1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


Turizm planlaşması və əsas prinsipləri


Download 495.29 Kb.
bet19/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
Bog'liq
YourFileName

3.Turizm planlaşması və əsas prinsipləri

Turizmin planlaşması perspektiv dövrə üçün turizm fəaliyyətinin təşkili deməkdir. Planlar sahə, ərazi və funksional planlara bölünür. Cari və perspektiv planlar tərtib olunur. Hər bir şirkətin və turist təşkilatının biznes planı onun proqnozu əsasında verilir. Planlar direktiv xarakter daşımır. Planlar strateji əhəmiyyət kəsb edir. Turizm fəaliyyətinin bütün imkanları bazar münuasibətləri çərçivəsində həll edilir. Xüsusi maraqlar və ictimai maraqlar uzlaşdırılır.


Strateji planlaşma konseptual müddəlar, ümumi iqtisadi artım və sosial inkişaf konteksində işlənir. Strateji planlaşma turizm obyektlərinin və turist şirkətlərinin ehtiyatlarını, onların davamlı inkişafını və rəqabət qabiliyyətli olmasını təmin edir. Strateji planlaşmada dövlətin turizm sahəsinə himayəçiliyini müəyyən edir. Dövlət idarəetməsi dövlətin maliyyə kredit, nəzarət funksiyasını formalaşdırır.
Cari planlaşma daha çox marketinq planlaşmasını əhatə edir. Maliyyə idarəçiliyi hər bir turist fəaliyyətinin konkret yerləşməsi, onun inkişafı, resurs təminatı və bazar istiqamətini əhatə edir. Planlaşmada uyğun olaraq təminat səviyyəsi ölçülür. Hər bir turist üçün zəruri olan, tələb olunan yerdəyişmə, yəni turist fəaliyyəti formalaşdırılır. Turizm motivi seçilir. Təbii ki, plan özü zəka tələb edir. Buna görə variantlar tərtib
olunur. Hər bir variantın özünün58 məqsədi, resurs texnologiyaları tapılır.
İqtisadi ədəbiyyatlarda planlaşma texnikası işlədilir. Planın özünün səmərəliliyi, onun reallaşmasında sahibkarlar əlavə gəlir əldə etsinlər. Planlaşma turizmin inkişafının mexanizmlərinə daxildir. О daima təkmilləşir, müasir şəraitdə daha dinamik və çevik olur. Ona görə də plan mexanizmini təkmilləşdirmək üçün xüsusi orqanlar, idarələr yaradılır. Ancaq turizm sahəsi daha çox sahibkarlıq fəaliyyətidir. Burada istehsal olunan məhsulların 90%-i bazar tələbatına uyğun təkmilləşir. Ona görə də planın adekvatlığı informasiya bazarının genişlənməsi ilə bağlıdır. Turizm informasiyası xarici, daxili turistlərin mövcud turist müəssisəsini və həmçinin turizm

sahəsinə ayrılan dövlət vəsaitlərinin və sahbkarlarının səyini qiymətləndirmək yolu ilə planlaşdırılır.




Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling