxımdan ən parlaq və tipik örnəkdir. XX yüzilin sonlarında belə, ölkənin 

rəhbərliyi Atatürkün ənənələrini saxlayaraq ölkələrini modern, dünyəvi, Qərb millət-

dövləti tipinə aid edir. Bu rəhbərlik məmləkətini NATO-da və Körfəz Savaşında Qərbə 

müttəfiq edib. Ölkəni Avropa Birliyinə qəbul etdirməyə çalışır. Ancaq eyni zamanda 

Türkiyədə başqa yolun tərəfdarları da var. Onlar hesab edilər ki, ölkələri İslam dirçəlişinə 

qahmar çıxmalıdır, çünki mahiyyətcə Orta Şərq Müsəlman ölkəsidir. Bax, bu vəziyyətdə 

Türkiyənin elitası ölkəni Qərb cəmiyyəti saysa da Qərb elitası elə hesab etmir. Türkiyəni 

Avropa Birliyinə üzv götürmürlər və bunun gerçək səbəbi haqqında Prezident Özal belə 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

197 


söyləyib: «səbəb ondadır ki, biz müsəlmanıq, onlarsa xristian. Hərçənd heç vaxt bunu 

açıq demirlər». Beləliklə, hara getməli? Türkiyə Məkkədən üz döndərib, Brüssel isə 

ondan? Kimlərsə cavab verə bilər ki, Daşkəndə getməli. Sovetlər Birliyinin sona yetməsi 

Türkiyənin naxışını açdı. O, yunan sahillərindən Çinəcən uzanan yeddi ölkədən 

toplanmış dirçələn türk sivilizasiyanın lideri ola bilər. Qərbin bəyənişi ilə Türkiyə əlindən 

gələni edir ki, bu yeni identikliyi düzüb qoşsun. 

Son on ildə Meksikanın durumu da Türkiyəninki kimidir. Necə ki Türkiyə tarix boyu 

Avropaya qarşı durmasını bir tərəfə qoyub ona qoşulmaq yolunu tutmuşdur, eləcə də 

Meksika Birləşmiş Ştatlara qarşı durmuş ölkə kimi özünü bilməsini dayandırıb ABŞ-ı 

yamsılamağa başlamışdır. O çalışır ki, Şimali Amerika Azad Ticarət Zonasına (NAFTA-

ya) qoşulsun. Meksika siyasətçiləri ölkənin yeni kimliyi üçün azman vəzifələrin 

öhdəsindən gəlirlər. Bunun üçün elə fundamental iqtisadi islahatlar aparırlar ki, axırda 

köklü siyasi dəyişmələri çəkib gətirsin. 1991-də Prezident Karlos Salinasın baş müşaviri 

de Kortari mənə təfərrüatı ilə Salinas hökumətinin gerçəkləşdirdiyi dəyişmələri 

anlatmışdı. Sözünü bitirəndə bildirdim: «Dedikləriniz çox təsirlidir. Belə çıxır ki, siz 

Meksikanı Latın Amerikası ölkəsindən Şimali Amerika ölkəsinə çevirmək istəyirsiniz». 

O təəccüblə mənə baxdı: «Tam düzdür! Bizim istədiyimiz məhz budur, ancaq, sözsüz, 

bunu heç vaxt camaata söyləməyəcəyik». Onun sözlərindən bilindi ki, Meksikada da 

Türkiyədəki kimi xeyli adam məmləkətlərinin bu yeni kimliyə qarşı çıxır. Türkiyədə 

Avropa yönümlü liderlər İslama sarı jestlər etməli olurlar (Özal həccə getmişdi). Eləcə də 

Meksikada Şimali Amerika yönümlü liderlər Meksikanı Latın Amerika məmləkəti kimi 

saxlamaq istəyənlərin önündə jestlər etməli olurlar (bunun üçün, məsələn, Salinas İbero-

Amerikan-Qvadalaxara samitini irəli sürmüşdü).  

Tarixən Türkiyə içəridən dərin ikitirəliyi olan ölkədir. Birləşmiş Ştatlar üçün ən yaxın 

ikitirəli ölkə Meksikadır. Qlobal miqyasda isə ən kəskin ikitirəliyi olan ölkə Rusiyadır. 

Rusiya necə məmləkətdir? Qərbin bir parçasıdır, yoxsa ondan fərqlənən Slavyan-

Ortodoks sivilizasiyasına başçılıq edir? Sual Rusiya tarixində təkrar-təkrar qoyulub. 

Kommunistlər qələbə çalanda məsələ daha da dolaşığa düşdü. Kommunistlər Qərbdən 

ideologiyanı götürüb öz şəraitlərinə uyğunlaşdırandan sonra bu ideologiyanın adından 

Qərbi mübarizə meydanına çağırdılar. Kommunist hökmranlığı qərbçilərlə slavyanofillər 

arasında gedən tarixi dartışmanı gündəmdən çıxartdı. Kommunizm puç olanda isə ruslar 

yenidən həmin sualla üz-üzə qaldılar.  

Prezident Yeltsin Qərb prinsiplərini, məqsəd və axtarışlarını Rusiyaya uyğunlaşdırmaq 

istəyir ki, onu Qərbin bir parçası olan «normal ölkəyə» çevirsin. Ancaq hələ də Rusiya 

elitası və geniş camaat yığnağı bu məsələ üstündə parçalanıblar. Qərbləşməyə yumşaq 

müxalifətliyi olan Sergey Stankeviç hesab edir ki, Rusiya «Atlantistlərin» kursunu 

tutmamalıdır, çünki bu kurs ona gətirəcək ki, Rusiya olacaq Avropa ölkəsi. Onu tezcə və 

yaxşı təşkil olunmuş şəkildə dünya iqtisadiyyatının bir parçası edəcəklər. Beləliklə, o, 

Yeddilərin səkkizinci üzvü olacaq. Bununla da Atlantik birliyinin üstün üzvlərinə, - 

Birləşmiş Ştatlara və Almaniyaya çox böyük önəm vermək məcburiyyətinə düşəcək». 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

198 


Stankeviç ifratçı Avroasiya siyasətini də inkar edərək irəli sürür ki, Rusiya başqa 

ölkələrdəki rusları qorumağa üstünlük verməlidir. Bu zaman Rusiyanın türk və müsəlman 

ilişgilərini xüsusi vurğulayır. Sonra belə bir düşüncəni yeridir ki, «biz resurslarımızı, 

prioritetlərimizi dəyişməmizi, ilişgilərimizi, maraqlarımızı, əsasən, Asiyanın xeyrinə, 

Şərq istiqamətində paylamalıyıq». Belə inamda olan adamlar Yeltsini Rusiya maraqlarını 

Qərbə tabe etdirməkdə tənqid edirlər. Tənqid edirlər ki, Rusiyanın hərbi gücünü elə 

zəiflədib ki, Serbiya kimi ənənəvi dostlarını dəstəkləmir, iqtisadi, siyasi islahatları ruslar 

üçün çox ağrılı aparır. Anlatdığımız tendensiyanın göstəricisi Pyotr Savitskinin 

ideyalarının populyarlaşmasıdır. 1920-də o irəli sürmüşdü ki, Rusiya ―unikal Avroasiya 

sivilizasiyasıdır» (7). Rusiyada daha kəskin, bəzən millətçi, anti-qərbçi, anti-semit səslər 

ucalır. Onlar çağırırlar ki, Rusiya yenidən öz hərbi gücünü artırmalıdır, Çin və müsəlman 

ölkələri ilə sıx ilişgilər qurmalıdır. Rusiyanın əhalisi heç də siyasi elitasından az 

parçalanmayıb. 1992-nin payızında onun Avropa kəsimindəki ictimai rəyin öyrənilməsi 

aydın edib ki, burada yaşayanların 40% Qərbə müsbət baxır, 36%-in rəyi isə mənfidir. 

Tarixinin çox dönəmlərində olduğu kimi 1990-ın erkənlərində də Rusiya içəridən 

ikitirələnmiş ölkə olaraq qalır. 

İçəridən bölünmüş ölkə öz mədəniyyət identikliyini yenidən qazanmaq üçün üç tələbə 

cavab verməlidir. Birincisi, iqtisadi və siyasi elita bu addımları bütünlükdə dəstəkləməli 

və alqışlamalıdır. İkincisi, əhali hətta həvəssiz də olsa yeni identikliyin qəbul edilməsinə 

razı olmalıdır. Üçüncüsü, ikitirəli ölkənin qatılmaq istədiyi sivilizasiyanın hakim qrupları 

yeni gəlmək istəyəni götürməyə razı olmalıdır. Bu üç tələbə Meksika tam cavab verir. 

Türkiyə birinci iki tələbə cavab verir. Qərbə qoşulmaq istəyən Rusiyanın bu üç tələbə 

cavabı isə bilinmir necədir. Bir vaxtlar liberal demokratiya ilə Marksizm-leninizm 

arasındakı konflikt ideoloji idi. Aralarındakı bütün ayrılmalara baxmayaraq üzdə onlar 

azadlıq, bərabərlik, iqtisadi çiçəklənmə kimi eyni məqsədləri bölüşürdülər. Ənənəviçi, 

millətçi və avtoritar Rusiya isə başqa-başqa məqsədlərə can atacaq. Qərb demokratı 

Sovet marksisti ilə asanca intellektual debata girə bilərdi. Ancaq onun rus tradisionalisti 

ilə diskussiyası alına bilməz. Əgər ruslar marksist olmayandan sonra liberal 

demokratiyanı götürməsələr və başlasalar özlərini qərblilər kimi yox, ruslar kimi 

aparmağa, Qərblə ilişgiləri yenidən uzaq və düşmən olacaq (8).  

 

KONFUTSİAN-İSLAM BİRLİYİ 



 

Qeyri-Qərb ölkələrinin Qərbə qoşulmasında ortaya çıxan əngəllər gücünə və 

mürəkkəbliyinə görə cürbəcürdür. Latın Amerikası və Şərq Avropa ölkələri üçün onlar 

elə də böyük deyillər. Keçmiş Sovetlər Birliyinin pravoslav ölkələrinə gələndə isə 

maneələr çox böyükdür. Bu əngəllər müsəlman, Konfutsian, Hindus, Buddist ölkələr 

üçün daha çoxdur. Yaponiya Qərbə assosiativ üzv kimi özünə unikal mövqe qurub: bəzi 

yönləri ilə o, Qərbdədir, ancaq başlıca ölçülər baxımından Qərb da deyil. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

199 


Mədəniyyətlərinə, hakimiyyətlərinə görə Qərbə qoşulmayan və ya qoşulmağı 

bacarmayan ölkələr Qərblə yarışırlar. Bu yarış üçün içəridən özlərini gəlişdirirlər, başqa 

qeyri-Qərb ölkələri ilə əməkdaşlıq edirlər. Belə əməkdaşlığın ən seçilən örnəyini 

Konfutsian-İslam birliyi verir. Bu ilişgilər Qərb maraqlarına, dəyərlərinə, gücünə qarşı 

durub ona meyda oxumaq kimi formalaşıb. 

Demək olar ki, bütün Qərb ölkələri hərbi arsenallarını aşağı salmaqdadırlar. Yeltsinin 

başçılığı ilə Rusiya da eyni cür davranır. Ancaq elə bu vaxt Çin, Şimali Koreya və bəzi 

Orta Şərq ölkələri öz hərbi imkanlarını önəmli dərəcədə genişləndirirlər. Onlar həm Qərb, 

həm də qeyri-Qərb qaynaqlarından silah daşıyırlar, eləcə də öz silah istehsalatlarını 

gəlişdirirlər. İndi həmin proses Çarlz Krouthemmin dediyi yeni «yaraqlı dövlətlər» 

fenomenini verib. Özü də yaraqlı dövlətlər heç də Qərb dövlətləri deyil. Bu proseslərin 

ikinci nəticəsi silahlara nəzarət konsepsiyasının yenidən və başqa cür gözdən 

keçirilməsidir. Silahlara nəzarət Qərb ideyasıdır və Qərb tərəfindən irəli sürülmüşdü. 

Soyuq Savaş boyunca silahlara nəzarətin başlıca məqsədi Birləşmiş Ştatlar və onun 

müttəfiqləri ilə Sovetlər Birliyi və onun müttəfiqləri arasında dayanıqlı hərbi tarazlıq 

yaratmaq idi. Soyuq Savaşdan sonrakı çağda isə silahlara nəzarətin əsas amacı Qərbdən 

qıraq ölkələrdə Qərbin maraqlarına təhlükə olan hərbi güclənmələrin qarşısını almaq 

oldu. O vaxtdan Qərb çalışır ki, həmin nəzarəti Uluslararası sazişlərlə, iqtisadi basqılarla, 

yaraq-yasağın, silah texnolojisinin ötürülməsinə göz qoymaqla gerçəkləşdirsin. 

Qərblə Konfutsian-İslam dövlətlərinin bir böyük, ancaq yeganə olmayan konflikti 

fokusdakı kimi cəmləşib nüvə, kimyəvi, bioloji silahlar üstündə. Bu sadalananların 

davamı olaraq ballistik raketləri, onları daşımağa yönəlik başqa mürəkkəb vasitələri, 

eləcə də elektron vasitələrlə işləyən idarə sistemini, izləmə və hədəfləri vurmaq araclarını 

göstərmək olar. Qərb silahların yayılmasının qarşısını almaq üçün onların yayılmamasını 

universal norma etməyə çalışır. Silahların yayılmaması haqqında bağlaşmaları, 

inspeksiyaları isə həmin normaları gerçəkləşdirən vasitə olaraq yeridir. Qərb eləcə də 

cürbəcür sanksiyalarla silahları geniş yayanları hədələyir, bunu etməyənlərə isə bəzi 

imtiyazlar verir. Bu zaman, sözsüz, Qərbin diqqəti aktual və ya potensial olaraq Qərbə 

düşmən olan ölkələrə zillənir.  

O biri yandan, Qərbdən qıraqkı ölkələr təhlükəsizlikləri üçün gərəkli bildikləri silahları 

əldə etmək, yerləşdirmək hüquqları üstündə dirənməkdə davam edirlər. Onlar Hindistanın 

Müdafiə Nazirinin ağzından çıxmış bir gerçəyi tam mənimsəyiblər. Nazirdən soruşanda 

ki, Körfəz Savaşı hansı dərsləri verdi, cavabı belə olmuşdu: «Nüvə silahınız yoxdursa, 

Birləşmiş Ştatlarla işiniz olmasın». Buralarda, bəlkə də yanlış olaraq, nüvə silahına, 

kimyəvi silaha, raketlərə, Qərbin ənənəvi üstün gücünə tən gələcək potensial kimi 

baxırlar. Sözsüz, Çinin belə silahı var. İndi Pakistan, Hindistan da o vasitələri öz 

ərazisində yerləşdirə bilər. Şimali Koreya, İran, İraq, Liviya, Əlcəzair onları əldə etməyə 

yaxınlaşıblar. Bir yüksək vəzifəli İran məmuru bildirib ki, bütün müsəlman ölkələrinin 

nüvə silahı oilmalıdır. Deyirlər ki, 1988-də İranın prezidenti göstəriş veribmiş ki, 

müdafiə və hücum xarakterli kimyəvi, bioloji, radioloji silahlar inkişaf etdirilməlidir.  



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

200 


Qərbə qarşı duran hərbi potensialın gəlişdirilməsində mərkəzi yeri Çinin artıb yayılan 

hərbi gücü tutur. O, uğurlu iqtisadi inkişaf sayəsində hərbi xərclərini yeyincə artırır, 

onları modernləşdirməkdə sərt dirəniş göstərir. Keçmiş Sovet dövlətlərindən silah alır, 

özünün uzaq mənzilli ballistik raketlərini yaratmaq üçün işlər görür; 1992-ci ildə bir 

meqaton nüvə bombasını partladıb sınaqdan keçirib. Çin nüfuzunu yaymaq üçün havada 

yanacaq daşıyıb havada da yanacaqla doldurmaq texnologiyasını əldə edir, 

aviodaşıyıcılar alır. Onun Güney Çin Dənizində hərbi sistem qurması və bu dəniz 

üzərində suverenliyə iddia etməsi Şərq Asiyada millətlər arasında regional hərbi ötüşmə 

yarışını qızışdırır. Çin həm də silah və hərbi texnologiya üzrə baş eksportyordur. Nüvə 

silahlarını, sinir qazlarını istehsal etmək üçün istifadə olunası materialları o, Liviyaya, 

İraqa eksport edir. Nüvə silahı üzrə araşdırma aparıb sonra da istehsalına keçmək üçün 

gərəkli reaktoru qurmaqda o, Əlcəzairə yardım edir. Çin İrana nüvə texnolojisini satıb, - 

Amerika mütəxəssisləri hesab edirlər ki, bu texnologiya yalnız nüvə silahını düzəltmək 

üçün işlədilə bilər. Çin Pakistanın 300 mil mənzilli raketləri üçün detallar yollayıb. Neçə 

vaxtdır ki, Şimali Koreya nüvə silahı proqramını işləyir, eləcə də Siriyaya, İrana daha 

irəli çeşiddə raketlər, raket texnolojisi satır. Orta Şərqə silahların, silah texnolojisinin 

axını, adətən, Şərqi Asiyadan gəlir. Ancaq hərdən tərs yöndə hərəkət də baş verir: Çin 

stinger raketlərini Pakistandan alır. 

Beləliklə, indi Konfutsian-İslam birliyi əmələ gəlib. Bu birliyin üzvləri birliyi qurmağı 

onun üçün planlaşdırmışdılar ki, Qərbə qarşı silah və silah texnolojisini əldə etməyi daha 

da irəlilətsinlər. Onlar bununla Qərbin hərbi gücünə qarşı duracaq mərtəbəyə qalxmaq 

istəyirlər. Konfutsian-İslam birliyi davam edə də bilər, etməyə də bilər. Ancaq hal-

hazırda Deyv Mekködi bildirir ki, bu birlik ―nüvə silahlarını yaymaq istəyən reneqatların 

başçılığı altında onların tərəfdarlarının ittifaqıdır‖. Beləliklə, İslam-Konfutsian dövlətləri 

ilə Qərb arasında yeni bir hərbi yarış fır-fırası başlayıb. Silahlanma yarışının əski 

dönəmində hər tərəf öz hərbini ya tarazlıq yaratmaq üçün, ya da qarşı tərəfi üstələmək 

üçün gəlişdirirdi. İndi isə hərbi yarışda bir tərəf yeni yaraq növlərini yaradır, istehsal edir, 

o biri tərəfsə hərbi güc artımını dar çərçivədə saxlayıb qarşısını almağa çalışır. Özü də bu 

vaxt tarazlıq məqsədi güdmür və öz hərbi potensialını azaldır. 

 

QƏRB ÜÇÜN SONUCLAR 



 

Bu məqalə onu söyləmir ki, sivilizasiya kimliyi başqa kimliklərin yerini tutacaq və 

millət-dövləti yox olacaq; ki, hər sivilizasiya siyasi vəhdətdə və bütövlükdə olacaq və bir 

sivilizasiyanın içində olan qruplar arasında konflikt olmayacaq. Bu yazı, sadəcə, belə bir 

güman verir ki,  

1) sivilizasiyalar arasında fərqlər önəmli və gerçəkdir;   

2) sivilizasiya mənsubiyyətindən doğan özünüdərketmə artır;  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

201 


3) sivilizasiyalar arasında konfliktlər öncələr qlobal dominantlıqda olmuş ideoloji və 

başqa konflikt formalarını sıxışdırıb çıxaracaq;  

4) tarixən Qərb çərçivəsində oyun olaraq oynanılan beynəlxalq əlaqələr getdikcə daha 

çox devesternləşəcəklər (qərbsizləşəcək) və elə oyuna çevriləcəklər ki, artıq, Qərbə 

mənsub olmayan dövlətlər orada passiv obyektlər yox, oyunçular olacaqlar;  

5) uğurlu beynəlxalq siyasi, iqtisadi və təhlükəsizlik institutları çox güman ki, 

sivilizasiyaların arasında yox, içində inkişaf edəcək;  

6) ayrı-ayrı sivilizasiyalardan olan qruplar arasındakı konfliktlər bir sivilizasiyanın 

içindəki qrupların konfliktinə baxanda daha tez-tez baş verəcək, davamlı və qanlı olacaq;  

7) ayrı-ayrı sivilizasiyaların qrupları arasındakı konfliktlər qlobal savaşa gətirə biləcək 

səbəbə çevriləcək;  

8) dünya siyasətinin əsas oxu «Qərb və yerdə qalanlar» arasındakı ilişgilərdən keçəcək;  

9) bəzi içəridən ikitirəlikli qeyri-Qərb ölkələrinin elitaları vətənlərini Qərb ölkələri 

sırasına salmağa çalışacaqlar, ancaq çox hallarda onlar böyük əngəllərlə rastlaşacaqlar;  

10) yaxın gələcək üçün konfliktlərin ocaqları Qərb və bəzi İslam-Konfutsian ölkələri 

arasında olacaq. 

 

Bu düşüncələr sivilizasiyalar arasında konfliktlərin arzuolunarlığını söyləmək üçün deyil, 



güman edilən gələcəyi görükdürmək üçündür. Əgər mənim fərziyyəmin ehtimal gücü 

varsa, onun əsasında Qərb siyasəti üçün sonuclar çıxarmaq gərəkdir. Həmin sonucları 

yaxın zaman və uzaq zaman arasında bölək. Yaxın zamanda, aydındır ki,  

 

1) Qərbə sərfəlidir öz maraqları üçün içindəki ölkələr arasında işbirliyini və vəhdəti daha 



da irəlilətsin. Bu deyilənlər, özəlliklə, Şimali Amerika ilə Avropaya aiddir;  

2) Qərb ona mədəniyyətcə yaxın olan Şərqi Avropa və Latın Amerikası ölkələrini 

inteqrasiya etməlidir;  

3) Rusiya və Yaponiya ilə əməkdaşlığı qorumalı və irəlilətməlidir;  

4) sivilizasiyalar arası konfliktlərin böyük sivilizasiyalar savaşına keçməsinin qarşısını 

almalıdır;  

5) Konfutsian və İslam hərbi güclərinin genişlənməsinə cızıq qoyulmalıdır;  

6) Qərb öz hərbi potensialını azaltmağı yavaşıtmalı, Şərq və Cənub Asiyada hərbi 

üstünlüyünü qorumalıdır;  


Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling