1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Dinc və müharibə dövrlərində idarəetmənin mahiyyəti. Mülki müdafiə sahəsində idarəetmə fəaliyyətinə qoyulan tələblər


Download 81.03 Kb.
bet7/30
Sana15.01.2023
Hajmi81.03 Kb.
#1093774
1   2   3   4   5   6   7   8   9   10   ...   30
Bog'liq
Mülki müdafiə

8. Dinc və müharibə dövrlərində idarəetmənin mahiyyəti. Mülki müdafiə sahəsində idarəetmə fəaliyyətinə qoyulan tələblər.
Fövqəladə hadisələr zamanı mülki müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti mülki müdafiə rəhbərliyinin və qərargahlarının özlərinə tabe olan qüvvələrə fasiləsiz rəhbərlik etməsindən və onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına vaxtında yönəltməkdən ibarətdir. Mülki Müdafiə, Mülki Müdafiə rəhbərinin qərarına əsasən idarə edilir.
İdarəetmə fəaliyyətinə qoyulan əsas tələbləraşağıdakılardır:
1. İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb, sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar, təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər. Əmr və ya sərəncam imzalandıqdan sonra mübahisəsiz, dəqiq və vaxtında həyata keçirilməlidir. İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların icrasına ciddi nəzarəti, tabelikdəki heyətə yüksək tələbkarlıqvgöstərilməsini, icraçının boyun qaçırmaq üçün subyektiv, yaxudvobyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur.
2. İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin operativ surətdə nəzərə alınmasıdeməkdir. Mülki Müdafiə rəhbəri şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbuletməyə və icraçılara əlavə tapşırıqlar verməyə hər an hazırolmalıdır. Buna nail olmaq üçün başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır.

3. İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetməsistemi hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail olmaq mümkündür.İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, adətən uğursuzluqla nəticələnir.

Download 81.03 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling