1. Xidmət sahələrinin inkişafında turizmin yeri və rolu


- turagentlər arasıda turist göndərişlərinin alınması üçün hesabatlar edilir; -


Download 495.29 Kb.
bet15/35
Sana05.01.2022
Hajmi495.29 Kb.
#232688
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
Bog'liq
YourFileName

- turagentlər arasıda turist göndərişlərinin alınması üçün hesabatlar edilir;
- turagentlər mənzil-kommunal orqanları ilə kommunal xidmətə ödəmələr edir;
- turist firması yerli orqanlara, torpağa icariyyə haqqı və təbii sərvətlərdən istifadəyə görə bonuslar ödəyir;


  • turist firması öz işçilərinə əməkhaqqı, divident və mükafatlar verir;




  • turist firması banklarla bank haqq-hesabları etməklə kreditlərə faiz ödəyir;




  • turist firmalar büdcə olmayan təşkilatlarla ödəmələr

edir;



  • turist firmaları sığorta kompaniyalarla müqavilə bağlıyır və özlərini sığortalayır;




  • turist firmaları sosial müdafiə fonduna vəsaitlər keçirir;

  • turist firmaları dövlət idarələri ilə əlaqədə özünün müqavilələri ilə pullu xidmətlər təşkil

edir;



  • turist firmaları maliyyə təşkilatları ilə bir sıra əməliyyatlarla özünün maliyyə potensialını təmin edir.

Turist firmaları üçün maliyyənin tərkibi və strukturası xaratkerik cəhət təşkil edir, bu xüsusilik turoperator və turagentlərin sayı ilə ölçülür. Turagentlərin sayı dövriyyə resurslarının həcmindən onun strukturundan asılı olaraq hesablanır. Turoperatorlar fəaliyyət kimi lisenziyalaşdırılır. Rusiya təcrübəsində turoperatorlar turist firmalarının tərkibində 90% turagentlər isə 10% təşkil edir. Turist firmalarının otel və digər xidmət müəssisələrindən asılı olaraq xərc strukturunda əsas vəsaitlər qeyri material aktivlər, dövriyyə qeyri vəsaitləri xüsusi çəkisinə görə fərqlənir. Turist firmalarında maliyyə vəsaitlərinin formalaşması mənbələri turist bazarının subyektləri arasında təsərrüfat əlaqələrinin, borc və kredit münasibətlərinin xüsusiyyətləri ilə xarakterizə olunur. Turist məhsulunun satışı ilə onun istehlakı arasında vaxta görə müəyyən fərqlər formalaşır. Turlar qayda olaraq istehlakdan xeyli müddət əvvəl tərtib olunur və satılır. Turist bazarında subyektlər arasında əlaqələr aşağıdakı kimi formalaşır.




44

P-pul, D-debitor borclar K-kredit borcları


Sxem. Pul axının turist bazarı subyektlər arasında axınını və istifadəsi

Turist formalarının maliyyə mənbələri cəlb olunan resurslarının mülkiyyət formasına görə təsnifatlaşdırır. Aparıcı rolu turist firmalarının xüsusi vəsaitləri təşkil edir. Borc vəsaiti turist firmalarında olunur. Çünki turist firmaları öz göndərişlərini qabaqcadan satır. Kredit borcları müasir şəraitdə turist firmalarının maliyyə vəsaitlərinin 50%-ni təşkil edir.


Turist firmaları kreditləşməni dövriyyə vəsaitləri kimi aparır. Turoperatorları maliyyə vəsaitinin 35%-i xüsusi resurslar, 65%-i isə cəlb olunmuş resurslar təşkil edir. Cəlb olunmuş maliyyə resursları digər subyektlərin sərəncamında olur. Kreditlərin cəlb olunması turist

firmalarının layihələrinin reallaşması və yeni tikintilər üçün cəlb edilir.


Maliyyə xüsusiyyətləri turizmdə qiymətəmələgəlmənin xüsusiyyətləri ilə uyğunlaşır. Turist məhsulunun qiyməti turoperator və turagentin amillərindən, xidmətin dəyəri, turagentə daxil olan xidmətlərin siyahısı və turistlərin yaşqrupu və mövsümlülük ilə müəyyənləşir. Turist məhsuluna qiymətin hesablaması, maliyyə imkanlarını, turist fəaliyyətinin maliyyə potensialını və onun təkrar istehsalı üçün zəruri olan kapital xərclərini formalaşdırır.
1.3. Turist fəaliyyətində vergitutumunun xüsusiyyətləri

Vergitutma turist fəaliyyətinin gəlirlərinin bir hissəsinin dövlət ehtiyacları üçün götürməsi prosesini, onun qanunvericilik bazasını və qaydalarını təşkil edir.


Vergi (yığma) məcburi ödəmə olub dəyərin və yaxud gəlirlərin formasından asılı olaraq büdcəyə köçürülən vəsaitdir. Əsas vergi mənbəyi ödəyicinin gəlirlərini təşkil edir. Vergilər aşağıdakı funksiyaları reallaşdırır.


  • tənzimləyici




  • stimullaşdırıcı




  • bölgü




  • fiskal

Tənzimləyici funksiyada dövlət vergi ilə manevr etməklə güzəştlər, vergi dərəcələri tətbiq etməklə fəaliyyət üçün şərait yaradır. Stimul yaratmaq funksiyası turist firmalarının məhsuldarlığını artırır, dövlət büdcəsi və müdafiə məqsədi ilə artan vəsaitə stimul yaradır. Yeni iş yerləri elmi texniki-tərəqqiyə stimul yaradır. Bölgü funksiyası ilə dövlət büdcəsi, yerli büdcə və əhalinin gəlirləri ayrı-ayrı sosial qrupların real nominal gəlirləri arasında nisbətlər

45

dəyişir. Vergi yolu ilə əhalinin gəlirləri formalaşır. Onun istehlakının artması və azalmasına təsir edir. Fiskal funksiya dövlət xəzinəsini formalaşdırmaq funksiyasını özündə birləşdirir.


Azərbaycanda vergi sistemi aşağıdakıları birləşdirir.


  • Dövlət büdcəsinə tutulan vergilər. -Yerli büdcəyə daxil olan vergilər.




  • Bələdiyyə, büdcəsinə daxil olmalar.

Mahiyyətinə və funksional vəzifələrinə, sosial status və təyinatına görə vergilər əlavə dəyər vergisinə, əmlak vergisinə, torpaq vergisi, gəlir vergisi kimi istiqamətlərdə formalaşır. Əlavə dəyər vergisinin (ƏDV) vergi obyekti istehsal olunan turist məhsulunun həcmidir. Göndərişlər (kursovkalar) əlavə dəyər vergisi obyekti deyil-

əhalinin turist kimi fəaliyyətinə vergi yükünün artırılması onun qiymətlərinin dəyişməsinə səbəb ola bilər, bu da öz növbəsində turistlərin tələbini azaldır. Turist sferasında, tibbi müəssisələr, mədəniyyət, incəsənət obyektləri, idman, teatr vergiyə cəlb olunmur. Əlavə dəyər vergisi oteldə yaşamağa görə qidalanmağa və nəqliyyat xidmətinə görə tətbiq olunur. Turist kalkulyasiyası əlavə dəyər vergisinin strukturunu müəyyənləşdirir. Torpaq vergisi hüquqi şəxs kimi turist firmalarının sərəncamında olan torpaq sahəsindən tutulur. Turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz xüsusi torpaqlarından istifadə etmək və yaxud icariyyə verilməsi ilə əldə etdikləri gəlirlərdən vergi ödəyirlər. Torpaq vergisi bələdiyyə torpaqlarından bələdiyyənin sərəncamına keçirilir. Vergi məcəlləsinə uyğun olaraq xüsusi şəxslər torpaq və əmlak vergisini dövlət büdcəsinə keçirirlər. Fiziki şəxslər isə vergiləri bələdiyə büdcəsinə keçirirlər. Turist firmalarının gəlirlərindən və xüsusi vəsaitlərindən özlərinin sərəncamında olan əmlak və nəqliyyat vəsaitlərinin istifadəsindən gələn gəlirlərə görə vergi verirlər.
Turist faəliyyətinin vergi dərəcəsi ümumi qanunvericiliklə idarə olunur. Vergi bazasını genişləndirmək üçün turist məhsulu və onların əhatə dairəsi genişlənir. Vergi gəlirləri büdcə daxilolmalarının tərkib hissəsidir. Turist gəlirləri dövlət və yerli gəlirlənin vergiyə cəlb olunmasına əsas verir.
Turizmdə vergi sistemi turist fəaliyyətinin nəticəsində əldə olunan vəsaitlər və məqsədlə dövriyyəyə cəlb olunan resursların təkrar istehsalını təmin etmək vəzifələrini əsas götürür. Mənfəət vergisi turist şirkətlərinin məhsulunun dəyərindən xərcləri çıxdıqda mənfəətdən vergi normalar üzrə hesablanır. Mənfəətdən 35%-ə qədər vergi tutulur. Bu zaman dividentlər və bir

sıra güzəştlər mənfəətdən çıxıldıqdan sonra vergiyə cəlb olunan hissələr azaldılır. Xarici

46

vətəndaşların respublikada fəaliyyətini tənzimləmək üçün onların vergilərindən yerli büdcəyə vergilər tutulur. Rusiyada bu rəqəm 20%-ə qədər təşkil edir. Turist firmaları və turist müəssisələri yerləşdiyi regionda və əmlakdan, torpaqdan və təbii resurslardan istifadəyə görə haqq ödəyirlər.1


Ayrı-ayrı şəhərlərdə turist infrastrukturunun genişlənməsi üçün yığımlar və ödəmələrdən istifadə etməklə yerli sosial məqsədlər üçün istifadə edilir. Turizm fəaliyyəti özünün məhsuluna təbii, tarixi, coğrafi resurslardan istifadə etmək üçün icarəyə görə haqq verirlər. Bu da həmin resursların təkrar istehsalı üçün istifadə olunur. Bəzi ödəmələrdən azad olma




Download 495.29 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling