Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Çevirəni: Mustafa Hacıbəyli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 209
Birincisi, qeyri-qərb ölkələrində keçirilən seçkilər ölkədə demokratik institutların mövcudluğu üçün ciddi təhlükə mənbəyi olan siyasi liderlərin və qrupların qələbəsi ilə başa çata bilir. Latın Amerikasında və keçmiş Sovet İttifaqı respublikalarında seçkiylə hakimiyyətə gəlmiş iqtidar sahibləri bir çox hallarda irticaya və qeyri- demokratik idarəçilik üsullarına əl atır, öz opponentlərini təqiblərə məruz qoyur və ölkəni sərəncamlarla idarə etməyə üstünlük verirlər. Nümunə olaraq, Gürcüstanda Zviyad Qamsaxurdianın, Peruda Alberto Fuximorinin adlarını çəkmək olar. Latın Amerikası ölkərərindəki bəzi başqa iqtidar sahibləri isə ölkələrinin parlamentlərini özlərinə tabe etdirib və öz səlahiyyət müddətlərinin uzadılmasına hesablanan konstitusiya dəyişikliklərinə nail olublar. Qərbin liberalizm vərdişlərinə yiyələnməmiş qeyri-qərb cəmiyyətlərində seçki vasitəsiylə formalaşan hakimiyyətlər insan hüquqları məsələsini nadir hallarda diqqətdə saxlayır, azlıqların hüquqlarını tapdalaya, mətbuat azadlığını məhdudlaşdıra, hətta polis tərəfindən törədilən kobud pozuntulara göz yuma, buna rəvac verə bilirlər. İkincisi, qeyri-qərb ölkələrində müşaiyət olunan müəyyən seçki situasiyaları siyasətçiləri onlara əlavə səs gətirə bilən, lakin bir çox hallarda etnik, dini və millətçi səciyyə daşıyan şüarlar irəli sürməyə təhrik edir. Bu tipli şuarlar ölkə daxilində ziddiyətlərin kəskinləşməsinə, antiqərb təmayüllü siyasətçilərin və siyasətin qələbəsinə gətirib çıxara bilər. Paradoksal olsa da, qeyri-qərb cəmiyyətləri tərəfindən Qərbin demokratik institutlarının həzm edilməsi bir çox hallarda anti-qərb siyasi hərəkatların inkişafına təkan verir və onların hakimiyyətə yiyələnməsi ilə sonuclanır. Demokratiya kosmopolitləşdirən yox, parselarizmləşdirən prosesesə çevrilir. Qeyri-qərb ölkələrində siyasətçilər özlərinin qərbyönlü meyllərini nümayiş etdirdikləri halda qalib gələ bilmirlər. Qərb dövlətlərindəki dünyəviliyə qarşı çıxış edən dini təmayüllü partiyalar Türkiyə, Hindistan, İsrail, və keçmiş Yuqoslaviya respublikalarında uğurlu nəticələrə nail olublar. Əlcəzairdə yalnız hərbiçilərin müdaxiləsi sayəsində fundamentalist İslam Qurtuluş Cəbhəsinin seçkilərdə qələbə çalmasının qarşısı alınıb. Türkiyədə hərbiçilər islamçı Rifah partiyasının rəhbərliyi ilə qurulmuş hökuməti istefaya getməyə məcbur ediblər. Görünür, bəzi müsəlman dövlətlərində məsələ belə qoyulur: ya antidemokratik dünyəvi dövlət, ya da antiqərb demokratiyası seçilməlidir. Qərbdə seçki demokratiyası siyasi liberalizm təməli üzərində qurulur, insan hüquqları və hüquqi dövlət prinsiplərini özündə ehtiva edir. Lakin qeyri-qərb ölkələrindəki qeyri- liberal siyasi sistemlərində də seçki demokratiyası müəyyən rol oynaya bilər. İranın təcrübəsinə nəzər salaq. Bu, fundamentalist ölkədir. Bütün hakimiyyət ali ayatollanın və dini liderləri özündə cəmləyən Dini Şuranın əlində cəmlənib. İnqilabın, rejimin və onun dini liderlərinin hər hansı formada tənqidi qəti qadağan edilib. KİV-lər ya hakim dairələrin birbaşa sərəncamındadır, ya da amansız senzuraya məruz qalır. Dini azlıqlar istila edilib, bəziləri isə, məsələn vəhabilər, təqib olunur. Qanunsuz həbslər, eləcə də bəzi məlumatlara görə məhbuslara işgəncə verilməsi geniş yer alır. Siyasi məhbusların sayı olduqca çoxdur. Aydındır ki, İran Qərbin liberal modelindən xeyli geridə qalıb. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 210
Bütün bunlara rəğmən İranda müəyyən mənada seçki demokratiyası mövcuddur. 1997-ci ildə keçirilən prezident seçkilərində Məhəmməd Hatəmi hakim qruplaşmanın namizədi üzərində inamlı qələbə qazandı. O, seçmək hüququ olan əhalinin 88 faizinin iştirak etdiyi seçkilərdə səslərin 69 faizini qazanmışdı. 1993-cü ildə Haşəmi Rəfsancani dörd namizəd arasında olduqca kəskin mübarizə şəraitində keçirilən seçkilərdə səslərin 63 faizini toplayaraq qalib gəldi. 1992-ci ildə Məclisə - İran parlamentinə keçirilən seçkilərdə Dini Şura minlərlə şəxsin namizədliyini rədd etdi. Lakin qalan iki min namizəd 270 yer uğrunda kəskin mübarizə apardılar. 1996-cı ildə Şura iki min nəfərin namizədlik hüququnu tanımadı, lakin qalan üç min namizəd 270 yer uğrunda mübarizə apardılar. Siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğundan, bu və digər seçkilərdə namizədlər iki firqəvari siyasi qruplaşmalarda cəmlənirlər. Onlardan biri qismən loyal, digəri isə daha fundamental baxışları təmsil edir. Qadınlar həm səsvermədə iştirak edir, həm də öz öz namizədliklərini irəli sürürlər. Məclisin 1997-ci ildə seçilən tərkibinin 5 faizi qadınlardan ibarətdir. Üstəlik, Məclis ciddi hakimiyyətə malikdir. Bu struktur prezident tərəfindən nazirlər kabinetinə təqdim olunan bəzi namizədləri təsdiqləməkdən imtina etməklə bərabər, bir sıra nazirləri istefaya getməyə də vadar edib. Məclis iqtisadi siyasətin və digər məsələlərin müzakirəsində fəal iştirak edir, 1994 və 1995-ci illərdə isə İranın o zamankı prezidenti Haşimi Rəfsancaninin həyata keçirmək istədiyi islahatlar qarşısında faktiki olaraq sədd çəkə bilmişdi. Demək olar ki, bütün Yaxın Şərqdə İran Məclisi İsrail knessnetindən sonra ən fəal parlamentdir. Bir-iki ölkə istisna olmaqla bütün ərəb dövlətləri və bütün islam dövlətləri arasında, İran seçkiqabağı mübarizənin ən kəskin formalarda aparıldığı bir ölkədir. Beləliklə, İranda rəqabətli seçki sistemi, eyni zamanda fundamentalist represiyalar və insan hüquqlarının kobud pozulması şəraiti mövcuddur. Fars körfəzi regionunda Səudiyyə Ərəbistanı - ABŞ-ın ən yaxın müttəfiqi - ən antidemokratik ölkədir, ABŞ-ın əsas əleyhidarı olan İran isə əksinə, bölgənin ən demokratik ölkəsidir.
Qərbin təsiri İnsan ləyaqəti anlayışı üzərində köklənən liberal demokratiya Qərb sivilizasiyasının məhsuludur, bu səbəbdən belə bir mülahizə də mövcuddur ki, Qərbdən kənarda liberal demokratiyanın qurulması mümkün deyil. Əslində isə Yer üzündə mövcud olan hər bir sivilizasiyada azı bir demokratik ölkə mövcuddur. Yəni, liberal demokratiyanı lokal, qeyri-qərb mədəniyyətləri ilə uzlaşmayan quruluş saymaq olmaz. Hərçənd, qeyri-qərb cəmiyyətləri tərəfindən liberal demokratiyanın, yaxud seçkili demokratiyanın qavranılması səviyyəsi Qərbin onlara təsirinin səviyyəsindən asılı olur. Hakimiyyət və idarəetmə orqanları qismən açıq və ədalətli seçkilər vasitəsilə formalaşdırılan 39 ölkədə siyasi və vətəndaş azadlıqları tam şəkildə təmin olunmayıb. Onlardan onu Latın Amerikasının, səkkizi Afrikanın, beşi pravoslav-xristian aləminin, beşi isə islam dövlətlərinin payına düşür. Həmin ölkələrdə heç də həmişə seçkili demokratiya liberal “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 211
demokratiyaya keçid mərhələsi rolunu oynamır. Məsələn Hindistan, Türkiyə və Şri Lankada (təbii ki, başqa nümunələr də göstərmək olar) hələ yarım əsr bundan öncə seçkili demokratiya qurulub, lakin buna baxmayaraq indi də bu ölkələrdə vətəndaşların hüquq və azadlıqları yetərincə təmin olunmur. Dünyanın nəhəng sivilizasiyaları istər Qərb mədəniyyəti ilə oxşarlıq səviyyəsi baxımından, istərsə də Qərbin onlara təsiri səviyyəsi baxımından bir-birindən ciddi şəkildə fərqlənir. Şübhəsiz ki, Latın Amerikasını Qərblə bağlayan tellər daha sıxdır və bəzi mülahizələrə görə Latın Amerikası Qərb sivilizasiyasına aid edilə bilər. Pravoslav aləmi ilə qohumluq daha qədim və daha problemlidir. Afrikada Qərbin hökmranlığı qısa, təsiri isə, Cənubi Afrika istisna olmaqla xeyli dərəcədə məhdud olub. İslam aləminə gəlincə, Qərbin buradakı müxtəlif dövlətlərə təsirinin səviyyəsi müxtəlif olsa da, həmin regionun özəyi olan ərəb dünyasında bu təsirin məhdudluğu qeyd edilməlidir. Çindəki durum da təqribən eynidir. Ümumilikdə, qeyri-qərb cəmiyyətlərində seçki demokratiyasının və liberal demokratiyanın qavranılması səviyyəsi Qərbin bu ölkələrə təsirinin dərəcəsindən asılı olub. Demokratik inkişaf o zaman başlayır ki, siyasi liderlər ona təkan verməyi özlərinin maraqlarına uyğun saysın və ya bunu özlərinin borcu bilsinlər. Lakin dünyanın bir çox bölgələrində belə elitalar mövcud deyil. İslam ölkələrinin əksəriyyətində avtoritar iqtidarlar vəziyyət üzərində tam nəzarətə malikdirlər və demokratik dəyişikliklərə cüzi də olsa maraq göstərmirlər. İslam aləmindəki azsaylı demokratik dövlətlərdə isə başçılar qeyri-demokratik idarəetmə üsullarından istifadə edir və seçkili demokratiyadan liberal demokratiyaya keçidə maraq göstərmirlər. Diqqətəlayiq məsələlərdən biri də odur ki, fundamentalist rejimlərin mövcud olmadığı əksər ölkələrdə fundamentalist hərəkatlar müxalifət düşərgəsində əhəmiyyətli, bəzənsə aparıcı rol oynayır. Liberal-demokratik müxalif qruplaşmaların formamalaşmaması nəzərə çarpır. Fuad Əcəmi demişdi ki, "bütün islam rejimlərində liberalizmdən və milli burjuaziya ənənələrindən yazmaq , ümidsiz vəziyyətdə nəsə eləməyə çalışan, lakin heç nəyə nail olmayan insanlar haqda nekroloq yazmağa bərabərdir". Digər tərəfdən, hamı tərəfindən dərk edilir ki, demokratiya qüdrətli vətəndaş cəmiyətinə arxalanmalıdır. Hazırda islam ölkələrində belə vətəndaş cəmiyyəti qurulmaqdadır, lakin bu, dünyəvi, yaxud liberal deyil, fundamentalist vətəndaş cəmiyyətidir. Çində və bir çox Asiya ölkələrində elitalara liberal demokratiya lazım deyil. Hətta bəzi Qərb alimləri sübut edirlər ki, Asiya "qeyri-liberal demokratiyanın" vətənidir, elə bir mədəni irsin daşıyıcısıdır ki, burada insan hüquqlarına yox, insanın davranışında dövlətin və qanunların marifləndirici və tənzimləyici roluna xüsusi önəm verilir. Çində siyasi liderlərin demokratiyaya ciddi müvaqimət göstərmələri müşahidə olunur. Yeni burjuaziya bir qayda olaraq dövlətlə o qədər sıx tellərlə bağlıdır ki, dövlət hakimiyyətinə etirazını bildirmək iqtidarında deyil, tələbələr və digər dissidentlər isə stabil sosial bazaya malik deyillər. Dövlətin səlahiyyətlərini məhdudlaşdıra bilən insan hüquqları anlayışı Şərqi Asiyada zəif inkişaf edib. O qədər zəif ki, burada insan hüquqlarının dövlətdən “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 212
qaynaqlandığını düşünürlər. Fikir ayrılığı və rəqabətə deyil, həmrəyliyə və əməkdaşlığa üstünlük verilir. Nizam-intizamın təmin edilməsi və ierarxiyaya rəğbət təməl dəyərlər kimi qəbul edilir. İdeyaların, qruplaşmaların və partiyaların toqquşması bir qayda olaraq təhlükəli hesab olunur. Bu səbəbdən Asiya cəmiyyətlərində müəyyən səviyyədə olan və öz xüsusiyyətinə görə seçim situasiyasının deyil, kompromisin əldə edilməsinə hesablanan seçkili demokratiya Qərbdəki seçkili demokratiyadan əhəmiyyətli dərəcədə fərqlənir, Qərbdən fərqli olaraq liberal institutlara və prosedurlara söykənmir.
Demokratikləşmə strategiyası Məsələnin praktik tərəfi isə belədir: Üçüncü dalğanın bu pilləsində demokratiyanın inkişafı və yayılmasında maraqlı olan insanlar öz qarşılarına dünyanın 50-dən çox qeyri- azad və hər hansı demokratik idarəçilik formasına malik olmayan ölkəsində seçkili demokratiyanın qurulması vəzifəsini qoymalıdırlarmı? Bəlkə, əsas vəzifə artıq seçkili demokratiya sistemi qurulmuş cəmiyyətlərin liberal demokratiyaya keçidinə dəstək verməkdən ibarət olmalıdır? Təbii ki, müəyyən dərəcədə bu işlərin hər ikisinin eyni vaxtda görülməsi məqsədəuyğun və zəruridir. Lakin mən düşünürəm ki, indiki məqamda seçkili demokratiyaların liberal demokratiyalara transformasiyasına daha çox diqqət yetirilməlidir. Bu işə bir neçə ölkəsində liberal demokratiyanın artıq kök saldığı və on ölkəsində seçkili (qeri-liberal) demokratiya sisteminin mövcud olduğu Latın Amerikasından başlanılmalıdır. Latın Amerikasının seçkili-demokratik idarəetmə formaları "nümayəndəli", "tabe etdirən", "məhdudlaşdıran", "korporativ" və "kvazidemokratik" adlandırılır. Hərçənd, Latın Amerikasının mədəniyyəti Qərb mədəniyyətinə olduqca yaxındır. Bu bölgənin insanları Qərb dillərində danışır və onların böyük əksəriyyəti katolikliyə ibadət edirlər (protestantların sayı da artmaqdadır). Əhalinin miqrasiyası və ticarətin inkişafı Latın Amerikası ilə Şimali Amerika arasında sıx əlaqələr yaradır. Latın Amerikası ölkələrinin böyük əksəriyyəti iqtisadi baxımdan orta iqtisadi inkişaf səviyyəsindədədir. Latın Amerikasındakı elitalar digər qeyri-qərb ölkələri ilə müqayisədə Qərbin liberal demokratik dəyərlərini daha çox bölüşürlər. Bütün bu amillər icra orqanları tərəfindən hakimiyyətin qəsb edilməsinə müqavimətin gücləndirilməsini və əsas vəzifə kimi Latın Amerikasında seçkili demokratiyanın liberal demokratiya ilə əvəzlənməsini əsas məqsəd kimi qarşıya qoyulmasını diktə edir. Elə həmin məntiqə əsaslanaraq, bu siyahıda ikinci olaraq pravoslav ölkələri nəzərdə tutulmalıdır. İkinci vacib məsələ liberal demokratiyalar arasında birlik hisslərinin formalaşdırılması və onlar arasında əməkdaşlıq formalarının təkmilləşdirilməsidir. Bu məqsədə çatmaq üçün vasitələrdən biri həmin ölkələrin əksəriyyətində dövlət və digər institutlar tərəfindən maliyyələşdirilən və fəaliyyətini demokratiyanın yayılmasına yönəldən fondların yaradılmasıdır. Üçüncü dalğanın gedişatında artıq ABŞ-da Milli Demokratiyanı Himayə “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 213
Fondu, Böyük Britaniyada isə Demokratiya üçün Vestminister Fondu təsis edilib. Digər Qərb demokratiyaları da belə institutların yaradılması istiqamətində fəaliyyət göstərirlər. Bu institutların öz səylərini daha yaxşı əlaqələndirməsi və onların istər öz milli hökumətlərinə, istərsə də beynəlxalq təşkilatlara demokratik inkişaf naminə daha effektiv təsir göstərə bilmək məqsədilə, beynəlxalq assosasiyalarda birləşməsi olduqca səmərəli iş olardı. Uzun illər bundan öncə - hələ mən Ağ Evdə Karterin administrasiyasında çalışarkən, biz bütün dünyadakı demokratik hökumətlərin və demokratik hərəkatların görüşünü təşkil etmək və dünya miqyasında demokratiyaya dəstək məsələlərini müzakirə etmək barədə məsləhətləşmələr aparırdıq. Lakin o zaman bizə elə gəldi ki, bu layihənin vaxtı hələ yetişməyib və biz bu fikirdən vaz keçdik. Başı bir çox digər işlərlə qarışıq olan hökumətin belə bir yeniliyin məsuliyyətini öz üzərinə götürməsi çətin məsələ idi. İndi, Üçüncü dalğanın başlanğıcından iyirmi il keçdikdən sonra həmin layihənin reallaşması üçün daha əlverişli şərait yaranıb. Mən düşünürəm ki, özəl təşkilatlar bütün dünyada demokratiyanın yayılması məqsədini daşıyan, eləcə də ayrıca bir ölkədə demokratik institutların və prosedurların təkmilləşdirilməsinə çalışan təşkilat və hərəkatların beynəlxalq assosiasiyasının yaradılmasına başlamalıdır. Artıq Komintern yoxdur. İndi Deminternin zamanı gəlib. Belə bir assosasiyanın yaradılması insan azadlığının genişlənməsinə dair 23 il öncə Mario Soareşin liderliyi ilə başlamış möhtəşəm dalğanın qüwətlənməsi və davam etməsi istiqamətində böyük addım olardı.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 214
Selincerin özü - «Çovdarlıqda uçurumdan qoruyan»
Yanvarda doğulub, yanvarda da vəfat etdi - 91 yaşında. Onu məşhur edən romanından çox danışdığım iş yoldaşımız Aliyəyə dəfələrlə söz vermişdim ki, oxuması üçün o kitabı mütləq gətirəcəyəm. Hər dəfə vədimə xilaf çıxanda, növbəti günü ―sabah mütləq kitab səndədir‖ nidamın Aliyənin də yadına düşməməsinə çalışıram. Və budur, otağımızın qapısı soyuq qış günündə açılır və onun günahlandırıcı sözlərini eşidirəm. ―Selincer də öldü, amma hələ də onun kitabını gətirib çıxarmırsan‖. Bu sözlərdən sonra qapının örtüldüyü bir dəqiqəlik «kadr» fonunda 12 yaşımda həmin əsəri oxuduğum vaxtdan kitabı nə üçün Aliyəyə verməməyimin elə Selincersayağı səbəbinə qədər, sürətlə sayrışan, bir filmə sığacaq kadrları yaşayıram. Bu kitabı 12 yaşımda Bakıda - indi mövcudluğuna rast gəlmədiyim böyük bir kitab mağazasından almışdım. Kitablarıma hətta kimsənin toxunmasına belə qadağa qoymuşdum. Həmin vaxt isə ―Çovdarlıqda uçurumdan qoruyan‖ romanı kitablarımın şahına çevrildi. Bir gün qardaşım başımdakı papağa işarə edib, lağla ―guya sən Holdensən?!‖ deyəndə başa düşdüm ki, kitablarımla bağlı qoyduğum qadağa pozulub. Onu da başa düşdüm ki, Selincerin qəhrəmanını ideallaşdırmaq bir yana, onun özünə çevrilmişəm. Əsərdə bir dollarını papağa verən gənc Holden onu başına necə qoyursa, mən də elə edir, üstəlik hətta orta məktəbdə də, evdə də davranışlarım tam ona bənzəyirdi. Elə də mənim Holdenə çevrildiyimi görməyə nə var - özümdən başqa bunu hamı görürmüş. Bu gün də qardaşımla söhbətimiz Selincerdən keçə bilir və illərdir aydınlaşdıra bilmirəm, onun gizlicə oxuduğu bu əsərin qəhrəmanına mənim daha çox oxşadığıma o vaxt paxıllıq edibmi? Axı, hansısa yeniyetmənin Selincerin məşhur romanını oxuyub da əsərin qəhrəmanı Holdenə oxşamaq istəyi qarşısıalınmazdır... Holden məni məktəbdə ən yaxşı inşa yazarına çevirdi. Əsərdə inşa yazmalı olan oğlan qos-qoca mövzuları qoyub qəribə bir mövzu seçir. Qardaşının boks əlcəyindən yazır. Onun təsirli inşası əslində hər şeyə tam fərqli baxmağı öyrədir. Fərqli baxa biləcəksənsə, deməli, fərqli yazacaqsan. Selincer bu əsərinin şöhrətindən qaçaraq təkliyə çəkilmişdi. Amma onun qəhrəmanı mənə o qədər doğma idi ki, fikirləşirdim yazıçıyla görüşmək nədir, hətta o, məni çox yaxşı tanıyacaq, bəlkə də gəlməyimi gözləyir. Selincerli kadrlarımı bir filmə sığışdıra bilərəm - bir yazıya yox. Əslində mən əsəri elə yalnız bir dəfə oxumuşam. Amma yaddaşıma sətir-sətir köçüb. Kitabı saxlamaq isə mənə lazım olmadı. 3 aydı bu kitabı Aliyəyə verə bilmirəm ki, əslində 12 yaşımdan sonra o məndə yoxdur. Amma əsər haqqında, bəlkə də, minlərlə adama danışmışam və tam əminəm; kim ki, harda ki, o kitabı görüb dərhal oxumağa başlayıb. O vaxt əsəri rahatlıqla həzm etməyimdə yüksək tərcümənin rolunu bilmirdim, eləcə tərcüməçinin adını - Tehran Vəliyev imzasının olduğuna fikir də vermirdim. Əslində, kitabın üzərindəki yazıçı adının Selincer olduğu da mənə lazım olmamışdı. Mənim üçün “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 215
yalnız Holden vardı. İllərdir Tehran müəllimdən bu əsərin tərcüməsi ilə bağlı soruşmaq istədiklərimi - onu tez-tez görməyimə baxmayaraq - soruşa bilmirəm. Necə ki, illərdir ―Çovdarlıqda uçurumdan qoruyan‖ əsəri haqqında yazmaq istəyimi həmişə nədənsiz təxirə salıram. Bu yazı isə artıq əbədi təkliyinə köçmüş yazıçı haqqında sadəcə məlumat xarakterlidir. Bəlkə də, Selincer qəhrəmanının arzuladığı bir yerdə bir işlə məşğuldur. O arzunu insanlar öz cəmiyyətlərində onu arzulamırlar ki, buna gülərlər. Arzunun nədən ibarət olduğunu bilmək üçünsə özünüz əsəri oxusanız, yaxşıdır.
Qəhrəmanına xəyanət etməyən yazıçı
Selincer yəhudi atanın ailəsində Nyu-Yorkda dünyaya göz açıb. Anası isə irlandiyalı katolik idi. Karyerasına Nyu-York jurnallarına kiçik hekayələr yazmaqla başlamış yazıçı, ―Banan ovu üçün mükəmməl gün‖ hekayəsi ilə məşhurlaşır. Təhsilini isə ona şöhrət gətirmiş ―Çovdarlıqda uçurumdan qoruyan‖ əsərində Pencey kolleci kimi təsvir etdiyi Milli Hərbi Akademiyada alır. Ümumiyyətlə, Selincer təhsildə həmişə müəllimləri tərəfindən ən müvəffəqiyyətsiz tələbə kimi qiymətləndirilib. İkinci Dünya müharibəsində hərbi rütbə ilə ABŞ-ın 4-cü piyada diviziyasının tərkibində xidmət edir. Həmin vaxt Heminqueylə rastlaşır. Xəsarət almasa da, müharibə ona psixoloji zərbəsini vurur. Müharibə bitdikdən sonra xəstəxanaya düşməsinin səbəbinin bununla bağlı olduğunu Heminqueyə məktubunda yazır. Nəhayət, 1951-ci ildə ―Çovdarlıqda uçurumdan qoruyan‖ romanı nəşr edilir. Hələlik sakitlikdir. Tənqidçilər romana tərəf diqqətlərini belə çevirmirlər. Tufan qəfildən qopur. Oxucu sayı sürətlə artır, tənqidçilərin analitik yazıları mətbuatı bürüyür. Bir sözlə, Martin İdeni sarsıdan, Selincerin özünü isə cəmiyyətdən təcridə aparan şöhrət qapını açır. Roman, mühakimə qabiliyyəti cəmiyyətin ümumi fikrindən fərqli inkişaf etmiş bir uşağın - Holden Kolfieldin dilindən yazılıb. Romanda bəzi jarqon sözlərindən istifadə edildiyindən əsər müəyyən ölkələrdə qadağan edilib. Hətta indinin özündə də demokratiyanın məbədi adına iddialı ABŞ-ın bir çox kitabxanalarına bu kitab götürülmür. Hələ də xüsusilə orta məktəb və liseylərdə bu əsəri oxumağa icazə verilmir. Amma məsələ burasındadır ki, ən çox qadağan edilən bu əsər hələ də ən çox oxunan bir roman olaraq qalır. Selincer sonralar nə qədər əksini isbatlamağa çalışsa da, tənqidçilər əslində Holdenin insana baxışının məhz yazıçının öz dünyagörüşü olduğunu qəti şəkildə yazırdılar. Eyni zamanda bu, əsərin qəhrəmanının yaşadığı hadisələrə də şamil edilirdi. Qərar qəti idi, Holden Selincerin özüdür ki var. Bu romandan sonra yazıçının daha bir neçə kitabı nəşr edilir. Lakin söz açdığımız romanın şöhrəti onu hər yerdə təqib edir. Selincer məhz cəmiyyətin onun şəxsiyyətinə olan maraq və diqqətindən qaçmağı qət edir. Nyu-Yorkdan Hampshireyə köçür və öz |
ma'muriyatiga murojaat qiling