1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri aşağıdakılardır


Download 81.03 Kb.
bet4/30
Sana15.01.2023
Hajmi81.03 Kb.
#1093774
1   2   3   4   5   6   7   8   9   ...   30
Bog'liq
Mülki müdafiə

Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri aşağıdakılardır:

  1. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.

  2. Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq.

  3. Fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək.

  4. Fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək.

  5. İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq.

  6. Mülki müdafiə işarələrini (siqnallarını) bilmək və onlara uyğun hərəkət etmək.

  7. Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində dərhal müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək.

  8. Mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.



4,5,6. Fövqəladə hadisələr, münaqişəli və münaşiqəsiz fövqəladə hadisələr.
Fövqəladə hadisə insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. Fövqəladə hadisələr növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər əlamətlərinə görə təsnif edilir. Ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onlar iki yerə bölünür:
1.Münaqişəli fövqəladə hadisələr.
2.Münaqişəsiz fövqəladə hadisələr.
1. Münaqişəli fövqəladə hadisələrə aşağıdakılar aiddir:

  • hərbi toqquşmalar;

  • ekstremist siyasi mübarizə;

  • sosial partlayışlar;

  • milli və dini zəmində olan münaqişələr;

  • terrorizm;

  • tüğyan edən cinayətkarlıq və s.

2. Münaqişəsiz fövqəladə hadisələrə aşağıdakılar aiddir:



  • Təbii xarakterli fövqəladə hadisələr;

  • Texnogen xarakterli fövqəladə hadisələr;

  • Ekoloji xarakterli fövqəladə hadisələr;

  • Sosial-siyasi xarakterli fövqəladə hadisələr və s.



  1. Təbii xarakterli fövqəladə hadisələrin təsnifatı:

  • Meteoroloji təhlükəli hadisələr (9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan, burul-ğan, leysan yağışı, iri dolu, güclü qar, çovğun, buzlaşma, donvurma, quraqlıq və s.);

  • Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);

  • Hidroloji təhlükəli hadisələr (su səviyyəsinin qalxması (daşqın) və ya düşməsi, yeraltı suların səviyyəsinin qalxması-subasma);

  • Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması;

  • İnsanların yolxucu xəstəliklərə tutulması;

  • Kortəbii yanğınlar (yeraltı yanğınlar, meşə yanğınları, zəmi və çöl yanğınları);

  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması;

  • Geoloji təhlükəli hadisələr (torpaq sürüşməsi, sel, marxal, tozlu qasırğa, karst suxurlarında yer səthinin çökməsi);

  • Dənizdə hidroloji təhlükəli hadisələr (tropik qasırğa, sunami, 5 baldan yuxarı güclü dalğalanma, dəniz səviyyəsinin sürətlə dəyişməsi).

2. Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı:

  • Nəqliyyat qəzaları (fəlakətləri);

  • Yanğınlar (partlayışlar);

  • Binaların qəflətən uçulması;

  • Güclü təsirli zəhərləyici maddələr (GTZM) ətrafa yayılmaqla, baş verən qəzalar;

  • Radioaktiv maddələr (RM) ətrafa yayılmaqla, baş verən qəzalar;

  • Bioloji təhlükəli maddələr (BTM) ətrafa yayılmaqla, baş verən qəzalar;

  • Həyat təminatlı kommunal sistemlərdə (su, kanalizasiya, qaz, istilik və elektrik-enerjisi şəbəkələrində) baş verən qəzalar;

  • Hidrodinamik qəzalar (su bəndlərinin yarılması)

3. Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:



  • Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr;

  • Atmosferin tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi, oksigen azlığı, azon qatının pozulması və s.);

  • Hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyyatlarının kəskin surətdə azalması);

  • Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (bəzi heyvan və bitkti növlərinin kütləvi şəkildə məhv olması və s.).

4. Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:



  • Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var:

  • Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində:

  • Peşə əlaməti;

  • Dini əlamət;

  • Mülkiyyət əlaməti;

  • Ərazi əlaməti;

  • Qohumluq əlaməti;

  • Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.

  • Siyasi xarakterli fövqəladə hadisələr isə:

  • Millətlərarası münasibələr;

  • Narkotik maddə ticarəti;

  • Mütəşəkkil cinayətkarlıq;

  • «Kölgə» iqtisadiyyatı;

  • Dövlət böhranı; İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.




Download 81.03 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   30




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling