Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Qəmər Alxanova
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 232
edilmişdir. Əsərdə yer alan bu iki ailənin bir-birinə bənzər xüsusiyyətləri də olduqca çoxdur. Hər iki ailədə çoxsaylı ailə üzvləri təqdim edilmiş, hər iki ailədə öz keçmişini axtaran bu arayış içərsində olan müəyyən psixi böhranlar keçirən gənc qızlardan söhbət açılmışdır: Türk qızı Asya və atası erməni, anası amerikan olan, anasının Ami deyə çağırdığı Armanuş Çakmakçıyan. Roman Qazançı ailəsinin ən kiçik qızı, ondoqquz yaşlı Zəlihənın nigahdankənar qeyri- qanuni uşağından (kimliyi, əslində, kimliksizliyi yalnız özünə məlum olan bir atadan!) xilas olmaq üçün ginekoloq-doktora getməsinin təsviri ilə başlayır. İnsan psixologiyasına dərindən bələd olan Əlif Şəfəq müayinəxanaya yollanan Zəlihənın keçirdiyi həyəcanları, tərəddüdləri ifadə etmək üçün yolüstü bazara girib darçın və bər-bəzəkli stəkan-nəlbəki almasının təsvirindən istifadə etmişdir. Zamanı gecikdirməyə çalışan Zəlihə bu yolla özündən qaçmaq istəyir. Qazançı ailəsi ancaq qadınlardan ibarətdir. Eyni zamanda Çakmakçıyanlarda da qadınlar olduqca çoxdur. Zəlihə çox gözəl, daima kişilərin marağına səbəb olan bir xanımdır. O, romanda 19 yaşından 40 yaşına qədər təsvir edilmişdir. Bu müddət içərsində o daima mini ətəkdə, ətrafın diqqətini özünə cəlb etməkdən xoşlanan qadın kimi təsvir edilmişdir. Qazançı ailəsində hər xarakterdə qadın mövcuddur. Ailənin anası olan, türk qadınına xas adət-ənənələrlə yaşayan Gülsüm nənə (Ciciannə), cinlərlə söhbət edib fala baxmaqla məşğul olan Banu, həmişə əsəbi gəzən Fəridə, tarix müəlliməsi, bu səbəblə də bütün hadisələrə tarixi nəzərlərlə baxan Cevriyyə, ailədə ―qara qoyun‖ adlandırılan, ailənin üzqarası hesab edilən, atasız uşaq dünyaya gətirən, tatuirovka (döymə) işi ilə məşğul olan Zəlihə və ailənin ən kiçik yaşlı qadın nümayəndəsi atasının kimliyi bəlli olmadığı üçün bic hesab edilən Asyadır. Qazançı ailəsinin yeganə sağ qalan kişi fərdi Mustafadır. Bu ailədəki kişilər çox erkən yaşlarda vəfat edirlər. Ləvəndin atası Riza Səlim 60-a çatmamış dünyadan köçüb, Ləvənd özü 51 yaşında vəfat edib. Ailədəki başqa kişilər də müxtəlif səbəblərdən cavan yaşlarında dünyadan gediblər. Bu nəhs ənənə sonralar da davam edir. Qızların ərləri də eyni taleyi yaşayırlar. Mustafa Amerikaya getməklə bu qara qismətindən qaça biləcəyini düşünür. Bu, bir növ özü özündən qaçmaqdır. Əsərin sonuna qədər oxucu Musatafanı ancaq bu səbəblə Amerikaya getdiyini düşünür, halbuki əsas səbəb tamam başqadır. Mustafa Amerikada Roza adlı bir erməni xanımla evlənir. Roza əvvəl Çakmakçıyanların yeganə oğlu Barsam ilə ailə həyatı qurmuşdu. Ondan ayrıldıqdan sonra içində daima intiqam hissi daşıyır. Çakmakçıyanlardan intiqam almaq üçün nə edə biləcəyini fikirləşir… Və, nəhayət, tapır: bir türk kişisinə ərə getməyin bir erməni ailəsinə vurula biləcək ən ağır zərbə olduğunu, onlara güclü mənəvi-psixoloji təsir edəcəyini düşünərək Mustafa ilə ailə həyatı qurur. Armanuş nənəsi Şuşan Çakmakçıyanın (İstanbuliyanın!) uşaqlığının keçdiyi İstanbula getməyi qərarlaşdırır. Anasına atasının yanında San Fransiskoda olduğunu, atasına isə anasının yanında Arizonada olduğunu söyləyərək İstanbula, ögey atasının ailəsinin yanına gəlir. O, burda Qazançı ailəsinin xanımları ilə tanış olur. Burda biz bir sıra “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 233
maraqlı məqamlara rast gəlirik. Anasına da digər xalaları kim xala deyən Asya ilə Armanuşun yaşadıqları bənzər psixi dünyanın bir çox məqamlarınını üst-üstə düşdüyünü görürük. Çakmakçıyanların da ailəsində mövcud olan fərdlər Şuşan, qızları Surpun, Zaruhi, Varsenig və Armanuşun atası, Rozanın iniqam almaq üçün bir türkdən istifadə etdiyi Barsam Çakmakşıyandır. Armanuş İtanbulda bir sıra yeni insanlarla tanış olur, o günə qədər ona bəlli olmayan yeni fikirlərə sahib olur. Bu insanları tanımasına kömək edən isə Asyadır. İlk dəfə hamilə olduğunu anası və bacılarına bir yemək süfrəsində açıqlayan on doqquz yaşlı Zəlihə heç vaxt dünyaya gətirdiyi uşağın atasının kim olduğu haqqında onlara məlumat vermir. Qızı ona heç vaxt ana demir. Asya ilə anası arasında dərin bir uçurum mövcuddur. Asya ilə Armanuşun arayış faktorları bir – birinə oxşasa da Asya hər şeyi bilməyə çox səy göstərmir. Ancaq ruhunda yaşadığı böhran – arayış onun insanlarla münasibətinə ciddi təsir göstərir. Çox saylı qadınların olduğu bu evdə Asya öz yolunu tapmaqda çətinlik çəkir. Onu fərqli məşğuliyyətlərə göndərən xala – anaları onun həyatında müəyyən rol oynayırlar. Əslində, valideynləri ilə münasibətin doğurduğu uçurum Asyanın həyatda atasız- bic olmasından irəli gəlmirdi. Onun anası Zəlihə da ata sevgisindən uzaq böyümüşdür. Zəlihənın uşaqlıq xatirələrindən onun ataları ilə yaşadıqları şüurlarında elə dərin bir iz qoymuşdur ki, atası ölərkən Zəlihə onun məzarına getmək istəmir. Hətta atalarına olan qəzəb Zəlihə ilə Mustafa arasında da uçurum yaradır. Əsərin əvvəllərində ginekoloqa gedən Zəlihənın küçədə ona söz atan taksi şoferindən sonra beynində oxuduğu bir kitabdan psixoloji bir məsləhəti xatırlaması oxucu üçün həm olduqca maraqlıdır, həm də İstanbul qadınının yaşadığı psixi vəziyyət haqqında məlumat verir: ―İstanbullu Kadınların Elkitabından Altın Feraset Kuralı: Sokakta sarkıntılığa uğradığında asla tepki verme, muhattap olma çünkü tacizcisine küfretmek şöyle dursun tepki veren kadın, tacizcisini daha da kışkırtmaktan öte bir şey yapmamış olur!‖ ―İstanbullu Kadınların Elkitabından Gümüş Feraset Kuralı: Sokakta sarkıntılığa uğradığında sakın sinirlenme. Paniklenme, çünkü sarkıntılık karşısında sinirlenen ve aşırı tepki veren bir kadın sadece kendi işini zorlaştırmakla kalır!‖ (1,s.28-29). Qeyd edək ki, bu parçaları Zəlihə oxuduğu ―Qadın fərasəti‖ adlı kitabdan xatırlayır. Bu parça ilə biz bir qadının ona göstərilən davranışa necə cavab verməsi haqqında düşündüyünü görürük. Bətnindəki uşaqdan xilas olmaq istəyən Zəlihə həkimdə sinir böhranı keçirir və qərarından vaz keçir. Əsəbləri daima oyaq olan Zəlihəya vurulan çoxsaylı keyidici iynələr ona qətiyyən təsir etmir: ―HayıR, bi şey yapamadık,‖dedi sekreter migreni azmış gibi başını tutarak. ―Siz öyle avaz avaz bağıRıRken doktoRun bi şey yapması kabil olmadı tabi. Bi türlü bayılmadınız kuzum, ay o ne sayıklamalaR, bağRış çağRış, sonRa bi de küfRetmeye başladınız, teRbiyesiz, teRbiyesiz laflaR. Valla kaç senediR bu meslekteyim, böyle bi şey ne gördüm ne duydum.Onca moRfine ban mısın bile demediniz (1s.14-15). Yuxarda təqdim etdiyimiz parçada bir neçə psixoloji məqam nəzəri cəlb edir. Danışanda çətinlik çəkən və R hərfini çətinliklə tələffüz edən tibb bacısının megren xəstəliyinə “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 234
düçardır. Sözləri tələffüz əziyyəti nevroloji xəstəlik də sayıla bilər. Bu parçadan ortaya çıxan digər fakt isə Zəlihənın sayıqlaması hadisəsinin özü yox, onun vaxtilə yaşadığı acı hadisənin təxtəlşüurda yer edib yuva qurması və uyğun məkan və şəraitdə (müalicəxana və həkim kreslosu!), münbit zəmində (morfin iynəsinin təsiri ilə üst şüurun yatması!) çöləvurumudur. Qeyd edək ki, yazıçının təsvir etdiyi Zəlihə və Asya obrazları ilə yazıçının özünün arasında müəyyən bənzərlik mövcuddur. Əlif Şəfəq özü də uşaqlıq illərini nənəsinin himayəsində keçirmişdir. O, öz anasına uzun illər ―abla‖ (böyük bacı) demişdir: ―Anneler Gününde anneme hediye aldım elbette, alırım. Sadece ona değil, anneanneme de. Çünkü bana bebekken bakan anneannem Fahriye Hanım. Anneme ―abla‖ demişim bir müddet, hep çalıştı ben çocukken. Beni ilk çocuklukta anneannem yetiştirdi aslında.Romanlarımda anlattığım tüm hurafeler, batıl inançlar ondan geçti bana‖ (3). Bütün bunlar yazıçının doğurdan da özünün əsk etdirdiyi qəhramanların psixi vəziyyətlərini də daha real yaşayaraq qələmə almasına imkan vermişdir. Asya kimi ana və ata qayğısından uzaq, Zəlihə kimi ata sevgisindən məhrum böyüsə də (Qeyd edək ki, yazıçı uzun müddət atasını görmədən yaşamışdır) o öz övladına bütün ruhu ilə bağlı olmağı bacarmışdır. Bu baxımdan, Əlif Şəfəq Zəlihədan daha şanslıdır. Yazıçı xoşbəxtliyini və ana olmağı qərarlaşdırdığını aşiq olmasında və məhəbbət üzərində ailə qurması ilə bağlamışdır. Əlif Şəfəqlə romanın digər obrazlardan biri olan Armanuş obrazı arasında da bənzərliklər mövcuddur. Qeyd edək ki, yazıçı xarici ölkələrdə çox yaşamış və bu illərdəki kitablarla olan münasibətini belə izah etmişdir: ―Baston`daki hallerime tebessüm ediyorum. Tek başına minnacık bir öğrenci odasında dasında yaşayan, kütüphanelerde sabahlayan, İngilizce roman yazmaya kalkan, gece gündüz yazan, hayal dünyasında yaşayan, son derece asosyal, yemek yapmayı bilmeyen ve elmayla beslenen, günde iki kilo elma yiyip, sigara kahve içip durmadan yazan biraz kaçık bir kadın o. Ama yıpratıcı. Hem duygusal hem de bedensel olarak yıpratıcı‖. Gördüyümüz kimi, yazıçı ilə kitab tiryəkisi və oxumaq həvəskarı olan Armanuşun arasında bənzərlik vardır. Qazançı ailəsinin qızlarından biri olan Fəridəyə həkimlərin qoyduğu diaq-nozdan söhbət açan Əlif Şəfəq bununla türk insanınının stresə olan münasibətini açıqlayır: ―Feride‘ye konulan ilk teşhis ―stres ülseri‖ydi. Ailede kimsenin ciddiye almadığı bir teşhisti bu, ne de olsa ―stres kelimesi bir nevi tekerleme halini almıştı. Stres aşağı, stres yukarı… (1,s.34). Bununla yazıçı Şərq insanının lazımi məqamlarda xəstəliyə biganə qaldığını, lazım olmayanda isə, əksinə, daha çox narahat olduğunu göstərmişdir. Əsərin sonrakı hissələrində biz Fəridənin keçrdiyi psixi xəstəliyin ―Majör depresif bozukluk‖ adlanan insanın əhvalının həm yüksək, həm də pis olması ilə müşahidə olunan depressiya xəstəliyi olduğu ortaya çıxır. (6) “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 235
Romanda Qazançı ailəsinin timsalında dünyəvi və dini məqamlar sıx-sıx qarşılaşdırılır, müxtəlif dinə mənsub fərdlərin qurduğu ailələrin sosial-məişət problemlərinin, cəmiyyət arasında tutduqları mövqelərin fərqliliklərinə, onların psixoloji ovqatlarına, personajların xarakterlərinin formalaşmasında roluna işarə vurulur. Romanda ―Qur‘ani-Kərim‖dən surələr, Məhəmməd peyğəmbərdən (ə.ə.s.) hədislər təqdim olunur, Cicianne və Banu obrazları vasətəsi ilə dini fikirlər ortaya sərilir, şərh və yozumlardan bəhs edilir. Əsərin müvafiq yerlərinə üzvi surətdə daxil edilən bu məqamlar, o cümlədən Banunun ―xeyir və şər mələklərinin açıqlamaları‖, falçılığı yazıçıya bir çox dərin mətləbləri açmaq işidə bədii priyom kimi lazım olmuşdur. Məsələn, tez-tez fal açan Banuya onun ―cinləri‖ Ağulu və Şəkərşərbət Asyanın atasının kim olduğunu və Armanuşun nənəsi Şuşanın keçmişi, İstanbul həyatı ilə bağlı faktları söyləyirlər. Romanda xeyli fəlsəfi məqamlar, müəllif təhkiyəsi vasitəsilə müxtəlif fəlsəfi konsepsiyalarla mübahisə və mülahizələr mövcuddur, xüsusilə, gerçək və fəlsəfi zaman məhfumu haqqında Berqsonla, Tanpınarın düşüncələrinə bildirilən münasibət xeyli maraqlıdır. (1, s.101) Qazançı ailəsinin ən kiçik sakini Asyanın atasız böyüməsi onun həyata baxışında müəyyən fərqliliklər yaratmışdır. Özünə qapanan, ancaq öz doğruları ilə yaşayan bu qızın şəxsi manifesti – həyata baxış tərzi formalaşmışdır. Bu ―manifestonun‖ maddələrini formalaşdıran faktorlar psixoloji cəhətdən düzgün işıqlandırılmış, yazıçı bic olaraq dünyaya gətirilən, anasına xala deyən Asyanın ruh halını, mənəvi-psixi portretini mükəmməl çəkmişdir: ―Birinci Madde: Yaşadığın hayatı sevmek için bir sebep bulamıyorsan yaşadığın hayatı seviyormuş gibi yapma. ….Yedinci Madde:Var olmak için yeteneğin ya da geçerli bir sebebin yoksa, sadece tahammül et hayata.‖(1, s.133-134) Əlbəttə, həyata öz baxış tərzi olan, atasının kim olduğunu bilməyən, yalnız atası haqqında xəyal qurmaqla bu boşluğu dolduran, öz doğma anasına nə üçün xala dediyini və evdəki bütün xalaların ona analıq etməsinin səbəblərini qavramayan gənc bir qızın ailədə münasibətlərinin normal olmaması, davranış və hərəkətlərində, kişilərlə qurduğu dostluq və intim yaxınlıqlarda sanki öz taleyindən qisas alma kin və küdurətinin yatması qədər təbii bir şey olmaz. İstedadlı yazıçı bütün bunların – insan beyninə uşaqlıqdan vurulmuş maddi-mənəvi travmanın onun şəxsiyyətinin formalaşması prosesində gec-tez neqativ rol oynayacağını dəqiq şəkildə əsaslandırmışdır. ―Zamana güvənməyəcək qədər bədbin‖, ―həyata zərrə qədər etimadı olmayan‖ Asyanın anasına və öz taleyinə olan qəzəbi bir neçə cümləyə sığdırılır: ―Bilmez miyim, dedi Asya gözlerinden ürkütücü bir bakışla. ―Tam da bana hamile kalıp evlilik dışı dünyaya getirdiğin yaştayım‖. (1, s.136) Zəlihə özü də doğma atasına nifrət bəsləyir. Romanda bu kin və qəzəb hisslərinin psixoloji motivləri əsaslandırılır. Qız uşaqlarının əksər türk ailələrində qorxu və təzyiq altında, şəfqət və mərhəmətsiz böyüdüldükləri gerçəyi dilə gətirilir. Bu elə bir qorxudur
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 236
ki, hətta ölümdən sonra da kabus kimi evdə dolaşır, hər yerdə onları izləyir. Bu hisslər atası ölərkən kədərlənməsi gərəkən uşaqlarda bir rahatlama, gizli bir sevinc, həzz duyğusu yaradır. Zəlihə sağlığında soruşa bilmədiklərini atasının ölümündən sonra soruşur, onu məzarında sorğulayır, ona və bacılarına verilən bu əzabların səbəblərini bilmək istəyir, cavab ala bilməyəcəyini bilsə də soruşur, beləliklə, ruhi bir boşalma hiss edir, illərcə içərisində daşıdıqlarını, gizlətdiklərini sərbəst şəkildə dilə gətirir:―… Tek gidip, mezartaşının yanı başında bağdaş kuracak ve babasına hayattayken cevapsız bıraktığı soruları soracaktı. Kendi evlatlarına karşı neden o kadar haşin ve sevgisiz davrandığını, onları neden disiplin tabir ettuği cendereye tabi tuttuğunu bilmek istiyordu. Hayaletinin nasıl hala herkese musallat olduğunu, hala günün olmadık saatlerinde mevsudiyetleriyle babalarını rahatsız etmekten korkarak nasıl sesini alçaltıklarını bilip bilmediğini sormak istiyordu.‖ (1, s.319) Bəlkə də Zəlihənın Mustafa ilə yaşadığı çəkişməyə, bu çəkişmənin böyük bir faciə ilə nəticələnməsinə və ömürlük bic damğası vurulacaq olan uşağı dünyaya gətirməsinə səbəb də elə mühafizəkar və qəddar bir atadan aldığı tərbiyə nəticəsin-də onun özünə – doğma atasına bəslədiyi kin, nifrət hissi idi. Burada məhşur psixiatr Ziqmund Freydin analizlərinin xatırlatmaqda yarar var (2). Bənzər hisslər Mustafada da mövcud idi. O da daim mini yubka geyinən, dünyanı vecinə almayan özündən kiçik bacısını ailələrinin başını aşağı edə biləcək qüvvə kimi görür. Ona qarşı ürəyində kin və qəzəb hissləri olan Musatafanın Zəlihə ilə yaşadığı vəziyyəti təsvir edərkən yazıçı ―Mustafa kız kardeşinden bu kadar nefret ettiğini bilmiyordu.‖ifadəsindən istifadə etmişdir.Yazıçı Mustafanın bacısına etdiyini Zəlihəya heç vaxt keçməyəcək yara vurmaq istəyi kimi izah edir. Aralarında az yaş fərqi olan bu iki bacı-qardaş arasında yaşanan dəhşətli hadisə Mustafanın Türkiyədən ömürlük uzaqlaşmasına səbəb olur. Arizonada yaşamağa başlayan və orda erməni Şuşanın oğlu Barsamın keçmiş arvadı Roza ilə evlənən Mustafa heç vaxt Rozanın baldızları, qaynanası və ərindən intiqam almaq üçün bir silah olduğunu bilmir. O bir dəfə anasından Zəlihənın uşağının atasının kim olduğunu telefonda soruşur. Anasından ayrıldığı keçmiş nişanlısı cavabını alır. Mustafanın Türkiyəyə qayıtmaq istəməməsinə səbəblərdən biri də Qazançı ailəsindəki kişilərin 40 yaşından çox yaşamaması qorxusudur. O, bununla alın yazısından qaçmaq, zamanın axışını dayandırmaq istəyir. Lakin ögey qızı Armanuşun İstanbulda olduğunu bildiyi zaman məcburən iyirmi il əvvəl çıxdığı İstanbula, ailəsinin yanına qayıtmaq məcburiyyətində qalır. Bacısı Banudan Asyanin atasının kim olduğunu soruşarkən Mustafa bacısına sənin fallarında çıxmadı mı deyir. Ancaq Banu Ağulu bəyin (cinlərdən birinin adı!) ona Asyanın atası haqqında ona dediklərini qardaşına demir. Çünkü bu reallığı Banu özü özünə belə təkrarlamaq istəmir. Ölənə qədər Mustafa Asyanın atasının kim olduğunu bilmir. Mustafanın və Qazançı ailəsinin başçısı, uşaqlarının xəyalında acı xatirələrlə qalan Ləvənd (Levon) Qazançının uşaqlarına qarşı acımasız olmasına səbəb də, deyəsən, onun “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 237
da anasız, yəni Şərminsiz – erməni qızı Şuşansız keçən günləri olmuşdur. Armanuşun nənəsi, uşaq yaşlarında ailəsindən uzaq düşən Şuşan körpələr evində böyüyür. Səlim Qazançı ilə ailə qurur və bu evlilkdən Ləvənd- Levon dünyaya gəlir. İslamı qəbul edən Şuşan – Şərmin bir gün vaxtilə Amerikaya köç edən qardaşının təkidiylə onun yanına – Amerikaya gedir. İki xatirə qoyaraq. Biri sonralar bütün reallıqları ortaya çıxaran nar formalı yaxa sancağı, ikincisi də oğlu Ləvəndi – Levonu! Körpə uşağını geridə qoyub gedən, müsəlmanlığı qəbul etmiş erməni qızı Şuşan atalarından qalan yolu davam etdirməyi fikirləşir. Bütün bunlar daha sonra Ləvənd Qazançının psixologiyasında özünün də bilmədiyi izlər qoyur. Bu izlər onu sevgisiz, şəfqət göstərməyi bacarmayan, mərhəmətsiz despot kimi formalaşdırır. Eyni sevgisizlik onun öz övladlarında təzahür edir və bununla da onun iki övladı bir- birinə şüuraltı bir qəzəblə yaşayır. Bu qəzəb bu iki bacı- qardaşın həyatında və vicdanında silinməsi mümkünsüz acı xatirəyə səbəb olur. Əsərin sonlarında Zəlihə ölmüş qardaşı, ailədə ―qara qoyun‖ deyə səsələnməsinə səbəbkar, dünyaya gətirdiyi bic uşağın atası, qardaşı Mustafanın qızı Asyaya atası olduğunu deməyin lazımlı olduğunu düşünür… Və acı həqiqəti qızına deyir. Uzun illər anasına xala deməklə özündən, həyatından və anasına bəslədiyi kindən xilas yolu kimi onu xala deyə səsləyən Asya ana-xala təzadı içərisində yaşarkən, dayı-ata təzadına da tutulur. Daha doğrusu, ana – xala təzadı içərisində çabalarkən, bu səfər ikinci bir təzadın (dayı – ata dilemmasının!) şokunu yaşayır. Əsərin bədii toxumasında simvol və rəmzlərin yeri aydın şəkildə dərk edilir. Romanın fəsillərinə verilən adların rəmzi xarakter daşıması da əsərin sonunda məlum olur. Belə ki, on səkkiz fəsildən ibarət olan romanın fəsilləri ―Darçın‖, ―Quru qayısı‖, ―Toz şəkər‖, ―Antep fıstığı‖, ―Badam‖, ―Buğda‖, ―Quru incir‖ və s. kimi simvolik adlar daşıyır. Bu başlıqlar Mustafa Qazançının ən çox sevdiyi yemək olan ―aşurə‖nin (şirin hədiyə bənzər yemək növü) hazırlanmasında (başqa sözlə, Mustafanın qətlində!) istifadə olunan quru yemiş və ədviyyələrin adlarıdır!
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 238
Attila İlhan
Attila İlhan Türkiyə Cümhuriyyətinin ədəbiyyatına, tarixinə, incəsənətinə, ictimai fikrinə təsir etmiş unudulmaz şəxslərdən, dəyərli şairlərdən biridir. Şairin şerləri sanki canlıdır, sən ordasan, şerdəki mövzu sənin qucağındadır, o sənsən, onlar sənin başına gələnlərdir. Hadisələri bu qədər parlaq, bu qədər incəlikləri ilə vermək Attila İlhan sənətinin ustalığıdır: geceyarıları tenhadır buraları ne in ne cin kırmızı lambası sanki kan damlası demiryolu geçidinin
dağılmış su dumanı şimşekli bir karanlığa yağmurun altında çınar çınarın altında o karartı bırakılmış bir araba 34 FN 346 sağ arka lastiği yırtılmış camlarında kurşun delikleri içinde barut kokusu var hala çalışıyor silecekleri bir sola bir sağa bir sola bir sağa
(34 FN 346 - ―Korkunun Krallığı‖ ) Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır.İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq |
ma'muriyatiga murojaat qiling