10. Mülki müdafiə qərargahlarının təşkili. Qərargah rəisinin vəzifələri.
Mülki Müdafiə qərargahları aşağıdakı kimi təşkil edilir:
Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə işinin Təşkili Baş İdarəsi və qoşun hissələri;
Nazirliklərin, Dövlət Komitələrinin, Baş İdarələrin Mülki Müdafiə qərargahları;
Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə qərargahları;
Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində Mülki Müdafiə qərargahları;
Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik Mülki Müdafiə qərargahları.
Mülki Müdafiə qərargahı rəisinin vəzifələri:
qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək, bölmə və xidmət rəislərinin işlərini əlaqələndirmək;
yaranmış vəziyyət haqqında məlumat toplamaq, onları təhlil edib öyrənmək, obyektin rəhbərinə və yuxarı qərargahlara çatdırmaq;
tabeliyində olan Mülki Müdafiə qüvvələrindəki həqiqi vəziyyəti bilmək, həmçinin onlara verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq;
obyekt rəhbərinin göstərişi ilə Mülki Müdafiə planını hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;
Mülki Müdafiə tədbirlərini təşkil edib həyata keçirmək üçün zəruri hesablamaları və təklifləri hazırlamaq;
obyektdə rabitəni təşkil etmək və gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək;
obyektdə olan işçilərin, fərdi mühafizə vasitələrinin, xilasetmə texnikalarının və başqa maddi vasitələrin sayını həmişə bilmək, həmçinin onların gündəlik uçotunun aparılmasına rəhbərlik etmək;
8. xilasetmə dəstələrini fəlakət zonalarına yola salmadan qabaq,onları təlimatlandırmaq və zəruri olan hər şeylə təmin olunmalarını yoxlamaq.
Do'stlaringiz bilan baham: |