1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri
İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir
Download 81.03 Kb.
|
Mülki müdafiə
- Bu sahifa navigatsiya:
- 9. Mülki müdafiə sahəsində rabitənin təşkili. Mülki müdafiə siqnalları, siqnallar üzrə əhalinin davranış qaydaları.
4. İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik rejim və qaydaları mütləq gözlənilməlidir.
5. İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıqdərəcəsi, Mülki Müdafiə qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir. 9. Mülki müdafiə sahəsində rabitənin təşkili. Mülki müdafiə siqnalları, siqnallar üzrə əhalinin davranış qaydaları. Rabitə idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Mülki Müdafiənin rabitə sistemi mövcud olan bütün rabitə qüvvə və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio və məftilli rabitəqovşaqlarından və stansiyalarından, eləcə də Mülki Müdafiə qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır. Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də Mülki Müdafiə qüvvələrində rabitə qrupları və manqaları yaradılır.Onların təşkilati strukturu, şəxsi heyətin sayı və avadanlıqla təchizat normaları yuxarı rəhbər tərəfindən müəyyən edilir. Naqilli rabitə əsas rabitə növüdür və yüksək keyfiyyətli rabitəni təmin edir. Naqilli rabitədən rayonun nazirliyin rəhbərliyi ilə obyektin sığınacaqları, müşahidə postu, iş yerlərindəki sex və şöbə rəisləri və obyektin Mülki Müdafiə xidmətləri ilə əlaqə saxlamaq üçün istifadə edilir. Radiorabitədən obyektdə, adətən Mülki Müdafiə rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur.Obyekt Mülki Müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur. Radiorabitə istənilən mürəkkəb şəraitdə idarəetməni təmin edir. Radiorabitə vasitələri qısa müddət ərzində böyük məsafədərabitə təşkil etməyə və bir neçə abonentə eyni vaxtda informasiya verməyə imkan verir. Səyyar rabitədən texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda isə əsas rabitə növü kimi istifadə edilir. Siqnallı rabitə vasitələri həm xəbərdarlıq üçün, həm də Mülki Müdafiənin sərəncam və komandalarını çatdırmaq həm də göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnallı rabitə vasitələri sirenalardan, siqnal raketlərindən, işıq və səs siqnalı verən vasitələrdən və bayraqcıqlardan ibarətdir. Siqnal vasitələri qısa komandaların, məlumatların, xəbərdarlıq siqnallarının verilməsi üçün istifadə olunur. Siqnal vasitələri kimi görünən siqnal raketlərindən, tüstü verən şaşkalardan, fanarlardan, bayraqlardan, səsli sirendən, fitdən və zəngdən istifadə olmaqla həyata keçirilir. Təbii fəlakət və ya qəza baş verərkən, yaxud, düşmən basqını barədə əhalini xəbərdar etməyin əsas üsulu radio və televiziya vasitəsilə xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən müxtəlif siqnallar elan edilməlidir. “Hamının diqqətinə!” siqnalı verildikdə dərhal radio və ya televizorlar işə salınır, qonşular və iş yoldaşları xəbərdar edilir və növbəti siqnalın verilməsini gözləyirlər. Hava həyəcanı siqnalı radio vasitəsilə vıyıltılı səs şəklində, müəssisələrin və lokomotivlərin seyrək fitləri, həmçinin, elektrik və əl sirenalarıvasitəsilə verilir. Bu zaman hər bir şəxs olduğu yerdə elektrik xəttini və cihazlarını şəbəkədən ayırmalı, qazı bağlamalı, şəxsi sənədlərini, zəruri ərzaq və su ehtiyatlarını, fərdi mühafizə vasitələrini götürüb yaxınlıqdakı sığınacağa getməlidir. Hava həyəcanı qurtardı siqnalı verildikdə əhali sığınacaqları tərkedir və hər kəs öz vəzifələrini yerinə yetirirlər. Kimya həyəcanı siqnalı yerli radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geymək və sığınacaqlara getmək lazımdır. Xüsusi göstəriş verildikdən sonra sığınacaqları tərk etmək olar. Sığınacaqda olmayan digər vətəndaşlar fərdi mühafizə vasitələrindən istifadə edərək zəhərlənmiş ərazini, mülki müdafiə postlarının göstərişinə əməl etməklə dərhal tərk etməlidirlər. Radiasiya təhlükəsi siqnalı radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geyməli və əvvəlcədən hazırlanmış ərzaq ehtiyatlarını götürüb sığınacaqlara, radiasiya əleyhinə daldalanacaqlara və ya evin zirzəmisinə getməlidirlər. Xüsusi göstəriş verildikdən sonra sığınacaqları tərk etmək olar. Məqsəd fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir. Download 81.03 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling