1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu
И.Т.Балабанов,А.И.Балабанова «Экономикс туризма» Москва 2003 год. Стр-136
Download 495.29 Kb.
|
YourFileName
И.Т.Балабанов,А.И.Балабанова «Экономикс туризма» Москва 2003 год. Стр-136
turizmdə daha geniş istifadə olunur. Belə ki, turbazalar, uşaq lagerləri, sanatoriyalar bir sıra məcburi ödəmələrdən azad olunur. Otellərin ödəmələri onların əlverişli yerləşməsindən asılı olaraq dəyişdirilir. 1.4. Turizmdə sığortalanmanın xüsusiyyətləri Sığortalanma- təsərrüfat subyektlərinin və turistlərin bədbəxt hadisə və təsadüfi hadisələrdən qorunması və onların zərərlərinin kompeksasiyası üçün istifadə olunun. Sığortalanma hər hansı zərərin bölüşdürülməsi, sığortaçılarla sığortalananlar və üçüncü şəxs arasında münasibətlərin formalaşması kimi çıxış edir. Sığorta prosesi özünün kateqoriya kimi mahiyyəti və əsas mexanizmlərinə uyğun olaraq tərtib edilir və tətbiqi baxımından turizm sistemində xüsusiləşir. Turizm sığortası, turist risklərinin bölgüsü, ondan gələn xeyir və ziyanın kompensasiyası mexanizmlərini əks etdirir. Sığorta əsasən aşağıdakı funksiyaları reallaşdırır: risk etmək, xəbərdarlıq, yığım, nəzarət. Sığortalanmanın risklilik funksiyası risklərin ödənilməsini təşkil edir. Bu funksiya zamanı risk nəticəsində gəlirlərin bölgüsü onun iştirakçılar arasında yenidən bölgüsü baş verir. Hər bir risk nəticəsində zərərlər və xeyirliyi onun risk dərəcəsinə və iştirak payına görə turist subyektləri arasında bölgü prosesi baş verir. Risk funksiyası əsas aparıcı rol oynayır, belə ki, riskə görə müəyyən nəticələr və onun maddi maliyyə ehtiyatları formalaşır. Xəbərdarlıq funksiyası sığorta fondu hesabına tədbirlərin maliyyələşməsi və sığortalanma riskinin azalmasına təminat vermək kimi qəbul olunur. Yığım funksiyası sığorta zamanı müəyyən pul vasitəsinin yığılması və onun təyinatına qədər yaşaması prosesidir. 47 Nəzarət funksiyası sığorta fondu gesabına xərclərin üzərində nəzarətin və onun təyinatına uyğun olaraq istifadəsini formalaşdırır. Turist sığortasında obyektlər, ayrı-ayrı turist firmaları, turistlərin həyatı və turizm fəaliyyətində inkişaf edən obyektlər daxildir. Turist firmaları öz əmlakını, nəqliyyat vəsaitlərini, maliyyə resurslarını sığortalayır. Sığortalanma bu sahədə uyğun qanunvericilik və sığorta haqqında çərçivə qanunla tənzimlənir. Turizmdə sığortalanma xüsusiyyətləri turistlərlə bağlıdır. Aşağıdakı sığorta formaları mövcuddur. -tibbi sığorta -həyat sığortası və sağlamlıq -əmlak sığortası -nəqliyyat vəsaitlərinin sığortası -pis hava şəraitində turistlərin ev şəraitində qalması -assistant -turistlərə təsadüfi əlaqədə nəzərdə tutulan xidmətin göstərilməsinə sığorta -turistlərin gömrük və qayda qanunun hazırlanmasına təminat. İdxal və ixraca nəzarət zamanı gömrük rejimini pozmaq səyahətin başa vurulmasında imkanların olmasına görə çəkilən xərclər -nəqliyyat sahibinin cavabdehliyi. Bu sığorta növləri hər bir ümumi və xüsusi mexanizmlərə uyğun təşkil olunur. Tibbi sığorta aşağıdakıları əhatə edir: -tibbi sığorta -stasionar sığorta -təcili yardım maşını ilə daşınma - dərmanların əldə edilməsi -xəstəyə xidmət, təsadüfi və qəflətən xəstələnmə zamanı həkim məsləhəti və müalicə -insanın ölüm zamanı vətəninə aparılması. Bəzi ölkələrdə sığortalanma yaşdan asılı tətbiq edilmir, adətən 70% yaşından sonra təbii ölüm və xronik xəstələnmə halları daha çox baş verən hadisələrdir. Tibbi sığorta sistemi əhalinin sosial qrupları, onların iqtisadi vəziyyətinə görə differensiallaşır. Belə ki, tibbi sığorta zamanı həkim xidməti və müalicə üçün prosedurların minimum səviyyədə maliyyələşmiş dövlət təminatı ilə büdcədən maliyyələşir. Minimumdan yuxarı müalicə almaq üçün sığorta haqqı onun daxil olan müalicə metodları daha çox sığorta haqqı ilə fərdlərin və yaxud firmaların hesabına ödənilir. Tibbi sığorta bir sıra ölkələrdə o cümlədən, Avropa ölkələrində səhiyyənin maliyyələşmənin əsas mənbəyi olaraq inkişaf etdirilir. Azərbaycanda tibbi sığortanın inkişafında əhalinin motivizasiyası hələ ki, lazımi səviyyəyə qalxmışdır. Xaricə getmək üçün vətəndaşlar özlərini məcburi olaraq tibbi sığortalayırlar. Bu da xaricdə fövqəladə xəstələnmə zamanı xarici həkimlərin xidməti ilə 48 müalicə almağa imkan verir. Azərbaycanda tibbi sığorta qanunda bir sığortanın məqsədi və obyekti və iqtisadi əsasları, maliyyələşmə mənbələri və idarəetmə vəzifələri öz əksini tapır. Rəqabət mühiti şəraitində sığorta firmaları özünün təminatlığını, likvidliyini və risklərin kompensasiyasında əməli və çevik olmaları ilə sığorta bazarında üstünlüyü əldə saxlayırlar. Belə ki, dünya təcrübəsinə «MERKUR ASSİSTANTCE» (Almaniya) Reco-Qarantiya-Fransız firmaları özünün xidməti ilə seçilir. Bəzi sığorta firmaları təbii sığorta ilə yanaşı bədbəxt hadisələrdən sığortalamaqla, kompleks xidmət şəraiti yaradır və istehlakçıların asılılığını azaldır. Kompleks sığorta xidməti, stasionar, ambulatoriya müalicəsi xəstənin dərman ehtiyaclarını və evinə çatdırılmasına çəkilən xərcləri öz üzərinə götürür. Turizmdə sığorta xidmət polisi ilə təsnifatlaşır. Tibbi sığorta sistemi əhatəsində daxil olan xidmət növlərini və onların göstərdiyi müalicə metodlarını əhatə edir. Xarici ölkələrdə xidmət polisinə daxil olan proseduralar, həmin ölkənin tibbi sisteminin keyfiyyəti ilə bağlıdır. Bir sıra ölkələrdə turist axını çox olduqda tibbi sığortaya limit qoyulur. Belə ki, tibbi sığorta vəsaiti azlıq təşkil etdikdə viza verilmir. Turistlərin sığortalanması həmin turistlərin istirahət vaxtında təbii fəlakətlərdən daşqın və qasırğalardan, yaxud zəlzələ və digər hadisələrdən maddi və fiziki zərər çəkən turistlərin kompensasiyasına öhdəçilik götürmək deməkdir. Asistan- xüsusi növ sığortalamaq olub, xaricə gedən vətəndaşların avtomobilinə və yaxud texniki vasitələrinə yardım etmək məqsədini güdür. Bu sığorta maddi maliyyə və texniki vasitəsilə reallaşır. Sığortalanma obyekti müasir turizm fəaliyyətinin və texniki vasitələrin sahibinin digər sahibkarın texniki vasitələrinə vurduğu zərər zamanı birincilərin ödəmələri hesabına reallaşdırılır. Yaxud həmin adamların daxil olduğu sığorta şirkətinin ödəmələri hesabına baş verir. Sığortalama zamanı əziyyət çəkmiş şəxsə və yaxud həyatını itirmiş vətəndaşın ailə üzvlərinə maddi maliyyə formasında sığorta şirkəti tərəfindən ödəmələr, kompensasiyalar verilir. Dünya miqyasında sığortalanma aktı «yaşıl kart» yolu ilə reallaşdırılır. «Yaşıl kart» dünya səviyyəli müqavilələrdə avtomobil sahibinin daxil olduğu ərazilərdə özünü sığortalanma hüququ verən beynəlxalq sənəddir. «Yaşıl kart» sistemi 1949-cu ildən yaranıb, eyni zamanda 32 ölkəni əhatə edir. Bütövlükdə avtomobillərin sığortalanması Avropa məkanında məcburi xarakter daşıyır. 49
5.5. Turizmin qanunvericilik bazası Hər bir ölkədə sahə qanunları çərçivəsində turizm fəaliyyətinin hüquqi əsasları, turistlərin, turist subyektlərini, dövlət və yerlərin fünksiyaları, vəzifə, səlahiyyətləri turizmin daxili qanunları və beynəlxalq qanunlarla reallaşır. Dünya turist təşkilatlarına daxil olmaqla turizmin inteqrasiya amilindən istifadə etməklə onun biznes fəaliyyəti və dünya iqtisadi əlaqələr sistemində yeri müəyyənləşir. Dünya turist təşkilatları, turist standartları, prinsipləri və turistlər üçün yaradılan şəraitlərə uyğun olaraq təkmilləşir. Hər bir turist təşkilatı özünün sabitliyini, rəqabət mühiti şəraitində davamlı və gəlirli işləmək üçün onun dünya tələblərinə uyğun turist məhsulu və xidməti istehsal etməyə stimullar yaradır. Beynəlxalq turizm standartlarına uyğun fəaliyət «turizm partiyası» ilə idarə olunur. Bu xarta insanın sərbəst vaxt, istirahət hüquqlarını təmin edən dünyəvi prinsiplərə uyğun qanun səlahiyyətləri özündə birləşdirir. Hər bir vətəndaşın turist xidməti qarşısında bərabərliyi, hüquqları və turist subyektlərinin öhdəlikləri, vəzifə və borcları bu xartiyada öz əksini tapır. Bu xartiyaya daxil olan hər bir dövlət özünün qanunvericilik bazasını sosial- normativ və hüquqi aktlarını dünya tələblərinə uyğunlaşdırır. Onun reallaşma mexanizmlərini yerli və spesifik şəraitə uyğun tənzimləyir. Azərbaycanda turizm haqqında qanun 1999-cu ildə Milli Məclis tərəfindən qəbul olunub. Son illərdə respublikada baş verən iqtisadi dəyişmələr, turizmin perspektiv sahə kimi prioritet plana keçirilməsi bu sahənin qanunvericilik bazasında iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşmələr edilir. Turizmin dünya standartlarına yaxınlaşması, turizmdə yeni texnologiyaların tətbiqi turistlərin tələbat sistemindəki dəyişmələrin proqnozu və uyğun şəraitinin yaradılması üçün təşkilati-hüquqi və normativ baza yaradır. Turizmin respublikada regional, sahə və ərazi idarəetmə çərçivəsində təkmilləşməsi üçün turizmin konsepsiyası, onun sosial-iqtisadi rolu və yeri, həm dövlət prioritetləri həm də biznes maraqları baxımından kompleks şəkildə tətbiq edilir, proqnozlaşdırılır. Respublikada neft strategiyası, turizm və sosial inkişaf əlaqələr, dövlət proqnozları yolu ilə həll olunur. Respublikanın sosial iqtisadi inkişafının 2009-2013-cü illərə qədər bir sıra reqional sahə və 50 ayrı-ayrı fəaliyyətlərin inkişaf meyilləri və yaradılan tədbirlər, bu sahənin perspektivini müəyynələşdirir. Bu məqsədlə sahibkarlıq biznes və dünya qlobal sisteminə inteqrasiya şəraiti yaradılmalıdır. Mövzu 5. Turizmin idarə olunmasının əsasları Turizm idarəçiliyinin mahiyyəti və əsas istiqamətləri Turizm idarəçiliyinin metodoloji əsasları Turizm planlaşması və əsas prinsipləri Turizm idarəçiliyinin müasir şəraitdə təkmilləşmə istiqamətləri Download 495.29 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling