Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 189
yaraq-yasaqla zəngin ölkələrə çevrildilər. Ərəblərlə (Qərbin yaratdığı) İsrail arasında bir neçə savaş baş verdi. 1950-ci illərin çoxunu Fransa Əlcəzairdə qanlı və amansız savaşa düçar oldu. 1956-da Britaniya və Fransa gücləri Misirə girdilər. 1958-də Amerika qüvvələri Livana yeridi və sonra dəfələrlə ora qayıtdı. 1958-də amerikanlar Liviyaya da təkrar-təkrar hücumlar etdilər və dəfələrlə İranla müxtəlif hərbi qarşıdurmalara düşdülər. Cavabında ən azı üç Orta Şərq dövlətlərində arxa qazanmış ərəb və İslam terrorçuları zəiflərin silahına əl atıb Qərb təyyarələrini, binalarını bombalamağa, qərblilərdən girovlar götürməyə başladılar. Ərəblərlə Qərb arasında savaş 1990-da zirvə nöqtəsinə çatdı. Bu il Amerika İran Körfəzinə böyük hərb yeritdi ki, bəzi ərəb ölkələrini başqa ərəb ölkələrinin təcavüzündən qorusun. Bu savaşdan sonra indiyənəcən NATO-nu planları «güney sərhədləri» boyunca sıralanan potensial təhlükələri, səbatsızlıqları nəzərə alınaraq cızılır. Qərblə İslam arasındakı hərbi qarşıdurma düz yüz ildir, çəkir və onun səngiyəcəyi az ağla batır. Tərsinə, o daha da kəskinləşə bilər. Körfəz Savaşı xeyli ərəbi öyündürdü ki, Səddam Hüseyn İsrailə hücum edib və bütün Qərbə qarşı durub. Savaş həm də Körfəzdə Qərb hərbinin bulunması ilə bağlı müsəlmanların ürəyinə xeyli xəcalət və narazılıq saldı. Qərbin hamını üstələyən hərbi, onların isə talelərini qura bilməkdə açıqca görünən bacarıqsızlığı bu duyğuları daha da gücləndirdi. Çox ərəb ölkələri – özü də yalnız neft ixrac edənlər yox, - elə iqtisadi və sosial gəlişmə mərtəbəsinə çatıblar ki, artıq, avtoritar hakimiyyətlə bu mərtəbə uyuşmur, ona görə də ölkəyə demokratiyanı gətirmək üçün çalışmalar güclənib. Ərəb siyasi sistemlərinin bəlli dərəcədə açıq sistemə çevrilməsi, artıq, oluşmaqdadır. Ancaq bütün bunlardan hələ ki prinsipial faydanı İslamçı hərəkat götürür. Ərəb ölkələrində Qərb demokratiyası anti-qərbçi qüvvələri gücləndirir. Bəlkə də adı çəkilən proses ötüb keçəcək, ancaq hər halda indidən onun sonucunda İslam ölkələri ilə Qərb arasında ilişgilər kəskincə mürəkkəbləşib. İlişgilər mürəkkəbləşib həm də demoqrafik səbəblərə görə. Ərəb ölkələrində, özəlliklə, Şimali Afrikada əhalinin azman artımı Qərbi Avropaya mühacir axınının güclənməsi ilə sonuclanır. Öz növbəsində Qərbi Avropa ölkələri arasındakı sərhədlərin yavaş-yavaş aradan qalxması fonunda mühacirlərin axını kəskin siyasi narazılıq yaradır. Bunun sonucudur ki, İtaliyada, Fransada, Almaniyada irqçilik getdikcə daha açıq-saçıq forma alır. Ərəb, türk mühacirlərinə qarşı siyasi reaksiya və zorakılıqsa 1990-dan bu yana daha da artıb. İndi hər iki tərəf İslam və Qərbin qarşılıqlı eyləmələrini sivilizasiyaların konflikti kimi görür. M.C. Əkbər adında Hindistanlı müsəlman jurnalisti yazır: - «Qərb güman ki, müsəlman dünyası ilə konfrantasiyaya girməli olacaq. Məğribdən tutmuş Pakistanacan İslam dünyasının geniş yayılması yeni dünya sahmanı, düzəni üstünda çarpışma ilə sonuclanacaq». Bernard Lyuisin gəldiyi nəticə də oxşardır: ―Biz elə ovqatla, hərəkatla üzləşmişik ki, onlardan istifadə etmək istəyən siyasətin, dövlətlərin gücü çatan şeylər deyillər. Bu, nə az, nə çox sivilizasiyaların çarpışmasıdır. Olsun ki, həmin çarpışma irrasionaldır, ancaq hər halda bizim İudo-Xristian ənənələrimizə, dünyəvilikdə bulunan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 190
indimizə və bunların hər ikisinin qlobal genişlənməsinə əski rəqibimizin tarixən şərtlənmiş reaksiyasıdır» (2). Tarix boyu Ərəb-İslam sivilizasiyası ilə Cənubdakı bütpərəst (müşrik), animist, indi isə əsasən xristian olan qaradərililər bir-biri ilə antaqonist davranışlarda bulunmuşdular. Keçmişdə bu antaqonizm ərəb qul alverçisi ilə qara qulun simalarında özünə görüntü qazanmışdı. İndi isə həmin düşmənçilik Sudandakı ərəblərlə qaralar arasında uzanan vətəndaş savaşında özünü göstərir. Bu düşmənçilik eyni ilə Çadda Liviyanın yardım etdiyi qiyamçılarla hökumət arasında, Afrika Buynuzu ölkəsində pravoslav xristianlarla müsəlmanlar arasında, Nigeriyada müsəlmanlarla xristianlar arasında baş verən silahlı və qanlı çarpışmalardan da bilinir. Afrikanın modernləşməsi, orada Xristianlığın yayılması yəqin ki, iki sivilizasiya arasındakı çat boyu zorakılığın olma gümanını daha da artıracaq. 1993-ün fevralında Xartumda Papa II İoan Pavelin çıxışı göstərdiyimiz konfliktin intensivləşməsinin bir simptomu oldu. Çıxışında o, xristian azlığına etdiklərinə görə Sudanın islamçı hakimiyyətinin üstünə düşmüşdü. İslamın Şimali sərhədlərində konflikt pravoslavlarla müsəlmanlar arasında gedir. Bununla bağlı Bosniya və Sarayevodakı qırğınları, serblərlə albanlar arasındakı sönməyən çarpışmaları, bolqarlarla türk azlığı arasındakı gərginliyi, osetinlərlə inquşlar, ermənilərlə azərbaycanlılar arasındakı qanlı toqquşmaları, ruslarla müsəlmanların Orta Asiyada konfliktlərini və rus hərbi qüvvələrinin Rusiyanın maraqlarını qorumaq üçün Qafqazda və Orta Asiyada yerləşdirilməsini yada salmaq olar. Din etnik kimliyin canlanmasına yeni güc verir və bununla Rusiyanın öz güney sərhədlərinin təhlükəsizliyi haqqında qorxularını daha da artırır. Bunu Arçi Ruzvelt yaxşı duyub: - ―Rusiya tarixinin böyük kəsimində slavyanlarla türklər arasında sərhəd savaşları olub. Bu savaşların başlanğıcı min ildən də o taya, rus dövlətinin qurulduğu çağa gedib çıxır. Slavyanların min il ərzində Şərq qonşuları ilə uzun-uzadı konfrantasiyada bulunması yalnız Rusiya tarixini anlamaq üçün yox, həm də rus xarakterini bilmək üçün açardır. Bugünkü Rusiyada olanları anlamaq üçün gərək yüzillər boyu dəfələrlə onun diqqətini özünda saxlamış türk etnik qrupunu unutmayasan» (3). Asiyanın hər yerində sivilizasiyaların konflikti dərin kök salıb. Subkontinentdə müsəlmanlarla hinduslar arasındakı tarixi çarpışmalar indi özünü yalnız Pakistanla Hindistan arasındakı düşmənçilikdə bildirmir. Hindistanın özündə yaxşı yaraqlanmış hindus qrupları ilə böyük kütlə olan müsəlman azlığı arasında dini toqquşmalar var. 1992-nin sentyabrında Ayodhya Məscidinin sökülməsi belə bir sualı ortaya çıxardı: Hindistan dünyəvi demokratik dövlət olaraq qalacaq, yoxsa hinduslaşacaq? Şərqi Asiyada Çinin öz qonşularının çoxu ilə ciddi ərazi dartışmaları var. Çin Tibet buddistləri ilə amansızcasına haq-hesab çürütmüşdü. İndi isə türk-müsəlman azlığı ilə eyni cür davranmağa hazırdır. Soyuq Savaşın sona yetməsi ilə Çinlə Birləşmiş Ştatlar arasında İnsan Haqları, ticarət və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində ziddiyyətlər daha da güclənib və ümid yoxdur ki, haçansa yumşalma gedəcək. 1991-də
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 191
Den Syaopin xəbərdarlıq etmişdi ki, «Çinlə Amerika arasında yeni soyuq savaş sürməkdədir». Den Syaopinin sözlərini Yaponiya ilə Birləşmiş Ştatların getdikcə mürəkkəbləşən ilişgilərinə də aid etmək olar. Burada mədəniyyət fərqləri, fərqləri iqtisadi konflikti şiddətləndirir. Hər tərəf o birisini irqçilikdə suçlayır. Ancaq ən azı Amerika tərəfdə antipatiya irqi yox, mədəniyyət xarakteri daşıyır. Bu iki toplumun təməl dəyərləri, davranış qaydaları və üslubları o qədər ayrılır ki, daha bundan artıq ola da bilməz. İqtisadiyyatda Amerika ilə Avropanın düşüncə ayrılığı Yaponiya ilə olanlardan az deyil. Ancaq bu ayrılıq Yaponiya ilə olan qədər siyasətdə qabarmır və emosional gərginlik oyatmır. Səbəb isə ondadır ki, Amerika ilə Avropa mədəniyyətlərinin arasındakı fərqlər Amerika ilə Yapon sivilizasiyalarının ayrılıqlarına baxanda çox azdır. Sivilizasiyaların biri-birinə təsir etmə zamanı zorakılıq imkanları meydana gələ bilər. Amerika ilə Avropa subsivilizasiyaları (altsivilizasiyaları) arasında iqtisadi yarış üstünlük qazanıb. Belə bir yarış onların hər ikisi ilə Yaponiya arasında da var. Ancaq Avroasiya zolağında konfliktlər bolluca yayılıb və onların arasında «etnik təmizləmə» cizgilərini almış konfliktlər elə də az deyil. Belə konfliktlər burada ayrı-ayrı sivilizasiyalardan olan qruplar arasında daha tez-tez olur və bu zaman zorakılıq aşırı olur. Avroasiyada sivilizasiyalar arasında tarixən yer almış sərhədlər var və onlar yenidən konfliktlər odunda yanır. Bu konfliktlər İslam dünyasının Afrikadan tutmuş Orta Asiyayacan uzanan aypara cızıqlı sərhədlərinda daha şiddətlə od tutub yanır. Ancaq iş burasındadır ki, müsəlmanlarla başqalarının konfliktlərində də zorakılığa genişcə əl atılır. Beləcə, Balkanlarda müsəlmanlarla Ortodoks serblərin, İsraildə yəhudilərin, Hindistanda hindusların, Birmada buddistlərin, Filippində katoliklərin konfliktləri zorakılıqla doludur. Hər yerdə İslamın sərhədləri qana batıb.
SİVİLİZASİYALARIN SIX BİRLİYİ: ―QARDAŞ ÖLKƏLƏR» SİNDROMU Bir sivilizasiyadan olan dövlətlər savaşa cəlb olunanda, sözsüz ki, öz sivilizasiyalarının başqa üzvlərindən arxa qazanmağa çalışırlar. Soyuq Savaşdan sonra yeni dünya düzəni formalaşır. H.D.S. Qrinveyin «qardaş dövlətlər» sindromu adını verdiyi sivilizasiya birliyi öncələr əməkdaşlığın və koalisyonların başlıca prinsipi saylan ənənəvi güclər tarazılığının, eləcə də siyasi ideologiyanın yerini tutur. «Qardaş ölkələr» sindromunun yavaş-yavaş əmələ gəlməsi özünü, Soyuq Savaşdan sonrakı bütün konfliktlərdə, - İran Körfəzində, Qafqazda və Bosniyada aydınca göstərir. Sadalanan bölgələrdəki davaların heç biri sivilizasiyalar arasında baş verən tammiqyaslı savaş deyil. Ancaq onların hər birisi özündə sivilizasiyaların iç konsolidasiyasını ünsürlər kimi göstərir. Özü də belə görünür ki, konfliktlər inkişaf etdikcə bu amil daha önəmli olacaq. İndiliksə həmin amil gələcəkdə olacaq hadisələri müjdələyir. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 192
Birincisi, Körfəz Savaşında öncə bir ərəb dövləti başqa ərəb dövlətinin içinə girmiş, sonra isə ərəb, Qərb və başqa ölkələrin koalisyonu ilə savaşmışdı. Səddam Hüseynə çox az müsəlman hökumətləri açıqca qahmar çıxsa da xeyli ərəb ölkələrinin elitası onu xəlvətcə həvəsləndirmişdi və o, ərəblərin çoxu arasında böyük populyarlıq qazanmışdı. İslam fundamentalist hərəkatı isə Qərb arxalı Küveyt, Səudiyyə Ərəbistanı hökumətlərini yox, daha çox İraqa kömək olmuşdu. Səddam Hüseyn özü ərəb millətçiliyini qızışdıraraq açıqca İslama üz tutmuşdu. O və ona qahmar çıxanlar çalışırdılar ki, savaşı sivilizasiyalar arasında olan dava kimi tanıtsınlar. «Bu, İraqa qarşı dünya savaşı deyil. Bu, İslama qarşı Qərbin savaşıdır» cümlələri Məkkənin Ümm əl-Kura Universitetində İslam Araşdırmalarının dekanı Səfər əl-Həvalinin dilindən çıxmışdı, sonra isə maqnitofon lentində geniş yaydırılmışdı. İranın baş dini lideri Ayətolla Əli Xamenei isə birdən-birə İranla İraq düşmənçiliyini boş buraxıb Qərbə qarşı cihada çağırmışdı: «Qərbin təcavüzünə, acgözlüyünə, planlarına, siyasətinə qarşı mübarizə cihad sayılacaq və bu yolda öldürülənlər şəhiddirlər». İordaniyanın kralı Hüseyn isə bildirmişdi: «Bu dava bütün ərəblərə, bütün müsəlmanlara qarşıdır, dava təkcə İraqa qarşı deyil». Ərəb elitalarının və camaatının önəmli kəsiminin Səddam Hüseynin arxasında durması məcbur etdi ki, anti-İraq koalisyonunda olan ərəb hökumətləri davranışlarını dar cızığa salıb bəyanatlarını yumşaltsınlar. Qərb İraqa basqı yapmağa çalışanda, - buna 1992-nin yayında İraq üçün qeyri-uçuş zonaları qoymaq və 1993-ün yanvarında İraqın bombalanması da aiddir, - ərəb hökumətləri ya qarşı çıxdılar, ya da özlərini aralı tutdular. 1990-cı ildə İraqa qarşı olan Qərb-Sovet-Türk-Ərəb anti-İraq koalisyonu 1993-də yalnız Qərb ilə Küveytin İraqa qarşı koalisyonu oldu. Müsəlmanlar Qərbin İraqla bağlı qətiyyətini bosniyalıları serblərdən qoruya bilməməsi və BMT-nin qətnamələrinə məhəl qoymayan İsrailə sanksiyalar tətbiq etməməsi ilə tutuşdurub onu ikili əxlaqda suçlayırlar. Ancaq, o biri yandan, sivilizasiyaların çarpışdığı dünya ikili standartlar dünyası olmağa məhkumdur: uluslar bir standartla ―qardaş ölkələrə», o birisi ilə başqalarına baxırlar. İkincisi, ―qardaş ölkə» sindromu keçmiş Sovetlər Birliyindəki konfliktlərdə də üzə çıxmışdı. 1992-1993-cü illər arasında ermənilərin hərbi uğuru Türkiyəni öz din, etnik və dil qardaşlarına möhkəm qahmar çıxmağa itələmişdi. 1992-ci ildə bir türk rəsmisi bildirmişdi: «Bizdə azərbaycanlıların hissiyyatı kimi hissiyyatı olan türk milləti var. Ona görə də biz basqı altındayıq. Qəzetlərimiz qəddarlığı göstərən fotolarla doludur və bizdən soruşurlar: belə şeylərdən sonra da neytrallıq siyasətini yeridəcəksiniz? Bəlkə ermənilərə göstərməyin vaxtı çatıb ki, burada böyük Türkiyə var». Prezident Turqut Özal özü də bu fikirlə razı idi və bildirirdi ki, Türkiyə əvvəl-axır Ermənistanı bir az qorxutmalıdır. 1993- cü ildə Özal bir daha hədələmişdi ki, Türkiyə «dişlərini göstərəcək». Türkiyə hava güclərinin qırıcıları indi Ermənistan sərhədləri boyunca kəşfiyyat uçuşları aparırlar. Türkiyə Ermənistan üçün ərzaq daşıyan gəmiləri, uçaqları saxlayır. Türkiyə ilə İran birgə bildiri veriblər ki, onlar heç vaxt Azərbaycanın bölünməsini qəbul etməyəcəklər. Keçən illərdə Sovet hökuməti Azərbaycana qahmar çıxmışdı, çünki bu axırıncının hökumətində “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 193
keçmiş kommunistlər üstün idi. Ancaq Sovetlər Birliyinın sona yetməsi ilə məsələyə siyasi baxış yerini dini baxışa verdi. Rusiyanın döyüş qüvvələri ermənilər tərəfində vuruşdular. Azərbaycansa Rusiyanı «180 dərəcə dönüb» xristian Ermənistana arxa durmaqda suçladı. Üçüncüsü. Qərblilər keçmiş Yuqoslaviyadakı döyüşlərdə Bosniya müsəlmanlarına rəğbət göstərib qahmar çıxdı, serblərin hərəkətləri isə onları dəhşətə gətirdi. Ancaq bu dəhşətin yanında Horvatların müsəlmanlara hücumuna və Bosniya-Hersoqovinanı bölüşdürməkdə iştiraklarına az maraq gəstərildi. Yuqoslaviyanın dağılmasının ilk dönəmində Almaniya görünməmiş diplomatik girişim və güc göstərib Avropa Birliyinin 11 ölkəsini Sloveniya ilə Horvatiyanı tanımağa vadar etdi. Papanın bu iki katolik ölkəsinə möhkəmcə arxa durmaq qərarının nəticəsi olaraq Vatikan Avropa Birliyindən də qabaq onları tanıdı. Beləliklə, Qərb sivilizasiyasının aparıcı ölkələri öz dindaşlarının arxasına toplaşdılar. Bunun sonucunda Horvatiya Mərkəzi Avropa və başqa Qərb ölkələrindən çoxlu yaraqlar aldı. Boris Yeltsin hökuməti isə elə bir orta yol tutmağa çalışdı ki, bir yandan, Ortodoks serblərə rəğbətini anlatsın, o biri yandan isə Rusiyanı Qərbə yadlaşdırmasın. Ancaq Rusiyanın konservativ, millətçi qrupları, - bunların arasında çoxlu millət vəkilləri də vardı, - serblərə arxa durmağa hazır olmadığı üçün hökumətin üstünə düşdülər. 1993-cü ilin erkənlərində bir neçə yüz rus açıq-aydın serb qüvvələrində qulluq etməyə getdi. Soraqlar fırlanırdı ki, Rusiya serblərə kömək üçün yaraq-yasaq da yollayır. O biri yandan, İslam hökumətləri, qrupları Bosniyanın dadına çatmadığı üçün Qərbi ifşa etməklə məşğul idilər. İran rəhbərliyi dünyanın bütün müsəlmanlarına durmadan çağırış edirdi ki, Bosniyaya kömək əlini uzadın; özü isə BMT-nin silah embarqosunu pozaraq ora yaraqlar və əsgərlər göndərirdi; Livanın İran tərəfindən dəstəklənən dəstələri Bosniya döyüşçülərini öyrətmək və təşkil etmək üçün partizanlar göndərmişdilər. Çatan soraqlara görə 1993-də iyirmi ölkədən 4 000-cən müsəlman Bosniya tərəfində vuruşurdu. Səudiyyə Ərəbistanını və başqa müsəlman ölkələrinin hökumətlərini bosniyalılara daha çox yardım etməyə sürükləmək üçün həmin ölkələrin özündəki fundamentalist qruplar getdikcə daha güclü basqılar yapırdılar. 1992-nin axırlarında, soraq gəldi ki, Səudiyyə Ərəbistanı silahlanmaq və ərzaqla təmin olmaq üçün bosniyalıları xeyli maliyyələşdirib. Bunun sonucunda serblərlə üzbə-üzdə bosniyalıların döyüş bacarıqları önəmli dərəcədə artdı. 30-cu illərdə İspaniya Vətəndaş Savaşı siyasi baxımdan faşist, kommunist, demokratiya rejimlərində olan ölkələrin işə qarışmasına gətirib çıxarmışdı. Bu gün, - 90-cı illərdə isə yuqoslav konflikti Müsəlman, Ortodoks, Qərbi Xristian ölkələrinin işə qarışmalarına səbəb olmuşdur. Bu paralel heç kimin gözündən yayınmamışdır. «Bosniya- Hersoqovinadakı savaş İspaniyada faşizmə qarşı mücadilənin emosional ekvivalentinə çevrilib, - bunu bir Səudiyyə Ərəbistanı icmalçısı demişdi, - burada ölənlər müsəlman qardaşlarını qurtarmaq uğrunda şəhid sayılırlar». Konflikt və zorakılıq, sözsüz, həm bir sivilizasiyanın içindəki ölkələr arasında, həm də o ölkələrin öz içində baş verə bilir. Ancaq bu zaman konfliktlərin intensivliyi, yayılmışlığı, adətən, sivilizasiyalar arasında baş verən konfliktlərə baxanda az olur. İki tərəfin eyni “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 194
sivilizasiyaya mənsubluğu başqa halda konfliktdə şiddətlənəcək zorakılığın olması gümanını azaldır. 1991-1992-ci illərdə Rusiya ilə Ukrayna arasında mübahisəli ərazilərə, özəlliklə, Krıma, eləcə də Qara Dəniz donanmasına, nüvə silahı arsenalına və iqtisadi problemlərə görə silahlı konfliktlərin ola biləcəyi gümanı yaranmışdı. Bu ehtimala baxıb xeyli adam yaraqlanmışdı da. Ancaq sivilizasiya dediyimizin bir mənası varsa, onda ukraynalılarla ruslar arasında ciddi toqquşma çətin ki, baş versin. Onların ikisi də yüzillərlə yaxın ilişgidə bulunmuş slavyan uluslarıdır, əsasən də pravoslav dinindədirlər. Ona görə də 1993-ün erkənlərində konflikt üçün bütün səbəblərin olmasına baxmayaraq hər iki ölkənin liderləri effektiv bağlaşma yapmaq yolunu tutaraq iki ölkə arasındakı partlayışlı məsələlərin fitilini çıxartdılar. Ancaq həmin vaxtlarda keçmiş Sovetlər Birliyinin hər yerində müsəlmanlarla xristianlar arasında sərt döyüşlər gedirdi. Baltik ölkələrində isə Qərb və pravoslav xristianlığı arasında böyük, bəzənsə birbaşa toqquşmalara çatan gərginlik vardı. Halbuki, ruslarla ukraynalıların qarşıdurmaları zorakılıq həddinə çatmadı. İndiyənəcən sivilizasiyaların toparlanması yığcam formada baş verirdi, ancaq proses inkişaf edir və onun gələcək üçün xeyli potensialı var. Baxın, Fars Körfəzində, Qafqazda, Bosniyada konfliktlər davam etdikcə dürlü ölkələrin mövqeyi, onlar arasındakı fərqlər getdikcə daha çox hansı sivilizasiyadan olmalarından asılılığa düşür. Populist siyasətçilər, dini liderlər, Mass-media isə bundan güclü silah kimi istifadə edərək kütlələri öz tərəflərinə çəkirlər və bununla da tərəddüddə olan hakimiyyətlərə basqı yapırlar. Üzümüzə gələn illərdə çox güman ki, Bosniyada və Qafqazdakı kimi sivilizasiyalararası çatlar boyu baş verən lokal konfliktlərin eskalasiya edib böyük savaşa çevrilməsi ən böyük qorxu olacaq. Növbəti dünya savaşı, əgər bu savaş olacaqsa, sivilizasiyalar arasında baş verəcək.
QƏRB YERDƏ QALAN DÜNYAYA QARŞI Başqa sivilizasiyalara baxanda Qərb indi öz əzəmətinin tam zirvəsindədir. Onun opponenti olan superdövlət siyasi xəritədən gedib. Qərb dövlətləri arasında hərbi konfliktlər indi ağıla batmır. Onların hərbi gücləri də bir-birinə düşmən kimi baxmırlar. Yaponiyanı çıxsaq, iqtisadiyyatda Qərbə meydan oxuyacaq ayrı ölkə yoxdur. Beynəlxalq siyasi və təhlükəsizlik qurumlarında o, üstündür. Uluslararası iqtisadi sahədə isə üstünlüyü Yaponiya ilə bölüşdürür. Qlobal siyasət və təhlükəsizlik məsələləri ABŞ-ın, Britaniyanın, Fransanın başçılığı altında uğurla çözələnir, dünyanın iqtisadi problemlərinin öhdəsindən isə ABŞ-ın, Almaniyanın və Yaponiyanın başçılığı ilə gəlinir. Bu işdə onlar ilişgələrini çox sıx qururlar ki, yerdə qalan qeyri-Qərb dövlətlərini yaxın buraxmasınlar. BMT-nin Təhlükəsizik Şurasında və ya Beynəlxalq Volyuta Fondunda çıxarılmış qərarlar, əslində, Qərbin maraqlarından doğur, hərçənd sonra da dünyaya elə göstərilir ki, guya bu qərarlar Dünya Birliyinin gərəklərinə uyğundur. İşlək deyim olan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – Download 3.88 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling